Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-125/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-125/23 Açar sözlər: işə bərpa barədə AAAAZ 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2022-ci il tarixli, 2(103)3810/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin verdiyi kassasiya şikayəti üzrə işə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k-1234 saylı əmrinə əsasən, Astara Rayon Təhsil Şöbəsindən Təhsil Nazirliyinə daxil olmuş məktubda rayonun Şağlazüzə kənd tam orta məktəbinin direktoru İddiaçı sosial şəbəkələrdə qeyriəxlaqi video görüntülərinin yayıldığı, bununla əlaqədar Astara Rayon Təhsil Şöbəsinin ilk həmkarlar ittifaqı komitəsi tərəfindən məktəb direktorları ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktoru “X1 Qaydaları”nın 2.1.3-cü (Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsin ə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir), 2.1.7-ci (Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur), 3.8-ci (Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir) bəndlərinin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən Astara rayonu, X kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “X1 Qaydaları”nın tələblərini pozduğuna görə 30 sentyabr 2021-cı il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) v ə üçüncü şəxs Astara rayon Təhsil Şöbəsinə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının və vurulmuş ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 30 sentyabr 2021-ci il tarixli, k -1234 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi və dəymiş maddi ziyana görə cavabdehdən 1.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 06 iyul 2007-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix İctimaiyyət ixtisası üzrə ali peşə istiqaməti üzrə Bakalavr dərəcəsi almaqla həmin universiteti (qiyabi) fərqlənmə diplomu ilə bitirmi şdir. 23 fevral 2011-ci ildə Gəncə Dövlət Universitetinin Tarix ixtisası (qiyabi) üzrə magistr dərəcəsini almışdır. 2003-cü ildən müəllim kimi fəaliyyətə başlamış, 2014-cü ildən nümunəvi fəaliyyətinə görə onu Astara rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi təyin etmişlər. 2016-cı ilə qədər həmin işdə işlədikdən sonra, nümunəvi iş fəaliyyətinə görə onu Astara rayon Təhsil Şöbəsinin metodkabinetə direktor təyin etmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 oktyabr 2020-ci il tarixli, k-1028-ci əmri ilə Astara rayon Şağlazüzə kənd tam orta məktəbinə 07 oktyabr 2020-ci il tarixdən direktor təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k1234 saylı əmrilə o, Ə mək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Həmin əmrin 1-ci hissəsində göstərilir ki, sosial şəbəkələrdə qeyri- əxlaqi video görüntülərin yayıldığı və bununla əlaqədar Astara rayon Təhsil Şöbəsinin ilk həmkarlar ittifaqı komitəsi tərəfində məktəb direktorları ilə bağlanmış əmək müqaviləsinin ləğvi barədə qərar qəbul olunduğu göstərilmişdir. Həmin əmrin 2-ci abzasında qeyd olunmuşdur ki, “göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktorları “X1 Qaydaları”nın” 2 2.1.3 və 2.1.7-ci bəndlərinin tələblərini pozmuşlar. Əmrin verilməsi üçün əsas Astara rayon Təhsil Şöbəsinin 27 sentyabr 2021-ci il tarixli, 35(01)\TQ-902580 saylı məktubu, Astara rayon Təhsil Şöbəsinin ilk həmkarlar ittifaqı komitəsinin 27 sentyabr 2021-ci il tarixli, 18 saylı i clas protokolu, müvafiq izahat və aktlar olmuşdir. Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2022-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak” markalı DVD diskdə olan və tədqiqatı tələb olunan videoyazılarda tədqiqi hissədə qeyd olunan montaj əlaməti üçün xarakterik olan səhnə keçidləri qeydə alınmışdır. Videoyazılar görüntülərdə qeydə alınan 1 və 2 saylı görüntülərin mikşerlənməsi yolu ilə əldə olunmuşdur. Videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadığından digər dəyişiklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan rəyin əsaslandırıcı hissəsində göstərilmişdir ki, əsas fondakı (1 saylı görüntüdəki) səhnə keçidi 3 halda mümkündür: yazılışdan sonra videoyazının xüsusi proqram təminatı ilə kəsilməsi yolu ilə; Bir neçə kameran ın eyni anda yazılış apardığı şəraitdə rejissor stolunda yazma qurğusunun əvəzlənməsi yolu ilə; Yazma qurğusunun kamerasının birinin digəri ilə (ön kamerasının arxa kamera ilə və ya əvəzinə) əvəzlənməsi yolu ilə. Yazılışdan sonra videoyazının dəyişdiriməsi (kəsilməsi) halında həm əsas fonda həm də arxa fonda kəskin kadr keçidi baş verməli idi. Digər 2 halda isə arxa fondakı görüntülərdə səhnə keçidi baş verməli idi. Qeyd olunan əlamətlər göstərir ki, arxa fonda kadr dəyişməsi əvvəlcədən hazırlanmış videoyazıda aparılmış, sonra isə əsas fondakı görüntülərin qeydə alındığı videoyazı ilə mikşerlənməsi yolu ilə yeni videoyazı əldə olunmuşdur. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmaması nı müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia qismən təmin edilərək, işəgötürənin 30 sentyabr 2021-ci il tarixli, k-1234 saylı əmrinin iddiaçıya münasibətdə ləğv edilmiş, iddiaçının əvvəlki işinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı fərqinin ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar olduqda əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Həmin Məcəllənin 72-ci maddəsində qeyd olu nan hallar sırasında iddiaçı tərəfindən bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Belə ki, sosial şəbəkədə onun barəsində yayılmış videogörüntünün Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2022-ci il tarixli ekspert rəyinə görə montaj olunduğu müəyyən edilmişdir. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslar olmamışdır və işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən sadalanan maddələrin tələblərini pozmuşdur. Bu baxımdan məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək qeyd etmişdir ki, işəgötürənin 30 sentyabr 2021-ci il tarixli, k-1234 saylı əmri ləğv olunmalı, iddiaçı əvvəlki işinə bərpa edilməli və məcburi işburaxma günlərinə gorə ona əmək haqqı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının 1.000 manat maddi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, iddia bu hissədə əsaslı deyil və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 2, 3, 68, 70, 72, 74, 287, 288, 292, 300-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olduğundan və ekspert rəyinə düzgün hüquqi qiymət vermədiyindən qə tnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı 02 oktyabr 2020-ci il tarixdə işəgötürənin k-1028 saylı əmri ilə Astara rayon Şağlazüzə kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. Astara Rayon Təhsil Şöbəsindən Təhsil Nazirliyə daxil olmuş sənədlərdən görünür ki, iddiaçının sosial şəbəkələrdə qeyri-əxlaqi video görüntülərinin yayıldığı, bununla əlaqədar Təhsil Şöbəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verdiyi məlum olmuşdur. Astara Rayon Təhsil Şöbəsi tərəfindən Təhsil Nazirliyə təqdim olunmuş sənədlər araşdırılmış və işəgötürənin 30 sentyabr 2021-ci il tarixli, k-1234 nömrəli əmri ilə iddiaçı, “X1 Qaydaları”nı kobud şəkildə pozduğuna gorə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən direktor kimi bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı, sosial şəbəkədə “XZ” adlı istifadəçi ilə tanış olmuş və onunla bir neçə gün mesajlaşdıqdan sonra, videobağlantı yaratmışdır. Bağlantı zamanı qarşı tərəf iddiaçının soyunmasını təmin edərək onun videosunu çəkmiş və çəkilişi onun özünə göndərmişdir. İddiaçı izahatında bildirmişdir ki, sonradan qarşı tərəf ondan pul tələb etmiş və tərəflər razılığa gəlmədiyindən qarşı tərəf videonu paylaşmışdır. Baxmayaraq ki, videoçəklişin 1-ci hissəsində (1-ci görüntüdə olan iddiaçı) edilən hərəkətlərin iddiaçıya məxsus olması ilk baxışdan müşahidə olunsa da, lakin iddiaçı məhkəmə iclasında həmin hərəkətlərin də montaj olduğunu bildirmişdir. İşə baxan məhkəmə ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş və rəyi iddiaçının xeyrinə şərh etmişdir. Belə ki, ekspert rəyindən məlum olur ki, sosial şəbəkələrdə yayılan iddiaçıya məxsus videogörüntünün arxa fonu sonradan montaj edilərək yayılmışdır. Lakin, video görüntünün ilk fonundakı (1-ci görüntüdəki) şəxs və onun qeyri-əxlaqi hərəkətlərinin iddiaçıya məxsus olması görüntü ilə təsdiq edilir. Lakin, məhkəmə videogörüntünün hər iki fonunun montaj olması qənaətinə gələrək nəticədə iddia tələbini təmin etmişdir. “X1 Qaydaları”nın tələbinə görə, müəllim pedaqoji etika və əxlaq normalarına riayyət etməli, müəllim nüfuzunu yüksək tutmalı, ziyalılıq nümunəsi göstərməlidir. Müəllim, öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmalıdır. Müəllim, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı formasına yol verməməli, həmkarlar, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quraraq, müəllim adını və şərəfini uca tutmalıdır. Lakin, təqdim olunmuş videogörüntünün sosial şəbəkələrdə yayılmasını nəzərə alaraq, bildirilir ki, bu hadisələrdən sonra iddiaçının nə məktəbdə və nə də cəmiyyətdə heç bir nüfuzu qala bilməz. Belə olan halda, iddiaçının məktəb direktoru kimi vəzifəsinə bərpa edilməsi cəmiyyətin, habelə təhsil alanların mənəviyyatına ciddi zərər vura bilər. Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli ekspertiza rəyinə əsasən, Ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak” m arkalı DVD-R diskdə olan və tədqiqatı tələb olunan videoyazılardakı əsas fondakı (1saylı) görüntülərdə videoyazının əvvəlindən olmaqla 02,567-ci ( 77-78 kadrlar), 02,633-cü (79-80 kadrlar), 03,667-ci (110-111 kadrlar), 09,733-cü (292-293 kadrlar), 43,133-cü (1294-1295 kadrlar) və 1 dəq 08,900-cü (20672068) saniyələrdə kəskin səhnə keçidləri baş vermişdir. Qeyd olunan səhnə keçidləri əsas fondakı görüntülərin qeydə alındığı videosiqnalın yazılışdan sonra emal olunaraq (kəsilərək) arxa fondakı görüntülərin qeydə alındığı videosiqnala mikşerlənməsi nəticəsində və ya əsas fonda görünən kişi cinsinə məxsus şəxs tərəfindən yazı qurğusunun kamerasının dəyişdirilməsi nəticəsində yarana bilər. Videoyazılardakı əsas fonda qeydə alınan kəskin səhnə keçidlərinin hansı səbəbdən yaranmasını videoyazıl arın qeydə alındığı yazı qurğusu təqdim olunmadığından müəyyən etmək mümkün olmadı. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, F.F.Babayev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının qeyri-etik görüntülərinin həqiqi olması mötəbər, təkzib olunmaz sübutlarla təsdiqini tapmır. Cavabdehin iddiaçının vəzifəsindən azad olunmasına səbəb iddiaçının belə qeyri-etik görüntülərinin yayılmasını əsas göstərsə də bu görüntülərin həqiqi olmasına dair sübutlar mövcud deyildir. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ekspert rəyindən məlum olur ki, sosial şəbəkələrdə yayılan iddiaçıya məxsus videogörüntünün arxa fonu sonradan montaj edilərək yayılmışdır. Lakin, videogörüntünün ilk fonundakı (1-ci görüntüdəki) şəxs və onun qeyriəxlaqi hərəkətlərin iddiaçıya məxsus olması həmin görüntü ilə təsdiq edilir. Bununla bağlı, qeyd olunmalıdır ki, iddiaçıya zəng gəldiyi vaxt o, nə baş verdiyini bilə bilməzdi. Zəng edən şəxs iddiaçının üz görüntüsünü qeydə alıb xüsusi qurğu əsasında qeyri-etik səhnələrə montaj etmişdir. Bununla bağlı isə cinayət işinin istintaqı gedir və məxfi olduğu üçün məlumat təqdim etmək mümkün olmamışdır. Beləliklə, sözügedən görüntülərdən üz görüntüsündən əlavə hansı görüntünün (yəni qeyri etik görüntünün) həqiqi olması da mülki iş materialları ilə öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “c” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məktəb direktorunun etik davranış qaydalarına əməl etməsi onun bilavasitə əmək funksiyasına aid olduğundan, iddiaç ı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilmişdir. İşə baxan məhkəmələr yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, işə baxan məhkəmələr X1 qaydalarına əməl etməsinin direktorun əmək funksiyasına daxil olub-olmadığını aydınlaşdırmamış və nəticədə əsassız olaraq iddia tələbini təmin etmişdir. Əmək Məcəlləsinin qeyd edilən maddəsinin işəgötürən tərəfindən tətbiq edilməsi maddi hüquq normalarının düzgün tətbiq edilməsi kimi qəbul edilməlidir. İşçi, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi işəgötürən tərəfindən əmək müqaviləsinə ləğv edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin qeyd edilən maddəsinin işəgötürən tərəfindən tətbiq edilməsi maddi hüquq normalarının düzgün tətbiq edilməsi kimi qəbul edilməlidir. İşə baxan məhkəmələr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin işəgötürən tərəfindən tətbiq edilməsinə düzgün hüquqi qiymət verməmiş, yalnız ona əsaslanmışlar ki, Əmək Məcəlləsinin bu maddəsində “X1 Qaydaları”nın pozulması halı nəzərdə tutulmamışdır. Lakin, yuxarıda qeyd edildiyi kimi, etik davranış qaydalarına əməl olunması birbaşa direktorun əmək funksiyasına daxil edilmişdir. Məhkəməyə iddiaçıya dair videogörüntünün, iddiaçının izahatı, akt, Həmkarlar Təşkilatının qərarı və digər sənədlər təqdim olunmuş, lakin işə baxan məhkəmələr bu mötəbər sübutlara formal yanaşaraq hüquqi qiymət verməmiş, təqdim olu nmuş sənədlərə əhəmiyyət verməmişdir. İşə baxan məhkəmələr ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş və rəyi iddiaçının xeyrinə şərh etmişlər. Belə ki, ekspert rəyindən məlum olur ki, sosial şəbəkələrdə yayılan iddiaçıya məxsus videogörüntünün arxa fonu sonradan montaj edilərək yayılmışdır. Lakin, videogörüntünün ilk fonundakı (1-ci görüntüdəki) şəxs və onun qeyri-əxlaqi hərəkətlərin iddiaçıya məxsus olması görüntü ilə təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş və yalnız ekspertin rəyinə əsaslanaraq iddianı təmin etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin e dilmədən saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir; Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; Həmin Məcəllənin 68-ci maddəs inin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) də rhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Həmin Məcəllənin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; Həmin Məcəllənin 288-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; Həmin Məcəllənin 292-ci maddəsinə görə, işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; Həmin Məcəllənin 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddə sində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayət ində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasi ya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, işəgötürənin 30 sentyabr 2021-ci il tarixli, k-1234 saylı əmrinə əsasən, Astara Rayon Təhsil Şöbəsindən cavabdehə daxil olmuş məktubda rayonun Şağlazüzə kənd tam orta məktəbinin direktoru-cavabdehin sosial şəbəkələrdə qeyri-əxlaqi videogörüntülərinin yayıldığı, bununla əlaqədar Astara Rayon Təhsil Şöbəsinin ilk həmkarlar ittifaqı komitəsi tərəfindən məktəb direktorları ilə bağlanmış əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç ” bəndinə əsasən ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktorları “X1 Qaydaları”nın 2.1.3-cü (Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir), 2.1.7-ci (Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur), 3.8-ci (Müəllim pedaqoji etika vəəxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir) bəndlərinin tələblərini pozmuşlar. Qeyd edilənləri nəzərə alaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Astara rayonu, X kənd tam orta məktəbinin direktoru-cavabdehlə bağlanmış əmək müqav iləsi “X1 Qaydaları”nın tələblərini pozduğuna görə 30 sentyabr 2021-cı il tarixdən ləğv edilmişdir. İşə əlavə edilmiş çoxsaylı təşəkkürnamələrdən görünür ki, iddiaçıya işdə nümunəvi fəaliyyətinə görə təşəkkürnamələr verilmişdir. Habelə, işə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2022-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak” markalı DVD diskdə olan və tədqiqatı tələb olunan videoyazılarda tədqiqi hissədə qeyd olunan montaj əlaməti üçün xarakterik olan səhnə keçidləri qeydə alınmışdır. Videoyazəlar görüntülərdə qeydə alınan 1 və 2 saylı görüntülərin mikşerlənməsi yolu ilə əldə olunmuşdur. Videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadıgından digər dəyiışkliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd olunan rəyin əs aslandırıcı hissəsində göstərilmişdir ki, əsas fondakı (1 saylı görüntüdəki) səhnə keçidi 3 halda mümkündür: yazılışdan sonra videoyazının xüsusi proqram təminatı ilə kəsilməsi yolu ilə; bir neçə kameranın eyni anda yazılış apardığı şəraitdə rejissor stolunda yazma qurğusunun əvəzlənməsi yolu ilə; yazma qurğusunun kamresanın birinin digəri ilə (ön kamerasnın arxa kamera ilə və ya əvəzinə) əvəzlənməsi yolu ilə. Yazılışdan sonra videoyazının dəyidirlməsi (kəsilməsi) halında həm əsas fonda həm də arxa fonda kəskin kadr keçidi baş verməli idi. Digər iki halda isə arxa fondakı görüntülərdə səhnə keçidi baş verməli idi. Qeyd olunan əlamətlər göstərir ki, arxa fonda kadr dəyişməsi əvvəlcədən hazırlanmış videoyazıda aparılmış, sonra isə əsas fondakı görüntülərin qeydə alındığı videoyazı ilə mikşer lənməsi yolu ilə yeni videoyazı əldə olunmuşdur. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdeh, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən sözügedən ekspert rəyinə düzgün hüquqi qiymət vermədiyini, əksinə həmin rəyi iddiaçının xeyrinə şərh etdiyini göstərsə də, cavabdehin bu dəlilləri tam əsassız olmuşdur. Belə ki, sözügedən ekspert rəyindən məlum olur ki, so sial şəbəkələrdə yayılan iddiaçıya məxsus videogörüntünün arxa fonu sonradan montaj edilərək yayılmışdır. Apellyasiya instansiyası məhkəməsi, videogörüntünün hər iki fonunun montaj olması qənaətinə gələrək, iddianı mübahisələndirilən hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Cavabdeh, təqdim olunmuş videogörüntünün sosial şəbəkələrdə yayılmasını əsas tutub, bu hadisələrdən sonra iddiaçının nə məktəbdə, nə də cəmiyyətdə heç bir nüfuzunun qalmadığını və belə olan halda, iddiaçının məktəb direktoru kimi əvvəlki vəzifəsinə bərpa edilməsinin həm cəmiyyətin, həm də təhsil alanların mənəviyyatına ciddi zərər vura biləcəyini göstərib iddiaya etiraz etsə də, bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Digər tərəfdən, mülki iş m aterialları, habelə işə əlavə edilmiş çoxsaylı müraciətlərlə müəyyən olunmuşdur ki, iddiaçı, Astara rayonu, X kənd tam orta məktəbinə direktor təyin edildikdən sonra, valideynlərin, təhsilalanların və sair cəmiyyət nümayəndələrinin mövcud təhsil sisteminə, sözügedən təhsil müəssisəsinə və təhsil işçilərinə inamı, etimadı kifayət qədər artmışdır. İşə əlavə edilmiş 08 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2 ədəd “Kodak” markalı DVD-R diskdə olan və tədqiqatı tələb olunan videoyazılardakı əsas fondakı (1 saylı) görüntülərdə vdeoyazının əvvəlindən olmaqla 02,567-ci ( 77-78 kadrlar), 02,633-cü (79-80 kadrlar), 03,667-ci (110-111 kadrlar), 09,733cü (292-293 kadrlar), 43,133-cü (1294-1295 kadrlar) və 1 dəq 08,900-cü (2067-2068) saniyələrdə kəskin səhnə k eçidləri baş vermişdir. Qeyd olunan səhnə keçidləri əsas fondakı görüntülərin qeydə alındığı videosiqnalın yazılışdan sonra emal olunaraq (kəsilərək) arxa fondakı görüntülərin qeydə alındığı videosiqnala mikşerlənməsi nəticəsində və ya əsas fonda görünən kişi cinsinə məxsus şəxs tərəfindən yazı qurğusunun kamerasının dəyişdirilməsi nəticəsində yarana bilər. Videoyazılardakı əsas fonda qeydə alınan kəskin səhnə keçidlərinin hansı səbəbdən yaranmasını videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadığından müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları, habelə ekspert rəylərini işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının izahatları ilə müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçının qeyri-etik görüntül ərinin həqiqi olması mötəbər, təkzib olunmaz sübutlarla öz təsdiqini tapmır. Belə ki, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas kimi onun qeyri-etik görüntülərinin yayılmasını göstərsə də, bu görüntülərin həqiqi olmasına dair sübutları nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir, işdə isə ümumiyyətlə belə sübutlar mövcud deyildir. Bundan başqa, cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində ekspert rəyinə istinad edərək, iddiaçıya məxsus sosial şəbəkələrdə yayılan videogörüntünün arxa fonu sonradan montaj edilsə də, ilk fonda olan videogörüntü (1-ci görüntünün) iddiaçıya aid olduğu üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə düzgün olaraq xitim verilm işdir. Bunla razılaşmayan apellyasaiya instansiyası məhkəməsi, haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya zəng gəldiyi vaxt o, nə baş verdiyini bilə bilməzdi və zəng edən şəxs iddiaçının üz görüntüsünü qeydə alıb xüsusi qurğu əsasında qeyri-etik səhnələrə montaj etmişdir. İddiaçının nümayəndəsinin izahatı ilə də müəyyən edilir ki, bununla bağlı hazırda cinayət işinin istintaqı gedir və məxfi olduğundan həmin məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, sosial şəbəkələrdə yayılan 1-ci üz görüntüsündən əlavə hansı görüntülərin (yəni qeyri-etik görüntülərin) həqiqi olması mülki iş materialları ilə öz təsdiqini tapmamışdır. Yəni, işə əlavə edilmiş ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, qeyd olunan səhnə keçidləri əsas fondakı görüntülərin qeydə alındığı videosiqnalın yazılışından sonra emal olunaraq (kəsilərək) arxa fondakı görüntülərin qeydə alındığı videosiqnala mikşerlənməsi nəticəsində və ya əsas fonda görünən kişi cinsinə məxsus şəxs tərəfindən yazı qurğusunun kamerasının dəyişdirilməsi nəticəsində yaranmışdır. Lakin, videoyazılardakı əsas fonda qeydə alınan kəskin səhnə keçidlərinin hansı səbəbdən yaranmasını videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadığı üçün müəyyən edilməsi mümkün olmamışdır. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının “X1 Qaydaları”nın 2.1.3, 2.1.7, 3.8-ci bəndlərinin tələblərini pozaraq, “peşə fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını qırması; onun peşə nüfuzunu itirməsi; müəllim adına xələl gətirən hərəkətlərə yol verməsi; habelə pedaqoji etika və əxlaq normalarına riayət etməməsi; ziyalılıq nümunəsi göstərməməsi mülki iş materialları ilə istisna edildiyindən, başqa sözlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsi üçün əsaslar olmadığından, iddianı mübahisələndirilən hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu M əcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə, tərəflərin birinin təşəbbüsü- əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində i şin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Göründüyü kimi, iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə onun əmək vəzifələrini kobud şəkildə pozması və nəticədə onun iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qo runan mənafelərinə hər hansı formada ziyan dəyməsi mülki iş materialları ilə təsdiq edilmir. Kassator, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert rəylərinə düzgün hüquqi qiymət vermədiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq no rmalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işin yuxarıda müəyyən edilmiş hallarına görə iddiaçı özü də istəmədən sözügedən hadisənin “qurbanına” çevrilmişdir və bu faktla bağlı istintaq orqanında müvafiq araşdırmanın aparılması da kassasiy a şikayətinin dəlillərinin əsassız olması nəticəsinə gəlməyə əsas verir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2022-ci il tarixli, 2(103)-3810/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-125/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-125/2023
31.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver