Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3421/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Cavabdeh1nə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Cavabdeh1nə qarşı “əmrlərin ləğvi, işə bərpa və ə mək haqqının hesablanmaqla ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli 2(108)-115/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı 31 avqust 2021-ci ildən Babək rayonu Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. 21 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR Təhsil Nazirliyi və Cavabdeh1 tərəfindən məktəbdə monitorinq aparılmış və pozuntularla bağlı akt tərtib edilmişdir. 22 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR Təhsil Nazirliyi Monitorinq Komissiyasının sədri tərəfindən Babək Rayon Təhsil X7 K omitəsinə təqdimat göndərilmiş, həmin tarixdə də komitənin iclası keçirilmiş və İddiaçı Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasının məqsədəuyğun hesab edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra Naxçıvan MR Təhsil Nazirliyinin 23 oktyabr 2024cü il tarixli 254 saylı əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, Cavabdeh1 də həmin tarixdə 153 saylı əmrlə nazirliyin əmrinə əsasən müvafiq əmr vermişdir. İddiaçı üzvü olduğu Babək Rayon Təhsil X7 Komitəsinin iclasına çağırılmasına dair telefonoqram tərtib edilsə də İddiaçı həmkarların iclası barədə ona məlumat verilmədiyini, telefon zənginin isə işdən çıxmaqla bağlı ərizə yazmaqla bağlı olduğunu qeyd edir. Həmçinin aşkar olunan pozuntuların qeyd olunan maddə il ə işdən azad olunmasına əsas olmadığını və əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun əsaslandırılmadığını iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 23 oktyabr 2024-cü il tarixli, 254 saylı əmrinin ləğv edilməsi, Cavabdeh1 həmin əmr əsasında verdiyi 23 oktyabr 2024-cü il tarixli, 153 saylı əmrinin ləğv edilməsi, onun Babək rayonu Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması, direktor vəzifəsindən azad olunduğu gündən - 23 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 879 manat o lmaqla 3 aylıq ümumilikdə 2637 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 ildən artıqdır ki, müəllim kimi çalışmış, vicdanla fəaliyyət göstərmiş, şagirdlərin təlim-tərbiyəsinə ciddi töhfə vermişdir. Bu fəaliyyətinə görə 5 may 2021-ci ildən Babək rayon Yarımca kənd tam orta məktəbinin direktor vəzifəsini icra etmiş, 31 avqust 2021-ci il tarixindən isə rəsmi olaraq direktor təyin olunmuşdur. Direktor kimi fəaliyyət göstərdiyi müddətdə məktəb yüksək nəticələr göstərmiş, 500–600 bal aralığında universitetə qəbul göstəricilərinə nail olunmuşdur. İddiaçının vəzifə borcunu məsuliyyətlə icra etməsinə baxmayaraq, onunla şəxsi münasibətlər zəminində ziddiyyət yaranmış, əsassız şəkildə ərizə yazaraq işdən çıxması tələb o lunmuş, əks halda müvafiq maddə ilə işdən azad olunacağı bildirilmişdir. 20242025-ci tədris ili başlanarkən məktəbə yoxlama gəlmiş, ciddi nöqsanlar aşkar olunmasa da, sonradan formal bir akt tərtib olunmuş və bu akt əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının fikrincə, aktda göstərilən "nöqsanlar" formaldır və 30 ildən çox stajı olan bir müəllimin işdən azad olunmasına əsas ola bilməz. Əmr əsassız verilmiş, vəzifə təlimatı və etik davranış qaydaları pozulmamış, həmçinin həmkarlar ittifaqının razılığı formal şəkildə alınmış və iddiaçı iclasa çağırılmadan, yalandan guya zəng edildiyi və iştirakdan imtina etdiyi sənədləşdirilmişdir. Bu sənədlərin birtərəfli tərtib olunduğu və sübut kimi dəyər daşımadığı bildirilir. İddiaçı bu səb əbdən mediasiya təşkilatına müraciət etmiş, lakin nəticə əldə olunmadığı üçün məhkəməyə üz tutmağa məcbur qalmışdır. Əmr və işdən azad olunma hüquqi əsasdan məhrum sayılır və ləğvi tələb olunur.
4. Məhkəmə iclası zamanı cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahatında Əmək müfəttişliyi tərəfindən idarəyə məktub ünvanlandığını, sənədlərin təqdim edilməsinin bildirildiyini, əmək müfəttişliyinə onlar tərəfindən müraciət edilmədiyi, müvafiq sənədlərin məhkəməyə təqdim ediləcəyini, yoxlama zamanı direktor tərəfindən müəllimə ilə əmək müqaviləsinin bağlanmadığının aşkar olunduğunu, bunun pozuntu olduğunu, əmək funksiyalarının direktor tərəfindən lazımınca icra edilmədiyini, qarşı tərəfin özünü müdafiə etdiyini, müəllimin işə götürülməsində və bu bazanın ƏMAS sisteminə işlənməsində qarşı tərəfin təqsirli olduğunu, həmkarların iclasında məsələnin müzakirəyə verildiyini, qarşı tərəf nöqsanlara görə iclasa gəlməkdən yayındığını, əmək qanunvericiliyinin tələbini pozduğunu, əmək müqaviləsi olmadan əməkdən sui-istifadə edildiyini, monitorinq aparılması qaydalarının qanunla müəyyən olduğunu, nöqsanlar olarsa, arayışa yazıldığını, əmək haqqının da Cavabdeh1nə aid olduğunu, həmkarların heyət üzvü daimi fəaliyyət göstərdiyini, müəllimənin həmkarlar ittifaqına çağırılmasından məlumatlı olduğunu, belə ki, onun narahat olduğunu deməsi, onun bu iclasdan məlumatlı olduğunu, müəllimənin yayınmağa çalışdığını bildirmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclası zamanı Naxçıvan Muxtar Respublikası Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iz ahatında iddiaçının fəaliyyətində olan nöqsanlarla akt tərtib edildiyini, vitaminlərlə bağlı akt tərtib edildiyini, bəzi şagirdlər attestat alarkən imza çəkmədiyini, tarifləşməklə bağlı dərslərin üst-üstə düşdüyünü, 2023-cü ildə məktəbdə yoxlama aparıldığını, müəlliməyə intizam tənbehi verildiyini, müvafiq sənədləri təqdim edəcəyini, Babək rayonunda 42 məktəb direktoru olduğunu, əgər müəllimdə bir nöqsan olmayıbsa niyə ondan davamlı olaraq izahat alındığını, bu aktın əmək müfəttişliyinə təqdim edilmədiyini, müəllimənin müfəttişliyə müraciət etdiyini, köhnə müdir Həsən Zeynalovun vaxtında 5 manat pul yığaraq şagirdlərə önlük alındığını, həmin vaxt müəllimə direktor olduğunu, müəllimə izahat yazdığını, önlük yığılmaq üçün aldığını təsdiq etdiyini, sonra qaytardığını, orada 12 müəllim dəvət e dildiyini, müxtəlif növ dərman və vitamin satılması ilə bağlı akt tərtib edildiyini, bu məsələ ilə araşdırılma aparılmadığını, aktın məktəbdə tərtib edildiyini, orta məktəblərin həmkarlar komitəsi olduğunu, sədr və katib seçildiyini, Babək rayonu ərazisində 1200-ə yaxın müəllim olduğunu, onların hər ay pulunun Cavabdeh1 tərəfindən ödənildiyini, pedoqoji şuranın 2 aydan bir iclası keçirildiyini, Şamxal müəllimin kiməsə yalan danışır deməsinin doğru olmadığını, həmin iclasda özünün də iştirak etdiyini, 20-25 dəqiqə iclasın çəkdiyini, müəllimə koridordan Vahid müəllimin otağına getdiyini, səhv etmirsə saat 14:00-dan sonra olduğunu, 17 nəfər iştirak etdiyini, əgər daimi üzləri varsa yetərsayın tələb edilmədiyini, əgər aktdan imtina edərsə, ayrıca imtina barədə akt tərtib olunmalı olduğunu, rəy asət heyətinin üzvlərinin ən azı 5 nəfər olduğunu, orada ən azır 3-4 nəfər iştirak edərsə, iclas yetərsayda olacağını, bunun həmkarlar ittifaqı haqqında qanunda olduğunu, həmkarların iclasında müdiri əvəzi kimi üzv olaraq iştirak etdiyini bildirmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclası zamanı şahid X5 ifadəsində Cavabdeh1ndə aparıcı məsləhətçi və həmkarlar ittifaqının sədri kimi işlədiyini, təhsil nazirliyinin yoxlama keçirildiyini, təqdimat verildiyini, həmin təqdimatla tanış olduqlarını, daha sonra vəzifəsinin öhdəsindən gələ bilmədiyi qənaətə gəldiklərini, yığıncaqda onun barəsində 70-ci maddənin ç bəndinin uyğun görüldüyünü, dəvət edildiyini, zəng etdiyini, yığıncaqda iştirak etməli olduğunu dediyini, müəllimənin təzyiqi qalxdığına görə gələ bilmədiyini ded iyini, səhər-səhər çağırıldığını, əmr kitabı ilə bağlı məsələlərə görə çağırdığını, bu məsələyə komitənin də baxacağını, müəlliməyə zəng edən zaman müəllimənin məktəbdə olmasını dediyini, onun məsələsinə komitənin iclasında baxılacağını bildirdiyini, həmkarların üzvlərinin 3/2-si iştirak edərsə, səlahiyyətli olacağını, həmkarlar ittifaqı komitəsinin 21 nəfər üzvü olduğunu, direktorlar həmin komitənin üzvü olduğunu, ümumilikdə 42 rəhbər olduğunu, məktəblərdə həmkarlar təşkilatı yaradıldığını, direktorlar təhsil X4 təşkilatının üzvü olduğunu, 17 nəfər iştirak etdiyini, yığıncaqlarda onları üzv olaraq təyin edildiyini, çünki onun barəsində məsələ olduğunu, təbii ki, onun işə maraqlanmalı olduğunu, onun barəsində artıq əmrinin olduğunu, 2 dəfə zəng etdiyini, akt tərtib edildiyini, o özünün n arahat olduğunu dediyini bildirmişdir.
