Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-126/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-126/2023 (Açar sözlər: öhdəliyin icra olunması) Bakı şəhəri 18 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qarşı öhdəl iyin icra olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4914/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkündür.
2. İddiaçının məcburi köçkün kimi məskunlaşdığı Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllə, ev 89, mənzil 3-ün yerləşdiyi binanın Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı Sərəncamına əsasən sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı torpaq sahəsi CavabdehMMC-yə icarə əsasında istifadəyə verilmişdir.
3. Bakı şəhəri 36 say lı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, “İnteks" MMC ilə İddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri”nə dair müqaviləyə əsasən Şirkət Nizami rayonu İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 nömrəli Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən "Məcburi köçkünün" müvəqqəti yerləşdirilməsi üçün "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün "Məcburi köçkünə" 2 (iki) otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin edir. Məcburi köçkünün mənzildən köçürüldüyü gün bu barədə tərəflər arasında müvafiq aktın imzalandığı tarix hesab olunur (1.1-ci b). Tikinti işləri 31 may 2016-cı il tarixdən başlanır və 24 ay ərzində yekunlaşacaqdır (5-ci b).
4. Həmin Müqavilənin 7-ci bəndinə əsasən tikinti işləri Müqavilədə nəzərdə tutulmuş vaxtda başa çatdırılmadıqda və ya köçürülmə texniki və digər obyektiv səbəblərə görə baş tutmadıqda hər gecikdirilən aya görə bu Müqavilə üzrə ödənilən aylıq kompensasiya məbləğinin ödənişi davam etdirilir.
5. Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli, 02/939 №-li məktubundan görünür ki, Bakı şəhəri Cavabdeh inşa etdiyi “Komfort yaşayış kompieksi”nin köhnə yeri olan Bakı şəhəri, ünvan 2 ünvanda istismar müddətini başa vurmuş, Pilot Layihəyə düşməsi səbəbindən sökülən qəzalı yataqxana b inasında müvəqqəti məskunlaşan məcburi köçkünlər - X2 və İddiaçı ailə üzvləri ilə birlikdə dövlət tərəfindən məcburi köçkün ailələri üçün salınmış yaşayış komplekslərindən mənzil təklif edilib-edilməməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Müraciət ilə bağlı bildirilir ki, Cəbrayıl rayonundan məcburi köçkünlər - X1 cəmi dörd nəfərdən ibarət ailəsinə və İddiaçı isə cəmi beş nəfərdən ibarət ailəsinə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən məcburi köçkün ailələri üçün salınmış Bakı şəhəri, “Qobu Park” yaşayış kompleksində və Abşeron rayonu, Mehdiabad qəsəbəsində mənzil təklif olunmuş, lakin onlara, təklif olunmuş yaşayış sahəsinin yerləşdiyi ərazin in uzaq olduğunu və yeni inşa olunmuş binadan mənzillə təmin olunmasının tələb edərək, köçməkdən imtina etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “İnteks" MMC-yə (bundan sonra – MMC və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 6 iyun 2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq MMC tərəfindən iddiaçının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 (iki) otaqlı yeni təmirli mənzillə təmin edilməsi, 2021-ci ilin fevral ayından əsassız olaraq dayandırılmış 300 manat (üç yüz) aylıq kompensasiyanın mənzillə təmin olunana kimi MMC tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəm ədən xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, MMC tərəfindən müqavilə öhdəlikləri qəsdən pozulmuşdur. Belə ki, sökülən binanın yerində tikilən bina hazır olsa da, onlar hələ də mənzillə təmin olunmamışlar. Həmçinin artıq 3 (üç) aydır ki, nəzərdə tutulan 300 manat (üç yüz) kompensasiya ödənilmımişdir. Bir neçə dəfə müraciət etməyinə baxmayaraq MMC öz öhdəliyini icra etməkdən yayınmışdır.
8. Cavabdehin nümayəndəsi iddia tələbi ilə razı olmadığını, əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir.
9. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 3 avqust 2021-ci il tarixli, 02/939 №-li məktubuna əsasən Bakı şəhəri Cavabdeh inşa etdiy i “Komfort yaşayış kompleksinin köhnə yeri olan Bakı şəhəri, ünvan 2 ünvanda istismar müddətini başa vurmuş, Pilot Layihəyə düşməsi səbəbindən sökülən qəzalı yataqxana binasında müvəqqəti məskunlaşan məcburi köçkünlər - X2 və İddiaçı ailə üzvləri ilə birlikdə dövlət tərəfindən məcburi köçkün ailələri üçün salınmış yaşayış komplekslərindən mənzil təklif edilibedilməməsi barədə Komitəyə daxil olmuş müraciətə, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Müraciət ilə bağlı bildirilmişdir ki, Cəbrayıl rayonundan məcburi köçkünlər - X1 cəmi dörd nəfərdən ibarət ailəsinə və İddiaçı isə cəmi beş nəfərdən ibarət ailəsinə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən məcburi köçkün ailələri üçün salınmış Bakı şəhəri, “Qobu Park” yaşayış kompleksində və Abşeron rayonu, Mehdiabad qəsəbəsində mənzil təklif olunmuş, lakin onlara, təklif olunmuş yaşayış sahəsinin yerləşdiyi ərazinin uzaq olduğunu və yeni inşa olunmuş binadan mənzillə təmin olunmasını tələb edərək, köçməkdən imtina etmişlər.
10. Hazırki iş üzrə icraat iddiaçı X3 CavabdehMMC-yə və İddiaçı qarşı “İnteks" MMC ilə İddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri”nə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhər Nizami rayon Məhkəməsinin icraatında olan mülki işə baxlıb qurtaranadək dayandırılmış, həmin iddia tələbinin rədd edilməsi barədə Bakı şəhər Nizami rayon Məhəməsinin 2(007)-1395/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iş üzrə icraat təzələnmiş dir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-109/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, MMC tərəfindən iddiaçının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binada 2 (iki) otaqlı yeni təmirli mənzillə təmin edilməsi, iddiaçıya xx.xx.2021-ci il tarixdən mənzillə təmin olunana kimi 300 manat (üç yüz) aylıq kompensasiyanın MMC tərəfindən ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. "xxxx" MMC müqavilə şərtlərinə əsasən iddiaçıya sökülmüş mə nzilin əvəzinə 2 (iki) otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin etməyi öz üzərinə götürmüş və buna dair müqavilə bağlanmışdır. Həmçinin müqavilə şərtlərindən biri də "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsidir ki, həmin məbləğ İddiaçı iddiasına əsasən 2021-ci ilin fevral ayından ödənilmir.
13. Cavabdeh tərəf bildirir ki, kirayə haqlarının verilməməsinə səbəb o olmuşdur ki, İddiaçı məcburi köçkün ailələri üçün salınmış Bakı şəhəri, “Qobu Park” yaşayış kompleksində və Abşeron rayonu, Mehdiabad qəsəbəsində mənzil təklif olunmuş, lakin o, təklif olunmuş yaşayış sahəsinin yerləşdiyi ərazinin uzaq olduğunu və yeni inşa olunmuş binadan mənzillə təmin olunmasının tələb edərək, köçməkdən imtina etmişdir. Cavab deh tərəf qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim olunan vaxtdan kirayə pulun ödənilməsi dayandırılmışdır.
14. Məhkəmə cavabdehin bu mövqeyinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarına təqdim edilmiş tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə şirkət tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən binanın söküldükdən sonra yerində tikiləcək yeni binadan tam təmirli mənzil veriləcəyinə dair razılaşma olmuşdur.
15. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçı ona təklif edilən digər ərazilərdə yerləşən mənzillərə köçürülməsinə etiraz etməkdə haqlı olmuşdur.
16. Müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh tərəfindən pozulmuş, 2 otaqlı, yeni mənzilin İddiaçı verilməməsi iddiaçının haqlı narazılığına səbəb olmaql a, hazırki iddia ilə bağlı məhkəməyə müraciət etməsinə haqlı səbəb olmuşdur. Mənzil vaxtında iddiaçıya təhvil verilmədiyindən o, kirayələrdə yaşamağa məcbur olmuş, bununla bağlı kirayə haqları kəsilmişdir. Məhkəmə kirayə haqqının tutulmasını tərəflər arasında mübahisənin yaranma tarixindən əsaslı hesab etmişdir.
17. Belə ki, hazırki iddia tələbi ilə iddiaçı tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edilmişdir. Cavabdeh müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 390.5, 405.1, 442, 445.2, 448.1, 448.4-cü maddələrinə istin ad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4914/2022 nömrəli mülki iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur k i, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri olduğundan və cavabdeh iddiaçı qarşısında öhdəliyini lazımi qaydada icra etmədiyindən iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququ vardır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Qaçqınların və X4 üzrə Dövlət Komitəsi iddiaçını mənzillə təmin etmək istəsə də, iddiaçının ona təklif edilən mənzillərdən imtina etməsi dəlili ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həmin müqavilənin bağlanmasında iştirak etməmiş və müqavilə tərəfi olmamışdır. Müqavilə öhdəlikləri yalnız tərəflər arasında bağlanmış və cavabdeh iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaş maq üçün onu 2 otaqlı yeni təmirli mənzillə təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yaşayış sahəsini boşaldıb cavabdehə təhvil versə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək nəzərdə tutulan mənzili iddiaçının istifadəsinə verməmiş və kirayə haqqının ödənilməsini dayandırmışdır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında müqavilə öhdəliklərinin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə hər hansı aidiyyəti olmamışdır. Həm də müqavilədə mənzilin mülkiyyətə deyil, istifadəyə verilməsi barədə öhdəlik nəzərdə tutulmuşdur və məhkəmə də bu istiqamətdə qərar qəbul etmişdir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 390.5, 405.1, 442, 445.2, 448.1, 448.4-cü maddələri nə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında bağlanan “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilə üzrə MMC öz öhdəliyini lazımı qaydada yerinə yetirmişdir. Lakin hazırda iddiaçı məcburi köçkün olduğu üçün ona dövlət tərəfindən mənzillər təklif edilmiş, iddiaçı isə dövlət tərəfindən təklif edilən mənzildən imtina etmişdir. Başqa şəxsin mənzil inə iddia irəli sürmüşdür, bu isə yolverilməzdir. Belə ki, Qaçqın və X4 üzrə Dövlət Komitəsi iddiaçıya bir neçə yerdən mənzil təklif etsə də, o, bu təklifi qəbul etməmişdir. İddia tələbi mülki iddia icraatı qaydasında öhdəliyin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Cavabdeh iddiaçını dövlət tərəfindən ona mənzillə təmin edilmə təklifi edilənə qədər kirayə haqqı ilə təmin etmişdir. Bununla da cavabdeh öz müqavilə öhdəliyini yerinə yetirmiş olmuşdur. Burada heç bir öhdəliyin pozulmasından söhbət gedə bilməzdir.
27. Kassator qeyd etmişdir ki, üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi rəsmi sənəd təqdim edərək bildirmişdir ki, iddiaçıya Qobu və Mehdiabad qəsəbələrində Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfind ən mənzil təklif olunmuşdur. İddiaçı isə bu təklifdən imtina etmişdir. Məhz elə 3-cü şəxsin bildirdiyi və rəsmi şəkildə MMC-yə verdiyi sənəddə də ona mənzil verilməsi üçün tutarlı təklif olmuş, lakin iddiaçı özü bundan imtina etmiş, başqasının mülkiyyət hüququnu pozmuşdur. İddia üzrə iddiaçı, hər hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı onun hüquqlarının üstün olmasının qeydə alınması barədə məlumat ortaya çıxmamışdır. Məhkəmə daha artıq dəyərdə əmlak və kirayə pulu tutulmaqla cavabdehi əlverişsiz vəziyyətə salmış, iddiaçının əsassız varlanmasına xidmət edən qətnamə qəbul edilmişdir. Cavabdeh öz əmlakından məhrum olunmuşdur.
28. Kassator qeyd etmişdir ki, qarşılıqlı iddiaçı məhkəmə iclasında 3-cü şəxsin iştirakına şərait yaradılması üçün məhkəmə iclasının təxirə salın ması barədə şifahi verdiyi vəsatət məhkəmə kollegiyası tərəfindən təmin edilməmişdir. İş üzrə əhəmiyyəti olan 3-cü şəxsin izahatı alınmadan iclas keçirilib qətnamə qəbul edilmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi hal-hazırda da iddiaçını mənzillə təmin edilməsindən imtina etmir.
29. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 385, 442, 448, 1092.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 47, 218.3, 380, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)
30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başq a şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqa vilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
45. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
46. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
47. Mə hkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən prossesual hüquq normaları məhkəmələr tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4914/2022 nömrəli iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə