Məhkəmə qərarları › İş №2(102)-2411/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2411/2023

23.08.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2411/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2411/23 (Açar sözlər: qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələbi) Bakı şəhəri 23 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun poz ulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-52/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Satıcı "xxxx" MMC ilə alıcı X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 11/7 saylı müqavilənə əsasən satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 174 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvıl verməyi, alıcı isə qeyri-yaşayış sahəsinin ümumi dəyəri 522000 manatı ödəməyı öz öhdəsinə götürmüşdür. 2. "Sahil-D Kompani” MMC tərəfindən verilmış maliyyə arayışınə əsasən ünvan 1 ünvanında yer ləşən ümumi sahəsi 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinın dəyəri payçı X13 tərəfindən tam ödənilmişdir və onun MMC -yə borcu yoxdur. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 21(82)2970/2017 saylı qərarına əsasən iddiaçı X6 iddıa tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən yerləşən, ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində iddiaçı X6 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsı vəzifəsı cavabdeh Azərbaycan Respublikası Əmlak X8 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə olunmuşdur.

4. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X9 məxsus Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə tərtib edilmiş **********44-05301-083001 reyester nömrəli texniki pasportun surətindən görünür ki, qeyri-yaşayış sahəsinin bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X20”ə baxır.

6. X3 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ № ***** ** saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya satmışdır. Müqavilə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-827 nömrə ilə qeydiyyatdan keçmişdir.

7. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Satıcı "xxxx " MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 87.0 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsini alıcının mülkiyyətinə verməyi, alıcı isə qeyri-yaşayış sahəsinin dəyəri 204885 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi məbləğin 94200 manatını satıcıya xx.xx.2013-cü il tarixinədək ödəyir. 9. xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən qeyd olunan mənzilin dəyəri "xxxx" MMC-yə ödənilmişdir və onun MMC -yə borcu yoxdur.

10. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-c ı məhəllədə yerləşən 2 saylı yaşayış binasında ümumi sahəsı 83.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 219 nömrəli reyestr kitabının 20585 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********66 saylı məktubun surətindən görünür ki, cavabdehin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsui, 1156 məhəllədə inşa edilmiş 2 sayiı binada yerləşən qeyri-yaşayış sahəsinə verilmiş sənədlərin araşdırılması barədə xx.xx.2018-ci il tarixli ********** saylı müraciətinə baxılmışdır. Araşdırma zamanı məlum o lmuşdur ki, digər vətəndaşa "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı və xx.xx.2017-ci il tarixli 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən xx.xx.2017-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən qeyri yaşayış sahəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Eyni zamanda, Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı, yerləşmə cizgisi və xx.xx.2018-ci il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən xx.xx.2018-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinə "xxxx" MMC tərəfindən təqdim olunmuş cizgiyə əsasən müraciət olunduğu tədqirdə texniki pasportda cari dəyişiklik aparılacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci inst ansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh Xasay oğluna qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (xx.xx.2018-ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X21”ə baxan 161,9 kv.m qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən törədilən ma neələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında 4 ədəd 24 mərtəbəli yaşayış binası inşa edilmiş və həmin binalar MMC-yə məxsusdur. Həmin binalardan 2 saylı binanın 1-ci mərtəbəsində, MMC-nin tərtib və təsdiq etdiyi eskiz layihəsi üzrə müqavilə əsasında 174 kv.m qeyri-yaşayış sahəsi X1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinə X10 adına xx.xx.2017-ci il tarixdə **********44-05301083001 reyester nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. xx.xx.2017-ci il tarixdə B akı şəhər 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin 174 kv.m (çıxarışa əsasən 161,9 kv.m.) qeyri-yaşayış sahəsi X13 tərəfindən ona satılmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən həmin qeyri-yaşayş sahəsinin mülkiyyət hüququna dair yeni ona çıxarış (xx.xx.2018-ci il tarixli, Seriya RX, № 1389339, qeydiyyat nömrəsi **********) və texniki pasport (**********44-05301-083001) verilmişdir. Həmçinin həmin qeyri-yaşayış sahəsinin altındakı sahədə onun tərəfindən alınmış və ona məxsusdur. Lakin Cavabdeh onun mülkiyyət hüququnu pozaraq həmin qeyri-yaşayış sahəsindən istifadə etməyə maneçilik törədir. Belə ki, cavabdeh heç bir qanuni əsas olmadan həmin ünvanda təmir işləri aparmağa cəhd göstərmiş və bun unla əlaqədar olaraq ora tikinti materialları toplamışdır. O bunu belə əsaslandırmışdır ki, həmin qeyri-yaşayış sahəsinin yarısı, yəni 87 kv.m qeyri yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarış və texniki pasporta (**********44-05301-083010) əsasən ona məxsusdur. Cavabdeh tərəfindən təqdim edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 6 ünvanında 24 mərtəbəli binanın 1-ci mərtəbəsində 83,7 kv.m qeyi-yaşayış sahəsi ona məxsusdur. Lakin texniki pasportda qeyri-yaşayış sahəsinin cizgisi göstərilsə də həmin sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsi və hansı tərəfə baxması konkret olaraq əksini tapmamışdır. "xxxx" MMC-nin səlahiyyətli şəxsləri cavabdeh Ş.X.Xasıyevə məxsus qeyri-yaşayış sahəsinin bi nanın digər hissəsində yerləşməsini dəfələrlə onlara bildirərək ona məxsus qeyri-yaşayış sahəsinin yerini dəqiq göstərmişlər. Ona məxsus qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, həmin sahənin konkret olaraq yerləşmə yeri göstərilməklə dəqiq cizgisi verilmişdir. Həmin cizgidə ona məxsus Fəzail Bayramov küçəsində yerləşən 161,9 kv.m qeyri yaşayış sahəsinin bir tərəfinin Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə Mərkəzinə, digər tərəfinin isə “X21”ə baxması göstərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh əsassız olaraq onun həmin daşınmaz əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr törətməklə mülkiyyət hüquqlarını pozur. Qeyriyaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə, mülkiyyət hüququnun pozulmasına d ərhal son qoyulmasına dair rəsmi məktubla cavabdehə müraciət edilsə də, bunun heç bir nəticəsi olmamışdır.

14. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, həm S.Bağırov, həm də İddiaçı aid çıxarışlarda qeyri-yaşayış sahəsinin ünvanı “ünvan 7vabdeh Ş.Xasiyev Bakı şəhəri, Xətai rayonu, F. Bayramov küçəsi. 1156-cı məhəllə, 2-ci binada yerləşən qeyriyaşayış sahəsini "xxxx" MMC ilə bağladığı 13.08.13-cü il tarixli müqavilə əsasında əldə etmiş, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə qeydə alınmış və qeyri-yaşayış sahəsinin ünvanı “ünvan 8 Bağırov və İddiaçı müvafıq çıxarışlar verilərkən qeyri-yaşayış sahəsinin yerləşmə cizgisi mövcud olmamışdır. Belə ki, S. Bağırov və “Sahil-D Kompani" MMC arasında bağlanmış xx.xx.2 013-cü il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi, yerləşmə cizgisi göstərilməmişdir; yəni S.Bağırova satılan sahənin binanin daxilində yerləşmə yeri fərdiləsdirilməmisdir. "xxxx" MMC ilə onun arasında bağlanmış müqavilədə isə ona satılmış qeyri-yaşayış sahəsinin yerləşmə cizgisi göstərilmişdir. Yəni sahənin 2 saylı binanın hansı tərəfındə yerləşdiyi öz əksini tapmışdır. Təsadüfi deyildir ki, DƏDRX tərəfındən ona çıxarış verilərkən həmin sənəd də diqqətə alınmışdır. Bir sözlə, ona məxsus qeyri-yaşayış sahəsinin 2-ci binadakı yeri fərdiləsdirilmisdir. İddiaçı analoji tələblə Nərimanov rayon məhkəməsinə müraciət etmiş, aidiyyət barəsində ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfındən mülki iş Xətai rayon məhkəməsinə göndərilmişdir. İşin gedişində, iddiaçı ərizə v erərək cavabdehdən 500 manat mənəvi zərər tələb etmişdir. İddianın predmetini dəyişdirməsini onunla əsaslandırmışdır ki, guya iddiaçıya aid olan mübahisəli daşınmaz əmlak barəsində məlumatlar yaymaqla ona mənəvi zərər vurur. Xətai rayon məhkəməsinin 2(011)-6345/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə isə iddia rədd edilərək müəyyən edilmişdir ki, əmlaklar fərqli ünvanlarda yerləşir, mübahisələndinlən əmlak həmin ünvandakı 2 saylı binanın birinci nərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Bununla belə, mübahisəli əmlakla əlaqədar iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsində cavabdehin təqsiri, hdmçinirı həmin əmlaka cavabdehin mülkiyyət hüququnu istisna edən hallar məhkəmə tərəfındən müəyyən olunmadi". İddiaçı neqator tələb irəli sürsə də, bu növ i ddianın şərtlərinin mövcudluğu müəyyən edilmir. Bu növ iddianı irəli sürən iddiaçı əşyanın mülkiyyətçisi olduğunu və mülkiyyət hüququna qanunsuz müdaxilə edildiyini sübut etməlidir. Lakin iddiaçı belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materialları ilə tamamilə əksi sübut olunur. Ona görə ki, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi fərdiləşdirilmişdir. Bir sözlə, cavabdehin iddiaçıya məxsus sahəyə hər hansı müdaxiləsindən söhbət gedə bilməz. Diqqət edilməlidir ki, mübahisəli qeyri-yaşayış sahəsinin onun qanuni mülkiyyətində olması artıq qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiqlənib. Yəni həmin iş üzrə müəyyən edxlmiş hal - qanuni m ülkiyyətdə olma, hazırki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. İddiaçının yeganə istinad etdiyi sübut- texniki pasport qeyri-mötəbərdir. Texniki pasportun nəyin əsasında tərtib edildiyi isə, işdəki sənədlərdən aydın olmur. "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin yerləşdiyi bina və binadakı yeri konkret olaraq/eskiz şəklində göstərilmiş və MMC-nin direktoru tərəfındən imzalanmışdır. Məsələ ondadır ki, MMC-nin hazırki direktoru olan A.Hüseynov bu müqaviləni birtərəfli qaydada dəyişə bilməz, yəni “Ş. Xasiyevə məxsus qeyri-yaşayış sahəsi 2 saylı binanın fərqli tərəfındə yerləşir” deyə bilməz.

15. Məhkəmə iclasında üçüncü şəxs X4 izahat verərək göstərdi ki, iddiaçının iddia tələbi əsaslıdır. Mübahisəli əmlakın yerləşdiyi ərazinin quruluşundan da, müəyyən edilir ki, həmin ərazidə qeyri-yaşayış sahəsinin yalnız 174 kv.m-dən ibarət olan sahə kimi satılması mümkündür. Qeyri-yaşayış sahəsi Cavabdeh iddia etdiyi kimi məhz həmin yerdə ona 87 kv.m-dən ibarət olan əmlak kimi satılmiş olsaydı, Binanın yeraltı qarajının girişçıxışının yerdə qalan 87 kv.m-dən ibarət olan ərazinin altına düşməsi səbəbindən, digər sahənin Binanın kənarına heç bir çıxışı olmamaqla ətrafdan təcrid olunmuş olardı. Bu baxımdan da, iddia edilən ərazidə sahəsi 174 kv.m-dən az olan qeyri-yaşayış sahəsinin satılması mümkün deyildir.

16. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi i darəsinin nümayəndəsi X11 izahat verərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, iddiaçının sənədlərindən açıq-aydın görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X20”ə baxan qeyri-yaşayış sahəsi X9 məxsus olmuş, İddiaçı alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı Səhlab Bağırovdan əldə etmişdir. Sənədlərdən görünür ki, mübahisəli sahə İddiaçı məxsusdur. Cavabdeh verilmiş texniki pasportda yanlışlığa yol verilmişdir.

17. Məhkəmə tərəfindən mübahisəli ərazidə yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, Bakı şəhəri, Fəz ail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 174 kv.m-dən ibarət olan mübahisəli sahə bir tərəfdən Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfdən isə “X20”ə baxır. Mübahisəli əmlakın yerləşdiyi ərazinin quruluşundan müəyyən edilir ki, Cavabdeh iddia etdiyi 87 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin altındakı mərtəbədə qeyri-yaşayış sahəsi mövcuddur, həmin sahə ilə qonşuluqda olan 87 kv.m-dən ibarət olan sahənin altında isə Binanın yeraltı qarajının giriş-çıxışı yerləşir və bu sahənin Binadan kənarına çıxışı mövcud deyildir.

18. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(011)467/2020 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (xx.xx.2018- ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə Mərkəzinə, digər tərəfi isə “X20”ə baxan 161,9 kv.m qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarınının həyata keçirilməsinə Cavabdeh Xasay oğlu tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı z amanı araşdırılmış sübutlarla Bakı şəhəri, Fəzail Bayramov kuçəsı. 1156 unvanında yerləşən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsındə yerləşən ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X20”ə baxan qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat

20. Cavabdeh Xasay oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş № 2(103)-5547/2020) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Fəzail Bayramov kuçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsındə yerləşən ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X20”ə baxan qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi hesab e tmişdir ki, iddia tələbi əsaslıdır, ona görə, iddia yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29, 60-cı maddəsinə, Mülki Məcəlləsinin 139-1.1.4, 139-1.1.6, 146.8, 152.1, 157.2, 121-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 2.1, 4.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Cavabdeh Xasay oğlu apellyasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2973/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (məruzəçi), İ.Şəfiyev və İ.Dəmirov ) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.

27. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, S.Bağırov və İddiaçı daşınmaz əmlaka çıxarışlar verilərkən qeyri-yaşayış sahəsinin yerləşmə cizgisi mövcud olmamış, S.Bağırovla 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi cizgisi göstərilməmiş, müvafiq sahənin binanın daxilində yerləşmə yeri fərdiləşdirilməmişdir. Bunun əksinə isə Cavabdehlə müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsini əks etdirən cizgi tərtib olunmuşdur.

28. Həmçinin İddiaçı baxılan işdə irəli sürülmüş eyni tələblə əvvəllər məhkəməyə müraciət etmiş, məhkəmə baxışını gedişində o sonradan iddia tələbini dəyişdirmiş və cavabdedən 500 manat məbləğində mənəvi zərər tələb etmişdir. Həmin iş üzrə qanuni qüvvəsini almış və eyni tərəflər arasında olan mülki iş üzrə müəyyən edilmişdir ki, tərəflərin iddia etdiyi qeyri-yaşayış sahəsi fərqli ünvanlarda yerləşir və mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi həmin qətnamə ilə müəyyən olunmuş və baxılan iş üçün əhəmiyyəti olan hallara qiymət verməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin baxılan iş üçün preyudisial əhəmiyyətə malik olub-olmamasını qiymətləndirməmişdir.

29. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən mübahisə predmetinə edilən maneənin aradan qaldırılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı olduğu halda iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri baxımından əmlakın onun mülkiyyətində olan sahə olmasını və əmlakın cavabdehin qanunsuz sahibliyində olmasını sübut etməli, bundan sonra isə müəyyən olunmuş bu hallara istinad etməklə məhkəmə cavabdehin qanunsuz olaraq istifadə etdiyi sahədən çıxarılması tələbinin qanuniliyinə qiymət verməli idi. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etmədən əmlakın iddiaçıya məxsus ola n əmlakla eynilik təşkil etməsi nəticəsinə gələrək cavabdehin sahibliyinin qanunsuz olmasını müəyyən etmişdir. Bu zaman isə məhkəmə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X9 məxsus ünvan 1-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsi 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə tərtib edilmiş **********44-05301-083001 reyester nömrəli texniki pasportda olan məlumatlara əsaslanaraq iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X20”ə baxmasına istinad etmişdir. Göründüyü kimi iddiaçı hüquqmüəyyənedici sənəd hesab etdiyi texniki pasporta istinad edərək Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasını göstərir.

30. İşə baxan apellyasiy a instansiyası məhkəməsi texniki pasportun verilməsinə əsasən olan reyestr qeydinin aparılmasına əsas olan sənədləri tam tədqiq (müvafiq olaraq müqaviləyə əlavə olaraq plan sxemlərinin olmasını aydınlaşdırmalı) etməli və bundan sonra qeyri-yaşayış sahəsinin yerini aydın edərək iddiaçıya və ya cavabdehə aid olan qeyri-yaşayış sahəsi olmasını müəyyən etməli idi. Cavabdeh tərəfin kassasiya şikayətində göstərdiklərindən aydın olur ki, işə baxan məhkəmə tərəfindən reyestr qeydiyyatına əsas olan sənədlər alınmış, həmin sənədlər içərisində İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin fərdiləşdirilməsinə dair sənəd mövcud olmamışdır. İşə baxan apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin bu dəlilinə qiymət verməmiş və belə bir sənədin olub-olmamasını aydınlaşdırmamışdır.

31. Məhkəmə kollegiya sı qeyd etmişdir ki, texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir. Texniki pasport texniki sənəd kimi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.1.1.2, 6.1.4 və 6.2-ci maddələrində göstərilmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbləri baxımından 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqları şəhadətnamələr, qeydiyyat vəsiqələri və sair sənədlərlə öz təsdiqini tapmalıdır. Burada texniki pasport texniki sənəd olduğu üçün daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir.

32. M əhkəmə kollegiyası həmçinin işdə olan Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna(iş v.201, 1-ci cild ) istinad edərək göstərmişdir ki, "xxxx" MMC-in təsisçisi X7 və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmış və aparılmış istintaq zamanı Cavabdeh tərəfindən qanuni əsaslarla alınmış və məzmununa heç bir təhrif olunmadan "xxxx" MMC ilə arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında ünvan 10 ünvanında inşa olunan 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 87 v.m olan qeyri-yaşayış sahəsinin sonradan ayrı-ayrı vaxtlarda saxta sənədlərə, o cümlədən X5 "xxxx" MMC-in direktoru olmadığı halda imzaladığı xx.xx.2006-cı il tarix li müqavilə, həmin tarixli kassa mədaxil qəbzi və xx.xx.2013-cü il tarixli 11/7 saylı müqavilə, həmin tarixli maliyyə arayışı ilə faktiki olaraq iki halda məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib olunmuş eyni məzmunlu qeyri yaşayış sahəsinin ünvanı, sahəsi, qiyməti və s. sənədlərlə X6 adına sənədləşdirilməsi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi baxılan iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş həmin sübuta ümumiyyətlə qiymət verməmiş və baxılan işin halları baxımından hansı hissələr üzrə əhəmiyyətinin olması müəyyən edilməmişdir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Apellyasiya instansiyası məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə, ünvan 11 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının 1-cİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmiş, iş üzrə Cavabdeh oğiuna məxsus qeyri- yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquq-müəyyənedici qeydiyyat və tikintiarxitektura sənədləri üzrə tədqiq olunan qeyri-yaşayış sahələrinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı gö stərdiyi sahənin bütünlüklə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsi ilə üst-üstə düşdüyü, Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar tikinti- texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəy ilə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 11 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtəb olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. İş üzrə Cavabdeh məxsus qeyri- yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquq-müəyyənedici qeydiyyat və tikinti-arxitektura sənədləri üzrə tədqiq olunan qeyri-yaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı göstərdiyi sahənin bütünlüklə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsi ilə üst-üstə düşdüyü, Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı məxsus qeyri-yaşayış sahəsi i lə üst-üstə düşdüyü təqdirdə, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5832/2022 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

36. Apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişləri ilə bağlı qeyd etmişdir ki, kassasiya instansiyası iddiaçının və cavabdehin fərqli ünvanlarda yerləşməsinin sübuta yetirildiyini artıq qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi müəyyən edildiyini qeyd etsə də, formalaşm ış qənaətinin nəticəsin hasil etməmiş və işin mahiyyəti üzrə araşdırılması üçün apellyasiya instansiyasının mülki kollegiyasına göndərsə də, dəqiq göstərişlər verməyərək, özünəməxsus formada qiymət verdiyi sübutlara qiymət verilməsi üçün yenidən araşdırma göstərişi vermişdir.

37. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, digər mülki iş üzrə tələb mənəvi ziyanla bağlı olmuş, o işdə ekspertiza tədqiqatı aparılmamış və hər iki tərəfin əmlaklarının dövlət qeydiyyatı əsasları inzibati məhkəmələrin qərarlarıyla təsbit edilmişdir. Dövlət reyestrinin prezumpsiyası qeydlərin hazırkı prosedur çərçivəsində müzakirə edilməsinin yolverilməzliyini müəyyən edir və məlum məsələdir ki, mərzçəkmə və texniki inventarlaşdırılmanın aparılma salahiyyətləri müvafiq icra hakimiyyəti orqanının qurumlarına aid oldu ğu halda tərəflər bu işlərin aparılması üçün sənədləşdirməni aparan orqana deyil, məhz məhkəməyə müraciət etmişlər. Məhkəmənin səlahiyyətlərinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq araşdırmanın yalnız müvafiq ixtisaslı biliyə malik olan şəxslərin aparılması zərurətindən irəli gələrək məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, ünvan 11 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. İş üzrə Cavabdeh məxsus qeyri- yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri-ya şayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquq-müəyyənedici qeydiyyat və tikinti-arxitektura sənədləri üzrə tədqiq olunan qeyri-yaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı göstərdiyi sahənin bütünlüklə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsi ilə üst-üstə düşdüyü, Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmşdir. Bu halların təkzib edilməsini müəyyən edən və ekspert rəyinin mötəbərliyini şübhə altına alan xüsusatlar müzakirəyə təqdim edilməmişdir. Bundan əlavə, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya bu yöndə vəsatət müzakirəyə təqdim edilməmişdir.

21. Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, cavabdehin əmlakının qeydiyyatının qeyri-dəqiqliyi qeydiyyatı aparan orqanın məsuliyyətinə aiddir. Hazırki mübahisə üzrə diqqətə çatdırılmalıdır ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu iş üzrə cavabdehə münasibətdə sübuta yetirilsə də, qeydiyyatın düzgün aparılmaması ilə bağlı tərəflər inzibati orqanın aktından, hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3-cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin əmlakının qeydiyyatının qeyri-dəqiqliyi qeydiyyatı aparan orqanın məsuliyyətinə aiddir. Müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yara dan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, ekspert rəyləri müəyyən edilən hallar (ziddiyyətlər) məhz müvafiq icra hakimiyyətinin səlahiyyətlərini əhatə edir. Hazırki iş üzrə isə yalnız tərəflər arasında olan münasibətlərin müzakirəsi aparılmış və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

40. Şikayət iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə heç bir hüquqi əsas gətirmədən cavabdehi qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüq uqundan məhrum etmişdir. Nəticə etibarı ilə, növbəti maddi hüquq pozuntusuna yol verilmişdir. Məhkəmə, işə baxarkən qərəzli olmuşdur. Belə ki, ilkin və təkrar ekspertizanın təyin edilməsindəki məqsəd iddiaçının əsassız tələblərinə “hüquqi zəmin” yaratmaq olmuşdur. Başqa sözlə, qanuni qüvvəyə minmiş məhkəmə aktının və Ali Məhkəmənin göstərişlərinin imperativliyindən yan keçmək məqsədilə guya ekspert tədqiqatı keçirilmiş və cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsini zəbt etdiyi müəyyənləşdirilmişdir. Necə olubsa, ekspert yalnız iddiaçının texniki pasportunu oxuya bilib, cavabdehin texniki pasportu yəqin ki, fərqli dildə yazılıbmış?! Digər tərəfdən, ən azı 5 dəfə həmin qeyri-yaşayış sahəsində yerli baxışda iştirak edilib. Cavabdehin texniki pasportunda göstərilən qeyri-yaşayış sahəs inin onun mülkiyyətində olan, faktiki sahiblik və istifadə etdiyi sahə olduğunu müəyyənləşdirmək üçün ciddi texniki biliyə də ehtiyac yoxdur. İstənilən vəkil, hakim bunu asanlıqla özü müəyyən edə bilər. Məhkəmə heç bir əsas olmadan hazırkı iş üzrə iki dəfə ekspertiza təyin etmişdir. Bunun üçün heç bir əsasın olmamasına dair dəlillərimizi yazılı şəkildə məhkəmənin diqqətinə çatdırmışdıq. Ancaq məhkəmə özü-özünü inkar etmişdir. Belə ki: hazırkı iş üzrə ilk dəfə təyin edilən ekspertiza tədqiqatı üzrə tərtib edilmiş 11 may 2022-ci il tarixli rəylə təkrar ekspertiza tədqiqatı üzrə tərtib edilmiş rəy eyni məzmunludur. Deyəsən, ekspert X.İsgəndərov “təkrar“ sözünü əvvəlki ekspert rəyini olduğu kimi “kopyalamaq” mənasında başa düşüb. Halbuki Bakı Apellyasiya Məhkəməsi MK-nın (sədrlik edən F.Talışı nski, hakimlər R.Eyvazov və Vəkil2) 2(103)-292/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdi ki, “İzah edilməlidir ki, tərəflərin mülkiyyətində olan sahələrinin ilk növbədə rəsmi sənədlərə əsasən yerləşməsi müəyyən edilməli və ondan irəli gələrək suallar əhatəli şəkildə cavablarılmalıdir”. Ekspert bu yöndə heç bir tədqiqat aparmamışdır. Əvvəlki rəyi eynilə köçürməklə kifayətlənmişdir. Hərçəndki, MPM-in 102.2-ci maddəsinə görə, “Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər“. Göründüyü kimi, təkrar ekspertizanın təyinatı zərurəti ilkin ekspertiza rəyinin qeyri-mötəbərliyindən doğur. Bu məna da, təkrar ekspertiza ilkin ekspertiza rəyinin eynilə köçürülməsindən ibarət olmamalıdır. Əgər ibarət olubsa, onda onun özü də ən azı ilkin ekspert rəyi qədər qeyri-mötəbərdir. Maraqlıdır, ilkin ekspert rəyini qeyri-mötəbər hesab etdiyi üçün qəbul etməmiş apellyasiya məhkəməsi həmin rəyin eynisi olan təkrar ekspert rəyini mötəbər qəbul etmişdir. Bu isə, açıq-aşkar kobud prosessual pozuntudur. b)

41. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edən dən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 43. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətin də qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq və iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərini icra etməyərək, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.

50. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə təkrar baxan apellyasya məhkəməsi əvvəlki kassasiya instansiya məhkəməsinin işin düzgün həllinə yönələn göstərişlə rini dəqiq icra etmək əvəzinə, həmin göstərişləri tənqid edərək, kassasiya instansiyasının mülki kollegiyasının formalaşmış qənaətinin nəticəsin hasil etməməkdə və işi mahiyyəti üzrə araşdırılması üçün apellyasiya instansiyasının mülki kollegiyasına göndərsə də, dəqiq göstərişlər verməyərək, özünəməxsus formada qiymət verdiyi sübutlara qiymət verilməsi üçün yenidən araşdırma göstərişi verdiyini göstərmişdir.

41. Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsinin göstərişlərində işə baxmanın hədlərindən kənara çıxma, öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verilməmişdir. Əksinə apelyasiya məhkəməsinin diqqəti işdə mövcud olan və məhkəmələr tərəfindən qiymətləndirilmədən kənarda qalan sübutlara yönəldilərək, onların Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirilməli olması göstərilmiş, məhkəməni işin düzgün həllinə istiqamətləndirərək iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri baxımından araşdırılmalı olduğunu, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın formada izah etmişdir.

43. Kassasiya instansiya məhkəməsi təkrarən qeyd edir ki, iddianın qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu 3 şərtdən birinin mövcud olmaması iddianın təmin edilməsini istisna edir.

45. İddiaçı müqaviləyə, çıxarışa və texniki pasporta istinad edərək mülkiyyətində olan 169 kv. m qeyri-yaşayış sahəsinin 87 kv.m-nin cavabehin qanunsuz istifadəsində olduğunu iddia edir. Cavabdeh isə iddiaya qarşı etirazında, apellyasiya şikayətində müqaviləyə, müqaviləyə əlavə edilmiş yerləşmə cizgisinə, mülkiyyət hüququna dair çıxarışa və texniki pasporta istinad edərək, faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin ona aid olduğunu bildirir.

46. İşdən görünür ki, S.Bağırov və İddiaçı daşınmaz əmlaka çıxarışlar verilərkən qeyri-yaşayış sahəsinin müqaviləsinə əlavə edilmiş yerləşmə cizgisi mövcud olmamışdır. S.Bağırovla 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi cizgisi göstərilməmiş, müvafiq sahənin binanın daxilində yerləşmə yeri fərdiləşdirilməmişdir. Bunun əksinə isə Cavabdehlə müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsini əks etdirən cizgi tərtib olunmuş və müqaviləyə əlavə edilmişdir. Hər iki tərəfin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır Həmin qeydlər əsasında verilmiş iddiaçının texniki pasportunda qeyriyaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yeləşdiyini göstərən situasiya planı əks olunsa da, cavabdehə verilmiş texniki pasportda pasportunda qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yeləşdiyini göstərən situasiya planı əks olunmamışdır.

47. Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin əvvəlki qərarında göstəriş verilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi texniki pasportların verilməsinə əsas olan reyestr qeydinin aparılmasına əsas olan sənədləri tam tədqiq (müvafiq olaraq müqaviləyə əlavə olaraq plan sxemlərinin olmasını aydınlaşdırmalı) etməli və bundan sonra qeyri-yaşayış sahəsinin yerini aydın edərək iddiaçıya və ya cavabdehə aid olan qeyri-yaşayış sahəsi olmasını müəyyən etməli idi.

48. Təkrar işə baxan apellyasiya məhkəməsi tərəfindən bu göstərişin icra edilməsi məqsədilə müvafiq hüquq-müəyyənedici qeydiyyat və tikinti-arxitektura sənədlərinə əsasən iddiaçı və cavabdehə aid qeyri-yaşayış sahələrinin mövcudluğu, ünvanların eyniliyi, üst-üstə düşməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və DƏDRX_nin 1 saylı Bakı ərazi idarəsinə ünvan 1-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkə zinə, digər tərəfi isə “X20”ə baxan 161,9 kv. m qeyri-yaşayış sahəsinin ünvanların müəyyənedici və tikinti-arxitektura sənədlərinə dair ətraflı məlumatların məhkəməyə təqdim edilməsi barədə sorğular verilmişdir.

49. Həmin sorğulara cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi həmin sahənin ünvanının ünvan 13, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə Bakı şəhəri Xətai r-nu F.Bayramov küçəsi 1156 məhəllədə inşa edilən yaşayış kompleksinin işçi layihəsini və 2 və 4 saylı binaların 1-ci mərtəbəsinin planını məhkəməyə göndərmişdir. (i.v.319, 321 1-ci cild)

50. Həmin sənədlər ekspertizanın keçirilməsi üçün ekspertə təqdim edilmişdir. Lakin işdə olan xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert yalnız tərəflərin texniki pasportlarına istinad edə rək, iddiaçının texniki pasportunda sahənin konkret binanın hansı hissəsində yerləşməsinin göstərilməsinə istinad edərək, həmin qeyriyaşayış sahəsinin iddiaçının texniki pasportunun məlumatlarına uyğun olduğunu, cavabdehə məxsus sahənin texniki pasportunda onun planlı yerləşməsi əks olunmadığından həmin sahənin binanın hansı hissəsində yerləşməsini müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Həmin ekspert rəyi ilə razılaşmayan məhkəmə kollegiyası təkrar ekspertiza təyin etmiş və göstərmişdir ki, ekspert rəyi üzrə müvafiq hüquq-müəyyənedici qeydiyyat və tikinti-axitektura sənədlərinə əsasən iddiaçıya və cavabdehə aid qeyri-yaşayış sahələrinin mövcudluğu, ünvanlarının eyniliyi, üst-üstə düşməsinin müəyyən edilməməsi mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkünsüz edir. İş üzrə müv afiq sənədlər əldə edilmiş və çatışmayan sənədlərin təqdim edilməsi üzrə vəsatət verilmədən qeyri-müəyyən nəticəyə hansı əsasla gəlməsi aydın deyil. İzah edilməlidir ki, tərəflərin mülkiyyətində olan sahələrinin ilk növbədə rəsmi sənədlərə əsasən yerləşməsi müəyyən edilməli və ondan irəli gələrək suallar əhatəli şəkildə cavablandırılmalıdır. Lakin xx.xx.2022-ci il tarixli təkrar məhkəmə tikinti-texniki ekspertizası rəyi əvvəlki rəylə eyni məzmunlu olmuş, ekspert binaya yerli baxış keçirilməsindən başqa digər heç bir vəsatət verməmişdir. Apellyasiya instansiya məhkəməsi isə təkrar ekspertiza təyin etməsinə əsas olan hallara əhəmiyyət verməyərək, artıq sonuncu ekspert rəyini mötəbər rəy kimi qəbul etmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqil iyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi“, “müstəsna“sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

52. Məhkəmə kollegiyası hesab edir ki, təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin edilməsi barədə qərardadda göstəri lənlərə əməl etməyən ekspert rəyini mötəbər sübut qəbul etməklə, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə tam əməl etməmiş, natamam ekspert rəyinə istinad etməklə cavabdehin apellyasiya şikayətinin dəlillərinin tam və hərtərəfli araşdırmamaqla, onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Halbuki cavabdehin texniki pasportunda göstərilən 87 kv.m sahənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri Xətai r-nu F.Bayramov küçəsi 1156 məhəllədə inşa edilən yaşayış kompleksinin 2 saylı binasının 1-ci mərtəbəsinin planına əsasən binanın hansı hissəsində yerləşdiyini müəyyən etmək məhz məhkəmə tikinti-texniki ekspertinin xüsusi bilik sahəsinə aid olmaqla, təkrar ekspertizanın səlahiyyətinə aid olan məsələ olmuş, ekspert həmin məsələni aydınlaşdırmaqdan yayınmışdır.

53. Məhkəmə kollegiya xüsusilə qeyd edir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin hər iki tərəfə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş sənədlərdə əks olunan eyni sahə olub-olmamasının müəyyən edilməsi hazırki iddianın həll edilməsi üçün əhəmiyyətli haldır. Belə ki, əgər eyni sahə hər iki tərəfin əmlakı kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdırsa, bu hal artıq iddianın qanuni əsası olan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin birini, yəni əmlaka sahibliyin qanunsuz olduğunu istisna edən haldır. Belə olan halda, artıq tərəflər həmin sənədləri onları verən inzibati orqana qarşı mübahisələndirməlidirlər.

54. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onları n mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, qanunvericiliyin tələblərinə cavab verməyən ekspert rəyinə istinad edərək qətnamə qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessu al qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

56. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar mövcud deyildir.

57. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hü quq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-52/2023 nömrəli iş üzrə 13 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar