Məhkəmə qərarları › İş №2(102)-1198/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1198/2025

21.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1198/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-198/2025 nömrəli 6 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X İddiaçı arasında xx.xx.1998-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və sonuncu məşğulluq təsnifatı üzrə müəllim və əmək müqaviləsi üzrə direktor müavini vəzifəsinə qəbul edilmişdir. 2. xx.xx.2024-cü il tarixdə İddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsini xahiş etmişdir.

3. İşəgötürənin xx.xx.2024-cü il tarixli, 67 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh X (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi məhkəm əyə müraciət edərək, cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a” bəndinə əsasən xitam verilməsi barədə 10 may 2024-cü il tarixli, 67 saylı əmrin ləğv edilərək, X Azərbaycan dili və ədəbiyyat müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qaytarılması və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1998-ci ildən X Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 2019-cu ildən həmin məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini (ibtidai siniflər üzrə) təyin edilmişdir. 08 may 2024-cü il tarixdə işlədiyi orta məktəbdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati Şöb əsinin müdiri Şahid2 və Şirvan Təhsil Sektorunun müdiri Şahid1 19-20 radələrində onu yerdəyişmə qaydasında başqa məktəbə direktor müavini vəzifəsinə keçiriləcəyi ilə bağlı aldararaq guya başqa işəgötürənlə əmək müqaviləsi bağlayacağı üçün öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur etmişlər. Ərizəni yazmaq istəməsə də, təzyiq altında qeyd edilən ərizəni yazmağa məcbur olmuşdur. Halbuki universiteti bitirdikdən sonra yeganə iş yeri X olmuşdur və heç vaxt başqa işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. 10 may 2024-cü il tarixində məktəbin direktor əvəzinin əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 13 may 2024-cü il tarixdə işlədiyi məktəbə gedən zaman direktor əvəzinin göstərişi ilə onu məktəbə buraxmamışlar və onun həm müəllim, həm də direktor müavini vəzifəsindən azad edildiyi bildirilmişdir. 13 may 2024-cü il tarixdə ona Şirvan şəhəri B.Aslanov adına tam orta məktəbin direktor əvəzinin 10 may 2024-cü il tarixli əmrini təqdim etmişlər. Odur ki, işdən azad edilməsi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi və işə bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir. O, 14 may 2024-cü il tarixdə məktəbin direktor əvəzinə ərizə ilə müraciət edərək ona təzyiq edildiyi üçün işdən çıxmaq barədə ərizə yazdığını və bu səbəbdən də 08 may 2024-cü il tarixli ərizənin etibarsız hesab edilərək həm müəllim, həm də direktor müavini kimi işinə bərpa edilməsini xahiş etmişdir. Həm in vaxt ona son haqq-hesab ödənilməmişdir və onun vəzifəsinə başqa şəxs təyin edilmişdir. Lakin onu işinə bərpa etmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 nömrəli 6 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (X2) iddia təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyin tələblərindən göründüyü kimi işçi ilə işəgötürən arasında bağlanmış olan əmək müqaviləsinə xitam veriləməsinə əsas olan hallarıdan biri də tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir. Qeyd edilən hal üzrə əmək müqaviləsinə xitam verilməsi tərəflərin iradə ifadəsi ilə bağlıdır. İşin hallarından da göründüyü kimi iddiaçı tərəfindən işdən azad olunması ilə bağlı müraciət etmiş və nəticə olaraq əmək müqaviləsin ə xitam verilmişdir.

5. Əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilmişdir. İddiaçının müqavilənin onun iradəsinə zidd olaraq xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, AR MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda işəgötürənlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin iddiaçının iradəsinə zidd olması və təzyiq altında yazmağa məcbur olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı tərəfindən bu hal sübuta yetirilə bilməmişdir.

6. Əksinə, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsindən məlum olmuşdur ki, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı tam orta məktəbdə neqativ halların olması ilə bağlı araşdırma aparılmış, həmin araşdırmada komissiya üzvü olaraq iştirak etməsə də, komissiya işinin yekununda Şirvan şəhər Təhsil sektorunun müdiri kimi məktəbə dəvət edilmişdir. Komissiya sədrinin müavini ona bildirmişdir ki, iddiaçı ilə bağlı məktəbdə korrupsiya əməlləri ilə əlaqədar izahatlar alınıb. Həmçinin ifadəsində bildirmişdir ki, iddiaçının işdən azad olunması ilə bağlı ərizəsini o, məktəbə getdikdən sonra yazmışdır. İddiaçı ona demişdir ki, əlləri əsir yazı yaza bilmir, buna görə necə yazmaq lazım olduğuna o, istiqamət vermişdir, lakin onu ərizə yazmağa məcbur etməmişdir. Komissiya ilə iddiaçı arasında olan söhbətdən xəbəri yoxdur. İddiaçıya tövsiyyə olaraq demişdir ki, “bu iş korrupsiyaya gedəcək, əgər pul almamısansa, özündən əminsənsə onda ərizə yazma.”

7. Eyni zamand a, iş üzrə Şahid2 vermiş ifadəsindən məlum olmuşdur ki, 16 nömrəli məktəbdən daxil olan informasiyaya əsasən məktəbdə monitorinq aparılmış, monitorinq zamanı rəhbər heyəti rüşvətalma, korrupsiya halları müəyyən edilmiş və çoxsaylı korrupsiya halları müəyyən edildikdən sonra Şirvan şəhər Prokurorluğuna müraciət edilmişdir. Təxminən həmin məktəbdə direktor və müavinləri tərəfindən 38.970,50 manat dövlət büdcəsinə ziyan vurulmuş və hal-hazırda Şirvan şəhər Prokurorluğunda cinayət işi başlanılmışdır. Məktəbin sabiq direktoru və iddiaçı ilə bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.3.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. İddiaçı dəvət olunaraq ifadəsi alınmış və onun tərəfindən vəzifə səlahiyyətlərinin aşdığı müəllimlərdən dərs bölgüsünə görə, tətbiqinə və digər məsələlər üzrə müəlliml ərdən pul vəsaiti alıb, buna görə müəllimlərdən izahat alınmışdır. Heç bir təzyiq və ya təsir göstərilməmişdir. Sonuncu günü iddiaçı da təsdiq edə bilər ki, məktəbin direktoru və digər işçiləri bir yerə yığıb bildirmişdir ki, “komissiya üzvləri tərəfindən və ya mənim tərəfimdən sizə təzyiq olunubsa etiraz edə bilərsiz”. Şirvan şəhər Təhsil Sektorunun müdiri Varis müəllimi məktəbə çağırmışdır ki, şahid olsun. Məktəbin digər həmkarları ilə birlikdə söhbət aparmış, onlara hər hansı təzyiqə və təsirə məruz qaldığlarını soruşmuşdur. Təzyiq və təsirə məruz qalmadıqlarını bildirmişdilər.

8. Göründüyü kimi məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər tərəfindən verilmiş olan ifadələrində iddiaçı tərəfindən işdən azad edilməsilə bağlı ərizənin yazılmasına məcbur edilmə halı müəyyən edilmə mişdir.

9. Məhkəmə mövqeyinin hüquqi əsası kimi AR Konstitusiyasının 26, 35-ci, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 42, 45-vi maddələrinə, 68-ci maddəsinin 1-ci hissəsinə, habelə MPM-in 77.1, 76, 81, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandıırılmışdır ki, gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-198 /2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbində, həmçinin apelyasiya şikayətində işdən azad olunması barədə yazdığı ərizəni 08 may 2024-cü il tarixdə işlədiyi orta məktəbdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati Şöbəsinin müdiri Şahid2 və Şirvan Təhsil Sektorunun müdiri Şahid1 təzyiqi altında yazdığını, həmçinin adı çəkilən şəxslərin onu aldararaq guya başqa işəgötürənlə əmək müqaviləsi bağlay acağı üçün öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur etdiklərini bildirmişdir.

14. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı ona işdən çıxma barədə ərizənin təzyiq altında yazdırılması və həmin təzyiqin nədə özünü göstərməsini nə birinci, nə də apelyasiya icraatı zamanı sübut edə bilməmişdir. Ümumiyyətlə iddiaçı, ona adı çəkilən şəxslər tərəfindən ərizə yazılmağa “məcbur edilməsi” barədə bu günədək hüquq mühafizə orqanlarına müraciət etməmiş, yalnız X1 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə müraciət etmiş, həmin şöbənin də iddiaçıya verdiyi cavabda iddiaçının məhkəməyə müraciət etməsi izah edilmişdir.

15. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsində başqa işəgötürənlə əmək müqaviləsi bağladığını qeyd etsə də, iddia tələbində v ə apelyasiya şikayətinin dəlillərində buna izah verərək, aldadıldığını və evin yaxın yerdə yerləşən məktəblərin birinə direktor müavini təyin ediləcəyi vədi ilə ərizə yazmağa məcbur edildiyini göstərmişdir.

16. Apellyasiya instansiyaksı məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi göstərdiyi bu hallar tələbin əsaslı olmasını sübut edən hallar hesab oluna bilməz. Çünki orta məktəbdə təhsil verənlərin (müəllimlərin) işə qəbulu və yerdəyişməsi AR Elm və Təhsil Nazirliyinin 19 oktyabr 2023-cü il tarixli, KQ-05 saylı qərarının 1.2-ci bəndinə və həmin qərarın 3.1-ci bəndinə əsasən həyata keçirilməklə müvafiq olaraq müəllimlərin işə qəbulunun və yerdəyişməsinin müsabiqə yolu ilə, həmçinin müəllimlərin yerdəyişməsi tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir. Yerd əyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə toplanılan bal əsasında aparılır. Göründüyü kimi, iddiaçının başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə bağlı gətirdiyi dəlillər formal mülahizələrə əsaslanır. Belə ki, iddiaçı işlədiyi dövrdə direktor müavini kimi bir məktəbdən digərinə yerdəyişməsi yalnız müsabiqə əsasında həyata keçirilə bilərdi.

17. İddiaçı, işdən azad olunmasına dair xx.xx.2024-cü il tarixli ərizəsində də 10 may 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və işəgötürənin 67/1 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsas ən xitam verilmişdir. İddiaçı apelyasiya icraatı zamanı 13 may tarixində işə getdiyini və peşmanlıq ərizəsini yazdığını bildirmiş, lakin məktəbin direktoru tərəfindən ona işdən azad olunma barədə əmr təqdim edilmiş və artıq həmin məktəbdə işləyə bilməməsi bildirilmişdir.

18. Apellayasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işəgötürənin 67/1 saylı, xx.xx.2024-cü il tarixli əmrində istinad olunan ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi tərəfin iradəsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi üçün əsasıdır. İddiaçı isə apelyasiya icraatı zamanı peşmançılıq ərizəsi verdiyinə baxmayaraq onun işdən azad edilməsini göstərsə də, bu halın təsdiqi barədə iş materiallarında hər hansı sübut mövcud olmamışdır. Əksinə, iddiaçı onun ərizəsində tarix göstərməsinə baxmayaraq işəgötürən tərəfi ndən həmin tarixə riayət edilməməsi və işçinin əmək müqaviləni xitam verilməməsi məhz elə əmək qanunvericiliyinin tələblərinin, həmçinin işçinin hüquqlarının pozulmasına gətirib çıxarar.

19. İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında həmçinin göstərmişdir ki, o, qanunsuz işdən azad olunması barədə X1 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə müraciət etmiş və ona həqiqətən işəgötürən tərəfindən onun işdən azad olunmasının qanunsuz olduğu bildirilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati xəta tərkibi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata baxmaq səlahiyyəti olan orqan kimi X1 əgər işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi halını aşkar etdikdə, işəgötürəni inzibati məsuliyyətə cəlb etməklə tənbeh tədbiri tətbiq edir. Hazırkı işdə də iddiaçı onun qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdiyini bildirsə də, cavabdehin hərəkətlərində hüquq pozuntusu müəyyən edilməmiş, iddiaçıya yalnız məhkəmə qaydasında hüquqlarını müdafiə etmək imkanı izah edilmişdir.

21. Həmçinin cavabdehin iddiaya etirazından müəyyən olunur ki, o, ümumiyyətlə iddianı qəbul etmir və hesab edir ki, iddia əsassızdır. Belə ki, cavabdeh uzun illərdir müəllim işlədiyindən müəllimlərin yerdəyişməsi, bir məktəbdən başqa məktəbə təyinatının hansı qaydada həyata keçirilməsindən məlumatlıdır. Ümumiyyətlə müəllim lərin yerdəyişməsi 2 formada həyata keçirilir. İlk öncə həmin yer üzrə vakansiya elan edilir, bundan sonra ya müsabiqə yolu ilə, ya da qarşılıqlı razılaşma əsasında Təhsil Nazirliyi tərəfindən yerdəyişmə həyata keçirilə bilər. İddiaçı isə öz (işdən azad olunması barədə ərizəsi) xahişi əsasında işdən azad edilmişdir. Onun işdən azad olunması barədə ərizəsini guya başqa işə keçməklə bağlı yazması da inandırıcı deyildir. Çünki nə direktorun nə də regional təhsil idarəsinin ərizə əsasında müəllimin yerdəyişməsini həyata keçirməsi səlahiyyəti yoxdur.

22. Cavabdehin nümayəndəsi həmçinin iddiaçının tələbinin əsaslı olması kimi gətirdiyi arqumentləri, yəni aldadılaraq ərizə yazmağa məcbur edilməsini əsassız sayaraq göstərmişdir ki, iddiaçı özünün də, qeyd etdiyi kimi 1998-ci ildən cavabdehdə Azərb aycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 2019-cu ildən həmin məktəbdə təlim tərbiyə işləri üzrə direktor (ibtidai siniflər üzrə) müavini işləməsi kifayət qədər təcrübəli müəllimənin aldadılaraq başqa işə keçmə barədə ərizə alınması mümkün deyildir. İddiaçı çox yaxşı bilir ki, ilk öncə müəllimin təyinat almaq istədiyi vəzifənin vakant vəzifə kimi təyinata çıxarılmalı, daha sonra yerdəyişmənin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir.

23. Bundan başqa, işçi əgər başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq niyyətindədirsə, əmək müqaviləsi bağlanacağı müəssisənin rəhbəri, yəni işəgötürənin əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olmalı, daha sonra isə ilk iş yeri üzrə əmək müq aviləsinə xitam verilməlidir. İddiaçının iddia etdiyi kimi Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati Şöbəsinin müdiri Şahid2 və Şirvan Təhsil Sektorunun müdiri Şahid1 19- 20 radələrində onu yerdəyişmə qaydasında başqa məktəbə direktor müavini vəzifəsinə keçiriləcəyi ilə bağlı aldadaraq guya başqa işəgötürənlə əmək müqaviləsi bağlayacağı üçün öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur etməsini bildirməsi iddiaçının heç bir sübutla təsdiqini tapmayan formal mülahizəsidir və bu heç bir halda əsaslı hesab oluna bilməz.

24. İddiaçı apelyasiya icraatı zamanı əlavə olaraq göstərmişdir ki, barəsində Şirvan şəhər prokurorluğunda aparılan araşdırma yekunlaşmış və onun təqsirinin olmaması sübut olunmuş və hesab edir ki, onun işə bərpa olunma sı barədə iddiası əsaslıdır və təmin edilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu xahişi ilə bağlı qeyd etmişdir ki, Şirvan şəhər prokurorluğunda aparılan araşdırma hazırkı məhkəmə predmeti olan işə bərpa tələbinin hüquqi əsasını təşkil etmir. Çünki mövcud qanunvericiliyin tələbinə əsasən ƏM 62-ci maddəsində işçinin işdən kənar edilməsi əsasları müəyyən edilmişdir.

26. Belə ki, həmin maddənin “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işdən kənar edə bilər. Hazırkı işdə isə işəgötürən, iddiaçını işdən azad edilməsi barədə ərizəsi əsasında əmək müqaviləsinə xitam vermişdir. İddiaçının göstərdiyi kimi, onun ərizəsi Şirv an şəhər prokurorluğunda aparılmış araşdırma ilə bağlı olsaydı, o zaman işəgötürən işçinin əmək müqaviləsinə xitam vermək əvəzinə ƏM 70-ci maddəsinin “c” bəndinə əsasən işdən kənarlaşdırılması barədə əmr verərdi. Göründüyü kimi, iddiaçının bu hissədə də mövqeyi əsassız olmaqla, ümumiyyətlə gətirdiyi dəlillər onun əmək müqaviləsinə xitam verilməsi barədə mübəhəsinin predmeti ilə əlaqədar deyildir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə3 Məmli oğlu), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, iddiaçı məcburi işdən çıxarılan zaman ərizəsində qeyd etmişdir ki, “başqa işəgötürənlə əmək müqaviləsi” bağlamışdır. Lakin həmin müqavilə ərizəyə qoşulmamışdır. Bütün bunlara baxmayaraq, iddiaçı dərhal işdən azad olunmuşdur. Bu isə öz növbəsində işdən çıxarılmasının işəgötürən tərəfindən məcburi qaydada həyata keçirilməsinin bariz nümunəsidir. Məhkəmə öz qərarını şərh edərkən, qeyd etmişdir ki, iddiaçı hədə-qorxu və aldatma nəticəsində işdən çıxarıldığını bildirsə də, hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Bu faktla bağlı qeyd edilməlidir ki, işdən məcburi çıxarılma işləri cinayət məsuliyyəti yaratmır, yalnız inzibati məsuliyyət yaradır və iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Beləliklə, məhkəmənin bu ifadə əsasında qərar qəbul etməsi yolverilməzdir. Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə Təhsil Nazirliyinin Kollegiyasının Qərarının (19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli Qərarı) 3.1-ci bəndi müəllimlərin yerdəyişməsi tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir. Yerdəyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə toplanılan bal əsasında aparılır. Məhkəmə göstərilən normanı tətbiq etmiş, lakin iddiaçı tərəfindən təqdim olunan digər direktor müavini şahid qismində dindirilmiş Şahid3 hərhansı müsabiqədə iştirak etmədən digər məktəbə təyin olunması faktına göz yummuşdur. Halbuki onun işdən çıxma sı və digər məktəbə müəllim işinə qəbul edilməsi sənədləri məhkəməyə təqdim olunmuşdur. Onunla əmək müqaviləsinə xitam verilməsindən uzun müddət keçməsinə baxmayaraq, yerinə başqa şəxs təyin olunmamışdır. İş üzrə ən əhəmiyyətli sübutlardan sayılan şahid ifadələri məhkəmə tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir. Belə ki, Təhsil İdarəsinin nümayəndələri iddiaçıya açıq-aşkar təzyiqin olması aktını etiraf edir, dolayı yolla başqa işəgötürənin olmamasını, iddiaçıya ərizə yazdırmağına əsas səbəb kimi məktəbdə mövcud yoxlamaların olmasını, ərizə yazmadığı təqdirdə işin korrupsiyaya gedəcəyini bildirmişdilər. Həmçinin digər direktor müavininin həmin vaxtı işdən məcbur çıxarılması məcburi işdən çıxarılma faktını təsdiq edir. İş üzrə bütün sübutlar onun həm hədə-qorxu, həm aldatma yolu ilə i şdən çıxarılmaını sübut edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 9, “b” bəndi. əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüququdur.

31. Maddə 11, “b” bəndi. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüququdur.

32. Maddə 68, “a” bəndi. əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür.

33. Maddə 69, 3-cü hissə. işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müna sibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “19” oktyabr 2023-cü il tarixli, KQ05 saylı Kollegiya Qərarı

34. Bənd 1.2. Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.

35. Bənd 3.1. Müəllimlərin yerdəyişməsi tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir. Yerdəyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə toplanılan bal əsasında aparılır. Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məh kəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəmə si onun bu dəlilləri ilə razılaşmır.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı işdən çıxma barədə ərizəni təzyiq altında yazdığını göstərsə də, həmin təzyiqin nədən ibarət olduğunu nə birinci, nə də apelyasiya icraatı zamanı sübut edə bilməmişdir. Ümumiyyətlə iddiaçı, işdən çıxma barədə ərizə yazılmağa “məcbur edilməsi”nə dair bu günədək hüquq mühafizə orqanlarına belə müraciət etməmişdir.

50. Bundan başqa iddiaçı, əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsində başqa işəgötürənlə əmək müqaviləsi bağlamasını qeyd etməsini, işəgötürən tərəfindən aldadılması və evinə yaxın yerdə yerləşən məktəblərin birinə direktor müavini təyin ediləcəyi vədi ilə məcbur edilməsini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, orta məktəbdə təhsil verənlərin (müəllimlərin) işə qəbulu və yerdəyişməsi AR Elm və Təhsil Nazirinin 19 oktyabr 2023-cü il tarixli, KQ-05 saylı Qərarının 1.2 və 3.1-ci bəndlərinə əsasən həyata keçirilir.

51. Belə ki, qeyd olunan bəndlərin mənasına görə, orta məktəblərdə müəllimlərin işə qəbulu və yerdəyişməsi tədris ilinin sonunda yalnız müsabiqə yolu ilə həyata keçirilir. Yerdəyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə toplanılan bal əsasında aparılır.

52. Göründüyü kimi, iddiaçının başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə bağlı gətirdiyi dəlillər formal müla hizələrə əsaslanır və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin 67/1 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən düzgün olaraq xitam verilmişdir.

53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 yanvar 2025-ci il tarixli, 2(106)-198/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar