Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1194/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1194/2024 (Açar sözlər: işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkg ül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi cəlb edilməklə) “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6696/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023 -cü il tarixədək Daşağıl meşəbəyliyinin yerləşdiyi Oğuz rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində işləmişdir.
2. Daşağıl meşəbəyliyinin 8 saylı dolayında 2020-ci il tarixindən 2023-cü ilin mart ayınadək olan dövr ərzində aparılmış yoxlamalar zamanı ümumilikdə 9596.73 manat zərər məbləğində, 193.50 m3 həcmində, 680 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi aşkar edilmiş və bu barədə Qəbələ X9 mərkəzində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Akt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin, X6 Xidmətinin, Meşələrin İnkişafı Xidmətinin, Qəbələ X9 Mərkəzinin əməkdaşları tərəfindən imzalanmışdır.
3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 337/Ü nömrəli əmrinə əsasən bir neçə əm əkdaşın, o cümlədən Xaçmaz meşəbəyliyinin meşəbəyisi İddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq edilməsi tapşırığı verilmişdir.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli, 147/Ü nömrəli əmrinə əsasən vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəzin Xaçmaz meşəbəyliyinin meşəbəyisi (həmin dövrdə Oğuz rayonu üzrə mühafizə mühəndisi) İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “ əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ RMTM-in Daşağıl meşəbəyiliyinin 8 saylı dolayında baş vermiş qanunsuz qırıntılara görə meşə gözətçisi X1 X9 Mərkəzinin xx.xx.2023-cü il tarixli 038/K saylı əmrinə əsasən işdən azad olunmuşdur. Həmin əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi barədə iş hal-hazırda Qəbələ Rayon Məhkəməsinin icraatındadır. Əmrin təsviri hissəsində Bənövşə Həkimovanın gözətçisi olduğu 8 saylı dolayda meşə fonduna 2020-ci il ərzində dörd akta əsasən 1.982,74 manat, 2021-ci il ərzində bir akta əsasən 537,29 manat və 2022-ci il ərzində iki akta əsasən 5.276,99 manat ziyan dəydiyi qeyd edilir. Əmrin m əzmununda göstərilir: “Vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəzin Xaçmaz meşəbəyiliyinin meşəbəyisi (həmin dövrdə Oğuz rayonu üzrə meşə mühafizə mühəndisi) İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin.” X11 xx.xx.2020-ci il tarixli 59334 nömrəli, xx.xx.2020-ci il tarixli 57149 nömrəli, xx.xx.2020-ci il tarixli 63604 nömrəli, xx.xx.2020-ci il tarixli 63640 nömrəli, xx.xx.2021-ci il tarixli 33650 nömrəli, xx.xx.2022-ci il tarixli 001059 nömrəli və xx.xx.2022ci il tarixli 66680 nömrəli aktlara əsasən işdən azad edilmişdir. Göründüyü kimi, həmin 6 aktdan yalnız biri (xx.xx.2022-ci il tarixli 66680 nömrəli akt) onun işlədiyi dövrə təsadüf edir. xx.xx.2022-ci il tarixli 001059 nömrəli akt i sə onun həmin vəzifəyə təyin olunduğu gündən 4 gün sonra tərtib olunmuşdur. Həmin aktlar barədə qanuna müvafiq tədbirlər görülmüşdür. Hesab edir ki, cavabdehin onu işdən azad etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Cavabdeh onu heç bir əsas olmadan, qanunsuz meşə qıran şəxslərin sifarişi ilə, öz qanunsuz əməllərinə daha rahat nail olmaq üçün işdən azad edib.
7. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(103)-3577/2023 saylı qətnaməsi ilə (hakim Fariz Əlizadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və T əbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 147/ü nömrəli əmrinin İddiaçı aid olan hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X13 X4 Meşəbəliyinin meşəbəyisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunl a əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmrin qanuniliyinin əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş materiallarda da əmrin qanuniliyinin, əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçının işdən çıxarılmasının faktiki əsasını X2 qanunsuz əməllərinə subordinasiya baxışından iddiaçı tərəfindən nəzarət edilməməsi təşkil etsə də, müvafiq materialların əsasını iddiaçı ilə bağlı deyil, B.İ.Həkimovanın intizam məsuliyyəti ilə əlaqədar toplanmış sənədlər təşkil edir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, intizam tədbirinin deyil, məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinin zəruriliyi İşəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən müəyyən edilmir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 147/ü nömrəli əmri əsaslandırılmamış və məhkəmə araşdırması dövründə isə əmrin əsaslılığını təsdiq edən sübutlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 71.2, 71.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ X9 Mərkəzinin (indiki 15 saylı X9 Mərkəzinin) Oğuz rayonunda yerləşən Daşağıl meşəbəyliyinin 8 saylı dolayında meşələrin qorunub mühafizə olunması işinin qeyri-qənaətbəxş təşkil edilməsi və bu kimi halların qarşısının alınması məqsədilə lazımi effektiv tədbirlərin görülməməsi nəticəsində sözügedən dolayda müxtəlif vaxtlarda ağacların qanunsuz olaraq kəsildiyi məlum olmuşdur. İddiaçı xx.xx.202 2-ci ildən xx.xx.2023-cü il tarixədək Daşağıl meşəbəyliyinin yerləşdiyi Oğuz rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində çalışmışdır. Bir ilə yaxın zaman müddətində iddiaçının məsul olduğu rayon üzrə sözügedən meşəbəyliyin eyni dolayında müxtəlif vaxtlarda qırıntı faktları müəyyən edilmişdir. Sözügedən dolayda xx.xx.2022-ci il tarixdə (iddiaçının həmin vəzifəyə təyin olunduğu vaxtdan 4 gün sonra) 001059 nömrəli aktla rəsmiləşdirilmiş 2.366,31 manat məbləğində 56,98 m həcmində 125 ədəd ağac qanunsuz kəsilmişdir. İddiaçı iddia ərizəsində özü də qeyd edir ki, həmin akt o, işə götürüldüyü vaxtdan 4 gün sonra tərtib edilmişdir. Amma iddiaçı işə götürüldükdən dərhal sonra bu miqyasda qırıntının aşkarlanması onu həmin dolaya daha çox diqqət yetirməsi üçün bir siqnal idi. Lakin göründüyü kim i, əmək funksiyalarına səhlənkar yanaşması eyni dolayda xx.xx.2022-ci ildə də eyni hadisələrin baş verməsinə şərait yaratdı. İddiaçı bundan da nəticə çıxarmayaq mühafizə tədbirlərini gücləndirməmiş, rayon üzrə nəzarət mexanizmini düzgün təşkil etməmiş, bəlkə də qəsdən eyni ərazidə qanun pozuntularının baş verməsinə rəvac vermişdir. Çünki eyni ərazidə mütəmadi olaraq qırıntıların baş verməsi oraya məsul əməkdaşların vəzifə öhdəliklərini yerinə yetirməməsi deməkdir. Qırıntılar bununla da məhdudlaşmamış, 2023-cü ilin fevral ayında da yoxlama zamanı qanunsuz ağac kəsmə faktları müəyyənləşdirilmişdir. Odur ki, işəgötürənin mövqeyi qərəzli deyil, yalnız baş vermiş faktlara əsaslanır. 2023-cü ilin yanvar ayında direktor dəyişikliyi ilə əlaqədar təhvil qəbul yoxlamalarının aparıldığı dövrdə, yoxla ma bitməmiş iddiaçının öz ərizəsi ilə Xaçmaz meşəbəyliyinin meşəbəyisi vəzifəsinə keçməsi də bir daha bunu sübut edir. Məhkəmə öz qətnaməsində qanun pozuntusunu, qanun pozuntusunun miqyasını, dövlətə vurulan zərəri, dövlətin maraqlarının pozulmasını nəzərə almamış, sanki işçi heç bir əsas olmadan, heç bir fakt olmadan işdən azad edilibmiş kimi əsaslandırma aparmış, əmrdə göstərilən faktları diqqətdən kənarda qoymuşdur. Bundan əlavə, məhkəmə qətnaməsində “işçi İddiaçı barəsində hansı əsasla digər, daha yüngül intizam tədbirinin deyil, məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinin zəruriliyi işəgötürənin müvafiq əmrinə əsasən müəyyən edilmir. Məhkəmənin bu mövqeyi anlaşılmazdır. Çünki hansı intizam tənbeh tədbirinin tətbiq edilməsi işəgötürənin mülahizəsindən asılıd ır. İşəgötürən olaraq, mühafizə tədbirlərinin lazımi şəkildə təşkil edilməməsi ucbatından baş vermiş pozuntu faktının miqyasını və sistematikliyini, ən əsası vurulan zərəri nəzərə alaraq işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndini əsasən gətirərək xitam vermişdir. Bu da tam əsaslı və başa düşüləndir. Digər tərəfdən, meşə fondunda olan qanunsuz qırıntılarla bağlı əmək vəzifələrini lazımi yerinə yetirmədiyinə görə Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli 021/Ü nömrəli əmri ilə iddiaçıya (Xaçmaz meşəbəyliyinin meşəbəyi köməkçisi işlədiyi dövrdə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət, (Oğuz rayonu meşə mühafizə mühəndisi işlədiyi dövrdə) Xidmətin xx.xx.2022-ci il tarixli 261/Ü nömrəli əmri ilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət intizam tənbeh tədbiri verilmişdir. Göründüyü kimi, işəgötürən mövcud nəticəyə bir gündə gəlməmişdir. Daşağıl meşəbəyliyinin mövcud dolayı dağlıq, keçilməsi çətin relyefli ərazidə yerləşir. Həmin meşə sahəsinə yalnız atla getmək mümkündür. Buna görə də hər hansı bir şəxs asan bir şəkildə həmin yerdən ağac kəsə bilməz. Ağacların kəsilməsi planlı şəkildə olmalıdır. Əgər meşə mühafizəyə məsul əməkdaşlar həmin əraziyə nəzarət edirsə və vəzifələrini lazımi şəkildə yerinə yetirirsə ağac kəsmə hallarına yol verilmir. Həmin ərazidən müxtəlif vaxtlarda geniş miqyasda ağacların kəsilməsi meşə mühafizə işinin düzgün təşkil edilməməsi və ya meşə mühafizə əməkdaşlarının yerində olmamasından, nəzarət tədbirlə rini həyata keçirməməsindən irəli gəlir. Məhkəmə hesab edir ki, işəgötürən işçininin işdən çıxarılması əsaslandırmamışdır. Əmrdə sözügedən faktlar açıqlanmış, onları təsdiq edən sənədlər əlavə edilmiş, işçilərin izahatları alınmış, müvafiq olaraq Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilərək onun fikri nəzərə alınmış və yekunda aidiyyəti meşə mühafizəsinə məsul işçilər onlara həvalə edilmiş vəzifələri lazımi şəkildə və məsuliyyətlə icra etmədiklərinə və bununla da bu sahədə olan müvafiq qanunvericiliyin tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunmuşdurlar. Pozuntular barədə sübutlar təqdim edilməsəydi, müvafiq prosedurlara riayət edilməsəydi, heç bir fakt baş vermədən işçinin əmək müqaviləsinə xitam verilsəydi, o zaman əsaslandırma aparılmamış sayıla bilərdi. Halbuk i, ortada fakt və onu sübut edən sənədlər mövcuddur, bu sahədə dövlətin mənafeyinə, eyni zamanda dövlətin siyasətini həyata keçirən dövlət qurumuna işə götürənə zərər dəymişdir. Birinci instansiya məhkəməsinə təqdim edilən xx.xx.2023-cü il tarixli aktda yuxarıda göstərilən aktlardakı hadisələr ümumiləşdirilmiş və məlumat verilmişdir. Eyni zamanda, iddiaçı onun fəaliyyəti dövründə yalnız bir aktın tərtib olunduğunu (66680 nömrəli akt) qeyd edir. Məhkəmə xx.xx.2023-cü il tarixli aktdakı xüsusatlara diqqət etmədiyindən İddiaçı fikrinin həqiqəti əks etdirdiyi təəssüratı yaranır. Odur ki, bu məqamlara görə həmin aktların təqdim edilməsi məhkəmə araşdırması baxımından vacibdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6696/2023 saylı mülki iş üzrə 27 noyabr 2023-cü il tarixl i qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 147/ü nömrəli əmri İddiaçı aid olan hissədə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X13 X4 Meşəbəliyinə meşəbəyi vəzifəsinə bərpa edilmiş və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişd ir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
16. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının barəsində xx.xx.2023-cü il tarixli, 147/ü nömrəli əmr tərtib edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri nəzərə alınmamışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının fəaliyyəti də daxil olmaqla yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş, həmin akt həm Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həm də cavabdeh Xidmətin əməkdaşları tərəfindən imzalanmışdır. Beləliklə, artıq həmin tarixdə cavabdehə iddiaçı tərəfindən əmək funskiyasının pozulduğu aşkar idi.
18. Buna baxmayaraq, cavabdeh intizam tənbehinin verilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş bir ay müddət keçdikdən sonra - xx.xx.2023-cü tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir.
19. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 70 ç, 71.2, 71.3, 186.1,187.1, 187.2, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzin ərazisi çox genişdir, bundan əlavə ilin qış ayları old uğunu və bu ərazilərin mürəkkəb dağlıq relyefə malik olduğunu nəzərə alsaq, yoxlamalar uzun müddət, yəni aylarla davam edir. Yoxlamanın gedişində aşkar olunmuş faktlarla bağlı aktlar tərtib edilir. Lakin yuxarıda qeyd etdiyim səbəblər ucbatından hər bir fakt üzrə dərhal sonra işçilərin intizam məsuliyyətinə cəlb edilməsi qeyri-mümkündür. Çünki yoxlamanın davam etdiyi dövrdə digər faktlar da aşkarlana bilər. Və həmin faktlar işinə səhlənkar yanaşan işçinin fəaliyyəti barəsində daha geniş çərçivədə təhlil imkanları yarada bilər, məsuliyyətini aradan qaldıra, yüngülləşdirə və ağırlaşdıra bilər. Odur ki, yoxlamanın gedişində tərtib edilmiş aralıq aktlarla bağlı deyil, proses yekunlaşdıqdan sonra yekun nəticə, əməkdaşların fəaliyyətinə hüquqi qiymət verməyə əsas verir. Göstərilən halda pozuntuy a yol verildikdə ona geniş prizmadan baxma, hüquqi və faktiki halları qiymətləndirmə, sübutları bütövlükdə təhlil etmə imkanı yaradır. Mövcud haldan irəli gələrək cavabdeh bildirmişdir ki, bu hal situativ xarakter daşımaqla Əmək Məcəlləsinin 187-ci maddəsinin normaları tətbiq edilərkən, yoxlamanın nəticəsi əsas götürülməlidir.
22. Cavabdeh hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi göstərilən halları nəzərə almadan, işi tam araşdırmadan qeyri-obyektiv qərar vermişdir. İşəgötürən əmək vəzifələrini kobud şəkildə pozan işçi ilə əmək müqaviləsinə xitam vermişdir və heç bir maddi hüquq normasını pozmamışdır. İşəgötürən əmək vəzifələrini kobud şəkildə pozan işçi ilə əmək müqaviləsinə xitam vermiş və heç bir maddi hüquq normasını pozmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n qeyd etdiyi kimi, cavabdeh iddiaçı tərəfindən əmək funksiyasının pozulduğu barədə müvafiq aktlar tərtib etmiş, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçının bununla bağlı izahatını almış və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır. Yəni bütün normalara əməl edərək işçini qanunamüvafiq qaydada işdən azad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
24. Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
25. Maddə 71.2. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
26. Maddə 71.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
27. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
28. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqq ının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək
29. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
30. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
31. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərin ə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqey
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apell yasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxar ıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2023-cü il tarixli 2(103)-6696/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.