Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5178/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” X4-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-375/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. “FİNCA Azerbaijan” MM QBKT ilə borc alan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsinə əsasən borc alana istehlak məqsədləri üçün illik 23,53% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir.
2. “FİNCA Azerbaijan” MM QBKT ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsinə əsasən borc alana istehlak məqsədləri üçün illik 23,53% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. Cavabdeh2 və Cavabdeh3 zamin qismində kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdürlər.
4. xx.xx.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi xx.xx.2017-ci il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2.606 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi üzrə 1.693,76 manat əsas borcun, xx.xx.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsi üzrə, 3.698,55 ABŞ dolları əsas borc, 314,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 4.012,60 ABŞ dolları borcun və 105,14 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədləri üçün illik 23,53% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsinə əsasən borc alana istehlak məqsədləri üçün illik 23,53% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi xx.xx.2017-ci il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2.606 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1.693,76 manat əsas borc, xx.xx.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsi üzrə, borcun məbləği 3.698,55 ABŞ dolları əsas borc, 314,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 4.012,60 ABŞ dolları təşkil edir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-375/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi üzrə 1.693,76 (min altı yüz doxsan üç manat, 76 qəpik) manat əsas borcun, xx.xx.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsi üzrə, 3.698,55 ABŞ dolları əsas borc, 314,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 4.012,60 (dörd min on iki dollar, 60 sent) ABŞ dolları borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 105,14 (yüz beş manat, 14 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi, iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borc verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borc alan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.2, 739.1, 739.2, 741-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh1 apelyasiya şikayətində göstərilmişdir ki, kredit müqavilələrinin bağlanmasında məqsəd şəxsi istehlak ehtiyaclarının qarşılanması deyil, iddiaçı ilə aralarında 2014-cü ildə bağlanmış kredit müqaviləsi üzrə borcun bağlanması olmuşdur. Hazırda iddiaçının istinad etdiyi kredit müqavilələri bağlansa da, həmin müqavilələrlə ayrılmış 4000 manat və 4000 ABŞ dollarından ona heç bir manat da olsun verilməmiş, həmin məbləğ bütövlükdə onun əvvəlki kredit borcunun ödənilməsinə yönəldilmişdir. Məhkəmə isə, qeyd edilən halların mövcudluğunu araşdırmamışdır. Bu edilsəydi, məlum olardı ki, iddianın əsasını təşkil edən kredit müqavilələri yalan əqd kimi etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir” Konstitusiya Məhkəməsinin bu mövqeyi yalnız həmin qərarda deyil, qərarın məzmununda da qeyd edildiyi kimi, başqa qərarlarında da öz əksini tapmışdır. Bu baxımdan, iddiaçı ilə aralarında bağlanmış kredit borcunun restrukturizasiyası ilə bağlı xx.xx.2017-ci il tarixli saziş də əhəmiyyətsiz əqddir. Çünki, restrukturizasiya olunmaslı kredit müqaviləsi üzrə öhdəlik tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə deyil, tərəflər arasında bağlanmış 2014-cü il tarixli kredit müqaviləsi üzrə olmuşdur. Buna görə də, hazırki işə baxılarkən qeyd edilən halların hər biri ayrılıqda araşdırılmalı və son olaraq müəyyənləşdiriləcək borc məbləğinin ondan tutulması qərara alınmalı idi. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, mənim məhkəmə iclasında iştirakımı təmin etməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-ın nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmiş, qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
36. Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır.
37. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
40. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
41. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
48. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin kredit müqavilələrinin bağlanmasında məqsəd şəxsi istehlak ehtiyaclarının qarşılanması deyil, iddiaçı ilə aralarında 2014-cü ildə bağlanmış kredit müqaviləsi üzrə borcun bağlanması olması, iddiaçının istinad etdiyi kredit müqavilələri bağlansa da, həmin müqavilələrlə ayrılmış 4000 manat və 4000 ABŞ dollarından ona heç bir manat da olsun verilmədiyi, həmin məbləğlərin bütövlükdə onun əvvəlki kredit borcunun ödənilməsinə yönəldildiyi, iddianın əsasını təşkil edən kredit müqavilələrinin yalan əqd kimi etibarsız olması, bütün bu yazışmaların tərəflər arasında əvəllər mövcud olmuş kredit münasibətlərini pərdələmək və yeni kredit verildiyi görüntüsünü yaratmaq üçün tərtib edilməsi barədə dəlillərinə münasibət bildirərək aşaqıdakıları qeyd etməyi zəruri hesab edir.
52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
53. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində iddiaçı ilə aralarında bağlanmış hər iki müqavilənin, tərəflər arasında əvəllər mövcud olmuş kredit münasibətlərini pərdələmək və yeni kredit verildiyi görüntüsünü yaratmaq, yəni başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu göstərsə də, həmin dəlilləri əsassızdır.
55. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd həmin dəlillərlə bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir.
56. Halbu ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin məhkəmə tərəfindən onun məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə qanunvericiliyin tələbinə uyğun olaraq SMS bildiriş göndərilmiş, bundan sonra xx.xx.2022ci il tarixli məhkəmə iclasının təxirə salınması barədə Cavabdeh1 məhkəməyə teleqramı daxil olduğundan (İ.vər. 53), məhkəmə iclası təxirə salınaraq yenidən cavabdehlərə SMS bildiriş göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər.
58. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
59. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
60. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-375/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.