Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-77/2025 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimov Qasım Məlikəjdər oğlunun cavabdehlər cavabdeh2, Axundov İsfəndiyar Məhəmməd oğluna və cavabdeh1 MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-77/2026 (Açar sözlər: əqdin etibarsızlığı, preyudisiallıq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh cavabdeh2 vəkili (nümayəndəsi) vəkil2, iştirakı ilə, İddiaçı İbrahimov Qasım Məlikəjdər oğlunun cavabdehlər cavabdeh2 Ağəli oğlu, Axundov İsfəndiyar Məhəmməd oğlu və “X1” Mənzil Tikinti Kooperativinə qarşı “cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-****/**** nömrəli ## ##### 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apelyasiya şikayətinə əsasən mülki işə ## #### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2la MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli, 11 və ** saylı müqavilələrin qismən, yəni iddiaçı ilə MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə və həmin müqaviləyə əlavə və dəyişikliklər barədə ##.##.2012-ci il tarixli “Sazişdə” nəzərdə tutulmuş qeyri-yaşayış sahələri ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, cavabdehin həmin qeyri-yaşayış sahələrini boşaltması və tikilidən çıxarılması; - İsfəndiyar Axundovla MTK arasında bağlanmış MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki 150 kv.m sahəsi olan ** saylı mağaza barədə ##.##.2009-cü il tarixli, * saylı; 3-cü mərtəbədə sahəsi 600 kv.m olan 30, 31 və ** saylı mağazalar barədə ##.##.2009-cu il tarixli nömrəsiz; A1 blokunun 5-ci mərtəbəsində yerləşən sahəsi 82,7 kv.m olan 2 otaqlı * saylı mənzil barədə ##.##.2009-cu il tarixli, ** saylı; A1 blokunun 4-cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 3 otaqlı mənzil barədə ##.##.2009-cü il tarixli ** saylı və A1 blokunun 8-ci mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 3 otaqlı mənzil barədə ##.##.2009-cu il tarixli ** saylı müqavilələrin iddiaçı ilə MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə və həmin müqaviləyə əlavə və dəyişikliklər barədə ##.##.2012-ci il tarixli “Sazişdə” nəzərdə tutulmuş sahələr ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, cavabdehin həmin qeyri-yaşayış sahələrini boşaltması və tikilidən çıxarılması; - cavabdehdən ona vurduğu 300.000 manat maddi, 30.000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir.
2. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər arasında bağlanmış müqavilələr onunla MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədən sonra bağlanmışdır. Həmin müqavilələr, onunla bağlanmış birgə fəaliyyət haqqında müqavilədə və onun əsasında bağlanmış razılaşmalarda nəzərdə tutulmuş sahələr ilə üst-üstə düşdükləri hissələrdə yalan əqd olaraq etibarsız hesab edilməlidir. Çünki müqavilələr əslində alğı-satqı üçün deyil, cavabdehlər arasında bağlanmalı olan girov müqaviləsi kimi bağlanmış, müqavilələr əsasında MTK-ya hər hansı bir ödəniş edilməmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ##### 2019-cu il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia rədd olunmuşdur.
4. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 324.4, 337.1, 354.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi hazırki iş üzrə cavabdehlər İ.Axundov və cavabdeh2 “X1” MTK-ya qarşı ayrı-ayrılıqda irəli sürdükləri “daşınmaz əmlakların (hazırki iş üzrə mübahisəli sahələrin) üzərində sahiblik və istifadə hüquqlarının tanınması və sair tələbləri barədə” iddialarına dair ayrı-ayrı mülki işlə üzrə qəbul edilmiş məhkəmə qərarlarına istinad etsə də, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ********* №-li cinayət işi üzrə MTK-nın sədri Hikmət Yigitdölün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham aktını nəzərə almamışdır. Halbuki, həmin ittiham aktından aşkar surətdə görünür MTK ilə İ.Axundov və cavabdeh2 arasında bağlanmış müqavilələr alğı-satqı müqavilələri deyil, faktiki olaraq girov müqavilələrdir. Belə ki, ittiham aktında və cavabdeh2 istintaqda verdiyi izahatlardan da görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələr alğı-satqı müqaviləsi deyil, cavabdeh2 tərəfindən kənar şəxsdən 4.000.000 manata alınmış və gələcəkdə MTK-ya 4.400.000 manata satılması nəzərdə tutulan 10 ha torpaq sahəsinin təminatı kimi çıxış edən girov müqavilələridir. Lakin işə baxmış Rayon Məhkəməsi yuxarıda göstərilənləri nəzərə almamışdır. Cavabdehlər arasında bağlanmış müqavilələr iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə Mülki Məcəllənin 340.2ci maddəsinə uyğun olaraq yalan əqd hesab edilməli idi. Çünki həmin müqavilələr əqd olaraq alğı-satqı barədə əqd deyil, gələcəkdə veriləcək torpaq sahəsinin əvəzləşdirilməsi barədə girov müqaviləsi idi. Hansı ki, həmin əvəzləşdirilmə baş tutmamış, müqavilənin predmeti olan torpaq sahələri cavabdeh2 mülkiyyətində qalmış və nəticədə formal cəhətdən mövcud olan əqdlər tərəflərin razılığı ilə cırılıb atılmaqla məhv edilmişdir. Cavabdeh İ.Axundov ilə MTK arasında bağlanmış müqaviləyə gəldikdə isə qeyd edilməlidir ki, mübahisəli sahələrin alğı-satqısı barədə onun iradə ifadəsi mövcud olmamışdır. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014cü il tarixli, 1(101)- ***/**** saylı hökmündə göstərilir: “nəhayət nümayəndə İmran Axundov ifadəsinin yekununda göstərdi ki, yoxlama nəticəsində X2 onların şirkətinə aid 36 mənzilin satışını uçotdan gizlətdiyi ortaya çıxdığından H.Əliyev xəstəxanadan qayıtdıqdan sonra onların şirkətinə vurduqları ümumi ziyanın 1.360.689 manat məbləğində olan hissəsinin bir hissəsi H.Əliyev tərəfindən nağd olaraq ödənilmiş, həmin məbləğin qalan hissəsi isə, yəni ##.##.2009cu il tarixli müqaviləyə və maliyyə arayışına əsasən “xxxx” MTK-nın binasında tikilmiş 150 kv.metrlik 1 ədəd və 600 kv.metrlik daha 1 ədəd qeyri-yaşayış sahəsi və ##.##.2009-cu il tarixli 3 ədəd mənzildən ibarət yaşayış sahəsi, ümumilikdə 345.9 kv.metrlik ərazi natura şəklində şəxsən qardaşı İsfəndiyar Axundovun adına rəsmiləşdirilməklə əvəzləşdirilmiş, təqribən 200.000 manatdan bir artıq isə ödənilməmiş qalmışdır. Həmin hökmdən həmçinin görünür ki, H.Əliyevin izahatında göstərilir ki, onun İsfəndiyar Axundova vurduğu zərərin əvəzləşdirilməsi üçün guya “xxxx” MTKya sərf etdiyi 2.000.000 ABŞ dolları müqabilində göstərilən müqavilələr bağlanmışdır. Deməli müqavilələrə görə ortada heç bir nağd ödəniş olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində əvəzləşdirmə halı öz təsdiqini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuşdur ki, H.Əliyevin “xxxx” MTK ilə heç bir bağlılığı olmamışdır. Çünki H.Əliyev hər iki məhkəmədə verdiyi izahatlarında göstərmişdir ki, “xxxx” MTK-nın tikilişi üçün Asif Pirəliyevə pul versə də, sonradan sonuncunun onu aldatdığını bildikdən sonra İ.Axundova bu haqda məlumat vermişdir. Deməli H.Əliyev də A.Pirəliyevə verdiyi pulun MTKya yönəlməməsini dolayı yolla təsdiq edir. Belə olan halda H.Əliyevin İ.Axundova vurduğu zərəri nə üçün “xxxx” MTK-nın əmlakı ilə əvəzləşdirilməsi müəmmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-**/**** nömrəli, ## ####### 2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh2la MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli, ** saylı müqavilənin binanın A1 blokunun üçüncü mərtəbəsindəki 300 kv.m və dördüncü mərtəbəsindəki 300 kv.m ölçülü qeyri-yaşayış sahələrinin cavabdeh2 verilməsi barədə hissəsi iddiaçı ilə MTK arasında bağlanmış “Birgə fəaliyyət haqqında” ##.##.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə ##.##.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş A1 blokunun üçüncü mərtəbəsində 556 kv.m və dördüncü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, cavabdeh cavabdeh2 həmin qeyri-yaşayış sahəsini boşaltması və həmin sahədən çıxarılması, cavabdehlər İsfəndiyar Axundovla MTK arasında bağlanmış ##.##.2009-cu il tarixli nömrəsiz müqavilənin binanın A1 blokunun üçüncü mərtəbəsində yerləşən 600 kv.m qeyri-yaşayış sahəsinin İsfəndiyar Axundova verilməsi barədə hissədə, iddiaçı ilə” MTK arasında bağlanmış “Birgə fəaliyyət haqqında” ##.##.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə ##.##.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş A1 blokunun üçüncü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, İsfəndiyar Axundovun həmin qeyri-yaşayış sahəsini boşaltması və həmin sahədən çıxarılması, cavabdehlər İsfəndiyar Axundov və MTK arasında bağlanmış ##.##.2009-cu il tarixli ** saylı müqavilənin MTK arasında bağlanmış ##.##.2009-cu il tarixli nömrəsiz müqavilənin binanın A1 blokunun dördüncü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 3 otaqlı mənzil (hazırda qeyri-yaşayış sahəsi olan) sahəsinin İsfəndiyar Axundova verilməsi barədə hissəsi iddiaçı ilə MTK arasında bağlanmış “Birgə fəaliyyət haqqında” ##.##.2007- ci il tarixli müqavilənin, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə ##.##.2012- ci il tarixli Sazişdə nəzərdə tutulmuş A1 blokunun üçüncü mərtəbəsində 556 kv.m qeyriyaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, İsfəndiyar Axundovun həmin qeyri-yaşayış sahəsini boşaltması və həmin sahədən çıxarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, mübahisəli sahələr üzərində cavabdehlərin sahiblik və istifadə hüquqlarının tanınması barədə yuxarıda qeyd edilən məhkəmə aktlarının qəbul edilməsinə əsas olmuş mülki işlər üzrə, cavabdehlər İsfəndiyar və cavabdeh2lar isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ##.##.2020-ci il tarixli hökmün qəbul edilməsi üçün əsas olmuş *(***)-**/**** nömrəli cinayət işi üzrə tərəf olmamışlar.
10. MPM-in 82.3-cü maddəsində predyusiallıq ancaq qətnamə çıxarılan zaman işdə iştirak etmiş şəxslərin və mübahisə predmetinin eyniliyini nəzərdə tutduğu halda 82.4-cü maddəsinin predyusiallığa dair tələbi tamamilə fərqlidir. 82.3-cü maddədəki preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. 82.4cü maddənin tələbinə görə isə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
11. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər cavabdeh2 ilə “xxxx” Prestij MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli, ** saylı müqavilə ilə cavabdeh2 verilmiş və MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A1” blokunun 3-cü mərtəbəsində 300 kv.m və 4-cü mərtəbədə yerləşən 300 kv.m qeyri-yaşayış sahələri, iddiaçı ilə həmin MTK arasında bağlanmış “Birgə fəaliyyət” haqqında ##.##.2007- ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə ##.##.2012-ci il tarixli sazişdə nəzərdə tutulmuş həmin yaşayış binasının “A1” blokunun 3-cü mərtəbəsində 556 kv.m və “A1” blokunun 4-cü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahələri ilə üst-üstə düşür.
12. Bundan əlavə, cavabdehlər İ.Axundov ilə MTK arasında bağlanmış ##.##.2009- cu il tarixli nömrəsiz müqavilə ilə İ.Axundova verilmiş və MTK tərəfindən inşa olunmuş yuxarıda qeyd edilən binanın “A1” blokunun 3-cü mərtəbəsində yerləşən 600 kv.m qeyriyaşayış və ##.##.2009-cu il tarixli ** saylı müqavilə ilə İ.Axundova verilmiş həmin binanın “A1” blokunun 4cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 3 otaqlı mənzilinin sahəsi (hazırda qeyriyaşayış sahəsidir) iddiaçı ilə MTK arasında bağlanmış yuxarıda qeyd edilən “Birgə fəaliyyət haqqında” müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə sazişdə nəzərdə tutulmuş həmin yaşayış binasının “A1” blokunun 3-cü mərtəbəsində 556 kv.m və “A1” blokunun 4-cü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahələri ilə üst-üstə düşür.
13. Qeyd edilən sahələrin bu səbəbdən iddiaçıya aid olması hazırkı işin baxılmasında preyudisial xarakter daşıyan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020- ci il tarixli hökmü ilə də müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin sahələr ilə bağlı olan müqavilələrin etibarsız hesab edilməsi və cavabdehlərin mübahisəli sahələrdən çaxarılması barədə tələbi əsaslı hesab edilməlidir.
ç) Kassasiya instansiyası məhkəməsində icraat
14. Cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğlu və cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə (hakimlər X7 (məruzəçi hakim), X5 və X6) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (***)-**/**** nömrəli, ## ####### 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...MTK-nın eyni qeyri-yaşayış sahələrinin verilməsinə dair bir neçə şəxslə müqavilə bağladığı qəbul edilsə belə, bu hal özü-özlüyündə həmin müqavilələrdən birinin (və ya bir neçəsinin) etibarsızlığına səbəb hesab edilə bilməz. Bu halda MTK mübahisəli qeyri-yaşayış sahəsini (eyni əşyanı) müqavilə əsasında bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüş sayılır ki, belə vəziyyətdə, yəni fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydaları qanunvericilikdə aydın şəkildə tənzimlənmişdir (Mülki Məcəllə, 452.1ci maddə). Həmin maddənin tələbinə əsasən, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. O da nəzərə alınmalıdır ki, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda, yuxarıda qeyd olunan əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmur. Çünki mülki qanunvericilikdə fərdi müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, əskinə Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu (bu qayda təbii ki, həmin müqavilənin əqdin etibarlılığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş şərtlərə uyğun olduğu hallara aiddir) göstərir. Yəni qeyd edilən normanın mənasına görə, fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanmışsa, əşyanın təhvil verilməsi ilə bağlı daha əvvəl iddia irəli sürünə üstünlük verilir. Əgər ilk müqavilədən sonra bağlanmış müqavilələr etibarsız olsaydı, belə hesab olunardı ki, məhkəmə etibarsız müqaviləyə əsaslanaraq ilk iddia sürənin tələbini təmin etmişdir. Halbuki, müqavilə etibarsızdırsa, onda məhkəmə qərarı ilə təmin olunmalı bir haqq da olmaz. Əks yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi imkanlarını istisna edərdi. Göründüyü kimi, apellyasiya məhkəməsi MTK tərəfindən iddiaçı və cavabdehlərlə bağlanmış müqavilələr üzrə qeyri-sahələrinin üst-üstə düşməsinə istinad edərək, cavabdehlərlə bağlanmış müqavilələri etibarsız hesab etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən bu hal (fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanması) həmin müqavilələrdən birinin (və ya bir neçəsinin) etibarsızlığına deyil, qanunla müəyyən edilmiş qaydalar çərçivəsində onlardan birinin digərinə münasibətdə üstünlüyünə əsas verir. Beləliklə, apellyasiya instansiya məhkəməsi işdə olan sübutların mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tam, hərtərəfli, obyektiv qiymətləndirilməsi nəticəsində eyni əşyaya (hazırkı halda qeyri-yaşayış sahəsinə) dair bir neçə müqavilə bağlandığını müəyyən edərsə, Mülki Məcəllənin 452.1-ci maddəsinə müəyyən edilmiş qaydaları tətbiq etməklə mübahisəni həll etməlidir. Kollegiya, onu da qeyd edir ki, apellyasiya instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahələrinə dair MTK ilə digər cavabdehlər arasında ağlanmış müqavilələri etibarsız hesab edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmünü bu iş üzrə preyudisial hesab etməklə mülki prosessual hüquq qanunvericiliyin tələblərini də pozmuşdur. Belə ki, MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan faktların iki növü mülki işlərə baxılarkən sübut olunmaqdan azaddır. Bunların birincisi hadisənin olub-olmaması, yəni cinayətin törədilib-törədilməməsi, ikincisi isə bu əməlin konkret şəxs tərəfindən edilməsi, yəni cinayətin subyekti barədə məsələdir. Yalnız bu faktlar mülki iş üzrə hamı üçün məcburidir və heç bir şəxs tərəfindən mübahisələndirilə bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmündə MTK-nın sədri tərəfindən mübahisəli qeyri-yaşayış sahələrinə dair cavabdehlərlə alqı-satqı deyil, girov müqaviləsinin bağlandığı və əşyaya dair qüvvədə olan müqavilələr ləğv edilmədən yeni müqavilələrin bağlandığı göstərilmişdir ki, bu faktlar artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş hesab edilsə belə, həmin halların hazırkı iddia tələbi çərçivəsində müqavilələrin etibarsızlığına səbəb olub-olmaması mülki məhkəmə icraatı qaydaları çərçivəsində mülki qanunvericiliyin normlarına əsasən qiymət verilməli olan məsələdir. Qeyd olunanlardan əlavə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər cavabdeh2 və İsfəndiyar Axundov tərəfindən MTK ilə aralarında bağlanmış müqavilələrdən irəli gələn öhdəliyin (əşyanın verilməsi) icrası ilə bağlı MTK-ya qarşı iddialar qaldırılmış və həmin işlər üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli sahələrin MTK tərəfindən cavabdehlərə təhvil verilməsi qət edilmişdir. faktlar mülki iş üzrə hamı üçün məcburidir və heç bir şəxs tərəfindən mübahisələndirilə bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmündə MTK-nın sədri tərəfindən mübahisəli qeyri-yaşayış sahələrinə dair cavabdehlərlə alqı-satqı deyil, girov müqaviləsinin bağlandığı və əşyaya dair qüvvədə olan müqavilələr ləğv edilmədən yeni müqavilələrin bağlandığı göstərilmişdir ki, bu faktlar artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş hesab edilsə belə, həmin halların hazırkı iddia tələbi çərçivəsində müqavilələrin etibarsızlığına səbəb olub-olmaması mülki məhkəmə icraatı qaydaları çərçivəsində mülki qanunvericiliyin normlarına əsasən qiymət verilməli olan məsələdir. Qeyd olunanlardan əlavə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər cavabdeh2 və İsfəndiyar Axundov tərəfindən MTK ilə aralarında bağlanmış müqavilələrdən irəli gələn öhdəliyin (əşyanın verilməsi) icrası ilə bağlı MTK-ya qarşı iddialar qaldırılmış və həmin işlər üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli sahələrin MTK tərəfindən cavabdehlərə təhvil verilməsi qət edilmişdir...”
d) Proses iştirakçılarının izahatı
17. Məhkəmə qərarının elanında və apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh2 vəkili (nümayəndəsi) vəkil2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
18. İş üzrə digər tərəflər məhkəmə qərarının elanında iştirak etməmişlər. Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) İsgəndərov Fərman Məmmədtağı oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya baxışında iştirak edən cavabdeh İsfəndiyar Axundovun vəkili (nümayəndəsi) vəkil1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh “X1” Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
21. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
23. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
24. Maddə 29, IV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (## ###### 2017-ci il tarixli, ***-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
30. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
36. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
47. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
48. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apelyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. Hazırki iş üzrə qeyd edilməlidir ki, apelyasiya baxışının predmetinin birinci instansiya məhkəməsinin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
53. Birinci instansiya məhkəməsi maddi və prosessual normaların tətbiqində yanlışlığa yol vermişdir ki, bu da qətnamənin ləğvi üçün əsasdır.
54. Belə ki, işin halları ilə əlaqədar təkrarçılığa yol vermədən qısaca qeyd etmək lazımdır ki, İbrahimov Qasım Məlikəjdər oğlu ilə “X1” MTK ##.##.2007-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə və həmin müqaviləyə ##.##.2012-ci il tarixli əlavə dəyişikliklər barədə sazişə əsasən, son olaraq belə razılaşmışlar ki, MTK, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 36 (Xocalı prospekti 32 və ya Xocalı prospekti 1181-ci məhəllə) ünvanda inşa etdiyi çoxmərtəbəli binanın 1-ci mərtəbəsində 195 kv.m; 2-ci mərtəbəsində 369 kv.m; 3-cü mərtəbəsində 556 kv.m və 4-cü mərtəbəsində 556 kv.m qeyri-yaşayış sahələrini bayır hissəsi tam təmir edilmiş vəziyyətdə iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin ərazidə özünə məxsus olan mənzilləri MTK-nın istifadəsinə verməyi, həmçinin MTK tərəfindən inşa edilən yaşayış binasının tikintisinin başa çatması üçün 1.000.000 manat məbləğində işlər görməyi öz öhdəsinə götürmüşdür. Hazırda iddiaçı MTK ilə arasında bağlanmış bu müqavilələrə istinadla MTK ilə digər cavabdehlər arasında eyni qeyri-yaşayış sahələrinə dair bağlandığını iddia etdiyi müqavilələrin etibarsız hesab edilməsini və onların həmin sahələrdən çıxarılmalarını tələb edir.
55. Həmçinin işin materiallarından görünür ki, cavabdehlər cavabdeh2 və İsfəndiyar Axundov tərəfindən MTK ilə aralarında bağlanmış müqavilələrdən irəli gələn öhdəliyin (əşyanın verilməsi) icrası ilə bağlı MTK-ya qarşı iddialar qaldırılmış və həmin işlər üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli sahələrin MTK tərəfindən cavabdehlərə təhvil verilməsi qət edilmişdir.
56. Kollegiya kassasiya instansiyası məhkəməsinin də göstərişlərini nəzərə alaraq ilk növbədə hazırki iş üzrə cavabdehlərin MTK-ya qarşı qaldırdıqları iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hazırki iddianın baxılmasının mümkünlüyünə nə dərəcədə təsir göstərməsinə münasibət bildirərək aşağıdakıları qeyd edir.
57. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2016-cı il tarixli qərarına əsasən, Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.
58. Hazırki işdən də göründüyü kimi, cavabdehlərin xeyrinə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2016-ci il tarixli, *(***)-****/**** saylı qərarı üzrə aparılmış işlər üzrə hazırki iş üzrə iddiaçı tərəf qismində çıxış etməmiş, bağlanılan müqavilələrin yalnız həmin iş üzrə təqdim olunan faktlar əsasında etibarlılığı yoxlanmış və Q.İbrahimovla eyni sahələr üzrə müqavilə bağlanmasından xəbəri olmayan məhkəmələr belə bir şəxsi iş üzrə cəlb etmək zərurəti duymamışlar. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2016-ci il tarixli qərarından (cavabdeh2la bağlı olan iddia) İbrahimov Qasım Məlikəjdər oğlu tərəfindən Konstitusiya Məhkəməsinə verilmiş şikayət üzrə konstitusiya işinin icraatına da sonuncunun şikayətində göstərilən məsələlərin həlli üçün ümumi yurisdiksiyalı məhkəmələrə müraciət etmək imkanının qalması səbəbindən xitam verilmişdir. Nəticə etibarilə Konstitusiya Məhkəməsi həmin qərarı Q.İbrahimov üçün preyudisial hesab etməmiş, bu səbəbdən də son instansiyanın Konstitusiya Məhkəməsinin olmadığını, hazırki tələbə ayrıca icraat qaydasında baxılmasının mümkün olduğunu qeyd etmişdir.
59. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ##.##.2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
60. Ali Məhkəmənin sözügedən qərardadında da göstərildiyi kimi digər əqdlərə söykənən iddialara baxılan zaman həmin əqdin etibarlılığının da yoxlanılması məhkəmələrin vəzifəsi olsa da, əşya hüququ institutu bundan fərqli olmaqla tərəflər arasında daha köklü və dərin araşdırma tələb edir. Bu səbəbdən də şəxsin həmin hüququ ayrıca qaydada mübahisələndirilmədiyi halda istər məhkəmə, istərsə də digər subyektlər üçün öz qüvvəsini saxlayır.
61. Odur ki, kollegiyanın qənaətinə görə hazırki tələb üzrə mübahisələndirilən əqd də əşya hüququndan irəli gəldiyindən və cavabdehlər ayrıca icraatda həmin əqdlər üzrə öhdəliklərin icrasını tələb edərkən aparılan iş zamanı indiki iş üzrə iddiaçının irəli sürdüyü etibarsızlıq əsaslarını yoxlamaq mümkün olmadığından, tələbə hazırda baxılması məqsədəmüvafiq hesab edilir.
62. Növbəti olaraq məhkəmə iddia tələbi üzrə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının seçilməsi və həmin normaya əsasən tələbin əsaslılığıan dair aşağıdakıları qeyd edir.
63. Belə ki, kassasiya instansiyası məhkəməsinin də göstərişlərini nəzərə alan kollegiya qeyd edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsi tətbiq oluna bilməz. Belə ki, həmin maddənin tələbinə əsasən, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur.
64. O da nəzərə alınmalıdır ki, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda, yuxarıda qeyd olunan əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmur. Çünki mülki qanunvericilikdə fərdi müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, əskinə Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu (bu qayda təbii ki, həmin müqavilənin əqdin etibarlılığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş şərtlərə uyğun olduğu hallara aiddir) göstərir.
65. Göründüyü kimi MM-in 452.1-ci maddəsinin tətbiqi o halda mümkündür ki, tələb müqavilənin etibarsızlığı ilə bağlı deyil, sırf şəxsin özü ilə bağlanmış müqavilə üzrə öhdəliklərin ilkin olaraq icrası ilə bağlı olsun. Hazırki tələbdən isə görünür ki, iddiaçı cavabdehlər və MTK arasında bağlanmış alqı-satqı müqavilələrinin aralarındakı borc və girov münasibətlərini pərdələmək üçün bağlandığını bildirmiş və bu səbəbdən ona aid qeyri-yaşayış sahələrinin nəzərdə tutulduğu hissələrin etibarsız hesab edilməsini xahiş etmişdir.
66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
67. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli plenum qərarı) əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. eləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli qərarına əsasən, diqqətə alınmalı olan əsas məsələ odur ki, pərdələnən müqavilə tərəflərin həqiqi iradə ifadəsini əks etdirsə də, yalnız mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdiyi təqdirdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola və həmin əqdə dair qaydalar müvafiq olaraq məhkəmə tərəfindən tətbiq edilə bilər. Bu baxımdan, müvafiq mübahisələr üzrə məhkəmə təcrübəsində daşınmaz əşyanın alğı-satqı müqaviləsi üzrə tərəflərin müqavilə bağlanarkən heç də müqavilə predmeti olan daşınmaz əşyanın qarşı tərəfin mülkiyyətinə keçirilməsi ilə bağlı hüquqi niyyətinin olmadığı, əslində bu müqavilənin onlar arasında mövcud olan gerçək borc münasibətlərinin təminatı məqsədilə bağlandığı müəyyən edildiyi halda, həmin təminat xarakterli müqaviləyə (pərdələnən müqaviləyə) ipoteka müqaviləsinin qaydalarının tətbiqi mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, əşyanın yüklü hala gətirilməsi ilə bağlı əqd əşyaya sərəncam xarakterli olmaqla belə əqd Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən notarial qaydada təsdiqlənməlidir. Həmin maddəyə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsində təsbit edilmişdir ki, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdin forması ilə bağlı tələbə isə müqavilənin bütün mühüm şərtlərinin məhz qanunvericiliklə müəyyən edilmiş formada razılaşdırılması halında riayət edilmiş olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılan şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
69. Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyriəmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı). Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və II hissələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
70. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
71. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ********* №-li cinayət işi üzrə MTK-nın sədri Hikmət Yigitdölün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham aktından və həmin müqavilə tərəflərindən biri olan cavabdeh2 istintaqda verdiyi izahatlardan da görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələr alğı-satqı müqaviləsi deyil, cavabdeh2 tərəfindən kənar şəxsdən 4.000.000 manata alınmış və gələcəkdə MTK-ya 4.400.000 manata satılması nəzərdə tutulan 10 ha torpaq sahəsinin təminatı kimi çıxış edən girov müqavilələridir. O cümlədən həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi ##.##.2020-ci il tarixli, *(***)-**/*** saylı hökmdən görünür ki, hazırki mülki iş üzrə mübahisələndirilən müqavilələrin alğı-satqı müqaviləsi yox girov müqaviləsi olmasını cavabdeh cavabdeh2 özü Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində verdiyi ifadə ilə təsdiq etmişdir. Cavabdeh İ.Axundov da həmin mübahisələndirilən müqavilələrdə göstərilən sahələr üçün pul vermədiyini Bakı Ağır Cinayətlər Məhkəməsinə şahid qismində verdiyi ifadəsində təsdiq etmişdir. Belə ki, hökmdə əks olunmuşdur ki, “nəhayət nümayəndə İmran Axundov ifadəsinin yekununda göstərdi ki, yoxlama nəticəsində X2 onların şirkətinə aid 36 mənzilin satışını uçotdan gizlətdiyi ortaya çıxdığından H.Əliyev xəstəxanadan qayıtdıqdan sonra onların şirkətinə vurduqları ümumi ziyanın 1.360.689 manat məbləğində olan hissəsinin bir hissəsi H.Əliyev tərəfindən nağd olaraq ödənilmiş, həmin məbləğin qalan hissəsi isə, yəni ##.##.2009-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsasən “xxxx” MTK-nın binasında tikilmiş 150 kv.metrlik 1 ədəd və 600 kv.metrlik daha 1 ədəd qeyri-yaşayış sahəsi və ##.##.2009-cu il tarixli 3 ədəd mənzildən ibarət yaşayış sahəsi, ümumilikdə 345.9 kv.metrlik ərazi natura şəklində şəxsən qardaşı İsfəndiyar Axundovun adına rəsmiləşdirilməklə əvəzləşdirilmiş, təqribən 200.000 manatdan bir artıq isə ödənilməmiş qalmışdır.” Həmin hökmdən həmçinin görünür ki, H.Əliyevin izahatına əsasən onun İsfəndiyar Axundova vurduğu zərərin əvəzləşdirilməsi üçün guya “xxxx” MTK-ya sərf etdiyi 2.000.000 ABŞ dolları müqabilində göstərilən müqavilələr bağlanmışdır. Nəticə etibarilə İ.Axundov tərəfindən müqavilələrə heç bir ödəniş aparılmamış və həmin məhkəmə araşdırması zamanı əvəzləşdirmə halı öz təsdiqini tapmışdır
72. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
73. İşin faktiki hallarına, o cümlədən yalan əqdlərlə bağlı qanunvericiliyin normalarına istinadən kollegiya qeyd edir ki, cavabdehlər arasında bağlanmış müqavilələr iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqd hesab olunmalıdır. Çünki həmin müqavilələr əqd olaraq alğı-satqı barədə əqd deyil, gələcəkdə veriləcək torpaq sahəsinin əvəzləşdirilməsi barədə girov müqaviləsi olmuş, Hansı ki, həmin əvəzləşdirilmə baş tutmamış, müqavilənin predmeti olan torpaq sahələri cavabdeh2 mülkiyyətində qalmış və nəticədə formal cəhətdən mövcud olan əqdlər tərəflərin razılığı ilə cırılıb atılmaqla məhv edilmişdir, lakin cavabdehlərin notariat kontoruna müraciəti ilə yenidən əldə olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdehlər Mülki Məcəllənin 560-cı maddəsinin tələblərinə zidd olaraq həm müqavilə bağlanan zaman, həm də sonradan sənədləri yenidən çıxararaq iddia qaldırdıqları zaman vicdanlı davranmamışlar.
74. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehlər arasında mübahisəli əmlakla bağlı bağlanılan alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd hesab olunmaqla bağlandığı andan etibarən etibarsız sayılmalıdır.
75. Kollegiya iddia tələbinin cavabdehlərin iddiaçıya vurduqları maddi zərərin əvəzi olaraq 300.000 manat, mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı cavabdehlərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ona məhz hansı nüanslarda və nə qədər maddi ziyan dəydiyini sübut edə bilməmiş, həmçinin mənəvi ziyanla bağlı tələb də lazımi qədər əsaslandırılmamışdır.
76. Bütün qeyd edilənlərə məcmu halında qiymət verən kollegiya bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
77. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
78. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
79. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
80. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
81. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
82. Kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 45 manat məbləğində dövlət rüsumu 1/2 hissədə iddiaçının özünə aid edilməli, qalan 1/2 hissəsi olan 22.50 manat isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İbrahimov Qasım Məlikəjdər oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnamə ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İbrahimov Qasım Məlikəjdər oğlunun cavabdehlər cavabdeh2 Ağəli oğlu, Axundov İsfəndiyar Məhəmməd oğlu və “X1” Mənzil Tikinti Kooperativinə qarşı “cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiası qismən təmin edilsin. Cavabdehlər cavabdeh2 Ağəli oğlu ilə “X1” MTK arasında bağlanmış ## ###### 2007ci il tarixli ** saylı müqavilənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, **** saylı məhəllədə (Xocalı prospekti 32 ünvanında) yerləşən və cavabdeh1 MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A1” blokunun üçüncü mərtəbəsindəki 300 (üç yüz) kv.metr və “A1” blokunun dördüncü mərtəbədəki 300 (üç yüz) kv.metr ölçülü qeyri-yaşayış sahələrinin cavabdeh2 verilməsi barədə hissəsi iddiaçı İbrahimov Qasım Məlikəjdər oğlu ilə cavabdeh1 MTK arasında bağlanmış “Birgə fəaliyyət” haqqında ##.##.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə ##.##.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş “A1” blokunun üçüncü mərtəbəsində 23,70 metr uzunluğu, 26 metr eni olan (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr və “A1” blokunun dördüncü mərtəbəsində 23,70 metr uzunluğu, 26 metr eni olan, (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilsin. Cavabdeh cavabdeh2 həmin qeyri-yaşayış sahəsini boşaltsın və həmin sahədən çıxarılsın. Cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğlu və “X1” MTK arasında bağlanmış ## ###### 2009-cu il tarixli nömrəsiz müqavilənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti **** saylı məhəllədə (Xocalı prospekti 32 ünvanında) yerləşən və “X1” MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A1” blokunun üçüncü mərtəbəsində yerləşən 600 kv.metr qeyri-yaşayış sahəsinin Axundov İsfəndiyar Məhəmməd oğluna verilməsi barədə hissəsi, iddiaçı İbrahimov Qasım Məlikəjdər oğlu ilə cavabdeh1 MTK arasında bağlanmış “Birgə fəaliyyət” haqqında ##.##.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə ##.##.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş “A1” blokunun üçüncü mərtəbəsində 23,70 metr uzunluğu, 26 metr eni olan (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilsin. Cavabdeh Axundov İsfəndiyar Məhəmməd oğlu həmin qeyri-yaşayış sahəsini boşaltsın və həmin sahədən çıxarılsın. Cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğlu və “X1” MTK arasında bağlanmış ##.##.2009-cu il tarixli ** saylı müqavilənin “X1” MTK arasında bağlanmış ## ###### 2009-cu il tarixli nömrəsiz müqavilənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti **** saylı məhəllədə (Xocalı prospekti 32 ünvanında) yerləşən və “X1” MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A1” blokunun dördüncü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.metr olan 3 otaqlı mənzil (hazırda qeyri-yaşayış sahəsi olan) sahəsinin Axundov İsfəndiyar Məhəmməd oğluna verilməsi barədə hissəsi iddiaçı İbrahimov Qasım Məlikəjdər oğlu ilə cavabdeh1 MTK arasında bağlanmış “Birgə fəaliyyət” haqqında ##.##.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə ##.##.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş “A1” blokunun üçüncü mərtəbəsində 23,70 metr uzunluğu, 26 metr eni olan (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilsin. Cavabdeh Axundov İsfəndiyar Məhəmməd oğlu həmin qeyri-yaşayış sahəsini boşaltsın və həmin sahədən çıxarılsın. İddiaçı İbrahimov Qasım Məlikəjdər oğlunun iddiasının qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 45 manat məbləğində dövlət rüsumu 1/2 hissədə, yəni 22.50 (iyirmi iki manat əlli qəpik) manat pul iddiaçının özünə aid edilsin, qalan 1/2 hissəsi, yəni 22.50 (iyirmi iki manat əlli qəpik) manat pul isə cavabdehlər cavabdeh2 Ağəli oğlu, Axundov İsfəndiyar Məhəmməd oğlu və “X1” Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq iddiaçı İbrahimov Qasım Məlikəjdər oğluna ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Leyla Əliyeva Fuad Abdıyev