Məhkəmə qərarları › İş №2(102)-1235/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1235/2022

05.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1235/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Vəliyev Nəsrulla Əhməd oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1235/22 (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(105)-1987/2021 saylı qətnaməsindən cavabdeh Quba regional “Asan xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu Cavabdeh2 və Cavabdeh3 ayrıayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh3 və digərlərinə qarşı iddia qaldıraraq, Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında notarial qaydada bağlanmış 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinin; həmin torpaq sahəsinə dair sonuncu ilə Cavabdeh7 arasında notarial qaydada bağlanmış 15 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; torpaq sahəsinə dair Cavabdeh7 adına verilmiş 06 avqust 2020-ci il tarixli Çıxarışın ləğv edilməsi; onun razılığı olmadan alqı-satqı müqaviləsi bağladıqları üçün cavabdehlər Quba regional “Asan xidm ət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 dəymiş zərərə görə 100.000 manat pulun tutulub ona ödənilməsi; onların əməllərində cinayət tərkibi olduğu üçün bu barədə xüsusi qərardad çıxarmaqla Quba rayon Prokuroruna məlumat verilməsi; habelə ona göstərilmiş hüquqi yardıma görə ödədiyi 400 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qənaməsi ilə (sədrlik edən, hakim İ.A.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 02 iyul 1986-cı ildə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub. 10 aprel 2017-ci ildə Cavabdeh1 onun a dına Quba rayonu ərazisində torpaq sahəsi almaq, satmaq və sair hərəkətləri etməyə dair 10 aprel 2019-cu il tarixədək qüvvədə olmaqla Cavabdeh4 adına etibarnamə verib. 01 may 2017-ci il tarixli Çıxarışa əsasən, Quba şəhərində yerləşən yaşayış məntəqəsinə aid 0,09 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 01 mart 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 etibarnamə üzrə təmsilçisi Cavabdeh4 torpaq sahəsini 4.500 manata Cavabdeh3 satıb və 01 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Bundan sonra, 15 iyul 2020-ci ildə Cavabdeh3 sözügedən torpaq sahəsi üzərində sərəncam vermək, satmaq və sair hərəkətləri etməyə dair 11 iyul 2021-ci il tarixədək qüvvə də olmaqla Asim Abdullayevin adına etibarnamə verib. 15 iyul 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 etibarnamə üzrə təmsilçisi Asim Abdullayev sözügedən torpaq sahəsini 5.000 manata Cavabdeh7 satıb və 06 avqust 2020-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Göründüyü kimi, iddiaçının əri Cavabdeh1 mübahisəli torpaq sahəsini satmaq üçün iki il müddətinə qüvvədə olmaqla Cavabdeh4 adına etibarnamə verib və sonuncu həmin etibarnaməyə əsasən Cavabdeh1 adından torpaq sahəsini 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satıb. Bütün bunlar onu təsdiq edir ki, iddiaçı öz hüququnun pozulduğunu bildiyi halda qanunla müəyyən edilmiş kəsici müddəti ötürməklə məhkəməyə müraciət edib. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 354.1, 373.1, 375.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, Quba ş əhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair Cavabdeh1la Cavabdeh3 arasında notarial qaydada bağlanmış 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinin, həmçinin həmin torpaq sahəsinə dair sonuncu ilə Cavabdeh7 arasında notarial qaydada bağlanmış 15 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Cavabdeh7 adına verilmiş 06 avqust 2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, həmçinin iddiaçıya göstərilmiş hüquqi yardıma görə cavabdehlərdən 400 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli xüsusi qərardadı ilə hazırki mülki iş üzrə Cavabdeh1la Cavabdeh3 arasında bağlanmış 01 mart 2018-ci il tari xli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı həmin şəxslərin əməllərində rəsmi sənədləri saxtalaşdırma, dələduzluq və digər cinayətlərin tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 02 iyul 1986-cı ildə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub. 10 aprel 2017-ci ildə Cavabdeh1 onun adına Quba rayonu ərazisində torpaq sahəsi almaq, satmaq və sair hərəkətləri etməyə dair 10 aprel 2019-cu il tarixədək qüvvədə olmaqla Cavabdeh4 adına etibarnamə verib. 01 may 2017-ci il tarixli Çıxarışa əsasən, Quba şəhərində yerləşən yaşayış məntəqəsinə aid 0,09 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 01 mart 20 18-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 etibarnamə üzrə təmsilçisi Cavabdeh4 torpaq sahəsini 4.500 manata Cavabdeh3 satıb və 01 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Bundan sonra, 15 iyul 2020-ci ildə Cavabdeh3 sözügedən torpaq sahəsi üzərində sərəncam vermək, satmaq və sair hərəkətləri etməyə dair 11 iyul 2021-ci il tarixədək qüvvədə olmaqla Asim Abdullayevin adına etibarnamə verib. 15 iyul 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 etibarnamə üzrə təmsilçisi Asim Abdullayev sözügedən torpaq sahəsini 5.000 manata Cavabdeh7 satıb və 06 avqust 2020-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncun un adına qeydə alınıb. Göründüyü kimi notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən torpaq sahəsinin sahibi Cavabdeh1 rəsmi nikahda olub-olmadığı yoxlanılmayıb, onun arva İddiaçı bu müqavilənin bağlanmasına razılıq verib-vermədiyinin öyrənilməsi üçün müvafiq elektron sistemdən heç bir məlumat alınmayıb. Bunun əvəzinə təmsilçi Cavabdeh4 təmsil etdiyi Cavabdeh1 subay, nikahda olmamasına dair heç bir hüquq normasına sığmayan qanunsuz və əsassız ərizəsı əsasında alqı-satqı müqaviləsi rəsmiləşdirilib. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verərək işin faktiki hallarına düzgün hüquqi qiymət verməyib. Ailə qanunverciliyinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əm lakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni zamanda alqısatqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması v acibdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Hazırki halda notarius Cavabdeh2 iddiaya etirazında etiraf etmişdir ki, alqısatqı müqaviləsi etibarnamə əsasında nümayəndə Cavabdeh4 şifahi ifadəsi əsasında aparılıb və bu barədə müvafiq elektron notariat informasiya sistemindən hər hansı məlumat əldə edilməyib. Bundan başqa, mübahisələndirilən alqı-satqı müqaviləsi Quba Regional “Asan xidmət” Mərkəzində həyata keçirilməsinə baxmayaraq, alqı-satqı müqaviləsinin bağlanmasından 3 il sonra notarius Cavabdeh2 Quba regional “Asan xidmət” Mərkəzindən deyil, 17 saylı notariat ofisindən iddiaçı ilə Cavabdeh1 arasında nikahın bağlanmasına dair qeydin aşkar edilməməsi barədə elektron notariat informasiya sistemindən məlumat təqdim edib. Eyni zamanda işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşadığından 2020-ci ilin yayında torpaq sahəsinə baxmağa gedərkən torpaq sahəsinin onların deyil, başqa şəxsin mülkiyyətində olduğu və həmin vaxt verilmiş sorğulara cavab olaraq torpaq sahəsinin etibarnamə əsasında iddiaçının razılığı olmadan Quba regional Cavabdeh6tariat kontorunda alqı-satqı müqaviləsi əsasında özgənikləşdirildiyi məlum olub və iddiaçı məhz həmin vaxt hüquqlarının pozulduğunu bilib, 16 sentyabr 2020-ci ildə isə hazırki iddia ilə məhkəməyə müraciət edi b. Ona görə də hazırki iddia tələbi Mülki Məcəllənin 354.2-ci maddəsinin təsiri altına düşmür və həmin norma tərəflər arasındakı mövcud mübahisəyə tətbiq oluna bilməz. Daha sonra, cavabdehlərin təqsiri üzündən iddiaçıya 100.000 manat mənəvi zərər dəyməsi mülki iş materialları ilə təsdiq edilmədiyi üçün bu hissədə iddia rədd edilməli, həmçinin iddiaçıya göstərilmiş hüquqi yardıma görə cavabdehlərdən 11 sentyabr 2020-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilə üzrə 400 manat pul tutulub iddiaçıya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 225.1, 225.6, 337.1, 567-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın d əlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh3 və Quba regional “Asan xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Hər iki kassasiya şikayətləri belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azər baycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə istifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhə miyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Hər iki kassasiya şikayətlərinin nəticə hissələrində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsi xahiş olunsa da, əslində kassatorlar qətnaməni iddia tələblərinin təmin olunan hissələrində mübahisələndiriblər. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh7 qətnamədən kassasiya şikayəti verməsə də, hər iki alqı-satqı müqavilələri üzrə Cavabdeh3 tərəf olduğundan və o, kassasiya şikayətində alqı-satqı müqavilələrinin etibarsız sayılması ilə razılaşmadığından, habelə hər iki kassasiya şikayətlərində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünən olduğundan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndir ilən hissələrdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Əvvəla, Quba şəhərində yerləşən yaşayış məntəqəsinə aid 0,09 ha torpaq sahəsinə dair Cavabdeh1la Cavabdeh3 arasında 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi notariatda təsdiq edilərkən, alıcı Cavabdeh3 torpaq sahəsinin dəyərinə görə satıcı Cavabdeh1 4.500 manat, həmçinin Cavabdeh3lə Cavabdeh7 arasında 15 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi notariatda təsdiq edilərkən, alıcı Cavabdeh7 torpaq sahəsinin dəyərinə görə satıcı Cavabdeh3 5.000 manat pul ödəyiblər. İşin bu halları işə əlavə edilmiş alqı-satqı müqavilələrinin surətləri ilə də təsdiq olunur və işdə, bunların əksini təsdiq edə n heç bir yazılı sənəd yoxdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının tələbləri üzrə hər iki alqı-satqı müqaviləsini etibarsız hesab etsə də, həmin müqavilələr üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Oxşar hüquqi mövqe “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 4 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda qeyd edilib ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.5ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Kassasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb he sab edir ki, sözügedən torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin satıcı Cavabdeh1la deyil, onun etibarnamə üzrə təmsilçisi Cavabdeh4la alıcı Cavabdeh3 arasında, habelə satıcı Cavabdeh3lə deyil, onun etibarnamə üzrə təmsilçisi Asim Abdullayevlə alıcı Cavabdeh7 arasında bağlanması Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinin hazırki mülki mübahisəyə tətbiq edilməsini istisna etmir. Çünki, həmin Məcəllənin 359.1-ci maddəsinin mənasına görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə...əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Ona görə də bu hal əqdlərin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasına, yəni alıcının ödədiyi məbləğin satıcıdan tutulub ona qaytarılmasına mane ola bilməz. Digər tərəfdən, Cavabdeh7 birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisəli torpaq sahəsini əvəzli şəkildə, yəni 15 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsində şərtləndirilmiş 5.000 manat pulu Cavabdeh3 ödəməklə satın aldığını, habelə həmin torpaq sahəsini vicdanlı əldə etdiyini, 06 avqust 2020-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsinin mülkiyyət hüququ üzrə adına qeydə alındığını göstərib iddiaya etiraz etsə də, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə onun bu dəlilləri üzrə heç bir araşdırma aparmayıb. Həmçinin işdə, Cavabdeh7 vicdansızlığını özündə ehtiva edən və Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edilməsini istisna edən heç bir h al müəyyən edilmir və apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinə dair Cavabdeh3lə Cavabdeh7 arasında bağlanmış alqı-satqı müqaviləsini nəyə görə etibarsız hesab etdiyini qətnamədə kifayət qədər əsaslandırmayıb. Nəzərə alınmalıdır ki, sözügedən norma daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin norma reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. İddiaçı reyestrin məz mununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyə t hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Eyni zamanda həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin edilməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülki yyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Bu mənada apellyasiya instansiyası məhkəməsi, mübahisəli torpaq sahəsini iddiaçının əri Cavabdeh1 deyil, bilavasitə Cavabdeh3 əldə edən alıcı Cavabdeh7 əqdin legitimsizliyi barədə hər hansı şübhənin olub-olmadığını, əldə etdiyi həmin torpaq sahəsinə əvvəlki mülkiyyətçi Cavabdeh1, habelə iddiaçının mümkün iddialarından xəbəri olub-olmadığını, başqa sözlə onun torpaq sahəsini vicdanlı əldə edib-etmədiyini araşdırmadan, iddianı Cavabdeh7 münasibətdə də təmin etməklə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta ye tirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 149.2-ci maddəsində isə göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli torpaq sahəsinə Cavabdeh1la birgə hüquq u olan iddiaçının razılığı olmadan həmin torpaq sahəsinin Cavabdeh3 satılması və sonuncunun torpaq sahəsinə dair aparılmış qeydin qeyri-dəqiq olmasını əvvəldən bilməsi, başqa sözlə onun vicdansız əldə edən olması, torpaq sahəsinə dair iddiaçının əri Cavabdeh1la deyil, Cavabdeh3lə Cavabdeh7 arasında bağlanmış alqı-satqı müqaviləsinin də Mülki Məcəllənin 225.6-cı maddəsinin təsiri altına düşməsi anlamına gəlməyə əsas vermir. Belə ki, həmin normanın mənasına görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibar sızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi Cavabdeh7 torpaq sahəsinə dair Cavabdeh1la Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmayıb və onun həmin müqavilənin Cavabdeh1 arvadı kimi iddiaçının razılığı olmadan bağlandığını və bu səbəbdən də etibarsız olduğunu bilməsi mülki iş materialları ilə təsdiq olunmur. Bundan başqa, işin mübahisə olunmayan hallarına görə, 02 iyul 1986-cı ildə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub. 10 aprel 2017-ci ildə Cavabdeh1 onun adına Quba rayonu ərazisində torpaq sahəsi almaq, satmaq və sair hərəkətləri etməyə dair 10 aprel 2019-cu il tarixədək qüvvədə olmaqla Cavabdeh4 adına etibarnamə verib. 01 may 2017-ci il tar ixli Çıxarışa əsasən, Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 01 mart 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, iddiaçının razılığı olmadan Cavabdeh1 etibarnamə üzrə təmsilçisi Cavabdeh4 torpaq sahəsini 4.500 manata Cavabdeh3 satıb və 01 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş z orakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Normanın mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra maraqlı şəxs bu hüququnu itirir. Belə müddətə kəsici müddət deyilir və kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçiri lməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Oxşar hüquqi mövqe “B.Mürsəlovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında da ifadə olunub. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hüququnun pozulduğunu 2020-ci ilin yayında torpaq sahəsinə baxmağa gedərkən bildiyini, 1 illik kəsici müddəti ötürmədən məhkəməyə 16 sentyabr 2020-ci il tarixdə müraciət etdiyini və bu səbəbdən də torpaq sahəsinə dair Cavabdeh1la Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbin Mülki Məcəllənin 354.2-ci maddəsinin təsiri altına düşmədiyini göstərsə də, gəldiyi nəticəni kifayət əsaslandırmayıb. Belə ki, əvvəla iddiaçı, iddia ərizəsində əri Cavabdeh1 Cavabdeh4 adı na 10 aprel 2017-ci il tarixli etibarnaməni yalnız Quba şəhərinin ərazisindən onun adına torpaq sahəsi almaq üçün verdiyini iddia etsə də, həmin etibarnamənin məzmunu ilə müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh4 adına sözügedən etibarnaməni yalnız Quba şəhərinin ərazisindən onun adına torpaq sahəsi almaq üçün deyil, həm də torpaq sahəsini satmaq və sair hərəkətləri etməyə dair 2 il müddətinə, yəni 10 aprel 2019-cu il tarixədək qüvvədə olmaqla verib. Bundan sonra, təmsiçi Cavabdeh4 həmin etibarnamədən istifadə edərək Cavabdeh1 adından sözügedən torpaq sahəsini 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satıb, sonuncu isə etibarnamə üzrə təmsiçisi Asim Abdullayev vasitəsi ilə torpaq sahəsini 15 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh7 satıb. Bun dan başqa, iddiaçının etibarnamə üzrə təmsilçisi Nümayəndə yazılı ərizəsi ilə müəyyən olunur ki, o Cavabdeh3lə faktiki nikah münasibətində olub və sonuncu Cavabdeh1 bacısı İddiaçı ilə rəsmi nikahda olduğunu əvvəldən bilib. Deməli iddiaçının bacısı və etibarnamə üzrə təmsilçisi Nümayəndə da sözügedən torpaq sahəsinin alqısatqı müqavilələrinə əsasən əvvəl faktiki ər-arvad münasibətində olduğu Cavabdeh3, sonradan isə Cavabdeh7 mülkiyyətinə keçməsini bilməmiş deyildi. Apellyasiya instansiyası məhkəməsi, işin bu hallarına diqqət yetirmədən, iddiaçının əri Cavabdeh1 torpaq sahəsi üzərində bütün hüquqlarını Cavabdeh4 etibar etməsini, həmin etibarnamənin müddəti başa çatanadək Cavabdeh1 tərəfindən ləğv edilməməsini və beləliklə də iddiaçının 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etib arsız sayılmasına əsas verən halları yalnız 2020-ci ilin yayında bilməsinin inandırıcı, ağlabatan görünməməsini və həmin halın hər hansı başqa sübutla təsdiq edilməməsini nəzərə almadan, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq onun kəsici müddəti ötürməməsi qənatinə gəlib. Beləliklə, işdən görünür ki, hazırki mübahisə əslində iddiaçının bacısı Nümayəndə ilə Cavabdeh3 arasında faktiki ər-arvad münasibətləri pozulduqdan sonra əmələ gəlib və iddiaçı Sumqayıt şəhərində yaşasa da torpaq sahəsi 14 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətinə keçdikdən sonra onun, habelə əri Cavabdeh1 ötən 3 il, 6 ay müddət ərizəndə torpaq sahəsi ilə maraqlanmamaları açıqaşkar onların torpaq sahəsinə münasibətdə hüquqlarının pozulduğunu yalnız 2020-ci ilin yayında bilmələri anlamına gəlməyə əsas vermir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qə rarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissələrində ləğv edilməli, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən a pellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Quba regional “Asan xidmət” Mərkəzi Notariat Kontorunun xüsusi notariusu Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(105)-1987/2021 saylı qətnaməsi iddianın təmin oluna n hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar