Məhkəmə qərarları › İş №2(102)-1205/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1205/2025

07.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1205/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi, hesablanması və ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək h aqqının, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın, əmək haqqı gecikdirilməsinə görə dəbbə pulunun, mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5750/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə (kontraktının) əsasən İddiaçı “Dublyaj” studiyasının direktoru vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən 1 il müddətinə bağlanmış, işçinin aylıq əmək haqqı 550 manat təşkil etmişdir.

2. Azərbaycan Respublikasının İqtisad iyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 129 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər əsasında "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC kimi müəyyən edilmişdir. 3. 03 sentyabr 2021-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışa əsasən İddiaçı "xxxx" MMC-nin (əvvəlki adı "xxxx" MMC-nin) qanuni təmsilçisidir. 4. "xxxx" MMC-nin direktoru İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimliyə 18 dekabr 2023-cü il tarixdə ərizə ünvanlayaraq onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə 30 dekabr 2023-cü il tarixdə xitam verilməsini xahiş etmi şdir.

5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" MMC-nin direktoru İddiaçı 28 fevral 2024-cü il tarixli məktub ünvanlanaraq, nazirliyin tabeliyindəki kino müəssisələrində yoxlamaların aparılması üzrə komissiya yaradıldığı, "xxxx" MMC-də müvafiq təhvil-təslim işəri başa çatdıqdan sonra onunla nazirlik arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məsələyə baxılacağı, 13 may 2024-cü il tarixli eyni məzmunlu məktubda isə əlavə olaraq MMC-nin 2020-2024-cü illər üzrə fəaliyyətinə dair maliyyə hesabatını və müəssisənin müvafiq təhvil-təslim sənədlərini 3 gün ərzində nazirliyə təqdim etmək vəzifəsinin İddiaçı həvalə olunduğu, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi qeyd olunmuşdur.

6. X1 “əmək müqaviləsinə xitam verilməsi və s air” tələbinə dair mübahisəsi üzrə 7 may 2024-cü il tarixdə, saat 17.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, cavabdehdən xx.xx.2023 – xx.xx.2023-cü illər üzrə qalan 2.750 manat əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə 1.909,28 manat son haqq-hesabın, 8.892 manat əmək haqqının gecikdirilməsinə görə dəbbə pulunun, xx.xx.2024 – xx.xx.2024-cü illər üzrə 20.276 manat pul vəsaitin in, vurulmuş mənəvi ziyana görə 30.000 manatın, hüquqi xidmətə görə hüquq bürosuna ödənilmiş 320 manat və ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin məcburi qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Həmin müraciətin cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2023-cü il tarixdə cavab elektron məktubla təsdiq edilmişdir. Qeyd olunan ərizənin qəbul edilməsindən xeyli müddət – 2 aydan çox zaman keçdikdən sonra xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, nazirliyin tabeliyindəki kino müəssisələrinə yoxlamaların aparılması üzrə komissiya yaradılmış və müvafiq təhvil-təslim işləri başa çatdıqdan sonra bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxıla bilər. Davamında, bir müddət gözlədikdən sonra tərəfindən xx.xx.2024-cü il tarixdə “əmək müqaviləsinə xitam verilməsi, 20.000 manat ödənilməmiş əmək haqqı, gecikdirməyə görə qanunla nəzərdə tutulmuş dəbbə pulu və 8.000 manat məzuniyyət haqqının ödənilməsi, adımın vergi bazasından şirkət direktoru kimi çıxarılması”na dair mübahisə predmeti üzrə əmək mediasiyası proseduruna başlanılsa da, təxirə salınmasına baxmayaraq cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Nəticədə Bakı 12 saylı mediasiya təşkilatı tər əfindən xx.xx.2024-cü il tarixdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış verilmişdir. Keçən bu müddət ərzində cavabdeh tərəfindən heç bir addım atılmamış, yalnız xx.xx.2024-cü il tarixdə onun WhatsApp nömrəsinə cavabdehin rəsmi blankında “Günay Rəhimova” imzalı növbəti məktub göndərilərək komissiya və işçi qrupunun yaradıldığını, yoxlamalar aparıldığını, bununla bağlı MMC-nin 2020-2024 maliyyə hesabatı və müəssisənin təhviltəslim sənədlərinin təqdim olunması tələb edilmişdir. Hesab edir ki, “WhatsApp”la göndərilməklə etibarlılığı şübhə doğuran bu məktub da müddəti uzatmağa hesablanılmışdır. Belə ki, MMC-nin artıq 1 ilə yaxın müddətdə heç bir fəaliyyətinin olmadığı, əvvəlki dövrə aid sənədlərin də cavabdehdə olduğu mübahisəsiz haldır. Çünki MMC-nin həmin dövrdə müvaf iq maliyyə sənədlərinin bir nüsxəsi hər ay nazirliyə təqdim olunmuş və həmin sənədlər yoxlanıldıqdan sonra nazirlik o sənədlərə uyğun olaraq onun rəhbərlik etdiyi MMC-yə ödəniş həyata keçirmişdir. Hesab edir ki, əmək qanunvericiliyinin açıq aşkar imperativ normasına baxmayaraq, onun əmək müqaviləsinə xitam verilməsi prosesinin bu şəkildə süni uzadılması onun məcburi etməyə cəlb edilməsi kimi qiymətləndirilməlidir. Habelə keçən bu müdddət ərzində məcburi əməyə cəlb edilən işçi olaraq o, əmək fəaliyyətinə davam etməsinə baxmayaraq, əmək haqqı da ala bilməmişdir. Habelə qeyd edilməlidir ki, cavabdehin ona qarşı bu qəbuledilməz münasibəti çərçivəsində onunla bağlanılmış əmək müqaviləsinə bu günə kimi xitam verilməməsi onun başqa yerdə əmək müqaviləsi əsasında çalışmasına hüquqi əngəl yaratmışd ır. Halbuki sahib olduğu peşəkarlıq səviyyəsi iddiaçıya imkan verir ki, öz sahəsində ortalama aylıq 3500-4000 manat əmək haqqı ilə iş tapa bilsin. Bununla bağlı hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh işəgötürənin qanunsuz və qərəzli hərəkətləri nəticəsində o, xx.xx.2023-cü il tarixdən bu günədək güclü sarsıntı keçirir və iztirab çəkir. Baş verən hadisələr, yəni “yoxlama” adı ilə süni ajiotaj yaradılaraq onun yazılı ərizəsini təqdim etdiyi tarixdən 6 aydan çox müddətdə vaxt keçməsinə baxmayaraq, onun əmək müqaviləsinə xitam verilməməsi və məcburi əməyə cəlb edilməsi ona qarşı tətbiq edilən ağır mənəvi və psixoloji təsirdir. Cavabdeh öz qanunazidd əməllərini təqsirin birbaşa qəsd formasında törətmişdir. Yəni, cavabdeh əməlinin qanunazidd olduğunu bilmiş, bu əməlin hüquqazidd nəticələrini qabaqcadan görmüş və bunları arzu edərək könülü şəkildə bu əmələrə yol vermişdir. Yuxarıda göstərilən sübutlar onun həm mənəvi sarsıntı, həm də mənəvi iztirab keçirdiyini sübut etməklə ona qarşı mənəvi zərərə görə kompensasiya tələb edilməsi hüququnu verir. Bu səbəbdən də cavabdehin ona vurduğu mənəvi zərərə görə 30.000 manat məbləğində kompensasiya tutularaq ona ödənilməlidir. Mənəvi zərərə görə kompensasiyanın məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edir ki, mənəvi zərərin müqabilində tələb edilən 30.000 manat kompensasiya məbləğinin onun xeyrinə tutulması pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasına yönəlmişdir və həmin məbləğ onun zənginləşməsinə xidmət edəcək qədər yüksək məbləğ deyildir. Halbuki onun çəkdiyi mənəvi iztirab və sarsıntının qiyməti heç bir maddi nemət və ya pul ilə ekvivalentləşdirilə bilməz. Mənəvi ziyan məbləği məcburi əmək nəticəsində onun mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəliverici kompensasiyası olması etibarilə heç bir halda maddi qazanc əldə etmə kimi qiymətləndirilməməlidir. Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbin məqsədi zərərin kompensasiyası və ya cavabdehin cəzalandırılması deyil, məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Çəkilən əzabın, ağrıların, iztirabın ona kompensasasiya verilməsi yolu ilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi ona təsəli edən bir vasitədir. Ayrıca qeyd olunmalıdır ki, cavabdehin bu əsassız hərəkətlərinə görə hazırkı iddianın qaldırılmasının təmini üçün onun məhkəmədə hüquqlarının təmsil edilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosu ilə xx.xx.2024-cü il tarixdə müqavilə bağlamaq məcburiyyətində qalmış və hüquqi yardıma görə həmin büroya 320 manat pul ödənilmişdir. Habelə, əmək mediasiyası çərçivəsində ilkin mediasiya sessiyası haqqı olaraq Bakı 12 saylı Mediasiya Təşkilatına 50 manat ödənilmişdir. Hesab edir ki, iddia təmin olunmaqla vəkil bürosuna və mediasiya təşkilatına onun tərəfindən ödənilmiş həmin vəsaitlər də məhkəmə və mediasiya xərci olaraq cavabdehdən tutulmalıdır.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1255/2024 saylı, 30 iyul 2024cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə son haqqhesab verilmə vəzifəsinin həvalə edilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 manat məbləğində pul tutulması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə hüquqi xidmət üçün ödənilən 320 manat, mediasiya xərcləri kimi ödənilən 50 manat məbləğində pul tutulması qət edilmişdir.

10. İddiaçı ödənilməmiş əmək haqqı və pul tələbi ilə bağlı məhkəməyə qanunda nəzərdə tutulmuş 1 illik müddət keçmədən müraciət etdiyindən, həmin hissədə məhkəmə hesab etmişdir ki, iddiaçı həmin tələ bi prosessual müddəti ötürmədən irəli sürmüşdür.

11. Məhkəmə iddiaçının onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə tələbi üzrə qeyd etmişdir ki, qanunvericilikdə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilmək hüququ müəyyən edilsə də, məhkəmə həmin müddətin ötürülməsini üzrlü hesab edir. Belə ki, məhkəmə iclasında iddiaçının işdən azad olunma barədə ərizəsinə 2 ay yarımdan sonra işəgötürənin münasibət bildirməsi, həmin müddətdən sonra müvafiq razılaşma əsasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə təkliflər verilməsi müəyyən edilmiş, iddiaçının uzun müddət mübahisənin məhkəmədən kənar qaydada həll olunacağına ümid etməsi onun me diasiya təşkilatına və məhkəməyə gec müraciət etməsinə səbəb olmuşdur.

12. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməməsi üzrlü hesab edilməli və bərpa edilməli, mübahisəyə mahiyyəti üzrə baxılmalıdır.

13. Məhkəmə iddia tələbinin iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi ilə bağlı tələbi üzrə qeyd etmişdir ki, işəgötürən iddiaçının ərizəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verməli olduğu halda, bunu etmədiyi üçün o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur.

14. Məhkəmə işəgötürənin iddiaçının direktoru olduğu MMC-də yoxlama aparılması ilə bağlı əmək müqaviləsinə xitam verilməməsi barədə mövqeyini əsaslı hesab etməyərək, bunu qanunvericilik norma sının pozulması və işçinin qanunla ona verilmiş hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirmişdir.

15. Məhkəmə iddia tələbinin xx.xx.2023 - xx.xx.2023-cü illər üzrə qalıq 2.750 manat əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə 1.909,28 manat son haqq-hesab məbləğinin ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə 8.892 manat dəbbə pulunun ödənilməsi ilə bağlı hissələri üzrə qeyd etmişdir ki, həmin hissələrdə tələb qismən təmin edilməlidir. İşçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xa rakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.

16. Məhkəmə iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün cavabdeh tərəfindən əmək müqaviləsində nəzərdə tutulmuş 550 manat həddində əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın ödənilməməsini nəzərə alaraq həmin məbləğlərin ona ödənilməsi hissəsində tələbi əsaslı hesab etmişdir.

17. Lakin məhkəmə hesab etmişdir ki, həmin məbləğlərin iddiaçı tərəfindən konkret müəyyən edilmiş məbləğlər həddində tutulması mümkün deyil, çünki verilməli olan məbləğlərdən müxtəlif ödənişlər (Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlər və s.) çıxılmalıdır. İşəgötürən tərəfindən işçi olan iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üçün əmək haqqı ödənilmədiyindən və əmək haqqının ödənilməməsi işəgötürənin təqsiri üzündən baş verdiyindən iddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının 1% məbləğində ödənc (dəbbə pulu) tələb etməkdə haqlı hesab edilməlidir.

18. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi iddia ərizəsində 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün ödənilməmiş və gecikdirilmiş günlər nəzərə alınmaqla 8.892 manat dəbbə pulunun tutulması hissəsində təmin edilməlidir.

19. Məhkəmə iddia tələbinin cavabdehdən xx.xx.2024 - xx.xx.2024-cü illər üzrə 20.276 manat pul vəsaitinin tutulması ilə bağlı hissəsi üzrə qeyd et mişdir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbini işəgötürənin ona vaxtında işdən azad olunması barədə əmr qəbul etməmə səbəbindən, yəni əmək müqaviləsinə xitam verilmədiyindən, qeyd edilən həddə gəlirdən məhrum olması ilə əlaqələndirmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı işəgötürən tərəfindən ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi 30.000 manat mənəvi ziyanın tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68.2-ci “a” yarımbəndi, 69-cu maddəsinin 1-2-3-cü hissələri, 68, 69, 154.1,172.5,178.1, 290.2-3-cü bəndləri, 296.2, 296.4,296.6,-cı maddələri, “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 199 8-ci il tarixli Qərarı, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88, 121.1,106-cı, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli e-2(009)-1255/2024 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmədiyi hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçının bağladığı əmək müqaviləsinə 30 iyul 2024-cü il tarixə kimi xitam verilmədiyi işin mübahisəsi z halıdır və məhkəmə qətnaməsi ilə bu hal bir daha təsdiqini tapmaqdadır. Fakt olaraq işin mübahisəsiz halıdır ki, (cavabdehin əsas arqumenti olan) MMC-nin fəaliyyətinin 1 yanvar 2024-cü il tarixdən bu günə kimi olmaması belə iddiaçının təqsiri deyil. Belə ki, cavabdeh Mədəniyyət Nazirliyinin öz tabeliyində olan MMC-yə sifariş verməməsi və əvvəlki dövrdən qalıq borcların ödəməməsi MMC-nin fəaliyyətini iflic vəziyyətə salmış, habelə külli miqdarda vergi borclarının yaranmasına səbəb olmuş, hətta iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bu faktlar cavabdeh Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən də məhkəmə iclaslarında açıqca qəbul edilmişdir. Yekunda açıqdır ki, əmək müqaviləsinə xitam verilmədiyinə görə, iddiaçı başqa yerlərə iş üçün müraciət edə bilmir. Ən azından fakti ki olaraq, qanunsuz şəkildə, həmin MMC-nin direktoru postunda “məcburən” və “girov” kimi saxlanıldığından aylıq 550 manat ona ödənilməlidir. Halbuki, cavabdehin nümayəndələrinin də aşkar bildiyi kimi, iddiaçı son dövrlərdə Azərbaycan kinomatoqrafiyasının parlaq nümayəndəsidir və sahib olduğu peşəkarlıq səviyyəsi iddiaçıya, öz sahəsində ortalama aylıq 3500-4000 manat əmək haqqı ilə iş tapa bilməsinə imkan verməkdədir. Ortalama vətəndaş olan iddiaçının da izah olunan şəkildə məcburi əməyə məruz qalmasının onda dərin travmalara və mənəvi əzablara səbəb olması şübhəsizdir və işin mübahisəsiz halıdır. Hazırda iddiaçı ölkə sərhədini keçə bilmədiyinə görə, iştirakçı və natiq (speaker) kimi dəvət aldığı bir çox beynəlxalq konfrans və tədbirlərdə bu sahədə tanınmış mütəxəssis olaraq iştirak edə b ilmir. Nəticədə, xarici ölkədəki həmkarları onun belə bir hüquqi problemlə üzləşdiyindən xəbərdar olurlar ki, bu da onun peşəkar imicinə və kinomatoqraf dünyasında illərlə formalaşdırdığı reputasiyasına böyük zərbədir.

24. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e2(009)1255/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının direktoru olduğu "xxxx" MMC-nin Nizamnaməsinin 1.3-cü maddəsinə əsasən adı çəkilən qurum təsərrüfat hesablı, yəni özünü maliyyələşdirən dövlət müəssisəsidir. Bu səbəbdən, iddiaçıya əgər onun iddia etdiyi kimi əmək haqqı ödənilməmişdirsə, həm in əmək haqqını cavabdeh Mədəniyyət Nazirliyi deyil, iddiaçının direktoru olduğu "xxxx" MMC ödəməli idi. Belə olan halda, iddiaçının hazırkı iddia üzrə həmin tələblərə (əmək haqqı, dəbbə pulu) dair hissədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı subyektiv hüququ yaranmır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə cavabdehə 2023cü ilin dekabr ayının 18-də, mediasiyaya isə 2024-cü ilin aprel ayında müraciət etməsi, tərəflər arasında mediasiya prosesinə 7 may 2024-cü il tarixdə xitam verilməsi, iddiaçı həmin tarixdən 15 gün keçdikdən sonra – 22 may 2024-cü il tarixdə məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci hissələrinə müvafiq olaraq iddiaçı üçün əmək müqaviləsinə xitam verilməsi nə dair iddia müddətinin axımı 2024-cü ilin yanvar ayının 19- da başlanmış, iddia müddəti isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq həmin ilin fevral ayının 19-da bitmişdir. İddiaçı isə iddia müddətini xeyli ötürərək yalnız 2024-cü ilin aprel ayında mediasiyaya müraciət etmişdir. İş materiallarından görünür ki, tərəflər arasında mediasiya prosesinə 7 may 2024-cü il tarixində xitam verilsə də, iddiaçı yalnız bu tarixdən 15 gün keçdikdən sonra – 22 may 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mediasiya prosesinədək ötürülmüş iddia müddətini əlavə olaraq 15 gün müddətində də ötürmüşdür. Birinci instansiya məhkəməsi isə ötürülmüş iddia müddətini formal əsasla (iddiaçının işdən azad olunma barədə ərizəsinə işəgötürən tərəfindən 2 ay yarımd an sonra münasibət bildirməsi ilə) üzürlü hesab edərək bərpa etmiş və iddianı qismən təmin etmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Birinci instansiya məhkəməsi əmək haqqının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi hissəsində iddianı təmin edərkən iddiaçının qeyd etdiyi 8892 manat dəbbə pulunun məbləğinin düzgün hesablanıb-hesablanmadığını ətraflı araşdırmamışdır. İddiaçının 2023-cü ilin iyul ayından 2024-cü ilin iyun ayınadək tələb etdiyi dəbbə pulu müvafiq aylar üzrə hesablanır (2023-cü ilin avqust, sentyabr, oktyabr və s.). Lakin iddiaçı yenə də 2023-cü ilin avqust ayından dəbbəni hesablayır və növbəti aylar təkrarlanır. Nəticədə 2024-cü ilin may ayı üzrə cavabdeh 10 dəfə təkrar dəbbə pulu ödəyir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddianın dəbbə pulunun tutulmasına dair hissədə təkrar aylar üzrə dəbbə pulunun hesablanmasına qiymət verməmiş, habelə bu halın iddia ərizəsinə etirazda və məhkəmə iclasında qaldırılmasına və məsələyə maliyyə-mühasibat sahəsində ixtisaslaşmış xüsusi biliyə malik şəxs tərəfindən qiymət verilməli olmasına baxmayaraq, müvafiq ekspertiza təyin etməmiş, iddiaçı tərəfin maliyyə xarakterli tələbini heç bir əsas olmadan təmin etmişdir.

26. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən iddiaçının apellyasiya şikayətinə qarş ı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci hissəsində məcburu əməyin anlayışı hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədəqorxusu ilə işçini əmək funksiyasına daxil olmayan iş (xidməti) yerinə yetirməyə məcbur etmək kimi ifadə edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfin həmin hissədə dəlilləri də tam əsassızdır. Belə ki, nə iddia ərizəsində, nə iddiaçı tərəfin birinci instansiya məhkəməsindəki izahatında, nə də apellyasiya şikayətində iddiaçıya hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə onun əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur edilməsi barədə hər hansı söz və ifadə mövcud deyildir. Hazırkı mübahis ə üzrə iddia müddətinin axımı iddiaçının cavabdehin apellyasiya şikayətinə verdiyi etirazda göstərdiyi kimi hüquq nəzəriyyəsinə uyğun deyil, qanunla dəqiq tənzimləndiyi üçün qanunvericiliyin tələblərinə uyğun hesablanır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə, müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırdığı (elektron poçt və SMS), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, q eyd olunmuş normanın tələbinə uyğun olaraq iddiaçıya münasibətdə iddia müddətinin axımı 2024-cü ilin yanvar ayının 19-dan başlanmışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə cavabdehə 2023-cü ilin dekabr ayının 18-də müraciət etməsinin işin mübahisəsiz olduğunu nəzərə alaraq, iddiaçı 2024-cü ilin yanvar ayının 19-dan həmin ilin fevral ayının 19-dək Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş hüququnun məhkəmə qaydasında realizə edilməsini tələb edə bilərdi. Lakin yenə də iş materiallarından göründüyü kimi, iddiaçı 2024-cü ilin aprel ayında mediasiyaya müraciət etmiş, mediasiya prosesinə xitam verildiyi 7 may 2024-cü il tarixdən isə 15 gün keçdikdən sonra – yalnız 22 may 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçı iddia müddətinin bitdiyi 2024-cü ilin 19 fevral tarixindən 2024-cü ilin aprel ayında mediasiyaya müraciət etdiyi tarixədək təxminən 2 ay müddətində ötürdüyü iddia müddətini mediasiya prosesinə xitam verildiyi tarixdən sonra daha 15 gün müddətində ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan və hər hansı normativ əsasa istinad etmədən iddia müddətini bərpa etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi əmək haqqının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi hissəsində iddianı təmin edərkən iddiaçının qeyd etdiyi 8892 manat dəbbə pulunun düzgün hesablanıb-hesablanmadığını ətraflı araşdırmamışdır.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5750/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hüququnun həyata keçirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müxtəlif bəhanələrlə hüququnun həyata keçirilməsi ləngidilmiş, iddiaçı tələbinin cavabdeh tərəfindən yerinə yetirilmədiyinə əmin olduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, üzrlü səbəbdən 1 aylıq müddət ötürüldüyündən bərpa edilməlidir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, işəgötürən müəssisədə yoxlama aparılması əsası ilə iddiaçı ilə əmək müqaviləsinə xitam v erməməklə iddiaçının hüquqlarını pozmuş, əmək qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrini həyata keçirməmişdir.

31. Məhkəmə kollegeyası cavabdeh tərəfindən əmək haqqı və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya tutulması tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işçinin əmək haqqını vaxtında alması ilə bağlı məsələlər qanunvericilikdə tənzimlənir və bu vəzifənin işəgötürən tərəfindən yerinə yetirilməməsi ilə bağlı məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqı 550 manat təşkil edir. İddiaçı 2023-cü ilin iyul ayından 30 iyun 2024-cü il üçün əmək haqqı almadığını, bu dövrü üçün ödənilməmiş əmək haqqı və istifadə edilmə miş məzuniyyət haqqının ödənilməsini tələb edir.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə İddiaçı 1 iyul 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan müddət üçün ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesab verilmə vəzifəsinin həvalə edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.

