Məhkəmə qərarları › İş №2(102)-1243/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1243/2022

05.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1243/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı ilk iddia tələbinə, Cavabdeh İddiaçı1, İddiaçı2, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Payların naturada ayrılması, çıxarışın ləğv edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9244/2021 nömrə li iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 019988 saylı 17 avqust 1991-ci il tarixli order əsasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 50 illiyi küçəsi, ev 6, 35 saylı mənzil X9 dörd nəfər ailə tərkibi ilə birlikdə verilmişdir (arvadı X4, uşaqları İddiaçı1, 45 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 31.07.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 həmin vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmiş və digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. 30.09.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı X10 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçı mübahisəli mənzili nəvəsi Mirsadiqə vəsiyyət etdiyini, oğlu Raminin isə onun son iradəsinə mane olduğunu, onun bu davranışının qanuna və əxlaqa zidd olduğunu qeyd etməklə Raminin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2626/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddiaçının vəfat etməsi səbəbindən xitam verilmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş 1345/69 nömrəli ölüm haqqında arayışdan görünür ki, X4 11 iyun 2019-cu ildə ölmüşdür. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş 1344/69 nömrəli ölüm haqqında arayışdan görünür ki, X10 01 oktyabr 2019-cu ildə ölmüşdür. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 04.11.2019-cu il tarixli 1999 saylı məktubun surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş mərhum X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2019-cu ildə onun vərəsələrindən İddiaçı1, X6 Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və 234/2019 nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi həmin məktubla Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular (Oktyabrın 50 illiyi) küçəsi, ev 6, 35 saylı mənzildə yerləşən X8 adına olan mənzilə hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsini xahiş etmiş, hüququmüəyyənedici sənəd (çıxarış) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin veriləcəyini bildirmişdir. DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 01.11.2019-cu il tarixli ******* saylı arayışa görə İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 6, 35 saylı mənzildə qeydiyyatdadır, həmin mənzildə ondan başqa Mirağayev Rizvan, Zərbəliyeva Natavan qeydiyyatdadırlar. 3 saylı Bakı ASAN Xidmət mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı1 və X1 ərizələrinin surətl ərindən görünür ki, onlar qeydiyyatda olduqları və ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin X8 adına özəlləşdirilməsinə və dövlət reyestrindən çıxarış verilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 6, 35 saylı mənzil X8 xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə 29.12.2019-cu il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş X8 qanun üzrə vərəsələri İddiaçı1 və X7 miras əmlakdan hər biri 1/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, 02.06.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış, yüklülüyün olubolmaması barədə arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********31-05101-093035 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75,79 kvadrat metr olan mənzildən ibarətdir. 4/6 hissə üzrə pay açıq saxlanılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 45 saylı NK tərəfindən 31.07.2019- cu ildə təsdiq edilən və reyestrdə 2V-62 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən, 01.10.2019-cu il tarixdə ölmüş X8 vəsiyyətnamədə göstərilən vərəsəsi İddiaçı2 miras əmlakdan 3/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, 02.06.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış, yüklülüyün olub-olmaması barədə arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********3105101-093035 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75,79 kvadrat metr olan mənzildən ibarətdir. Azyaşlının payının qeydiyyata alınması üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin bir nüsxəsi qəyyumluq və himayəçilik orqanına göndərilmişdir. 2/6 his səyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 1/6 hissədə pay açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzilinin 4/6 hissəsinin İddiaçı2, 1/6 hissəsinin İddiaçı1 paylı mülkiyyətində saxlanılmaqla, həmin mənzilin 5/6 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzili vərəsəlik qaydasında paylara bölünərək, həmin mənzilin 3/6 hissəsi birgə iddiaçılardan yetkinlik yaşına çatmayan İddiaçı2, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi digər vərəsə X1 mülkiyyətinə verilmiş, X6 özünə məxsus payı sonradan İddiaçı2 bağışlamışdır. Buna görə də hazırda mübahisəli mənzilin 4/6 hissəsi birgə iddiaçılardan yetkinlik yaşına çatmayan İddiaçı2, 1/6 hissəsi İddiaçı1 məxsusdur. Mənzilin qalan 1/6 hissəsinə mülkiyyət hüququ isə digər vərəsənin, yəni Cavabdeh maraqları nəzərə alınaraq açıq saxlanılmışdır. Cavabdeh mübahisəli mənzildə yaşamasa da həmin mənzildə qeydiyyatdadır. Eyni zamanda Cavabdehlər İddiaçı1, İddiaçı2 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, 35 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin ünvana v erilmiş 30.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil növbəlilik qaydasında 17 avqust 1991-ci il tarixdə 019988 nömrəli order əsasında ataları X8 adına 5 nəfər ailə üzvü ilə, yəni X9, X2, Mirİddiaçı1, X3 və Cavabdeh verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(002)-248/2020 saylı qətnaməsi ilə onun ailə üzvləri ilə birlikdə mübahisəli ünvana köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən qarşı tərəf apelyasiya və kassasiya şikayətləri versə də, şikayətləri təmin olunmamışdır. İşə kassasiya qaydasında baxılarkən qarşı tərəf bildirmişdir ki, artıq mənzil özəlləşdirilmiş və vərəsələrin pay ları müəyyən edilmişdir, onun payı kimi miras əmlakın 1/6 hissəsi açıq saxlanılmışdır. Cavabdeh tərəf onun xəbəri və razılığı olmadan mənzili özəlləşdirmiş, birinci növbəli vərəsələr sağ olduğu halda ikinci növbəli vərəsənin adına pay müəyyən edilməklə əmlaka dair 4/6 hissədə pay ayrılmaqla çıxarış verilmişdir. Cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, mənzil onun razılığı olmadan özəlləşdirilmiş, notariat kontoru qanunsuz olaraq 2-ci növbəli vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) 02 iyul 2021-ci il tarixli 2(002)-938/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 019988 saylı 17 avqust 1991-ci il tarixli orderə əsasən X9 verilmiş, X10 31.07.2019-cu il tarixdə notarial qaydada vəsiyyətnamə tərtib edərək bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmiş, 30.09.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək mənzili nəvəsi Mirsadiqə vəsiyyət etdiyini, oğlu Raminin isə onun son iradəsinə mane olduğunu qeyd etməklə Raminin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmiş, lakin 01 oktyabr 2019-cu ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunaraq mərhumun adına çıxarışın verilməsi tələb edilmiş, daha sonra mirası qəbul etmək üçün müraciət etmiş oğlu Zaura, qızı Natavana qanun üzrə, nəvəsi Mirsadiqə isə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadə tnamələr verilmiş, həmin şəhadətnamələr əsasında 1/6 hissə açıq saxlanılmaqla iddiaçılara paylı mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar 1/6 hissə üzrə paylı mülkiyyətçisi müəyyən edilməmiş daşınmaz əmlakın naturada bölünməsini tələb etməkdədirlər, bununla da onlar tərəfindən paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunması şərti nəzərə alınmamışdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirirərək qeyd etmişdir ki, Cavabdeh isə hal-hazıradək mərhumun vəsiyyətnaməsini və onun adına verilmiş çıxarışı mübahisələndirməmiş, həmçinin miras əmlakı nə faktiki qəbul etməmiş, nə də mirasın qəbulu üçün qanun la müəyyən edilmiş qaydada notariat orqanına müraciət etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli mənzildə qeydiyyatda olmuş, mənzil özəlləşdirilərkən onun razılığı da alınmalı olduğu halda, razılığı olmadan cavabdehlər qanunsuz olaraq mənzili mərhum atasının özəlləşdirmişlər. Həmin mənzil orderlə atasına məxsus olmuş, mənzil dövlət mülkiyyəti olduğu üçün atasının həmin mənzilə dair vəsiyyətnamə vermək hüququ olmamışdır, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mənzil dövlət mülkiyyətində olmuşdur. Birinci növbəli vərəsə kimi o, bacısı və qardaşı olduğu halda, nəvənin vərəsə kimi tanınması və ona payın müəyyən edilməsi qanunsuz və əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzili nə dair İddiaçı2 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında onun adına aparılmış dövlət qeydiyyatının (30.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli) ləğv edilməsi qət olunmuş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh hal-hazıra kimi mərhumun vəsiyyətnaməsini və onun adına verilmiş çıxarışı mübahisələndirməmiş, həmçinin miras əmlakı nə faktiki qəbul etməmiş, nə də mirasın qəbulu üçün qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etməmişdir. Apellyasiya instansiyası məhk əməsi qeyd etmişdir ki, əvvəla qarşılıqlı iddiaçının vəsiyyətnaməni mübahisələndirib mübahisələndirməməsinin hazırki mübahisənin həll edilməsinə, yəni qarşılıqlı iddianın əsassız hesab edilməsi nəticəsinə gəlməyə hər hansı əhəmiyyəti yoxdur. Belə ki, 31.07.2019-cu il tarixli vəsiyyətnamə ilə X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmişdir. Göründüyü kimi, mərhum vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını vəsiyyət etmişdir, yəni həmin vəsiyyətnamə konkret hər hansı əmlak barəsində olmamışdır, o cümlədən hazırki mübahisəli mənzil də vəsiyyət edilməmişdir. Həmin vəsiyyətnamə qanuni olmuşdur. X15 adına verilmiş çıxarışla bağlı isə apellyasiya instansi yası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh iddia ərizəsi və apellyasiya şikayətində mənzilin mərhum atasının adına qanunsuz özəlləşdirilməsini göstərsə də, iddia ərizəsində özəlləşdirilmənin etibarsızlığı ilə bağlı konkret tələb irəli sürməmişdir, ona görə də hazırda həmin məsələyə hüquqi qiymət verməyə zərurət yoxdur, digər tərəfdən isə qeyd edilən tələb, yəni mənzilin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi inzibati orqanın (reyestr xidmətinin) hərəkətlərindən doğan tələb olduğundan, həmin tələbə mülki yox, inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmənin istinad etdiyi qeyd olunan hallar vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirilməsinə mane olan hallar olmamaqla, bu barədə tələbin əsassız olması qənaətinə gəlməyə də əsas verən hal deyildir. Qarşılıqlı iddia tələbi ndə həm vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həm də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələb edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə qarşılıqlı iddia tələbini qismən əsaslı hesab edərək gəldiyi nəticəni belə əsaslandırmışdır ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı2 vəsiyyətnaməyə əsasən miras əmlakdan 3/6 hissədə payı müəyyən edilmişdir. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, miras açıldığı vaxt həmin əmlak (mənzil) mirasın kütləsinə daxil olmamışdır, buna görə də mənzilin vəsiyyət üzrə vəsiyyatnamənin predmeti olması mümkün olmamışdır. Mülki Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tu ta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Artıq qeyd olunduğu kimi, nə vəsiyyətnamə konkret mübahisəli mənzil barəsində olmamışdır, nə də həmin mənzil mirasın açıldığı vaxt (Rizvan Mirağayevin öldüyü vaxt) onun mülkiyyətində olmamışdır. Qeyd olunan halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil barəsində vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, buna görə də etibarsız hesab edilməlidir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş X8 qanun üzrə vərəsələri İddiaçı1 və X12 qızı miras əmlakdan hər biri 1/6 hissədə pay almalıdırlar. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə tələbə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bir haldaki mənzilin özəlləşdirilməsinin nəticələri mübahisələndirilməmişdir və hazırda mərhum X8 adına verilmiş 29.12.2019-cu il tarixli çıxarış qüvvədədir, həmin şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Cavabdeh tərəfindən miras əmlakın faktiki qəbul edilməməsi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Rizvan Mirağayev öldüyü vaxt mübahisəli mənzil mirasın kütləsini təşkil etməmişdir, ona görə də onun qəbulundan söhbət gedə bilməzdi. Mənzil order əsasında bütün ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir, həmin şəxslər mənzil barəsində eyni hüquqlara malik olmuş və eyni həcmdə vəzifə daşımışlar, orderin kimin adına verilməsi mənzilə olan hüquq və vəzifələrin həcminə təsir etməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.01.2021-ci il tarixli 2(102)-151/2021 saylı Qərarından görünür ki, həmin Qərarla Cavabdeh və ailə üzvlərinin mübahisəli mənzilə köçürülməsini qət edən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(002)-248/2020 saylı qətnaməsini qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4419/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən edilir ki, Cavabdeh atasının ölümündən sonra ailəsi ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə iddia qaldırmış, eyni za manda da İddiaçı1 onların mənzildən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia qaldırmışdır, məhkəmə tərəfindən Cavabdeh ailəsi ilə birlikdə mənzilə köçürülmə barədə iddiası təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Cavabdeh və digər iddiaçıların həmin mənzilə istifadə hüquqları vardır. İddiaçı1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh 9 ay keçməsinə baxmayaraq notariat orqanına qərəzli şəkildə müraciət etməmişdir. Notariat orqanı isə ona qanun üzrə düşən payı, yəni 1/6 hissəni açıq saxlamışdır. Bundan başqa Cavabdeh mübahisəli mənzildə yaşamaması bir daha sübüt edir ki, miras ilkin iddia üzrə iddiaçı tərəfindən fakitiki olaraq qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, güya “miras açıldığı vaxt həmin əmlak (mənzil) miras kütləsinə daxil olmamışdır, ona görə də mənzilin vəsiyyət üzrə vəsiyyatnamənin predmet olması mümkün olmamışdır”. Mübahisəli mənzil növbəlilik qaydasında 17 avqust 1991-ci il tarixdə 019988 nömrəli order əsasında mərhum X8 mülkiyyətində olmuşdur. Göründüyü kimi “Order” mülkiyətçinin hüquq larının həyata keçirilməsi üçün əsas olduğu halda apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir. Baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən ilk və qarşılıqlı iddia tələbləri rədd edilmiş, iddiaçı ilk iddia tələbinin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni Cavabdeh apellyasiya şikayətinə əsasən yalnız qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində yoxlamış, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Hazırda qətnamədən kassasiya şikayəti verən İddiaçı1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, cavabdeh qətnamədən kassasiya şikayəti vermədiyindən qətnamə yalnız mübahisələndirilən hissədə, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbinin təmin olunan hissədə yoxlanılır. Cavabdeh qətnamədən kassasiya şikayəti ver mədiyindən qarşılıqlı iddia tələbinin rədd edilən hissəsi kassasiya baxışının həddlərini təşkil etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən öl ənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən son ra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılı qlı iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə mübahisənin predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzil 019988 saylı 17 avqust 1991-ci il tarixli orderə əsasən X9 verilmiş, Rizvan Mirağayev 31.07.2019-cu il tarixdə notarial qaydada vəsiyyətnamə tərtib edərək bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmişdir. Rizvan Mirağayev 30.09.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək mənzili nəvəsi Mirsadiq Mirağayevə vəsiyyət etdiyini, oğlu Raminin isə onun son iradəsinə mane olduğunu qeyd etməklə Ramin Ağayevin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmiş, lakin işin baxılması başa çatmamış 01 oktyabr 2019-cu ildə vəfat etdiyindən həmin iş üzrə icraata xitam verilmişdir. Rizvan Mirağayev vəfat etdikdən sonra notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunaraq mərhumun adına çıxarışın verilməsi xahiş edilmiş, mənzil Rİzvan Mirağayevin adına dövlət qeydiyyatına alınandan sonra mirası qəbul etmək üçün müraciət etmiş oğlu İddiaçı1, qızı Natavan Zərbəliyevaya qanun üzrə, nəvəsi İddiaçı2 isə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, həmin şəhadətnamələr əsasında 1/6 hissə açıq saxlanılmaqla iddiaçılara paylı mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Cavabdeh qarşılıqlı iddia tələbinin əsası onda ibarət olmuşdur ki, iddiaçılar tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, mənzil onun razılığı olmadan özəlləşdirilmiş, notariat kontoru qanunsuz olaraq 2-ci növbəli vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hissədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 31.07.2019-cu il tarixli vəsiyyətnamə ilə X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmişdir. Göründüyü kimi, mərhum vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını vəsiyyət etmişdir, yəni həmin vəsiyyətnamə konkret hər hansı əmlak barəsində olmamışdır, o cümlədən hazırki mübahisəli mənzil də vəsiyyət edilməmişdir. Həmin vəsi yyətnamə qanuni olmuşdur. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı2 vəsiyyətnaməyə əsasən miras əmlakdan 3/6 hissədə payı müəyyən edilmişdir. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, miras açıldığı vaxt həmin əmlak (mənzil) miras kütləsinə aid olmamışdır, ona görə də mənzilin vəsiyyət üzrə vəsiyyatnamənin predmeti olması mümkün deyildir. Mülki Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Artıq qeyd olunduğu kimi, nə vəsiyyətnamə konkret mübahisəli mənzil barəsində olmamışdır, nə də həmin mənzil mirasın açıldığı vaxt (Rizvan Mirağayevin öldüyü vaxt) onun mülkiyyətində olmamışdır. Qeyd olunan halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil barəsində vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, buna görə də etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstrələnlərə əsasən razılaşmır. İşdən görünür ki, miras qoyan Rizvan Mirağayev Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 31.07.2019-cu il tarixli 8i-2040 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamə ilə “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmiş və digər vərəsələri isə vərəsəlik hüququndan məhr um etmişdir”. Rizvan Mirağayev 01 oktyabr 2019-cu il tarixdə ölmüş və həmin vaxt, yəni miras açlıan zaman onun adına daşınar və daşınmaz əmlakın dövlət qeydiyyatına alınması müəyyən edilməsə də, 019988 saylı 17 avqust 1991-ci il tarixli order əsasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 50 illiyi küçəsi, ev 6, 35 saylı 4 otaqlı mənzil X8 və arvadı X4, uşaqları İddiaçı1, Ağayeva (hazırda Zərbəliyeva) Natavan Rizvan qızı və Ağayev (hazırda Mirağayev) Ramin Rizvan oğlundan ibarət dörd nəfər ailə üzvünün daimi istifadəsinə verilmişdir. Elmira Mirağayeva əri Rizvan Mirağayevadan əvvəl vəfat etmişdir. Həmin mənzil dövlət mülkiyyətində olsa da, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən Rizvan Mirağay evin orderdə adı olan ailə üzvləri ilə birlikdə əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüququ olmuşdur. Bu hüquq xəyali deyil, real “gözlənilən mülkiyyət hüququ” olmuş, dövlət qarşısında hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” anunun 1-ci maddəsinə göpə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. İşdə olan 30 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuş iddia ərizəsinin surətindən də görünür ki, X10 Cavabdeh q arşı yuxarıda göstərilən mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia qaldırmış, həmin ərizəsində iddiaçı mübahisəli mənzili nəvəsi İddiaçı2 vəsiyyət etdiyini göstərmiş, oğlu Cavabdeh isə mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir, lakin iddiaçı öldüyünə görə 14 noyabr 2019-cu il tarixdə həmin mülki işin icraatına xitam verilmişdir. Göründüyü kimi Rizvan Mirağayev nəvəsi Mirsadıq Ağayevin adına vəsiyyətnamə tərtib edərkən onda olmayan əmlakı deyil, uzun müddət daimi istifadəsindəki, heç bir maneə olmadan mülkiyyətinə keçirmək imkanı olan mənzili nəzərdə tutmuş, qanun üzrə vərəsəsi olan oğlu Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaqla və vəstyyətnamə ilə digər vərəsələri vərəsəlik hüququndan məhrum etməkl ə həmin mənzilin İddiaçı2 mülkiyyətinə keçməsini arzulamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Rizvan Mirağayevin vəsiyyətnaməsi tərtib edilərkən mübahisənin predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 50 illiyi küçəsi, ev 6, 35 saylı 4 otaqlı mənzilin ona məxsus olmaması barədə düzgün olmayan nəticəyə gəlmiş, müvafiq olaraq tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 1152-ci maddəsini səhv tətbiq etmişdir. Yuxarıda göstərildiyi kimi həmin mənzilə miras qoyanın əmlak hüquqları olmuşdur. Miras açılandan sonra mənzilə miras qoyanın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bunun qanun üzrə vərəsələrin razılığı ilə həyata keçirilməsi və razılığı alınmayan Cavabdeh də həmin qeydiyyatı mübahisələndirməməsi də həmin halın mövcudluğunu bir daha təsdiq edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, vəsiyyətnamədə konkret olaraq mübahisənin predmeti olan mənizilin miras əmlak kimi göstərilməməsi həmin mənizilə hüquqların miras kütləsinə aid olmamasına anlamına gəlmir, vəsiyyətnamədə miras qoyan Rizvan Mirağayev özynə məxsus olan bütün əmlakını vəsiyyət etməsi, həmin əmlaka mübahisəli mənzilin də aid olması şübhə doğurmur. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiy mət vermədən iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9244/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi arşılıqlı iddia tələbinin təmin olunan hissədə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzilinə dair İddiaçı2 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmi n şəhadətnamə əsasında onun adına aparılmış dövlət qeydiyyatının (30.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli) ləğv edilməsi hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar