Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1233/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Xnun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11165/2019 nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bərabərlik hüququnun pozulmasının tanınmasını, işdən azad olunması barədə əmrin ləğv edilərək işinə bərpa olunmasını, habelə 15 fevral 2019-cu il tarixdən iddia təmin edilən günə kimi məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsini, cavabdehdən ona vurduğu mənəvi ziyanın əvəzi olaraq xeyrinə 30.000 manatın tutularaq ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, işəgötürən tərəfindən ona qarşı ayrı-seçkilik edilməsi nəticəsində bərabərlik hüququnun pozulmasının müəyyən edilməsi, işdən azad olunma barədə əmrin ləğv edilərək işinə bərpa olunması, habelə 15 fevral 2019-cu il tarixindən iddia təmin edilən günə kimi məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi, cavabdehdən ona vurduğu mənəvi ziyanın əvəzi olaraq xeyrinə 30.000 manatın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.Hüseynov) 16 aprel 2019-cu il tarixli 2(006)-2848/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, İ.Xəlilov, İ.Kərimli) 09 oktyabr 2019-cu il tarixli, 2(103)-11165/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin 16.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi barədə 73 saylı əmrdə qeyd edilmişdir ki, 691 saylı 15.10.2018-ci il tarixli əmrə əsasən Təchizat idarəsinin strukturunda və ştatların sayında dəyişiklər edilmiş və kommersiya müqavilələr üzrə bölmə Tənzimləmə, Hüquq işləri və Sətəm üzrə idarənin tabeliyindən çıxarılaraq, Təchizat idarəsinin strukturuna keçirilmişdir. Lakin kommersiya müqavilələr üzrə bölmə Tənzimləmə, Hüquq işləri və Sətəm üzrə idarənin tabeliyindən çıxarılmamış, əksinə Təchizat idarəsində yeni kommersiya müqavilələr bölməsi yaradılmışdır və nədənsə oraya da İddiaçı ilə eyni şöbədə işləyən 4-5 işçidən yalnız iddiaçı və digər bir işçini keçirmək qərara alınmışdır. Yəni, niyə iddiaçı?! İddiaçı bunun əsaslandırmasını tələb etsə də, indiyə kimi bir açıqlanma verilməmişdir. Hesab edir ki, şirkətdə heç bir real struktur dəyişiklikləri baş verməmişdir. Bəzi işçilər bir şöbədən digər şöbəyə keçirilmişdir. Bu zaman da könüllülük prinsipi ilə hərəkət edilmək əvəzinə, iddiaçını buna əməl etdirmək məqsədi əsas götürülmüşdür. Bütün bunlardan göründüyü kimi, işəgötürən iddiaçıya qarşı əvvəldən olan ədavətini, ayrı-seçkiliyini davam etdirərək, hər nəyin bahasına olursa olsun, iddiaçını işdən çıxarmağa çalışmışdır. İşəgötürənin struktur dəyişikliklərinə inansalar belə, iddiaçı təklif edilən yeni əmək şəra itindən və təklif edilən digər vəzifədən iki əsasa görə imtina etmişdir. Birincisi, Cavabdeh MMC-nin iddiaçını keçirmək istədiyi Təchizat idarəsində yeni kommersiya müqavilələr bölməsindəki vəzifənin qeyri-hüqüqşünas işi olması. Belə ki, həmin vakant vəzifə ilə bağlı cavabdehin internetdə iş elanının mətnindən də görünür ki, həmin vəzifə üçün iş öhdəlikləri qeyrihüquqşünas işidir. İddiaçı isə 10 ildən çox stajı olan bir hüquqşünas kimi qeyri- hüquqşünas işində işləməsi doğru olmazdı. Cavabdeh də bunu bildiyi üçün qəsdən iddiaçıya bu vəzifəni təklif etmişdir ki, iddiaçı bununla razılaşmayaraq, işdən çıxsın. İkincisi, Cavabdeh MMC-nin iddiaçıya təklif etdiyi digər hüquq məsləhətçisi vakansiyalarında isə məhz iddiaçıya olduqca az əmək haqqı təklif olunmuşdur. Belə ki, təklif olunan əmək haqqı iddiaçının orta əmək haqqından 2 dəfə az idi. İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl iddiaçıya yazılı məlumatı və ya əmri ilə xəbərdar etmək, başqa vəzifəyə keçirilmək barədə Əmək Məcəlləsinin tələblərinə riayət etməyərək, riayət etdiyi görüntüsünü yaratmağa çalışmışdır. Çünki, iddiaçı onunla eyni şöbədə baş hüquqşünas olan X7 işdən çıxdıqdan sonra onun yerinə keçirilməsini istəmişdir. İşəötürən isə iddiaçıya həmin vəzifənin vakant olmadığını desə də, bu barədə sübutu göstərməmişdir. İddiaçı isə həmin şöbədə çalışdığı üçün həminin yerin boş olduğunu, ora heç kimin işə götürülmədiyini bilmişdir. Cavabdeh bildirmişdir ki, həmin vəzifəyə X1 keçirilmişdir. O zaman sual olunur ki, X1 hansı tarixdən iddiaçınının şöbəsinə keçirilmişdir, X1 digər şöbədən niyə iddiaç ının işlədiyi şöbəyə keçirilmişdir? İddiaçının işlədiyi şöbədə vakansiya ola-ola, iddiaçı öz şöbəsindən digər şöbəyə niyə keçirilmişdir? İşəgötürən isə, həmişəki kimi öz yalanlarında israr etsə də, bu barədə sənəd olmadığı üçün bunu sübut edə bilməz. Yaxud, təqdim edəcəyi sənədlər onun əleyhinə olduğu üçün təqdim etməkdə maraqlı deyil. Göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin bu tələblərinə riayət etmək niyyətində olmamışdır və yalnız riayət etdiyi görüntüsünü yaratmağa çalışmışdır. Əmək Məcəlləsinin 57.4-cü maddəsinə əsasən əmək haqqı saxlanılmadıqda iddiaçı təklif edilən işlərdən, vəzifələrdən imtina edə bilər. İddiaçı da Əmək Məcəlləsinin bu tələbini əsas götürüb, qanunauyğun davranış etmişdir. Çünki iddiaçıya öz əmək haqqından ikiqat aşağı iş təklif olunmuşdur. Halbuki, işəgötürən yenə də yalan məlumatlar verməkdə israr edir. Belə ki, şöbədə hüquq məsləhətçisi vakansiyası üçün əmək haqqı yüksək - 1.901 manat olsa da, işəgötürən iddiaçıya ondan aşağı əmək haqqı təklif etmişdir ki, iddiaçı bununla razılaşmasın. İddiaçıya hüquq məsləhətçisi vəzifəsini təklif edən zaman cavabdeh qeyd etmişdir ki, bu vəzifə üçün əmək haqqı 1.000 manatdır. Lakin cavabdehlə bundan əvvəlki məhkəmə mübahisəsi zamanı cavabdeh məhkəməyə təqdim etdiyi arayışda hüquq məsləhətçisi vakansiyası üçün əmək haqqının 1.900 manat olduğunu qeyd etmişdir ki, bu da Nizami Rayon Məhkəməsinin 29.05.2018-ci il tarixli qətnaməsinin 4-cü səhifəsində də əks olunmuşdur. Bu isə, həmin faktın preyudisial fakt olaraq mötəbərliyini, cavabdehin isə, hər dəfə fərqli arayış və cavablar verməklə, məhkəməni çaşdırmaq məqs ədini və yekun olaraq, bütün bunların iddiaçıya qarşı qərəzli olduğunu göstərir. İşəgötürənin iddiaçıya qarşı qərəzli hərəkətindən biri də, iddiaçını tez-tələsik işdən çıxararaq, son haqq hesabını vaxtında ödəmədiyi barədə Dövlət Əmək Müfəttişliyinin məktubudur. Bütün bunlar isə, qərəzli şəkildə ayrıseçkilik olmaqla ilk növbədə iddiaçının Konstitusion bərabərlik hüququnun pozulmasıdır. İddiaçının işlədiyi kommersiya müqavilələr üzrə bölmə Tənzimləmə, Hüquq işləri və Sətəm üzrə idarənin tabeliyindən çıxarılmamışdır, Təchizat idarəsində yeni kommersiya müqavilələr bölməsi yaradılmışdır ki, işəgötürənin 691 saylı 15.10.2018-ci il tarixli əmrinin 12-ci bəndinə əsasən işlədiyi şöbədən iddiaçı və digər xanım X2 Təchizat idarəsində yeni yaradılmış kommersiya müqavilələr bölməsinə keçirilmişdir. İ ddiaçı ilə eyni şöbədə çalışan digər şəxslərə isə bu şamil edilməmişdir. İşəgötürənin həmin 691 saylı 15.10.2018-ci il tarixli əmrinin şamil olunduğu işçilər, yəni iddiaçı və digər şəxs xanımlar olmuş, həmin digər xanım X2 isə sonradan bir neçə ay ərzində Təchizat idarəsində yeni yaradılmış kommersiya müqavilələr bölməsindəki vəziyyətdən bezərək öz xahişi ilə işdən çıxmışdır. Bütün bunlar bir daha onu göstərir ki, işəgötürən iddiaçını işdən çıxarmaq üçün bütün mümkün vasitələrə əl atmışdır. Göründüyü kimi, iddiaçı diskriminasiyaya məruz qalmışdır. İşəgötürən Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası qanunun tələblərinə də əhəmiyyət verməmişdir. Adıçəkilən qanun sübutetmə yükünü işəgötürənin cavabdehin üzərinə qoymuşdur. Qeyd edilən qanunun müddəaları Qadınlara qarş ı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın 11.1-ci maddəsində də nəzərdə tutulmuşdur və Azərbaycan da həmin Konvensiyanı ratifikasiya etmişdir. Lakin bununla bağlı iddiaçının müraciətinə də işəgötürən heç bir cavab verməmişdir. Şöbədə yaranan boş iş yerinə digər şöbədən kişi namizədi - X1u keçirən işəgötürən, iddiaçını məhz xanım olduğu üçün digər şöbəyə keçirmək istəmişdir. Əks halda, iddiaçını öz şöbəsində saxlaya bilərdi. Beləliklə, iddiaçı əmək və bərabərlik hüququnun pozulmasının aradan qaldırılması üçün işinə bərpa edilməlidir. Əmək mübahisələrində sübutetmə yükü işəgötürənin üzərindədir. Odur ki, bütün bunları təkzib edən sübutlar işəgötürən tərəfindən məhkəməyə təqdim edilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən isə qeyd edilən hallar ət raflı araşdırılmamış, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməyərək qanunsuz və əsasız qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İddiaçıya işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 02.03.2017-ci il tarixdə cavabdeh təşkilata Tənzimləmə və Hüquq İşləri və SƏTƏM üzrə İdarənin Müqavilələrlə İşlər üzrə Şöbənin Kommersiya Müqavilələri üzrə Bölməsinə Böyük hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmişdir. Cavabdeh MMC-nin 15 oktyabr 2018-ci il tarixli 691 saylı əmri ilə Cəmiyyətin Təchizat İdarəsinin strukturunda və ştatların sayında dəyişikliklər edilmiş, o cümlədən Təchizat İdarəsində Kommersiya Müqavilələri Bölməsinin yaradılması və Tənzimləmə və Hüquq İşləri və SƏTƏM üzrə İdarənin Kommersiya Müqavilələri Bölməsindən Kommersiya müqavilələri üzrə bölmə rəhbəri və Böyük hüquq məsləhətçisi ştat vahidlərinin çıxarılıb Təchizat İdarəsinin tabeçiliyinə verilməsi, X5 və İddiaçı mövcud vəzifələrində Təchizat i darəsinə keçirilmələri əmr edilmişdir. Bununla əlaqədar Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə İdarənin Kommersiya müqavilələri üzrə bölməsinin Böyük hüquq məsləhətçisi İddiaçı eyni vəzifə, eyni əmək funksiyaları və eyni əmək haqqı ilə əmək fəaliyyətini Təchizat idarəsinin tərkibindəki Kommersiya müqavilələri bölməsində davam etdirmək rəsmi qaydada təklif olunmuşdur. Lakin iddiaçı yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş, 02 mart 2017-ci il tarixli, 631 nömrəli əmək müqaviləsinə hazırlanmış dəyişikliyi imzalamamışdır. Daha sonra yeni əmək şəraitinin şərtləri ilə razılaşmadığı üçün İddiaçı yeni yaradılmış Dövlət orqanları ilə əlaqələr və Hüquq idarəsində mövcud olan iki hüquq məsləhətçisi vəzifəsindən biri təklif olunmuş, lakin iddiaçı bu təklifi də qəbul etməmişdir. Bunda n sonra iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmamış, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmaqla əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən tərəfindən iddiaçıya qarşı ayrıseçkilik edilməsi nəticəsində bərabərlik hüququnun pozulması və işçiyə mənəvi ziyan vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəm əsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir; 56-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işç i yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin mö hürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçıya qarşı ayrı-seçkiliyə, qərəzliliyə yol verilməsi, onun əmək və bərabərlik hüququnun pozulması ilə işdən azad olunması onun tərəfindən heç bir sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcə llənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin işin həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları ətraflı araşdırma aparmaması, sübutlara düzgün qiymət verilməməsi barədə dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408. 1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixl i Qərarı). Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11165/2019 nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1233/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1233/2020
02.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver