Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1947/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər “X1” Bakı filialına və qeyrisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5540/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx xxxxxx 2005-ci il tarixli kredit müqaviləsinə əsasən “X1”ın Bakı filialından 24 ay müddətinə 233.500.000 AZM, yəni 46.700 AZN məbləğində kredit götürmüş, müqavilə üzrə öhdəliklərinin təminatı kimi özünə məxsus N saylı mənzilini ipoteka ilə yüklü etmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ilə ondan bankın xeyrinə kredit borcuna görə 47.019.72 manat tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar mənzil hərraca çıxarılmış və bank tərəfindən əldə edilməklə mənzilə mülkiyyət hüququ banka keçmişdir. 2019-cu ildə İddiaçı hərracın nəticəl ərinin etibarsız sayılması və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə qanuni və əsaslı hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin yanvar ayında İddiaçı cavabdehlər “X1”ın Bakı filialına və Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək texniki pasportunda mənzilin ümumi sahəsi 107,1 kv.metr, yaşayış sahəsi 52,8 kv.metr, köməkçi sahəsi 54,3 kv.metr göstə rildiyi halda, qiymətləndirmə rəyində yardımçı sahə nəzərə alınmadan mənzilin ümumi sahəsinin 51,0 kv.metr olmasının göstərilməklə, hərracın həqiqətə uyğun olmayan qiymətləndirmə rəyi əsasında keçirilməsini, mənzilin dörd mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşməsinə baxmayaraq qiymətləndirmə rəyində onun iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşməsinin göstərilməsini, ipoteka müqaviləsində ona məxsus yaşayış sahəsinin “mənzil” kimi göstərilməsinə baxmayaraq məhkəmələr tərəfindən onun “otaq” olmasının və üzərində mülkiyyət hüququnun olmamasını sübut edilməsini əsas göstərməklə onunla bank arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1931/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: S.B.Mehrəliyev) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun olan apellyasiya şikayəti verməklə qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5540/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və Z.A.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1931/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsi barədə kassasiya şikayəti vermiş və həmin şikayətini də iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh “X1” Bakı filialının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsin ə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunmasına dair qərar qəbul edilməsi xahiş oldunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçıya məxsus mənzil onun tərəfindən alınmış kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş və kreditin qaytarılması lazımınca təmin edilmədiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzil hərracdan satılmış və hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddiaçının tələbi məhkəmə qətnaməsinə əsasən rədd edilmişdir. Hazırkı iddianı irəli sürüb ipoteka müqaviləsinin etibarsız sayılmasını tələb edərkən İddiaçı yenə də hərracın nəticələrinin ləğv edilməsi məqsədini güdmüş və yenə də eyni nəticəyə səbəb olan iddia qaldırmışdır. İşdən görünür ki, ipoteka müqaviləsi iddiaçının istəyinə v ə iradəsinə uyğun bağlanmaqla notariatda təsdiq olunmuş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırkı iddia tələbində irəli sürülən dəlillər isə, işdən göründüyü kimi, mənzilin qiymətləndirilməsi ilə, yəni müqavilə bağlandıqdan sonra mübahisəyə baxılması ərəfəsində meydana çıxan hallarla bağlıdır. Kollegiyaya görə ipoteka müqaviləsi o zaman etibarsız sayıla bilər ki, onun etibarsızlığına səbəb olan hallar müqavilə bağlanarkən baş vermiş olsun. Qiymətləndirmə rəyində hər hansı bir halın nəzərə alınmaması səbəbindən ipoteka predmetinin dəyərinin az göstərilməsi və digər dəlillər ipoteka müqaviləsinin bağlanmasının qanunsuz olması nəticəsinə gəlmək üçün əsas verməmişdir. İşdən görünür ki, ipoteka müqaviləsi xx xxxxxx 2005-ci il tarixdə bağlanmış, müqavilənin etibarsızlığı b arədə tələb isə 2020-ci ildə irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı tərəfindən hazırkı tələb qanunda müəyyən olunmuş bir illik müddət ötürülməklə qaldırıldığından və bu zaman məhkəməyə ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsas verən sübutlar təqdim olunmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin i ş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla onun ləğv edilməsi üçün əsas ola biləcək qanun pozuntularına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5540/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1947/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1947/2021
03.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver