Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-178/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC və İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("müqavilənin və nəticələrinin etibarsız hesab edilməsi”) hakimlər X6 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC və İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 114,4 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış 2014-cü il tarixli alğı-satqı müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "X80” MMC-dən 05 mart 2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsini sahibliyinə almışdır. Belə ki, "X80” MMC-yə bu qeyri-yaşayış sahəsinin hər kv.m üçün 3000 manat, ümumi məbləğ 372000 manat ödənilməklə almışdır. Cavabdeh "X80” MMC-nin bu sahəni ona satmağına baxmayaraq, sahibliyinə və istifadəsinə maneələr yaratdığı və bu MMC-də şikayətlərin olduğunu bildiyi üçün sahiblik və istifadə hüququnun müdafiəsi bu sahənin ona təhvil verilməsi məhkəməsində iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-678/2021 qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdeh "X80” MMC-nin inşa etdiyi 1 saylı binanın birinci mərtəbəsində, ümumi sahəsi 124 kv/m-dən ibarət olan mağazaya sahiblik və istifadə hüquqları tanınmış, maneələrin aradan qaldırılaraq, bu mağazanın ona, yəni İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "X80” MMC-yə həvalə edilmışdir. Binanın tikintisinin 2019-cu ildə davam etməsi ilə bağlı həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmışdır. Hazırda bu sahə təyinatı üzrə sahibliyində və istifadəsindədir. "X80” MMC-nin hazırkı işlərini aparan təsisçilər ona bildirirlər ki, "X80 MMC ilə aralarında bağlanılmış 05 mart 2013-cü il tarixli müqavilə ilə o bu qeyri-yaşayıs sahəsinin ilkin alıcısıdır. Cavabdeh3 bildirir ki, bu əmlakı pul vəsaiti hesabına Cavabdeh2 əldə etmiş, reyestr çıxarışı xx.xx.2019-cu il tarixdə onun adına verilmişdir. "X80” MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, bina 1-də yerləşən, qeyri-yaşayış sahəsinin vətəndaş Cavabdeh2, öz növbəsində Cavabdeh2 Cavabdeh3 mübahisələndirilən sahəni alğı-satqı edilməsi ilə bağlı ilkin müqavilələr haqqında arayış verilməsini və yaxud bu müqavilələrin MMC-də saxlanılan surətlərinin verilməsi barədə sorğularına cavab verilməmişdir. Cavabdehin Apellyasiya Məhkəməsinə sahiblik və istifadə hüququnun tanınması haqqında Yasamal rayon Məhkəməsinin qətnaməsindən verdiyi şikayətdən belə aydın olur ki, bu mübahisələndirilən qeyri-yaşayış sahəsi vətəndaş Cavabdeh2 tərəfindən 2014-cü ildə "X80” MMC-dən alınmış, sonradan isə reyestr çıxarışı alınmaqla, notarial qaydada Cavabdeh3 adına alğı-satqı edilməklə keçmişdir. İddiaçı təqdim etdiyi müqavilədən bəlli olur ki, mübahisələndirilən mağazanın sahəsi 124 kv.m olmaqla, alğı-satqı 05 mart 2013-cü il tarixdə tərəflərin imzası və satıcının möhürü ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndində isə alıcı İddiaçı alğı-satqı aparılan 05 mart 2013-cü il tarixə bu dəyərini 100%, yəni 372000 manat ödəməklə, mağazanın sahibliyinə aldığı təsdiq edilir. ”X80” MMC ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışından, cizgi-plandan bəlli olur ki, ilkin olaraq ona, İddiaçı satılmış sahə, təkrar ikinci dəfə Cavabdeh2 2014-cü ildə satılmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh "Meqasiti Holdinq MMC”nin ünvan 1 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdirlər ki, iddia ərizəsində göstərilən, onlara məxsus (onların müqaviləsi xx.xx.2013 tarixində və maliyyə arayışı xx.xx.2014 tarixli qeyri-yaşayış sahəsi məlum olmayan ünvanda göstərilmişdir) müqavilə saxtadır, əsas səbəb də ondan ibarətdir ki, onların müqaviləsi konkret olaraq onların əmlakının ünvanı müqavilədə göstərilərək, daşınmaz əmlakda onların adına çıxarış verilmişdir, ancaq onlar qeyri-yaşayış sahəsinin qanunsuz olaraq zəbt edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi (xx.xx.2021-ci il) tərəfindən xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilərək və hal-hazırda araşdırılmasına başlanmışdır. Qeyd edilənlərin nəzərə alınmasını və iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "Meqasiti Holdinq MMC”-nin ünvan 1 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.1, 337.2, 337.3, 337.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 124 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağaza sonuncuya satılmışdır. Qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 3000 manat olmaqla, müqavilənin ümumi məbləği 372000 manat müəyyən edilmişdir. Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli 207 nömrəli maliyyə arayışında sonuncu Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödədiyi və şirkətə borcu olmadığı qeyd edilmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 126 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağaza sonuncunun mülkiyyətinə verilmişdir. Həmin müqaviləyə əsasən yaşayış sahəsini 126 m2 ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 1500 manat olmaqla, müqavilənin ümumi məbləği 189000 manat müəyyən edilmişdir. Müqavilə Cavabdeh1 MMC-nin direktoru "Məmmədov E.A” imzalanmışdır. Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyəri tam ödənilmiş və həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, «Meqa Siti» ilə Cavabdeh2 arasında Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasənda ümumi sahəsi 126 m2-dən ibarət qeyri-yaşayış (mağaza) sahəsinə dair xx.xx.2014-cü il tarixli müqavilədə "7. Tərəflərin imzaları” hissəsində "Direktor: Məmmədov E.A” yazılarının qarşısındakı imza X44 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı Cavabdeh1 MMC ilə təsisçi X52 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 4 saylı çox mənzilli yaşayış binasının 1-ci mərtəbəsində (küçəyə baxan tərəf) yerləşən vətəndaş İddiaçı alğı-satqı qaydasında satılmış ümumi sahəsi 114 m2-dən ibarət olan qeyri-yaşayış obyektinin planı Cavabdeh1 MMC təsisçisi Maksim Zeynalov tərəfindən imzalanmışdır. Əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə aid edilən şərtlər, əqdin məzmununa aid edilə şərtlər, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər və əqdin formasına aid edilən şərtlər mövcud olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir. Qeyd olunanlara əsasən, cavabdeh "Meqasiti Holdinq MMC”- nin ünvan 1 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməlidir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli 207 nömrəli maliyyə arayışına əsasən sonuncu Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödəyib və şirkətə borcu yoxdur; - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 124 m2 ibarət olan qeyri- yaşayış sahəsi mağaza alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən yaşayış sahəsini 124 m2 ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 3000 manat olmaqla, müqavilənin ümumi məbləği 372000 manatdır; - Cavabdeh1 MMC ilə təsisçi X52 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 4 saylı çox mənzilli yaşayış binasının 1-ci mərtəbəsində (küçəyə baxan tərəf) yerləşən vətəndaş İddiaçı alğı-satqı qaydasında satılmış ümumi sahəsi 114 m2-dən ibarət olan qeyri-yaşayış obyektinin planı Cavabdeh1 MMC təsisçisi Maksim Zeynalov tərəfindən imzalanmışdır; - Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən sonuncu Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 m2 ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödəyib və şirkətə borcu yoxdur; - Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 126 m2 ibarət olan qeyriyaşayış sahəsi mağaza alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən yaşayış sahəsini 126 m2 ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 1500 manat olmaqla, müqavilənin ümumi məbləği 189000 manatdır. Müqavilə Cavabdeh1 MMC-nin direktoru "Məmmədov E.A” imzalanmışdır; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021 -ci il tarixli **********07 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi, 114,4 kv/m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən verilmiş, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixi, 7E-2771 reyesir nömrəli azalma ərizəsinə, "X80” MMC tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli maliyyə arayışına, xx.xx.2014-cü il tarixli müqaviləyə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatı İqtısadı Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(81)-6105/2017 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak 1 saylı Bakı "ASAN xidmət mərkəzində” notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 4Ə-111 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır; - xx.xx.2018-ci il tarixli ******* nömrəli çəxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən 114,4 m2 qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/751 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir : «Meqa Siti» ilə Cavabdeh2 arasında Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasənda ümumi sahəsi 126 m2 -dən ibarət qeyri-yaşayış (mağaza) sahəsinə dair xx.xx.2014-cü il tarixli müqavilədə "7. Tərəflərin imzaları” hissəsində "Direktor: Məmmədov E.A” yazılarının qarşısındakı imza X44 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Xəzər rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il (2(003)-137/2022) tarixli qətnaməsinin ləğv edilərək, iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339 6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “02” aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli № 02/2022 saylı qərardadına, Mülki Məcəllənin 337, Mülki Prosessual Məcəlləsinin 88, 99.2, 372.1, 372,6, 372.7-ci madddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin vaxtı və yeri barədə məlumatlı olmamış, onların tərəfindən məhkəmədən üç gün öncə teleqram vurularaq məhkəmə iclası vaxtının başqa vaxta təxirə salınması xahiş olunsa da, hakim saxtakarlığa yol verərək nəinsə naminə onlara qarşı qanunsuz və əsassız olaraq qətnamə qəbul etmiş, iddiaçının iddia verməyə subyektiv hüququ olmayan halda və onun tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin cavabdehlərə aidiyyətinin olmaması, yəni, iddiaçının qeyri-yaşayış sahəsi 124 kvadrat metr 1 saylı binada yerləşdirildiyi nəzərə alınmayaraq, Cavabdeh2 qeyri-yaşayış sahəsi 126 kvadrat metr olmaqla, 1 saylı binanın birinci mərtəbəsində olması ona dəlalət edir ki, həqiqətən də daşınmaz əmlak tərəfindən çıxarışın verilməsi qanunidir, sadəcə olaraq məhkəmə gedişində izahatları alınmış şahidlər Qədirov Aqil və Məmmədov Elnurun vermiş olduğu izahatlarda göründüyü kimi 2013-2014-cü il tarixdə onlar tərəfindən alğı-satqı müqaviləsi imzalanmamışdır, belə olan halda məhkəmə digər şəxslərin (Zeynalov Maksimin imza nümunələri götürülməyərək yenidən ekspertizaların keçirilməməsi və mülki işdə olan sənədlərdən göründüyü kimi ümumiyyətlə MTK-nın rəhbərliyi saxtakarlığa yol verilməsi nəticəsində onlar barəsində müxtəlif orqanlarda cinayət işlərinin aparılması və hal-hazırda mübahisəli qeyri-yaşayış sahəsi üzrə qanuni qüvvəsini almış qətnamənin olması, bununla yanaşı, Bakı İnzibati Məhkəməsində “Rabitə Bankın” iddiası üzrə binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri üzrə məhkəmə çəkişmələrinin aparılması və nəhayət, Xəzər rayon Məhkəməsinin qətnaməsinə əsasən "xxxx" Holdinq MMCdən təsisçi kimi Zeynalov Maksimin uzaqlaşdırılması və mülki işdə olan amillər bir daha onu göstərir ki, iddiaçının iddia verməsi üçün subyektiv hüququ olmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Apellyasiya icraatı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə əlavə verməklə qeyd etmişdir ki, əlavə apellyasiya şikayətinin verilməsinin əsası “14” dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (2(102)-4563/2022 saylı mülki iş) qərarı təşkil edir, ona görə ki, apellyasiya şikayəti verilən zaman yuxanda qeyd edilən qərar qüvvədə deyildir və iddiaçı tərəfindən verilmiş iddia qeyd edilən qərardan sonra öz əhəmiyyətini itirməklə qanunsuz və əsassız hesab edilməklə tərəflər arasında, eyni predmet və əsaslar üzrə Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasını nəzərə alaraq iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi labüddür. Baxmayaraq ki, hal-hazırda Bakı İnzibatı Məhkəməsində "xxxx" ASC-nin və onların ərizə üzrə inzibati işlərə baxılır 2-1(112)-1765/2022 saylı və 2-1(81)-6305/2017 saylı), ikinci iş üzrə xx.xx.2022-ci ıl tarixdə xx.xx.2017-ci il tarixli Cavabdeh2 aid hissədə qərardadla inzibati iş yenidən baxılmaqdadır, birinci iş üzrə xx.xx.2022-ci il tarixli qərardad əsasında ərizələri təmin edilərək, üçüncü şəxs qismində məhkəməyə cəlb edilərək mülkiyyət hüquqları tanınaraq, "xxxx" ASC tərəfindən onlara və digərlərinə qarşı çıxarışların ləğv edilməsinə dair ərizələri təmin edilməyərək məhkəmə, məhkəmə baxışları təyin etmişdir. Xəzər rayon Məhkəməsində mülki işin icraatında tərəflərindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətə əsasən məhkəmə xx.xx.2022-ci il tarixdə öz qərardadında hər iki müqavilə üzrə ekspertizanın keçirilməsini vurğulasa da, nədənsə məhkəmə Cavabdeh2 müqaviləsini ekspertizaya göndərməklə kifayətlənərək nəzərə almamışdır ki, iddiaçının qeyri-yaşayış sahəsi 124 kv. m. olmaqla, 1 saylı binada yerləşdirildiyi və Cavabdeh3 qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən 114,4 kv, m. (müqavilə üzrə 126 kv. m. birinci mərtəbədə yerləşir) təşkil etməsini nəzərdən qaçıraraq, vətəndaşın konstitusion hüquqlarını kobud surətdə pozaraq, qanunsuz və əsassız qətnamə qəbul etməklə, mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamışdır. Bununla yanaşı, Xəzər rayon Məhkəməsi nəzərə almamışdır ki, hal-hazırda “X81” MMC-nın bütün rəhbər tərkibi təsisçilərlə birlikdə Azərbaycan Respublikasının CM-nin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, uzun müddətə cinayət məsuliyyətinə məhkum edilmişlər, həmçinin də Maksim Zeynalov tərəfindən sənədlərin saxtalaşdırılması ilə əlaqədar birinci instansiya Məhkəməsi tərəfindən 9 il sınaq müddətinə məhkum edilsə də, hal-hazırda şikayətçilərin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində (hakim Anar Tanrıverdiyev) onlar barəsində cinayət işinin araşdırılması apellyasiya icraatından davam etməkdədir. Nəhayət, iddiaçının apellyasiya şikayətinə qarşı etirazı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin qərardadını əsas gətirməklə, nəzərə almır ki, həmin qərardad Cavabdeh2 aidiyyətdədir və Cavabdeh3 heç bir aidiyyəti yoxdur, ona görə ki, onun əlində rəsmi qaydada dövlət orqanı tərəfindən verilmiş və ləğv edilməmiş xx.xx.2019-cu il tarixli çıxarışı (seriya RRXM ******* qeydiyyat nömrəli ********** saylı) qüvvədədir və həmin çıxarış heç bir orqan tərəfindən ləğv edilməmiş və Bakı Apellyasiya Məhkəməsində onların xeyrinə qəbul edilmiş qətnamə üzrə (hakim - Şeyda Məhərrəmova) yerli baxış keçirərkən onlara məxsus qeyri-yaşayış sahəsinin mövcudluğu öz təsdiqini tapmışdır 12(103)-7222/2021 saylı və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı).
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən mütəxəssis cəlb edilməklə, mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə-Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixili rəyində qeyd edilmişdir ki : “Meqasiti Holdinq" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 m2 qeyriyaşayış sahəsi və İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış 05 mart 2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında 1 saylı yaşayış binasında ümumi sahəsi 124 m2 qeyri yaşayış sahəsinin ayrılma sxemi və layihə sənədi (razılaşma) Mərkəzə təqdim olunmasını vəsatətlə xahiş olunmuşdur. Lakin İddiaçı satılmış 124 m2 və Cavabdeh2 satılmış 126 m2 qeyri-yaşayış sahələrinin yerləşməsinə dair ayrıc aktı və ya plan-sxem təqdim olunmadığından və eləcə də mülki iş materiallarında olmadığından, həmin sahələrin binanın faktiki olaraq hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadı, bu səbəbdən də həmin sahələrin üst-üstə düşməsi və ya müxtəlif sahələrdə yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
8. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və invetarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
9. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir: - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7222/21 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh "Meqa-Siti Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinə (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4563/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7222/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6105/2017 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçilər "xxxx" ASC və İddiaçı ərizələri təmin edilmiş, 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2-1(81)-6105/2017 saylı işi üzrə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, "xxxx" ASC və İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələri qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti və İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi tələbinə dair 2- 1(112)-1153/2023 №li inzibati iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraaatında olan İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "X80” MMC-nin ünvan 6 ünvanında 1 saylı yaşayış binasının 1 -ci mərtəbəsində, ümumi sahəsi 126 kv. metr qeyriyaşayış sahəsinə dair Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması tələbinə dair 2(103)- 2979/2023 №li iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır.
11. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2019 saylı işi üzrə 22 oktyabr 2019-cu il tarixli hökmü ilə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və ona dəymiş maddi ziyanın tam ödənilməsinin nəzərə alınması hökmdə qeyd edilmişdir. Hökmlə müəyyən edilmişdir ki: - ”təkrarən, Cavabdeh1 təsisçi qismində vəzifəli şəxs olmaqla qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2013-cü ilin əvvəllərində tanışı İddiaçı qaytarmaq məqsədi olmadan, aralarında olan inam və etibardan sui-istifadə etməklə qısa müddətdə tam qaytarmaq şərtilə borc adı ilə 372.000 manat pul istəyib, həmin tarixdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə İddiaçı qeyd edilən məbləğdə pul vəsaitini alıb, həmin Cəmiyyət tərəfindən 2007-ci ilin iyul ayından başlayaraq ünvan 7 ünvanında inşa edilən 1 girişli, 21 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü cəmi 768,68 m2 olmaqla, Elnur Məmmədovla birlikdə özünün həmin sahənin 186,2 m2 hissəsini 30 iyun 2007-ci il tarixdə özünün X1 sonuncunun qohumu X3, 134,4 m2 hissəsini 13 noyabr 2008-ci il tarixdə X9, 300 m2 hissəsini 28 fevral 2009-cu il tarixdə X33, 42,6 m2 hissəsini 24 sentyabr 2009-cu il tarixdə X18, 51 m2 hissəsini 4 aprel 2010-cu il tarixdə X10, 54,48 m2 hissəsini 12 sentyabr 2012-ci il tarixdə X7 şəxsən satmaqla eyni tarixli müqavilələrlə adlarına rəsmiləşdirməklə qeyri-yaşayış sahəsinin tam ölçüdə əvvəlcədən digər şəxslərə satılmasına baxmayaraq, 5 mart 2013-cü il tarixdə inşası həyata keçirilən həmin binanın 2-ci mərtəbəsindəki ofisdə İddiaçı həmin qeyriyaşayış sahəsinin əvvəldən heç kəsə satılmamasını və digər hər hansı bir sahibinin olmamasını yalandan bildirib, aldığı 372.000 manat pulun qarşılığında ona qeyd edilən qeyriyaşayış sahəsinin 124 m2 hissənin 1 m2 3.000 manatdan 372.000 manata sonuncunun adına rəsmiləşdirilməsi barədə Elnur Məmmədovla birlikdə tamah və şəxsi niyyətlə məzmununa biləbilə yalan məlumatlar daxil etməklə tərtib etdiyi istintaqa məlum olmayan şəxsin imzası, həmçinin Cəmiyyətin adından istintaqla müəyyən edilməyən şəraitdə Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxtalaşdırmaqla hazırladıqları möhürlə təsdiq etdiyi eyni tarixli müqaviləni və həmin yerin dəyərinin ödənilməsi haqqında maliyyə arayışını İddiaçı təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 372.000 manat pulu ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı və təsisçisi olduğu həmin Cəmiyyətin direktoru olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyin həyata keçirilməsi, cəmiyyətin operativ idarə edilməsi ilə əlaqədar təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs olan X44 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 5 mart 2013-cü il tarixdə həmin qeyri-yaşayış sahəsindən 124 m2 ölçüdə olan hissəsini İddiaçı təhvil verməklə, həmin sahədə ilkin alıcılar olan X65, X19, X54, X34, X20 və X4 öz əmlakından sərbəst və maneəsiz istifadə ilə bağlı hüquqlarını pozmaqla hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir” (hökm səh 8,9); - ”Zərərçəkmiş şəxs İddiaçı ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən cinayət işinin 7ci cildinin 77-79-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, "xxxx" MMC- nin təsisçisi olan X35 təxminən 2013-cü ildə tanımış, belə ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı (Ə.Əhmədov) küçəsində bina inşa edən sonuncu 2013-cü ilin əvvəllərində ondan 372.000 manat məbləğində borc pul almış, pulun müqabilində inşa etdiyi binada ona 124 kv/metr ölçülü qeyri-yaşayış (mağaza) sahəsini girov kimi rəsmiləşdirmişdir. Xatırlamadığı tarixdə Aqil Qədirov borcun bir hissəsini qaytarmış, təxminən 150.000 manat məbləğində borclu qalmış, razılaşlamalarına əsasən adına rəsmiləşdirmiş olduğu 124 kv/metr ölçülü mağaza yerini həmin məbləğin əvəzində ona vermişdir. Mağaza yerinin dəyərinin tərəfindən tam ödənilməsi və şirkətə borcunun olmaması barədə maliyyə arayışı da verilmişdir. Mənzilin adına rəsmiləşdirilməsi barədə olan xx.xx.2013-cü il tarixli müqavilə şirkətin direktoru X44 ilə onun arasında bağlanmış, ancaq, həmin müqavilədə, istərsə də, maliyyə arayışında onun ad-familiyasının qarşısında konkret olaraq kimin imza etdiyini bilməmişdir. Həmin sənədləri ona Aqil Qədirov vermişdir. Bundan başqa, adına verilmiş maliyyə arayışı ilə həmin müqavilə eyni tarixdə, eyni gündə verilmişdir. Belə olan təqdirdə müqavilənin tarixinin xx.xx.2013-cü il, maliyyə arayışının tarixinin isə xx.xx.2014-cü il olmasının səbəbini bilməmiş, həmin fərqə fikir də verməmişdir. Adına rəsmiləşdirilmiş mağaza yeri hazırda özünün sahibliyində olmaqla, həmin yerin başqa şəxsə qanunsuz olaraq satılması barədə məlumatı olmamış, həmin yerə heç kim iddia etməmişdir. (hökm səh. 29)”; - “ İstintaq işi üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Satıcı” qrafalarından aşağı hissədə yerləşən “Direktor” qrafalarındakı, ”Meqa-Siti Holdinq MMC-nin direktoru” qrafalarındakı və “Rəhbər” qrafalarındakı imzalar - X52 tərəfindən yox, X44 tərəfindən yox, X14 tərəfindən yox, X45 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. X2 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli, 45 nömrəli müqavilədə və əlavə olunmuş ödəniş cədvəlində, X5 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli 41 nömrəli müqavilənin kserosurətində və əlavə olunmuş ödəniş cədvəlinin kserosurətində, X8 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli müqavilədə və ödəniş cədvəlində, X36 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli 39 nömrəli müqavilənin kserosurətində və ödəniş cədvəlinin kserosurətində, X21 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli 24 nömrəli müqavilənin kserosurətində və əlavə olunmuş ödəniş cədvəlinin kserosurətində müvafiq olaraq “Satıcı” qrafalarından aşağı hissədə yerləşən “Direktor” qrafalarındakı, ”Meqa-Siti Holdinq MMC-nin direktoru” qrafalarındakı imzalar - X44 tərəfindən yox, X14 tərəfindən yox, X45 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur” (hökm səh. 42); - “X52 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2 və 29,178.3.2-ci maddələri ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən, təyin edilmiş əsas və əlavə cəzalar qismən toplamaqla X37 qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2018-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin”; - “Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1 -ci maddəsi ilə cəza təyin edilməsin”; - “X37 Bakı şəhər Səbail rayon məhkəməsinin 31 yanvar 2018-ci tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 6(altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi müstəqil icra olsunsun”; - “X44 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1 - ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2-ci, 29,178.3.2-ci maddələri ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə barəsində CM- nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplamaqla X44 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5- ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq X26 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-21/2018 nömrəli hökmündə göstərildiyi 29 iyul 2017-ci il tarixdən hesablansın”; - “Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1 -ci maddəsi ilə cəza təyin edilməsin”(hökm səh-48-49)”; - “Zərərçəkmiş şəxslər: X11, X15, X60, X38, X46, X22, X23, X27, X68, X34, X16, İddiaçı, X28, X39, X20 və X33 dəymiş maddi ziyanın tam, zərərçəkmiş şəxs X24 isə qismən ödənilməsi nəzərə alınsın” (hökm səh. 49); - ” İddiaçı adına qeyri-yaşayış sahəsi rəsmiləşdirilməsi haqqında 5 mart 2013-cü il tarixli müqavilə və maliyyə arayışı, X17 adına qeyri-yaşayış sahəsi rəsmiləşdirilməsi haqqında 7 may 2013-cü il tarixli müqavilə və 144 nömrəli maliyyə arayışı, X12 adına qeyri-yaşayış sahəsi rəsmiləşdirilməsi haqqında rəsmiləşdirilməsi haqqında tarixi “xx.xx.2013-cü il” kimi qeyd edilmiş müqavilə və maliyyə arayışı, X29 adına mənzil rəsmiləşdirilməsi haqqında tarixi “xx.xx.2012-ci il” kimi qeyd edilmiş 183/03 nömrəli müqavilə və 90 nömrəli maliyyə arayışı cinayət işi materiallarında saxlanılsın” (hökm səh.50).
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-80/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmünün X52 və X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə məhkum edilmələrinə dair hissədə dəyişdirilmədən, müdafiəçilər X13 və X30, zərərçəkmiş X40 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 178/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilməsi, X31 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 178.3.2 və 29,178.3.2-ci maddələrinə əsasən ona əsas cəza kimi təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il 9 (doqquz) aya endirilməsi, həmin cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli hökmünə əsasən X37 CM-in 308.2-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X25 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 178.3.2 və 29,178.3.2ci maddələrinə əsasən ona əsas cəza kimi təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il 9 (doqquz) aya endirilməsi, həmin cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmünə əsasən X41 CM-in 308.2-ci maddəsi ilə barəsində CMnin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası CMnin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4563/22 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən edilən mübahisə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və maraqlarına toxunan şəxs Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinə sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mübahisədir. Digər tərəfdən məhkəmə kollegiyasının nəzərinə xüsusilə çatdırmağı vacib hesab edir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4563/22saylı, 14 dekabr 2022-ci il tarixli qərarında kassasiya instansiya məhkəməsi qeyd edir: - Məhkəmə kollegiyası hesab edir ki, həmin əmlaka dair 3-cü şəxsin hüquqmüəyyənedici sənədləri ləğv edilmədən hazırki iddianın təmin edilməsi mümkün deyildir (51). Göründüyü kimi yuxarı instansiya məhkəməsi iddiaçıya (İddiaçı oğuna) hazırki iş üzrə cavabdehlərin adına olan hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsini istiqamətləndirmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4563/22 saylı, 14 dekabr 2022-ci il tarixli qərarından əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixli müqavilə ilə hazırki iş üzrə İddiaçı satılmamışdan əvvəl Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri tərəfindən başqa şəxslərə satılmışdır. Cinayət işinin məhkəmə istintaqı zamanı ilkin alıcılar tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsi İddiaçı tələb olunmamış, qeyri-yaşayış sahəsi İddiaçı sahibliyində və istifadəsində olduğu üçün, o, məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri tərəfindən ona dəymiş zərərin əvəzi kimi həmin qeyri-yaşayış sahəsi ona verildiyi üçün heç bir şikayətinin olmadığı, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Məhkəmə Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri barəsində ittihamedici hökm çıxararkən yuxarıda göstərilənləri hökmdə qeyd edərək, təqsirləndirilən şəxslərə cəza təyin edərkən yüngülləşdirici hal kimi nəzərə almışdır. Qeyd edilən məhkəmə hökmü qanuni qüvvəsin aldığı üçün hazırki iş üzrə həmin hallar məcburi xarakterlidir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 təqdim etdiyi ərizə ilə eyni məzmunda izahat vermiş və əlavə olaraq mübahisəli əmlakın iddiaçının sahibliyində olduğunu qeyd etməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iddiaçının zərərçəkmiş şəxs kimi tanındığını və ona dəymiş ziyanın mübahisə edilən əmlakın verilməsi ilə ödəndiyini bildirmişdir. Sözügedən hökmlə 2013-cü ildə İddiaçılə bağlanan müqavilə saxta hesab edildiyi halda, 2014-cü ildə Pənahaov Pənahla bağlanan müqavilənin də etibarlı hesab edilə bilməyəcəyini bildirmiş, ümumiyyətlə hökmdə Cavabdeh2 adının qeyd edilmədiyini, onunla bağlanmış müqavilənin istintaq araşdırması gedən zaman mövcud olmadığını qeyd etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hazırkı tələb Cavabdeh2 müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır və həmin tələblə bağlı birinci instansiya məhkəməsi qərar qəbul etmişdir, əmlak təmsil etdiyi şəxsin sahibliyindədir, qarşı tərəf məhz bu əmlaka iddialıdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə əlavədə iddiaçı və Cavabdeh3 müqaviləsində göstərilən əmlakların fərqli ünvanda yerləşən əmlaklar olduğunu qeyd etməklə yanlışlığa yol verdiyini, müqavilələrdə qeyd edilən əmlakların eyni əmlak olduğunu, bu səbəbdən ekspertiza keçirilməsinə ehtiyac olmadığını qeyd etmiş, iddiaçı tərəfin təqdim etdiyi ərizəyə münasibətdə isə bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4563/22 saylı, 14 dekabr 2022-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilmişdir ki: - “hazırki iş üzrə 3-cü dispozisiya şərtinin mövcudluğu müəyyən edilmir. Belə ki, mübahisəli əmlak iddiaçının deyil, 3-cü şəxsin mülkiyyətindədir, həmin əmlak cavabdehin sahibliyində yox, 3-cü şəxsin sahibliyindədir”. Bundan əlavə olaraq qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2019 saylı işi üzrə 22 oktyabr 2019-cu il tarixli hökmü ilə iddiaçı zərərçəkmiş şəxs kimi tanınsa da və ona dəymiş zərərin ödənildiyi qeyd edilsə də, dəymiş maddi zərərin məhz hər hansı əmlakın verilməsi ilə ödənildiyini əks etdirən hər hansı sübut yoxdur. Birinci instansiya məhkəməsi icraatı zamanı ekspertiza təyin edildiyini, lakin "xxxx" ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin və maliyyə arayışının əsli təqdim edilmədiyindən ekspert tərəfindən iddiaçıya məxsus müqavilənin tədqiq edilməsi mümkün olmadığını bildirmişdir. Apellyasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29; Mülki Məcəllənin 139-158, 337-354, 385-388, 560; Mülki Prosesual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 372, 385-390 ci maddələrinə maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, göstərilmiş nəticələr işin sübut edilməli olan hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli,iddia tələbi rədd edilməlidir.Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri maddi və prosessual tələblər həddində aparmamış, işin faktiki hallarına müvafiq ilk olaraq iddiaçının subyektiv hüququna qiymət verməmişdir. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu anlamda və mülki icraatın hədləri baxımından mübahisələndirilən dəlillərin məhkəmənin özü tərəfindən müəyyən edilməsi mümkün deyildir. Qeyd edilən xüsusatlar iddiaçının zərərçəkmiş şəxs qismində cəlb edildiyi cinayət təqibi çərçivəsində araşdırmanın predmeti olmuş, zərərin tam ödənildiyi müəyyən edilmiş, belə araşdırmanın nəticəsində hazırki mülki icraat baxışına təsir edəcək amilər (sübutedici faktlar) müəyyən edilmir. Belə ki, cinayət təqibi üzrə məhkəmə hökmü ilə iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmır, əksinə iddiaçıya məxsus müqavilənin saxtalaşdırması müəyyən edilmiş hökmdə qeyd edilmişdir ki, məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib etdiyi istintaqa məlum olmayan şəxsin imzası, həmçinin Cəmiyyətin adından istintaqla müəyyən edilməyən şəraitdə Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxtalaşdırmaqla hazırladıqları möhürlə təsdiq etdiyi eyni tarixli müqaviləni və həmin yerin dəyərinin ödənilməsi haqqında maliyyə arayışını İddiaçı təqdim etmiş, İddiaçı maddi ziyan tam ödənilmiş, İddiaçı ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC - nin təsisçisi olan X52 2013-cü ilin əvvəllərində ondan 372.000 manat məbləğində borc pul almış, pulun müqabilində inşa etdiyi binada ona 124 kv/metr ölçülü qeyri-yaşayış (mağaza) sahəsini girov kimi rəsmiləşdirmiş, borcun bir hissəsini qaytarmış, təxminən 150.000 manat məbləğində borclu qalmış, razılaşlamalarına əsasən adına rəsmiləşdirmiş olduğu 124 kv/metr ölçülü mağaza yerini həmin məbləğin əvəzində ona vermişdir. Beləliklə, iddiaçının istinad etdiyi sənədlərin etibarlılığı müəyyən edilməmiş, cinayət təqibi üzrə zərərin əvəzi olaraq ona məhz mübahisə predmeti olan əmlakın əvəzləşdirilməsi sübuta yetirilməmiş və bu münasibətlərin rəsmiləşdirilməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir.
18. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır; 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək;mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək;sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq; 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir; 5.1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər; 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər; 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları.14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması.14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 353. Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir; 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun fərdi şikayətlərə konstitusiya icraatı qaydasında baxılması zamanı formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, S.Ələkbərovanın şikayəti üzrə 3 iyul 2015-ci il tarixli , M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
23. Məhkəmə xərclərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə iddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına aid məhkəmə xərci iddiaçıya və məhkəmələrə müraciət edilməsi üçün ödənilən dövlət rüsumları üzrə məhkəmə xərcləri müvafiq olaraq onu ödəyənlərə aid edilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC və İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız sayılması ” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.