Məhkəmə qərarları › İş №2(102)-1836/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1836/2024

25.04.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1836/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şamaxı rayonu Dövlət Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinə vəkil orderinin əlavə olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh6 və Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Şamaxı Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(074)-130/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 adlarına verilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqlar ın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və onların əsasında Cavabdeh8 ilə Şamaxı regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 02 avqust 2021-ci il tarixli 4ə-1023 və 4ə-1024 nömrəli alqı satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin əsasında verilmiş 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsi ilə Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(074)130/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmişdir.

3. Həmin qətnamədən cavabdehlər Cavabdeh6 və Cavabdeh8 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmiş, kassasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şi kayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qa ydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

5. Kas sasiya şikayətləri və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Cavabdeh6 kassasiya şikayətinə vəkil orderi əlavə olunmadığından, həmin kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edilməlidir.

6. Belə ki, həmin kassasiya şikayəti Cavabdeh6 adından Bakı şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil2 tərəfindən imzalanmışdır.

7. Lakin, iş materiallarında Vəkil2 Cavabdeh8 Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardım göstərilməsi üçün tərtib edilən 16 mart 2024-cü il tarixli vəkil orderi mövcud olsa da, digər kassator Cavabdeh6 kassasiya şikayətinin tərtibi ilə bağlı hüquqi yardım göstərməsini təsdiq edən vəkil orderi kassasiya şikayətinə (“Elektron məhkəmə” informasiya sisteminə) MPM-in 407.3-cü maddəsinin tələblərinə əsasən əlavə edilməmişdir.

8. Qeyd olunanlara əs asən, kassasiya şikayətinə vəkil orderi əlavə olunmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, həmin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh6 kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar