Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1557/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu) iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(105)-1532/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 2 saylı qərarı ilə 0,07 hektar torpaq sahəsi Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, X8 və X5 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə mülkiyyətə verilmiş və AR DT və XK-nin Quba rayon Şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair 30 iyun 2004-cü il tarixli JN 524 F KOD 30304018 saylı Şəhadətnaməsinə əsasən Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, övladları X8, X5 adlarına qeydə alınmış Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin alqı-satqısına dair onunla cavabdehlər arasında bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, 2005-ci ilin mart ayında Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnaməyə əsasən onların və azyaşlı övladlarının birgə mülkiyyətinə verilmiş Quba rayonu Nərimanabad kəndi ərazisində 0,07 ha torpaq sahəsini 800 ABŞ dollarına ona satmağa razılaşmış və torpaq sahəsinə görə cavabdehlərə 800 ABŞ dolları verib torpaq sahəsini həmin vaxtdan alıb faktiki sahibliyinə qəbul etmişdir. Cavabdehlər torpağın mülkiyyətə verilməsinə dair JN-524F KO D 30304018 saylı Şəhadətnaməni də pulu aldıqları anda ona vermiş, həmin vaxtı onların şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə alqı-satqının notarial qaydada rəsmiləşdirilə bilməmişdir. Cavabdeh1 və Cavabdeh2 alqısatqının şəxsiyyətlərini təsdiq edən sənədlərin qaydasına salınmasından sonra sənədləşdirilməsinə söz versələr də, lakin sonradan qeyd olunan sənədlərin yenilənməsini yubatmış, daha sonra Cavabdeh1 müvəqqəti işləmək üçün Rusiya Federasiyasına getdiyindən alqı-satqını notariat qaydasında təsdiqlənməsi mümkün olmamışdır.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-228/2016 nömrəli qiyabi qətnaməsi ilə (hakim Elman Əhmədov) iddia təmin edilmişdir.
5. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.
6. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olmağına baxmayaraq, daimi olaraq Rusiya Federasiyasında yaşayır. O İddiaçı torpaq satmamış və ondan pul almamışdır. Həmçinin məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Quba rayon AİK-nin xx.xx.2000ci il tarixli 2 saylı qərarı ilə ona, həyat yoldaşı Cavabdeh2 və uşaqlarına Quba rayonu Alekseyevka İƏD-nin Nərimanobad kəndi ərazisində 0.07 ha torpaq sahəsi verilmiş və bununla əlaqədar onların adına xx.xx.2004-cü il tarixdə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2000-ci ildən o və həyat yoldaşı Cavabdeh2 işləmək məqsədilə Rusiya Federasiyasına köçərək daimi orda yaşayır. Rusiya Federasiyasına köçdükdən sonra on lara məxsus rəsmi sənədlər və həmçinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Quba rayonunun Alekseyevka kəndində yerləşən ata evində saxlanılmışdır. İddiaçı onun qardaşının qayınatasıdır və bu şəxs tərəfindən ona məxus şəhadətnamənin necə ələ keçirməsi və ümumiyyətlə şəhadətnamənin onda olması barədə məlumatı olmamışdır. İddiaçı onun və ailə üzvlərinin burda olmadığından istifadə edərək guya 2005-ci ilin mart ayında o və həyat yoldaşı Cavabdeh2 tərəfindən mülkiyyətlərində olan torpaq sahəsini ona satmağa razılaşdığlarını və bu məqsədlə ondan 800 ABŞ dolları pulu alaraq mülkiyyət şəhadətnaməsini ona verdiklərini, onların şəxsiyyət vəsiqələrinin müddətinin bitməsi ilə əlaqədar alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirə bilmədiyini qeyd etməklə mülkiyyətlərinə aid torp aq sahəsini məmimsəmək niyyətini qanunsuz məhkəmə qətnaməsi ilə rəsmiləşdirmişdir. İddiaçı ilə qeyd edilən ona məxsus torpaq sahəsinin alqı-satqısına dair aralarında heç bir sözləşmə, şifahi və yazılı razılaşma olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid4 iddiaçının qaynıdır. Digər Şahid1 onun köhnə qonşusudur. İddiaçının iddia etdiyi tarixdə yəni 2005-ci ilin mart ayında ümumiyyətlə Azərbaycan Respublikasında olmadığından o və həyat yoldaşı Cavabdeh2 İddiaçı qeyd edilən şahidlərin yanında pul almamış və bununla bağlı onların şahid qismində məhkəməyə verdikləri ifadəsi yalandır. Göstərilənlər nəzərə alınaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2023-cü il tarixli, 2(02 7)-745/2023 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu.
10. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.
11. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
12. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edi lmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkünsüz edir. Həmçinin bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli, “S.Əliyevanın şikayəti üzrə” 31 may tarixli 2006-cı il və “B.Qasımovun şikayəti üzrə” 9 dekabr 2019-cu il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şahid ifadələrini təhrif etmiş, düzgün qiymətləndirməmişdir. Ona görə də hesab etmişdir ki, şahidlər yenidən dindirilməlidir. İş düzgün araşdırılmadan, cavabdehin verdiyi məlumatlar əsaslarla qətnamə qəbul edilmişdir. Ca vabdehlə aralarında olan razılaşma nəzərə alınmamış və alqı-satqını təsdiq edən hər hansı yazılı sənəd olmamasına əsaslanaraq iddia rədd olunmuşdur.
16. İddiaçının vəkili Nümayəndə “Elektorn Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, mübahisələndirilən Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.07 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq RX seriyalı, №1167258 Çıxarış verilmişdir. Həmin sənəd əsasında da o, torpaq sahəsini iki ilə yaxındr ki, X6 notarial qaydada alqı-satqı etməklə satmışdır və hazırda mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisi faktiki və rəsmi olaraq Elnur Bayramovdur.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli iclasında X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 18 oktyabr 2023-cü il tarixli, 2(105)-1532/2023 nömrəli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
20. Aapellyasiya icraatı zamanı ortaya çıxan hallardan biri də ondan ibarətdir ki, iddiaçının məhkəmə qətnaməsi əsasında hüququnu qeydə aldırdığı torpaq sahəsi xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi əsasında X1 və həmin torpaq sahəsi hazırda sonuncunun xüsusi mülkiyyədindədir. Başqa sözlə işdən görünür ki, X7 əmlakı vicdanlı əldə ed ən şəxsdir.
21. Məhkəmə kollegiyası vicdanlı əldə edən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyi, habelə “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına istinadən göstərmişdir ki, qeyd olunan xüsusatları, ən vacibi vicdanlı X3 hüquqlarını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda cavabdehlərin torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onların pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən ş əxsin hesabına kompensasiya edilə bilməz.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi X6 notarial qaydada alqı-satqı etməklə satılmış və hazırda mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisi faktiki və rəsmi olaraq Elnur Bayramovdur. Lakin apellyasiya instansiyası məhkəməsi 2013-cü ildən 2020-ci ilədək olan bu xüsusata qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
26. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 X2:
27. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 335 (24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla çıxarılmışdır). Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
29. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğun u, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
31. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasla ndırılmalıdır.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
44. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair cavabdehlərlə alqı-satqı müqaviləsinin Mülki Məcəllənin xx.xx.2005-ci ilədək qüvvədə olan 335-ci maddəsi çərçivəsində bağlanmış sayılmasını, cavabdeh tərəf isə iddiaya etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
45. Birinci instansiya məhkəməsi iddi açının bildirdiyi halları qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeləri əsasında yoxlayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 335-ci maddəsi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Həmçinin bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir. Bu səbəblərdən iddia təmin edilməməlidir (§ 7-13).
46. Apelyasiya instansiyası məhkəməsi işə iddiaçının apelyasiya şikayəti əsasında baxmışdır. Belə olan halda, iddianın təmin edilməməsindən narazı qalan iddiaçının dəlilləri apelyasiya baxışının predmetini təşkil etmişdir. Başqa sözlə, apelyasiya kollegiyasının vəzifəsi ondan ibarət olmuşdur ki, iddiaçının tələbinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 335-ci maddəsi çərçivəsində həllinin qanuni və əsaslı olubolmamasını yoxlasın.
47. Bu vəzifə həm də ondan irəli gəlirdi ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
48. Buna baxmayaraq apelyasiya məhkəməsi iddiaçının bildirdiyi hallarla Mülki Məcəllənin 335-ci maddəsinin dispozisiya şərtləri arasında uyğunluğun olub-olmamasına dair hüquqi dəyərləndirməni lazımi şəkildə aparmadan qətnamədəki mövqeyinin əksər hissəsini apelyasiya baxışında işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəl b olunmuş Elnur Bayramovun torpaq sahəsini vicdanlı əldə edən olmasına həsr etmişdir (§ 19-21).
49. Kassasiya məhkəməsi bu yanaşmanı qanunvericiliyə uyğun saymır, ona görə ki, əvvəla, apelyasiya məhkəməsi Elnur Bayramovun işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasının səbəblərini və əsaslarını göstərməmişdir.
50. Məlum olduğu kimi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər (§ 33).
51. Bundan əlavə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (§ 39).
52. Baxılan işdə isə tələb torpaq sahəsinə dair İddiaçıla cavabd ehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış sayılması barədədir. Bu işdə Elnur Bayramova qarşı bir tələb yönəldilməmiş, daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində onun mülkiyyət hüququ barədə aparılmış qeydiyyat mübahisələndirilməmiş, E.Bayramovun haqqında hər hansı qətnamə çıxarılmamış, birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə iddia rədd edilmişdir.
53. Odur ki, qətnamənin Elnur Bayramovun hüquq və vəzifələrinə təsirinin nədən ibarət olması əsaslandırılmadığı halda onun işə üçüncü şəxs kimi cəlb edilməsi, eləcə də bu işdə həmin şəxsin əşya hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydə dair mübahisə açılmadığı təqdirdə E.Bayramovun vicdanlı əldə edən olub-olmaması ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparılması yuxarıda göstərilən pros essual hüquq normalarına uyğun olmamışdır.
54. Bu hallar qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 36-38).
55. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(105)-1532/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.