Məhkəmə qərarları › İş №2(102)-1242/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1242/2020

12.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1242/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və vəkili X1, Cavabdeh3 və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs B qarşı əmlakın geri qaytarılması tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı əmlakın geri qaytarılmasıbarədə qarşılıqlı tələbinə dairmülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) ilkin iddia qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışa əsasən şəxsi mülkiyyətində olan ünvan 1 evin qarşısında yerləşən faktiki 0.008 ha, sənəd üzrə 0.01 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən qanunsuz olaraq zəbt olunmuş, evin sol tərəfində yerləşən və cavabdehlər tərəfindən hasara alınmış 05 kv metr torpaq sahəsinin və 14 kv metr əlavə çatışmayan torpaq sahəsinin İddiaçı geri qaytarılması, adları çəkilən cavabdehlərin hesabına həmin hasarın sökülməsi, həmin torpaq sahəsinin tikinti materiallarından təmizlənməsi və həmin torpağın əvvəlki vəziyyətə salınması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, hazırkı mülki iş üzrə keçirilmiş ekspertiza tətqiqatlarının cəmi dəyəri (100+50+50) 200 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət hesabına ödənilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn ) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi mə sələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs B qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışa əsasən şəxsi mülkiyyətində olan ünvan 1 evin qarşısında yerləşən faktiki 0.008 ha, sənəd üzrə 0.01 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən qanunsuz olaraq zəbt olunmuş, evin sol tərəfində yerləşən 2 metr eni, 10,0 metr uzunu, 20,0 kv. metr torpaq sahəsinin geri qaytarılması, cavabdehlərin hesabına həmin hasarın sökülməsi, torpaq sahəsinin tikinti materiallarından təmizlənməsi və torpağın əvvəlki vəziyyətə salınması barədə qə tnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı əmlakın geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən onun evinin arxa hissəsində inşa edilmiş və özünün mülkiyyətindən tam və sərbəst şəkildə istifadə edilməsinə mane olan tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə iddiaçı ünvan 1 ünvanda yerləşən evin və həmin evin qarşısında yerləşən 0.008 ha torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçı həmin torpaq sahəsini notarial qaydada təsdiq edilmiş xx xxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. Müqavilədə torpaq sahəsinin ölçüsü 100 kv.m. göstərilmişdir. Müqavilə əsasında 100 kv.m. torpaq sahəsinə iddiaçının adına Dövlət Torpaq və Xərit əçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququna dair xx xxxxxx 2005-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı ona verilən xx xxxxxx 2005-ci il tarixli şəhadətnamənin koordinatlarının yerində düzgün işlənmədiyini göstərərək ona verilmiş hüquqverici sənədlərdə müvafiq dəyişikliklərin edilməsini xahiş etmişdir. Qeyd edilən müraciət əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya xx xxxxxx 2016cı ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi və mülkiyyət hüququna dair çıxarış verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,01 ha, faktiki ölçüsü isə 0,008 ha, mülkiyyət hüququna dair çıxarışda isə mülkiyyətdə olan torpağın ölçüsü 0,008 ha göstərilmişdir. Eyni zamanda işin mübahisə edilməyən halların a görə T küçəsində yerləşən 35 Q saylı yaşayış evi xx xxxxxxx 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən cavabdehlərdən Cavabdeh1, həmin evə aid 0,02 ha torpaq sahəsi isə xx xxxxxxx 2004-cü il tarixli şəhadətnaməyə əsasən cavabdehlərdən Cavabdeh1, Zahirə, İsmayıl və İbrahim Məmmədovların birgə mülkiyyətindədir. İddiaçı bildirir ki, cavabdehlər onun mülkiyyətində olan 100 kv.m. torpaq sahəsinin 20 kv.m. hissəsini zəbt etmişlər və həmin hissədə hasar çəkmişlər. Ona görə onların də iddia təmin edilməlidir. Cavabdehlər bildirirlər ki, 1997-ci ildə tərtib edilmiş texniki pasporta görə evinin arxa tərəfindən torpaq sahəsinin hasarınadək olan məsafə 2 metr enində olmuşdur. İddiaçı onların etirazına baxmayaraq həmin sahəni zəbt edərək öz torpaq sahəsinə qataraq hasara almış və evini hasarın üz ərində inşa etmişdir. Bu hal isə onu təsbit edir ki, hasar iddiaçının iddia etdiyi kimi evin tikintisindən sonra deyil, əvvəl tikilmişdir. Çünki iddiaçının evi hasarın bünövrəsi üzərində tikilmişdir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxx 2017-ci il tarixli və xx xxxx 2018-ci il tarixli 2 ekspert rəyi verilmişdir. Hər iki rəylə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5 kv.m. hissəsinin cavabdeh tərəfindən hasarlandığı və istifadə edildiyi müəyyən olunur. Həmçinin xx xxxx 2018-ci il tarixli rəylə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,0081 ha olduğu müəyyən edilir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlill ərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Əvvəla işin hallarından görünür ki, cavabdehlərdən və apellyasiya şikayəti vermiş şəxslərdən biri olan Cavabdeh1 iş apellyasiya icraatında olduğu dövrdə, yəni xx xxxx 2019-cu ildə vəfat etdiyi halda iş üzrə icraat dayandırılmamış və hüquqi varislik məsələsi həll edilmədən Cavabdeh1 münasibətdə də qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58-ci maddəsində göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Göründüyü kimi hazırkı işdə mübahisəli hüquq münasibəti üzrə hüquq varisliyinə yol verildiyi halda apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 hüquq varisliyi məsləsini həll etmədən iş üzrə vəfat edən cavabdehə münasibətdə iddianın təmin edilməsinə dair qətnaməni qüvvədə saxlamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1 və 254.1.1ci maddələrinin tələblərinə görə belə vəziyyətdə işə baxan apelyasiya instansiyası məhkəməsi iş üzrə icraatı dayandırmaqla prosessual hüquq varisliyi məsələsini həll etməli və bundan sonra birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinə və əsaslılığına qiymət verməli idi. Bununla yanaşı iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi apelyasi ya icraatında torpaq sahəsinin zəbt olunub-olunmaması faktının və torpağın dəqiq ölçülərinin birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmadığını müəyyən etmiş və bu halın aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən bu halın araşdırılması üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Lakin ekspertizanın keçirilməsi ilə bağlı ekspertin verdiyi vəsatət təmin edilmədiyinə görə ekspert ekspertizanın keçirilməsindən imtina etmişdir. Bundan sonra apelyasiya instansiyası məhkəməsi ekspertiza qarşısında qoyulmuş suallar üzrə əlavə araşdırma aparmadan işə mahiyyəti üzrə baxılmasını davam etdirmiş və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul etmişdir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apelyasiya instansiyası məhkəməsi işin düzgün, obyektiv həlli üçün zəruri olan və işin mahiyyətinə aid olan halları tam araşdırmadan iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəylərini işdə olan digər sübutlarla birlikdə qiymətləndirməmiş, o cümlədən hal-hazırda qüvvədə olan hüquqmüəyyənedici sənədlərdə iddiaçının mülkiyyətində 0,008 ha torpaq sahəsi olduğu halda, onun mülkiyyətində sənəd üzrə 0,01, faktiki 0,008 ha torpaq sahəsi olduğunu qeyd etmiş və ekspertlər qarşısında qoyulan sualların da məhz bu ölçülərdə göstərilməklə, ekspertlər tərəfindən aparılan araşdırmaların da bu ölçülərə istinad etməklə araşd ırma aparmasına qiymət verməmişdir. Belə ki işin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı xx xxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə 0,01 ha torpaq sahəsi almaqla onun adına 0,01 ha torpaq sahəsinə dair xx xxxxxx 2005-ci il tarixli şəhadətnamə verilsə də, sonuncunun öz xahişi ilə ona verilmiş xx xxxxxx 2016-cı il tarixli çıxarışda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,008 ha göstərilmişdir. Qeyd etmək lazımdır ki, həmin çıxarışı yerində tamalayan sənəd olaraq torpaq sahəsinin planı və ölçüsü sənədində iddiaçının adına olan torpaq sənəd üzrə 0,01 ha, faktiki 0,008 ha göstərilsə də şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarışdır. Torpaq planı və ölçüsü sənədi isə çıxarışı yerində tamamlayan sənəddir. Göstərilənlərlə yanaşı mə hkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş ekspert rəylərini qiymətləndirərkən cavabdehlərin iddiaçı tərəfindən onların mülkiyyətində olan torpaq sahəsini zəbt edərək hasar çəkməsini və inşa etdiyi evin divarının hasarın özülü üstündə inşa etməsi barədə dəlili üzrə də hər hansı bir araşdırma aparmamışdır Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilə r ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar