Məhkəmə qərarları › İş №2(102)-1224/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1224/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1224/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, kredit müqaviləsi üzrə öhdəliklər, miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tər kibdə, iddiaçı "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6623/2024 nömrəli, 24 dekabr 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 aprel 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə Abbasov Ayaz Mayıl oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən Bank tərəfindən borcalan Abbasov Ayaz Mayıl oğluna istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart lim iti (kredit xətti) açılmışdır.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı 31 avqust 2016-cı il tarixli qərardadı ilə iddiaçı "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Abbasov Ayaz Mayıl oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

3. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. 4. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Abbasov Ayaz Mayıl oğlunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə əsas məbləğ üzrə borc - 1774,43 manat, he sablanmış və ödənilməmiş faiz borcu - 0,00 manat, cərimə borcu - 8263,25 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc - 0,00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri - 0,00 manat, cəmi borc - 10037,68 manat borcu yaranmışdır. 5. xx.xx.2023-ci il tarixli, G-3323 saylı məktubundan və məktuba əlavə edilmiş V116/2021-ci il tarixli vərəsəlik işindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.2004 təvəllüdlü Cavabdeh2 28 avqust 2021-ci il tarixində vəfat etmiş Abbasov Ayaz Mayıl oğlundan miras qalmış əmlaka dair 2021-ci ildə 2-V-236, 2-V-248, 2-V-252 və 2022-ci ildə 2-V-61, 2-V-189 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixində vəfat etmiş Abbasov Ayaz Mayıl oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2dan əsas məbləğ üzrə borc üzrə 1774,43 manat, cərimə borcu 8263,25 manat, cəmi borc 10037,68 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 120,11 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə "xxxx" QSC və Abbasov Ayaz Mayıl oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağ lanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Abbasov Ayaz Mayıl oğluna istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb e tmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq, bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X11 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəli klərini tam icra etsə də, bоrcalan Abbasov Ayaz Mayıl oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Banka məlum olmuşdur ki, Abbasov Ayaz Mayıl oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyi, ünvan 1 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2023-ci il tarixli, G3323 saylı məktubundan və məktuba əlavə edilmiş V116/2021-ci il tarixli vərəsəlik işindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.2004 t əvəllüdlü Cavabdeh2 2021-ci ildə 2-V-236, 2-V-248, 2-V-252 və 2022-ci ildə 2-V-61, 2-V189 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, Qarışıq müqavilə üzrə öhdəliklərin lazımı qaydada yerinə yetirmədiyinə görə “X11 Azərbaycan” QSC qarşısında borc hal-hazırda cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 1774,43 manat, 8263,25 manat, cəmi borc: 10.037,68 manat təşkil edir. İş materiallarından göründüyü kimi kart limiti aktiv istifadə edilmişdir.

8. Cavabdeh tərəf ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1872/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə id dia rədd edilmişdir. (hakim Mehriban Əfəndizadə).

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bank tərəfindən öhdəliyin icra müddəti 20 fevral 2020-ci il tarixə kimi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı 2016-cı ildə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli məktubu əsasında Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. Eyni zamanda Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu əsasında Xətai Rayon Məhkəməsinin 2(011)- 7719/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. İddiaçı "X1 1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2015-ci il tarixli müqavilə üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 3 (üç) ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 373.2, 375.2, 377.2, 378, 1133.1, 1133.2, 1146, 1151.1, 1255, 1306 və 1309-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1872/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər miras aktivlərini qəbul etdikləri kimi, miras passivlərini də qəbul etməlidirlər. Məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmalı olan halları araşdırmamış, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir. Cavabdehlər Bankın iddiasına qarşı etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmədilər. Məhkəmə qətnaməsində sübut qismində qiymətləndirilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli məktu bunu elektron məhkəmə sistemində öz əksini tapmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Yalnız cavabdehin mülahizəsini qəbul etmişdir. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixdə 5 (beş) il müddətinə müqavilə imzalanmışdır müqavilə müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, iddia müddətinin belə hallarda 3 il olmasını nəzərə alıb xx.xx.2023-cü il tarixdə müddətin bitməsi qənaətinə qəlmək olar. Lakin məhkəmə aktının ləğv edilməsi, 2021-ci ildə borclunun ölməsi, bunlar barədə banka məlumatın yalnız 2023-cü ilin dekabırında məlum olması, vəfat etmiş borclunun vərəsələrinin müəyyən edilməsinə sərf edilmış vaxt məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. Məhkəmə hazıkı iş üzrə sərgilədiyi mövge yanlış olduğundan və işin həqiqi hallarına uyğun olmadığından yekun məhkəmə aktı səhv olmuşdur.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin eidlməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia müddəti ötürülməmişdir. Bank cavabdeh X3 qarşı iddia müddəti ötürülmədən tələb irəli sürmüşdür. 20 iyun 2016-cı il tarixdə məhkəmə bankın iddiasını təmin etmişdir. Onlar məhkəmə əmrinin ləğvi ilə bağlı məlumatı 2024-cü ilin yanvar ayında bilmişlər. Məlumat belə əldə olunmuşdur ki, qərarın icrası ilə bağlı icra şöbəsinə müraciət olunanda onlara məktub daxil olmuşdur ki, həmin qərar üz rə icra işinə xitam verilmişdir. Cavabdehin 2021-ci ilin avqust ayında vəfat etməsi ilə bağlı məlumat əldə etmişlər. Bnunla bağlı onlar vərəsələrin müəyyən olunması ilə bağlı müraciət etmiş və vərəsələrə qarşı iddia irəli sürülmüşdür. Hesab edir ki, bank iddia müddətini ötürməmişlər.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6623/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1872/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X5 oğlundan və X1 ibarət tərkibdə).

16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya ins tansiyası məhkəməsi qeyd etmişdir ki, Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə mərhum Abbasov Ayaz Mayıl oğlu arasında 20 fevral 2015-ci il tarixli kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin kredit müqaviləsi 5 illik müddətinə bağlanmış, müqaviləyə əsasən icra müddətinin sonu 20 fevral 2020-ci il tarixi kimi müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş, bununla da üzərinə düşən müqavilə öhdəliyini pozmuşdur.

17. Borclu, tərəf olduğu kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Xətai Rayo n Məhkəməsinin 2(011)-7719/2016 saylı 31 avqust 2016-cı il tarixli qərardadı ilə iddiaçı "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Abbasov Ayaz Mayıl oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir.

18. Abbasov Ayaz Mayıl oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən və xx.xx.1982ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.2004 təvəllüdlü Cavabdeh2 2021-ci ildə 2-V-236, 2-V-248, 2-V252 və 2022-ci ildə 2-V-61, 2-V-189 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edildiyindən “X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti hazırkı iddia ilə borclunun vərəsələrinə qarşı məhkəməyə müraciət etmişdir.

19. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras əmlakdakı paylarına mütənasib surətdə miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Belə ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır.

20. Hazırki işdə isə əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakın olması, həmin əmlak ın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və s. bu kimi halların müəyyən edilməsinə baxmayaraq cavabdeh tərəf təqdim etdiyi ərizəyə əsasən məhkəmədən iddia müddətinin tətbiqini xahiş etmiş, məhkəmə də yuxarıda qeyd olunanlara əsasən iddiaçının müqavilə öhdəlikləri üzrə icra müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyü qənaətinə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti 20 fevral 2020-ci il tarixdə bitir və iddiaçı icra müddəti bitdikdən 4 il sonra iddia verməklə iddia müddətini ötürmüşdür.

21. İddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı 31 avqust 2016-cı il tarixli qərardadına istinadı ilə əlaqədar isə apellyasiya məhkəməsi qeyd etmiş dir ki, iddia baxılmamış saxlanıldığı halda, Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.

22. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375, 377, 380, 507, 739, 1151 və 1153-cü, Mülki Prossesual Məcəlləsinin 372, 384-392-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək iddiaının təmin olunmasını xahiş etmiş, kassasiya ş ikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə

372. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

26. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdi yi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

28. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

29. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

30. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

31. Maddə

507. Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir.

32. Maddə

739. Kredit üzrə borcun tutulması müqav iləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

33. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

34. Maddə 1306. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə q əbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində apelyasiya instansiyasının qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş dir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Məhkəmələr haqlı olaraq iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmişdir.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddə sinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqi ndə səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "X11 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6623/2024 nömrəli iş üzrə 24 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar