Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2492/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi), iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 8 may 2025-ci il tarixli, 2(105)-756/2025 qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2012-ci il tarixdən "xxxx" MMC-də operator vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir.
2. İddiaçı ilə Cavabdeh MMC (bundan sonra – cavabdeh) arasında xx.xx.2022-ci il tarixli 3 ay müddətinə bağlanmış əmək müqaviləsi ilə o, sənaye işləri üzrə operator vəzifəsinə işə qəbul olunmuşdur.
3. Sonradan tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti qarşılıqlı razılıq əsasında eyni mü ddətə olmaqla, daha 8 dəfə uzadılmışdır. Bu əmək münasibətlərinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə, xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı əmrin ləğv edilərək işə bərpa edilməsi, fasiləsiz olaraq 5 ildən artıq işlədiyinə görə müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi hesab edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-cu ildən "xxxx" ASC-də operator vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci ildə həmin idarə "xxxx" MMC-yə çevrilmiş, vəzifəsi və iş funksiyası olduğu kimi qalmışdır. Rəhbərlik tərəfindən xx.xx.2023-cü il tarixdə işdən çıxarılacağı barədə ona bildirilmiş, səbəb kimi il ərzində 2-3 dəfə bülletenə çıxmağı göstərilmişdir. Lakin o, etirazını bildirdikdən sonra işdə qala biləcəyini söyləmişlər. Sonradan, xx.xx.2023-cü ildə öz istəyi ilə işdən azad olacağını bildirmiş, təzyiqlər göstərərək sənəd imzalatmışlar. O, yenidən rəhbərliyə xahiş edərək, işdə qalmağı xahiş etmiş, bundan sonra onu xx.xx.2024-cü il tarixdə işdən azad etmişlər. Ona bildirilmişdir ki, əgər razılaşmasa, onu ağır maddə ilə işdən çıxaracaqlar. Bununla bağlı X9 müraciət etmişdir. Məktubuna cavab olaraq bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. X15 Xidməti ərizəni araşdırarkən onun əmək kitabçasına diqqət yetirməmişdir. Belə ki, əmək kitabçasında açıq-aydın şəkildə qeyd olunmuşdur ki, xx.xx.2009-cu ildən sözügedən quruma işə düzəlmiş, xx.xx.2010-cu ildə həmin vəzifə üzrə həmin idarənin Plastik Boru zavoduna keçirilmiş, xx.xx.2012-ci ildə vəzifə və dərəcəsi qalmaqla idarənin X7 Departamentinin Polimer Boru idarəsinə keçirilmiş, xx.xx.2012-ci ildə əmək müqaviləsinin müddəti bitmiş, xx.xx.2012-ci ildə yenidən eyni idarədə, eyni vəzifəyə təyin olunmuş, xx.xx.2015-ci ildə həmin sexin Polimer Boru sahəsinə 5-ci dərəcəli operator keçirilmiş, xx.xx.2018-ci ildə Polimer Borular sexinin Polimer Boru sahəsinə dərəcə si və peşəsi saxlanmaqla keçirilmiş, xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022 yenidən eyni idarədə eyni vəzifədə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində işdən azad edilmişdir. Belə olduğu halda, onunla bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyinə görə müddətsiz əmək müqaviləsi hesab edilməli idi. Lakin işəgötürən bunu etməmişdir. Bundan başqa işəgötürən tərəfindən tərtib edilmiş əmək müqaviləsində bir neçə ziddiyyətlər var. Belə ki, 2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinin 2.2-ci bəndində qeyd olunub ki, işin birinci ayı sınaq müddəti hesab edilir. 2009-cu ildən eyni təşkilatda 5 ildən artıq çalışdığı üçün ona sınaq müddəti tətbiq edilməli deyildi.
6. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi nin təmin edilməməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının ərizəsində qeyd etdiyi əvvəl işlədiyi hüquqi şəxs ilə eyni olmamaqla, 2022-ci ildə yaradılmış hüquqi şəxsdir və fəaliyyəti 5 ildən azdır. Cavabdehin özünün fəaliyyətinin 5 ildən az olduğu halda, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsi üzrə münasibətlərin 5 ildən artıq müddətə davam etməsi mümkünsüzdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilsə də, o hazırkı iddia ərizəsi ilə məhkəməyə 2024-cü ilin iyun ayında müraciət etmiş, beləliklə, fərdi əmək mübahisələrinin həll edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.
7. Məhkəməyə məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən iddia ərizəsinə əlavə adlı sənəd ünvanlayan iddiaçı, ərizəsində iddia müddətinin tətbiqi barədə cavabdehin mövqeyinə münasibətdə bildirmişdir ki, qanunsuz işdən çıxarılması ilə bağlı X13 Xidmətinə, həmin qurumdan rəsmi cavab aldıqdan sonra müvafiq qaydada məhkəməyə müraciət etmişdir.
8. İddiaçı həmin ərizədə Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının bir sıra bəndlərini, o cümlədən aşağıdakı hissəni də qeyd etmişdir: “... Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə ba xan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər”.
9. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2(060)-4341/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Elmir Hüseynov).
10. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, iddiaçının bundan məlumatı olmuş, buna baxmayaraq, xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya tətbiqi təklifi göndərmiş, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddia müddəti ötürülmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(105)-1610/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ötürülmüş prosessual müddət bərpa edilməklə iddia tələbi təmin edilmişdir (hakimlər: Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Səyyad Qafari).
14. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi iddiaçının hüququnun cavabdeh tərəfindən pozulub-pozulmamasını araşdırmadan mübahisəyə iddia müddətini tətbiq etməklə düzgün o lmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli və ya müddətsiz olması ilə bağlı mübahisəyə münasibətdə "xxxx" ASC ilə Cavabdeh MMC arasında hüquqi bağlılığın olmasına dair müvafiq araşdırma aparsa da, əsas məsələ "xxxx" MMC (STP MMC) ilə Cavabdeh MMC arasında olan hüquqi bağlılığın olubolmaması olmuşdur.
15. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MMC-nin "xxxx" MMC-nin törəmə cəmiyyəti olub-olmamasının araşdırılmasına da zərurət yoxdur. Belə ki, hər bir halda onlar ayrı-ayrı hüquqi şəxslər olmaqla, hazırkı vəziyyətdə, yəni iddiaçının daha əvvəllər "xxxx" MMC-də işləməsi nəzərə alınmadan cavabdeh "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinin müddətli və ya müddətsiz olmasına hüquqi qiymət veri lməsi mümkün olmuşdur.
16. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işi daimi xarakterə malik olmaqla, onunla əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması və həmin müqavilənin 8 dəfə eyni müddətə uzadılması halı işəgötürənin hər hansı bir qanuni əsas olmadan müddətsiz əmək müqaviləsi bağlamaqdan yayınmaq məqsədinin olmasını təsdiq etməkdədir ki, bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 2.1 və 2.3-cü bəndi etibarsız olmaqla, bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi olmuşdur.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticəni də əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ə rizə ilə məhkəməyə müraciət etdikdən sonra, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə adlı ərizə ünvanlayaraq, X13 Xidmətinə müraciət etdiyini və məhkəmənin bu halı nəzərə almasını, dolayısı ilə buraxılmış prosessual müddətin bərpa edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi iddiaçının bu müraciətinə hər hansı hüquqi qiymət verməmişdir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında iddiaçı məhz işdən çıxarılandan sonra Əmək Müfəttişliyinə işə bərpa olunmağı ilə bağlı müraciət etdiyini, həmin orqandan müvafiq cavab aldıqdan sonra mediasiya orqanına, daha sonra isə məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçının bu izahatı iş materiallarında olan X13 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanan məktub ilə də təsdiq o lunmuşdur. Həmin məktubdan görünür ki, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlərlə, yəni əmək müqaviləsinə xitam verildikdən 20 gün ərzində əmək hüquqlarının pozulması və işə bərpa olunma ilə bağlı həmin orqana müraciət etmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, iddiaçı iddia ərizəsinə əlavə adlı ərizə ilə məhkəməyə müraciət edərək, dolayısı ilə buraxılmış prosessual müddətin bərpa edilməklə, iddia tələbinin təmin edilməsini xahiş etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya prosessual hüquq və vəzifələrini izah etməklə xahişini dəqiqləşdirməyə köməklik etməli olduğu halda, bunu etməmişdir.
19. M əhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmaqla bağlı qanunvericilkdə nəzərdə tutulan iddia müddətini ötürməsini qəbul etməklə bərabər, onun iddia ərizəsinə əlavə adlı təqdim etdiyi ərizəni onun buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi kimi qəbul etmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla bağlı qanunvericilkdə nəzərdə tutulan iddia müddətini ötürsə də, onun işdən çıxarıldıqdan sonra qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində X13 Xidmətini fərdi əmək mübahisələrinə baxan orqan kimi qəbul edərək, həmin orqana müraciət etməsi, həmin orqanın cavabından sonra isə məhkəməyə müraciət etməsi qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrlü səbəbdən ötürməsi halı kimi qəbul edilməlidir.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı hüquqi savada malik olmadığı üçün, X13 Xidmətini əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan olaraq fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul etməsi də mümkün olan haldır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin iddia müddətinin bərpası adlanan 382-ci maddəsi də iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə, o cümlədən savadsızlıqla bağlı da iddia müddətinin ötürülməsinin üzrlü sayılmasını mümkün etməkdədir. Bu səbəbdən, iddiaçının hazırkı iddianı qaldırması üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməsi üzrlü hesab edilərək bərpa edilməlidir.
22. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 382-ci, Əmək Məcəlləsinin 45, 47, 68, 83, 294, 296, 300-cü m addələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2025ci il tarixli 2(102)-679/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(105)-1610/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (X1 (məruzəçi), X3 və X4 ibarət tərkibdə)
25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məzmununda ötürülmüş müd dətin bərpa edilməsinə dair hər hansı xahiş olmadığı halda, əksinə, iddia müddətinin ötürülmədiyi barədə iddiaçının mövqeyi əks olunan ərizənin, müddətin bərpası barədə ərizə kimi qiymətləndirilməsi və ona istinad edilməklə müddətin bərpası qanuni hesab edilə bilməz. Bu qənaətə gəlinərkən tərəflərin həmin məsələyə dair izahatları dinlənilməmiş, mövqeləri dəqiqləşdirilməmişdir.
26. Məhkəmə kollegiyası iddiaçının savadsızlığı ilə bağlı dəlilə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə iddiaçının ali təhsilli olduğu müəyyən edilir. Daha sonra qeyd edilmişdir ki, işə baxan apellyasiya məhkəməsi işin bu halına nəinki MPM-in 88-ci maddəsinin tələbləri baxımından ümumiyyətlə qiymət verməmiş, şəxsin savadsız olmasını deyil, məhz hüquqi cəhətdən savadsızlığını önə çəkmişdir ki, bu cür yanaşm a Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsi ilə uzlaşmır. Qeyd edilən prinsipin əsas məqsədi cəmiyyətdə hüququn aliliyini təmin etməklə bərabər, şəxslərin qanunları bilib-bilməməsindən asılı olmayaraq, qanun qarşısında eyni şəkildə cavab vermələrinə yönəlmişdir. Qanunları bilməmək əsaslı arqument kimi qiymətləndirilsə, hüququn aliliyi pozular, istənilən kəs öz hərəkətləri üçün məsuliyyətdən azad ola bilərdi. Belə əks yanaşma hüququn tətbiqində ciddi problemlərə yol açmaqla bərabər, eyni zamanda hazırkı iş üzrə analoji mübahisələrə dair Ali Məhkəmənin formalaşmış təcrübəsinə də ziddir.
27. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin “...birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya prosessual hüq uq və vəzifələrini izah etməklə xahişini dəqiqləşdirməyə köməklik etməli olmalı olduğu halda bunu etməmişdir” barədə mövqeyinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsindən sonra iddiaçıya prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməsinin mümkünlüyünün izah edilməsi məhkəmənin qeyd edilən norma üzrə vəzifəsi olmamışdır. Bu baxış, ədalət mühakiməsinin tərəflərin çəkişmə prinsipi əsasında həyata keçirilməli olması ilə bağlı MPM-in 9-cu maddəsinin tələblərinə, eləcə də iddia müddətinin özünün mahiyyətinə ziddir.
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİİ hissəsinə, Əmək Məcəlləsinin 45, 47, 63, 294, 296-cı maddələrinə, “Azərbaycan Respublikası Əmək Mə cəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. İddiaçı apelyasiya instansiyası məhkəməsində əlavə olaraq qeyd etmişdir ki, işəgötürən onu qanunsuz işdən çıxardıqdan sonra müvafiq qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 xidmətinə müraciət etmiş, X13 tərəfindən rəsmi məktub aldıqdan sonra müvafiq qaydada Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair) 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunub ki, əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X13 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunub ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən X13 Xidmətinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilməsinin mümkünlüyünə dair əmək qanunvericiliyinin bəzi normalarının nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qərardadda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fər manı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X13 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
30. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbi ümumiyyətlə əsassızdır. Həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, birinci instansiya məhkəməsi də haqlı olaraq iddia müddətinin ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə yekun nəticəyə gəlmişdir.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 may 2025-ci il tarixli 2(105)756/2025 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(060)- 4341/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X2 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə)
32. Birinci instansiyası məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş i ddia müddəti ötürüldüyündən, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən iddianın rədd edilməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİİ hissəsinə, Əmək Məcəlləsinin 45, 47, 63, 294, 296-cı maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
34. İddiaçı (Vəkil2) k assasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilib, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti apellyasiya şikayət ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
36. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh kassasiya şikayətin yeganə əsası ondan ibarətdir ki, o iddia müddətinin ötürülməsinə səbəb kimi özünün savadsızlığını göstərir. İş üzrə Ali Məhkəmənin 2(102)679/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarının 65-ci bəndində qeyd edilir, qanunverici müddətinin ötürülməsinin üzrlü sayıla biləcəyi müstəsna hallardan biri kimi hüquqi cəhətdən savadsızlığı deyil, sadəcə savadsızlığı qeyd etmişdir. İddiaçı cavabdehin kassasiy a şikayətinə dair yazdığı xx.xx.2025-ci il tarixli etirazında, Azərbaycan Neft və Kimya İnstitutunu xx.xx.1988-ci ildə bitirdiyini və ali təhsilli olduğunu qeyd edib. Bu da bir daha onu təsdiq edir ki, iddiaçının savadsızlıqla bağlı gətirdiyi heç bir arqument əsaslı deyil. Nəticə etibarilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Qətnamənin ləğv edilməsi üçün heç bir maddi və prosessual əsas mövcud deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
37. Maddə
45. Bənd
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
38. Maddə
45. Bənd
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
39. Maddə
45. Bənd
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
40. Maddə
63. Bənd
1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nə zərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.
41. Maddə
294. Bənd
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
42. Maddə
294. Bənd
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
43. Maddə
294. Bənd
4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qəd ər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
44. Maddə
296. Bənd
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
45. Maddə
296. Bənd
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dai r Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı 46. “X13 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərə findən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının savadsızlığı ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 382-ci maddəsinin məzmununda qeyd olu nur ki, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Göründüyü kimi, qanunverici müddətinin ötürülməsinin üzrlü sayıla biləcəyi müstəsna hallardan biri kimi hüquqi cəhətdən savadsızlığı deyil, sadəcə savadsızlığı qeyd etmişdir. İş materialları ilə iddiaçının ali təhsilli olduğu müəyyən edilir.
57. Məhkəmə kollegiyası fərdi əmək mübahisələri zamanı X13 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunması ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, əmək qanunvericiliyinə əsasən Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək müb ahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 2-ci hissəsinə görə, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Göründüyü kimi, qanunvericilikdə əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan anlayışı altında həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış müvafiq orqan nəzərdə tutulmuşdur ki, X13 Xidməti belə orqan hesab edilə bilməz.
58. İddiaçı kassasiya şikayətinin digər dəlilləri iddia ərizəsində, əvvəlki apellyasiya şikayətində işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən təl əblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 may 2025-ci il tarixli 2(105)-756/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.