7. Məhkəmə iclası zamanı şahid X8 ifadəsində tərəflərlə qohumluğunun olmadığını, həmin müddətdə orada olmadığını, onlar idarədə olan zaman iclas keçirilməsi barədə məlumat verildiyini, Billurə müəlliməyə zəng vuraraq iclasa çağırılmasını dediyini, Vahid müəllimə Billurə müəllimənin narahat olduğuna görə iştirak edə bilmədiyini dediyini, həmkarlar iclasının katibi olduğunu, telefonoqramı onun tərtib etmədiyini, müəlliməni şöbədə gördüyünü, Vahid müəllimin yanında oturduğunu, narahat olduğunu gördüyünü, həmin vaxt saat neçə olmasının dəqiq yadında olmadığını, iclasda iştirak etmədiyini, iclasın zalda olduğunu, neçə nəfər olduğunu bilmədiyini, iclası Toğrul müəllimin başladığını, sonra Vahid müəllimə söz verildiyini, xəbərinin olmadığını, ora hər kəsin q ol çəkdiklərini, həmkarların üzvü və şöbənin işçiləri olduğunu bildirmişdir.
8. Naxçıvan Şəhər Məhkəməsinin (hakim - G.Səfərəliyeva) 28 aprel 2025-ci il tarixli, 2(078)-177/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı işdən azad edilməsinə dair Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 23 oktyabr 2024-cü il tarixli, 254 saylı əmri ləğv edilmiş, Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin həmin əmri əsasında verilmiş Cavabdeh1 23 oktyabr 2024-cü il tarixli, 153 saylı əmri ləğv edilmiş, İddiaçı Babək Rayon Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunmuş, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş, müəssisənin həmkarlar ittifaqı təşkilatının razılığı alınmamış, səlahiyyəti olmayan həmkarlar ittifaqı təşkilatının razılığı alınmışdır. İşə baxılan zaman müəyyən edilmişdir ki, direktor vəzifəsinə təyin edilmə və vəzifədən azad edilməsi nazirin səlahiyyətindədir və yerli təhsil şöbələri həmin əmrin icrasından irəli gələn məsələlərin həllini təmin və icra edirlər. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin strukturu Nazirliyin Aparatı (şöbələr və sektorlar) və şəhər (rayon) təhsil şöbələrindən ibarət olmaqla iş materiallarında olan əsasnamələr əsasında fəaliyyət göstərirlər. Naxçıvan Muxtar Respublikası X18 19 mart 2024-cü il tarixli 236-Vİ FR nömrəli fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış edir və onun işəgötürmə işdən çıxarılma əmrini nazir imzalayır (Əsasnamənin 5.5.8-ci bəndi). Göründüyü kimi hazırki mübahisə üzrə işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış etdiyinə görə iddiaçının işdən çıxarılmasına razılıq verilməsi üçün həmkarlar ittifaqına müraciət də onun tərəfindən təqdimatla yazılı şəkildə olunmalı və müraciət əsasında onun həmkarlar ittifaqının iclası keçirilməli idi. Lakin işin araşdırılması zamanı məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin monitorinq komissiyasının sədri Elşən Qəbulovun təqdimatı əsasında Babək Rayon Təhsil X1 iclası keçirilmiş v ə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına razılıq verilmişdir. Həmkarlar ittifaqına müraciət işəgötürən tərəfindən olmadığından və işəgötürən qismində çıxış edən orqanın həmkarlar ittifaqının iclası keçirilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılarkən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş və onun razılığı alınmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, keçirilən həmkarlar iclası bunun üçün səlahiyyətli olmamışdır. İşin araşdırılması zamanı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Həmkarlar İttifaqının üzvlərinin siyahısı, Babək Rayon Təhsil X1 üzvlərinin siyahısı təqdim edil miş, müəyyən edilmişdir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Həmkarlar İttifaqının üzvü olmamış, lakin Babək Rayon Təhsil X1 üzvü olmuşdur. Halbuki iddiaçının məktəb direktoru olaraq rəhbər vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi birbaşa olaraq nazirin səlahiyyətində olduğundan, bu səlahiyyət həmin struktur üçün təsdiq edilmiş Əsasnamə ilə müəyyən edildiyindən, tabeli sturkturun Əsasnaməsinə görə nazirin əmrindən irəli gələn vəzifələrin icrasını təmin etdiyindən onun məktəb direktorunun işdən azad edilməsi məsələsinə özünün Həmkarlarının iclasında müzakirə etmək, bunun üçün qərar qəbul etmək səlahiyyəti də olmamışdır. Baxmayaraq ki, məktəb direktoru rayon təhsil şöbəsinin müdirinin təqdimatı əsasında işə təyin edilir, lakin işəgötürənin onu işdən azad e dilməsi ilə bağlı məsələdə təhsil şöbəsinin sadəcə əmrindən irəli gələn məsələlərin həllini və icrasını təmin edir. Həmin əmrin verilməsi ilə bağlı tələb edilən əsaslar isə qanunvericiliyə uyğun qaydada keçirilən həmkarlar iclasının protokolu məhz işəgötürənin təqdimatı əsasında həmin müəssisədə fəaliyyət göstərən həmkarlar iclasının razılığı ilə yolverilən olardı. Buna görə də Cavabdeh1ndə keçirilən həmkarlar iclası üçün iddiaçının dəvət edilib-edilməməsi, onun iştirakının təmin edilib-edilməməsi, iclasın keçirilməsi üçün yetərsay normalarına riayət edilib-edilməməsi kimi məsələlərin araşdırılmasının işin həlli üçün əhəmiyyəti yoxdur. Ona görə ki, iddiaçı üzvü olduğu həmkarların bu təqdimatı müzakirəyə çıxarmaq səlahiyyəti olmamış, bununla yanaşı iddiaçı təqdimatı müzakirə etməli olan həm karların isə üzvü olmamışdır. Halbuki əmək qanunvericiliyi və Həmkarlar İttifaqı haqqında qanunun normalarından da birmənalı şəkildə aydın olur ki, işçinin işdən azad edilməsi üçün qabaqcadan razılığının alınması qaydası-qanunla müəyyən edildiyi kimi həmin həmkarlar ittifaqı təşkilatı işəgötürənin təqdimatı əsasında bu müəssisədə fəaliyyət göstərməli və işçinin üzvü olduğu həmkarlar təşkilatı olmalıdır. Hazırkı iddiaya baxılarkən isə bu hal qanunvericilikdə tənzimlənmiş həmin normalara uyğun olmayan şəkildə həmkarlar iclası keçirilmişdir. Bu həmkarlar iclası işəgötürənin təqdimatı əsasında deyil monitorinq komissiyasının sədrinin təqdimatı əsasında keçirilmiş, işəgötürənin fəaliyyət göstərdiyi yer üzrə mövcud olan həmkarlar ittifaqında müzakirə olunmamış, müzakirə olunması təsəvvür olduqda belə iddiaçı işəgötürənin həmkarlar ittifaqının üzvü olmamış, iddiaçının üzvü olduğu və məsələnin müzakirə edildiyi həmkarlar iclası isə bunu keçirmək və müzakirəyə çıxarmaq səlahiyyətində olmamışdır.
10. Həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin əmək müqaviləsi onun üzv olduğu həmkarlar ittifaqı təşkilatının razılığı alınmadan ləğv edilə bilməz, cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinin naziri tərəfindən İddiaçı əm ək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən qeyd olunan tələblərə əməl edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh təşkilata yuxarıda qeyd olunan sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdeh təşkilat tərəfindən isə Naxçıvan MR Təhsil Nazirliyinin monitorinq komissiyasının sədrinin müraciəti əsasında Cavabdeh1ndə keçirilmiş həmkarlar ittifaqının iclas protokolu və qərarı məhkəməyə təqdim edilmişdir. Məhkəmənin yuxarıda da qeyd etdiyi kimi həmin müraciət əsasında keçirilən həmkarlar ittifaqının iclası qanunvericiliyin tələbinə uyğun olaraq nəzərə alına və qanuni hesab edilə bilməz.
11. Cavabdehlər iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal a hənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə monitorinq komissiyasının aktına istinad etmişdir. Həmin akta nəzər saldıqda orada qeyd edilən halların əmək qanunvericiliyində şəxsin məhz əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan ən ciddi əsasla 70-ci maddənin “ç” bəndi ilə azad edilməsini zəruri edən kobud pozuntular müəyyən edilməmişdir. Həmin pozuntular aradan qaldırılması mümkün olan, pozuntu törədən şəxsə digər intizam tənbehlərinin verilməsinə adekvat olan pozuntular hesab edilə bilərdi. Cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur.
12. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əmrlərin ləğv edilməsi tələ binə dair hissədə tələbi əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı olduğundan, iddia tələbi işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir. İddiaçı iddia tələbində direktor vəzifəsindən azad olunduğu gündən 23 oktyabr 2024-cü il tarixindən hesablanmaqla hər ay üçün 879 (səkkiz yüz yetmiş doqquz) manat olmaqla 3 aylıq ümumilikdə 2637 (iki min altı yüz otuz yeddi) manat pulun (ödənilməyən əmək haqqının) ona ödənilməsini xahiş etmişdir. Məhkəmə bu hissədə tələbin təmin edilib-edilməməsini ilkin tələbdən asılı olaraq qiymətləndirir. Belə ki, əmr ləğv edildiyi, iddiaçı işə bərpa edildiyi halda onun məcburi işburaxma müddəti üçün ödənilməyən əmək haqqının ödənilməsi iddia tələbində nəzərdə tutulan müddətd ən və məbləğdən asılı olmayaraq işəgötürənin vəzifəsidir və bununla bağlı məhkəmənin səlahiyyəti Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur. Hazırki halda iddiaçı dəymiş zərər olaraq ödənilməyən əmək haqqını tələb etmiş və digər tələbləri olmamışdır. Buna görə də məhkəmə iddia tələbinin sonuncu hissəsində qeyd edilən müddət və məbləğdən asılı olmayaraq iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ödənilməyən əmək haqqının hesablanıb ödənilməsi nəticəsinə gəlmiş və qeyd etmişdir ki, iddia tələbinin sonuncu hissəsində qeyd edilən müddət və məbləğin göstərilmədən ümumi olaraq iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi nəticəsinə gəlinməsi iddia tələbindən kənar a çıxma olaraq qiymətləndirilməməlidir
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsi, 10, 72-ci maddəsinin “ə” bəndinə, 74-cü maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 1 və 2-ci hissələri, 186-cı maddəsinin 2-ci hissəsi, 187-ci maddəsinin 1-ci hissəsi, 300-cü maddəsinin 1-ci hissəsi, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələri, Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikası Qanununun 1 və 11-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(078)-177/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 31 avqust 2021ci il tarixdə Babək Rayon Yarımca kənd tam orta məktəbinin direktoru təyin olunmuş, lakin 2024-cü ilin oktyabrında Təhsil Nazirliyinin əmri ilə aparılan monitorinq zamanı ciddi nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Monitorinq nəticələrinə əsasən sənədləşmə işləri qanunvericiliyin tələblərinə uyğun aparılmamış, attestatların qanunsuz olaraq direktorun əri tərəfindən paylanması, qaimələrin itməsi və sonra direktorun əri tərəfindən gətirilməsi, yeni i l şənliyində valideynlərin narazılığı, idarəetmədə ümumi nizamsızlıq və nəzarətsizlik halları aşkarlanmışdır. Bütün bu hallar 24 bəndlik aktla rəsmiləşdirilmiş, şahid ifadələri və izahatlarla təsdiqlənmiş və iddiaçıya əmək funksiyalarını yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehi tətbiq olunaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı müəllim kimi saxlanılmışdır. Əlavə olaraq həmkarlar ittifaqı komitəsinin razılığı Monitorinq Komissiyasının təqdimatı əsasında alınmış, Əmək Müfəttişliyinə əvvəlcə şikayət edən iddiaçı sonradan ərizəsinə baxılmamasını tələb etməklə, obyektiv araşdırmanın qarşısını almağa çalışmışdır. Birinci instansiya məhkəməsi yalnız səlahiyyəti olmayan həmkarlar ittifaqının razılığı məsələsinə əsaslanaraq iddianı təmin etm iş, lakin əsas pozuntuları əks etdirən sübutlara və ifadələrə hüquqi qiymət verməmiş, işə birtərəfli baxmış və Əmək Məcəlləsinin 11 və 70-ci maddələrinin tətbiqini düzgün aparmamışdır. Bu isə işəgötürənin əmək müqaviləsini qanuni əsaslarla ləğv etmək hüququnun əsassız şəkildə məhdudlaşdırılmasına səbəb olmuşdur.
16. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 cavabdehin apellyasiya şikayətinə yazılı etiraz edərək göstərmişdir ki, işdən çıxarılma zamanı həmkarlar ittifaqının razılığı qanunsuz şəkildə Cavabdeh1 Həmkarlar Komitəsindən alınmışdır. Halbuki direktorların işəgötürəni Naxçıvan MR Təhsil Nazirliyi hesab olunur və təqdimat müvafiq nazirliyə aid həmkarlar təşkilatına təqdim edilməli idi. İddiaçı həmkarlar təşkilatının iclas barədə rəsmi qaydada məlumatlandırılmayıb, bu da prosessual qa yda pozuntusudur. Cavabdeh tərəfindən irəli sürülən əmək funksiyasının pozulması ilə bağlı iddialar real nəticələrlə əsaslandırılmayıb. Monitorinq aktında göstərilən pozuntular aradan qaldırılması mümkün və digər intizam tədbirləri ilə həll oluna biləcək xırda pozuntulardır və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsas vermir. İddiaçının fəaliyyətindən məktəbə və ya kollektivə ziyan dəydiyi sübut olunmayıb. Əksinə, məktəb yüksək intizamı və qəbul nəticələri ilə seçilmiş, hətta Azərbaycan Respublikasının təhsil naziri məktəbi şəxsən ziyarət etmişdir. Cavabdehin “iddiaçının Əmək Müfəttişliyinə müraciətini geri götürməsi, pozuntuların araşdırılmasının qarşısını almağa yönəlmiş addımdır” fikir hüquqi əsasdan uzaqdır. İddiaçı bu müraciətini iş artıq məhkəməyə verildiyi üçün geri götürm üş, məhkəmə müdafiəsindən istifadə etmişdir. Əmək Müfəttişliyi əmək mübahisəsini həll edən orqan deyil, bu, AR Konstitusiya Məhkəməsinin plenum qərarı ilə də təsdiqlənmişdir. Apellyasiya şikayəti əsaslı sübutlara deyil, formal hüquq normalarının sadalanmasına əsaslanır, iddialar dəlillərlə dəstəklənmir. Birinci instansiya məhkəməsi işi tam, obyektiv və ədalətli araşdırmışdır, həmçinin Cavabdeh1 bu qərarla razılaşaraq apellyasiya şikayəti verməmişdir. Nəticə olaraq, etirazda apellyasiya şikayətinin təmin olunmaması, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur.
17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X12 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə) 29 iyul 2025-ci il tarixli 2(108)115/2025 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(078)-177/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işəgötürən Naxçıvan MR Təhsil Nazirliyi əmək müqaviləsinə xitam verərkən səhvən Babək Rayon Təhsil X4 Komitəsinin razılığını almış, nazirlik səviyyəsində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığı isə təqdim olunmamışdır. Lakin kollegiya bildirir ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən həmkarlar ittifaqına üzvlük könüllü xarakter daşıyır və işçi konkret olaraq Babək Rayon Təhsil X1 üzvüdürsə, bu halda məhz həmin həmkarlar ittifaqının razılığı əsas götürülməlidir. Bu baxımdan, cavabdeh orqandan işçinin üzvü olmadığı nazirlik səviyyəli həmkarlar ittifaqından rəy alınmasının tələb olunması hüquqi baxımdan əsaslı sayılmır.
19. Bununla belə, prosedur baxımından bir sıra digər ciddi pozuntuların mövcudluğu kollegiyanın qətnamənin qüvvədə saxlanılması mövqeyini əsaslandırır. Belə ki, təqdimat işəgötürən - Naxçıvan MR Təhsil naziri tərəfindən deyil, Monitorinq Komissiyasının sədri tərəfindən verilmişdir ki, bu şəxs təqdimat vermək səlahiyyətinə malik deyildir. Bundan başqa iddiaçıya həmkarlar komitəsinin iclası barədə rəsmi bildirişin verilməsi təkzibedilməz qaydada sübut olunmamışdır. Bu səbəbdən iddiaçının iştirakı olmadan keçirilən həmkarlar iclası və onun nəticələri hüquqi cəhətdən etibarsızdır. Həmçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsin in “ç” bəndi ilə xitam verilərkən verilmiş əmr əsaslandırılmamışdır. Belə ki, əmək funksiyasının pozulmasının Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hallardan birinə uyğun olub-olmadığına dair heç bir əsaslandırma aparılmamışdır. Ümumiyyətlə, iş materiallarından niyə ən ağır intizam tənbehi - əmək müqaviləsinə xitam - tətbiq olunduğu aydın olmur və daha yüngül tənbehlərin (məsələn, xəbərdarlıq, töhmət və.s) tətbiqinə dair imkanlar qiymətləndirilməmişdir. Hər bir halda, kollegiya prosedur pozuntularını əsas götürərək, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir və onun dəyişdirilmədən qüvvədə saxlanılmasını zəruri saymışdır.
20. Kollegiya xüsusilə vurğulamışdır ki, yuxarıda qeyd olunan Əmək Məcəlləsinin 300-cü maddəsində 80-ci maddə ayrıca sadalanma sa da, onun tətbiqi zərurəti inkar olunmur. Belə ki, 80.1-ci maddə əslində 70-ci maddənin “b” və “ç” bəndləri ilə xitamın hüquqi əsasına şərti prosedur elementi kimi daxildir. İşəgötürən həmin razılığı qanunvericiliyə uyğun almadan xitam verdikdə, bu həm hüquqi əsasın, həm də prosedurun pozulması deməkdir.
21. Məhkəmə təcrübəsində 300-cü maddənin “əsasların pozulması” ifadəsi geniş şərh olunur. Belə ki, 70-ci maddənin tətbiqi üçün tələb olunan formada razılıq şərtinin yerinə yetirilməməsi artıq həmin “əsasın pozulması” kimi qiymətləndirilir. Nəticədə, 80-ci maddənin pozulması da 300-cü maddənin tətbiqi üçün yetərli əsas sayılır. Bu baxımdan, qanunvericilikdə ayrıca "80-ci maddəyə əməl edilmədikdə bərpa olunur" kimi bir normativ cümlənin olmaması hüquqi nəticəyə təsir göstərmir. 70 və 80-ci maddələr birlikdə oxunduqda 300-cü maddənin avtomatik tətbiqi ilə işçinin bərpası labüddür və bu, məhkəmə üçün şərtsiz əsasdır.
22. Apellyasiya şikayətində cavabdeh tərəfindən təqdim olunan əsas arqument direktorun “kobud pozuntulara” yol verməsi və monitorinq aktının nəticələri - yalnız prosedur qaydalara tam riayət edildiyi və əmr əmək qanunvericiliyinin tələblərinə uyğun əsaslandırıldığı halda hüquqi nəticə doğura bilərdi.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci və 3-cü hissəsinə, 72-ci maddənin “ə” bəndinə, 74-cü maddəsinin 2-ci hissəsinə, 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə və həmin maddənin qeydinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
25. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi (vəkil X10) kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-115/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə qərar qəb ul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Prossesual Məcəllənin 217.1-ci maddəsinin tələbi pozularaq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi Mülki Prossesual Məcəllənin 217.3-cü maddəsinin tələbi pozularaq qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli, 2(078)-177/2025 nömrəli qətnamədən görünür ki, Təhsil Nazirliyinin 23 oktyabr 2024-cü il tarixli, 254 nömrəli əmrinə hüquqi qiymət verilməsi yalnız Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddələrinin (əmək müqaviləsinin ləğvi zamanı həmkarlar ittifaqırazılığı və bildiriş tələbləri) çə rçivəsində aparılmışdır. Halbuki, işin materiallarında göstərildiyi kimi, İddiaçı əmək funksiyalarını və əmək müqaviləsi üzrə əsas öhdəlikləri yerinə yetirməməsi, təlimtərbiyə və idarəçilik prosesində ciddi pozuntulara yol verməsi, bir sıra hallarda normativ hüquqi aktların tələblərinə zidd hərəkətlər etməsi sübutlar və şahid ifadələri ilə təsdiq olunmuşdur. Qanunvericiliyin tələbinə görə, məhkəmə işə baxarkən yalnız forma deyil, həm də məzmun, yəni əmək müqaviləsinin ləğv edilməsinin əsas səbəblərini əhatəli və obyektiv şəkildə araşdırmalıdır. Lakin Naxçıvan Şəhər Məhkəməsi iddianı yalnız Əmək Məcəlləsinin 80-ci maddəsinə istinadla qiymətləndirmiş, əmək müqaviləsinin əsasları ilə bağlı digər vacib müddəalara, xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək funksiyaların ın yerinə yetirilməməsi), Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə (işəgötürənin əmək müqaviləsini ləğv etmək hüququ), eləcə də Təhsil Nazirliyinin daxili hüquqi aktlarına və monitorinq nəticələrinə əsaslanan hüquqi qiymətləndirmə aparmamışdır.
27. Məhkəmənin bu yanaşması işəgötürənin əmək münasibətlərinin tənzimlənməsi və əmək müqaviləsinin qanuni əsaslarla xitam verilməsi hüququnu süni şəkildə məhdudlaşdırır. Bu isə Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə ziddiyyət təşkil edir. Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(078)- 177/2025 nömrəli qətnaməsində yuxarıda qeyd olunan hallar, eləcə də iş üzrə təqdim edilmiş əsaslı sübutlar (Monitorinq Komissiyasının aktı, şahid izahatları, aidiyyəti sənədlər və digər materiallar) qiymətləndirilməmiş və onlara hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən bu halları nəzərə almamış və bu barədə qeyd etməmiş, nəticədə sözügedən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
28. Birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, müəyyən edilmiş faktları təhrif etmiş, işin hallarına uyğun gəlməyən dəlillərə istinad etmişdir.Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi səhvləri təkrarlamışdır. Həmçinin, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Buna baxmayaraq Naxçıvan Şəhər Məhkəməsi 28 aprel 2025-ci il tarixli, 2(078)-177/2025 nömrəli qətnaməsində qeyd edir ki, məhkəmə ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası təhsil nazirinin 23 oktyabr 2024-cü il tarixli, 254 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Bu məqsədlə məhkəmənin mövcud qətnaməsində mübahisə predmeti olan Nazirliyin 23 oktyabr 2024-cü il tarixli, 254 nömrəli əmrinin qanuniliyi yoxlanılarkən, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların deyil, yalnız Əmək Məcəlləsinin 80.1-ci və 80.2ci maddələrinə münasibətdə, yəni iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına fəaliyyəti ilə bağlı xüsusatların araşdırıldığı qeyd edilmişdir. Lakin məhkəmənin qərardadından da göründüyü kimi, Təhsil Nazirliyinin 18 oktyabr 2024-cü il tarixli 246 nömrəli əmri ilə yaradılmış Monitorinq Komissiyası tərəfindən Babək rayon Yarımca kənd tam orta məktəbində aparılan monitorinq zamanı məktəb sənədlərinin işlənilməsində normativ hüquqi aktların tələblərinin gözlənilmədiyi, kargüzarlıq qaydalarının pozulduğu halların aşkarlanması ilə bağlı Monitorinq Komissiyası tərəfindən tərtib edilmiş 21 oktyabr 2024-cü il tarixli akta, eləcə də bu komissiya tərəfindən aşkarlanmış və toplanmış sübutlara (İddiaçı izahatı, müvafiq məsələlərlə bağlı məktəbin müəllimlərinin izahatları), həmçinin İddiaçı tərəfindən 3 dekabr 2024-cü il tarixli Əmək Müfəttişliyinə təkrar ərizəsi ilə müraciət edərək “Babək rayon Yarımca kənd tam orta məktəbinin direktor vəzifə sində işləyərkən qanunsuz olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə bağlı normativ hüquqi aktların tələblərinə əməl olunub-olunmaması ilə əlaqədar 25 oktyabr 2024-cü il tarixli müraciətinə baxılmamasını tələb etməsi, onun işəgötürən kimi fəaliyyəti zamanı yol verilmiş əmək hüquq pozuntularının və ya digər nöqsanların araşdırılmasının qarşısını almağa yönəlmiş cəhdinə hüquqi qiymət verməmiş, o cümlədən iddiaçının əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı digər potensial hüquqi pozuntulara münasibət bildirməmişdir. Bir daha vurğulamaq istəyirlər ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə direktor vəzifəsində işlədiyi müddə tdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğunluğunun araşdırılması barədə 25 oktyabr 2024-cü il tarixli ərizəsinin dayandırılması barədə iddiaçının özünün təşəbbüsü ilə əvvəl başlanmış inzibati araşdırmanın davam etdirilməsinə bilərəkdən əngəl törətməsi, mübahisəli əmək münasibətləri üzrə obyektiv hüquqi qiymətləndirmənin araşdırılmasının qarşısını almağa yönəlmiş cəhdinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Nəticədə iddiaçı tərəfindən yol verilmiş bütün bu pozuntuları təsdiq edən sübutların, Monitorinq Komissiyası tərəfindən nöqsanlarla bağlı tərtib edilmiş 24 bənddən ibarət olan 21 oktyabr 2024-cü il tarixli aktın, şahid izahatlarının, aidiyyəti sənədlər və digər materialların məhkəməyə təqdim edilməsinə baxmayaraq, həmin sübutlara və şahid ifadələrinə qiymət verməmiş, öz qətnaməsində göstərməmiş, işə birtərəfli baxaraq əsassız olaraq yalnız iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edilməməsi, müəssisənin həmkarlar ittifaqı təşkilatının razılığının alınmaması, eləcə də səlahiyyəti olmayan həmkarlar ittifaqı təşkilatının razılığının alınması qənaətinə gəlmiş, nəticədə sözügedən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
29. Məhkəmə kollegiyası işə birtərəfli baxaraq, təqdim edilən sübutlarla bağlı araşdırma aparmamış, onların əsaslılığını yoxlamamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmuşdur.
30. Kassasiya şika yəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 12, 60, 127, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 72, 186, 311, Azərbaycan Respublikasının MPM-in 76, 77, 79, 80, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8 və 10-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinə də istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
32. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kob ud şəkildə pozduqda;
33. Maddə 71.
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
34. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmas ı hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
35. Maddə 80
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifa qı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
36. Maddə 186.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
37. Maddə 187.
1. İntizam tənbehi verilməmişdən əvvəl iş əgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
38. Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi bar ədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahi dliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də kassasiya kollegiyası əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür və apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üç ün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-115/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.