Məhkəmə qərarları › İş №2(102)-1204/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1204/2025

16.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1204/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)-6220/2024 nömrəli, 5 dekabr 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC-nin 16 noyabr 2022-ci il tarixli KŞ-232 saylı əmri ilə İnformasiya texnologiyaları departamenti, İnformasiya texnologiyaları infrastrukturu şöbəsinin Sistem infrastrukturu bölməsinin aparıcı mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (işçinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir.

2. İddiaçı 16 noyabr 2022-ci il tarixli KŞ-232 saylı əmri mübahisələndirərək mediasiya təklifin i xx.xx.2023-cü il tarixində göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək işdən çıxma ərizəsi, əmək müqaviləsinə xitam verilməsinin etibarsiz sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi, həmçinin cavabdehin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq bir illik əmək haqqının Azərbaycan manatı məbləğində dəyərləndirilməsi və pul vəsaitinin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, "xxxx" MMC-yə (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan) xx.x x.2022-ci il tarixdə Sistem infrastrukturu bölməsinin aparıcı mühəndisi vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixdə hədə-qorxu gəlinərək öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. Halbuki əmək müqaviləsinin 9.4-cü bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. Məlumat üçün bildirir ki, xx.xx.2022-ci il tarixdə Konstantin Kozlov adlı şəxslə Bakı-Qazax yolu 113-cü km. Hacıqabul şəhər ərazisi Qədir Xum restoranın həyətində şəxsi münaqişə yaşamışlar. Sonradan məlum olmuşdur ki, Konstantin Kozlov adlı şəxs çalışdığı müəssisə olan "xxxx" MMC-nin şöbə müdiri Əmir Velibəyovun ən yaxın dostu imiş. İş yerindən kənarda şəxsi münaqişə z əmində yaranmış mübahisəyə görə tutduğu vəzifədən hədə-qorxu gəlinərək azad olunmuşdur. Hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Prezidentinə, İ Vitse prezidentinə, Azərbaycan Respublikası Prezidentinin icra Aparatının Rəhbərinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə və X3 Xidmətinin rəisinə yazılı ərizə ilə müraciət etsə də, "xxxx" MMC onun öz xahişi ilə işdən çıxdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə MMC-nin işçisi olmayan köhnə tanışı Konstantin Kozlov adlı şəxslə münaqişəsi olmuş və eyni gün də MMC-yə çağırılıb hədə-qorxu gəlinərək ərizə yazdırılıb işdən azad olunmuşdur. İki körpə uşağa baxmaqda çətinlik çəkir. Cavabdehin hüquqazidd hərəkətləri ilə bağlı o, həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, cavabdehin təqsiri ucbatından səhhətində problem yaranmış, ciddi narahatlıqlar keçirməsi ilə nəticələnmişdir. Mövcud qanunvericilik cavabdeh "xxxx" MMC-nin hüquqazidd hərəkətləri sayəsində ona və ailəsinə vurmuş olduğu ziyanla bağlı müvafiq addımlar atmasına tam əsas verir. Hesab edir ki, cavabdehin təqsiri və hüquqazidd hərəkətlərinin nəticəsi olaraq ona dəymiş mənəvi zərər bir illik əmək haqqı məbləğində dəyərləndirilməli və bu məbləğ cavabdehdən alınaraq ona verilməlidir.

5. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və izahatında bildirmişdir ki, 16 noyabr 2022-ci il tarixdə "xxxx" MMC-nin rəhbərliyinə İddiaçı tərəfindən öz xahişi ilə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsinə dair ərizə ilə müraciət olunmuşdur. Həmin ərizə əsasında cavabdeh tərəfindən Həbibzadənin işdən azad olunmasına dair xx.xx.2022-ci il tarixli KŞ-232 saylı əmr verilmişdir. Əmrə əsasən aparıcı mühəndis Həbibzadə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (işçinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi, istifadə etmədiyi xx.xx.2022/23-cü il iş ili üçün məzuniyyət pulu ödənilməklə son haqq-hesab aparılması qeyd edilmişdir. Həmçinin Həbibzadənin irəli sürdüyü iddia tam əsassızdır. İş materiallarına nəzər saldıqda görünür ki, Həbibzadə öz ərizəsi ilə işdən azad olunmuşdur. İddiaçı Həbibzadə öz təşəbbüsü ilə ərizə yazmış və qeyd etdiyi tarixdən də işdən azad olunmasını xahiş etmişdir. "xxxx" MMC tərəfindən Həbibzadəy ə heç bir təzyiq və hədə-qorxu olmamış, şəxsin öz iradəsinə əsasən işdən azad olunmuşdur. Ərizə yazıldıqdan sonra azad olunmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada sənədləşdirilmişdir. Həbibzadə tərəfindən bütün orqanlara edilmiş müraciətlər onu deməyə tam əsas verir. Bundan başqa, iş materiallarından görünür ki, Həbibzadə tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri idarəsinə müraciət edilmiş, ona xx.xx.2023-cü il tarixli 3-17-5/2-H-5337/2023 saylı və xx.xx.2023-cü il tarixli 317-5/2-H-8964/2023 saylı cavab məktubu ünvanlanmışdır. Həbibzadə tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edilmiş, ona xx.xx.2023-cü il tarixli 3-27/2-H-6 xx/xx/2023/2013 saylı cavab məktubu ünvanlanmışdır. Həbibzadə tərəfindən İnsan Hüquqları Üzrə Müvəkkilinin Aparatına müraciət olunmuş, ona xx.xx.2023-cü il tarixli 2-5/2-7972/2023 saylı cavab məktubu ünvanlanmışdır. Həbibzadə tərəfindən 30 iyul 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmədə adiyyəti üzrə düzgün müraciət olunmaması izah edilmiş və adiyyəti üzrə məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan mediasiya arayışına əsasən Həbibzadə tərəfin dən ilkin olaraq mediasiyaya xx.xx.2023-cü il tarixdə müraciət ünvanlanmış, həmin müraciətə əsasən xx.xx.2023-cü il tarixli mediasiya arayışı əldə edilmiş, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir. Yuxarıda deyilənlər onu deməyə tam əsas verir ki, İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti yetəri qədər keçirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. İddiaçı Həbibzadənin ünvanladığı müraciətlərə cavablara nəzər yetirdikdə görünür ki, fevral, mart və aprel aylarını əhatə edir. Bu da onu deməyə əsas verir ki, əmək qanunvericiliyində nəzər tutulmuş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 296-cı maddəsinin şərh edilməsi barədə Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində «fərdi əmək mübahisəsinə baxan orqan» dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Hazırkı mübahisə iddiaçı tərəfindən yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə əsasən iddia müddətini keçirmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin əsasən,fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

8. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan, iddia müddəti ötürülsə də, məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə, 296-cı maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə, “L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı, X.Xəlilovun şikayəti üzrə” 16 yanvar 2009-cu il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 121.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edikərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. A pellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsində də şöbə rəisi Ceyhun Qarayevin vatsap yazışmasında ona “gəl işdən çıxma ərizəni yaz” yazılmışdır. Həmin şəxsi məhkəməyə dəvət edib işi ətraflı araşdırmaq əvəzinə, sübut dəlilləri təqdim etmək istəsə də, ona artıq baxışa təyin edilməsi cavabı verilmişdir. Bu isə məhkəmənin qətnamə qəbul edərkən (əslində isə əvvəlcədən yazılmış olan qətnaməni elan edərkən) tərəflərin təqdim etdiyi və məhkəmə baxışı zamanı araşdırılmış faktlara deyil, öz şəxsi mövqeyinə və marağına görə irəli sürdüyü dəlillərə istinad etməsini sübut edir ki, bu da mövcud Mülki Prosessual Məcəllənin 8-ci maddəsinin tələbi ilə yolverilməzdir. Göstərilən maddi və prosessual hüquq normalarının açıq-aşkar və kobud pozulması Nəsimi rayon məhkəməsinin hakimi barəsində xüsusi qərardad çıxarılması üçün kifayət qədər yetərlidir. İşin hallarından da görünür ki, cavabdeh tərəf ona hədə-qorxu gələrək işdən çıxma ərizəsini yazmağa məcbur etmişdir. Nəsimi rayon məhkəməsi həmin halları araşdırmamış və bu xüsusata hüquqi qiymət verməmişdir. Vatsap yazışması və şöbə rəisi Ceyhun Qarayevin ona “gəl işdən çıxma ərizəni yaz” və Yevlax rayonuna ezam olunduğu gün bir neçə iş yoldaşları ilə bərabər onu çağırıb hədə-qorxu ilə ərizə yazdırılması düzgün araşdırılmadı. Buna bir neçə iş yoldaşları da şahiddir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6220/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X1) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/ 2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməklə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası odur ki, iddiaçıya hədə qorxu gəlindiyindən o, işdən öz təşəbbüsü ilə çıxarılması barədə ərizə yazmışdır. İki körpə uşağa baxmaqda çətinlik çəkir. Cavabdehin hüquqazidd hərəkətləri ilə bağlı o, həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, cavabdehin təqsiri ucbatından səhhətində problem yaranmış, ciddi narahatlıqlar keçirməsi ilə nəticələnmişdir.

14. Cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. İşə baxan birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan, iddia müddəti ötürülsə də, məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmək mübahisəsində iddia müddətinin tətbiqi barədə ərizə verilibsə və iddia müddəti üzürsüz səbəbdən ötürülübsə işə baxan məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddia tələbini təmin etməməlidir. Çünki əmək münasibətlərini tənzimləyən normalar bir çox hallarda imperativ xarakterli olduğu halda, mülki münasibətləri tənzimləyən normalar daha çox dispozitiv xarakteri ilə fərqlənir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prin sipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şə raiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.

16. İddiaçı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə X3 Xidmətinin Bakı şəhər İdarəsinə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək, əmək mübahisəsi barədə məlumat vermiş və ona köməklik göstərilməsini xahiş etməsinə istinad etmişdir.

17. Kollegiya qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçı əmri mübahisələndirərək mediasiya təkli fini xx.xx.2023-cü il tarixdə göndərmişdir. Mediasiya təklifinin göndərilməsi müddətin axımını dayandırsa da, iddiaçı mediasiya təklifini göndərdiyi zaman əmək qanunveriliyində nəzərdə tutulmuş 1 aylıq müddəti artıq ötürmüşdür. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. İddiaçı tərəfindən müddətin üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir.

18. Məhkəmə kollegiyası mövqeyini “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh e dilməsinə dair” Azərbaycan Respublikası Konstitusiua Məhkəməsinin Plenumunun 20 oktyabr 2023-cü il tarixli qərarı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci tarixli qərarına, Əmək Məcəlləsinin 296-cı maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil Yavər oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq instansiyalara müraciət edərək həmin ərizənin həqiqi-iradə ifadəsini əks etdirmədiyi, yəni məcburi olaraq yazdırıldığını bildirsə də hüquqlarının bərpasına nail ola bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi iddiaçının 1 aylıq iddia müdddətini ötürdüyünü irəli sürüb iddianı rədd etmişdir. Halbuki hədə-qorxu ilə ərizənin yazdırılması spesifik haldır və bu hal Mülki Məcəllədə müəyyən edilmiş mübahisələndirilən əqdlər siyahısına daxil olur ki, burada müddət bir illik olmaqla kəsici müddətdir. Əmək Məcəlləsində ümumiyyətlə “əqd” ifadəsi yoxdur. Əmək müqaviləsi əqddir. Odur ki, Mülki Məcəllədə müəyyən edilmiş əqdlərin etibarsız sayılmasının əsasları əmək müqaviləsinə də aiddir. Həmin əsaslar əmək müqaviləsinə o halda aid edilə bilməz ki, Əmək Məcəlləsində fərqli qaydalar nəzərdə tutulmuş olsun. Etibarsız əqdlərlə bağlı fərqli qaydalar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bakı Apellyasiya məhkəməsi isə qət namənin 24-cü bəndindən qeyd edir ki, həmin Konstitusiya Məhkəməsi qərarları mülki mübahisələr üzrə qəbul edilmişdir. Yəni Bakı Apellyasiya Məhkəməsi bildirir ki, həmin qərarların əmək mübahisələrinə aidiyyəti yoxdur, işin hallarını araşdırmadan müddətin ötməsinə görə iddia rədd edilməli idi. Halbuki Mülki Məcəllə bütün mülki hüquq münasibətlərinə tətbiq edilə bilər. Eyni qaydada Konstitsuiya Məhkəməsinin qeyd edilən qərarlarında bəhs etdiyi iddia müddəti anlayışının özü Mülki Məcəllədə verilmişdir. Əmək Məcəlləsində iddia müddətinin anlayışına rast gəlinmir.

21. Məhkəmənin qənaətinə görə əmək münasibətlərinə Mülki Məcəllə və ya mülki mübahisələrə baxan Konstitusiya Məhkəməsi qərarları tətbiq oluna bilməz. Həmçinin “X6 haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə, Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.

22. Hazırkı mülki işdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən obyektiv həqiqətə nail olunması üçün heç bir lazımi şərait yaradılmamışdır. Çünki məhkəmə əsassız olaraq iddia müddətinin keçməsini qeyd etməklə işin hallarını araşdırmaqdan imtina etmişdir. Maddi hüquq normalarının pozulması hissəsində hədə-qorxu ilə ərizə yazılması halına 1 aylıq iddia müddəti deyil, Mülki Məcəllənin 339.4-cü maddəsində əqdi bağlamağa məcbur edilmə normaları tətbiq olunmalı idi. Həmin əqd mübahisələndirilən əqd olmaqla etibarsız əqdlər siyahısına daxil olur. Odur ki, burada 1 aylıq iddia müddətindən söhbət gedə bilməzdi. İddiaçı da məcburi olaraq ərizə yazdırıldıqdan sonra müvafiq instansiyalara, eləcə də iş yeri müdiriyyətinin özünə müraciət etmiş və həmin əqdin etibarsız olmasını, yəni həqiqi iradə ifadəsini əks etdirmədiyini bildirmişdir. Mübahisələndirən əqdlər qarşı tərəfə mübahisə edildiyi andan etibarsızdır.

23. Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsi qərarlarını mülki mübahisə üzrə qəbul edilmiş əsaslandırması ilə hazırki mübahisəyə tətbiq etməkdən imtina etməsi ilə bağlıdır. Həmin hissə də tam qanunsuz olmaqla yekunda iddiaçının hüquqlarının kobud pozuntusuna gətirib çıxarmışdır. Çünki məhkəmə iddiaçının doğrudan da hədə-qorxuya, məcburetməyə məruz qalıb-qalmaması, yazmış olduğu ərizənin onun həqiqi iradə ifadəsinin təzahürü olub-olmadığını araşdırmağa lüzum görməmişdir. Məhkəmə əsassız olaraq 1 aylıq iddia müddətinin tətbiq etməklə heç bir sübutetmə fəaliyyətinə imkan verməmiş, nəticədə iddiaçı səsyazısı, yazışma digər sübutların təqdim edilməsi və tədqiqi imkanından məhrum edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 68, 2-ci hissə, “a” bəndi. tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

26. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

27. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əl aqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

28. Maddə 296, 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxış ının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

42. Kassasiya şikayətinin mübahisəyə Mülki Məcəllənin 339.4-cü maddəsində əqdi bağlamağa məcbur edilmə normasının tətbiq olunması, həmin əqdin mübahisələndiri lən əqd olmaqla etibarsız əqdlər siyahısına daxil olmaqla, burada 1 illik kəsici müddətindən söhbət gedə bilməsinə dair dəlilinə münasibətdə kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənlə işçi, habelə əmək kollektivi arasında əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin həlli bu Məcəllənin Xİ bölməsində nəzərdə tutulan qaydada tənzimlənir.

43. Beləliklə, tərəflər arasındakı mövcud mübahisəyə iddia müddətinin tətbiqi məsələsinə Əmək Məcəllənin 296-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Əmək Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsini n həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

44. Kassasiya kollegiyası qeyd edir ki, işin aşağı instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı əmri mübahisələndirərək mediasiya təklifini xx.xx.2023-cü il tarixdə göndərmişdir. Mediasiya təklifinin göndərilməsi müddətin axımını dayandırsa da, iddiaçı mediasiya təklifini göndərdiyi zaman əmək qanunveriliyində nəzərdə tutulmuş 1 aylıq müddəti artıq ötürmüşdür. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. İddiaçı tərəfindən müddətin üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səb əblərdən ötürülməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçı iddia müddətini ötürmüşdür.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

46. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

47. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

48. Av ropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

49. Həmçinin qeyd olunmalıdır ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İddiaçı yazdığı ərizənin onun həqiqi hüquqi iradə sini əks etdirməməsini, hədə-qorxu altında yazdığını iddia etsə də, iddiasını sübuta yetirəcək dəlilləri məhkəmələrə təqdim edə bilməmişdir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2024-cü il tarixli 2(103)6220/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar