Məhkəmə qərarları › İş №2(102)-1233/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1233/2022

14.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1233/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1233/22 (Açar sözlər: əşyaların evdən çıxarılması) Bakı şəhəri, 14 mart 2022-ci il 14.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1985/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinə 14 mart 2022-ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 5 №-li ev İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh iddiaçının keçmiş gəlinidr.

3. Cavabdehin iddiaçıya məxsus evə istifadə hüququ tanınmaması, eləcə də, cavabdehə məxsus cehiz əşyalarının qaytarılması barədə məhkəmə qətnamələri vardır.

4. Mübahisə cavabdehə məxsus əşyların iddiaçının mülkiyyətində olan evdə qalması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehə Cavabdeh məxsus “Çinar” markalı soyuducu, qaz sobası, “Fusion” markalı televizor, ütü stolu, yataq mebel dəstinin döşəyinin, ”Evrolux” markalı paltaryuyan maşın, “Ovrika” marka lı tozsoran, “Maxrvelli” markalı tozsoranlar, termos, 7 şamlı və 5 şamlı çilçıraqların Mingəçevir şəhəri, F.Əzimov küçəsi ev 5-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh ilə iddiaçının oğlu Vüqar Əsgərov 15 oktyabr 2011-ci tarixdə nikaha daxil olublar və Cavabdeh həmin vaxt müvəqqəti yaşamaq üçün iddiaçının xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 5 №-li evə gəlin köçərək onlarla birlikdə yaşamışdır.

7. Cavabdeh 31 dekabr 2016-cı il tarixədək iddiaçının evində yaşamış, 31 dekabr 2016-cı il tarixdə isə cavabdeh uşağı ilə birlikdə öz valideynlərinin yanına getmiş və hazırkı vaxtadək orada yaşayır.

8. İddiaçının oğlu ilə cavabdeh Aynur Yusifova arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.

9. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3560/2017 №-li, 16.08.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının mülkiyyətində olan evə istifadə hüququnun olmaması müəyyən edilmiş, cavabdehin isə iddiaçının evinə köçürülmə tələbinə dair iddiası rədd edilmiş və cavabdeh qeydiyyatdan çıxarılmışdır.

10. Bundan sonra Cavabdeh iddiaçıya və iddiaçının oğluna qarşı qızıl-zinət və cehiz əşyalarına dair məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 05.02.2018-ci il tarixli 2(051)-71/2018 №-li qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək cehiz əşyalarının və qismən qızıl-zinət əşyalarının alınıb cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra icraya yönədilmiş və icra məmuru tərəfindən cavabdehi n iştirakı ilə əmlakları iddiaçının evindən çıxarılmışdır. Lakin 3 ildən çoxdur ki, cavabdeh heç bir əsaslı səbəb olmadan “Çinar” markalı soyuducu, qaz sobası, “Fusion” markalı televizor, ütü stolu, yataq mebel dəstinin döşəyini, “Evrolux” markalı paltaryuyan maşın, “Ovrika” və “Maxrvelli” markalı tozsoranlar, termos, 7 şamlı və 5 şamlı çilçıraqları iddiaçının evindən götürmür və öz qərəzli münasibətindən əl çəkmir, iddiaçını evindən sərbəst, maneəsiz istifadə etmək hüququnu bu yolla məhdudlaşdırır.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad etmişdir.

12. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-979/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Məhburə Kərimova)

13. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, Mingəçevir şəhəri, F.Əzimov küçəsi 5 №li ev iddiaçının mülkiyyətindədir. Cavabdehin iddiaçının mülkiyyətində olan evə hər hansı bir hüququ olması iş materialları ilə müəyyən edilmir. Lakin cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətində olan həmin evdədir. Ona görə də iddiaçı özünə məxsus evdən tam istifadə edə bilmir.

14. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan evdə qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Buna görə də cavabdehə məxsus iddia ərzəsində göstərilən əşyalar həmin evdən çıxarılmalıdır

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2-ci və Mülki Prosessual Məcəllənin 14.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 1

6. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia ərizəsinin icraata qəbul olunmasımndan imtina edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: - Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-018 saylı, 05 fevral 2018-ci il tarixli, qətnaməsi ilə onun iddiası əsasında qızıl-zinət, cehiz, həmçinin hazırki qətnamədə adları göstərilən əmlakların özünün və ya dəyərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsi icra edilmişdir. Məhkəmənin qərardadı ilə üzərinə həbs qoyulmuşdur; - qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin əşyaları götürməyə gedərkən məlum olmuşdur ki, “Çinar” markalı soyuducu, qaz sobası, «Fusion» markalı televizor, ütü stolu yataq mebelinin döşəyi, «Evrolux» markalı paltaryuyan maşın, «Ovrika» və «Maxrvelli» markalı tozsoranlar, 7 və 5 şamlı çilçıraqlar tam yararsız vəziyyətdədir. Digər əşyaları isə yoxdur. Bu səbəbdən icra məmuru həmin əşyaların dəyərinin ona ödənilməsi ilə bağlı icra vərəqəsini cavabdeh İddiaçı və onun oğlu Vüqar Əsgərovun əmək haqqına yönəltmişdir, göründüyü kimi hazırki iddia tələbi ilə bağlı qanuni qüüvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və bu iddia həmin qətnaməyə yeni “don” geyindirməyə yönəldilmişdir.

18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1985/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(051)-979/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Aya z Mahmudov)

19. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibətdə qeyd edib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, onun göstərdikləri əsaslı hesab edilə bilməz. a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətini dəlillərinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxar kən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almış dır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi barədə olmaqla iddiaçının mülkiyyətində olan evdən cavabdehə məxsus əşyaların çıxarılması barədədir.

29. İşin müəyyən edilmiş hallarına görə də Mingəçevir şəhəri, F.Əzimov küçəsi 5 №li ev iddiaçının mülkiyyətindədir. Cavabdehin iddiaçının mülkiyyətində ola n evə hər hansı bir hüququ yoxdur, buna baxmayaraq, cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətində olan həmin evdədir. Buna görə də iddiaçı özünə məxsus mənzildən tam istifadə edə bilmir.

30. Göründüyü kimi, işin müəyyən edilmiş halları mülkiyyətin müdafiəsi ilə bağlı tətbiq edilən maddi hüquq normaları baxımından iddianın təmin edilməsinə əsas verdiyindən gəlinən nəticə əsaslı olmuşdur.

31. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər Mülki Məcəllənin 152.1 və 157.cü maddələrinin tələblərinə əsasən qəbul edilə bilməz.

32. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən b elə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1985/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar