Məhkəmə qərarları › İş №2(102)-1223/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1223/2025

22.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1223/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər oğlu Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1354/202 nömrəli 11 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 209K №-li əmri ilə Cavabdeh MMC-nin “ümumi” bölməsində “yük maşını sürücüsü” vəzifəsi ndə işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə işçinin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərin birinin təşəbbüsü) xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 209K nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7733/2024 nömrəli 6 noyabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia rədd edilmişdir.

4. İddiaçı apellyasiya şikayəti verə rək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş iddiaçı cavabdehdən 1000 (min) manat aldığı üçün iddiadan imtina etdiyini bəyan edərək buna dair yazılı ərizə təqdim etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiadan imtinaya etiraz etmədiyini və iddiaçıya qazi atası olduğuna görə 1000 (min) manat maddi yardım edildiyini bildirmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1354/202 nömrəli 11 fevral 2025-ci il tarixli qərardadı ilə (hakimlər X2 - sədrlik edən və məruzəçi, X3 və X4) İddiaçı iddiadan imtinasına dair ərizəsi təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(011)-7733/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və mül ki iş üzrə icraata xitam verilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir.

9. Apellyasiya istansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370.1, 370.2, 384.0 və 384.0.5ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi iddiaçının işə bərpa edi ləcəyini, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödəniləcəyini və əlavə olaraq qazi atası kimi iddiaçıya 1000 manat maddi yardım ediləcəyini, bunun üçün iddiaçının yazılmış ərizəyə imza etməli olduğu bildirilmişdir. O, latın əlifbası ilə yazıb-oxuya bilmir və bu səbəbdən məzmununu bilmədiyi ərizəyə cavabdehin nümayəndəsinin dediklərinə inanaraq imza etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin ərizə iddiadan imtina kimi qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən onun kartına 1000 manat pul ödənmişdir, lakin onun işə bərpa edilməyinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsindən imtina edilmişdir.

12. İddiaç ının iddiadan imtina etməyinə dair ərizəni imza etməyinin əsasını onun işə bərpa ediləcəyi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə cavabdehin nümayəndəsi ilə razılaşması təşkil etdiyi üçün mülki prosessual hüquq normalarının tələbinə əsasən məhkəmə tərəfindən iddiadan imtina qəbul edilməməliydi və ya şərtləri qərardadda göstərilən barışıq sazişi təsdiq edilməliydi. Mövcud vəziyyətdə onun savadsızlığından sui-istifadə edilərək cavabdehin nümayəndəsi tərəfindən imza etdirildiyi iddiadan imtina barədə ərizə Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiadan imtina kimi qəbul edilməklə MPM-nin 191.1, 191.2 və 191.4-cü maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

15. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tər əflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

16. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

17. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur.

18. Maddə 370.2. İddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Kassasiya şikayətində qərardad tərəfindən tam mübahisələndi rildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, apellyasiya icraatında iddiaçının yazılı ərizə əsasında iddiadan imtina etməsi iş materialları ilə təsdiq olunur. İddiaçı ərizənin məzmununu bilmədiyi, yaxud cavabdehin nümayəndəsinə inanaraq sənədə imza etdiyini bildirsə də, məhkəmənin iddiadan imtinanı qəbul etməli olmamasına dair əsaslı arqument və sübutları ortaya qoya bilməmişdir.

24. Belə olan halda, məhkəmənin sözügedən ərizə əsasında iddiadan imtinanı qəbul etməsi və işin icraatına xitam verməsi mülki prosessual qanunvericiliyə uyğun olmuşdur.

25. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

26. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir.

27. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1354/202 nömrəli 11 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar