Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2123/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: “müqavilənin və nəticələrinin etibarsız hesab edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC və İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-178/2024 nömrəli iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli 207 nömrəli maliyyə arayışına əsasən sonuncu Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödəyib və şirkətə borcu yoxdur.
2. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümum i sahəsi 124 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi mağaza alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən yaşayış sahəsini 124 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 3000 manat olmaqla, müqavilənin ümumi məbləği 372000 manatdır.
3. Cavabdeh1 MMC ilə təsisçi X50 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 2 saylı çox mənzilli yaşayış binasının 1-ci mərtəbəsində (küçəyə baxan tərəf) yerləşən vətəndaş İddiaçı alğı-satqı qaydasında satılmış ümumi sahəsi 114 kv.m. -dən ibarət olan qeyri-yaşayış obyektinin planı Cavabdeh1 MMC təsisçisi Maksim Zeynalov tərəfindən imzalanmışdır.
4. Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən sonuncu Yasamal rayonu Talıbl ı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödəyib və şirkətə borcu yoxdur.
5. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 126 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi mağaza alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən yaşayış sahəsini 126 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 1500 manat olmaqla, müqavilənin ümumi məbləği 189000 manatdır. Müqavilə Cavabdeh1 MMC-nin direktoru "Məmmədov E.A” imzalanmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021 -ci il tarixli ******** **07 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi, 114,4 kv/m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən verilmiş, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixi, 7E-2771 reyesir nömrəli azalma ərizəsinə, "X78” MMC tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli maliyyə arayışına, xx.xx.2014-cü il tarixli müqaviləyə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatı İqtısadı Məhkəməsinin xx.xx.2017- ci il tarixli, 2-1(81)-6105/2017 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak 1 saylı Bakı "ASAN xidmət mərkəzində” notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 4Ə-111 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 7. xx.xx.2018-ci il tarixli ******* nömrəli çəxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən 114,4 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/751 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir: «Meqa Siti» ilə Cavabdeh2 arasında Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasənda ümumi sahəsi 126 kv.m. -dən ibarət qeyri-y aşayış (mağaza) sahəsinə dair xx.xx.2014-cü il tarixli müqavilədə "7. Tərəflərin imzaları” hissəsində "Direktor: Məmmədov E.A” yazılarının qarşısındakı imza X42 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ünvan 4 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 114,4 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış 2014-cü il tarixli alğı-satqı müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "X78” MMC-dən 05 mart 2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında ünvan 4 ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 1-c i mərtəbəsində ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsini sahibliyinə almışdır. Belə ki, "X78” MMC-yə bu qeyri-yaşayış sahəsinin hər kv.m üçün 3000 manat, ümumi məbləğ 372000 manat ödənilməklə almışdır. Cavabdeh "X78” MMC-nin bu sahəni ona satmağına baxmayaraq, sahibliyinə və istifadəsinə maneələr yaratdığı və bu MMCdə şikayətlərin olduğunu bildiyi üçün sahiblik və istifadə hüququnun müdafiəsi bu sahənin ona təhvil verilməsi məhkəməsində iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-678/2021 qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdeh "X78” MMC-nin inşa etdiyi 1 saylı binanın birinci mərtəbəsində, ümumi sahəsi 124 kv/m-dən ibarət olan mağazaya sahiblik və istifadə hüquqları tanınmış, maneələrin arad an qaldırılaraq, bu mağazanın ona, yəni İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "X78” MMC-yə həvalə edilmişdir. Binanın tikintisinin 2019-cu ildə davam etməsi ilə bağlı həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmışdır. Hazırda bu sahə təyinatı üzrə sahibliyində və istifadəsindədir. "X78” MMC-nin hazırkı işlərini aparan təsisçilər ona bildirirlər ki, "X78” MMC ilə aralarında bağlanılmış 05 mart 2013-cü il tarixli müqavilə ilə o bu qeyri-yaşayıs sahəsinin ilkin alıcısıdır. Cavabdeh3 bildirir ki, bu əmlakı pul vəsaiti hesabına Cavabdeh2 əldə etmiş, reyestr çıxarışı xx.xx.2019-cu il tarixdə onun adına verilmişdir. "X78” MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, bina 1-də yerləşən, qeyri-yaşayış sahəsinin vətəndaş Cavabdeh2, öz növbəsində Cavabdeh 2 Cavabdeh3 mübahisələndirilən sahəni alğı-satqı edilməsi ilə bağlı ilkin müqavilələr haqqında arayış verilməsini və yaxud bu müqavilələrin MMC-də saxlanılan surətlərinin verilməsi barədə sorğularına cavab verilməmişdir. Cavabdehin Apellyasiya Məhkəməsinə sahiblik və istifadə hüququnun tanınması haqqında Yasamal rayon Məhkəməsinin qətnaməsindən verdiyi şikayətdən belə aydın olur ki, bu mübahisələndirilən qeyri-yaşayış sahəsi vətəndaş Cavabdeh2 tərəfindən 2014-cü ildə "X78” MMC-dən alınmış, sonradan isə reyestr çıxarışı alınmaqla, notarial qaydada Cavabdeh3 adına alğı-satqı edilməklə keçmişdir. İddiaçı təqdim etdiyi müqavilədən bəlli olur ki, mübahisələndirilən mağazanın sahəsi 124 kv.m olmaqla, alğı-satqı 05 mart 2013-cü il tarixdə tərəflərin imzası və satıcının möhürü ilə rəsmiləşdirilmiş dir. Həmin müqavilənin 2.2-ci bəndində isə alıcı İddiaçı alğı-satqı aparılan 05 mart 2013-cü il tarixə bu dəyərini 100%, yəni 372000 manat ödəməklə, mağazanın sahibliyinə aldığı təsdiq edilir. ”X78” MMC ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışından, cizgi-plandan bəlli olur ki, ilkin olaraq ona, İddiaçı satılmış sahə, təkrar ikinci dəfə Cavabdeh2 2014-cü ildə satılmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh "Meqasiti Holdinq MMC”-nin ünvan 4 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdirlər ki, iddia ərizəsində göstərilən, onlara məxsus (onların müqaviləsi xx.xx.2013 tarixində və maliyyə arayışı xx.xx.2014 tarixli qeyri-yaşayış sahəsi məlum olmayan ünvanda göstərilmişdir) müqavilə saxtadır, əsas səbəb də ondan ibarətdir ki, onların müqaviləsi konkret olaraq onların əmlakının ünvanı müqavilədə göstərilərək, daşınmaz əmlakda onların adına çıxarış verilmişdir, ancaq onlar qeyri-yaşayış sahəsinin qanunsuz olaraq zəbt edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi (xx.xx.2021-ci il) tərəfindən xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilərək və hal-hazırda araşdırılmasına başlanmışdır. Qeyd edilənlərin nəzərə alınmasını v ə iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "Meqasiti Holdinq MMC”-nin ünvan 4 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Məhkəmə müəyyən etdi ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013cü il tarixli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 124 kv.m. ibarət olan qeydi-yaşayış sahəsi mağaza sonuncuya satılmışdır. Qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 3000 manat olmaqla, müqavilənin ümumi məbləği 372000 manat müəyyən edilmişdir. Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli 207 nömrəli maliyyə arayışında sonuncu Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi mağazanın dəyərini tam ödədiyi və şirkətə borcu olmadığı qeyd edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 126 kv.m. ibarət olan qey di-yaşayış sahəsi mağaza sonuncunun mülkiyyətinə verilmişdir. Həmin müqaviləyə əsasən yaşayış sahəsini 126 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 1500 manat olmaqla, müqavilənin ümumi məbləği 189000 manat müəyyən edilmişdir. Müqavilə Cavabdeh1 MMC-nin direktoru “Məmmədov E.A” imzalanmışdır. Yasamal rayonu Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 kv.m. ibarət olan qeyriyaşayış sahəsi mağazanın dəyərini tam ödənilmiş və Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, «Meqa Siti» ilə Cavabdeh2 arasında Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasənda ümumi sahəsi 126 kv.m. -dən ibarət qeydi-yaşayış (mağaza) sahəsinə dair xx.xx.2014 -cü il tarixli müqavilədə “7. Tərəflərin imzaları” hissəsində “Direktor: Məmmədov E.A” yazılarının qarşısındakı imza X42 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı Cavabdeh1 MMC ilə təsisçi X50 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013- cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 saylı çox mənzilli yaşayış binasının 1-ci mərtəbəsində (küçəyə baxan tərəf) yerləşən vətəndaş İddiaçı alqı-satqı qaydasında satılmış ümumi sahəsi 114 kv.m. -dən ibarət olan qeyri-yaşayış obyektinin planı Cavabdeh1 MMC təsisçisi Maksim Zeynalov tərəfindən imzalanmışdır. Əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə aid edilən şərtlər, əqdin məzmununa aid edilə şərtlər, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər və əqdin formasına aid edilən şərtlər mövcud olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir.Qeyd olunanlara əsasən, cavabdeh "Meqasiti Holdinq MMC”- nin ünvan 4 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.1, 337.2, 337.3, 337.4-cü maddələrinə istinadən əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Xəzər rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il (2(003)-137/2022) tarixli qətnaməsinin ləğv edilərək, iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin vaxtı və yeri barədə məlumatlı olmamış, onların tərəfindən məhkəmədən üç gün öncə teleqram vurularaq məhkəmə iclası vaxtının başqa vaxta təxirə salınması xahiş olunsa da, hakim saxtakarlığa yol verərək nəinsə naminə onlara qarşı qanunsuz və əsassız olaraq qətnamə qəbul etmiş, iddiaçının iddia verməyə subyektiv hüququ olmayan halda və onun tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin cavabdehlərə aidiyyətinin olmaması, yəni, iddiaçının qeyri-yaşayış sahəsi 124 kvadrat metr 1 saylı binada yerləşdirildiyi nəzərə alınmayaraq, Cavabdeh2 qeyri-yaşayış sahəsi 126 kvadrat metr olmaqla, 1 saylı bina nın birinci mərtəbəsində olması ona dəlalət edir ki, həqiqətən də daşınmaz əmlak tərəfindən çıxarışın verilməsi qanunidir, sadəcə olaraq məhkəmə gedişində izahatları alınmış şahidlər Qədirov Aqil və Məmmədov Elnurun vermiş olduğu izahatlarda göründüyü kimi 2013-2014-cü il tarixdə onlar tərəfindən alğı-satqı müqaviləsi imzalanmamışdır, belə olan halda məhkəmə digər şəxslərin (Zeynalov Maksimin imza nümunələri götürülməyərək yenidən ekspertizaların keçirilməməsi və mülki işdə olan sənədlərdən göründüyü kimi ümumiyyətlə MTK-nın rəhbərliyi saxtakarlığa yol verilməsi nəticəsində onlar barəsində müxtəlif orqanlarda cinayət işlərinin aparılması və halhazırda mübahisəli qeyri-yaşayış sahəsi üzrə qanuni qüvvəsini almış qətnamənin olması, bununla yanaşı, Bakı İnzibati Məhkəməsində “Rabitə Bankın” id diası üzrə binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri üzrə məhkəmə çəkişmələrinin aparılması və nəhayət, Xəzər rayon Məhkəməsinin qətnaməsinə əsasən "xxxx" Holdinq MMC-dən təsisçi kimi Zeynalov Maksimin uzaqlaşdırılması və mülki işdə olan amillər bir daha onu göstərir ki, iddiaçının iddia verməsi üçün subyektiv hüququ olmamışdır.
17. Apellyasiya icraatı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə əlavə verməklə qeyd etmişdir ki, əlavə apellyasiya şikayətinin verilməsinin əsası “14” dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (2(102)-4563/2022 saylı mülki iş) qərarı təşkil edir, ona görə ki, apellyasiya şikayəti verilən zaman yuxanda qeyd edilən qərar qüvvədə deyildir və iddiaçı tərəfindən verilmiş iddia qeyd edilən qərardan sonra öz əhəmiyyətini itirməklə qanunsuz və əsassız hesab edilməklə tərəflər arasında, eyni predmet və əsaslar üzrə Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasını nəzərə alaraq iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi labüddür. Baxmayaraq ki, halhazırda Bakı İnzibatı Məhkəməsində "xxxx" ASC-nin və onların ərizə üzrə inzibati işlərə baxılır 2-1(112)-1765/2022 saylı və 2-1(81)-6305/2017 saylı), ikinci iş üzrə xx.xx.2022-ci ıl tarixdə xx.xx.2017-ci il tarixli Cavabdeh2 aid hissədə qərardadla inzibati iş yenidən baxılmaqdadır, birinci iş üzrə xx.xx.2022-ci il tarixli qərardad əsasında ərizələri təmin edilərək, üçüncü şəxs qismində məhkəməyə cəlb edilərək mülkiyyət hüquqları tanınaraq, "xxxx" ASC tərəfindən onlara və digərlərin ə qarşı çıxarışların ləğv edilməsinə dair ərizələri təmin edilməyərək məhkəmə, məhkəmə baxışları təyin etmişdir. Xəzər rayon Məhkəməsində mülki işin icraatında tərəflərindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətə əsasən məhkəmə xx.xx.2022-ci il tarixdə öz qərardadında hər iki müqavilə üzrə ekspertizanın keçirilməsini vurğulasa da, nədənsə məhkəmə Cavabdeh2 müqaviləsini ekspertizaya göndərməklə kifayətlənərək nəzərə almamışdır ki, iddiaçının qeyri-yaşayış sahəsi 124 kv. m. olmaqla, 1 saylı binada yerləşdirildiyi və Cavabdeh3 qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən 114,4 kv, m. (müqavilə üzrə 126 kv. m. birinci mərtəbədə yerləşir) təşkil etməsini nəzərdən qaçıraraq, vətəndaşın konstitusion hüquqlarını kobud surətdə pozaraq, qanunsuz və əsassız qətnamə qəbul etməklə, mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamışdır. Bununla yanaşı, Xəzər rayon Məhkəməsi nəzərə almamışdır ki, hal-hazırda “X79” MMC-nın bütün rəhbər tərkibi təsisçilərlə birlikdə Azərbaycan Respublikasının CM-nin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, uzun müddətə cinayət məsuliyyətinə məhkum edilmişlər, həmçinin də Maksim Zeynalov tərəfindən sənədlərin saxtalaşdırılması ilə əlaqədar birinci instansiya Məhkəməsi tərəfindən 9 il sınaq müddətinə məhkum edilsə də, hal-hazırda şikayətçilərin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində (hakim Anar Tanrıverdiyev) onlar barəsində cinayət işinin araşdırılması apellyasiya icraatından davam etməkdədir. Nəhayət, iddiaçının apellyasiya şikayətinə qar şı etirazı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin qərardadını əsas gətirməklə, nəzərə almır ki, həmin qərardad Cavabdeh2 aidiyyətdədir və Cavabdeh3 heç bir aidiyyəti yoxdur, ona görə ki, onun əlində rəsmi qaydada dövlət orqanı tərəfindən verilmiş və ləğv edilməmiş xx.xx.2019-cu il tarixli çıxarışı (seriya RRXM ******* qeydiyyat nömrəli ********** saylı) qüvvədədir və həmin çıxarış heç bir orqan tərəfindən ləğv edilməmiş və Bakı Apellyasiya Məhkəməsində onların xeyrinə qəbul edilmiş qətnamə üzrə (hakim - Şeyda Məhərrəmova) yerli baxış keçirərkən onlara məxsus qeyri-yaşayış sahəsinin mövcudluğu öz təsdiqini tapmışdır 12(103)-7222/2021 saylı və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı).
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən mütəxəssis cəlb edilməklə, mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə-Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixili rəyində qeyd edilmişdir ki: “Meqasiti Holdinq" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m. qeyri-yaşayış sahəsi və İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlan mış 05 mart 2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında 1 saylı yaşayış binasında ümumi sahəsi 124 kv.m. qeyri yaşayış sahəsinin ayrılma sxemi və layihə sənədi (razılaşma) Mərkəzə təqdim olunmasını vəsatətlə xahiş olunmuşdur. Lakin İddiaçı satılmış 124 kv.m. və Cavabdeh2 satılmış 126 kv.m. qeyri-yaşayış sahələrinin yerləşməsinə dair ayrıc aktı və ya plan-sxem təqdim olunmadığından və eləcə də mülki iş materiallarında olmadığından, həmin sahələrin binanın faktiki olaraq hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadı, bu səbəbdən də həmin sahələrin üst-üstə düşməsi və ya müxtəlif sahələrdə yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
19. İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və invetarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki;
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7222/21 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh "Meqa-Siti Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli alğı-satq ı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinə (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4563/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7222/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır;
22. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6105/2017 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçilər "xxxx" ASC və İddiaçı ərizələri təmin edilmiş, 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2-1(81)-6105/2017 saylı işi üzrə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, "xxxx" ASC və İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələri qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Rabitəbank” Açıq Səhmdar Cə miyyəti və İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi tələbinə dair 2-1(112)-1153/2023 №li inzibati iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraaatında olan İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "X78” MMC-nin ünvan 6 ünvanında 1 saylı yaşayış binasının 1 -ci mərtəbəsində, ümumi sahəsi 126 kv. metr qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 a rasında bağlanmış xx.xx.2014-cü il tarixli alğısatqı müqaviləsinin və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması tələbinə dair 2(103)- 2979/2023 №li iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır;
23. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2019 saylı işi üzrə 22 oktyabr 2019-cu il tarixli hökmü ilə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və ona dəymiş maddi ziyanın tam ödənilməsinin nəzərə alınması hökmdə qeyd edilmişdir. Hökmlə müəyyən edilmişdir ki: - ”təkrarən, Cavabdeh1 təsisçi qismində vəzifəli şəxs olmaqla qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2013-cü ilin əvvəllərində tanışı İddiaçı qaytarmaq məqsədi olmadan, aralarında olan inam və etibardan sui- istifadə etməklə qısa müddətdə tam qaytarmaq şərtilə borc adı ilə 372.000 manat pul istəyib, həmin tarixdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə İddiaçı qeyd edilən məbləğdə pul vəsaitini alıb, həmin Cəmiyyət tərəfindən 2007-ci ilin iyul ayından başlayaraq ünvan 7 ünvanında inşa edilən 1 girişli, 21 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin ölçüsü cəmi 768,68 kv.m. olmaqla, Elnur Məmmədovla birlikdə özünün həmin sahənin 186,2 kv.m. hissəsini 30 iyun 2007-ci il tarixdə özünün X1 sonuncunun qohumu X3, 134,4 kv.m. hissəsini 13 noyabr 2008-ci il tarixdə X8, 300 kv.m. hissəsini 28 fevral 2009-cu il tarixdə X31, 42,6 kv.m. hissəsini 24 sentyabr 2009-cu il tarixdə X17, 51 kv.m. hissəsini 4 aprel 2010-cu il tarixdə X9, 54,48 kv.m. hissəsini 12 sentyabr 2012-ci il tarixdə X6 şəxsən satmaqla eyni tarixli müqavilələrlə adlarına rəsmiləşdirməklə qeyriyaşayış sahəsinin tam ölçüdə əvvəlcədən digər şəxslərə satılmasına baxmayaraq, 5 mart 2013-cü il tarixdə inşası həyata keçirilən həmin binanın 2-ci mərtəbəsindəki ofisdə İddiaçı həmin qeyri-yaşayış sahəsinin əvvəldən heç kəsə satılmamasını və digər hər hansı bir sahibinin olmamasını yalandan bildirib, aldığı 372.000 manat pulun qarşılığında ona qeyd edilən qeyri-yaşayış sahəsinin 124 kv.m. hissənin 1 kv.m. 3.000 manatdan 372.000 manata sonuncunun adına rəsmiləşdirilməsi barədə Elnur Məmmədovla birlikdə tamah və şəxsi niyyətlə məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib etdiyi istintaqa məlum olmayan şəxsin imzası, həmçinin Cəmiyyətin adından istintaqla müəyyən edilməyən şəraitdə E lnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxtalaşdırmaqla hazırladıqları möhürlə təsdiq etdiyi eyni tarixli müqaviləni və həmin yerin dəyərinin ödənilməsi haqqında maliyyə arayışını İddiaçı təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 372.000 manat pulu ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı və təsisçisi olduğu həmin Cəmiyyətin direktoru olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyin həyata keçirilməsi, cəmiyyətin operativ idarə edilməsi ilə əlaqədar təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs olan X42 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində b irləşərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 5 mart 2013cü il tarixdə həmin qeyri-yaşayış sahəsindən 124 kv.m. ölçüdə olan hissəsini İddiaçı təhvil verməklə, həmin sahədə ilkin alıcılar olan X63, X18, X52, X32, X19 və X4 öz əmlakından sərbəst və maneəsiz istifadə ilə bağlı hüquqlarını pozmaqla hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir” (hökm səh 8,9); - ”Zərərçəkmiş şəxs İddiaçı ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən cinayət işinin 7-ci cildinin 77-79-cu vərəqlərin də olan ifadəsində göstərmişdir ki, "xxxx" MMC- nin təsisçisi olan X33 təxminən 2013-cü ildə tanımış, belə ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı (Ə.Əhmədov) küçəsində bina inşa edən sonuncu 2013-cü ilin əvvəllərində ondan 372.000 manat məbləğində borc pul almış, pulun müqabilində inşa etdiyi binada ona 124 kv/metr ölçülü qeyri-yaşayış (mağaza) sahəsini girov kimi rəsmiləşdirmişdir. Xatırlamadığı tarixdə Aqil Qədirov borcun bir hissəsini qaytarmış, təxminən 150.000 manat məbləğində borclu qalmış, razılaşlamalarına əsasən adına rəsmiləşdirmiş olduğu 124 kv/metr ölçülü mağaza yerini həmin məbləğin əvəzində ona vermişdir. Mağaza yerinin dəyərinin tərəfindən tam ödənilməsi və şirkətə borcunun olmaması barədə maliyyə arayışı da verilmişdir. Mənzilin adına rəsmiləşdirilməsi barədə olan xx.xx.2 013-cü il tarixli müqavilə şirkətin direktoru X42 ilə onun arasında bağlanmış, ancaq, həmin müqavilədə, istərsə də, maliyyə arayışında onun ad-familiyasının qarşısında konkret olaraq kimin imza etdiyini bilməmişdir. Həmin sənədləri ona Aqil Qədirov vermişdir. Bundan başqa, adına verilmiş maliyyə arayışı ilə həmin müqavilə eyni tarixdə, eyni gündə verilmişdir. Belə olan təqdirdə müqavilənin tarixinin xx.xx.2013-cü il, maliyyə arayışının tarixinin isə xx.xx.2014-cü il olmasının səbəbini bilməmiş, həmin fərqə fikir də verməmişdir. Adına rəsmiləşdirilmiş mağaza yeri hazırda özünün sahibliyində olmaqla, həmin yerin başqa şəxsə qanunsuz olaraq satılması barədə məlumatı olmamış, həmin yerə heç kim iddia etməmişdir. (hökm səh. 29)”; - “ İstintaq işi üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Sa tıcı” qrafalarından aşağı hissədə yerləşən “Direktor” qrafalarındakı, ”Meqa-Siti Holdinq MMC-nin direktoru” qrafalarındakı və “Rəhbər” qrafalarındakı imzalar - X50 tərəfindən yox, X42 tərəfindən yox, X13 tərəfindən yox, X43 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. X2 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli, 45 nömrəli müqavilədə və əlavə olunmuş ödəniş cədvəlində, X5 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli 41 nömrəli müqavilənin kserosurətində və əlavə olunmuş ödəniş cədvəlinin kserosurətində, X7 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli müqavilədə və ödəniş cədvəlində, X34 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007ci il tarixli 39 nömrəli müqavilənin kserosurətində və ödəniş cədvəlinin kserosurətində, X20 adına mənzil rəsmiləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli 24 nömrəli müqavilənin kserosurətində və əlavə olunmuş ödəniş cədvəlinin kserosurətində müvafiq olaraq “Satıcı” qrafalarından aşağı hissədə yerləşən “Direktor” qrafalarındakı, ”Meqa-Siti Holdinq MMC-nin direktoru” qrafalarındakı imzalar - X42 tərəfindən yox, X13 tərəfindən yox, X43 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur” (hökm səh. 42); - “X50 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2 və 29,178.3.2-ci maddələri ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüquqund an məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən, təyin edilmiş əsas və əlavə cəzalar qismən toplamaqla X35 qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2018-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin”; “Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X35 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1 -ci maddəsi ilə cəza təyin edilməsin”; “X35 Bakı şəhər Səbail rayon məhkəməsinin 31 yanvar 2018-ci tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 6(altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi müstəqil icra olsunsun”; - “X42 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1 - ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2-ci, 29,178.3.2-ci maddələri ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə barəsində CM- nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplamaqla X42 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhku m edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5- ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq X25 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)21/2018 nömrəli hökmündə göstərildiyi 29 iyul 2017-ci il tarixdən hesablansın”; - “Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbayc an Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1 -ci maddəsi ilə cəza təyin edilməsin”(hökm səh-48-49)”; - “Zərərçəkmiş şəxslər: X10, X14, X58, X36, X44, X21, X22, X26, X66, X32, X15, İddiaçı, X27, X37, X19 və X31 dəymiş maddi ziyanın tam, zərərçəkmiş şəxs X23 isə qismən ödənilməsi nəzərə alınsın” (hökm səh. 49); - ” İddiaçı adına qeyri-yaşayış sahəsi rəsmiləşdirilməsi haqqında 5 mart 2013-cü il tarixli müqavilə və maliyyə arayışı, X16 adına qeyri-yaşayış sahəsi rəsmiləşdirilməsi haqqında 7 may 2013-cü il tarixli müqavilə və 144 nömrəli maliyyə arayışı, X11 adına qeyri-yaşayış sahəsi rəsmiləşdirilməsi haqqında rəsmiləşdirilməsi haqqında tarixi “xx.xx.2013-cü il” kimi qeyd edilmiş müqavilə və mal iyyə arayışı, X28 adına mənzil rəsmiləşdirilməsi haqqında tarixi “xx.xx.2012-ci il” kimi qeyd edilmiş 183/03 nömrəli müqavilə və 90 nömrəli maliyyə arayışı cinayət işi materiallarında saxlanılsın” (hökm səh.50);
24. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-80/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli hökmünün X50 və X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə məhkum edilmələrinə dair hissədə dəyişdirilmədən, müdafiəçilər X12 və X29, zərərçəkmiş X38 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 178/2021 saylı işi ü zrə xx.xx.2021-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilməsi, X30 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 178.3.2 və 29,178.3.2-ci maddələrinə əsasən ona əsas cəza kimi təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il 9 (doqquz) aya endirilməsi, həmin cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmünə əsasən X35 CM-in 308.2-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X24 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 178.3.2 və 29,178.3.2-ci maddələrinə əsasən ona əsas cəza kimi təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il 9 (doqquz) aya endirilməsi, həmin cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmünə əsasən X39 CM-in 308.2-ci maddəsi ilə barəsində CMnin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tut maq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-178/2024 nömrəli iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (F.Talışinski (sədrliyi və məruzəsi ilə), hakimlər M.Məmmədov və A.İmanov) cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi qət edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, göstərilmiş nəticələr işin sübut edilməli olan hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli,iddia tələbi rədd edilməlidir.
27. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri maddi və prosessual tələblər həddində aparmamış, işin faktiki hallarına müvafiq ilk olaraq iddiaçının subyektiv hüququna qiymət verməmişdir. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq ed ilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu anlamda və mülki icraatın hədləri baxımından mübahisələndirilən dəlillərin məhkəmənin özü tərəfindən müəyyən edilməsi mümkün deyildir. Qeyd edilən xüsusatlar iddiaçının zərərçəkmiş şəxs qismində cəlb edildiyi cinayət təqibi çərçivəsində araşdırmanın predmeti olmuş, zərərin tam ödənildiyi müəyyən edilmiş, belə araşdırmanın nəticəsində hazırki mülki icraat baxışına təsir edəcək amilər (sübutedici faktlar) müəyyən edilmir. Belə ki, cinayət təqibi üzrə məhkəmə hökmü ilə iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmır, əksinə iddiaçıya məxsus müqavilənin saxtalaşdırması müəyyən edilmiş hökmdə qeyd edilmişdir ki, məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib etdiyi istintaqa məlum olmayan şəxsin imzası, həmçinin C əmiyyətin adından istintaqla müəyyən edilməyən şəraitdə Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxtalaşdırmaqla hazırladıqları möhürlə təsdiq etdiyi eyni tarixli müqaviləni və həmin yerin dəyərinin ödənilməsi haqqında maliyyə arayışını İddiaçı təqdim etmiş, İddiaçı maddi ziyan tam ödənilmiş, İddiaçı ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC - nin təsisçisi olan X50 2013-cü ilin əvvəllərində ondan 372.000 manat məbləğində borc pul almış, pulun müqabilində inşa etdiyi binada ona 124 kv/metr ölçülü qeyri-yaşayış (mağaza) sahəsini girov kimi rəsmiləşdirmiş, borcun bir hissəsini qaytarmış, təxminən 150.000 manat məbləğində borclu qalmış, razılaşlamalarına əsasən adına rəsmiləşdirmiş olduğu 124 kv/metr ölçülü mağaza yerini həmin məbləğin əvəzində ona vermişdir. Beləliklə, iddiaçının istinad etdiyi sənədlərin etibarlılığı müəyyən edilməmiş, cinayət təqibi üzrə zərərin əvəzi olaraq ona məhz mübahisə predmeti olan əmlakın əvəzləşdirilməsi sübuta yetirilməmiş və bu münasibətlərin rəsmiləşdirilməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir.
28. Məhkəmə xərclərini müzakirə edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ümumilikdə iddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına aid məhkəmə xərci iddiaçıya və məhkəmələrə müraciət edilməsi üçün ödənilən dövlət rüsumları üzrə məhkəmə xərcləri müvafiq olaraq onu ödəyənlərə aid edilməlidir.
29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə, 71-ci maddəsinin İİ hissəsinə 80-ci maddəsinə, Azərbaycan R espublikasının Mülki Məcəlləsinin 1.2, 2.2, 5.1, 6.1, 6.2, 6.3, 6.4, 14.1, 14.2, 16.1, 337.3, 353, 355.1, 355.2, 357, 358.1, 358.2-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 2.1, 4.1, 5.1, 14.2, 50.1, 50.2, 50.3, 51.1, 77.1, 82.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)178/2024 saylı iş üzrə xx.xx.2024-cü il il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Apelyasiyainstansiya məhkəməsi hazırki iş üzrə İddiaçı ilə "MEQASİTİ HOLDİNQ” MMC arasında bağlanmış 05 mart 2013cü il tarixli alğı-satqımüqaviləsini əhəmiyyətsiz əqd kimi qiymətləndiriərək qeyd edir ki, mübahisələndirilən qeyri yaşayış sahəsi 2009-2013-cü illər ərzində qabaqcadan alıcılar olanX51, X8, X31, X17, X9 və Nəsibov VidadiNurəddin oğluna satılmışdır. Bu səbəbdən İddiaçı ilə "MEQASİTİ HOLDİNQ” MMC arasında bağlanmış 05 mart 2013- cü il tarixli alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan onun hazırki iddianı qaldırmağasubyektiv hüququ yoxdur. Göründüyükimi məhkmə iddiaçının müqaviləsinin hüquqi qüvvəsin olub-olmamasına hüquqi qiymət versə də, cavabdehin müqaviləsinin hüquqi qüvvəsinin olubolmamasına qiymət verməmişdir. Belə ki, qanuni qüvəsin almış BakıAğır Cinayətlər Məhkəməsinin 1(101)-598/2019 saylı işi üzrə 22 oktyabr 2019-cu il tarixli hökmündən göründüyü kimi mübqhisələndirilən qeyri-yaşayış sahəsi 2009-2013-cü illə rərzində başqaşəxslərəsatılmış, həmin şəxslərin şikayət ərizələri əsasında "MEQASİTİ HOLDİNQ” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət icraatı qaydasında araşdırma aparılmışdır. Cinayət işinin məhkəmə baxışı zamanı mübahisələndirilən qeyri-yaşayış sahəsi İddiaçı istifadə və sahibliyində qaldığı üçün o, "X78” MMC-nin vəzifəlişəxslərindən şikatətçi olmamışdır.
32. Yuxarıda göstərilən, qanuni qüvvəsin almış Bakı Ağır Cinayətlər Məhkəməsinin1(101)-598/2019 saylı işi üzrə 22 oktyabr 2019-cu il tarixli hökmündən göründüyü kimi hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsi dəymiş zərərin əvəzi kimi İddiaçıArif oğluna verildiyi o, ona dəymiş zərərin tamödənildiyini və "MEQASİTİ HOLDİNQ” MMCnin vəzifəlişəxslərindən şikatətçi olmadığını bildirmişdir. Lakin işə baxanməhkəməişin bu halına hüquqi qiymət verməmişdir.
33. İddiaçı yuxarıda göstərilən xüsusatların araşdırılması üçün cinayət işinin aidiyyəti üzrə məhkəmədən götürülməsini xahiş etsə də, məhkəmə bu vəsatəti təmin etməmiş, mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi ilə iddia qaldırmağasubyektiv hüququ yoxdur.
34. Kassasiya şikayəti əsaslandırılarkən AR Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsi AR Konstitusiyasının 125-ci maddəsinin Vİİci hissəsi AR Konstitusiyasının 129cumaddəsinin İİİ-ci hissəsi Azərbaycan Respublikası MPM-nin 9.1-cimaddəsi 14.2-ci 82.4-cü 106.1-ci b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
37. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmə lə gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 40. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 41. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 44. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxıl arkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərində n asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitu siyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli Qərarı
50. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ix tiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 vəsatət göndərərək Bakı İnzibati Məhkəməsinin hakimi cənab Nəriman Abıyevin icraatında olan 2-1(112)-264/2024 saylı iş üzrə yekun məh kəmə qərarı qəbul edilənədək icraatda olan hazırki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyası vəsatəti müzakirə edərək iş üzrə icraatın dayandırılmasına zərurət olmadığı qənaətinə gəlmişdir.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan a pellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2024-cü il tarixli 2(103)-178/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.