Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-124/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlundan və X5 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-849/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X20 ilə X14 arasında nikah 29 sentyabr 1961-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra arvada Adgözəlova soyadı verilmişdir. Bu nikahdan xx.xx.1961-ci ildə X27, xx.xx.1965-ci X15, xx.xx.1963-cü ildə Cavabdeh, xx.xx.1967-ci ildə X30, xx.xx.1970-ci ildə İddiaçı, xx.xx.1972-ci ildə X31 doğulmuşlar;
3. X7 16 sentyabr 1996-cı il tarixdə ölmüşdür;
4. X20 ilə X21 arasında nikah 02 fevral 1999-cu ildə bağlanmış, nikah bağlandıqdan sonra arvada Adgözəlova soyadı verilmişdir;
5. X20 08 aprel 1999-cu ildə ölmüşdür;
6. X27 xx.xx.1961-ci ildə, X31 xx.xx.1972-ci ildə, X7 16 sentyabr 1996-cı ildə vəfat etmişdir;
7. Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.21 ha torpaq sahəsi İddiaçı, X9, X6, X10 ümumi birgə mülkiyyətindədir;
8. X20 1961-ci il tarixdən öldüyü günədək, yəni xx.xx.1999-cu il tarixədək Göyçay rayon Cəyirli kəndində qeydiyyatda olmuş və yaşamışdır. X11 ölümündən sonra miras qoyanın öhdəsində həyat yoldaşı X28 (ayrı təsərrüfatda yaşayır), oğlu X27 (vəfat etmiş, həmin təsərrüfatda yaşayıb), oğlu Cavabdeh (ayrı təsərrüfatda yaşayır), qızı X12 (ayrı təsərrüfatda yaşayır), oğlu X30(ayrı təsərrüfatda yaşayır), oğlu İddiaçı (həmin təsərrüfatda yaşayır), oğlu X31 (vəfat etmiş, həmin təsərrüfatda yaşayıb) adlı vərəsələri vardır;
9. X16 məxsus torpaq sahəsinin və özünə məxsus evin əmlak vergiləri atası vəfat edəndən sonra İddiaçı tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir;
10. Göyçay rayonun Cəyirli kəndində yaşayan İddiaçı X47 İstismarı İdarəsinin Göyçay xidmət sahəsinin AGİS proqramında abonent kimi qeydiyyatdadır;
11. Göyçay rayonun Cəirli kəndinə quraşdırılmış ***** ** saylı elektrik sayğacı proqram bazasında İddiaçı adınadır;
12. X28, X12, X30 xx.xx.1999-cu il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakdan onlara çatası paydan imtina etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 miras qalmış, Göyçay rayonunun Cəyirli kəndində yerləşən, ailə üzvləri ilə ümumi birgə mülkiyyətlərində olan 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinin, yəni 0,042 ha torpaq sahəsində tam miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1970-ci il tarixdə X20 ilə X3 29 sentyabr 1961-ci il tarixdə bağlanmış nikahından doğulmuşdur. X1 16 sentyabr 1996-cı il tarixdə, atası X20 08 a prel 1999-cu il tarixdə vəfat etmişlər. Atası anasının vəfatından sonra X28 ilə 02 fevral 1999-cu il tarixdə nikah qeyd etdirməklə evlənmişdir. Mərhum atası X20 vəfat edərkən onunla və ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan Göyçay rayonunun Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi, 0,7051 ha və 0,1049 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Mərhum atasının vəfatından sonra qalan mirası faktiki qəbul edib idarə etmişdir. Hazırda da miras əmlak onun istifadəsində və sahibliyindədir. Mərhum atası X11 ondan başqa vərəsələri arvadı X28, 01 may 1963-cü ildə doğulmuş Cavabdeh, 06 dekabr 1965-ci ildə doğulmuş X12, 26 noyabr 1965-ci ildə doğulmuş X22r. X2 01 dekabr 1961-ci ildə, X31 22 noyabr 1972-ci ildə vəfat etmişlər. Qanun üzrə birinci növ bə vərəsələr X28, X30 və X4 Göyçay rayon Notariat Ofisinə mirası qəbul etməmələri haqqında ərizə versələr də, cavabdeh miras əmlakı faktiki və ya rəsmi qəbul etmədiyi halda mirasın bölüşdürülməsi ilə bağlı onunla mübahisə yaratmış və mərhum atası ilə onun və ailənin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 4 il əvvəl zəbt edərək istifadə etməyə başlamışdır. Cavabdehlə ixtilaf səbəbindən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilməmiş və Göyçay rayon Notariat Ofisi məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir.
15. Cavabdeh X13 nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Göyçay rayonun Cəyirli kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0,21 ha həyətyanı torpaq sahəsinin mərhum X16 m əxsus hissəsi iddiaçı ilə cavabdeh arasında bərabər bölünməlidir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəməyə ərizə ilə müraciət edərək miras əmlakdan pay tələb etmədiyni bildirmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi qüvvədən düşmüşdür. Həmin qərarda həmçinin məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi qeyd edilmişdir. Cavabdeh X23 atası X11 dəfn və müalicə xərclərini çəkmişdir. Məhkəmədən X16 məxsus torpaq sahəsinin ½ hissədə İddiaçı, ½ hissədə Cavab deh arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
16. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X28, X12 və X30 məhkəməyə teleqram göndərərək, hər biri İddiaçı iddia tələbi ilə razı olduqlarını, mərhum X11 1999-cu ildə baş vermiş ölümündən sonra miras torpaq sahəsinin Zahidin istifadəsində olduğunu, cavabdehin hələ atasının sağlığında ayrı təsərrüfatda yaşadığını və atasının ölümündən sonra da öz evində yaşadığını, mirasdan pay tələb etmədiklərini və işə onarın iştirakı olmadan baxılmasını xahiş etmişlər.
17. Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)-160/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X8 miras qalmış Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə İddiaç ı tam miras payının müəyyən edilməsi qət edilmişdir (hakim G.Qurbanova).
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras əmlaka X11 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Göyçay rayonun Cəyirli kəndində yerləşən 0,042 ha torpaq sahəsi daxildir. Miras qoyanın adına öldüyü məqamadək digər əmlakın (və ya əmlakların) olması müəyyən edilməmişdir. Miras xx.xx.1999-cu ildə açıldıqdan sonra miras qoyanın 4 qanun üzrə vərəsəsi olmuşdur: arvadı - X28, qızı - X15, oğlanları - Cavabdeh və X30. X28, X15 və X30 mirası qəbul etməkdən imtina etmişdirlər.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh tərəfindən nə qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verilməsi, nə əmlaka sah iblik edilməsi, nədə ki, əmlakı idarə eməyə faktiki başlanılması hərəkətlərinin edilməsi müəyyən olunmamışdır. Əksinə olaraq İddiaçı miras açıldıqdan sonra həmin miras əmlaka faktiki sahiblik etmiş, atasına məxsus torpaq sahəsinin vergilərini halhazıradək ödəyərək miras əmlakı faktiki idarə etmiş, bununla da mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir.
20. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı miras qoyan X11 08 aprel 1999-cu ildə vəfat etməsini nəzərə alaraq mübahisəli hüquq münasibətinin həmin vaxt, yəni 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan maddi hüquq normalarınin tədbiq edilməsini qanuna müvafiq hesab etmişdir.
21. Yekunda məhkəmə qeyd etmişdir ki, Cavabdeh miras əmlak olan Göyçay rayonun Cəyirli kəndində yerləşən mərhum X16 məxsus 0.042 ha torpaq sahəsini qan unla müəyyən edilmiş müddətlər daxilində qəbul etmədiyindən onun, habelə digər vərəsələr X28, X15, X18 payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, X8 miras qalmış Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı tam miras payı müəyyən edilməli, qətnamə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməli edilməli, bununla da iddia təmin olunmalıdır.
22. Məhkəmə öz mövqeyini 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 530, 532, 552, 556, 563-cü maddələrinə, “C.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 yul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
23. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayonun Cəyirli kəndində yerləşən 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı, X24, X17, X25 və X11 ümumi birgə mülkiyyətindədir. Bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışlarda adı qeyd olunan X20 onun və İddiaçı atasıdır. X46 xx.xx.1999-cu ildə rəhmətə getmişdir. Yuxarıda qeyd olunan birgə mülkiyyət atasından miras qalmışdır. Bundan sonra, yəni 1999-cu ildən bəri o, atasından miras qalmış torpaq sahəsini faktiki olaraq qəbul edib istifadə etmişdir. Lakin, iddiaçı atalarının vəfatından sonra miras qalmış əmlaka faktiki sahiblik etməmişdir. Belə ki, İddiaçı atası rəhmətə gedəndə belə atasının yanında olmamışdır. Atası hələ ölməmişdən əvvəl onun bütün müalicəsini o, etdirmişdir, atası rəhmətə gedəndən sonra isə onun dəfn xərclərini o, çəkmişdir. Lakin, buna baxmayaraq Göyçay Rayon Məhkəməsi miras qalmış əmlakdan yalnız iddiaçının payını müəyyən etməkdə səhv nəticəyə gəlmişdir. Çünki, Göyçay rayonun Cəyirli kəndində yerləşən və mərhum Arif Adgözəlovdan miras qalmış əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsinə dair heç bir sübut yoxdur. Eyni zamanda da işə baxan Göyçay Rayon Məhkəməsi bu hala heç bir hüquqi mövqeyini bildirməmiş, yalnız torpaq sahəsinin vergilərinin ödənilməsini əsas göstərərək, iddiaçının mirası qəbul etdiyi qənaətinə gəlmişdir. Halbu ki, mirasın qəbulu Qanunvericilikdə konkret olaraq göstərilmişdir. Belə olan halda Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ləğv olunmalı və miras əmlakdan onun payı da müəyyən olunmalıdır. İddiaçı hazırki mülki iş üzrə iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə 30 oktyabr 2023-cü il tarixdə müraciət etmişdir. İş üzrə icraat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu tərəfindən qəbul ediləcək qəraradək dayandırılmışdır. Hesab edir ki, hazırki iş məhkəmənin icraatında olduğuna görə, həmin işə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı şamil olunmalı idi. Lakin, işə baxan Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarını lazımi qaydada nəzərə almamış və hazırki işə tətbiq etməmişdir. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir. Göyçay Rayon Məhkəməsi 08 aprel 2024-cü il tarixli qətnaməsində iddiaçı tərəfindən torpaq vergisin in ödənilməsini əsas gətirərək, iddiaçının miras əmlakı qəbul etdiyi qənaətinə gəlmişdir. Halbu ki, Məhkəmə ilk növbədə mirasın iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən mötəbər sübutlara əsaslanmalıydı. Hazırkı işdə isə belə sübutlar mövcud deyildir. Çünki, iddiaçı mərhum atasından miras qalmış əmlakda yaşamamışdır. Atası rəhmətə gedəndə belə iddiaçı atasının payına düşən torpaq sahəsində olmamışdır. Ümumiyyətlə işə baxan Göyçay Rayon Məhkəməsi iddiaçının neçənçi ildən mübahisəli əmlakda yaşadığını müəyyən etməmişdir. Halbu ki, o, bir övlad kimi atasını dəfn etdikdən sonra, ondan miras qalmış əmlakı faktiki idarə etmiş, onu idarə etmişdir. Digər tərəfdən isə torpaq vergisi, işıq və qaz pulunun ödənilməsi isə miras əmlakın qəbulu kimi qiymətləndirilə bilməz. Lakin, işə baxan Göyçay Rayon Məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün halları aydınlaşdırmamışdır. Odur ki, Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)- 160/2024 saylı qətnaməsini ləğv edib, mərhum atası X8 miras qalmış əmlakdan onun payının da müəyyən olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş edir.
25. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-849/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev - sədrlik edən və məruzəçi, Mahir Əsədli və Əyyub Kərimov) Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)-160/2024 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etm işdir ki, mirasqoyanın vəfatından sonra İddiaçı həmin təsərrüfatda yaşamaqla, təsərrüfatı idarə etməklə, təsərrüfatın vergilərini ödəməklə mirasa faktiki sahiblik etmiş, miras əmlakı idarə etmişdir. Bu baxımdan torpaq sahəsinin vergilərini ödəməyin miras əmlakı idarə etmək və ya miras əmlakı qəbul etmək olmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi bu halı ayrılıqda deyil, digər sübutlarla yanaşı qiymətləndirmiş və doğru mövqedən çıxış etmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin atasından miras qalmış torpaq sahəsini faktiki olaraq onun qəbul edib istifadə etməsinə, atası rəhmətə gedəndən sonra isə onun dəfn xərclərini onun çəkməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi apell yator atasının vəfatından sonra ayrı təsərrüfatda yaşamışdır. Onun tərəfindən atasından qalmış mirasın faktiki olaraq qəbul edilməsi, mirasın idarə edilməsi, mirasa faktik sahiblik edilməsinə dair heç bir sübut təqdim edilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə; Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş) 528, 532, 552, 553-cü maddələrinə; Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 88, 217, 218, 372-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-849/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir.
30. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş) 528, 532, 552, 553, 556-cı, Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenmunun xx.xx.2023-cü il tarixli qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı etirazında kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 2000-ci ildək qüvvədə olan Mülki Məcəlləsi:
32. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
33. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
34. Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
35. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
36. Maddə
552. Mirası əl də etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam instansiyası məhkəməsinin aktı tam yoxlanılır. mübahisələndirildiyindən apellyasiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.
46. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan əmlak barəsində miras 1999-cu ildə açılmışdır. Bu səbəbdən mübahisəyə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikasının 2000-ci ildək qüvvədə olan Mülki Məcəlləsinin aidiyyəti normaları tətbiq edilmişdir.
47. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gü ndən altı ay müddətində edilməlidir.
48. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mirası cavabdeh deyil, iddiaçı faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən iddia təmin edilmişdir.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Məhkəmə tərkibi kassasiya şikayətində istinad olunan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenmunun “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 1246 və 1273-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə bağlı qeyd edir ki, həmin qərarla Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini qüvvədən düşmüş hesab edilmişdir. Bu səbəbdən cavabdehin sözügedən qərara istinadı qətnamənin ləğv edilməsinə əsas ola bilməz.
51. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsip inə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107) -849/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.