Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1232/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin icrası, sübutetmə, ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 08 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC (Cavabdeh1 MTK) Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246 kv.m-dən ibarət mənzili tikib İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə mənzili mülkiyyətinə qəbul etməyi və mənzilin dəyəri olan 319800 manatı ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 3-cü bəndinə əsasən alıcı 100000 manat məbləğdən ibarət mənzilin ümumi dəyərinin 31% həcmində hissəsini ilkin ödəniş kimi ödəməyi öhdəsinə götürmüş, ümumi dəyərinin qalan hissəsi isə 36 ay ərzində, hər ayın 25-dək, ayda 6100 manat olmaqla, müqavilənin ayrılmaz tərkib hissə si olan qrafik əsasında ödənilməlidir.
3. Müqavilənin 4.1.3-cü bəndinin tələbinə əsasən MTK (əvvəlki MMC) tikintiquraşdırma işlərini təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamalı və..."xxxx"ya mənzili təmirsiz şəkildə təhvil verməlidir.
4. Müqavilənin 4.1.6-cı maddəsinə əsasən mənzil tikintisi ilə əlaqədar "xxxx" tərəfindən bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada ödəmələr davamlı olaraq 3 dəfə yerinə yetirilmədikdə birtərəfli qaydada xəbərdarlıq edilərək, bu müqaviləyə xitam vermək satıcının hüquqlarından biridir.
5. Cavabdehin bildirməsinə görə iddiaçı tərəfindən müvafiq ödənişlər aparılmış, lakin sonradan öhdəliyin icrası lazımınca yerinə yetirilmədiyi üçün ödənilməmiş borcu qalmışdır.
6. Cavabdeh1 MTK-nın 01 oktyabr 2021-ci il tarixli 14/X əmri ilə iddiaçı ilə Cavabdeh1 MMC (hazırda MTK) arasında 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilmişdir. 7. 26 oktyabr 2021-ci il tarixdə sözügedən mənzil cavabdeh MTK tərəfindən Cavabdeh2 satılmış və ödənişin tam ödənilməsi ilə bağlı sonuncuya maliyyə arayışı verilmişdir. 8. 27 oktyabr 2021-ci il tarixdə cavabdeh MTK iddiaçıya bildiriş-xəbərdarlıq ünvanlayaraq ödədiyi 269800 manat məbləğində pulun tam şəkildə geri götürməsini, 3 gün ərzində cavabdeh MTK-ya yaxınlaşmasını təklif etmişdir.
9. İddiaçı cavabdeh MTK-ya ərizə ilə müraciət edərək, mənzilin vaxtında təhvil verilmədiyini qeyd etmiş, mənzilin təhvil verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə MTK-nı xəbərdar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat
10. İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh MTK arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsi barədə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmrin və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilənin etibarsız hesab edilməsi; mübahisəli mənzilin ona təhvil verilməsi vəzifəsi cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tərəfin vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilmişdir.
12. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Müqavilənin 4.1.3-cü bəndinin tələbinə əsasən MTK (əvvəlki MMC) tikintiquraşdırma işlərini təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamaq və «..."xxxx"ya mənzili təmirsiz şəkildə təhvil vermək» öhdəliyini 2019-cu il tarixdə yerinə yetirməli olduğu halda, bu günə qədər mənzil..."xxxx" - iddiaçıya təhvil verilməmişdir. Cavabdeh MTK-ya yazılı müraciət edilərək, mənzilin vaxtında təhvil verilməməsinin səbəbləri barədə maraqlı şəxsə rəsmi olaraq məlumat verilməsi və mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi xahiş olunmuşdur. Lakin, Cavabdeh1 MMC (hazırda MTK) bu müraciətə cavab verməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yet irilməli və mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdeh MTK-ya həvalə edilməlidir. Mənzilin dəyəri müqaviləyə əsasən 319.800 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, 14/X nömrəli əmrə əsasən müqavilədə göstərilən mənzil üçünçü şəxsə, yəni vətəndaş Cavabdeh2 satılmış və bununla əlaqədar nəzərə almaq lazımdır ki, yuxarıda göstərilən cavabdeh MTK tərəfindən tərtib edilmiş əmrin etibarsızlığı, öz növbəsində, həmin əmr əsasında rəsmiləşdirilmiş müqavilənin etibarsızlığını da şərtləndirir.
13. Cavabdeh MTK iddiaya qarşı etirazında bildirmişdir ki, iddiaçı ilə bağlanan müqavilə əsasında tərtib edilmiş «X6»ndə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 6.100 manat olmaqla, alıcı tərəfindən ödənilməli idi. Lakin iddiaçı tərəfindən dəfələrlə vaxtında ödənişlər həyata keçiri lməmiş, davamlı olaraq müqavilənin şərtlərini pozmuşdur. Həmin müqavilənin 4.1.6-cı bəndinə əsasən alıcı nəzərdə tutulmuş qaydada ödəmələri davamlı olaraq 3 dəfə yerinə yetirmədikdə birtərəfli qaydada xəbərdarlıq edilməklə bu müqavilələrə birtərəfli qaydada xitam verilir. İddiaçı ilk aydan başlayaraq, ödənişləri vaxtında etməmişdir, dəfələrlə gecikmələr olmuşdur. xx.xx.2021-ci il tarixdən etibarən heç bir ödəniş həyata keçirməmişdir. Ona edilən güzəştləri nəzərə almamışdır. Ödənilməmiş tam 50.000 manat borcu qalmışdır. Ödəniş cədvəli ilə müəyyən edilmiş müddət xx.xx.2020-ci il tarixdə bitmişdir. Dəfələrlə şifahi, o cümlədən şifahi (telefon vasitəsi ilə şəxsən özünə) və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin yerinə yetirilməsindən faktiki olaraq imtina etmişdir. Bütün bunlardan sonra, 01 oktyabr 2021-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Daha sonra, göstərilən mənzil yeni layihəyə uyğun olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 satılmışdır. Yəni, Cavabdeh1 MTK tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilmiş və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Ona görə də, iddia ərizəsi əsassızdır, iddianın rədd edilməsini xahiş edirlər.
14. Cavabdeh MTK həmçinin məhkəməyə bildiriş-xəbərdarlıqların surətini təqdim edərək göstərmişdir ki, Cavabdeh1 MTK-nın iddiaçıya ünvanlandığı 20 fevral 2020-ci, 25 iyun 2021-ci, 09 sentyabr 2021-ci, 14 sentyabr 2021-ci il tarixli bildiriş-xəbərdarlıqlarla sonuncu müqavilə öhdəliklərinin vaxtında və tam icra etməməsi, borcun ödənilməmiş qalması və müqaviləni n 4.1.6-cı bəndinə istinad edilərək, müqaviləyə xitam verilməsi barədə məlumat verilmişdir.
15. Digər Cavabdeh2 birinci instansiya məhkəməsində iştirak etməmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Səməd Cəfərov) 13 iyun 2022-ci il tarixli, 2(006)-1344/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə tərəfləri arasında yuxarıdakı müqavilə üzrə işgüzar adət-ənənələrə uyğun münasibətlər formalaşmış, müqavilə tərəfləri bir-birinin diqqətəlayiq maddi və s. durumlarını nəzərə almışlar; belə ki, MTK müqavilədə qeyd etdiyi müddət çərçivəsində binanın tikintisini başa çatdırıb mənzili alıcıya 24 ay müddətində təhvil verməmiş – bununla bağlı iddiaçı MTK-ya hər hansı irad bildirməmiş, MTK-nın böyük həcmli tikinti işləri apardığını, sənədlərin təsdiq edilməsi, tikinti materiallarının alınıb tikinti sahəsinə çatdırılması və s. məsələlərdə yubanmaların mümkün olduğunu nəzərə almış və MTK-nın bununla bağlı cari qayğılarının olduğunu nəzərə almış; MTK isə öz növbəsində iddiaçının maddi durumu ilə bağlı üzürlü səbəblərin mövcud olması ehtimalını nəzərə alaraq, ödənişlərin qrafikə uyğun olmadan ödənilməsini nəzərə almışdır; İddiaçı bu günədək MTK-ya ödəməli olduğu 319.800 manat pul vəsaitinin əhəmiyyətli hissəsi olan 269.800 manat pul vəsaitini MTK-ya ödəmişdir (bu, işin əhəmiyyətli halıdır, çünki iddiaçının cavabdehə ödəməli olduğu qalıq borcu cəmi 50.000 manat təşkil edir). MTK ödənişlərdə gecikmələr səbəbindən iddiaçı ilə bağlanmış müqaviləyə daha öncə xitam verilməməsini məlum pandemiya ilə ə laqədar olaraq fiziki və hüquqi şəxslərin ödəniş qabiliyyətinin kəskin aşağı düşməsi, qapanma ilə bağlı Ölkə ərazisində iqtisadi fəaliyyətin minimuma enməsi, hamı üçün çətin dönəmlərin olması ilə izah etmişdir. İddiaçı da öz növbəsində MTK-dan mənzilin təhvil verilməsini tələb etməməsini eyni səbəblərlə pandemiya dövründəki qapanma, iş yerlərinin bir çoxunun fəaliyyət göstərməməsi və göstərə bilməməsi, fiziki və hüquqi şəxslərin gəlirlərinin kəskin şəkildə aşağı düşməsi ilə izah etmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, MTK tərəfindən iddiaçıya bildiriş göndərilməsi, yalnız bundan sonra müqaviləyə xitam verilməsi bildirilsə də, bildirişin rəsmi şəkildə iddiaçıya təqdim edilməsi barədə mötəbər sübut təqdim edilməmişdir. Bildirişin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun olaraq çatdırılması barədə, habelə qəbzdə soyadı və adı qeyd edilmiş şəxsin iddiaçı ilə yaxın qohumluq münasibətində olmasına və ya poçt göndərişini almaq səlahiyyəti ünvançı tərəfindən verilmiş şəxs olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə, bildiriş iddiaçıya rəsmi qaydada təqdim edilmiş hesab oluna bilməz. Həmçinin, vurğulanması zəruridir ki, MTK-nın istinad etdiyi ödəniş qrafiki aktuallığını itirmişdir, həmçinin müqavilənin ödənişlərlə bağlı bəndi də tərəflər arasında olan münasibətlərlə bağlı aktual deyildir. Çünki, hər iki tərəf birbirinin cari qayğılarını və maddi durumlarına təsir edən, özlərindən asılı olmayan məsələləri nəzərə almışlar, ödənişlər sırf qrafik üzrə deyil, tərəflər arasında yaranmış münasibətlər əsasında icra edilmişdir. Bunu iddiaçını n MTK-ya etdiyi ödənişlərin həcmi, mənzilin dəyərinin əhəmiyyətli hissəsinin MTK-ya ödənilməsi, cəmi 50.000 manat borcun qalması təsdiq edir.
19. Məhkəmə həmçinin vurğulamışdır ki, MTK faktiki olaraq, iddiaçının 50.000 manat ödənişləri etməsini gözləmək imkanına malik olduğu halda, uzun müddət ərzində tərəflər arasında olan münasibətlərin xarakterinə zidd olaraq, daha artıq məbləğdə gəlir əldə etmək üçün müqavilənin və ödəniş cədvəlinin (qrafikinin) aktual olmayan tələblərinə istinad edərək, iddiaçıya rəsmi şəkildə bildiriş təqdim etmədən, iddiaçı ilə bağlanmış müqaviləyə xitam vermiş, iş üzrə ikinci cavabdeh olan Cavabdeh2 ilə eyni mənzilə dair 390.000 manat qiyməti olan yeni müqavilə bağlamışdır. Qeyd olunnmalıdır ki, müqavilələrdə mənzilin sahəsi fərqli (ilkin müqavilədə 246,0 kv.m, son rakı müqavilədə 256.0 kv.m) müəyyən edilmişdir. Müqavilələrdəki mənzilin eyni mənzil olması mütəxəssis rəyi əsasında müəyyən edilmişdir. Qeyd olunduğu kimi, MTK iddiaçının cəmi 50.000 manat vəsait ödəməli olduğunu, müqaviləyə xitam verilməsi barədə əmr verərkən pandemiyanın davam etdiyini, qapanma ilə bağlı ölkədə olan fiziki və hüquqi şəxslərin ödəniş qabiliyyətinin pandemiyadan öncəki dönəmlə müqayisədə ciddi şəkildə aşağı düşməsini, bunun dövlət tərəfindən nəzərə alınaraq, fiziki və hüquqi şəxslərin pandemiya dövründə düşdükləri vəziyyətin az da olsa yüngülləşdirilməsi üçün müvafiq tədbirlər gördüyünü, iddiaçının həmin dövrədək mənzilin təhvil verilməsini tələb etmədiyini və MTKnın qayğılarını və maraqlarını nəzərə aldığına əhəmiyyət verməmiş, mahiyyət etibarı ilə öncəki müqavilədə qeyd olunan məbləğdən daha artıq gəlir əldə etmək üçün müqavilənin və ödəniş cədvəlinin (qrafikinin) aktual olmayan tələblərinə istinad edərək, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə xitam vermişdir.
20. İddiaçı yalnız bundan sonra cavabdeh MTK-ya ərizə ilə müraciət edərək, mənzilin vaxtında təhvil verilmədiyini qeyd etmiş, mənzilin təhvil verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə MTK-nı xəbərdar etmişdir. Göründüyü kimi, MTK tərəfindən müqaviləyə xitam verilməsi qaydalarını tənzimləyən maddi hüquq normalarının tələblərini pozmuş, iddiaçıya rəsmi bildiriş təqdim etmədən, tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir.
21. Məhkəmə hesab etmişdir ki, MTK-nın xx.xx.2021-ci il tarixli, 14/X saylı əmri və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.4, 385.1 386.1, 421, 423, 442, 430, 441-ci maddələrinə, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.13 və 1.4.14-cü yarıməndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh1 MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının müqavilə ba ğlayarkən “X6”-ndə göstərilən qaydada ödənilməsi barədə öhdəlik götürməsinə, bu barədə öhdəçilik yazmasına baxmayaraq ödəmədiyini və üzərinə düşən öhdəliyi pozduğunu, cavabdeh tərəfindən dəfələrlə iddiaçıya rəsmi bildirişlər göndərməyini və uzun müddət gözləməyini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə mənzilin başqa şəxsə satılmasını, onun vicdanlı əldə edən olmasını, mənzilin dəyərini tamamilə ödəməsini və mənzilin mülkiyyətçisi olmasını da araşdırmayaraq həmin məsələlərə də düzgün qiymət verməmişdir. İddiaçı ilə cavabeh arasında bağlanan müqavilənin 3.2-ci bəndinə əsasən ilkin ödəniş edildikdən sonra, ümumi dəyərin qalan hissəsi növbəti aydan başlayaraq 36 ay ərzində, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan “X6”-ndə göstərilən qaydada ödənilməli olduğu halda iddiaçı həmin pul v əsaitini ödəməmiş və bununla da üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı həm müqavilə ilə, həm də imzaladığı öhdəçilik ilə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Məhkəmə alqısatqı müqaviləsini etibarsız hesab etməklə Cavabdeh2 həmin mənzilə dair sahiblik hüquqlarını pozmuşdur. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.14-cü yarımbəndinə əsasən alıcı – ünvançı və ya poçt göndərişini almaq səlahiyyəti ünvançı tərəfindən verilmiş şəxsdir. Məhkəmə qeyd olunan qaydaların bəndlərini düzgün tətbiq etməmişdir və ya ümumiyyətlə tətbiq etməli deyildi. Belə ki, iddiaçının öhdəliyi vardır ki, ödənişləri hər ay vaxtında ödəsin. İddiaçının həmin öhdəliyi həm Mülki Məcəllənin normalarından həm müqavilədən irəli gəlir, həm də xüsusi olaraq öhdəçilik yazaraq imzalamışdır. Lakin, b ütün bunlara baxmayaraq iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən bu günə kimi heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının həmin vaxtdan cavabdehə 50000 manat borcu vardır və iddiaçı borcunun, öhdəliyinin olduğunu yaxşı bilirdi, öhdəliyini yerinə yetirməyə borclu idi. Ona görə də, iddiaçıya ödəniş üçün göndərilən bildirişlərin çatıb-çatmaması məsələsinin əsas gətirərək məhkəmənin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın bəndlərini tətbiq etməsinə heç bir ehtiyac yox idi. Əgər məhkəmə qeyd olunan Qaydaların bəndlərini tətbiq edirdisə onda Cavabdeh1 MTK tərəfindən iddiaçıya göndərilən bildirişləri alan N.C.Vəliyevin və İbrahimovun kimliyini, iddiaçı ilə qohumluq münasibətlərində olub-olmamalarını, bildirişləri iddiaçıya çatdırıb-çatdırmamalarını da araşdırmalı idi. Halbuki, bildirişlərdə N.C.Vəliyev kimi göstərilən şəxs iddiaçının həyat yoldaşı Nigar Vəliyevadır, hətta bildirişlərdə onun telefon nömrəsi də (*** *** ** **) göstərilmiş, həmin nömrə ilə cavabdeh tərəfindən dəfələrlə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, iddiaçı bununla bağlı dəfələrlə cavabdehin ofisində olmuşdur. Bundan əlavə, göndərilən bildirişlərin bəzilərini isə İddiaçı şəxsən imzalamışdır, lakin məhkəmə nədənsə həmin bildirişlərə istinad etməmişdir. İddiaçı 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən yaranmış öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşımışdır. Bütün bu öhdəliklərlə bağlı risk dairəsi də iddiaçıya aid olmuşdur. Həmin müqaviləyə əsasən pul vəsaitlərinin ödənilməsi riski digər şəxslərə aid deyil, konkret olaraq iddiaç ıya aid olmuş və bütün bu ödənişlər üçün də o cavabdehlik daşımışdır. Çünki, müqaviləyə əsasən pul vəsaitlərinin vaxtında ödənilməsini riskini və öhdəliyini iddiaçı üzərinə götürmüşdür. Buna görə də, həmin ödənişlərin vaxtında ödənilməməsi riskini iddiaçı daşımış və ödənişlərin icra edilməməsinə görə iddiaçı cavabdehdir. İddiaçı ilə cavabdeh arasında iddiaçının öhdəliyinin icrası üçün təqvim günləri təyin edilmiş, lakin iddiaçı təyin edilmiş vaxtadək öhdəliyini icra etməmişdir. Buna görə də, həmin icra xatırlatmasız gecikdirilmiş sayıldığı üçün Cavabdeh1 MTK-nın iddiaçıya öhdəliyin icrası ilə bağlı xatırlatmasına ehtiyac olmadan müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ yaranmışdır. Lakin, buna baxmayaraq cavabdeh iddiaçıya dəfələrlə bildiriş göndərərək ödənişi tələb etsə də iddiaç ı öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya bildirişlər göndərməsəydi belə onun həmin hüququndan istifadə edərək müqaviləyə xitam verməsi yenə də tam qanuni və əsaslı olacaqdır.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, cavabdehin göndərdiyi bildirişlər iddiaçıya çatdırılmamışdır. Həmçinin xəbərnaməyə qol çəkən şəxslə iddiaçının hər hansı bir qohumluq münasibətləri olmamışdır. Cavabdehlə bağlanmış müqavilədə mənzilin 24 aya təhvil verilməsi göstərilsə də, bu baş verməmişdir. Bunun müqabilində isə iddiaçı mənzilin dəyərini ödəməyi dayandırmışdır. İddiaçının müqavilə üzrə cəmi 50000 manat borcu qalmışdır.
26. Digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
27. Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, qətnaməsi ilə (hakimlər Şeyda Məhərrəmova, (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Rəşad Həsənov, iş N 2(103)-6215/2022) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənzilin təhvil verilməsi hissəsində dəyişdirilmiş, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MənzilTikinti Kooperativinə həvalə edilməsi, iddiaçıdan 50000 (əlli min) manat vəsaitin alınaraq Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə verilməsi, mənzilin təhvil verilməsi ilə pul vəsaitinin ödənilməsinin eyni vaxtda icra edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırm ışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, MTK tərəfindən müqaviləyə xitam verilməsi qaydalarını tənzimləyən maddi hüquq normalarının tələblərini pozulmuş, iddiaçıya rəsmi bildiriş təqdim etmədən, tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir.
