Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4108/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı (X3 Xidməti X5 Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi, müddətli müqavilə, əmək müqaviləsinin müddətli bağlanmasının zəruriliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxma müddətin ə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-933/2025 saylı, 03 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh X5 Təhsil İdarəsinin kassasiya şikayətinə 03 fevral 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Şamaxı Rayon Təhsil Şöbəsinə ünvanlanan 04 may 2022-ci il tarixli ərizəsində 04 may 2022-ci il tarixdən tutduğu metodist vəzifəsindən azad olunmasını xahiş etmişdir.
2. Şamaxı Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli, 38 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir.
3. X5 Təh sil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-27 nömrəli əmri ilə İddiaçı 3 ay sınaq müddəti verilməklə onunla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X5 Təhsil İdarəsinin Şamaxı rayonu üzrə təhsil sektorunda metodist vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmışdır.
4. X5 Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-37/3-1- 04K/2023 nömrəli əmri ilə Şamaxı rayonu üzrə təhsil sektorunun metodiki kabinetinin metodisti İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 05 yanvar 2023-cü il tarixdən xitam verilmişdir.
5. İddiaçı Şamaxı Rayon Təhsil Şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəsində 13 yanvar 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixə kimi müddətli əmək müqaviləsi ilə metodist işinə təyin olunmasını xahiş et mişdir.
6. X5 Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-37/3-1- 014K/2023 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən İddiaçı ilə X5 Təhsil İdarəsinin Şamaxı rayonu üzrə təhsil sektorunda metodist vəzifəsi üzrə 13 yanvar 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır.
7. X5 Təhsil İdarəsinin 27 dekabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir. Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən bayram tətilindən sonra ilk iş günü 06 yanvar 2025-ci il tarixinə təsadüf etdiyi üçün onunla bağlanmış müddətli əmək müqaviləsinə həmin tarixdə xitam veriləcəkdir. Bununla bağlı elektron informasiya sistemi vasitəsilə də İddiaçı bildiriş göndərilmişdir.
8. X5 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1- 376K/2024 nömrəli əmri ilə Şamaxı rayonu üzrə təhsil sektorunun metodiki kabinetinin metodisti İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 06 yanvar 2025-ci il tarixdən xitam verilmişdir.
9. X4 Xidmətinin X5 Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 11 fevral 2025ci il tarixli “İnzibati xəta haqqında” Protokolun surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulduğundan X5 Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 10. “İddiaçı əmək kitabçasını xx.xx.2025-ci il tarixdə təhvil almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 Təhsil İdarəsi (bundan sonra “cavabdeh” və ya“Təhsil İdarəsi, yaxud “işəgötürən”) tərəfindən iddiaçının aylıq əmək haqqının 500 manat məbləğində azaldılaraq aşağı salınmasına səbəb olmuş Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1376K/2024 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və ya bərabər aylıq əmək haqqlı işlə təmin edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən işçiyə hər ay 736 manat gross məbləğdə əmək haqqının ödənilməsi müəyyən edilmişdir. İddiaçı ali təhsillidir, “İbtidai sinif müəllimi” ixtisaslıdır, 1993-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. İddiaçı 2013-cü ildən 2022ci ilə qədər Şamaxı Rayon Təhsil Şöbəsində "metodist” vəzifəsində işləmişdir. Cavabdeh ilə iddiaçı arasında olan əmək müqaviləsi Şamaxı Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 38 nömrəli əmri ilə ləğv edilmiş və iddiaçı "metodist” vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən azad edilmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanması barədə Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, K-27 nömrəli əmr verilmişdir. Cavabdeh tərəfindən iddi açı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-29-37/3-1-04k/2023 nömrəli əmrlə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Təhsil İdarəsinin 3-29-37/3-1-014k/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1-376k/2024 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən əmək hüquqlarının pozulması və pozulmuş əmək hüquqlarının bərpa edilməsinə köməklik göstərməsi ilə bağlı X3 Xidmətinin X5 Şöbəsinə şikayət etmişdir. X3 Xidmətinin X5 Şöbəsi iddiaçının şikayətini araşdıraraq bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulduğundan Təhsil İdarəsinin işə götürəni barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının əmək haqqı xx.xx.2025-ci il tarixdən 500 manat məbləğində azaldılaraq aşağı salınmışdır. Hazırda iddiaçı xx.xx.2025-ci il tarixdən Şamaxı Təhsil Sektorunun Avropa Litseyində 6 saat dərslə təmin olunmaqla 236-280 manat əmək haqqı ilə təmin edilmişdir. İddiaçı tək anadır, himayəsində iki azyaşlı və bir nəfər ödənişli təhsil alan övladı vardır. İddiaçı özünün və himayəsində olan üç uşağının yaşayışını 280 manat aylıq əmək haqqı ilə təmin etmək iqtidarında deyildir.
13. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 20 dekabr 2021-ci il tarixli, 3059 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu həmçinin bu strukturun tərkib hissəsi olan qurumların ləğv edilməsi Regional Təhsil İdarələrinin yaradılması və bununla bağlı müvafiq işlərin icra edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Nazirl ər Kabinetinin 29 dekabr 2021-ci il tarixli 758s nömrəli sərəncamı ilə dövlət başçısının xx.xx.2021-ci il tarixli 3059 nömrəli sərəncamının icrası ilə bağlı müəyyən dövr ərzində görülməli olan işlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. "Regional Təhsil İdarələrinin Əsasnaməsi"nin, regional təhsil idarələrinin strukturlarının, işçilərinin say hədlərinin və strukturlarına daxil olmayan tabeliyində olan qurumlarının siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 11 aprel 2022-ci il tarixli, F-184 nömrəli əmr imzalanmışdır. İddiaçı 04 may 2022-ci il tarixdə ərizəsinə əsasən Şamaxı Rayon Təhsil Şöbəsində metodik kabinetdə tutduğu metodist vəzifəsindən azad edilmişdir. Daha sonra iddiaçı ilə yeni yaradılmış X5 Təhsil İdarəsinin strukturlarına daxil olmayan tabeliyində olan Şamaxı rayonu üzrə metodiki kabinetdə metodist vəzifəsində 16 may 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə müqavilə müddəti bitdiyi üçün iddiaçının əmək müqaviləsinə xitam verilmiş və yenidən ərizəsi nəzərə alınaraq, iddiaçı ilə həmin vəzifə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçının müqavilə müddəti dəfələrlə əvvəlki müddətə uzadılaraq müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixi qeyri-iş gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin tələblərinə əsasən müqavilə müddətinin bitməsi səbəbi ilə iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. Qeyd edilən pro seslər Əmək Məcəlləsinin tələblərinə əsasən aparılmışdır. Əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Təhsil İdarəsi rəhbərliyi və əməkdaşları tərəfindən iddiaçıya ümumtəhsil müəssisələrində vakant bir neçə vəzifə (Şamaxı rayonu Quşçu kənd tam orta ümumtəhsil, Mərzəndiyə kənd tam orta, Məlhəm kənd tam orta ümumtəhsil məktəbi və bir neçə təhsil müəssisəsi olmaqla təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric təşkilatçı vəzifələri) təklif edilmişdir. İddiaçı digər təkliflərdən imtina edərək, Şamaxı Avropa liseyində dərs saatının az olmasını və artıq dərs bölgüsünün bitməsini bildiyi halda həmin məktəbdə müəllim kimi işləmək istəyi barədə müraciət etmiş və cavabdeh tərəfindən təyin həmin liseyə razılıq məktubu ünvanlanmışdır. Təhsil İdarəsinin müvafiq razılığına əsasən iddiaçı ərizəsinə əsasən Şamaxı Avropa liseyinə müəllim təyin edilmişdir. Hazırda iddiaçı Şamaxı Avropa liseyində öz razılıq ərizəsinə əsasən 12 saat dərs tədris edir. Gələcəkdə hər hansı metodik kabinetin yaradılması və işə qəbul qaydalarının necə olacağı barədə heç bir normativ hüquqi akt qəbul edilməmişdir. Həmçinin iddia müddətinin ötməsi nəzərə alınmalıdır.
14. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-562/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Natiq İsmayılov)
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 04 may 2022-ci il tarixdə öz ərizəsinə əsasən Şamaxı Rayon Təhsil Şöbəsində metodik kabinetdə tutduğu metodist vəzifəsindən azad edilmiş, daha sonra onunla yeni yaradılmış Təhsil İdarəsinin stru kturlarına daxil olmayan tabeliyində olan Şamaxı rayonu üzrə metodiki kabinetdə metodist vəzifəsində 16 may 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə müqavilə müddəti bitdiyi üçün iddiaçının əmək müqaviləsinə xitam verilmiş və yenidən ərizəsi nəzərə alınaraq, iddiaçı ilə həmin vəzifə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçının müqavilə müddəti dəfələrlə əvvəlki müddətə uzadılaraq müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixi qeyri-iş gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin tələblərinə əsasən iddiaçının əmək müqaviləsinə müddətinin bitməsi səbəbi ilə xx.xx.2025-ci il xitam verilmişdir. Əmək müqaviləsinə xita m veriləcəyi barədə iddiaçıya elektron informasiya sistemi vasitəsi ilə 26 dekabr 2024-cü il tarixdə bildiriş göndərilmişdir. Bundan əlavə, cavabdeh iddia müddətinin keçməsi nəzərə alınmaqla iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı müqavilə müddətinin bitməsi səbəbi ilə xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. Əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya elektron informasiya sistemi vasitəsi ilə 26 dekabr 2024-cü il tarixdə bildiriş göndərilmiş, iddiaçı daha sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia tələbi ilə bağlı Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı i sə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, hətta iddiaçı öz hüquqlarının pozulduğunu xx.xx.2025-ci il tarixdən bilməli olması nəzərə alındıqda mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 və 4-cü hissələri, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin “a” və “b” bəndləri, 73-cü maddəsi, 296-cı maddəsinin 1, 2, 3, 5-ci hissələri, Mülki Məcəllənin 375.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhz MPM-nin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi yolu ilə qəbul edilən məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilir. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə işdə olan sübutları, iş materiallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmadan qətnamə qəbul edərək iddiaçının hüquqlarını pozmuşdur.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2025-ci il tarixli 2(105)-933/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-562/2025 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin çıxarılaraq, iddianın təmin edilməsi, X5 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1- 376K/2024 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının X5 Təhsil İdarəsinə əvvəlki (metodist) vəzifəsinə bərpa edilməsi və 06 yanvar 2025-ci il tarixdən başlayaraq işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Afiq Hüseynzadə)
22. Apellyasiya instansiyası məhkəməsi göstərmişçdir ki, işin mübahisəsiz hallarına görə iddiaçı xx.xx.2013-cü il tarixdən başlayaraq Şamaxı Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunda dəyişiklik edilmiş, Şamaxı, İsmayıll ı, Ağsu, Qobustan Rayon Təhsil Şöbələrin əsasında X5 Təhsil İdarəsi yaradılmışdır. Şamaxı Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli, 38 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K27 nömrəli əmri ilə 3 ay sınaq müddəti verilməklə iddiaçı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təhsil İdarəsinin Şamaxı rayonu üzrə təhsil sektorunda metodist vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmışdır. Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1-376K/2024 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 06 yanvar 202 5-ci il tarixdən xitam verilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarına əsasən mediasiya qurumu tərəfindən tərəflərə xx.xx.2025-ci il tarixində bildiriş göndərilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışını aldıqdan sonra xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, hazırki iş üzrə iddia müddəti keçməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə də düzgün hüquqi qiymət verməməklə iş üzrə səhv nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin hallarına görə iddiaçı işdən azad edilənədək 2013-cü ildən başlayaraq 11 ildən artıq müddət ərzində fasiləsiz olaraq əvvəl Şamaxı Rayon Təhsil Şöbəsində, sonradan isə həmin qurumun əsasında yeni yaradılmış X5 Təhsil İdarəsində işləmiş, metodist vəzifəsində çalışmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, Əmək Məcəlləsinin 45ci maddəsi əmək müqaviləsinin müddətsiz və ya müddətli bağlanmasını mümkün hesab edir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə).
27. Apellyasiya instansiyası məhkəməsi göstəörmişdir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmu şdur. Bunlardan biri də işçinin adətən daha geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə həmin maddədə sadalanan “a-ə”, “ğ” bəndlərində sadalanan halların mövcud deyil. Həmçinin qeyd olunan maddənin “f” bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir.
29. Nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir.
30. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla, ümumiyyətlə, həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.
31. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etməyi vacib bilmişdir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətlərində işəgötürən işçiyə nisbətən daha güclü t ərəf kimi çıxış edir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında da izah olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə 11 ilə yaxın müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə çalışmış işçinin müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə dəyişdirilməsi əmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz.
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək müqaviləsi müddətsiz olduğu halda, yeni müddətli əmək müqaviləsi bağlanması, Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmadığından, işçi nin iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2(3), 9(q), 12(1), 42 (1), 43 (1), 45(1), 47, 68(1),73(1)-ci, Mülkim prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi heç bir sübut olmadan ehtimallara əsaslanaraq hazırkı işi “işçinin müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə dəyişdirilməsi” kimi tövsif etmişdir. Lakin qeyd edilməlidir ki, əmək münasibətləri xitam verildikdən sonra işçi ilə yeni əmək münasibətlərinə başlanılması zamanı tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə yeni müddətli əmək müqaviləsinin bağlanmasını istisna edən hər hansı norma yoxdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdən 06 yanvar 2025-ci il tarixinədək iddiaçı ilə bağlanılmış müddətli əmək müqavilələrinə müddətin bitməsi ilə xitam verilmiş, sonradan yaranan ehtiyac səbəbindən və iddiaçının öz ərizəsi də nəzərə alınmaqla yeni müddətli əmək müqavilələri bağlanmışdır. Bu halı da “müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi” kimi təfsir etmək düzgün deyil. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi əmək münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsini nəzə rdə tutur. Yuxarıda qeyd edilən əmrlərdən və iddiaçının əmək kitabçasından da görünür ki, “fasiləsizlik” burada özünü göstərmir. Buna görə də bu hissədə də apellyasiya instansiyası məhkəməsi düzgün norma tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsində iddiaçı tərəfindən təqdim edilən hər hansı sübut olmamışdır. Cavabdehin təqdim etdiyi sübutlar isə nəzərə alınmamışdır. Bununla da, məhkəmə tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr həm faktiki vəziyyətə, həm də hüquq normalarına ziddir. Belə ki, məhkəmə “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsi bağlanmadığı” qənaətinə gəlsə də, işi düzgün həll etmək üçün əhəmiyyəti olan bu halın m övcud olduğu heç bir sübuta əsaslanmamışdır. Cavabdehin təqdim etdiyi iddiaçının Şamaxı Rayon Təhsil Şöbəsinə ünvanladığı 04 may 2022-ci il tarixli məktubun, xx.xx.2023-cü il tarixli ərizəsinin surəti və digər bu kimi sənədlərdən də açıq-aşkar görünən iddiaçının öz xahişi və istəyi ilə müqaviləsinə xitam verilməsi bir müddət sonra da Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsaslanaraq müqavilə bağlanmasını təsdiq edən sübutlar da nəzərə alınmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə iddiaçının etirazı daxil olmuşdur. Etirazda işin hallarına istinad edilməklə şikayətin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddət li əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45, 2-ci hissə. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45, 3-cü hissə. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45, 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Maddə 73, 1- ci hissə. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəm iyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. K assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə üzrə düzgün nəticəyə gəlib.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 22-35ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiy i maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
46. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
48. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.
49. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxan məhkəmələrdə mübahisə olunmayıb.
50. Cavabdehin iddiaçı ilə əmək müqaviləsini hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli bağlaması, eləcə də, əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən müəyyən müddətə bağlanması nı zəruri edən digər əsasların olmasını apellyasiya instansiyası məhkəməsi iş materialları ilə müəyyən etməmişdir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarında hüquqi mövqe belə olmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır, lakin nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəg ötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.
52. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
53. Konstitusiya Məhkəməsinin Plenumu işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi x arakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
54. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımın dan mühüm əhəmiyyət daşıyır.
55. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən, araşdırılması mühüm əhəmiyyət kəsb edən işin hallarına qiymət verməklə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış və gəldiyi nəticəni də buna uyğun əsaslandırmışdır.
56. Kassasiya şikayətinin digər dəlili də – əmək müqavilələri arasında fasilə olduğu üçün iddiaçının fasiləsiz olaraq işləməsi halının olmaması – əsassızdır.
57. Məhkəmə kollegiyası hazırkı işin halları baxımından izah edir ki, əvvəlcə iddiaçının əmək müqavilələrinə xitam verilməsi, sonradan bir neçə gün fərqi ilə onunla eyni müəssisədə, eyni vəzifə üzrə yeni əmək müqavilələrinin bağlanması əmək münasibətlərində fasilə olması anlamına gəlmir.
58. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X5 Təhsil İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-933/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.