Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1193/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı nın Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə İddiaçı nın Cavabdeh qarşı mirasın qəbul etmə faktının müəyyən edilməsi və əmlak üzərində vərəsəlik hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1067/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs XXXnın kassasiya şikayətinə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X6 ilə X7 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş, iddiaçıya XXX soyadı verilmişdir.
2. X16 iki nəfər şahidin iştirakı ilə Zaqatala rayonu Əliabad Bələdiyyəsində təsdiq edilmiş xx.xx.2003-cü il tarixli vəsiyyətnamə əsasında qəsəbə daxilində özünə məxsus 41 topa fındıq bağını, onun yerləşdiyi 0,40 ha pay torpaq sahəsini qəsəbə sakini iddiaçının əri X5 vəsiyyət etmişdir.
3. Vəsiyyət edən - cavabdehin atası X16 xx.xx.2007-ci il tarixdə, vəsiyyət üzrə vərəsə - iddiaçının əri X7 xx.xx.2012-ci il tarixdə vəfat etmişlər.
4. İddiaçı həmin torpaq sahəsi ilə bağlı ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat kontoruna müraciət etmiş, lakin notarius ona cavabında mirasın qəbul e dilməsi müddətini ötürdüyünü bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı (cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoru) Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mərhum X16 tərəfindən mərhum həyat yoldaşı X5 xx.xx.2003-cü il tarixdə vəsiyyət edilmiş ünvanndə yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilmə faktının müəyyən edilməsi və həmin əmlak üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, cavabdehin atası mərhum X16 təxminən 1990-2000-ci illərdə məhkum olunmuşdur. Həmin dövrdə iddiaçının həyat yolda şı X7 cavabdehin atasına pula ehtiyacı olduğu üçün 25.000 ABŞ dolları məbləğdə pul vermişdir. İddiaçının əri XXX Rusiya Federasiyasının Norilsk şəhərində şaxtada işlədiyindən onun maddi durumu yaxşı idi. X20 həbsdən çıxandan sonra borcu qaytara bilmədiyi üçün bunun əvəzində iddiaçının ərinə ünvanndə yerləşən özünə məxsus yaşayış evini, həyətyanı ərazini və 40 ha pay torpaq sahəsini, həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını ona versə də, iddiaçının əri onlara rəhm edib bununla razılaşmayıb, yalnız 40 ha pay torpaq sahəsini, həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını götürmüş və 4 tərəfıni dəmir torla hasara almış, darvaza ilə üzbəüz bağlarının başlanğıcında dəmir qapı qoymuşdur. Hətta fındıq bağına gedən yolun açılması üçün darvazanı çıxardıb 6 metr içəri keçirməliyd ilər, lakin iddiaçının əri bağın mövsümdənmövsümə bir neçə dəfə istifadə olunacağını deyib, onların ağır vəziyətini düşünərək artıq xərc çəkilməməsi üçün bu işi təxirə salmışdır. X18 ailə üzvlərinin hər birinə ayrıcı pay torpağı verilmişdir. İddiaçının ərinə özünə düşən pay satılmışdır. Eyni zamanda XXX iddiaçının ərinə Zaqatala Rayon Əliabad Bələdiyyəsində xx.xx.2003-cü il tarixdə vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə kənd bələdiyyəsində bələdiyyə sədri tərəfindən notariat qaydada təsdiq edilmişdir. Torpaq sahəsinin sənədi olmadığı üçün tərəflər alqı-satqı edə bilməmişlər. Həmin dövrdən bu günə qədər qeyd edilən torpaq sahəsi iddiaçı və ailə üzvləri tərəfindən istifadə edilir. Torpaq sahəsinin onlara satılmasını təsdiq edən şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. İddiaçı 2 say lı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmiş, notariat kontorundan ona mirasın qəbul edilməsi müddətinin ötürülməsi izah edilmişdir. Eyni zamanda, X18 oğlu olan cavabdeh ünvanndə yerləşən 40 ha pay torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz edir.
7. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1926/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin edilərək, mərhum X16 tərəfindən xx.xx.2003-cü il tarixdə mərhum əri X5 vəsiyyət edilmiş ünvanndə yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin əmlak üzərində İddiaçı nın vərəsəlik hüququnun təmin edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçı miras qoyan mərhum X4 arvadı olmaqla, miras qoyanın qanun üzrə birinci növbə vərəsəsidir. İddiaçı əri X5 10 yanvar 2003-cü ildə vəsiyyət edilmiş ünvanndə yerləşən 41 topa fındıq bağına və onun yerləşdiyi 40 ha pay torpaq sahəsinə mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdən sahiblik etməklə və həmin miras əmlakı idarə etməyə faktik başlamaqla, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə, mirası bütünlüklə qəbul etmişdir. İddiaçı tərəfindən həmin miras əmlakın qəbul edilmə müddəti ötürülməmişdir. X1 miras qalmış ünvanndə yerləşən 41 topa fındıq bağı və onun yerləşdiyi 40 ha pay torpaq sahəsi heç kimə vəsiyyət edilməmiş və mirasın açıldığı xx.xx.2012-ci il tarixdə sağ olan arvadı, qanun üzrə birinci növbə vərəsə kimi iddiaç ı mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsə də, o, həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etmişdir. Qanun üzrə birinci növbə vərəsə olan iddiaçı ərindən miras qalmış torpaq sahəsinə vərəsəlik hüququnu başqa qaydada ala bilmir və belə vəziyyətdə qanun üzrə vərəsəlik hüququnun verilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Bu hüquq miras əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün tələb olunur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1145, 1151.1, 1159.1, 1243.2, 1243.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsi il ə razılaşmayan, qətnamə maraqlarına toxunan şəxs XXX ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamə maraqlı şəxsin mülkiyyət və vərəsəlik hüquqlarını pozur. Məhkəmə prosessual hüquq normalarını kobud pozaraq maraqlı şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair qətnamə qəbul edərkən onu iş üzrə prosessual şəxs kimi cəlb etməmiş, beləliklə də kobud pozuntulara yol vermişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi maraqlı şəxsin və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ əsasında dövlət tərəfindən verilmiş pay torpaq sahəsidir. X16 isə maraqlı şəxsin atasıdır. Atası xx.xx.2007-ci ildə vəfat etmişdir; iddiaçı iddia edir ki, guya həmin torpaq sahəsini maraqlı şəxsin atasına 25.000 ABŞ dolları verərək almışlar. Lakin belə bir sübut məhkəməyə təqdim edilməyib; iddiaçı məhkəməyə 2017-ci il tarixli akt təqdim etmişdir. Həmin aktda qeyd olunur ki, guya X7 maraqlı şəxsin atası X9 40 sot fındıq bağını 2003-cü ildə almışdır. Həmin aktda atasının imzası olmadığına görə bağın alqı-satqısı ilə bağlı ödənilən məbləğ qeyd olunmadığına görə həmin akt alqı-satqıya dair hüquqi sənəd hesab oluna bilməz; məhkəmə işə baxarkən Mülki Məcəllənin vərəsəlik hüququna dair müddəalarını tətbiq etmişdir. Maraqlı şəxsin atası vəfat edərkən mübahisəli torpaq sahəsi atasının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdı; məhkəmə atasının Əliabad qəsəbəsində təsdiq etdirdiyi 2003-cü il tarixli vəsiyyətnaməyə istinad etmişdir. Həmin vəsiyyətnamə atası tərəfindən X5 vəsiyyət edilmişdir. Atası 2007-cı ildə, X7 isə 2012-ci ildə, yəni atasının vəfatından 5 il sonra vəfat etmişdir. X7 vəfat etməmişdən əvvəl atasının ona vəsiyyət etdiyi torpaq sahəsini rəsmiləşdirməmiş, vəsiyyət üzrə həmin torpaq sahəsi üzərində vərəsəlik hüququ əldə etməsini dövlət qeydiyyatına aldırmamışdır. Belə olduğu halda atasının vəsiyyətnaməsində qeyd etdiyi torpaq sahəsi XXXdan miras qalmış əmlak hesab oluna bilməz.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-208/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mərhum X16 tərəfindən mərhum həyat yoldaşı X5 xx.xx.2003-cü il tarixdə vəsiyyət edilmiş ünvanndə yerləşən 40 ha miras torpaq sahəsini n əmlak üzərində vərəsəlik hüququnun təmin edilməsi tələbinə dair hissəsi üzrə xitam verilməsi qərara alınmış, eyni tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, mərhum X16 tərəfindən iddiaçının mərhum həyat yoldaşı X5 xx.xx.2003-cü il tarixdə vəsiyyət edilmiş ünvanndə yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilməsi faktı müəyyən edilmişdir (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov, A.Mahmudov).
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə digər maraqlı şəxsləri işə cəlb etməməklə prosessual hüquq normalarını kobud şəkildə pozduğu üçün qətnam ə ləğv edilməlidir. Həmin dövrdən indiyə qədər torpaq sahəsini iddiaçı və onun ailə üzvləri istifadə edirlər. Zaqatala rayonu Əliabad qəsəbə sakinləri tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli akta əsasən X7 mərhum X9 onun evinin yanından 40 sot fındıq bağını 2003-cü ildən almış, həmin ildən indiyə qədər fındıq bağından məhsulu mərhum X4 ailə üzvləri yığırlar. X7 vəfat etdikdən sonra miras qalmış ünvanndə yerləşən 41 topa fındıq bağı və onun yerləşdiyi 40 ha pay torpaq sahəsi heç kimə vəsiyyət edilməmiş və mirasın açıldığı xx.xx.2012-ci il tarixdə sağ olan arvadı, qanun üzrə birinci növbə vərəsə iddiaçı mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsə də, o, həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etmişd ir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X4 vərəsəlik şəhadətnaməsini almaması hazırda onun vərəslərinin ondan miras qalmış əmlakı qəbul etmələrinə heç bir maneə törətmir. Mülki qanunvericiliyə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilə bilər. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, irsi transmissiyaya (Mülki Məcəllə 1252-ci maddə) əsasən onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Eyni zamanda Mülki Məcəlləyə görə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nə zərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Mübahisə predmeti olan torpaq sahəsi də miras açılarkən miras qoyanın mülkiyyətində olmuşdur. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan maraqlı şəxs ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmənin iddiaçı tərəfin mirasın faktiki olaraq qəbul edilməsinə dair gəldiyi nəticə qanunsuzdur və belə bir sübut məhkəməyə təqdim olunmamışdır; məhkəmə qətnaməsində qeyd etmişdir ki, qeyri-rəsmi üsul miras əmlaka sahiblik etməklə, yaxud miras əmlakı faktiki id arə etməklə həyata keçirilir. Məhkəmənin qeyd etdiyi qeyri-rəsmi üsullardan heç biri iddiaçı tərəfindən həyata keçirilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi əvvəla 40 ha deyil, 0,38 ha ölçüdədir və həmin torpaq sahəsi atalarından miras qalmış evin həyətinə bitişik torpaq sahəsi olmaqla, maraqlı şəxsin və ailə üzvlərinin istifadəsindədir və iddiaçı bu günədək heç vaxtı həmin torpaq sahəsindən istifadə etməmiş, orda olan 41 topa fındıq ağaclarından heç bir məhsul toplanmamış, həmin torpaq sahəsinin heç vaxt vergisini ödəməmiş və həmin torpaq sahəsinə heç vaxt sahiblik etməmişdir; bundan başqa, miras qoyan XXX 2007-ci ildə vəfat edib, onun vəfatından sonra 5 il yaşayan XXX mirası nə rəsmi, nə də faktiki qəbul etməyib; məhkəmə qeyd edilən bu faktı araşdırmadan məhkəməyə təqdim olunmuş y alan və eyni zamanda qanunsuz tərtib olunmuş akta əsaslanmış, Mülki Məcəllənin 1252-ci maddəsini səhv tövsif etmiş, MPM-nin 236.1-ci maddəsini tələbini, yəni icrada dönüş məsələsini həll etməmiş, eyni zamanda tərəfin təqdim etdiyi icrada dönüş məsələsinin təmin edilməməsinə dair qərardad qəbul etmişdir; apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov (məruzəçi), E.Şamayev və E.Vəliyeva) 2(1021)-3837/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci i l tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
17. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, “36. İşdən görünür ki, iddiaçı miras qoyan X13 iddiaçının ərinə verdiyi 10 yanvar 2003-cü il tarixli vəsiyyətnaməyə istinad edərək, 0,40 ha pay torpaq sahəsinin miras kimi faktiki qəbul edilməsinin müəyyən olunmasını xahiş edir. -
37. Apellyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə təmin edərkən, mirasın 16 noyabr 2012-ci il tarixdə – iddiaçının ərinin ölməsi ilə açıldığını, notariat kontoruna ərizə verməsə də, iddiaçının həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etməsinə istinad etmişdir ki, bu da düz deyil. -
38. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən əmlaka dai r ilk dəfə miras X13 08 sentyabr 2007-ci ildə ölməsi ilə açılmışdır. İddiaçının əri həmin əmlakın vəsiyyət üzrə vərəsəsi olmuşdur. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. -
39. Göründüyü kimi, qanunvericilik vərəsəliyin növündən asılı olmayaraq mirasın qəbul edilməsini mütləq şərt kimi müəyyən etmişdir. Belə olan halda da, ilk növbədə 08 sentyabr 2007-ci ildə açılmış mirasın vəsiyyət üzrə vərəsə olan iddiaçının əri tərəfindən qanunla müə yyən edilmiş müddətdə və qaydada qəbul edilib-edilməməsi halı müəyyən edilməlidir. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mirasın iddiaçının əri tərəfindən qəbul edilməsi halını deyil, ərinin ölümündən sonra iddiaçının özünün həmin mirası qəbul etməsi halını müəyyən edib. Başqa sözlə, iddiaçının ərinin vəsiyyət üzrə vərəsə kimi mirası, onun açıldığı vaxtdan (08 sentyabr 2007-ci ildən) hər hansı formada qəbul etməsi qətnamədən görünmür. -
40. Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Nə qədər ki, iddiaçının ərinin vəsiyyət üzrə mirası qəbul edib-etməməsi halı müəyyən edilməyib, həmin mirasın ərin mülkiyyəti hesab edilməsi və bundan da çıxış edərək, iddiaçının ərinin 16 noyabr 2012-ci ildən ölməsi ilə hə min əmlakın miras olaraq iddiaçı tərəfindən faktiki qəbul edilməsi halı da istisna edilir. Bu baxımdan, Mülki Məcəllənin tətbiq edilən 1243.1, 1243.2 və 1252-ci maddələri işin müəyyən edilmiş hallarına uyğun gəlmir. -
41. Bundan əlavə, Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. -
42. Hazırki işdə də miras qoyan vəsiyyətnamə verdiyi üçün onun uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. Lakin apellyasiya məhkəməsi nəinki məcburi payla bağlı məsələlərə diqqət yerirməmiş, hətta torpaq sahəsinin miras qoyandan əlavə, dah a 4 nəfər mülkiyyətçisinin olmasına baxmayaraq, bütün torpaq sahəsinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsi faktını müəyyən etmişdir. Halbuki torpaq sahəsinin miras qoyandan savayı 4 nəfər mülkiyyətçisinin olması və həmin digər mülkiyyətçilərin payına mirasın açılmaması işin mübahisə edilməyən halıdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin bu halına, ümumiyyətlə, qiymət verməmişdir. -
43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, miras qoyulan torpağın rəsmi sənəd üzrə 0,3888 ha olması müəyyən edilib. İddiaçı 40 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı 40 ha torpaq sahəsinə dair hissədə təmin etsə də, sonradan yanlışlığı aradan qaldırıb “40 ha” torpaq sahəsini “0,40 ha torpaq sahəsi” kimi oxunmas ını, daha sonra izah verərək torpaq sahəsinin 0,3888 ha olmasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi buna da diqqət yetirməmiş, iddiaçı tərəfindən 40 ha torpağın miras kimi qəbul edilməsi faktını müəyyən etmişdir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev, G.Cavadova) 2(107)-1067/2022 nömrəli iş üzrə xx.xx.2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, mərhum X16 tərəfindən iddiaçı X2 həyat yoldaşı X5 xx.xx.2003-cü il tarixdə vəsiyyət edilmiş ünvanndə yerləşən 0,07772 ha torpaq sahəsinin ü zərində mirası qəbul etmək faktı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Hazırki iş üzrə Cavabdeh və maraqlı şəxs X14 tərəfindən vəsiyyət edilən torpaq sahəsi miras olaraq qəbul edilməmişdir. Ona görə də onların məhz miras əmlakına məcburi pay hüququ yaranmamışdır.... Yenə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarının göstərişlərinə uyğun olaraq Cavabdeh və maraqlı şəxs XXX, onun nümayəndəsi və vəkili Nümayəndə dəfələrlə məhkəmə kollegiyasının iclasına cağrılsalar da heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və mərhum ataları X16 vəfat etdikdən sonra ondan miras qalmış 0,07772 ha torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsi bar ədə heç bir sübut təqdim etməmişlər. Halbuki tərəflər istinad etdiyi halları sübut etməyə borcludular. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X20 vəfat etdikdən sonra vəsiyyət etdiyi torpaq sahəsini yalnız vəsiyyət edilmiş şəxs-yəni XXX hələ X20 vəfaət etdikdən sonra istifadəyə daxil edərək sahibliyi nümayiş etdirmiş, o vəfat etdikdən sonra isə arvadı iddiaçı birinci dərəcəli vərəsə olaraq qəbul etmişdir. Bu fakt birinci instansiya məhkəməsində əldə edilmiş şahid ifadələri və digər sübutlarla təstiq edilir.... Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ k eçirir və ona sahib durur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçı vərəsə olaraq əri öldükdən sonra miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan maraqlı şəxs ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması üçün işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlillərinə görə, Ali Məhkəmə göstərişində qeyd etmişdir ki, miras qoyan vəsiyyətnamə verdiyi üçün onun uşaqlarının vəsiyyətnaməni məzmunundan asılı olmayaraq mirasda mə cburi payları vardır. Lakin apelyasiya məhkəməsi Ali Məhkəmənin bu göstərişinə əməl etməmişdir. Əksinə, apelyasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, hazırki iş üzrə X18 övladları olan Cavabdeh, Maraqlı şəxs və digər uşaqlar tərəfindən vəsiyyət edilən torpaq sahəsi miras olaraq qəbul edilməmişdir, ona görə də onların məhz miras əmlakına məcburi pay hüququ yaranmamışdır. Bu hərəkəti ilə apelyasiya məhkəməsi MPM-in 420-ci maddəsinin və Mülki Məcəllənin 1193-cü maddənin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə X18 övladlarına düşən məcburi payı nəzərə aldıqda çıxarışda qeyd olunmuş 0,3888 ha torpaq sahəsinin XXXa məxsus hissəsinin 4/8 hissəsindən artığına faktı müəyyən edə bilməzdi. Belə ki, çıxarışdan göründüyü kimi X20dan başqa torpaq sahəsinin digər 4 nəfər mülkiyyətçiləri onun övla dlarıdır. Həmin övladların məcburi payları torpaq sahəsinin mərhuma məxsus hissəsinin hər birinə 1/8 hissəsi təşkil edir. Birinci apelyasiya məhkəməsinə təqdim edilmiş Zaqatala RİH Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışdan görünür ki, XXXun vəfatından sonra onun 4 nəfər övladı XXX, Maraqlı şəxs, Cavabdeh və XXX qalmışdır və işə əlavə edilmiş mübahisəli torpaq sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* nömrəli çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi 0,3888 ha olmaqla mərhum X16 və yuxarıda adları qeyd olunan övladları ilə ümumi birgə mülkiyyətdədir. Bundan başqa, məhkəməyə təqdim olunmuş Maraqlı şəxs şəxsiyyətini müəyyən edən sənəddən və vəkilinə verdiyi etibarnamədən görünür ki, Maraqlı şəxs X18 qeydiyyatda olduğu ünvanda qeydiyyatdadır və faktiki olaraq XXXdan mira qalmış yaşayış evində yaşayır. Qeyd olunan sənədlərdən görünür ki, X18 adıçəkilən övladları ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini birikdə idarə etməklə mirası faktiki olaraq qəbul etmişlər və torpaq sahəsinin mərhumun övladları ilə ümumi birgə mülkiyyətdə olmasını təsdiq edən sənəd (çıxarış) olduğu halda məhkəmənin mirası faktiki olaraq qəbul etmələrinə dair sübut tələb etməsi qanunsuz hərəkətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz is tifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 213.1. İki və ya bir neçə şəxsin mülk iyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək ma lik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; Mad də 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; Maddə 1195. Məcburi payın həcminin müəyyənləşdirilməsi Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstəril ən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qət namənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın; Maddə
420. Kassa siya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azə rbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“ “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çı xarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərar: “Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.... Kassasiya məhkəməsi nin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar: “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə -təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır.”
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin material larına uyğun olsun; -
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
33. İlk olaraq, mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə d ə bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mirasda məcburi pay - vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.
34. İşdən görünür ki, Ali Məhkəmənin Mülki Kollegiyasının hazırkı iş üzrə xx.xx.2022ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən məcburi payla bağlı məsələlərə diqqət yeririlmədiyi və torpaq sahəsinin miras qoyandan əlavə daha 4 nəfər mülkiyyətçisinin olmasının işin mübahisəsiz halı olmasının nəzərə alınmadığı maddi və prosessual hüquq normalarının pozuntusu kimi diqqətə çatdırılaraq, qətnamənin ləğvinə səbəb olduğu göstərilsə də, işə apellyasiya qaydasında yenidən baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli qətnaməsində də vəsiyyət edən XXXun vərəsələrinin miras əmlaka məcburi pay hüququnun yaranmadığını bildirmiş, gəldiyi nəticəni isə miras qalmış 0,07772 ha torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsi barədə heç bir sübutun təqdim edilməməsi ilə əsaslandırmışdır. Halbuki, mübahisəli 0,3886 ha torpaq sahəsinin vəsiyyət edən XXXdan başqa daha 4 nəfərin ümumi birgə mülkiyyətində olması faktı məhkəmələr tərəfindən işin müəyyən edilmiş halıdır.
35. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin Ali Məhkəmənin məcburi göstərişinə əməl etm əməsi, o cümlədən, MPM-in 420-ci və Mülki Məcəllənin 1193-cü maddələrini pozması və torpaq sahəsinin mərhumun övladları ilə ümumi birgə mülkiyyətdə olmasının mirası faktiki olaraq qəbul etmələrinin sübutu kimi qəbul etməməsinin qanunsuz olması barədə dəlillərini əsaslı sayaraq, onlarla razılaşır.
36. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 1243.3-cü maddəsində nəzərdə tutulan “bir hissəyə sahiblik edən vərəsə mirasın tamamını qəbul etmiş sayılır” anlamda müddəası hazırkı mübahisədə həmin Məcəllənin 152.1-ci maddəsində anlayışı verilən mülkiyyət hüququnun “əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq” elementi kontekstində dəyərləndirilməlidir.
37. Məhz bu təfsirdən hərəkətlə, vəsiyyət edən XXXla birlikdə mübahisəli torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri vər əsələrin miras əmlakı faktiki olaraq qəbul etmələrinin və həmin əmlaka onların məcburi pay hüquqlarının yaranmasının təsdiqi kimi sonunculardan əlavə sübutların tələb edilməsinə zərurət yox idi.
38. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının mübahisəli torpaq sahəsi üzərində mirası qəbul etmək faktını müəyyən edərkən onun mirasdan pay hüququnu əmlakın bir hissəsinə pay şəklində deyil də, naturada bölgü qaydasında konkret 0,07772 ha olaraq göstərməsi də məhkəmənin prosessual hüquq normalarını pozmaqla tələbdən kənara çıxması kimi qiymətləndirilməlidir.
39. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
40. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 35-39-cu bəndlərində şərh edilən hallar işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, qeyd edilən hallara aydınlıq gətirilməli, bildirilən hüquqi mövqelər nəzərə alınmaqla, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
41. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
42. Göstərilən lərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1067/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. XXXnın kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.