Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4455/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmlaka istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayış sahəsinə və mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlaka istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayış sahəsinə və mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Hikmet Yigitdölün iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmlaka istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayış sahəsinə və mənzilə köçürmə” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-54/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdeh Mənzil Tikinti Kooperativi ilə alıcı İddiaçı arasında bağlanmış 15 avqust 2008-ci il tarixli “qeyri-yaşayış sahəsi haqqında” müqavilənin şərtlərinə əsasən, “Satıcı” adlanan Cavabdeh MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında inşa edilən yaşayış binasının 2 mərtəbəsində 300 kv.m. qaraj sahəsini “Alıcı” adlanan Asif Pirəliyevə təhvil verməyi, “Alıcı” isə həmin sahəni qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş qaraj sahəsinin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qaraj sahəsinin dəyəri 300.000 manat təşkil edir.
2. Cavabdeh MTK-nin sədri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında inşa olunan yaşayış binasındaki qaraj üçün 300.000 manat məbləğində pul almışdır.
3. Həmçinin, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 31 iyul 2008-ci il tarixli 39 ədəd müqavilənin şərtlərinə əsasən, “Kooperativ” adlanan Cavabdeh MTK Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 39 ədəd - 4-cü mərtəbədə 4 ədəd, 5-ci mərtəbədə 1 ədəd, 6-cı mərtəbədə 4 ədəd, 7-ci mərtəbədə 3 ədəd, 8-ci mərtəbə 3 ədəd, 9-cu mərtəbə 3 ədəd, 10- cu mərtəbə 4 ədəd, 11-ci mərtəbə 3 ədəd, 12-ci mərtəbə 3 ədəd, 13-cü mərtəbə 3 ədəd, 14-cü mərtəbə 3 ədəd, 15-ci mərtəbə 2 ədəd və 16-cı mərtəbə 3 ədəd mənzili, yaşayış sahələrinin tam dəyərini müqavilələrdə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra, “Payçı” adlanan "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. 31 iyul 2008ci il tarixdə hər bir müqavilə üzrə verilmiş 39 ədəd Maliyyə arayışlarına əsasən mənzillərin dəyəri “Payçı” adlanan "xxxx" MMC tərəfindən ödənilmişdir.
4. Həmin müqavilələrin giriş hissəsində İddiaçı “Payçı” qismində qeyd edilsə də, müqavilənin rekvizitləri hissəsində payçı qismində "xxxx" MMC qeyd edilmiş və Asif Pirəliyev müqavilələri MMC-nin direktoru kimi imzalamış və cəmiyyətin möhürü ilə təsdiq etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5.İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmlaka istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayış sahəsinə və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 15 avqust 2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 300.000 manat ödədiyi və tikilərək təhvil verilməli olan Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının A1 girişinin 2 mərtəbəsində, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinə istifadə və sahiblik hüququnun tanınması, eyni zamanda həmin mənzilin sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi, mübahisəli qeyri-yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 6.Daha sonra isə İddiaçı iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 15 avqust 2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 300.000 manat ödədiyi və tikilərək təhvil verilməli olan Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının A1 girişinin 2 mərtəbədə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinə istifadə və sahiblik hüququnun tanınması, eyni zamanda həmin mənzilin sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi, mübahisəli qeyri-yaşayış sahəsinə köçürülməsi, Cavabdeh MTK ilə bağaladığı 31 iyul 2008-ci il tarixli çoxmərtəbəli yaşayış sahəsi haqqında müqavilələrə əsasən tam dəyərini ödədiyi və tikilərək təhvil verilməli Xətai ray, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən çoxmənzili yaşayış binasında 39 ədəd mənzilə dair istifadə və sahiblik hüququnun tanınması, həmin mənzillərin onun sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi, mübahisəli yaşayış sahələrinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK ilə 15 avqust 2008-ci il tarixdə qeyri-yaşayış sahəsi haqqında müqavilə bağlayaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanına dair pay haqqını tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Göstərilən kooperativ binasının 2-ci mərtəbəsində 300 (üç yüz) kv.m. qaraj sahəsinin tikintisi haqqında müqavilənin 7-ci bəndinin şərtlərini tam icra edərək almışdır. 15 avqust 2008-ci il tarixdə Cavabdeh MTK tərəfindən verilmiş “Maliyyə arayışı”na əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında verləşən yaşayış binasının A1 girişi ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsindən ibarətdir. Eyni zamanda qeyri-yaşayış sahənin ümumi dəyəri 300.000 (üç yüz. min) manat göstərilir. Daha sonra isə, əlavə edilən sənədlərdən də göründüyü kimi Cavabdeh MTK-nın 15 avqust 2008-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunur ki, müqaviləyə əsasən 300.000 manat tərəfindən ödənilmişdir. Yəni aralarında bağlanmış müqavilə şərtləri onun hissəsində yerinə yetirilmiş, ödəniş tam şəkildə aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, faktiki olaraq ona məxsus olan qaraj sahəsindən istifadə edə bilmir. Belə ki, mübahisəli qaraj sahəsinin istifadəsinə maneçelik yaradılaraq, ora daxil ola bilmir. Bu səbəbdən də onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. 8.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-54/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. 9.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilədə müəyyən edilmiş müddət ərzində qeyri-yaşayış sahəsini və mənzilləri iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur. Lakin, iddiaçı Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə iddia müddətinin ötürülməsinin əsası kimi qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilələrin 2.1-ci bəndlərində obyektin tikintisinin layihə sənədlərinə və tikinti norma-qaydalarının tələblərinə uyğun surətdə iki il müddətinə təhvil verilməsi, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yaşayış sahələrinin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh qeyri-yaşayış sahəsini və mənzilləri xx.xx.2010-cu il tarixədək iddiaçıya təhvil verməli olsa da, öhdəliyinin icrasının başa çatdığı müddətdən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq nə qeyri-yaşayış sahəsini, nə də mənzilləri iddiaçıya təhvil verməmişdir. İddiaçı isə müvafiq iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə, yəni cavabdehin müqavilə üzrə ödəliyinin icrasının başa çatdığı vaxtdan 10 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməsəydi belə Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən də iddia tələbi təmin edilə bilməzdi. 10.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373, 375.2, 551.1, 752.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair 27 dekabr 2001-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-54/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsiniu xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız qanunu özünəməxsus qaydada və tərzdə “təhlil və təfsir etmə qaydası” ilə əsaslandırmağa çalışmışdır. Belə ki, qeyd olunur ki, müqavilənin məzmununa görə cavabdeh mənzili inşa edərək iddiaçıya verməyi, iddiaçı isə həmin əmlakların dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Bununla da bu müqavilə podrat müqavilə sayılır. Məhkəmənin gəldiyi bu nəticə tamamilə yanlış və qəbul edilməzdir. Belə ki, tərəflər arasında əsla hər hansı podrat müqaviləsi üzrə münasibətlərdən söhbət gedə bilməz. Belə ki, bağlanmış müqavilədə tərəflərin statusları açıq aşkar şəkildə “Kooperativ və Payçı” deyə qeyd edilmişdir. Bundan başqa bağlanmış müqavilənin heç bir bəndində müqavilənin podrat müqaviləsi olmasına dəlalət edən bir müddəa belə yer almamışdır. Mənzilin gələcəkdə inşa edilib təhvil verilməsi məsələsinə gəlincə isə istənilən tikilməkdə olan binada mənzilin əldə edilməsi (alqı-satqı, kooperativdə payın əldə edilməsi və s.) ilə bağlı müqavilə bağlanılanda müqavilənin müvafiq müddəasi yuxarıda qeyd olunan şəkildə yazılır. Bundan başqa birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etmişdir. Məhkəmənin qətnamədə göstərdiyi bu məsələ də işin hallarına uyğun deyil. Belə ki, məhkəmə guya iddiaçının podrat müqaviləsi üzrə cavabdehdən öhdəliklərinin icra etməsi ilə bağlı bu iddianı qaldırdığını bildirir. Halbuki iddiaçı tərəfindən hər hansı öhdəliyin icrası ilə bağlı iddia qaldırılmamışdır. Belə ki, əvvəldən iddiaçıya təhvil verilmiş əmlaklar sonradan iddiaçının azadlıqdan məhrum edilməsi nəticəsində cəzaçəkmə müəssisəsində olmasından sui-istifadə edilməsi nəticəsində iddiaçının əmlaklarından sərbəst istifadə edilməsi hüququndan məhrum edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək həmin əmlaklardan istifadəyə törədilən maneələrin aradan qaldırılması və əmlakların ona təhvil verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri üzrə iddia müddətinin şamil edilməsinin yolverilməz olduğu təsbit edilmişdir. Lakin məhkəmə buna əhəmiyyət verməyərək sanki iddiaçı tərəfindən hər hansı bir podrat müqaviləsi üzrə digər tərəfdən hər hansı öhdəliyin icra edilməsinin tələb olunduğu absurd şəkildə iddia edilərək iddia müddətinin ötürüldüyü qənaətinə gəlinmişdir. Həmçinin məhkəmə müqavilənin 2.1-ci bəndinə istinad edərək müqavilə üzrə öhdəliklərin icrası müddətinin 2 il olması və bu 2 ilin müqavilənin bağlanıldığı xx.xx.2008-ci ildən hesablanmaqla icra müddətinin son tarixinin xx.xx.2008-ci il olduğu və bundan sonra iddiaçının yalnız podrat müqaviləsi üzrə daşınmaz əmlakla bağlı yalnız 6 il müddətində tələb edə bilmə, yəni xx.xx.2016-cı ilədək hüququnun olduğunu bildirmişdir. Müqavilənin 2.1-ci bəndinə baxan məhkəmə nədənsə müqavilənin 4cü maddəsini - bu müqavilə hər iki tərəf imzaladığı gündən qüvvəyə minir vətərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilənə qədər qüvvəsini saxlayır” diqqətdən kənar saxlamışdır. Yəni tərəflər arasında müqavilənin hazıradək qüvvədə olması və zərurət olarsa hazırda da istənilən tələblə cavabdehə - kooperativə qarşı iddia qaldırmaqda iddiaçının – payçının haqlı olmasına əhəmiyyət verilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4475/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının A1 girişində, 2-ci mərtəbədə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı istifadəsinə və sahibliyinə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi də sahiblik hüquqlarının pozulması ilə bağlı olmuş və tələbində həmin pozuntuların aradan qaldırılmasını xahiş etmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası iddia tələbinin binanın 39 ədəd mənzilinə dair hissəsində qeyd etmişdir ki, həmin mənzillərin müqavilələri payçı qismində "xxxx" MMC-nin adından direktoru qismində İddiaçı imzalamış, hazırki iddia tələbini də İddiaçı öz adından qaldırmışdır. Halbuki hazırki mülki iş üzrə mübahisə predmeti olan müqavilələr məhz hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlməklə, müqavilənin nəticəsi olaraq, payçı ilə kooperativ arasında öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir və həmin müqavilədən irəli gələn hüquq və vəzifələr məhz müqavilə tərəflərinə, yəni "xxxx" MMC və Cavabdeh Mənzil Tikinti Kooperativinə aid olmuşdur. Ona görə də 39 ədəd mənzilə dair hissədə iddiaçının subyektiv hüququ olmaması əsası ilə iddia təmin edilə bilməz. Məhkəmə kollegiyasının “xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə” münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, həmin müqaviləni məhz iddiaçı fiziki şəxs qismində imzalamış və müqaviləyə əsasən müəyyən edilmiş sahəninin ümumi dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Mübahisələndirilən müqavilə isə podrat müqaviləsi olmamış və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq “alqı-satqı müqaviləsi” məzmununda bağlanmışdır. Ona görə də, birinci instansiya məhkəməsi müqaviləyə podrat müqaviləsi kimi yanaşmaqla maddi normanın tətbiqində səhvə yol vermişdir. Cavabdeh isə müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməkdən yayınmışdır. Bundan başqa məhkəmə iddia tələbinin “qeyri-yaşayış sahələrinə istifadə hüququnun tanınması və köçürülməsi” hissəsində qeyd etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi sahə yaşayış sahəsi olmamış, qeyri-yaşayış sahəsi olmuşdur. Bu baxımdan iddiaçının qeyriyaşayış sahəsinə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etməsi əsassız olmuşdur. Məhkəmə kollegiyasının “birinci instansiya məhkəməsi tərəfindən Borc və İmtina müqaviləsindəki imzalarla bağlı ekspertizanın təyin edilməsi, lakin rəylərə münasibət bildirilməməsi” barədə mövqeyi ondan ibarət olmuşdur ki, ilk dəfə təqdim edilmiş ekspet rəyi sübut kimi qəbul edilməlidir. Çünki həmin rəydə dəqiqliklə xx.xx.2010-cu il tarixli Borc və İmtina müqaviləsindəki və xx.xx.2010-cu il tarixli Müqavilədəki imzalar İddiaçı tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Sonradan imzanın yoxlanılmasının mümkün olmaması barədə rəy verilsə belə, bu hal həmin rəyin mötəbərliyi yoxlanılan sübutlarla şübhə altına almaq üçün əsaslar olmuşdur. Belə olan halda müqavilələr iddiaçı üçün hər hansı hüquq və vəzifələri yaratmamışdır.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.2, 152.3, 157.4, 157.8, 178.8, 384.0.4, 385.1, 399.1, 425.1, 442, 448.1, 567, 568-ci və Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4475/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4475/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsinin iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 17.1 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin cavabdehdən alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verilməsi hissəsində təmin edərkən Azərbaycan Respublikası MPM-nin 372ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. 17.2 Apellyasiya instansiya məhkəməsi ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin cavabdehdən alınaraq iddiaçının istifadəsinə və sahibliyinə verilməsi hissəsində iddia tələbini təmin edərkən iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə istinad edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin müqaviləni məhz iddiaçı fiziki şəxs qismində imzalamış və müqaviləyə əsasən müəyyən edilmiş sahəninin ümumi dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Mübahisələndirilən müqavilə isə podrat müqaviləsi olmamış və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq “alqı-satqı müqaviləsi” məzmununda bağlanmışdır. Ona görə də, birinci instansiya məhkəməsi müqaviləyə podrat müqaviləsi kimi yanaşmaqla maddi normanın tətbiqində səhvə yol vermişdir. Cavabdeh isə müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməkdən yayınmışdır. 17.3 Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən müqavilənin podrat müqaviləsi olmaması və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq “alqı-satqı müqaviləsi” məzmununda bağlanmasını qeyd etsə də, həmin müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin tikintisinin başa çatdırılıbçatdırılmamasını, yaxud hansı tarixdə başa çatdırılmasını, iddiaçının cavabdehdən ona təhvil verilməsini tələb etdiyi ümumi sahəsi 300 kv.m. olan mübahisəli qaraj sahəsinin faktiki olaraq mövcud olub-olmamasını, qaraj kimi fəaliyyət göstərib-göstərməməsini, 15 avqust 2008-ci il tarixli “qeyri-yaşayış sahəsi haqqında” müqavilənin bağlanmasından iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi 16 oktyabr 2020-ci il tarixə kimi keçən 12 ildən artıq müddət ərzində qeyd olunan sahənin kimə təhvil verilməsini və hazırda kimin istifadəsində olmasını yerində baxış keçirməklə, yaxud müvafiq ekspetiza təyin etməklə aydınlaşdırmadan, habelə bununla bağlı maraqlarına toxunan üçüncü şəxslər olduğu halda həmin şəxsləri cəlb etmədən göstərilən hissədə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. 17.4 Belə ki, tərəflər arasında bağlanmış “qeyri-yaşayış sahəsi haqqında” müqavilə “alqısatqı müqaviləsi” məzmununda bağlansa da, yuxarıda qeyd olunan hallar araşdırmadan, həmin müqavilənin bağlandığı 15 avqust 2008-ci il tarixdə hələ inşa edilməkdə olan yaşayış binasının 2-ci mərtəbəsindəki 300 kv.m. qaraj sahəsinə dair münasibətlərin podrat müqaviləsi, yaxud alqı-satqı müqaviləsi ilə tənzimləndiyini dəqiq müəyyən etmək mümkün deyildir. 17.5 Həmçinin qeyd olunmalıdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin kimə mülkiyyət hüququ ilə verilməsinin, hazırda kimin istifadəsində, sərəncamında, yaxud mülkiyyətində olmasının aydınlaşdırılması və bununla bağlı maraqlarına toxunan üçüncü şəxslərin olubolmamasının müəyyən edilməsi Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından da əhəmiyyət kəsb edir. 17.6 Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 17.7. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında bağlanmış 15 avqust 2008-ci il tarixli “qeyri-yaşayış sahəsi haqqında” müqavilədə ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin binanın hansı hissəsində yerləşməsi dəqiq müəyyən olunmadığı halda, iddiaçı iddia ərizəsində həmin sahənin çoxmərtəbəli yaşayış binasının A1 girişində yerləşdiyini qeyd etmiş, apellyasiya instansiya məhkəməsi isə qeyd olunan halı araşdırmadan, iddiaçıya ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin yaşayış binasının A1 girişində yerləşməsini təsdiq edən cizgi-sxemi təqdim etməsini təklif etmədən, ümumiyyətlə iddiaçıya belə bir cizgi-sxemin verilib-verilməməsi araşdırmadan, yalnız iddiaçının mülahizə xarakterli mövqeyinə əsaslanmaqla mübahisəli qarajın yaşayış binasının A1 girişində yerləşməsi qənaətinə gəlmiş, iddianı da həmin məzmunda təmin etməklə səhvə yol vermişdir. 17.8 Bundan başqa apellyasiya instansiya məhkəməsi iddianı qeyd olunan hissədə təmin edərkən iddiaçının MTK-ya payçı kimi üzvlüyə qəbul olunub-olunmamasını da araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
19. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, cavabdeh MTK digər şəxsə satılması ilə bağlı məlumat vermir. Bildirir ki ,qeyri-yaşayış sahəsi onlardadır. Onlar bunun sonuna kimi gedə bilmirlər. Normalda alğı-satqı müqaviəsində etibarsızlıq məsələsi qoyulanda bütün şəxslər araşdırlır və müqavilələr qoyulur. Cavabdeh deyir ki, obyekt onlardadı. Cavabdeh bildirməyib ki, başqa şəxsə satılıb. Ona görə bunu araşdırmayıblar. Ali Məhkəmənin göstərişi olsa da, yerinə yertilməsi üçün səbəblər yoxdur. Cavabdeh bildirir ki, qarajı təhvil vermirlər. Onlarda nə sənəd varsa məhkəməyə təqdim ediblər. Çizgi-sxem yəqin ki, cavabdehdədir. Onların yeri bəllidir. Müqavilə bağlanılıb, sonra şəxs məhkum olunur, qaraj vaxtı ilə onlara təhvil verilib. İddiaçı ilə müqavilə bağlanılıb, hazırda qüvvədədir. MTK bildirir, arxiv sənədləri yoxdur. Arxiv sənədlərin harada olması ilə bağlı məlumatları yoxdur. Amma müqavilə olub. Lakin sonradan öhdəlik icra olunmadığına görə iş uzanıb. İddiaçıya icazə verilməyib. Cavabdeh tərəf qarajının 50 kvm hissəsinin satıldığını deyir. Bunun tam dəqiq olmasını bilmirlər. Əgər iddia təmin edilsə, icra mərhələsində MTK ilə 50 kv.m ərazini alan şəxs arasında mübahisə yaranacaq.
20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Hikmet Yigitdöl apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında bildirmişdir ki, Elmar Əsədovla bağlanılan müqaviləni təqdim edə bilmir. Onlar iddiaçı ilə görüşəcəkdilər, amma iddiaçı həbs edildiyinə görə binanı özü tikib. İddiaçı onlarla əməkdaşlıq edəcəkdi, amma iş birliyi alınmadı. Ərazi A1-də yerləşir. Ərazi onların sahibliyindədir və qaraj kimi istifadə edilib. O ərazidə qaraj kimi aradabir avtomobil saxlanılır.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsı
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Maddə 109.4. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya). Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə vəsərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “İddiaçı Cavabdeh MTK ilə bağladığı 15 avqust 2008-ci il tarixli qeyriyaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 300.000 manat ödədiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının A1 girişinin 2 mərtəbə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilməlidir.
26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK 15 avqust 2008ci il tarixdə qeyri-yaşayış sahəsi haqqında müqavilə imzalanmışdır. Müqavilənin 7-ci bəndində qeyd edilir ki, müqavilə üzrə “Satıcı” Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 2 mərtəbə 300 kv.m qaraj sahəsini “Alıcı”ya verməyi, “Alıcı” isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qaraj sahəsinin dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürür.
27. İş materialları ilə müəyyən edilir ki, müqavilə öhdəliyi iddiaçı tərəfindən icra edilərək 15 avqust 2008-ci il tarixli qəbzə əsasən qaraj sahəsinə görə İddiaçı tərəfindən Cavabdeh MTK-nın direktoru Hikmet Yigitdölə 300 000 AZN ödəniş edilmişdir.
28. İddiaçı qaraj sahəsinin onun istifadəsinə və sahibliyinə verilməsini xahiş etmişdir.
29. Kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası məqsədilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında inşa edilən yaşayış binasının 2 mərtəbəsində 300 kv.m. qaraj sahəsi ilə bağlı Cavabdeh Mənzil Tikinti Kooperativi ilə alıcı İddiaçı arasında bağlanmış 15 avqust 2008-ci il tarixli müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin tikintisinin başa çatdırılıb çatdırılmaması, yaxud hansı tarixdə başa çatdırılması, iddiaçının cavabdehdən ona təhvil verilməsini tələb etdiyi ümumi sahəsi 300 kv.m. olan mübahisəli qaraj sahəsinin faktiki olaraq mövcud olub-olmaması, qaraj kimi fəaliyyət göstərib-göstərməməsi, 15 avqust 2008-ci il tarixli “qeyri-yaşayış sahəsi haqqında” müqavilənin bağlanmasından iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi 16 oktyabr 2020-ci il tarixə kimi keçən 12 ildən artıq müddət ərzində qeyd olunan sahənin kimə təhvil verilməsi və hazırda kimin istifadəsində olması barədə məlumatlar, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin binanın hansı hissəsində yerləşməsini təsdiq edən cizgi-sxem, iddiaçının MTK-ya payçı kimi üzvlüyə qəbul olunub-olunmaması barədə məlumatın Cavabdeh Mənzil Tikinti Kooperativindən götürülməsi məqsədilə Cavabdeh Mənzil Tikinti Kooperativinə sorğu göndərilmişdir.
30. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında inşa edilən yaşayış binasının 2 mərtəbəsində 300 kv.m qeyri-yaşayış sahəsi mövcuddur və həmin 300 kv.m qaraj sahəsinin 50 kv.m olan hissəsi Elmar Əsədov adlı şəxsə satılmış və qalan 250 kv.m olan hissəsi isə MTK-nın istifadə və sahibliyindədir. Arayışda həmçinin qeyd edilir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativində heç bir zaman payçı olmamışdır.
31. İşə baxan kassasiya instansiya məhkəməsinin digər göstərişi o olmuşdur ki, işə apellyasiya baxışında baxılarkən işdə olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2 və 29,178.3.2-ci maddələri ilə məhkum edilməsi barədə iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli hökmü tədqiq edilərək hökmün hazırki işə aid olan halları nəzərə almalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hökmün 20-ci səhifəsində X1 ifadəsində binanın 40 faizinin İddiaçı məxsus olacağı barədə razılaşdığını, Asifin 2007-ci ildən 2008ci ilin axırına kimi A1 blokunda birinci mərtəbəyə kimi beton işlərini gördüyünü, Asiflə birilikdə 2007-ci ilin əvvəlindən başlayaraq 2009-cu ilin sonuna kimi A1 və A2 bloku arasında ikisi yerin altında, dördü isə yerin üstündə olmaqla 6 mərtəbəli qeyri yaşayış sahəsini tikib bitirdiyini qeyd etmişdir. (ı cild, səh 212)
33. Hazırda isə X2 məhkəmənin sorğusuna cavab olaraq qeyd edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativində heç bir zaman payçı olmamışdır.
34. Lakin işdə olan Cavabdeh Mənzil Tikinti Kooperativi ilə alıcı İddiaçı arasında bağlanmış 15 avqust 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 2 mərtəbə 300 kv.m qaraj sahəsini “Alıcı”ya verməyi, “Alıcı” isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qaraj sahəsini dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürür. Müqavilə öhdəliyi iddiaçı tərəfindən icra edilmiş və 15 avqust 2008-ci il tarixli qəbzə əsasən qaraj sahəsinə görə İddiaçı tərəfindən Cavabdeh MTK-nın direktoru Hikmet Yigitdölə 300 000 AZN ödəniş edilmişdir.
35. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativində heç bir zaman payçı olmaması barədə cavabdehin dəlili əsassızdır.
36. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hökmdə tərəflər arasında bağlanmış15 avqust 2008-ci il tarixli müqaviləyə, habelə 300 kv.m qaraj sahəsinə ümumiyyətlə toxunulmur. Hökmdən müəyyən olunur ki, X2 ifadəsində 2009-cu il tarixdə 300 000 manat pulun verilməsi kimi halları qeyd etsə belə həmin halların hazırki işə aid olması müəyyən edilmir. Çünki hazırki mübahisə predmeti 300 kv.m qaraj sahəsinə görə bağlanmış15 avqust 2008-ci il tarixli müqavilə və həmin tarixdə edilmiş ödənişlə bağlıdır.
37. Bundan əlavə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/783 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, mülki işin 342-ci vərəqində Cavabdeh MTK ilə İddiaçı adından bağlanmış olan 29 sentyabr 2010-cu il tarixli Borc və İmtina müqaviləsinin aşağı sol tərəfində “İddiaçı” yazılarından yuxarıda yerləşən imza, 343-cü vərəqində Cavabdeh MTK ilə İddiaçı Vasif oğlunun adından bağlanmış olan 29 sentyabr 2010-cu il tarixli müqavilənin orta hissəsində “İddiaçı Vasif oğlu” yazılarında yuxarıda yerləşən və aşağı sol hissəsində “P.Asif” yazılarından yuxarıda yerləşən imzalar İddiaçı tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur.
38. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 4/1543 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, mülki işin 1-ci cildinin 342-ci vərəqində Cavabdeh MTK ilə İddiaçı adından bağlanmış olan xx.xx.2010-cu il tarixli Borc və İmtina müqaviləsinin aşağı sol tərəfində “İddiaçı” yazılarından yuxarıda yerləşən imzanın, 1-ci cildin 343-cü və 2-ci cildin 14-cü vərəqlərində Cavabdeh MTK ilə İddiaçı Vasif oğlunun adından bağlanmış olan xx.xx.2010-cu il tarixli müqavilədə (hər iki nüsxədə) “İddiaçı Vasif oğlu” yazılarından yuxarıda və müqavilənin aşağı sol hissəsində “P.Asif” yazılarından yuxarıda yerləşən imzaların İddiaçı tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin sözügedən müqaviləni aralarında pul öhdəlikləri ilə bağlı bağlanmasına istinad etməsi dəlili də əsassızdır. Belə ki, işdə olan 29 sentyabr 2010-cu il tarixli Borc və İmtina müqaviləsinin iddiaçı tərəfindən imzalanması öz təsdiqini tapmamışdır.
40. Kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında araşdırma zamanı müəyyən edilir ki, tərəflər arasında müqavilə ləğv edilməyib. Həmin qaraj binanın A1 girişində yerləşir. Cavabdehin təqdim etdiyi cizgi sxem iş materiallarına əlavə edilmişdir. Qeyri-yaşayış sahəsinin 250 kv.m olan hissəsi cavabdehin sahibliyində və istifadəsindədir. Cavabdeh digər 50 kv.m sahənin satıldğını qeyd etsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan müqavilənin bağlandığı zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsində qaraj ifadəsi birbaşa öz əksini tapmışdır. Normadan görünür ki, qaraj üçün pay haqqı tam verildikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edilir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. §21
42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının A1 girişi, 2 mərtəbə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddiası əsaslı olduğu üçün təmin edilməlidir.
43. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-54/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi qismən – “İddiaçı Cavabdeh MTK ilə bağladığı 15 avqust 2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 300.000 manat ödədiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının A1 girişi, 2 mərtəbə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 15 avqust 2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının A1 girişi, 2 mərtəbə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsi Cavabdeh MTK tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə verilməlidir.
44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-54/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi qismən – “İddiaçı Cavabdeh MTK ilə bağladığı 15 avqust 2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 300.000 manat ödədiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının A1 girişi, 2 mərtəbə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 15 avqust 2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının A1 girişi, 2 mərtəbə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsi Cavabdeh MTK tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş manat) manat Cavabdeh MTK-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev