Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1204/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, X6, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X və X üçüncü şəxslər qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vicdanlı alıcı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı1, X6, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X və X üçüncü şəxslər qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilmə si” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-148/2023 saylı iş üzrə, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 08 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba Rayon Məhkəməsinin 12 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı X7 iddiası təmin olunaraq, digər şəxslərlə yanaşı İddiaçı5, X8, İddiaçı2 özlərinə və azyaşlı uşaqları X12 və İddiaçı1 JN 1148 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,06 ha. əkin və bağ sahəsinin oktyabr 2014-cü il tarixdə iddiaçı X1 dair alqı-satqı əqdlərin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinə X7 mülkiyyət h üququnun tanınması və adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsinin X həvalə edilməsi qət edilmişdir.
2. Quba rayonunun İ Nügədi kəndinə 0,6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ 09 avqust 2006-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 iyul 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı5 və X4 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 12 iyun 2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı X7 cavabdehlər İddiaçı5, X8 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı X10 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddi açının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi X həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı X7 iddiası həmin hissədə təmin edilməmişdir.
4. Quba rayonunun İ Nügədi kəndinə 0,6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X8, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyət hüquqları 18 aprel 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Quba rayonu notariat kontorunda təsdiq olunmuş 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X3 rayonu, İ Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsini Cavabdeh1 satmış və sonuncunun mülkiyyət hüququ 13 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Qusa r rayonu notariat kontorunda təsdiq olunmuş 05 may 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 Quba rayonu, İ Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsini Cavabdeh2 satmış və sonuncunun mülkiyyət hüququ 13 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddiasının təmin edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X31 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək X13 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə X tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X11) sahibliyinə qaytarılması qət edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2(105)-1566/2022 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyas iya şikayəti təmin olunmamışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3097/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2022-ci il tarixli 2(105)-1566/2022 saylı qətnaməsi qismən, “Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X19) sahibliyinə qaytarılması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd edimiş və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkə məsində icraat
10. İddiaçılar İddiaçı1, X14, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxslər X və X cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə X tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il taixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X19) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı 23 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən X7 Quba rayonu, Birinci Nügədi kəndindəki 1,06 ha, o cümlədən 0,6297 ha torpaq sahəsi üzərində qanunsuz tanınmış mülkiyyət hüququna xitam verilmişdir. Buna baxmayaraq, X13 və Cavabdeh1 tərəfindən saxtakarlıq edilərək sözügedən torpaq sahəsini X Cavabdeh1 satmış, Cavabdeh1 isə Cavabdeh2 satmışdır. Beləliklə, X2 torpaq sahəsini Cavabdeh1 satmaqla, Cavabdeh1 isə Cavabdeh2 satmaqla, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi isə həmin torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququnu rəsmiləşdirərək ona Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarış və Cavabdeh2 adına mülkiyyət hüququnu rəsmiləşdirərək ona xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən çıxarış verməklə, Mülki Prosessual Məcəllənin 15.2-ci və 82.3-cü maddələrinin, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinin tələblərini pozulmuşdur. Odur ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən çıxarış ləğv edilməlidir.
12. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsinin 4-cü alıcısıdı r və həmin torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Bu torpaq sahəsi Cavabdeh2 tərəfindən əsaslı şəkildə şəxsi vəsaiti hesabına əhəmiyyətli dərəcədə abadlaşdırılmışdır. Cavabdeh X ailəsini və qeyrilərini tanımır və heç vaxt görməmişdir. Həmin torpaq sahəsini digər Cavabdeh1 almışdır.
13. Cavabdeh1 izahatında bildirmişdir ki, həmin torpağı 2017-ci ildə Notarial qaydada alqı satqı edərək çıxarış almışlar. Ondan sonra 3 il müddətində torpağı əkibbecərmiş, orada tikinti aparmaq istəmiş, lakin torpağın təyinatı əkin üçün olduğuna görə, tikinti üçün razılıq ala bilməmiş və torpağı satmaq qərarına gəlmişdir. Həmin müddət ərzində heç kəs ondan gördüyü işlər barədə heç nə soruşmamışdır. Sonra da həmin torpağı satmaq qərarına gəlmişdir. Müştəri tərəfdən X müəllim yaxınlaşıb ona bu torpağı almaq istədiyini bildirmişdir. Onlar razılaşmışlar və notarial xidmətdə alqı-satqı etmişlər və sonrasından xəbəri olmamışdır. Mübahisəli torpaq böyük bir sahə də deyildir. Ümumi satılan torpağın 1/10 və ya 1/15 hissəsi belə deyildir. 11 hektara yaxın torpaq satılmışdır. İddiaçının da iddia etdiyi torpaq 60 sotdur. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 22 dekabr 2021-ci il tarixli, 2(004)-4064/2021 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X13 və Cavabdeh1 arasında bağlamış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edildiyi, Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edildiyi və qətnamə qanuni qüvvəsini aldığı halda, hazırki iddia tələbi üzrə Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün heç bir əsas yoxdur.
16. Məhkəmə həmçinin iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2-ci maddələrinə istinad la əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
19. Hər iki cavabdehin apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(105)-1449/2021 №-li qətnaməsi ilə müəyyən edilən faktların Cavabdeh2 aid olmadığını, onun mübahisələndirilən əqd üzrə vicdanlı əldə edən olduğunu və həmin əqd bağlanarkən daşınmaz əmlakın reyestrindəki qeydin həqiqiliyi prezumpsiyasını nəzərə almamışdır. Cavabdehlər arasında alğı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllə ilə müəyyən edilmiş məhz hansı şərtin pozulduğunu və bu pozuntunun nədən ibarət olduğunu, hansı sübutlarla təsdiq edildiyini qətnamədə göstərməmiş və əsaslandırmamışdır. İddiaçıların mübahisələndirildiyi əqd bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş hər hansı şərt pozulmamış və işdə bunun əsksini təsdiq edən sübut yoxdur. Hazırkı işdə mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununa əsasən Cavabdeh1 torpaq sahəsinin tək mülkiyyətçisi olub və onun bu hüququna dair hər hansı etiraz və ya məhdudiyyət reyestrə daxil edilməyib. Hətta birinci instansiya məhkəməsinin istinad etdiyi mülki işə Quba rayon məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb qətnamə çıxarılmazdan əvvəl – xx.xx.2020-ci ildə Cavabdeh1 torpaq sahəsini artıq qanuni əsaslarla ö zgəninkiləşdirmişdir. Lakin birinci instansiya məhkəməsi istinad olunan maddi hüquq normalarının tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin normalara dair hüquqi mövqeyini nəzərə almamışdır. Hazırkı iş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin aid olduğu mülki işdə tərəf və ya İİİ şəxs qismində iştirak etməmişdir. Odur ki, həmin iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə X və Cavabdeh1 arasında mübahisə torpaq sahəsinə dair bağlamış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması və Cavabdeh1 adına verilmiş torpağa xüsusi mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi öz-özlüyündə həmin torpağın alğı-satqısına dair Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən edilmiş faktların preyudisiallığı hazırkı işdə tətbiq oluna bilməz və iddiaçıları xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı barədə iddianın əsaslılığını sübut etmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinin tələblərini pozaraq Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığı halda hazırki iddia tələbi üzrə Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün heç bir əsasın olmadığına dair səhv nəticəyə gəlmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş şahid X15 ifadəsində bildirmişdir ki, doğulandan Nügədi kəndində yaşayır, hazırda da həmin kəndin sakinidir. Kimdən soruşulsa torpaqların kimə məxsus olduğunu deyə bilər, iddiaçı ilə qohumluq əlaqəsi yoxdur, iddiaçının atasını tanıyır, onların pay torpaqları olub. İllərdi həmin torpaqlar üzərində mübahisə vardır. X həmin torpaqları özləri satmayıb, başqa şəxslər tərəfindən satılmışdır. Kənd sakinləri kənddə hansı torpaqlar kimə məxsus olduğunu bilir. Kənddə torpaq sahələri makler X tərəfindən satılır, X özü də həmin kəndin sakindir.
21. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, uşaqlıqdan Nügədi kəndində yaşayır, X tanıyır, müb ahisəli torpaqların onlara məxsus olduğunu qeyd etmişdir. Özü də torpaq almaq istəmiş, kənd sakinləri torpaqların kimə məxsus olduqlarını bilirlər. Bütün kənd bilir ki, həmin torpaq sahələri X ailəsinə məxsusdur.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2(103)-148/23 nömrəli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhramzadə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək 05 may 2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən ödənilmiş 5000 manat vəsaitin Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir.
23. Apellyasiya məhkəməsi işin faktiki halları üzrə müəyyən etmişdir ki, İddiaçı5 və X apellyasiya ş ikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edildikdən sonra reyestr xidməti tərəfindən hər iki iş üzrə iddiaçıların adına xx.xx.2013-cü il tarixdə müvafiq çıxarış verilməsinə baxmayaraq cavabdeh X xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçılara məxsus torpaq sahəsini iş üzrə digər cavadeh Cavabdeh1 satmış və sonuncu da öz növbəsində bu müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə çıxarış almışdır. Başqa sözlə, mübahisəli torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilənə və qeydiyata alınana kimi yuxarıda qeyd edilən məhkəmə çəkişmələri baş vermiş, 2013-cü ildə mübahisəli torpağa dair iddiaçıların adına çıxarış verilməsinə baxmayaraq qeyd edilən torpaq sahəsi bu dövrdə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Qanuni qüvvəsini almış Sumqayıt apellyasiya məhkəməsinin qətnaməsi ilə cavabdeh X13 mübahisəli torpaq sahəsinin digər Cavabdeh1 satmasına dair 03 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmçinin Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX 36712 saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir.
24. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdeh X adına qeydə alınmasına əsas olmuş xx.xx.2006-cı il tarixli məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və həmin torpaq sahəsinə xx.xx.2013-cü il tarixdə iddiaçıların mülk iyyət hüquqları tanındığından, cavabdeh X həmin torpaq sahəsini digər Cavabdeh1 satmasına dair xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
25. Göründüyü kimi, Cavabdeh1 mübahisəli torpaq sahəsini xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satarkən torpağın onun adına özgəninkiləşdirilməsinə əsas olan sənədlər məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır və məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün heç bir əsas yoxdur.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmaqla yanaşı həmçinin qeyd etmişd ir ki, qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur.
27. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqların qorunması məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkündür.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 hazırki halda vicdanlı alıcı kimi qiymətləndirilə bilməz.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş şahid X15 ifadəsində bildirmişdir ki, doğulandan Nügədi kəndində yaşayır, hazırda da həmin kəndin sakinidir. 1960-cı ildən orada yaşayır. Kimdən soruşulsa torpaqların kimə məxsus olduğunu deyə bil ər, iddiaçı ilə qohumluq əlaqəsi yoxdur, iddiaçının atasını tanıyır, onların pay torpaqları olub. İllərdi həmin torpaqlar üzərində mübahisə var. X həmin torpaqları özləri satmayıb, başqa şəxslər tərəfindən satılıb. Kənd sakinləri kənddə hansı torpaqlar kimə məxsusdur bilir. Kənddə torpaq sahələri makler X tərəfindən satılır, X özü də həmin kəndin sakindir.
30. Apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş şahid X5 ifadəsində bildirmişdir ki, uşaqlıqdan Nügədi kəndində yaşayır, hazırda da həmin kəndin sakinidir. X tanıyır, mübahisəli torpaqların onlara məxsus olduğunu bilir. Özü də torpaq almaq istəmiş, kənd sakinləri torpaqların kimə məxsus olduqlarını bilirlər. Bütün kənd bilir ki, həmin torpaq sahələri X ailəsinə məxsusdur.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabde h1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini alıcının əvəzinə etibarnamə ilə nümayəndəsi X20 imzalamışdır. Cavabdeh1 birinci instansiya məhkəməsində izahatı zamanı verdiyi məlumatlara əsasən müqaviləni imzalayan X adlı şəxs alqı-satqı edən adamdır. O alıcı Cavabdeh2 ilə görüşməmiş və onunla alqı-satqı barədə danışmamışdır, o adamı heç tanımır və hətta telefon əlaqəsi belə olmamışdır. Alıcını onun özünün nümayəndəsi tapmışdır. O hazırki vaxta qədər elə bilir ki, torpağı alan elə X adlı şəxsin özüdür.
32. Məhkəmə bu qənaətə gəlmişdir ki, alqı-satqı müqaviləsini Cavabdeh2 birbaşa özü etməsə də, səlahiyyət verdiyi rayon sakini, alqı-satqı ilə məşğul olan X20 həmin torpaq sahəsinin X ailəsinin pay torpaq sahəsi əsasında məxsusluğunu bilməsi Cavabdeh1 izahatı və şahid ifadələri ilə təsdiqini tapır.
33. Kollegiyanın qənaətinə görə mübahisəli torpaq sahəsini görməyən, mülkiyyətçisi ilə görüşmədən onu əldə edən şəxsin nümayəndəsinin həmin sahənin pay torpağı olmasını bilməsi ilə vicdanlı olmadığı aşkardır və bu da öz növbəsində təmsil etdiyi şəxsə də münasibətdə vicdanlı olmadığını göstəricisidir.
34. Cavabdehlər apellyasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən edilmiş faktların preyudisiallığının hazırkı işdə tətbiq oluna bilməməsini qeyd etsələr də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə aktları ilə mübahisə predmeti məhz mübahisəli torpaq sahəsinə dair X ilə Cavabdeh1 arasında bağlanmış 03 avqust 2017-ci il tarixli alğısatqı müq aviləsi olmuşdur. Birinci instansiya məhkəməsi işə baxan zaman Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1449/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından birinci instansiya məhkəməsi haqlı olaraq bu qətnaməyə istinad etmişdir. Lakin sonradan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın 2(102)-639/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsa da, yeni apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qəbul etdiyi 25 noyabr 2022-ci il tarixli, 2(105)-1566/2022 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi dəyişdi rilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3097/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qismən, “Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X19) sahibliyinə qaytarılması” hissəsində ləğv edilərək həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsədə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
35. Göründüyü kimi birinci instansiya məhkəməsinin istinad etdiyi qətnamə sonradan ləğv edilsə də, qəbul edilmiş digər qərarlarla iş üçün mühüm əhəmiyyət kəsb edən işin halları dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə kol legiyası hesab edir ki, bu birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmir və məhkəmə iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır.
36. Bununla belə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlər arasında bağlanmış əqdi etibarsız hesab edərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 sahibliyinə qaytarılması nəticəsinə gəlsə də, sonda Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən etibarsız hesab edilmiş əqdə əsasən Cavabdeh2 tərəfindən ödənilmiş 5000 manat vəsaitin Cavabdeh1 Cavabdeh2 xeyrinə ödənilməsi ilə bağlı hər hansı münasibət bildirməmişdir.
37. Qey d olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, 05 may 2020ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə sasən alıcı Cavabdeh2 tərəfindən ödənilmiş 5000 manat vəsait satıcı Cavabdeh1 onun xeyrinə tutulmalıdır.
38. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.5-ci maddəllərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
39. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
40. Kassasiya şikayətləri oxşar məzmunlu olmaqla, onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 337.1-ci m addəsinə istinad edən məhkəmə cavabdehlər arasında alğısatqı müqaviləsi bağlanarkən Mülki Məcəllə ilə müəyyən edilmiş məhz hansı şərtin pozulduğunu və bu pozuntunun nədən ibarət olduğunu, hansı sübutlarla təsdiq edildiyini qətnamədə göstərməmiş və əsaslandırmamışdır. İddiaçıların mübahisələndirildiyi əqd bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş hər hansı şərt pozulmamış və işdə bunun əsksini təsdiq edən sübut yoxdur.
41. Kassatorlar Mülki Məcəllənin 139, 140, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə istinad edərək göstərmişdirlər ki, hazırkı işdə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununa əsasən Cavabdeh1 torpaq sahəsinin tək mülkiyyətçisi olub və onun bu hüququna dair hər hansı etiraz və ya məhd udiyyət reyestrə daxil edilməyib. Hətta alqısatqı rəsmiləşdirilməsi üçün notariat ofisinə təqdim edilmiş X verdiyi forma1 arayışda Cavabdeh1 torpaq sahəsinin tam mülkiyyətçisi olduğu və həmin torpaq sahəsi üzərində məhdudiyyyət və yüklülüyün qeydə alınmadığı göstərilmişdir.Əks halda əqdin notarial qaydad rəsmiləşdirilməsi mümkün olmazdı. Apellyasiya instansiya məhkəməsi isə istinad olunan maddi hüquq normalarının tələblərini və Konstitusiya Məhkəməsinin həmin normalara dair hüquqi mövqeyini nəzərə almamışdır.
42. Cavabdeh2 kassasiya şikayətində əlavə olaraq Konstitusiya Məhkəməsi Plenumunun"xxxx" ASC-nin şikayəti üzrə xx.xx.2018-ci il tarixli qərarına, S.N.Məmmədovanın şikayəti üzrə xx.xx.2004-cü il tarixli qərarında müəyyən edilən hüquqi mövqelərə istinad edərək, göstərmişdir ki, torpaq s ahəsi Cavabdeh2 satılarkən Cavabdeh1 onun mülkiyyətçisi olub və sonuncunun mülkiyyətçi olub-olmaması barədə hər hansı şübhəli məqam, o cümlədən qeydiyyatın qeyri-dəqiqliyinə dair reyestrə daxil edilmiş qeyd mövcud deyildi. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 torpaq sahəsi ilə bağlı Quba rayon məhkəməsinin icraatında Cavabdeh1 qarşı İddiaçı1 və başqalarının iddiasının olmasından məlumatı olmamışdır. Belə olan halda, Cavabdeh2 torpaq sahəsini vicdanlı əldə edəndir (alıcıdır). Lakin məhkəmə bunu nəzərə almamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra – xx.xx.2020-ci ildə Quba rayon məhkəməsinin 2(027)-1270/2020 №li qətnaməsi ilə Cavabdeh1 mübahisəli torpağa mülkiyyət hüququna dair çıxarışın ləğv olunması Cavabdeh2 vicdanlı alıcı olduğunu istisna edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə xx.xx.2004-cü il tarixli qərarında da göstərilıdiyi kimi əqdin bağlanması anında ona mane olan hər hansı halların gələcəkdə müəyyən olunması vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Apellyasiya məhkəməsi belə hesab etmişdir ki, Cavabdeh2 adından alqı-satqı müqaviləsini imzalamış nümayəndəsi X20 alqı-satqı ilə məşğul olan (makler) rayon sakinidir və mübahisəli torpaq sahəsinin X ailəsinə məxsus olduğunu bilirdi. Məhkəmənin bu mövqeyi səhvdir. Belə ki, alqı-satqı müqaviləsində alıcı qismində Cavabdeh2 çıxış edib və müqaviləni nümayəndə vasitəsilə bağlaması öz-özlüyündə onun vicdanlı alıcı olmasını istisna edə bilməz. Çünki qanun alıcının vicdanlılığını müqavilənin legitimsizliyi barədə şübhə yaradan halların məhz on a məlum olub-olmamasından asılı edir. Hətta alıcının nümayəndəsi bu hallar barəsində məlumatlı olsaydı belə, bu, yalnız o halda alıcının vicdanlılığına təsir edə bilərdi ki, alıcı özü də həmin hallar barədə məlumatlı olsun. İş materiallarında bunu təsdiq edən sübut yoxdur.
43. Həmçinin məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddənin şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən MPM-in 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələn dirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırkı iş üzrə Cavabdeh2 məhkəmənin işin mahiyyəti üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1270/2020 №-li qətnaməsinin aid olduğu mülki işdə tərəf və ya İİİ şəxs qismində iştirak etməmişdir. O, yalnız həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin(sədrlik edən Səyyad Qafari; iş №2(105)-1449/2021) xx.xx.2021-ci il tarixli iclasında İİİ şəxs qismində formal olaraq cəlb olunmuş, lakin bu barədə özünə məlumat verilməmişdir. Odur ki, Quba rayon məhkəməsinin həmin qətnaməsi ilə X və Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinə dair bağlamış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və Cavabdeh1 adına verilmiş torpağa xüsusi mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi öz-özlüyündə həmin torpağın alqı-satqısına dair Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
46. Maddə
140. Reyestrin məzm ununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Maddə 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
49. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdeh X adına qeydə alınmasına əsas olmuş xx.xx.2006-cı il tarixli məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və həmin torpaq sahəsinə xx.xx.2013-cü il tarixdə iddiaçıların mülkiyyət hüquqları tanındığından, həmçinin cavabdeh X həmin torpaq sahəsini digər Cavabdeh1 satmasına dair xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilərərk,həmin əqd əsasında sonuncunun adına aparılmış qeydiyyat ləğv edildiyindən Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün heç bir əsas yoxdur, həmçinin sonuncu alıcının vicdanlı olması iş üzrə müəyyən edilmir.
63. Laki n apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qüvvədə olmasına, həmin əmlak üzərində hər hansı məhdudiyyət və yüklülük olmamasına və əqd bağlanarkən bu barədə forma 1 arayışın Notariat orqanına təqdim edilməsinə diqqət yetirməmiş, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamışdır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin cavabdeh X adına qeydə alınmasına əsas olmuş xx.xx.2006-cı il tarixli məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə ləğv edildikdən sonra həmin torpaq sahəsinə xx.xx.2013-cü il tarixdə iddiaçıların mülkiyyət hüquqları qeydə alınaraq çıxarış verilsə də, sonradan X həmin torpaq sahəsini Cavabdeh1 satmasına dair xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlananadək reyestrdəki həmin qeyd qüvvədə olmuş, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etiraz reyestrə daxil edilməmişdir.
65. Mülki qanunvericiliyə əsasən, bir fərdi müəyyən əşya üzərində yalnız bir mülkiyyət hüququ mövcud ola bilər və həmin hüquq yalnız bir nəfərə (fərdi mülkiyyət), və yaxud eyni anda birdən çox şəxsə aid ola bilər (ümumi mülkiyyət). Yəni hər hansı əşya üzərində iki və ya bir neçə şəxsin tam mülkiyyət hüququnun eyni vaxtda mövcud olması mümkün deyildir. Əks yanaşma mülkiyyət haqqı sahiblərinin bu haqlarından irəli gələn səlahiyyətlərinin istifadəsini mümkünsüz edər. 66. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir.
67. Mübahisəli torpaq sahəsinə mülkiyyət hüququna dair X9 adına verilmiş xx.xx.2006-cı il tarixli, iddiaçıların adına verilmiş xx.xx.2013-cü il tarixli, Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli və Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışların hər biri **********05 reyestr nömrəli daşınmaz əmlaka aid olmuşder. Bu isə onu deməyə əsas verir ki, hər dəf ə əvvəlki qeyd silinməklə növbəti şəxsin adına yeni qeyd reyestrə daxil edilmişdir. Yəni eyni torpaq sahəsi üzərində həm iddiaçıların, həm də cavabdehlərin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində eyni vaxtda qüvvədə olan müxtəlif reyestr nömrəli iki qeyd mövcud olmamışdır.
68. Məhəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin hüquqi vəziyyəti ilə bağlı verilmiş məktublardan heç birində (hatta apellyasiya instansiyası məhkəməsinin verdiyi sorğuya cavab məktubunda) Seriya RX № ******* saylı xx.xx.2013-cü il tarixli HDQH DƏDR-dən çıxarışa və AA 028654 saylı xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sa həsinin X16, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (X19) ümumi birgə xüsusi mülkiyyətində olmasının qeydə alınması və bu qeydin qüvvədə olması ilə bağlı heç bir məlumat göstərilməmişdir.
69. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 adına aparılmış qeydin sonradan əsassız hesab edilməsi cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilərdi ki, alıcı bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın.
70. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 141-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun olmadıqda hüququ pozulmuş şəxs reyestrdəki qeyddə düzəlişin aparılması barədə tələb irəli sürə bilər. Bu iddianın təmin olu nmasını istisna edən hallardan biri dövlət reyestrdəki məlumatların həqiqiliyinə və tamamlığına etimad edərək əşya hüququnu vicdanlı şəkildə əldə edənin hüquqlarının qorunmasıdır. Bu qaydalar Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində göstərilmişdir.
71. Vicdanlı əldə edənin qorunması qaydasındakı məqsəd, reyestrdəki mülkiyyət qeydi silinmiş əvvəlki mülkiyyətçiyə münasibətdə adına əsassız qeydiyyat aparılmış şəxsdən əşya hüquqlarını məhz dövlətin apardığı reyestr məlumatlarına güvənərək yüksüz əldə edən vicdanlı üçüncü şəxsin üstün tutulmasıdır. Başqa sözlə, qanunverici mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında vicdanlı şəxsə üstünlük vermişdir.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şika yəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət t ərəfindən qorunur. 73. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Göründüyü kimi, MM-in 140 -cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təs diq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəl i əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.
4. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində Cavabdeh1 hüquqlarının qanunsuz qeydə alınması Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur. Lakin cavabdehlər aras ında alqı-satqı müqaviləsi 05 may 2020-ci il tarixdə, yəni qeydin qanunsuz olması müəyyən olunanadək bağlanmışdır. Müqavilə bağlanan tarixədək iddiaçılar tərəfindən Cavabdeh1 xeyrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş, sonuncunun hüquqları mübahisələndirilməmişdir. Buna görə də, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ əldə etmiş şəxsin hüquqları müdafiə olunmalı və qorunmalıdır.
74. Apellyasiya məhkəməsi Cavabdeh2 vicdanlı alıcı hesab olunmaması barədə istinad etdiyi dəlillər isə məhkəmə kollegiyası əsassız hesab edir.
75. Belə ki, alqı-satqı müqaviləsinin alıcının adından sonuncunun nümayəndəsi olan X20 tərəfindən bağlanması, alıcının torpaq sahəsini görmədən, satıcı ilə görüşmədən onu əldə etməsi alıcının vicdanlılığını istisna edən hallar k imi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
76. Həmçinin Cavabdeh2 nümayəndəsi X iddiaçılarla eyni kəndin sakini olması və şahid qismində dindirilmiş 2 kənd sakinin “həmin kəndin camaatının kənddə hansı torpaqların kimə məxsusluğunu bilirdi” kimi ifadələri qeyri-dəqiq, ehtimal xarakterli olmaqla həmin nümayəndənin və dolayısıyla onun təmsil etdiyi şəxsin torpaq sahəsinin iddiaçılara məxsus olduğunu bilməli olması və al ıcıda daşınmaz əmlakın dövlət reyestrindəki qeydin mötəbərliyinə şübhə yaranmasına əsas verməsi üçün tutarlı sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunla qorunan vicdanlılıq prezumpsiyasını aradan qaldıran hər hansı mötəbər və tutarlı sübutlar işdə mövcud deyildir. 77. “X17 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlü yü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.
78. Həmin qərarda həmçinin göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. 79. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunl uğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
80. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
81. Kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi q üvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.
82. Kollegiya həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericili yin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”.
83. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edilən qərarında daha sonra göstərir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydalarının icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən gör məli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır.
84. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir.
85. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır.
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin vicdanlı əldə etmə və reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağ lı hüquqi mövqeyi yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarının, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent əhəmiyyətli qərarlarının tələblərinə də uyğun olmamışdır.
87. Göstərilənlərə əsasən, cavabdehlərin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən maddi hüquq normaları mübahisəyə düzgün tətbiq olunmamışdır. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır.
88. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edi lmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.
89. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.
90. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2(103)-148/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qəbul edildiyi andan