Məhkəmə qərarları › İş №2(102)-1253/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1253/2024

08.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1253/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1253/2024 (Açar sözlər: əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi, mənzildən çıxarılma) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin açarlarının təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(105)-2078/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2, X4, X3 və X1 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılmaları qət edilmişdir.

2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzil tam payı olmaqla, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə q əbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzilindən (bundan sonra – mübahisəli mənzil) ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə çıxarılması, mənzilin açarlarının ona təhvil verilməsi və onun həmin mənzilə əmlakları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçı yuxarıda adları qeyd edilən şəxslərin mənzildən çıxarılması barədə Abşeron Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, lakin həmin vaxt 1 saylı MTİİTS tərəfindən veril miş xx.xx.2021-ci il tarixli 210 saylı saxta arayış əsasında qeyd edilmişdir ki, guya cavabdeh həmin evdə yaşamır. Buna görə də mənzildən çıxarılma barədə iddia tələbində onun adını qeyd etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırkı cavabdehdən başqa digər 4 cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə 27 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin hazırda cavabdehin də həmin mənzildən çıxarılmasına zərurət vardır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, mübahisəli mənzilə külli miqdarda xərc çəkilmişdir və iddiaçı həmin məbləği ödəməsə, mənzildən çıxmayacaqdır. 6. 1 saylı MTİTTS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 330 saylı arayışda qeyd olunmuşdur ki, Seymur Hacıyev, Samir Hacıyev, Qasım Hacıyev, Sevinc Hacıyeva, Oğuz Hacıyev və Cavabdeh Zəngilan rayonundan olan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildə yaşayırlar.

7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 iyul 2023-cü il tarixli, 2(012)-2805/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, cavabdehin ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə mübahisəli mənzildən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə işin faktiki hallarına istinad etməklə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdən iddiaçının adına qeydə alınmışdır. Cavabde h isə Zəngilan rayonundan məcburi köçkün kimi bu mənzildə məskunlaşmışdır. Cavabdeh mülkiyyətçinin icazəsi olmadan, özbaşına bu mənzildə yaşayır. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Qüvvədə olan qanunvericilik isə bunu tamamilə qadağan edir. Başqa sözlə, cavabdeh məcburi köçkün statusundan istifadə edərək müvafiq reyestrdən çıxarışla iddiaçıya məxsus mənzildə məskunlaşmışdır və bu, onun qanunla qorunan mənzilə dair mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçının qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab etmişdir ki, hazırkı tələbi qismən təmin edilməlidir.

9. Məhkəmə iddianın təmin edilməyən hissəsi ilə bağlı qeyd etmişdir etmişdir ki, iddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Lakin cavabdehin ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə mənzildən çıxarılması hissəsində iddia təmin edildiyindən həmin mənzilin açarlarının təhvil verilməsi və iddiaçının əmlakları ilə birlikdə oraya köçürülməsi tələbinin təmin edilməsinə zərurət yoxdur, çünki birinci tələb qalan tələbləri özündə ehtiva edir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2, 3, 5, 9-cu maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh və onun həyat yoldaşı Hacıyev Seymur məcburi köçkündürlər. Onlar 1992-1993-cü illərdə Zəngilan rayonundan məcburi köçkün düşərək, hazırda mübahisə predmeti olan mənzildə məskunlaşmışlar. Onların mübahisəli mənzildə məskunlaşma vaxtları iddiaçının uşaq yaşlarına təsadüf edir ki, bu da iddiaçının həmin vaxt mülkiyyət hüququnun olmamasını göstərir. Daha sonra atılmış vəziyyətdə olan mənzili cavabdehin həyat yoldaşı təmir etmiş, kommunal xətlərlərlə təmin etməklə yaşamalı vəziyyətə gətirmişdir. Cavabdeh və onun ailəsinin mənzildə yaşamasının hüquqi əsaslarını isə ölkə prezidentinin 01 iyul 2004-cü il tarixli sərəncamı təşkil edir. Həmin sərəncamın 2-ci bəndində də göstərilir ki, “Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər”. Cavabdehin qeydiyyatda olduğu, 1993-cü ilədək yaşadığı, həyat yoldaşı və digər ailə üzvləri ilə məcburi köçkün statusu əldə etməzdən əvvəl böyüyüb boya-başa çatdığı kənd – Zəngilan rayonu Qıraq Müşlan kəndi 21 oktyabr 2020-ci ildə işğaldan azad olunsa da, hələ ki, onlar öz kəndlərində mənzillə təmin edilməyiblər. Ona görə cavabdeh və ailə üzvləri mənzillə təmin olunanadək evdən çıxarılmaqları qadağandır. İşə baxan məhkəmə qeyd olunan sərəncamı işə tətbiq edərək iddia tələbini rədd etməli idi. Ən pis halda isə cavabdehin mənzildən çıxarılmasını qət etsə belə, sərəncamdan irəli gələrək onun məcburi köçkün kimi mənzillə təmin olunacağı müddətədək müvəqqəti olaraq iddiaçıya məxsus mənzildə yaşamaq hüququnu tanımalı idi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayət əsassızdır. Mübahisəli mənzil onun mülkiyyətindədir. Lakin o mülkiyyətindən sərbəst istifadə edə bilmir. Abşeron Rayon Məhkəm əsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, onun iddiası təmin edilmişdir. Həmin iddia məhkəməyə verilən zaman hazırkı cavabdehin mənzildə yaşadığı ona məlum olmadığından sonuncunun adını iddia ərizəsində qeyd etməmişdir. Bu səbəbdən o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə qanuni qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2078/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən, məruzəçi), L.M.Məmmədova və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsa slandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin əsas dəlili kimi birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 139.1, 152.1, 152.5, 152.6, 152.7, 560.1, 560.2, 560.3.4-cü maddələrinə, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respubli kası Qanununun 5-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanuna istinad etmiş, bununla da öz qətnaməsinin əsaslandırma və nəticə hissələri arasında ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə ki, məhkəmə sözügedən müddəaya istinad etməklə, cavabdehin yeni bir mənzillə təmin olunmadan evdən çıxarılmasının qeyri-mümkünlüyünü qəbul etmiş, lakin buna əks bir nəticəyə gəlmişdir.

19. Həmçinin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunu və Azərbaycan Respublikası Prezidentin 1 iyul 2004-cü il 298 №-li sərəncamının 2-ci bəndinin tələblərinə uyğun olaraq, cavabdeh və onun ailə üzvlərinin müvafiq mərkəzi icra hakimiyyəti tərəfindən yeni yaşayış yeri ilə təmin olunan müddətədək iddiaçıya məxsus mənzildə yaşamaq hüququ tanınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

22. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülki yyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

24. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud h üquqdan sui-istifadə olmasın.

27. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

29. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

30. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunu 31.Maddə

5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunl aşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiya sı məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunm amalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(105)-2078/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar