Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7059/2021 17.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi tələbi; sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2391/2021 nömrəli iş üzrə 4 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Borcalan İddiaçı1 MMC-yə zamin qismində cəlb edilmiş İddiaçı2 02/118 saylı, 31.01.2019-cu il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 31.01.2019-cu il tarixli 01 saylı əlavəsinə və 16/118 saylı, 31.01.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən illik 17 % dərəcəli, 12 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin zaminlik müqaviləsində zamin qismində İddiaçı2 cəlb edilmiş və zaminlik müqaviləsində onun adı qeyd edilmişdir. 2. 26.11.2018-ci il tarixli İddiaçı1 MMC”-nin təsisçilərin in qərarına əsasən, İddiaçı1 MMC adından dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 17% dərəcəsi ilə 200.000 manat məbləğində kredit xəttinin ayrılması üçün "xxxx" ASC-yə müraciət olunması və İddiaçı1 MMC-nin adından bu Qərarın məqsədləri üçün "xxxx" ASC ilə bağlanacaq bütün müqavilələri, sənədləri imzalamaq səlahiyyəti və bununla bağlı bütün rəsmiləşdirmə işlərinin aparılması İddiaçı1 MMC-nin direktoru Cavabdeh1 həvalə edilməsi qərara alınmışdır. 3. 03.04.2019-cu il tarixli ödəniş cədvəlinin çıxarışından görünür ki, İddiaçı1 MMC-nin 04.02.2019-cu il tarixli kredit müqaviləsi əsasında 150.000 manat əsas, 24,838,89 manat faiz olmaqla ümumilikdə cəmi 174,838,89 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 MMC və İddiaçı 2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.01.2019-cu il tarixli, 16/118 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 MMC-nin xeyrinə 174,839 manat məbləğində zərərin əvəzinin tutulması barədə qətnamənin çıxarılmasını və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması xahiş etmişlər.
5. İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 21.10.2016-cı il tarixdən 03.05.2019-cu il tarixinədək İddiaçı1 MMC-nin direktoru və qanuni təmsilçisi vəzifəsində, Cavabdeh2 isə 01.11.2016-cı il tarixdən 06.05.2019-cu il tarixədək şirkətdə əvvəlcə anbardar, daha sonra isə direktor müavini vəzifəsində çalışmışlar. 22.04.2019-cu il tarixdə Cavabdeh1 iştirakı ilə müəssisədə təsisçiləri n ümumi yığıncağı keçirilmiş və iclasın nəticəsində təsisçilərin 22.04.2019-cu il tarixli 1 saylı Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh1 öz xahişi ilə tutduğu vəzifəsindən (qanuni təmsilçi funksiyasına malik direktor vəzifəsindən) azad edilməsi qərara alınmışdır. Cavabdeh2 isə öz xahişi ilə tutduğu vəzifəsindən 06.05.2019cu il tarixdə azad olunmuşdur. Nümayəndə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin 03.05.2019-cu il tarixli, **********729800 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən qanuni təmsilçi kimi qeydiyyata alınmışdır. Nümayəndə direktor vəzifəsinə təyin edildiyi vaxtdan etibarən şirkətin ağır maliyyə durumu barədə araşdırma aparmış və araşdırma nəticəsində Cavabdeh1 qanuni təmsi lçi funksiyalarını yerinə yetirdiyi 21.10.2016-cı il tarixdən 03.05.2019-cu il tarixədək olan dövrə dair sənədlər sırasında ciddi nöqsanlar müşahidə edilmişdir. Belə ki, xəzinə kitabına, anbar qalıqlarına və cəmiyyətin əsas vəsaitlərindən çıxarışlarına və digər sənədlərə əsasən cəmiyyətə məxsus külli miqdarda maliyyə vəsaitlərinin, mal-materialların, daşınar əşya və texnikaların yerində olmaması müəyyən edilmişdir. Göstərilən nöqsan və çatışmazlıqlar barədə məktubla Cavabdeh1 məlumat verilmiş və həmin nöqsanların aradan qaldırılması xahiş olunmuşdur. Lakin, bunun heç bir nəticəsi olmamışdır. Belə ki, yeni direktor müəyyən etmişdir ki, 31.01.2019-cu il tarixində İddiaçı1 MMC-nin əvvəlki direktoru Cavabdeh1 ilə "xxxx" ASC-nin Gənclik filialı arasında 02/118 saylı kredit müqaviləsi bağlanmı şdır. Həmin müqaviləyə əsasən, Bank İddiaçı1 MMC-nin əvvəlki direktoru Cavabdeh1 200.000 manat məbləğində kredit xətti açmışdır. Eyni tarixli 16/118 saylı zaminlik müqaviləsindən görünür ki, guya İddiaçı2 həmin müqaviləyə əsasən Cavabdeh1 31.01.2019-cu il tarixli, 02/118 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə görə zamin dayanmışdır. Cavabdeh1 bank tərəfindən ayrılan 200.000 manatlıq kredit xətindən 150.000 manat puldan istifadə edərək bank qarşısında öhdəlik yaratmışdır. Yeni direktor tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, zaminlik müqaviləsi İddiaçı2 adına rəsmiləşdirilsə də, müqavilə onun tərəfindən yox, Cavabdeh2 tərəfindən imzalanmışdır. Belə ki, müqavilədə icra edilmiş imza ilə Cavabdeh2 tərəfindən imzalanmış əmək müqaviləsində olan imzalar görünüşcə eynili k təşkil edir. Həmçinin İddiaçı2 təsdiq edir ki, həmin imza ona məxsus deyil. Araşdırma zamanı müəyyən edilmişdir ki, bir sıra sənədlər saxtalaşdırılmaqla, cavabdehlər tərəfindən bankdan kredit götürülməsinə nail olunmuşdur. Nəticədə, şirkət bank qarşısında borclandırılmaqla, şirkətə ciddi həcmdə maddi zərər vurulmuşdur. Belə ki, bankdan əldə edilmiş məlumata görə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində şirkətin banka 150.000 manat əsas, 24,839 manat faiz olmaqla ümumilikdə, 174,839 manat məbləğində borcu yaranmışdır.
6. Quba Rayon Məhkəməsinin 2(027)-369/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC ilə tərəflər arasında bağlanmış 31.01.2019-cu il tarixli, 16/118 saylı zaminlik müqaviləsi etibarsız hesab edilmiş, cavabdehlər Cavabdeh1 və Ca vabdeh2 İddiaçı1 MMC-nin xeyrinə 174,839 manat məbləğində pul tutulması qət edilmişdir (hakim R.T.Həsənov).
7. Məhkəmə iddianı təmin edərkən qətnaməni onunla əsaslandırmışdır ki, borcalan İddiaçı1 MMC-yə zamin qismində cəlb edilmiş İddiaçı2 02/118 saylı, 31.01.2019cu il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 31.01.2019-cu il tarixli 01 saylı əlavəsinə və 16/118 saylı, 31.01.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 17 % dərəcəli, 12 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin zaminlik müqaviləsində zamin qismində İddiaçı2 cəlb edilmiş və zaminlik müqaviləsində və cavabdehlər tərəfindən hazırlanmış saxta 26.11.2018-ci il tarixli İddiaçı1 MMC”-nin təsisçilərinin qərarında onun adı qeyd edilmiş və onun əvəzinə Cavabdeh2 tərəfindən imzalanmışdır. Lakin, iddiaçının izahatı ilə və Cavabdeh2 məhkəmə iclasında etirafı ilə iddia tələbi öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarında olan 26.11.2018-ci il tarixli İddiaçı1 MMC”-nin təsisçilərinin qərarından görünür ki, İddiaçı1 MMC adından dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 17% dərəcəsi ilə 200.000 manat məbləğində kredit xəttinin ayrılması üçün "xxxx" ASC-yə müraciət olunması və İddiaçı1 MMC-nin adından bu Qərarın məqsədləri üçün "xxxx" ASC ilə bağlanacaq bütün müqavilələri, sənədləri imzalamaq səlahiyyəti və bununla bağlı bütün rəsmiləşdirmə işlərinin aparılması İddiaçı1 MMC-nin direktoru Cavabdeh1 həvalə edilməsi qərara alınmışdır. H əmin qərar da İddiaçı1 MMC-nin təsisçisi İddiaçı2 tərəfindən imzalanmamış və İddiaçı1 MMC-nin sabiq direktoru Cavabdeh1 vəzifəsindən sui-istifadə edərək, qərarı İddiaçı2 əvəzinə Cavabdeh2 imzalatmışdır. Bununla da, İddiaçı1 MMC-nin sabiq direktoru Cavabdeh1 niyyəti İddiaçı1 MMC-yə maddi və mənəvi ziyan vurmaq, təşkilatın nüfuzunu ona verilmiş vəzifə və səlahiyyətlərdən sui-istifadə edərək ləkələmək olmuşdur. Bundan başqa, iş materiallarında olan Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin, əmək müqaviləsinin və işə qəbul ərizəsinin surətləri ilə zaminlik müqaviləsində və digər sənədləşmələrdə İddiaçı2 imzalamalı olduğu hissəyə çəkilmiş imza ilə həmin sənədlərdə əks olunmuş imza eynilik təşkil edir. Bundan başqa, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, "xxxx" ASC tərəfindən 02/118 saylı, 31.01.2019-cu il tarixli kredit müqaviləsi əsasında borcalan İddiaçı1 MMC və zamin qismində cəlb edilmiş İddiaçı2 adına açılmış 200.000 manatlıq kredit xətti yeni kredit xətti ilə əvəz edilmişdir. Belə olan halda, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində şirkətin banka 150.000 manat əsas, 24,839 manat faiz olmaqla ümumilikdə, 178,839 manat borcu yaranmışdır. Həmin borc iddiaçılar tərəfindən banka ödənilmişdir. Eləcə də məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Mçəcəlləsinin 4337, 339.1, 340.1, 4870, 472.1, 477, 739, 1096,197-ci maddələrinə istinad olunmuşdur.
8. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 2(027)-369/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçının təsisçisi İddiaçı2 arasında 28 yanvar 2020-ci il tarixdə Öhdəlik Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 3-cü bəndinə görə onun İddiaçı1 MMC üzrə dövlət təşkilatları, o cümlədən vergi orqanları, bank qarşısındakı öhdəliklərə görə məsuliyyət daşımayacağı müəyyən edilmişdir. Həmin Müqavilənin 5-ci bəndinə görə cavabdeh məhkəmə və hüquq-mühafizə orqanlarının icraatında olan işlərlə bağlı iddiaların geri götürülməsini öhdəsinə götürmüşdür. Həmin razılaşma məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə bu vacib əhəmiyyətli sənədə əhəmiyyət verməmişdir. İkincisi İddiaçı2 iddia edir ki, bankdan alınmış 150.000 manat kredit xətti üzrə borcu güya onunla Cavabdeh2 ödəməlidir. Bununla bağlı qeyd edil mişdir ki, bankdan alınmış həmin kredit vəsaiti İddiaçı1 MMC-nindir, cəmiyyət tərəfindən alınıb və onun məqsədləri üçün sərf edilib və istifadə edilib. Belə ki, həmin vəsait İddiaçı1 MMC üçün karton istehsal edilməsi üçün avadanlıq və onun xammalı, yəni sellüloza alınmışdır. Xammal olan sellüloza Rusiya Federasiyasından alınmış və bununla əlaqədar "Aqro İnvest və İstehsalat” MMC ilə "xxxx" şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmış və vəsait İddiaçı1 MMC bank hesabından "xxxx" Şirkətinin hesabına köçürülmüşdür. Karton istehsalı edilməsi üçün avadanlıq və dəzgahlar isə Türkiyə Respublikasından alınmışdır. Qeyd edilmişdir ki, həmin avadanlıq və xammal hazırda da İddiaçı1 MMC-nin balansındadır və İddiaçı2 mülkiyyətində və sərəncamındadır, yəni ona aiddir. Kredit İddiaçı2 təsisçisi olduğ u İddiaçı1 MMC üçün sərf edildiyi halda hazırda fakitiki olaraq onun mülkiyyətində olduğu halda - krediti o ödəməməlidir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 avqust 2021-ci il tarixli 2(105)-2391/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)369/2020 saylı mülki iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" ASC-nə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakimlər L.M.Məmmədova (səd rlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə).
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, təsisçi İddiaçı2 ilə Cavabdeh1 arasında 28 yanvar 2020-ci il tarixdə Öhdəlik Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 3-cü bəndinə görə onun İddiaçı1 MMC üzrə dövlət təşkilatları, o cümlədən vergi orqanları, bank qarşısındakı öhdəliklərə görə məsuliyyət daşımayacağı müəyyən edilmişdir. Həmin Müqavilənin 5-ci bəndinə görə cavabdeh məhkəmə və hüquq-mühafizə orqanlarında icraatında olan işlərlə bağlı iddiaların geri götürülməsini öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin müqavilənin şərtlərindən məlum olur ki, İddiaçı2 Zörab oğlunun Cavabdeh1 heç bir tələbi yoxdur. Məhkəmə iş materiallarından, eləcə də tərəflərin izahatları əsasında müəyyən olunmuşdur ki, iddiaç ıların cavabdehlərdən tutulmasını tələb etdiyi 174.839 manat məbləğində pul cavabdehlərə yox, İddiaçı1 MMC-yə ayrılmış və həmin müəssisənin məqsədləri üçün sərf edilib və istifadə edilib, belə olduqda həmin pulun cavabdehlərdən tələb edilməsi düzgün deyil. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar həmin kreditin alınması nəticəsində müəssisənin Bank qarşısında borclanmasını, bunun da cavabdehlərin günahı ucbatından baş verməsini bildirsələr də, buna dair hər hansı bir sübut təqdim edə bilməmişlər. Eləcə də məhkəmə kollegiyasında müəyyən olunmuşdur ki, etibarsızlığı mübahisələndirilən zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə əsasən tərtib olunmuş, tərəflər iradə ifadələrini bildirməklə imzalamışlar. Məhkəmə kollegiyası hesab etmişdir ki, zaminlik müqaviləsinin etibarsız he sab edilməsi üçün əsas olmadığından iddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində də təmin edilməməlidir.
11. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 324.1, 324.4, 337.1, 337.2, 337.4, 339.1, 339.2, 339.3, 339.4, 447-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
12. İddiaçı1 MMC tərəfindən (vəkili X2) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 avqust 2021-ci il tarixli 2(105)-2391/2021 saylı qətnaməsinin ləğv edilib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçının tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul ed ilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 340, 470, 472, 739.1, 739.2, 1096, 1097-ci maddələrinin tələbləri nəzərə alınmamış, pozulmuş və tətbiq edilməmişdir. Qeyd edirlər ki, zaminlik müqaviləsində zamin qismində İddiaçı2 cəlb edilmiş və zaminlik müqaviləsində və cavabdehlər tərəfindən hazırlanmış saxta 26.11.2018-ci il tarixli İddiaçı1 MMC-nin təsisçilərinin qərarında onun adı qeyd edilmiş və onun əvəzinə Cavabdeh2 tərəfindən imzalanmışdır, lakin iddiaçının izahatı ilə və cavabdeh X1 məhkəmə iclasında etirafı ilə iddia tələbi öz təsdiqini tapmışdır. Bundan başqa qeyd edirlər ki, iş materiallarında olan 26.11.2018-ci il tarixli İddiaçı1 MMC-nin təsisçilərinin qərarından görünür ki, MMC adından dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətin, illik 17 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit xəttinin ayrılması üçün "xxxx" ASC-yə müraciət olunması və İddiaçı1 MMC-nin adından bu Qərarın məqsədləri üçün "xxxx" ASC ilə bağlanacaq bütün müqavilələri, sənədləri imzalamaq səlahiyyəti və bununla bağlı bütün rəsmiləşdirmə işlərinin aparılması İddiaçı1 MMC-nin direktoru Cavabdeh1 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar da İddiaçı1 MMC-nin təsisçisi İddiaçı2 tərəfindən imzalanmamış və MMC-nin sabiq direktoru Cavabdeh1 vəzifəsindən sui-istifadə edərək, qərarı İddiaçı2 əvəzinə Cavabdeh2 imzalatmışdır. Bununla da, İddiaçı1 MMC-nin sabiq direktoru Cavabdeh1 niyyəti İddiaçı1 MMC-yə maddi və mənəvi ziyan vurmaq, təşkilatın nüfuzunu ona verilmiş vəzifə və səlahiyyətlərdən sui-istifadə edərək ləkələmək olmuşdur. Bundan başqa, iş materiallarında olan Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin, əmək müqaviləsinin və işə qəbul ərizəsinin surətləri ilə zaminlik müqaviləsində və digər sənədləşmələrdə İddiaçı2 imzamalı olduğu hissəyə çəkilmiş imza ilə həmin sənədlərdə əks olunmuş imza eynilik təşkil edir. İş materiallarına əlavə edilmiş arayışa istinad edərək qeyd edirlər ki, "xxxx" ASC tərəfindən 02/118 saylı 31.01.2019-cu il tarixli kredit müqaviləsi əsasında borcalan İddiaçı1 MMC və zamin qismində cəlb edilmiş İddiaçı2 adına açılmış 200000 manatlıq kredit xətti yeni kredit xətti ilə əvəz edilmişdir. Belə olan halda, cavabdehlərin qanunsuz hərəkətləri n əticəsində şirkətin banka 150.000 manat əsas, 24,839 manat faiz olmaqla ümumilikdə, 178,839 manat borcu yaranmış, həmin borc iddiaçılar tərəfindən banka ödənilmişdir. Həmçinin hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21-ci maddəsinin tələbləri nəzərə alınmamış, pozulmuş və tətbiq edilməmişdir.
14. Kassasiya şikayətində prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd edilmişdir ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməklə, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda işdə olan məhkəmə bildirişlərindən görünür ki, məhkəmə həmin tələblərə əməl etməmiş, məhkəmə prosesinin vaxtı və yeri barədə iddiaçıları vaxtında və lazı mi qaydada məlumatlandırmamışdır və qətnaməsini özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağa çalışmışdır. Hesab edirlər ki, məhkəmə tərəfindən MPM-nin 14.1, 77.1, 80, 88, 217, 218.1, 265.4, 385.2-ci maddələrinin tələbləri pozulmuşdur. Öhdəlik müqaviləsi ilə bağlı qeyd edirlər ki, ilk öncə bu müqavilə İddiaçı2 ilə Cavabdeh1 arasında imzalanmışdır, yəni müqavilə imzalanan zaman “Aqro İnvest və İstehsalat MMC bu müqavilənin imzalanmasında tərəf olmadığı üçün sözügedən öhdəçilik müqaviləsinin müddəaları MMC-yə münasibətdə əsassızdır. Belə ki, Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Öhdəlik müqaviləsinin 3-cü bəndində gələcəkdə yarancaq və eyni zamanda Cavabdeh1 direk tor olduğu dövrlər də daxil olmaqla ifadə qeyd edilmişdir. Belə ki, Cavabdeh1 direktor olduğu dövr üçün öhdəçilik müqaviləsi imzalanan zaman yaranmayan ancaq gələcəkdə yarana biləcək öhdəliklər mənasında ifadə edilir. Qeyd edirlər ki, kredit və zaminlik müqaviləsi 31.01.2019-cu il tarixində imzalanmış, bununla bağlı iddia ərizəsi 12.11.2019-cu il tarixində məhkəməyə verilmişdir. Hesab edirlər ki, öhdəçilik müqaviləsi imzalanan zaman kredit və zaminlik müqaviləsi artıq bağlanılmış və eyni zamanda bununla bağlı məhkəməyə iddia qaldırılmışdır yəni, İddiaçı2 ilə Cavabdeh1 arasında 28.01.2020-ci il tarixli öhdəlik müqaviləsi imzalanan zaman artıq bank qarşısında öhdəlik yaranmışdır. Belə ki, öhdəlik müqaviləsinin 3-cü bəndində qeyd edilir ki, yaranacaq öhdəliklərə görə Cavabdeh1 cavabdeh deyil, həmin tarixdə öhdəlik artıq yaranmışdır və bu işə münasibətdə şamil edilməməlidir. Hesab edirlər ki, iddiaçının cavabdehlərdən tələb etdiyi vəsaitlərin cavabdehlər tərəfindən əldə edilməsinə əsas verən və haqq qazandıran qanuni və ya müqavilə əsası yoxdur, ona görə də cavabdehlər iddiaçıların hesabına əsassız varlanmışlar.
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 6.1.5 Müqavilələr azadlığı mülki qanunvericiliyin prin siplərindən biridir.
18. Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
19. Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
20. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfl i əqd həmin şəxsə qarşı mübahisə edilir.
22. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
23. Maddə 339.1 Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
24. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
25. Maddə 339.3 Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığın a istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
26. Maddə 339.4 Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
27. Maddə 477 Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda.
28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə ) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004cü il tarixli qərarına əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§33).
39. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§32).
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§33). Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. İş üzrə İddiaçı1 MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə (§10) ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan 16/118 saylı, 31.01.2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində göstərilən maddələrə əsasən həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər pozulmuş olmalıdır (§20-26). Lakin hazırki iş üzrə mübahisə predmeti olan zaminlik müqaviləsinin bağlandığı zaman Mülki Məcəllə ilə müəyyə n olunmuş hər hansı normanın pozulması müəyyən olunmur. Belə ki, notarial qaydada təsdiq edilmiş mübahisələndirilən zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə əsasən tərtib olunmuş, tərəflər iradə ifadələrini bildirməklə imzalamışlar. Məhkəmə həmçinin hesab edir ki, zaminlik müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmadığından, habelə cavabdehlər tərəfindən iddiamılara münasibətdə hər hansı delikt törədilmədiyindən iddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində də təmin edilməməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərin ə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Lakin hazırkı iş üzrə iddiaçılar kreditin alınması nəticəsində müəssisənin Bank qarşısında borclanmasını, bunun da cavabdehlərin günahı ucbatından baş verməsini bildirsələr də, buna dair hər hansı bir sübut təqdim edə bilməmişlər. Bundan başqa, iş materialları və tərəflərin izahatları əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların cavabdehlərdən tutulmasını tələb etdiyi 174.839 manat məbləğində pul cavabdehlərə yox, İddiaçı1 MMC-yə ayrılmış və həmin müəssisənin məqsədləri üçün sərf edilib, i stifadə edilmişdir.
45. Məhkəmə kollegiyası iddia tələbinin zərərin əvəzinin ödənilməsi, İddiaçı1 MMC-nin təsisçiləri İddiaçı2 və Cavabdeh1 arasında bağlanmış öhdəlik müqaviləsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq notarial qaydada təsdiq edilmiş öhdəlik müqaviləsinin bəndlərini və şərtlərini nəzərə alaraq, hazırkı iddia tələbi üzrə zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinin təmin edilməsi üçün əsaslar olmadığı qənaətinə gəlmişdir.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
47. Göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən ed ilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə həmin əsasların mövcud olması iş materialları ilə müəyyən edilmir.
48. Eyni zamanda, iddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416.1-ci maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətində məhkəmə prosesinin vaxtı və yeri barədə iddiaçıların vaxtında və lazımi qaydada məlumatlandırmamasına istinad edilsə də, iş materialları ilə müəyyən edilir ki, məhkəmə bildirişi vaxtında tərəflərə göndərilmiş, İddiaçı1 MMC-nin direktoru Nümayəndə və digər İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin 27 iyul 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, mülki işin təxirə salınması üzrə məhkəmə bildirişinin kötüyünə imza etməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışlar.
50. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olm aqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verilmiş, MPM-in 9, 14, 77, 80, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
51. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmədiyindən və əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§35).
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasi ya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2391/2021 nömrəli iş üzrə 4 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.