Məhkəmə qərarları › İş №2(102)-1257/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1257/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1257/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İKB (Yelo Bank) ASC-nin vəkili Vəkil1, Cavabdeh1, onun və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)******/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş kass asiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Məhkəməsinin (hakim E.İsayev) xx.xx.2019-cu il tarixli, 2(025)****/2019 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12191.34 ABŞ dolları əsas, 3969.38 ABŞ dolları faiz, 1200 ABŞ dolları cərimə olmaqla, cəmi 17360.72 ABŞ dolları borcun ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabde h1 İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətlərindəki Qəbələ rayonu, **** kəndində yerləşən 3 otaqlı, 128.8 kv ümumi, 65.7 kv.m yaşayış, 63.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,39 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 45.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı İKB ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh3 milkiyyətlərindəki Qəbələ rayonu **** ** kəndində yerləşən 3 otaqlı, 128.8 kv ümumi, 65.7 kv.m yaşayış, 63.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,39 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 300 manat qiymətləndirmə xərcinin Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə «Buta» Qiymətləndirmə Mərkəzinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, İ.Quliyev və M.Əsədli) xx.xx.2019-cu il tarixli, 2(107)-******/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Qəbələ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit mü qaviləsi üzrə 12191.34 ABŞ dolları əsas, 8106.4 ABŞ dolları faiz, 27****.92 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23064.**** ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh3 məxsus Qəbələ rayonu, ****** kəndində yerləşən 3 otaqlı, 128.8 kv ümumi, 65.7 kv.m yaşayış, 63.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,39 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, ****** kəndində yerləşən 3 otaqlı, 128.8 kv ümumi, 65.7 kv.m yaşayış, 63.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış e vinin və 0,39 ha torpaq sahəsin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh3 məxsus olan Qəbələ rayonu ******* kəndində yerləşən 3 otaqlı, 128.8 kv ümumi, 65.7 kv.m yaşayış, 63.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,39 ha torpaq sahəsinə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh4 və Cavabdeh3 Qəbələ rayonu ***** kəndində yerləşən 3 otaqlı, 128.8 kv ümumi, 65.7 kv.m yaşayış, 63.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,39 ha torpaq sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşay ış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onların vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi iş baxarkən nəzərə almamışdır ki, cavabdehlərin övladları olan, həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 azyaşlı olmuşlar. Belə olan halda məhkəmə xx.xx.2019-cu il tarixdə qətnamə qəbul edərkən onların borcunu Qəbələ rayonu ***** kəndində yerləşən mənzillərinə və 0.39 ha torpaq sahəsinə yönəldə bilməzdi və onların mənzilini və torpaq sahəsini hərraca çıxara bilməzdi. Çünki mənzil ipotekaya qoyularkən cavabdeh olan övladları azyaşlı olmuşlar və kredit müqaviləsinə yetkinlik yaşına çatmadıqları üçün imza etməmişlər, ipoteka müqaviləsinə razılıq verməmişlər. Bundan əlavə, cavabdehlər apelyasiya baxışı zamanı təkrar ekspertiza keçirilməsini tələb etmişlər. Çünki həmin rəy mübahisəlidir. Cavabdehlər kredit müqaviləsi bağlandıqdan sonra iddiaçı bankın xeyrinə xeyli ödənişlər etmişlər. Digər tərəfdən, cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin 45000 manat qiymətləndirilməsi düzgün deyildir. Çünki həmin pulla Qəbələ rayonunda tək fərdi yaşayış evi almaq mümkün deyil. X6 mülkiyyətin qiymətini 106850 manat dəyərləndirmişdir. B u cavabdehlərin evinin və torpağının real qiymətidir. Cavabdehlərin həmin evdən başqa yaşayış yerləri yoxdur. Göstərilənlərə əsasən o, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən C avabdeh1, onun və digər cavabdehlərCavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı” İKB ASC-nin (Yelo Bank) vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-******/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Şikayətdə ipotekaya qoyulmuş torpaq sahəsinin qiymətinin aşağı qiymətləndirildiyi göstərilsə də, lakin onun qiymətinin nə qədər olması, hansı əsaslara görə qiymətin düzgün müəyyən edilməməsinin əsaslarını göstərməmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, işə əlavə edilmiş qiymətləndiricinin rəyini şübhə altına almaq üçün əsas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayəti də formal dəlillərlə əsaslandırılm ağa çalışılmışdır. Belə ki, cavabdehlər kassasiya şikayətində kredit müqaviləsi bağlanarkən cavabdeh olan övladları T1 və B1 azyaşlı olduqlarını, kredit müqaviləsini imzalamadıqlarını, ipoteka müqaviləsi bağlanarkən onların razılıq vermədiklərini, bu səbəbdən ipoteka predmetlərinə tutmanın yönəldilməsinin düzgün olmadığını göstərsələr də, qeyd edilməlidir ki, övladları azyaşlı olmasına baxmayaraq, kredit müqaviləsi onların şəxsində valideynləri tərəfindən imzalanmışdır. Belə olan halda qanunvericilik baxımından azyaşlı övladların razılığına ehtiyac olmamışdır. Təkrar ekspertiza təyin edilməli olması ilə bağlı isə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, cavabdehlər məhkəməyə təkrar ekspertizanın keçirilməsini zəruri edə biləcək hər hansı sübutu təqdim etməmişlər. İpoteka predme tinin ilkin satış qiymətinə gəldikdə isə, qeyd edilməlidir ki, həmçinin qiymətləndirici tərəfindən verilmiş rəyin əsassızlığı barədə də hər hansı sübuta rast gəlinməmişdir. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilm iş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazım ınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə təl əbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar