Məhkəmə qərarları › İş №2(102)-1204/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1204/2020

04.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1204/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi x3, iddiaçının vəkili Hüseynova Esmira Hüseyn qızı və cavabdehin vəkili Kərimov Elmar Ramiz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məh kəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № e-2(009)-1510/2019 saylı mülki iş) Əmlak Məsələləri Dövlət Komitəsinin və x1nun iddia tələblərinin təmin olunmaması, x2nun iddia tələbinin təmin edilərək x1nun ünvan 1 ünvanında yerləşən 230,8 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyriyaşayış sahəsinin boşaldılaraq x2na təhvil verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən, məruzəçi), X.Mərdanov və F.Babayev, 2(103)-12090/2019 saylı mülki iş) hazırki iş üzrə x1nun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1510/2019 saylı iş üzrə 18 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanı lmışdır. İşin halları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Komitə) x1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın zirzəmisindəki 230,8 kv.m. qeyriyaşayış sahəsinin Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olmaqla dövlət mülkiyyətindəki əmlak kimi qeydiyyata alındığını, Dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Komitənin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı həmin əmlakın hər-hansı hüquqmüəyyənedici sənədlər olmadan x1 tərəfindən qanunsuz istifadə edildiyinin müəyyən olunduğunu, Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmənin, 3.0.14-cü bəndinə əsasən daşınmaz dövlət əmlakını icarəyə və istifadəyə vermənin, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmağın, 3.0.16cı bəndinə əsasən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadə olunmasına nəzarət etmənin Komitənin vəzifələrinə aid edildiyini, dövlət əmlakının cavabdehin qanunsuz sahibliyində olmasının dövlətin adından mülkiyyətçi səlahiyyətini həyata keçirən Əmlak Məsələləri Dövlət Komitəsinin həmin əmlak barəsində sərəncam vermək hüququnun həyata keçirilməsinə maneçilik törətdiyini bildirmiş, buna görə də sözügedən qeyri-yaşayış sahəsinin x1 tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. x1 isə x2na, Əmlak Məsələləri Dövlət Komitəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın zirzəmisindəki 230,8 kv.m. qeyri-yaşayış sahəsinin hərracda satılması barədə 28.03.2019-cu il tarixli 4329 saylı alqısatqı müqaviləsinin və x2nun adına verilmiş 02.07.2019-cu il tarixli çıxarışın etbarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. x2 da x1 qarşı iddia ərizəsi ilə müraciət edərək, x1in ona məxsus ünvan 1 ünvanında yerləşən binanın zirzəmisindəki 230,8 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil ve rilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh x2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Kərimov Elmar Ramiz oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi x3, iddiaçının vəkili Hüseynova Esmira Hüseyn qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 230,8 kv.m. təşkil edən və Səbail rayon Mənzil-Kommunal Təsərr üfat Birliyinin balansında olan qeyriyaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xidmət məqsədilə 30.11.2016-cı il tarixədək x1in icarəsinə verilmiş, bununla əlaqədar onunla Komitə arasında 13.07.2016-cı il tarixdə 9219/2231 nömrəli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlanmış, Dövlət Əmlak Komitəsinin 25.11.2016-cı il tarixli Sərəncamı ilə isə əmlakın özəlləşdirilməsinə və onun 100 % dəyəri ilə x1ə satın alınmaq üçün təklif edilməsinə qərar verilərək 13.07.2016-cı il tarixli icarə müqaviləsi qüvvədən düşmüş hesab olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən qeyri-yaşayış sahəsi Komitə ilə x4 arasında bağlanmış “Dövlət Əmlakının qiymətləndirilməsi xidmətinin göstərilməsi haqqında” 24.11.2016 -cı il tarixli müqavilə əsasında adı çəkilən MMC tərəfindən 230 000 manat məbləğində qiymətləndirilmiş, 01.12.2016-cı il tarixdə x1ə əmlakı 100% dəyəri ilə alması təklif olunaraq 30 gün müddətində əmlakı almaqdan imtina edəcəyi, yaxud alqı-satqı müqaviləsi bağlamayacağı, habelə təklifə münasibət bildirməyəcəyi halda əmlakın hərraca çıxarılacağı bildirilmiş, x1lə bağlanacaq müvafiq alqı-satqı müqaviləsi də hazırlanaraq Komitənin səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır. İşin hallarından və x1in bilavasitə özünün bildirdiklərindən aydın olur ki, o, əmlakın müəyyənləşdirilmiş qiymətinin yüksək olduğunu əsas gətirərək əmlakı satın almamış, bundan sonra qeyri-yaşayış sahəsi 230 000 manat ilkin satış qiymətilə açıq hərraca çıxarılmış, 11.04.2017ci il tarixdə birinci, 16.05.2017-ci il tarixd ə ikinci hərrac keçirilmiş, əmlak satılmadığından qiyməti 10% aşağı salınaraq 207 000 manatla üçüncü hərrac, bu hərracda da satılmadığından qiyməti 25% endirilərək 05.09.2017-ci il tarixdə dördüncü hərrac təşkil olunmuş, əmlakın alıcısı olmadığından qiyməti 50% aşağı salınaraq 115 000 manata 5-ci hərraca çıxarılmış, əmlak satılmadığından sonradan dəfələrlə hərraclar keçirilmiş, nəhayət 20-ci (iyirminci) hərracda x2 tərəfindən 115 000 manata satın alınaraq onunla müvafiq müqavilə bağlanmış və əmlak adı çəkilən şəxsin mülkiyyətinə verilmişdir. Əmlakın 230 000 manata ilk olaraq ona təklif edildiyi x1 tərəfindən mübahisələndirilməməkdədir və o, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində bu halı etiraf etməklə yanaşı, keçirilən hərraclarda əmlakın qiyməti aşağı salındıqdan sonra ona x əbər verilməli olduğunu irəli sürmüşdür. Aşağıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni olduğunu qeyd etmişdir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 22.1-maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü maddəsinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılı ğı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. Həmin Qaydaların 4.2.2-ci bəndinə görə isə icarə obyekti (qeyri-yaşayış sahəsi) bu bəndin 1ci abzasında göstərilən hallarda özəlləşdirmə üçün açıq e lan edildikdə və icarə müqaviləsi ləğv olunduqda mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həll edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 1.2-ci bəndinə görə, hərraclar vasitəsi ilə dövlət əmlakının, habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya v erilir. Alıcı əmlakın hərrac dəyərini pulla ödəyir. Qaydaların 2.1-ci bəndinə görə, satıcı hərraca hazırıq mərhələsində hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunmasını təmin edir. Qaydaların 6-cı bəndinə görə isə özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir. Şərh edilənlərdən göründüyü kimi, icarəyə verilmiş dövlət əmakının özəlləşdirilməsi zamanı ilkin olaraq əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur, sonuncu, icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, məhz onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir; əks halda isə - yəni, o (icarəçi), əmlakı almaqdan imti na etdikdə və ya həmin təklifi aldığı andan 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəmədikdə əmlak hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Bu zaman hərracların keçirilməsi barədə keçmiş icarəçiyə ayrıca məlumat verilməsinə zərurət qalmır, yəni, keçmiş icarəçi də əmlakı almaq istəyən başqa şəxslər kimi hərracla bağlı ümumi elanı izləməlidir. Keçmiş icarəçi keçirilən hərracda (hərraclarda) iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququnu özündə saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdi rilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar