Məhkəmə qərarları › İş №2(102)-1228/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1228/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1228/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu - (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3588/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəm əsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-2254/19 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 96311,10 ABŞ dolları əsas borc, 24.923,15 ABŞ dolları faiz borcu, 996,29 ABŞ dolları cərimə, 7666,74 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ olmaqla, cəmi 129896,30 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və məhkəmə xərclərinin 46,20 manat hissəsinin tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ödənilməsi, tutmanın ipoteka predmeti olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və i lkin satış qiyməti 70000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı apellyasiya şikayəti verərək qətnamənin hesablanmış faiz borcu və cərimə hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3588/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni faiz borcu və cərimə tələbinin təmin olunmaması ilə bağlı hissələrdə qanuni və əsaslı hesab edilmiş, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən iddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını, yaxud da qətnamənin tam ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qətnamədən, həmçini n Cavabdeh3 da (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardadla hər iki kassasiya şikayəti icraata qəbul edilmişdir. Lakin Cavabdeh3 kassasiya şikayəti icraata qəbul edilərkən nəzərə alınmamışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verməmişdir. Hazırkı kassasiya icraatının yoxlama predmetini təşkil edən apellyasiya icraatı iddiaçının apellyasiya şikayəti əsasında başlanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddianın faiz və cərimə borcunun rədd edilmiş hissəs ində yoxlanılmış, iddiaçının apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmə diyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir (bənd 59). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icra ata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Beləliklə, hazırkı kassasiya icraatı üzrə Cavabdeh3 kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci madddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazrıkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-3588/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar