Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1266/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)- 1266 /2025 (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən əmlakın alınması (vindikasiya) özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “X4” ASC Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1666/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı “X4” ASC tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixindən “X4” ASC-nin mülkiyyətindədir.
2. Torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili (fərdi yaşayış evi) mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “X4” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi, həmin torpaq sahəsin in boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı hərrac vasitəsi ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsini almışdır. Bu barədə DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının mülkiyyət hüququ təsdiq edilmişdir. Hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində keçmiş mülkiyyətçi Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş özbaşına tikinti mövcuddur və hal-hazırda bankın mülkiyyətində olan torpaq sahəsi üzərində həmin qanunsuz inşa olunmuş tikilinin mövcud olması və cava bdeh tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi bankın mülkiyyətçi kimi hüquqlarını pozur.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-216/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın təmin edilməsi, xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən “X4” ASCyə məxsus 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş özbaşına tikintinin (fərdi yaşayış evi) onun hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir
6. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-1616/210/3514 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 25.04.24 tarixli 3-21-3-32/25161/24 nömrəli mütəxəssis rəyində öz əksini tapmış elektron baza məlumatlarına əsasən **********73 nömrəli çıxarışla “X4” ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehə məxsus tikililər mövcuddur.
7. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi ilə bağlı “X4” ASC-nin adına xx.xx.2020-ci il tarixli reyestrdən çıxarış tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Cavabdehin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehin mübahis əli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Bu səbəbdən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikinti cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmalıdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 60-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 115.0.1, 119.1, 217.3 və 218.3cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verə rək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, Abşeron Rayon Məhkəməsi qətnamə qəbul edərkən formal mülahizələrdən çıxış etmiş, qətnaməni qəbul edərkən həqiqəti görmək istəməmişdir. Ümumi dəyəri 700 000 manat olan 3 mərtəbəli həyət evi və digər yardımçı tikililərin sökülməsi qənaətinə gələn məhkəmə bu mənzilin onun yeganə yaşayış evi kimi olmasını belə nəzərə almamış və bunu görməzlikdən gəlmişdir. Ona məxsus olmuş və ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsində hələ ipotekaya qoyulmazdan öncə 3 mərtəbəli yaşayış evi və həyətində 2 ədəd böyük çardaq inşa edilmişdir. Həmin tikililərin foto şəkilləri də şikayətinə əlavə olunmuşdur. Həmin torpaq sahəsi üzərində yerləşən ev və digər tikililərin ümumi dəyəri hazırkı real bazar dəyəri ilə 700 000 min manat olduğu halda bu gün min bir əziyyətlə tikərək inşa etdikləri evi iddiaçı bank dəyər-dəyməzinə əlindən zor gücünə almaq niyyətindədir. Çünki həmin ərazidə evlərin dəyəri 700000-900000 manat dəyərindədir. Onun tərəfindən iddiaçıya ödənilmiş kredit ödənişləri araşdırılmamış və həmin ödəniş məbləğləri nəzərə alınmamışdır. Banka ödənilən kredit ödənişi məbləğlərinin araşdırma aparılmamış, qətnamə qəbul edilmişdir. Ödənilmiş kreditlərlə bağlı mühasibatlıq ekspertizası keçirilməli, məhkəmə araşdırması aparılmalı və buna məhkəmədə hüquqi qiymət verilm əli idi. Lakin məhkəmə kredit ödəmələrini nəzərə almamış, mühasibatlıq ekspertizasının keçirilməsinə təşəbbüs göstərməmişdir. Eyni zamanda, hüquqları pozularaq məhkəmə prosesində iştirakı təmin olunmamışdır. Məhkəmə iş üzrə müvafiq ekspertizanın təyin olunmalı olduğu halda bunu etməmiş, öz mülahizəsi əsasında qətnaməni əsassız olaraq qəbul etmiş və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqla qanun pozuntusuna yol vermişdir. Məhkəmə icraatında olan zaman iş obyektiv tədqiq edilməmişdir. Abşeron rayonu Masazır kəndində yerləşən 0.06 h torpaq sahəsində tikilən ev ipoteka girovluğuna qoyulmamışdan əvvəl tikilmiş və kredit götürərkən bank əməkdaşının da bundan xəbəri olmuşdur.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1666/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X7) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən - “X4” ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı “X4” ASC-yə ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna istinad edərək, cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb ed ir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilə bağlı “X4” ASC-nin adına xx.xx.2020-ci il tarixli dövlət reyestrdən çıxarış tərtib edilmiş və həmin sənədlər hazırda qüvvədədir. Çıxarışa əsasən torpaq sahəsinin məqsədli təyinatı “ehtiyat fondu torpaqları” göstərilmişdir. Hazırkı işdə mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır. 13. “İpoteka haqqında” Qanunun 51.2.-ci maddəsinə əsasən, torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya q urğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. Həmin Qanunun 52-ci maddəsinə əsasən, ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam ver mək hüququna malik deyildir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh mübahisəli tikilidən istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququnu (servitut) dövlət qeydiyyatına almamış və sahənin həmin hissəsindən istifadə şərtləri ilə bağlı iddiaçı ilə saziş bağlamamışdır.
14. Cavabdeh apellyasiya şikayətinin dəlillərində etdiyi ödənişlərin nəzərə alınmadığını və iş üzrə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda edilmədiyini, sözügedən tikilinin (fərdi yaşayış evinin) onun yeganə yaşayış yeri olması və hazırkı qiymətinin nəzərə alınmamasını qeyd etmişdir. İş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi və ödənişlərin nəzərə alınıb-alınmamasına dair dəlillərlə bağlı kollegiya qeyd etmişdir ki, hazırkı iddia torpaq sahəsi ilə bağlı olmaqla mülkiy yətçisi olan bank tərəfindən irəli sürülmüşdür və iddianın predmeti kredit borcunun ödənilməsi ilə bağlı deyildir, tərəflər arasındakı həmin mübahisə artıq öz həllini tapmışdır. İddianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, cavabdehin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mü təxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur.
15. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikinti cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmalıdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Qeyd olunmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olması hazırkı işin həllind ə əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı isə mübahisəli tikilinin torpaq sahəsinin mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə cavabdeh tərəfindən inşa olunması öz təsdiqinin tapmamışdır. Bu baxımdan, tikili iddiaçı torpağın mülkiyyətçisi olmamışdan əvvəl inşa olunduğundan tikintini inşa etmiş şəxsin əmlak mənafeləri də nəzərə alınmalıdır.
17. Torpağın mülkiyyətçisinin və həmin torpaq üzərində tikilini inşa etmiş cavabdehin əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya şəxsin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni nor mada nəzərdə tutmuşdur (Mülki Məcəllənin 157.7-ci maddəsi). Mübahisə predmeti olan tikilinin sökülməsi (məhv olunması) cavabdehin gələcəkdə həmin tikintinin ərsəyə gəlməsinə sərf etdiyi xərcin əvəzinin ödənilməsini əsassız varlanmış iddiaçıdan tələb etmək hüququndan məhrum edəcəkdir. Odur ki, iddia tikilinin sökülməsi hissəsində rədd edilməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 135.4, 135.10, 139.1, 140, 152.1, 152.5, 157.2, 157.7, 239.2, 560.1, 560.2, 560.3.4, 1092.1, 1092.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-ü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin d əlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi bankın konstitusion hüququnu kobud şəkildə pozaraq bankın mülkiyyətində olan torpaq sahəsi üzərində heç bir sənədi olmayan özbaşına tikiliyə əsassız olaraq cavabdehin mülkiyyət hüququnun olması qənaətinə gəlmişdir. Mübahisəli tikili heç bir icazə alınmadan tikilmişdir. Məhkəmə iclasları cavabdehin əmlaka dair hər hansı bir sənədi təqdim etməsi məqsədilə dəfələrlə təxirə salınmışdır. Buna baxmayaraq, cavabdeh apelyasiya şikayətində əmlakın tikintisi üçün icazənin və ya digər hüquq müəyyənedici sənədlərinin olmasına istinad etməmiş, məhkəməyə və apelyasiya şikayətinə belə bir sənəd əlavə etməmişdir. Bankın mülkiyyətində olan torpaq sahəsinin böyük bir hissəsində cavabdehə məxsus tikilinin olması bankın mülkiyyətindən istifadə etməsinə mane olur. Hətta cavabdehin həmin tikiliyə hər hansı əmlak mənafeyi olsa belə, nəzərə alınmalıdır ki, bank torpaq sahəsinin mülkiyyətçisidir və ilk növbədə onun mülkiyyət hüquqları qorunmalıdır. Apellyasiya məhkəməsi isə rayon məhkəməsindən verilmiş apelyasiya şikayətini özbaşına tikilinin sökülməsi hissəsində qismən təmin edərək, bankın mülkiyyət hüququna maneə yaratmışdır. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi MM-nin 140, 152. 157, 164, 165, 178 və 180-ci maddələrinin, MPM-nin 9.1, 14, 88-ci maddələrinin pozuntusuna istinad edilmişdir. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun
24. Maddə 2.1. İpoteka ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
25. Maddə 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.
26. Maddə 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda i poteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüq uq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
30. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddiaçının cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsi barədə iddia tələbi rədd edilmiş və məhkəmə öz mövqeyini əsaslandırarkən “İpoteka haqqında” Qanunun 51-ci maddəsinə istinad etmişdir.
32. Kollegiya hesab edir ki, iddia tələbinin rədd edildiyi hissədə maddi hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmə tərəfindən prosessual normaların pozuntusuna yol verilməmişdir.
33. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilərkən onun üzərində cavabdeh tərəfindən inşa edilmiş qeydiyyatsız tikili olduğu iddiaçı tərəfindən mübahisələndirilmir.
34. İpoteka ilə bağlı münasibətləri tənzimləyən sahəvi norma lar “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş və Qanunun 51-ci maddəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına ümumi qaydaya görə (müqavilədə fərqli qayda nəzərdə tutulmayıbsa) şamil edilmir. 51.2-ci maddədə isə qeyd edilir ki, torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Qanunda tikilinin qeydiyyatsız və ya qeydiyyata alınmış tikili olması fərqləndirilmir.
35. Hazırkı halda tərəflər arasında bağlanmış ipoteka müqaviləsində fərqli qayda nəzərdə tutulduğu məhkəmə tərəfindən müəyyən edilmədiyindən tutma yönəldilmiş və iddiaçının mülkiyyətinə keçmiş torpaq sahəsi üzərindəki tikililərə cavabdehin hüququ qanunla qorunduğu nəzərə alınaraq həmin tikililərin sökülməsinə dair iddia düzgün olaraq əsassız hesab edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(105)-1666/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.