33. Cavabdehin iddia tələbinə qarşı etirazının və apellyasiya şikayətinin dəlili odur ki, əmək haqqı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən deyil, "xxxx" MMC tərəfindən ödənilməlidir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında imzalanmış əmək müqaviləsində işəgötürən qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi qeyd edildiyi üçün iddia tələbi ona qarşı dü zgün olaraq verilmişdir.

35. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 manat məbləğində pulun tutulması ilə məhkəmə kollegiyası razılaşmışdır.

36. Cavabdeh ona istinad etmişdir ki, hesablama aparmaq üçün eskpertiza keçirilə bilərdi.

37. Bununla əlaqədar kollegiya qeyd etmişdir ki, aylıq əmək haqqının 550 manat olması və 2023-cü ilin iyul-dekabr ayları üzrə ödənilməmiş və gecikdirilmiş günləri nəzərə aldıqda 1 faiz dəbbə pulunun hesablanaraq cəmi 8892 manat olması mübahisəsizdir.

38. İş materiallarında olan Bakı şəhəri 12 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 364 nömrəli müqavilə və 19 aprel 2024-cü il tarixli ödəniş qəbzinə, həmçinin “Mediasiya prosesində iştirak edilməməsi” ilə bağlı 7 m ay 2024-cü il tarixli arayışa istinadən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə hüquqi xidmət üçün ödənilən 320 manat, mediasiya xərcləri kimi ödənilən 50 manat məbləğində pulun tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir.

39. İddiaçının apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd etmişdir ki, rayon məhkəməsi əsaslı olaraq xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 20.276 manat pul vəsaitinin tutulması tələbini təmin etməmişdir. Belə ki, iddiaçı həmin hissədə iddia tələbi işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməməsi səbəbindən həmin dövr üçün əldə edə biləcəyi gəlirlərdən məhrum olması ilə əsaslandırmış, lakin həmin dövr üçün əldə edə biləcəyi gəlirlərlə bağlı məhkəməyə h ər hansı mötəbər sübut təqdim etməmişdir.

40. Məhkəmə kollegiyası iddiaçının mənəvi ziyanla bağlı tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinə görə işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hazırkı işdə isə həmin hallar müəyyən edilmir.

41. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan R espublikasının Əmək Məcəlləsinin 68 (1-ci hissə və 2-ci hissənin a bəndi), 69 (1, 2 və 3-cü hissə), 154 (1-ci hissə), 172 (1, 2, 4 və 5-ci hissə), 178 (1-ci hissə), 290 (1, 2 və 3-cü hissə), 296 (1, 2, 3, 4, 5 və 6-cı hissə), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5750/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddianın bütövlükdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

44. İddiaçı kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

45. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər

46. Maddə 68 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

47. Maddə 69 (1-ci hissə). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

48. Maddə 69 (2-ci hissə). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

49. Maddə 69 (3-cü hissə). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

50. Maddə 154 (1-ci hissə). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xid mətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

51. Maddə 172 (1-ci hissə). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

52. Maddə 172 (2-ci hissə). Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

53. Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

54. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi iş əgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

55. Maddə 178 (1-ci hissə). İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

56. Maddə 290 (1-ci hissə). Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunveri ciliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.

57. Maddə 290 (2-ci hissə). İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.

58. Maddə 290 (3-cü hissə). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik h allarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

59. Maddə 296 (1-ci hissə). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

60. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

61. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsin in, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

62. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

63. Maddə 296 (5-ci hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilm iş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ay müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

64. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

74. Qanunun tə ləbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlilləri ni araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Cavabdeh həmin dəlilləri apellyasiya şikayətində və iddiaçının verdiyi apellyasiya şikayətinə etirazında da irəli sürmüş, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir, məhkəmə kolleg iyası bu qiymətləndirmə ilə razılaşır.

78. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

79. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2024-cü il tarixli 2(103)-5750/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar