Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1207/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun pozulması; qeyri-yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi) qeyri-yaşayış sahəsindən sa hiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6970/20233 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.
1. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraatlar, iddianın əsasları, etiraz və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırmaları Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 2(102)-2411/2023 nömrəli 23 avqust 2023cü il tarixli qərarı nda ətraflı qeyd olunmuşdur (iş vərəqi 79-94, cild 2, sc.supremecourt.gov.az/decision-search/). a) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6970/20233 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin müəyyən edilmiş hallarından görünür ki, satıcı "xxxx" MMC ilə alıcı X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 11/7 saylı müqaviləyə əsasən ünvan ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsındə yerləşən ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsi alıcıya satılmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)XXX/2017 saylı qərarı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edılməsi'’ tələbinə dair iddia tələbi təmin edilərək qeyd olunan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsı vəzifəsi cavabdehə həvalə olunmuşdur. Həmin qərar icra edilmiş və XXXun adına ünvan-cı məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2017-ci il tarixdə Çıxarış və Texniki Pasport verilmişdi r. Sonuncu tərəfindən həmin qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə iddiaçıya satılmışdır. İddiaçı da öz adına Çıxarış və Texniki Pasport almışdır. Cavabdeh isə "xxxx" MMC ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 87.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini almış, onun həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci ildə qeydə alınmışdır. Hazırda iddiaçı müqaviləyə, çıxarışa və texniki pasporta istinad edərək mülkiyyətində olan 169 kv.m qeyri-yaşayış sahəsinin 87 kv.m-nin cavabehin qanunsuz istifadəsində olduğunu iddia edir. Cavabdeh isə iddiaya qarşı etirazında, apellyas iya şikayətində müqaviləyə, müqaviləyə əlavə edilmiş yerləşmə cizgisinə, mülkiyyət hüququna dair çıxarışa və texniki pasporta istinad edərək, faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin ona aid olduğunu bildirir.... Mübahisəli qeyri-yaşayış sahəsi XXXa satılarkən "xxxx" MMC tərəfindən satılan sahənin yerləşmə cizgisi verilməmiş, bununla belə onun hüquqları məhkəmə qətnaməsi əsasında qeydə alınarkən verilmiş texniki pasportda qeyri- yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsi öz əksini tapmışdır (həmin məsələ hazırki mübahisənin predmeti deyil). Göründüyü kimi, iddiaçının texniki pasportunda qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yeləşdiyini göstərən situasiya planı əks olunmuşdur, yəni iddiaçının qaytarılmasını tələb etdiyi əmlakın mülkiyyətçis i olması şərti ödənilir. Həmin daşınmaz əmlakın bir hissəsi faktiki cavabdehin sahibliyində və istifadəsindədir. Hazırki iddia tələbinin əsaslı olub-olmaması üçün müəyyən edilməli olan hal həmin daşınmaz əmlakın cavabdehin sahibliyində qanunsuz olub-olmamasıdır. İş materiallarından görünür ki, XXXdan alqı-satqı müqaviləsi əsasında qeyri- yaşayış sahəsini əldə etmiş İddiaçı baxılan işdə irəli sürülmüş eyni tələblə məhkəməyə müraciət etmiş, məhkəmə baxışını gedişində o, iddia tələbinin həcmini dəyişdirmiş və cavabdedən 500 manat məbləğində mənəvi zərər tələb etmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, «İddiaçı ünvan 3 ünvanda ümumi sahəsi 161,9 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ, Cavabdeh isə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 83,7 kv.m olan qeyri-yaşayış sahə sinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır, əmlaklar fərqli ünvanlarda yerləşir, mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Bununla belə mübahisəli əmlakla əlaqədar iddiaının mənəvi sarsıntı və iztirab keçirməsində cavabdehin təqsiri, həmçinin həmin əmlaka cavabdehin mülkiyyət hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.» Göründüyü kimi artıq qanuni qüvvəsini almış və eyni tərəflər arasında olan mülki iş üzrə müəyyən edilmişdir ki, tərəflərin iddia etdiyi qeyri-yaşayış sahəsi fərqli ünvanlarda yerləşir və mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Eyni zamanda, Azərbaycan Re spublikası ƏMDKY DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********66 saylı məktubdan aydın şəkildə müəyyən olunur ki, XXXun adına xx.xx.2017-ci il tarixdə çıxarış və texniki pasport "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı və xx.xx.2017-ci il tarixli 2 saylı Bakı İnzibati- iqtisadi Məhkəməsinin qərarına əsasında verilmiş və həmin qeyriyaşayış sahəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmişdir. Cavabdeh adına xx.xx.2018-ci il tarixdə çıxarış və texniki pasport isə "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı, yerləşmə cizgisi və xx.xx.2018-ci il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasında verilmişdir. Göründüyü kimi XXX və İddiaçı daşınmaz əmlaka çıxarışlar v erilərkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın konkret olaraq hansı hissəsində yerləşməsi barədə “yerləşmə cizgisi” mövcud olmamışdır. Yəni, XXXla 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi xüsusi cizgidə göstərilməmiş, müvafiq sahənin binanın daxilində yerləşmə yeri fərdiləşdirilməmişdir. Bunun əksinə isə Cavabdehlə müqavilə bağlanarkən qeyri- yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsini əks etdirən cizgi tərtib olunmuş və müqaviləyə əlavə edilmişdir. Buna baxmayaraq, XXXa verilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin situasiya planı tərtib olunmuş, XXXa verilmiş texniki pasportda isə tərtib olunmamışdır. Hər bir halda, hər iki tərəfin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və eyni sahəni ehtiva edir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, cavabdehə satılmış və sonradan adına qeydə alınmış sahə məhz iddiaçının texniki pasportunda (situasiya planında) əks olunmuş sahənin bir hissəsi ilə üst-üstə düşür. Bunun üçün hər hansı ekspertiza keçirməyə və ya başqa araşdırma aparmağa heç bir zərurət yoxdur. Odur ki, mübahisəli sahənin cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilmir, əksinə iş materiallarından müəyyən edilir ki, həmin sahə cavabdehin qanuni sahibliyindədir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, i şin yeni apelyasiya baxışına qaytarılması haqqında qərar qəbul olunmasını xahiş etmişdir.
5. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehə başqasının mülkiyyətində olan əmlak satılmışdır. Belə əmlak isə ilkin mülkiyyətçiyə məxsusdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 8. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hə r hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və t amamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri ed ə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlar a məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
14. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
15. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraa t qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
18. Kassasiya şikayətinə münasibətdə qeyd edi lməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya çıxarış verilərkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın konkret olaraq hansı hissəsində yerləşməsi barədə yerləşmə cizgisi mövcud olmamış, 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi xüsusi cizgidə göstərilməmiş, müvafiq sahənin binanın daxilində yerləşmə yeri fərdiləşdirilməmiş, bunun əksinə, cavabdehlə müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsini əks etdirən cizgi tərtib olunmuş və müqaviləyə əlavə edilmiş, hər iki tərəfin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında daşınmaz əmlakın dövlət reyestrində qe ydə alınmışdır və eyni sahəni ehtiva edir, cavabdehə satılmış və sonradan adına qeydə alınmış sahə məhz iddiaçının texniki pasportunda (situasiya planında) əks olunmuş sahənin bir hissəsi ilə üst-üstə düşür, həmin sahə cavabdehin qanuni sahibliyindədir.
19. Şikayətin dəlilləri də qeyd olunan faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin sözügedən hallara uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfi ndən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §11).
20. Şikayətin dəlilləri ilə bağlı məkəmə kollegiyası, həmçinin bildirir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndi rilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sü but etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş dig ər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
21. Konstitusiya Məhkəməsinin Plenumu da öz qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmi n iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
22. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6970/20233 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti tə