Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3483/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və gecikdirilmiş hər gün üçü n ödənişin verilməsi” tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-844/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin direktoru X9 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixində əmək müqaviləsi bağlanmış, İddiaçı həmin məktəbdə riyaziyyat müəlliməsi olaraq işə qəbul edilmişdir.
2. Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin həmkarlar Komitəsinin sədrinin məktəbin direktoruna ünvanladığı məktubda qeyd edilmişdir ki, məktəbin riyaziyyat müəllimi İddiaçı əmək funksiyalarını və xidməti vəzifəsini icra etməməsi, o cümlədən “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3.5, 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydaları”na əməl etməməsi əmək vəzifələrini kobud şəkildə pozma hesab olunduğuna görə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsinə Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsası ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 259 saylı əmrlə Abşeron rayonu, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi işələyən İddiaçı ilə bağla nmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən ləğv edilməsi qərara alınmışdır.
4. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4443/2024 saylı qətnaməsi ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin İddiaçı barəsində «töhmət» intizam tənbeh tədbirinin verilməsi barədə xx.xx.2024-cü il tarixli 125 saylı əmrinin ləğv edilməsi qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(012)4443/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Xırdalan Şəhər 2 saylı tam orta məktəbinə qarşı “töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhər 2 saylı tam orta məktəbin (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud “Məktəb”) direktoru Nümayəndə2 iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli 259 nömrəli əmrinin ləğv olunması, iddiaçının həmin Məktəbin riyaziyyat müəllimi vəzifəsinə işinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ildə Xırdalan şəhəri 2 saylı tam orta məktəbinə riyaziyyat fənni üzrə müəl limə təyin edilmiş, üzərinə düşən vəzifələri layiqincə və bacarıqla yerinə yetirmişdir. İşlədiyi müddət ərzində iddiaçı heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və buna görə də intizam cəzası almamışdır. İddiaçının Məktəbdə bu sahədə yaranmış nöqsan və qanunsuzluqlara qarşı çıxmağı məktəb direktoru Nümayəndə2 xoşuna gəlməmiş, bu səbəbdən iddiaçıya qərəzli münasibət sərgiləmişdir. Qərəzli münasibətdən irəli gələrək məktəbin direktoru tərəfindən 22 may 2024-cü il tarixli 125 saylı əmrlə iddiaçının barəsində töhmət intizam tənbeh tətbiq edimişdir. Həmin əmrin ləğv edilməsi üçün iddiaçı Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, №»2(012)-4443/2024 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, Məkt əbin iddiaçının barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə 22 may 2024-cü il tarixli 125 saylı əmri ləğv edilmişdir. İddianı təmin edərkən məhkəmə qeyd etmişdir ki, töhmət “Müəllimələrin etik davranış qaydaları” haqqında qərara əsasən verilmişdir. Lakin, sözügedən qərar ləğv olunaraq qüvvədən düşmüş və onun yerinə “Təhsilverənlərin etik davranış qaydaları” təsdiq edilmişdir. Amma Məktəbin 22 may 2024cü il tarixli 125 saylı əmrində iddiaçıya töhmət verilmənin əsaslarında “Təhsilverənlərin etik davranış qaydaları”na istinad olunmuş, əvvəlki qüvvədən düşmüş qaydalara əsaslanılmışdır. Beləliklə, əmr maddi hüquq normalarının pozulması ilə verilmişdir” Buna görə məhkəmə iddianı əsaslı hesab etmişdir. Qətnamədən aydın görünür ki, məhkəmədə cavabdeh intizam tənbehi verilmə sini onunla əsaslandırmışdır ki, guya iddiaçı davamlı olaraq özünə məxsus sosial media səhifəsində işlədiyi şagird və müəllim kontingenti arasında heç bir sübut olmadan rəhbərliyin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan mənfi fikirlər formalaşdırmağa çalışmış, valideynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etmişdir. Məhkəmə tərəfindən həmin töhmət əsassız və qanunsuz olduğundan ləğv edildiyi halda, az keçməmiş tənqidlərinə görə iddiaçını təqib edən Məktəbin direktoru Nümayəndə2 məhkəmədə səsləndirdiyi eyni əsaslara istinad etməklə iddiaçını işdən azad etmişdir. Halbuki direktorun gətirdiyi dəlillər iddiaçının işdən azad edilməyi üçün heç vaxt əsas ola bilməz. Direktor hesab edirsə ki, iddiaçı böhtan atır və məktəb müəllimləri, valideyn və şagirdlər arasında nüfu zuna xələl gətirən əməllərə yol verir, onda bununla bağlı direktor məhkəməyə müraciət edə bilərdi. Lakin Məktəbin direktorunun 04 noyabr 2024-cü il tarixli, 259 saylı əmri ilə iddiaçını əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İşdən azad edilməyinin əsasları barədə məlumat tələb etsə də iddiaçıya heç bir məlumat verilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin cavabdehin əsaslandı rmalarından görünür ki, iddiaçının işdən azad edilməyi heç də əmək funksiyalarını və ya üzərinə düşən öhdəliklərini yerinə yetirməməyi ilə bağlı olmamışdır. İddiaçının dərs verdiyi sinif göstəricilərinə görə məktəbdə qabaqcıl sinif olmaqla nümunəvidir, şagird və valideynlər arasında yüksək nüfuza və hörmətə malikdir. Direktor iddiaçını məktəbdəki qanunsuzluq və nöqsanları işıqlandırdığı, buna görə onları tənqid etdiyi üçün, habelə iddiaçını təhqir etdiyinə görə Məktəbi məhkəməyə verdiyi üçün təqib edərək işdən azad etmişdir. Nöqsan və qanunsuzluqlara göz yummaq, məktəb rəhbərliyini qanunsuz əməllərinə görə tənqid etməmək iddiaçının əmək funksiyalarına daxil deyildir və üzərinə əmək müqaviləsi ilə belə bir öhdəlik də qoyulmamışdır. Direktor Nümayəndə2 iddiaçını öz vəzifə səlahiyyətlərindən istifadə edərək haqlı tənqidlərinə görə vəzifədən azad etməsi sırf qanunsuz əməldir, vəzifəsindən sui-istifadədir. Direktor bu əmək mübahisəsinin sonunda qanun qarşısında cavab verməlidir. Qanunvericiliyin tələbinə əsasən əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin işdən azad olduqdan sonra əmək kitabçası vaxtında iddiaçıya təqdim edilməmişdir. Əmr xx.xx.2024-cü il tarixdə, iddiaçının tələbi ilə ona verilmişdir. İddiaçı qanuna "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mübahisənin sülh yolu ilə həll edilməsi üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Bu barədə mediasiya təşkilatından iddiaçıya 02 dekabr 2024-cü il tarixdə müvafiq arayış verilmişdir.
8. Birinci instansiya məhkəməsində Məktəbin direktoru Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2-3 ildir ki, Məktəbin direktoru vəzifəsində işləyir. Həmin vaxtdan etibarən məktəbdə riyaziyyat müəlliməsi işləyən iddiaçının davranışları və hərəkətləri barəsində məlumatı olmuşdur. Lakin o, məsələnin böyüməməsi üçün əlindən gələni etmişdir. İddiaçının onu təhqir etməsinə, şagird və müəllim kollektivi arasında nüfuzunu aşağı salmasına baxmayaraq, onun iddiaçıya qarşı heç bir qərəzi olmamışdır. Lakin iş o yerə gəlmişdir ki, artıq kütləvi şəkildə valideynlər, müəllimlər iddiaçı ilə bağlı şikayətlərlə, ərizələrlə ona müraciət etmişlər. Bundan əlavə, t öhmətlə bağlı digər məhkəmə prossesində iştirak etmiş 63 yaşlı Mətanət adlı müəlliməyə qiymətləndirmədən 59 bal topladığına görə təhqiramiz və alçaldıcı sözlər demişdir. İddiaçının hərəkətləri son həddədir. Hətta ondan əvvəlki rəhbərliyin iddiaçının hərəkələrinə göz yumması qəribədir, ola bilər ki, həmin rəhbərliyin iddiaçıdan çəkindiyi hallar olmuşdur. Bundan əlavə, iddiaçı Aysel adlı müəllimənin 9-cu sinfinə daxil olaraq şagirdləri təhdid etmişdir. Həmçnin iddiaçı ona yaxınlaşaraq 5 “e” sinfinin ona verilməsini istəmiş, o isə iddiaçıya 5 “ə” sinfini verə biləcəyini bildirmişdir. Otaqdan çıxdıqdan sonra iddiaçı onun 5 “e” sinfini satdığını deyərək qışqırmışdır. Bu məsələlər 2024-cü ilin aprel ayından başlamışdır. İddiaçı ona “Paşinyanın yerlisisən, ermənisən” sözlərini işlətməsi ona ən çox təsir edən və toxunan haldır. İddiaçı müəllim adına layiq deyil, müəllim adına yaraşmayan hərəkətlər etmiş, nalayiq ifadələr səsləndirmişdir. Bu səbəbdən iddiaçının məktəbdə işləməsi qəbuledilməzdir.
9. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddiya etirazında bildirmişdir ki, açıq-aşkar qanunsuz olduğuna görə iddia ərizəsinin dəlilləri ilə razılaşmır. Əvvəla, xx.xx.2024-cü il tarixli töhmət intizam tənbehinin verilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin əsassızlığı barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilmiş və sözügedən qətnaməyə apellyasiya məhkəməsində baxılacaqdır. Bu səbəbdən iddiaçıya verilmiş intizam tənbehi hüquqi mövqe baxımından hazırkı vaxtadək öz qüvvəsind ədir. Eyni zamanda xx.xx.2024-cii il tarixdə iddiaçıya verilmiş töhmət tənbehi hazırkı iddia tələbinin predmetinə daxil deyildir və həmin faktla heç bir əlaqə və bağlılığı yoxdur. İddiaçının işdən azad olunmasına səbəb davamlı olaraq etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və bununla bağlı məktəb rəhbərliyinə daxil olmuş çoxsaylı şikayətlər, sənədlər və barəsində toplanmış material olmuşdur. Qanunu n tələbi baxımından iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia ərizəsi ümumi, qeyri-müəyyən və mücərrəd fikirlərdən ibarət olmaqla, orada qanuniliyi mübahisələndirilən əmrin ləğv edilməsi üçün konkret və aydın dəlilə və ya fakta istinad edlməmişdir. Buna görə də iddiaçının tələbi qanuni və əsaslı sayıla bilməz. İşin faktiki hallarına gəldikdə, qeyd edilməlidir ki, iddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələbləri davamlı şəkildə pozularaq, özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin direktorunun, müavinlərinin, müəllimlərin əmək fəaliyyətinə və nüfuzuna xələl gətirən, müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz ifad ələr işlətməsi, işlədiyi məktəbin şagird və valideyn kontingenti arasında heç bir sübut olmadan məktəbin rəhbərliyinin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan xarakterli mənfi fikirlər formalaşdırmağa çalışması, valdeynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etməsi müəyyən edilmişdir. Məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyərkən iddiaçının elik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması, o cümlədən, “Ümumi təhsil haqqında" Qanununun 23.3.5-ci və 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydalar»ının loyallıq etik davranış prinsipinə dair 2.3-cti və 2.3.2-ci bəndlərinin, mədəni davranış prinsipinə dair 2.4. 2.4.1 -ci və 2.4.2-ci bəndlərinin, ictimai etimad davranış prinsipinə dair 2.6, 2.6.2-ci və 2.6.3-cti bəndlərinin, xidməti davranış qaydasına dair 3.3-cü bəndinin və xidməti fəaliyyətdən kənar davranış qaydasına dair 4.3-cii bəndinin tələblərinə əməl etməməsi barədə yazılı müraciətlər (ərizə, təqdimat, məlumat, arayış, protokol, akt və s.) daxil olmuşdur. Bundan başqa, etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması ilə əlaqədar iddiaçı səbəbini göstərmədən izahat verməkdən, dəfələrlə dəvət edilməsinə baxmayaraq, onunla bağlı məsələnin məktəbin pedaqoji şurasının yığıncağında və həmkarlar təşkilatının yığıncağında müzakirəsi zamanı orada iştirak etməkdən səbəblərini göstərmədən imtina etmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” yarımbəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, mıiəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Bel əliklə, iddiaçının yuxarıda qeyd olunan hərəkətləri onunla bağlanmış əmək müqaviləsində müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) kobud şəkildə pozması kimi qiymətləndirilərək onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin iddiaçının davranışına mövqe bildiriləndə nəzərə alınmalıdır ki, hal-hazırda Məktəbdə 6000-ə yaxın şagird təhsil alır, pedaqoji kollektiv üzvlərinin sayı isə 450 nəfərdən artıqdır. Beləliklə, iddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları" nın tələblərinin pozulduğu təsdiqini tapdığına görə Əmək Məcəlləsinə əsasən onun əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Xızı Regional Təhs il İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra “üçüncü şəxs”) qismində işə cəlb etmişdir.
11. Üçüncü şəxs nümayəndəsi iddia ərizəsinə münasibətdə bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmr xx.xx.2024-cü il tarixində imzalanmışdır. Məktəbin direktoru iddiaçının mütəmadi olaraq etik davranış qaydalarını pozmasına dair 04 oktyabrda təmsil etdiyi İdarəyə müraciət ünvanlamış və İdarə tərəfindən qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılmış və iddiaçının mütəmadi olaraq məktəb, direktor, müəllimlər və Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində sosial şəbəkələrdə paylaşımlar etdiyi məlum olmuşdur. Odur ki, iddiaçının əmək qanunvericiliyini pozması halları nəzərə alınmış, lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyətinin məktəb direktorunda olması, müəllimənin izahatı alındıqdan sonra intizam məsuliyyətinin olub-olmamasının müəyyən edilməsi direktora bildirilmişdir. Bundan əlavə Təhsil nazirinin 05 mart 2009-cu il tarixli, 270 №-li əmri ilə təsdiq edilmiş “Sinif rəhbərinin əsasnaməsi”ndən də davranış qaydaları barədə məlumat öz əskini tapmışdır.
12. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, o, Məktəbinin 9 “a” sinfinin rəhbəridir. Onun əvvəllər iddiaçı ilə münasibəti yaxşı olsa da, hazırda münasibətləri yoxdur. Belə ki, iddiaçı onun sinfinin riyaziyyat müəlliməsidir. Hər dəfə sinfinin şagirdlərinin yanında onu, rəhbərliyi pisləmiş və uşaqlara mənfi təsir göstərmişdir. Qeyd edir ki, sinfin şagirdləri iddiaçının onun barə sində “it balası sinif rəhbəriniz” ifadəsini işlətmişdir. İddiaçı şəxsi ədavət məsələlərini şagirdlərin yanında danışır. Sosial şəbəkədə paylaşaraq onun köstəbəyə oxşadığını demişdir. Direktorun nəinki iddiaçıya, heç bir müəlliməyə qarşı qərəzi, pis münasibəti olmamışdır. İddiaçının məktəbin 80 faizi ilə münasibəti pisdir. İddiaçı Məktəbin direktoruna, direktor müavininə, müəllimlərə təhqiramiz adlar qoymuş, ələ salmışdır. Odur ki, valideynlər iddiaçının həmin sinfə dərs keçməməsi barədə ərizələr yazmışlar.
13. Birinci instansiya məhkəməsində şahid X10 bildirmişdir ki, onun oğlu Əkbər Babayev Məktəbdə X1 oxuyur. Həmin sinifdə riyaziyyat dərsini iddiaçı keçir. Belə ki, onun övladı epilepsiya xəstəsidir. Oğlu dərsdən gələndə həyəcanlı və pis vəziyyətdə gəlmişdir. İddiaçı dərsdə uşaqlara dire ktorun və müəllimlərin haqqında danışmış və təhqiramiz ifadələr səsləndirmişdir. İddiaçı Aysel müəllimə haqqında “it balası” ifadəsini səsləndirmişdir. Bundan əlavə, övladı dərsə 1 dəqiqə gecikmiş və iddiaçı heç bir güzəşt etmədən və qayib çox olarsa buraxılış imtahanına buraxılmayacağını bilərək qayib yazmışdır. İddiaçı riyaziyyat dərsini keçmək əvəzinə, uşaqların yanında onlara aidiyyəti olmayan məsələlər danışır.
14. Birinci instansiya məhkəməsində şahid X11 bildirmişdir ki, onun oğlu Aysel müəllimənin sinfində oxuyur. Belə ki, övladı evə gələndə iddiaçının onlara dərs keçmədiyini və yalnız müəllimlər barəsində təhqirlər etdiyini bildirmişdir. İddiaçının etdikləri onun övladına çox təsir etmişdir. Odur ki, onun iddiaçı ilə şəxsi qərəzi yoxdur, sadəcə iddiaçı dərs keçmir, yalnız telefo nda sosial şəbəkələrə daxil olur və müəllimləri, sinif rəhbərini pisləyir.
15. Birinci instansiya məhkəməsində şahid X12 bildirmişdir ki, onun övladı 11-ci sinifdə oxuyur və iddiaçı həmin sinfin sinif rəhbəridir. Onun övladı əlaçıdır və qırmızı attestat almışdır. Lakin iddiaçının müəllimlər, direktor barədə dedikləri onun övladına təsir göstərmişdir və hazırda övladı iddiaçıya görə psixoloji təzyiq altındadır.
16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1076/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Habil Əhmədov)
17. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı barəsində verilən əmrin əsası kimi onun əmək funksiyalarını və xidməti vəzifəsini icra etməməsi, o cümlədən “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3. 5, 23.3.8ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydaları”na əməl etməməsi olmuşdur ki, işəgötürən də bunu əmək vəzifələrini kobud şəkildə pozma kimi qiymətləndirmişdir. Göstərilənlərlə əlaqədar məktəbin Həmkarlar Komitəsinin xx.xx.2024, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iclasları keçirilmiş və sonuncu iclasın qərarına əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsinə Məktəbin Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında baxılmış və onunla bağlanmış əmək müqaviləsinin göstərilən əsas ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin mübahisələndirilən əmrin və Məktəbin Həmkarlar Komitəsinin iclasının qərarı qəbul edilməmişdən əvvəl Məktəbd ə riyaziyyat müəllimi vəzifəsində işləyərkən iddiaçının elik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, kobud şəkildə pozması, o cümlədən, “Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 23.3.5-ci və 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydalarrnın loyallıq etik davranış prinsipinə dair 2.3-cti və 2.3.2-ci bəndlərinin, mədəni davranış prinsipinə dair 2.4. 2.4.1-ci və 2.4.2-ci bəndlərinin, ictimai etimad davranış prinsipinə dair 2.6, 2.6.2-ci və 2.6.3-cti bəndlərinin, xidməti davranış qaydasına dair 3.3-cü bəndinin və xidməti fəaliyyətdən kənar davranış qaydasına dair 4.3-cii bəndinin tələbləri nə əməl etməməsi barədə yazılı müraciətlər (ərizə, təqdimat, məlumat, arayış, protokol, akt və s.) Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə daxil olmuş, bununla bağlı xidməti araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli araşdırma komissiyasının aktı, daha sonra isə Məktəbin yuxarıda qeyd edilən Həmkarlar Komitəsinin qərarı təqdim edilmişdir.
18. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək f unksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması ilə əlaqədar riyaziyyat müəllimi vəzifəsində işləyərkən iddiaçı səbəbini göstərmədən izahat verməkdən, dəfələrlə dəvət edilməsinə baxmayaraq, onunla bağlı məsələnin məktəbin pedaqoji şurasının yığıncağında və həmkarlar təşkilatının yığıncağında müzakirəsi zamanı orada iştirak etməkdən səbəblərini göstərmədən imtina etmişdir.
19. Birinci instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli 125 №li “töhmət” əmrinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edildikdən sonra tənqidlərinə görə onu təqib edən Məktəbin direktoru Nümayəndə2 məhkəmədə səsləndirdiyi eyni əsaslara istinad etməklə onu işdən azad etməsini göstərsə də, bu və on unla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmrinin əsassız, qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair irəli sürdüyü dəlillərini təsdiq edən hər hansı sübutlar təqdim etməmişdir.
20. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, prosessual normalrın tələbinə görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tər əfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
21. Birinci instansiyası məhkəməsinin qənaətinə görə cavabdehin iddiaçı barəsində verdiyi xx.xx.2024-cü il tarixli 259 nömrəli əmrin əmək qanunvericiliyinə uyğun olması və əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsasların həm də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-07 nömrəli 15 may 2024-cıi il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalar’ının “Loyallıq” prinsipi adlanan 2.3cti, “Mədəni davranış" prinsipi adlanan 2.4-cü, “Qərəzsizlik” prinsipi adlanan 2.5-ci, “İctimai etimad” prinsipi adlanan 2.6-cı və ‘‘İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət” prinsipi adlanan 2.7ci bəndlərinin tələblərinə tam uyğun olmasına dair dəlilləri daha inandırıcı və mötəbərdir.
22. Birinci instansiyası məhkəməsi işin faktiki hallarınına hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. Belə ki, əvvəla müəyyən edilmişdir ki, iddiaçı barəsində verilən əmrdə xx.xx.2024-ci il tarixdə iddiaçıya verilmiş töhmət intizam cəzasının ləğv edilməsinə dair Abşeron Rayon Məhkəməsinin qətnaməsi Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almasa da, faktiki olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli 125 saylı əmrlə verilmiş «Töhmət» intizam təhbehi qüvvədədir.
23. Həmçinin iddiaçıya xx.xx.2024-cü il tarixli 125 saylı əmrlə “töhmət” intizam təhbehi ona görə verilmişdir ki, iddiaçı əmək inztizamını kobud şəkildə pozmuş, nəticədə müəllimlərin və valideynlərin narazılıqlarına səbəb olmuşdur. Qeyd edilən hal iş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktlarda öz əksini tapmışdır. Həmçinin məhkəmədə iddiaçıya məxsus sosial şəbəkələrdəki statusların görüntüləri təqdim edilmiş, həmin statuslarda onun məktəbin kollektivi və valideynlər haqqında yazıları öz əksini tapmışdır. Bununla əlaqədar iddiaçı məhkəmə baxışında həmin yazıların ona məxsus olmadığını mübahisələndirmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş fləşkarta baxış keçirilən zaman, həmin statusların ona məxsus olduğunu iddiaçı etiraf etmişdir.
24. Bundan əlavə, iddiaçının davamlı olaraq etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsini təsdiq edən çoxsaylı sübutlar təqdim edilmişdir.
25. Belə ki, iş materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman səs və videogörüntülərdən iddiaçının bu ifadələri səsləndirməsi müəyyən edilmişdir: - 1-ci səs yazısı-“Həmin o müdürün mən ə dedi ki, bu məktəbdə inandığım, güvəndiyim yeganə zavuc Nisə müəllimədir, başqa heç kimə inanmır, Könül də gəlib müəllimlərlə çaşka-loşkadır, bir-birlərinə Könka filan deyirlər, Könül özünə hörmət qoymur, hamısını əlimin altında işlədirəm. Bax sənin haqqında bunları deyirlər. Könül, sən mənim əxlaqım haqqında, həyat yoldaşının guya ki məni döyməsi haqqında sözlər desən də, gözünlə görməmisən. Çox sagol hər şeyə görə”; - 2-ci səs yazısı-“Hər vaxtınız xeyir, yeri gəlsə mən 04 noyabr tarixindən məktəbdən qanuni uzaqlaşmışdır. Lakin bundan 10-15 gün əvvəl mən uşaqlara ev tapşırığı vermişdim. Orada yüz faiz özünü axırıncı yola qoyan Aygün müəllimə olacaq, bir də gücləri idman müəlliminə çatır, bir də ki hərbi müəllimi belə deyək ki, onların buyruqçusudur. Bu müəlimlər uşaqların qiymətini kə səcəklər. Lakin digər müəllimlərə qiymətlə bağlı tapşırıq vermişdim. Onun Arzunun qiymətlərindən xəbəri yoxdur. Sadəcə olaraq siz niyə susursuz, bu sizin uşaqlarınıza yazılan qiymətdir. Yeganə bu sinifdir ki, tapşırıq altında qiymətlər yazılmışdır. Göz görə-görə içəri girir ancaq İsmayılın başını sığallayır; - 3-cü səs yazısı-“Uşaqlar, kimsə bir söz deyirsə, onu isbat etməlidir, isbat edə bilmirsə birbaşa cinayət məsuliyyəti daşıyır. Bunu ona görə sizə bildirirəm ki, siz artıq həddi-buluğa çatmış uşaqlarsız və bu sizin üçün təcrübədir. Sizin valideynlərinizə hörmətim isə sonsuzdur. Siz mənim dərsimdə iştirak etməlisiz. Sizin summativləriniz pis vəziyyətdədir. Başınızı salın aşağı dərsinizi oxuyun, boş-boş məsələlərə qulaq asmayın. 18 oktyabr tarixində o qadın sizin valideynləriniz olmadığı halda, valideynləri kimi təqdim etdiyi şəxsləri şahid kimi gətirmişdir. Mən sizə dərs keçmişəm, aqresiv olmamışam, amma sizin valideynləriniz niyə belə edir. Sizin sinif birbaşa nazirlik tərəfindən nəzarətə götürüləcək. Direktorunuz da cavab verəcək”.
26. Birinci instansiya məhkəməsi xüsusilə vurğulamışdır ki, iddiaçının “WhatsApp” səhifəsində paylaşdığı məlumatlara məktəbin müəllimləri, şagirdləri və onların valideynləri də baxması halı inkar edilmir və bu paylaşımlar onun işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr kimi qiymətləndirilir.
27. Həmçinin birinci instansiyası məhkəməsi şahid ifadələrinə də qiymət verərək qeyd etmişdir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır.
28. Birinci instansiyası məhkəməsi hazırki iş üzrə dindirilmiş şahidlərin dediklərini şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmasını, iddiaçının qeyri-etik hərəkətləri barədə bildiklərini aydın və müfəssəl təsvir etmələrini, hər birinin verdiyi ifadələrin bir-biri ilə uzlaşmasını və hadisələri məntiqi ardıcıllıqla əks etdirilmələrini nəzərə alaraq şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirdiyini göstəmişdir.
29. Beləliklə, birinci instansiyası məhkəməsinin mövqeyinə görə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən əmək qanunvericiliyinə riayət e tməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Həmçinin Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirməklə yanaşı, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur.
30. Birinci instansiyası məhkəməsi qənaətinə görə iddiaçının yol verdiyi araşdırma zamanı müəyyən edilən pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların xarakterinə adekvat olduğundan, eləcə də onun kollektivdə nüfuzunu, törətdiyi xətanın xarakterini nəzərə alaraq işəgötürən tərəfindən ən sərt tənbeh tədbiri kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsində haqlı olmuşdur.
31. Göstərilənlərə əsasən birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin bu hissəsi əsassızdır və təmin edilə bilməz. İddianın mübahisələndirilən əmrin ləğv edilməsi hissəsi əsassız olduğu üçün digər tələblər, yəni, iddiaçının əvvəlki işinə bərpa e dilməyi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi kimi tələblər törəmə tələblər olduğuna görə prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassızdır və onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət yoxdur.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi, 12-ci maddəsinin İ hissəsinin “b” bəndi, 68-ci maddəsinin İ hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin İİ hissəsi, 72, 76, 311-ci maddələri, 186-cı maddəsinin İ, İİİ hissələri, 300-cü maddəsinin İ hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 80, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. İddiaçı a pellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə iddiaçını bu hüququnun pozuntusuna yol vermişdir. Belə ki, cavabdehin gətirdiyi şahidlərin qərəzli yanaşmaları olmuşdur, məhkəmədə təqdim edilən şahid ifadələri əsasən məktəb rəhbərliyinə yaxın şəxslərdən ibarət olmuşdur. Bütün şahidlərin mövqeləri vahid, tə limatlandırılmış formada idi və onların ifadələri arasında obyektiv müstəqil müşahidə fərqliliyi yox idi. Qeyd edilənlər şahid ifadələrinin mötəbərliyi üçün əsaslı şübhədir. Bu hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə qeyd edilən halları nəzərə almadan qərar qəbul etmişdir. İddiaçının sosial şəbəkələrdə ifadə etdiyi fikirlər Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddələrinə əsasən qorunan ifadə və fikir azadlığı hüququnun təzahürüdür. Qətnamədən açıq görünür ki, işdən azad edilmənin əsas motivlərindən biri iddiaçının sosial şəbəkə yazıları olmuşdur. Halbuki bu paylaşımlar ədavət, zorakılıq və ya nifrət çağırışları xarakteri daşımamış, yalnız ictimai əhəmiyyət daşıyan məsələlərə şəxsi münasibətin ifadəs i olmuşdur. Qarşı tərəfin iddialarında və məhkəmə çıxışlarında dəfələrlə vurğulanmışdır ki, iddiaçının işdən azad edilməsinə səbəb onun məktəb kollektivi ilə münasibətlərindəki guya problemlər deyil, daha çox iddiaçının məktəb rəhbərliyinə qarşı sosial şəbəkələrdə və digər vasitələrlə tənqidi ifadələr işlətməsi olmuşdur. Bu hal göstərir ki, cavabdeh (direktor) əmək funksiyalarının icrasından kənar, sırf şəxsi maraqlardan çıxış edərək, öz vəzifə səlahiyyətlərini aşmış və iddiaçının ifadə etdiyi tənqidi fikirlərə qarşı cavab vermişdir. Beləliklə, Məktəb direktorunun hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (fikir və söz azadlığı) və İnsan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı hüququnun müdafiəsi) kobud şəkildə pozulması na səbəb olmuşdur. Hüquqi baxımdan vurğulanmalıdır ki, işəgötürənin işçiyə qarşı hər hansı intizam tənbehi və ya əmək müqaviləsinə xitam tədbiri yalnız obyektiv, qanuni əsaslarla həyata keçirilməli, şəxsi zəmində, xüsusilə də ifadə azadlığına görə qisas məqsədi ilə edilməməlidir. Cavabdeh tərəfindən iddiaçının işdən çıxarılmasının hüquqi baxımdan əsaslandırılmadığı, tənqidi ifadələrə şəxsi qərəzlə cavab verildiyi və nəticədə əmək qanunvericiliyi ilə təmin edilmiş bərabərlik və azadlıq prinsiplərinin pozulduğu tam aşkar görünməkdədir. “Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.” Qanunun bu norması aydın şəkildə deyir ki, şahid hansı məlumatı verirsə, onun haradan, necə əldə olunduğunu dəqiq izah etməlidir. Əgər şahid bu mənbəni dəqiq göstərmir sə, onun dedikləri hüquqi cəhətdən sübut sayıla bilməz. Burada “alınma mənbəyi” dedikdə, şahidin şəxsi müşahidəsi, bilavasitə iştirak etdiyi hadisə və ya dəqiq mənbəyi (məsələn: kimdən, necə, nə zaman, hansı şəraitdə eşitdiyi) göstərməsi nəzərdə tutulur. Şahid ifadəsi şəxsin öz müşahidəsinə əsaslanmalıdır. İfadələr standart, şablon və təkrar xarakter daşıyırsa, bu onların təlimatlandırılmış və qeyri-obyektiv olduğuna dəlalət edir. Mülki Prosessual Məcəllənin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərməyən şahidin verdiyi məlumatlar sübut hesab edilə bilməz. İş materiallarından görünür ki, məhkəmə tərəfindən qəbul edilən şahid ifadələri dəqiq müşahidəyə və ya bilavasitə əldə olunmuş məlumata deyil, şaiyə xarakterli, qeyri-müəyyən “uşaqlar danışıb”, “eşitmişəm” kimi dolayı məlumatla ra əsaslanır. Bu cür ifadələr MPM-in 104.3-cü maddəyə əsasən sübut hesab edilməməli və qətnamənin əsaslandırılmasında nəzərə alınmamalı idi. Məhkəmə bu hüquqi tələbi pozaraq, sübutsuz, mənbəyi təsdiqlənməmiş ifadələrə əsaslanaraq qətnamə çıxarmışdır. Heç bir şahid hadisənin bilavasitə şahidi olmamış, öz şəxsi müşahidəsi ilə faktları təsdiqləməmişdir. Göstərilən hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə qeyd edilən halları nəzərə almadan qərar qəbuletmişdir. 35. “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir”. Məhkəmə cavabdehlərin izahatlarına qeyri-obyektiv yanaşmışdır. Qətnamədən görünür ki, məhkəmə cavabdeh tərəfin, xüsusən məktəb direktoru və Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsinin izahatları əsasında nəticəyə gəlmişdir. Halbuki, bu şəxslər cavabdeh statusunda olduqları üçün, onların ifadələri prosessual baxımdan işin nəticəsində birbaşa maraqlı şəxslərin izahatı hesab olunur və onların izahatları yalnız başqa obyektiv sübutlarla təsdiqləndiyi halda sübut kimi qəbul edilə bilərdi. Hazırkı iş üzrə isə bu izahatlar heç bir obyektiv sübutla təsdiqlənməmiş, sadəcə subyektiv bəyanatlara istinad olunmuşdur.
36. Şahidlərin işəgötürənlə asılılığı vardır və ifadələri obyektiv olmamışdır. Şahid qismində ifadə verən şəxslər (Süleymanova Aysel və başqaları) işəgötürənin birbaşa tabeliyində olan şəxslər olmuş, onların ifadələrinin azad, təzyiqsiz və qərəzsiz verilməsi təmin edilməmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş şahid ifadələri təbii müşa hidəyə deyil, əvvəlcədən hazırlanmış və təlimatlandırılmış ümumi ittihamlara əsaslanır. İfadələrdəki eyniliklər və təkrarlar şahid ifadələrinin mötəbərliyində şübhə üçün əsasdır. İfadələrdən də göründüyü kimi, şahidlərin fərdi müşahidəsi olmamışdır. Bu hallar Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) və Mülki Prosessual Məcəllənin sübutların mötəbərliyi tələbləri baxımından ciddi pozuntu sayılır.
37. Məhkəmənin sübutları birgə və hərtərəfli qiymətləndirməmişdir. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara bütöv kompleks şəkildə, obyektiv yanaşmalı idi. Ancaq burada təkcə cavabdeh və onun marağında olan şəxslərin ifadələri əsasında subyektiv qərar verilib, iddiaçının irəli sürdüyü dəlillər, müdafiə mövqeyi və hüquq prinsipləri lazımi qaydad a nəzərə alınmayıb. Nəticə olaraq, MPM-in 88-ci maddəsinin tələb etdiyi obyektivlik, qərəzsizlik, tamlıq və hərtərəflilik prinsipləri pozulmuşdur. Məhkəmə yalnız birtərəfli izahatlara əsaslanmış, sübutların məcmusunu tam, qərəzsiz və obyektiv qiymətləndirməmişdir.
38. Məhkəmə tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçının işdən azad edilmənin əsas səbəbi kimi göstərilən əmək funksiyalarının pozulması dəqiqləşdirilməmiş, iddiaçının hansı öhdəliyi necə və hansı nəticə ilə pozduğu dəqiq müəyyən edilməmiş, eyni zamanda iddiaçının ifadə azadlığı çərçivəsində sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirlərin işdən çıxarılma üçün əsas olub-olmaması hüquqi baxımdan qiymətləndirilməmişdir. Cavabdehin tabeliyin də olan və tərəfsizliyi şübhə doğuran şahidlərin ifadələri arasında fərqlilik olmaması, ifadələrin standart və təlimatlandırılmış olması, mənbələrin göstərilməməsi (Mülki Prosessual Məcəllənin 104.3-cü maddəsinin pozulması), işəgötürənin qərəzli davranışının, mediasiya prosedurundan yayınmanın nəticələrinin nəzərə alınmaması, iddiaçının peşəkar fəaliyyətinə və şagird nailiyyətlərinə obyektiv qiymət verilməməsi halları da araşdırılmamışdır. Həmçinin, xx.xx.2024-cü il tarixli intizam tənbehi barədə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə həmin töhmət ləğv edildikdən bir müddət sonra xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi faktı cavabdeh tərəfindən iddiaçıya qarşı davamlı qərəzli münasibətin mövc udluğunu açıq surətdə sübut edir. Töhmət tədbiri artıq məhkəmə tərəfindən qanunsuz sayılıbsa, buna əsaslanan və ardıcıl şəkildə verilən daha ağır tədbirin, yəni işdən azad etmənin da eyni motivlərlə, şəxsi qərəzlə həyata keçirildiyi araşdırılmalı idi. Məhkəmə bu zəruri faktı araşdırmadan, cavabdehin iddiaçıya qarşı qərəzli münasibətini qiymətləndirmədən qərar qəbul etmişdir.
39. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-844/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1076/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Fuad Məmmədov)
40. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəli llərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən “WhatsApp” səhifəsində paylaşılan qeyri-etik və təhqiramiz məzmunlu ifadələr iddiaçının ifadə azadlığı çərçivəsində sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirlər kimi qiymətləndirilə bilməz.
41. İddiaçı şahid ifadələrinin şübhə doğurmasını göstərsə də, buna dair məhkəməyə mötəbər və təkzibolunmaz sübutlar təqdim etməmişdir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını göstərərək, hesab etmişdir ki, iddiaçının yol verdiyi pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntular ın xarakterinə adekvat olmuşdur.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35 (İ, İİ və Vİİ hissələrinə), Əmək Məcəlləsinin 10, 68.1, 70 (ç), 71.2, 72, 76, 186.2-ci maddələri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-07 nömrəli 15 may 2024-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalarının 4.3, 3.5, 5.1-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayətinin dəlilləri: - Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən İşçilər arasında vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi və əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi qəti qadağandır. Həmin maddənin 3-cü bəndində göstərilmişdir ki, əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən şəxs qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyır. 4-cü bənddə göstərilmişdir ki, Ayrı-seçkiliyə məruz qalan işçi məhkəməyə müraciət etmək hüququna malikdir; - iddiaçıya qarşı tətbiq edilən "töhmət" tədbiri onun tədris fəaliyyəti i lə əlaqəli obyektiv çatışmazlıqlara görə deyil, rəhbərliklə şəxsi münasibətlərinə və onun şikayətçi və mübariz mövqeyinə əsaslanmışdır: - iş materiallarında iddiaçının fənn üzrə savadına, dərs keyfiyyətinə, pedaqoji fəaliyyətinə dair obyektiv mənfi rəy və ya ciddi faktik sübut təqdim olunmamışdır. Əvəzində iddiaçı tərəfindən rəhbərliyin və məktəbdəki neqativ halların ictimailəşdirilməsi cəhdləri; sosial şəbəkələrdə rəhbərliklə bağlı paylaşdığı tənqidi fikirlər; iddiaçının mövcud qanunsuzluqlara qarşı mövqe sərgiləməsi səbəbindən təzyiqlər edilməsi sübut olunmuşdur. Bu isə Əmək Məcəlləsinin 16-ci maddəsinin tələb etdiyi əməyin nəticələri və işgüzar keyfiyyətlərdən fərqli səbəblərlə şəxsi mülahizələrlə işçiyə qarşı qərəzli münasibət tətbiq edildiyini göstərir; - iddiaçı məktəbdə ictimaiyyə ti xəbərdar etdiyi üçün rəhbər heyətlə yaxın münasibətləri olan müəllimlər və rəhbərlik tərəfindən sistematik şəkildə təzyiqlərə məruz qalmış, toplantılara çağırılmamış, kollektivin gözündə ləkələnməyə çalışılmışdır. Bu, iddiaçının sosial mövqeyinin zəiflədilməsinə, peşə fəaliyyətinin süni şəkildə məhdudlaşdırılmasına yönəlmişdir. İşdən azad edilmə şəxsi-qərəzli münasibət nəticəsində baş vermiş, Əmək Məcəlləsinin 16-cımaddəsinin tələbləri pozulmuşdur; - iş materiallarında müqavilənin xitamının obyektiv, ölçülə bilən səbəbləri göstərilməmiş, yalnız ümumi narazılıqlar təqdim olunmuşdur; - işəgötürən MPM 77.1-ə uyğun sübutetmə yükünü yerinə yetirməmiş, MPM-in 71.3cü maddəsinin tələb etdiyi xitamın zəruriliyini də əsaslandıra bilməmişdir. Bu baxımdan, əmək müqaviləsinə xitam verilməsi şəxsi mü nasibətə dayanan ayrı-seçkilik və qərəz nümunəsi oluğu üçün əmr ləğv edilməli idi; - əmək münasibətləri sahəsində bu cür ayrı-seçkili davranışın forması, nəticəsi və məqsədi Əmək Məcəlləsinin 16-cımaddəsinə birbaşa ziddir. Bu, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin (ayrı-seçkiliyin qadağan olunması) pozuntusunu yaradır; - iddiaçının sosial şəbəkələrdə ifadə etdiyi fikirlər Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə və Azərbaycan RespublikasıKonstitusiyasının 47-ci maddələrinə əsasən qorunan ifadə və fikir azadlığı hüququnun təzahürüdür. Qətnamədən açıq görünür ki, işdən azad edilmənin əsas motivlərindən biri iddiaçının sosial şəbəkə yazıları olmuşdur. Halbuki bu paylaşımlar ədavət, zorakılıq və ya nifrət çağırışları xarakteri daşımamış, yalnız ictimai əh əmiyyət daşıyan məsələlərə şəxsi münasibətin ifadəsi olmuşdur. Qarşı tərəfin iddialarında və məhkəmə çıxışlarında dəfələrlə vurğulanmışdır ki, iddiaçının işdən azad edilməsinə səbəb onun məktəb kollektivi ilə münasibətlərindəki guya problemlər deyil, daha çox iddiaçının məktəb rəhbərliyinə qarşı sosial şəbəkələrdə və digər vasitələrlə tənqidi ifadələr işlətməsi olmuşdur. Bu hal göstərir ki, cavabdeh (direktor) əmək funksiyalarının icrasından kənar, sırf şəxsi maraqlardan çıxış edərək, öz vəzifə səlahiyyətlərini aşmış və iddiaçının ifadə etdiyi tənqidi fikirlərə qarşı cavab vermişdir. Beləliklə, Məktəb direktorunun hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi (fikir və söz azadlığı) və İnsan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin (ifadə az adlığı hüququnun müdafiəsi) kobud şəkildə pozulmasına səbəb olmuşdur; - hüquqi baxımdan vurğulanmalıdır ki, işəgötürənin işçiyə qarşı hər hansı intizam tənbehi və ya əmək müqaviləsinə xitam tədbiri yalnız obyektiv, qanuni əsaslarla həyata keçirilməli, şəxsi zəmində, xüsusilə də ifadə azadlığına görə qisas məqsədi ilə edilməməlidir; - cavabdeh tərəfindən iddiaçının işdən çıxarılmasının hüquqi baxımdan əsaslandırılmadığı, tənqidi ifadələrə şəxsi qərəzlə cavab verildiyi və nəticədə əmək qanunvericiliyi ilə təmin edilmiş bərabərlik və azadlıq prinsiplərinin pozulduğu tam aşkar görünməkdədir. - İnsan hüquqlarının və X7 haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırma hüququnun pozuntusuna yol verilmişdir. Belə ki, cavabdehin gətirdiyi şahidlərin qərəzli yanaşmaları olmuşdur, məhkəmədə təqdim edilən şahid ifadələri əsasən məktəb rəhbərliyinə yaxın şəxslərdən ibarət olmuşdur. Bütün şahidlərin mövqeləri vahid, təlimatlandırılmış formada idi və onların ifadələri arasında obyektiv müstəqil müşahidə fərqliliyi yox idi. Qeyd edilənlər Şahid ifadələrinin mötəbərliyi üçün əsaslı şübhədir. Hesab edirəm ki, yuxarıdakı hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almadan qərar qəbul etmişdir. - Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi (Şərəf və ləyaqətin müdafiəsi ) göstərir ki, insanın şərəf və ləyaqəti dövlət tərəfindən qorunur və heç kəs ləyaqəti alçaldan rəftara və ya cəza tədbirinə məruz qala bilməz. Məhkəmədə təqdim edilən materiallar göstərmişdir ki, iddiaçının peşəkar nüfuzuna və şəxsi ləyaqətinə qarşı təhqir və əsassız ittihamlar irəli sürülmüşdür, bu isə Konstitusiyanın 46-cı maddəsinin pozuntusudur. Belə ki, hazırkı mübahisə üzrə məhkəməyə təqdim edilmiş materiallar və cavabdeh tərəfin çıxışlarında açıq şəkildə görünür ki, iddiaçının şəxsi ləyaqəti və peşəkar nüfuzu bilərəkdən və məqsədli şəkildə alçaldılmışdır. Cavabdeh tərəfindən iddiaçının ünvanına "Bu Vəfa nə müəllim kimi, nə də qadın kimi cəmiyyətə layiq deyil" ifadəsi işlədilmişdir. Bu ifadə iddiaçının yalnız peşəkar fəaliyyətinə deyil, eyni zamanda şəxsi mənlik dəyərinə və qadın kimliyinə qarşı hücum təşkil edir; - Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; - iş materiallarında dərslərin dayandırılması, tədris planından geri qalma, davamiyyətin pozulması, jurnallarda boş saatlar və ya metodik planın icra edilməməsi barədə heç bir akt və ya cədvəl təqdim edilməyib. Bu səbəbdən “əmək və icra intizamının normal ahənginin pozulması” sübuta yetirilməyib. Summativ və yekun qiymətlər üzrə müqayisəli hesabat, şagird nailiyyətlərinin dinamikası, monitorinq arayışı və dərslərin pisləşməsi barədə real sübut mövcud deyil; - “nəticələrin pisləşməsi” yalnız ümumi bəyanat səviyyəsindədir, ölçülə bilən sübut yoxdur. Məktəbin və ya işəgötürənin hüquqlarına real ziyanı təsdiqləyən sənədlər, valideyn şikayətləri ilə bağlı iddialara dair sübut, reputasiya itkisinin ölçülə bilən göstəricisi işdə yoxdur. Hüquqi mənada “ziyan” təqdim edilmədiyi üçün 71.2-nin ikinci şərti də ödənməyib. Səbəb nəticə arasında əlaqə sübuta yetirilməyib; - apellyasiya instansiyası birinci instansiya məhkəməsində təqdim olunmuş və orada etibarlı sübut kimi qəbul edilməmiş şahid ifadələrini yenidən məhkəmə baxışında dindirmədən, onları təkrar tədqiq etmədən, birbaşa olaraq əsas sübut kimi qəbul etmiş və qərar çıxararkən bu ifadələrə istinad etmişdir. Şahid ifadələri bir daha araşdırılmadan və tərəflərin iştirakı ilə müzakirə olunmadan sübut kimi qəbul edildiyindən, qərarın hüquqi baxımdan əsaslılığı və obyektivliyi ciddi şəkildə şübhə altına alınır. Bu hal həmçinin Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin yalnız tərəflərin təqdim etdiyi və məhkəmə baxışında tədqiq olunmuş sübutlara əsaslanmaq öhdəliyinin də pozulması deməkdir. Bütün bu pro sessual pozuntular birlikdə göstərir ki, apellyasiya instansiyası işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qərar vermişdir. Nəticə olaraq, bu prosessual hüquq pozuntusu iş üzrə apellyasiya qərarının kassasiya instansiyası tərəfindən ləğv edilməsini və işin yenidən düzgün araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını zəruri edir. - qətnamədən görünür ki, cavabdeh tərəfin, xüsusən Məktəb direktoru və Məktəbdə təlim-tərbiyə sahəsi üzrə direktor müavininin izahatları əsasında nəticəyə gəlinmişdir. Halbuki, bu şəxslər cavabdeh statusunda olduqları üçün, onların izahatları prosessual baxımdan işin nəticəsində birbaşa maraqlı şəxslərin izahatı hesab olunur və onların izahatları yalnız başqa obyektiv sübutlarla təsdiqləndiyi halda sübut kimi qəbul edilə bilərdi. Hazır kı iş üzrə isə bu izahatlar heç bir obyektiv sübutla təsdiqlənməmiş, sadəcə subyektiv bəyanatlara istinad olunmuşdur; - şahidlərin işəgötürənlə asılılığı vardır və ifadələrin obyektiv olmamışdır. Şahid qismində ifadə verən şəxslər (X5, X8 və başqaları) işəgötürənin birbaşa tabeliyində olan şəxslər olmuş, onların ifadələrinin azad, təzyiqsiz və qərəzsiz verilməsi təmin edilməmişdir; - məhkəmə tərəfindən qəbul edilmiş şahid ifadələri təbii müşahidəyə deyil, əvvəlcədən hazırlanmış və təlimatlandırılmış ümumi ittihamlara əsaslanır. İfadələrdəki eyniliklər və təkrarlar şahid ifadələrinin mötəbərliyində şübhə üçün əsasdır. İfadələrdən də göründüyü kimi, şahidlərin fərdi müşahidəsi olmamışdır. Bu hallar Avropa İnsan Hüquqları Konvensiyasının 6-cımaddəsi (ədalətli məhkəmə araşdırması hüququ) və Mülki Prosessual Məcəllənin sübutların mötəbərliyi tələbləri baxımından ciddi pozuntu sayılır. Məhkəmən sübutları birgə və hərtərəfli qiymətləndirməmişdir; - cavabdeh tərəfin təqdim etdiyi materiallarda iddiaçının dəqiq hansı sosial media hesabında, hansı tarixdə, hansı paylaşım və ya ifadələri yaydığı barədə hər hansı texniki sübut (məsələn, rəsmi qaydada təsdiqlənmiş ekran görüntüləri, elektron izlər, İP ünvanı qeydləri və ya hesabın sahibinin identifikasiyası haqqında ekspertiza rəyi) təqdim edilməmişdir. Yalnız ümumi şəkildə, sosial şəbəkə hesablarında “böhtan xarakterli ifadələr yayıldığı” iddia edilmiş, ancaq həmin hesabların faktiki olaraq iddiaçıya məxsus olubolmaması məhkəmə iclasında sübut olunmamışdır. Bu materiallar yalnız Məktəb direktorunun və ona yaxın olan əməkdaşların əriz ələri və təqdimatları əsasında tərtib edilmişdir ki, bu da onların qərəzli mövqedən çıxış etdiyini və obyektivlikdən uzaq olduğunu göstərir; - təqdim edilən ərizələrinin heç birində müvafiq təhsil orqanları və ya müstəqil ekspertiza tərəfindən faktların araşdırılması və təsdiqi həyata keçirilməmişdir. Bu cür ərizələr və aktlar yalnız iddiaçının şəxsi keyfiyyətlərini ləkələməyə yönəlmiş subyektiv iddialardan ibarət olmuş, amma hadisələrin obyektiv gedişatını sübuta yetirəcək dəqiq faktlar və müstəqil dəlillər təqdim edilməmişdi; - apellyasiya instansiyası məhkəməsinin qətnaməsində “diskdə səs və videogörüntülər”ə istinad edilsə də, onların tam məzmunu elan edilməyib, orijinallıqbütövlük texniki baxımdan yoxlanmayıb, ekspertiza təyin olunmayıb; - şahid ifadələrinin mötəbərliyinə şübhə yarada n hallar araşdırılmayıb; - apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən, işin nəticəsinə bilavasitə təsir edən bir çox mühüm faktiki hallar tam və hər tərəfli araşdırılmamış, obyektiv qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki, işdən azad edilmənin əsas səbəbi kimi göstərilən əmək funksiyalarının pozulması dəqiqləşdirilməmiş, iddiaçının hansı öhdəliyi necə və hansı nəticə ilə pozduğu dəqiq müəyyən edilməmiş, eyni zamanda iddiaçının ifadə azadlığı çərçivəsində sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirlərin işdən çıxarılma üçün əsas olub-olmaması hüquqi baxımdan qiymətləndirilməmişdir; - həmçinin, xx.xx.2024-cü il tarixli intizam tənbehi barədə əmr Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edildikdən bir müddət sonra xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən xitam verilməsi faktı cavabdeh tərəfindən iddiaçıya qarşı davamlı qərəzli münasibətin mövcudluğunu açıq surətdə sübut edir. Töhmət tədbiri artıq məhkəmə tərəfindən qanunsuz sayılıbsa, buna əsaslanan və ardıcıl şəkildə verilən daha ağır tədbirin işdən azad etmənin da eyni motivlərlə, şəxsi qərəzlə həyata keçirildiyi araşdırılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur.
47. Kassasiya şikayətinə etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ə mək Məcəlləsi Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Maddə 68 (1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 (“ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəb ul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş in tizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə
76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 186 (2). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-07 nömrəli 15 may 2024-cı il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" Bənd 3.5. Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Bənd 4.3. Təhsil verən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomater iallar, təsvirlər paylaşmamalıdır. Bənd 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
50. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya instansiyası gəldiyi nəticəni düzgün hesab etmir.
52. İşdən görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 04 noyabr 2024-cü il tarixli əmrlə xitam verilmişdir. Əmrdə iddiaçının əmək funksiyalarını və xidməti vəzifəsini icra etməməsi, o cümlədən onun “Ümumtəhsil haqqında” Qanunun 23.3.5, 23.3.8-ci maddələri müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənləri n etik davranış Qaydaları”na əməl etməməsinə istinad olunmuşdur.
53. Göründüyü kimi, qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası dəqiq göstərilmişdir.
54. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində əmək müqaviləsinə xitam verilməsini onun sosial şəbəkə hesablarında tənqidi fikirlərinə görə cavabdehin ona qarşı qərəzi ilə izah etmişdir.
55. İddiaçının mövqeyinə görə onun sosial şəbəkə hesablarında paylaşdığı fikirlər tənqidi məzmundadır, hər hansı etik-davranış qaydalarına zidd deyil.
56. Cavabdeh isə bunun əksini bildirərək, iddiaçının sosial şəbəkə hesablarında yaydığı fikirlərin etik-davranış qaydalarına zidd olmasını və digər əsaslarla yanaşı, əmək müqaviləsinə xitam verilərkən iddiaçının həm də etik-davranış qaydalarını pozmasına istinad etmişdir.
57. İşdə “WhatsA pp” sosial şəbəkə hesabından xeyli sayda çıxarışlar vardır.
58. Həmin çıxarışlarda əks edilən məlumatların iddiaçıya aid olması, aid olduğu halda, həmin məlumatların "xxxx"na uyğun(suz)luğuna, həmçinin iddiaçının deməsinə görə ona qarşı qərəzli münasibətin olub-olmamasına birinci instansiya məhkəməsi qiymət verməmişdir.
59. İddiaçı apellyasiya şikayətində də cavabdeh tərəfindən ona qarşı qərəzli münasibətin olması barədə dəlillərinə birinci instansiya məhkəməsinin qiymət verməməsini, şahid ifadələrinin sübut kimi qəbuledilməzliyini, əmək funksiyalarını pozmamasını, bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olması barədə dəlillər göstərmişdir.
60. İşdən görünür ki, hər iki tərəfin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli məsələlər olması na, baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi həmin məsələlərə aydınlıq gətirməmiş, iddiaçının dəlillərinə heç bir hüquqi qiymət verməmişdir.
61. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
62. İddiaçının apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
63. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə dair tərəflərin, o cümlədən iddiaçının mövqeyini ümumi şəkildə əks etdirmiş, sonra da mübahisəli əmrin qanunvericiliyin tələblərinə uyğun çıxarıldığını və iddiaçının işə bərpa edilməsinə əsas olmadığını bildirmişdir.
64. Mülki Prosessual Məcəllənin 218.1 və 220.4-cü maddələri isə tələb edir ki, məhkəmə qətnamə çıxararkən sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməli, qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən edilən hallarını, işin halları barədə əsaslandığı sübutlar və bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktları göstərməlidir.
65. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müə yyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
67. Barəsində kassasiya şikayəti verilən qətnamə isə qeyd edilən hissələrdə əsaslılıq baxımından prosessual qanunvericiliyin y uxarıda sadalanan tələblərinə uyğun gəlmədiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olub-olmamasına da qiymət verə bilmir.
68. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
69. Yuxarıda göstərilənləri və Mülk i Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-844/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.