29. Apellyasiya şikayətinin dəlilləri isə həmin hissədə əsassız olmuşdur. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi hər iki tərəf, yəni iddiaçı ilə Cavabdeh1 MTK, tərəflər arasında bağlanmış müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri - müəyyən edilmiş müddət ərzində yerinə yetirməmişlər, lakin Cavabdeh1 MTK müqaviləyə xitam verilməsi qaydalarını pozaraq tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan hissədə gəld iyi nəticə ilə razılaşsa da hesab edir ki, qətnamə mənzilin təhvil verilməsi hissəsində dəyişdirilməlidir.
31. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı da Cavabdeh1 MTK ilə bağlanmış 08 noyabr 2017-ci il tarixli 1/56 saylı müqavilənin tələblərini pozaraq, ödənişləri vaxtında həyata keçirtməmişdir və müqavilə üzrə ödənilməmiş 50000 manat borcu qalmışdır.
32. Nə qədər ki, iddiaçı ilə cavabdeh MTK arasında rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmr və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilə etibarsız hesab edilmiş və Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdeh MTK-ya həvalə edilmişdir, iddiaçı da müqavilə üzrə ödəməli olduğu 50000 manat vəsaiti cavabdeh MTK-ya ödəməlidir.
33. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.4, 385.1 386.1, 421, 423, 442, 430, 441-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv edib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.
35. Şikayət apelyasiya şikayətinin məzmununda tərtib edilmiş və əlav ə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə alqı-satqı müqaviləsini etibarsız hesab etməklə Cavabdeh2 mülkiyyət toxunulmazlığı hüquqlarını pozmuşdur. Cavabdeh1 MTK-nın müqaviləyə xitam verməsi üçün kifayət qədər hüquqi əsası vardır. Əksinə, iddiaçı özü icranı kecirdiyinə görə cavabdeh qarşısında məsuliyyət daşımışdır. Cavabdeh iddiaçıya bildirişlər göndərməsəydi belə onun həmin hüququndan istifadə edərək müqaviləyə xitam verməsi yenə də tam qanuni və əsaslı olacaqdır. Bundan əlavə, göndərilən bildirişlərin bəzilərini isə İddiaçı şəxsən imzalamışdır, lakin məhkəmə nədənsə həmin bildirişlərə istinad etməmişdir. Cavabdeh tərəfindən 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli müqaviləyə xitam verilməsinin bütün məsuliyyəti iddiaçıya aid olmuşdur və bütün məsuliyyəti o daşıyır. Lakin, buna baxm ayaraq məhkəmə məsuliyyəti Cavabdeh1 MTK-nın üzərinə qoymaqla qanunsuz qərar qəbul etmişdir.
36. Göstərilən mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 satılmış, Cavabdeh2 aldığı həmin mənzili yüksək səviyyədə təmir etmişdir. Cavabdeh2 mənzilin təmirinə 59091 (əlli doqquz min doxsan bir) manat məbləğində xərc çəkmişdir. Çəkilən həmin xərcin məbləği 21 noyabr 2022-ci il tarixdə tərtib olunmuş aktla təsdiq olunur.
37. Məhkəmə mənzilin başqa şəxsə satılmasını, onun vicdanlı əldə edən olmasını, mənzilin dəyərini tamamilə ödəməsini və mənzilin mülkiyyətçisi olmasını da araşdırmayaraq həmin məsələlərə də düzgün qiymət verməmişdir. Eyni qaydada Bakı Apellyasiya Məhkəməsi də mülki işi dərindən araşdırmamış, işə səthi yanaşmış və tədqiqinə lazımi şərait yaratmamış, bunun nəticəsində qanunsuz və əsass ız qətnamə qəbul etmişdir.
38. Kassatorun mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi Konstitusiyanın 13, Mülki Məcəllənin 152.1, 157.8, 158.1.2, 182.1, 442, 445.1, 445.2, 445.4, 447.1, 448.1, 448.2, 567 MPM-nin 88, 14.1-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı tərəf kassasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda qeyd etmişdir ki, kassator 50000 manat borc qaldığını qeyd edərkən, sonuncunun iddiaçıya mənzilin 24 ay müddətində təhvil vermək öhdəliyinin yerinə yetirmədiyinə görə ödənişin dayandırıldığını kassasiya şikayətinə yazmayaraq bu faktı gizlətmişdir. İddiaçı MTK-dan mənzilin təhvil verilməsini xahiş etsə də, MTK yazılı müraciətə heç bir cavab verməmişdir və bu məsələ məhkəmə müstəvisinə çıxarılmışdır. Cavabdeh xə bərdarlıq etmədən müqaviləyə xitam verilməsi barədə əmri rəsmiləşdirmişdir. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X4 X3:
40. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:
41. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
42. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri is tisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
43. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
44. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsas sız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
48. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
49. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozu ntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
50. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
51. Maddə 441.1.Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
52. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
53. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.
54. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
55. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
56. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
57. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
58. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, h azırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
59. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
60. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
63. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
64. Maddə 76.2. Bu məlumatlar yaz ılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul et məlidir.
68. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
72. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
76. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi də yərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
77. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə əvvəlcə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərin ə dair iddianın qanuni əsaslarını yoxlamalıdır.
78. Məlum olduğu kimi, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır (§ 42).
79. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (§ 43-44, 47).
80. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (məsələn, əmlak verməli, iş görməli və s.), müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi əsaslarından biri də müqavilədir (§ 45-46).
81. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn mülki hüquq münasibətləri vardır.
82. Belə ki, 08 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246 kv.m-dən ibarət mənzili tikib İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə mənzili mülkiyyətinə qəbul etməyi və mənzilin dəyəri olan 319800 manatı ödəməyi öhdəsinə götürmüşlər. Tərəflər müqavilədə razılaşdırmışlar ki, ilkin ödənişdən sonra əşyanın dəyərinin qalan hissəsi 36 ay ərzində, ayda 6100 manat olmaqla qrafik əsasında ödənilməlidir.Tikinti şirkəti isə ti kintiquraşdırma işlərini təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamalı və mənzili alıcıya təhvil verməlidir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuşdur ki, alıcı tərəfindən ödəmələr davamlı olaraq üç dəfə yerinə yetirilmədikdə birtərəfli qaydada xəbərdarlıq edilərək, bu müqaviləyə xitam vermək satıcının hüquqlarından biridir.
83. İddiaçı müqaviləyə əsasən mənzilin təhvil verilməsi öhdəliyinin 2019-cu ilədək yerinə yetirilməli olduğu halda cavabdehin icranı gecikdirdiyini bildirərək, müqavilə öhdəliyinin icra edilməklə mübahisəli mənzilin ona təhvil verilməsi tələbi ilə əvvəlcə cavabdehə, daha sonra isə məhkəməyə müraciət etmişdir (§ 12).
84. Cavabdeh isə bildirmişdir ki, İddiaçı ödənişləri vaxtında etməmiş, xx.xx.2021-ci il tarixdən heç bir ödəniş həyata keçirməmiş, ödənilməmiş 50.000 manat borcu qalmış, ödəniş cədvəli ilə müəyyən edilmiş müddət xx.xx.2020-ci il tarixdə bitmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq İddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməsindən faktiki olaraq imtina etdikdən sonra 01 oktyabr 2021-ci il tarixdə müqaviləyə xitam vermişlər və xx.xx.2021-ci il tarixdə mənzili Cavabdeh2 satmışlar (§ 13).
85. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr cavabdehin müqaviləni birtərəfli qaydada ləğv etməsini əsaslı saymamış və mövqelərini belə əsaslandırmışlar ki, MTK bu barədə bildirişin rəsmi şəkildə iddiaçıya təqdim edilməsi barədə mötəbər sübut təqdim etməmişdir (§ 18, 28-29).
86. Kassator isə bildirir ki, müqaviləyə xitam verilməsi barədə bildirişləri iddiaçıya göndərmişlər, bildirişlərin bəzilərini isə İddiaçı şəxsən imzalamışdır. Lakin məhkəmə həmin bildirişlərə istinad etməmişdir (§ 13, 35).
87. Kollegiya bu xüsusatla bağlı qeyd edir ki, sözügedən müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə bildirişlərin iddiaçıya çatdırılması mühüm əhəmiyyət kəsb etdiyindən tərəflər arasında mübahisəli olan həmin faktiki hala sübutetmə qaydalarına uyğun qiymət verilməlidir.
88. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, h ansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 63).
89. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq süb utetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.
90. Hazırkı işin halları baxımından müqavilədə nəzərdə tutulmuş qaydada müqaviləni birtərəfli qaydada ləğv edənədək müvafiq bildirişləri iddiaçıya göndərdiyini sübut etmək yükü bu halı iddia edən tərəf kimi cavabdehin üzərində olmuşdur.
91. Cavabdeh tərəf sözügedən bildirişləri və onların iddiaçıya göndərməsi barədə poçt sənədlərinin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir.
92. Bununla belə, iddiaçı həmin sənədləri aldığını təsdiq etməmiş və məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh həmin halı sübuta yetirə bilməmişdir.
93. Halbuki, mövcud vəziyyətdə müqavilə tərəfinin rəsmi ünvanında qəbul edilmiş sənədləri almadığına dair izahatı bildirişlərin göndərilmədiyi nəticəsinə gəlinməsinə və sübutetmə yükünün yenidən cavabdehin üzərinə qoyulmasına əsas ola bilməz.
94. Ona görə ki, sənədin göndərildiyi ünvan sahibi hakimiyyəti və təsir dairəsində olan məkanda edilmiş hərəkətlərin, o cümlədən rəsmi sənədlərin qəbulu ilə bağlı hüquqi nəticələrin riskini özü daşıyır. Bu səbəbdən göndərildiyi ünvanda imzalanmaqla (hətta alıcı qrafasında bildirişin ünvanlandığı şəxsin bilavasitə özünün soyadı yazılmaqla) qəbul edilən poçt sənədindəki imzanın başqa şəxs tərəfindən icra edildiyini irəli sürən tərəf bu halı sübuta yetirməyə borcludur. Bunun üçün tərəf poçt sənədlərindəki imzanın mütəxəssis və ya ekspert rəy i ilə yoxlanılmasına, məlumatın başqa sübutlarla (rabitə qurumundan əlavə məlumatın alınması, poçt əməkdaşının dindirilməsi və s.) birlikdə tədqiq olunmasına dair vəsatətlər verə bilər.
95. Məlum olduğu kimi, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; mütəxəssisin məsləhətini və şərhini dinləmək, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək, şahidləri dinləmək və digər imkanları vermişdir (§ 62, 64, 67-68).
96. Bundan əlavə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər qarşılıqlı öhdəliklərin icrasını nəzərdə tut an müqavilə bağlamışlar, sonradan isə hər biri qarşı tərəfin öz öhdəliyini yerinə yetirməməsinə istinad etmişdir. İddiaçı, bununla əlqaədar ödəliyin tam icrasını istəmiş, cavabdeh isə ödəmələrdə gecikmə baş verməsini səbəb gətirərək müqavilədən imtina etməklə mənzilə dair başqa şəxslə əqd bağlamışdır.
97. Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyy ənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər (§ 48-54).
98. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, yuxarıda göstərilən, habelə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tərəflərin təqdim etdiyi sübutlar əsasında tam və hərtərəfli araşdırılmalı, hər iki tərəfin dəlillərinə sadalanan maddi və prosessual hüquq normaları əsasında qiymət verilməlidir.
99. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərt ərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 60-61, 65-66, 69-71).
100. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən və onlara qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mü hakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
101. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 40-41).
102. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
103. Eyni zamanda Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2 008-ci il tarixli qərarlar).
104. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
105. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.