Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2161/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-500/2025 nömrəli 13 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakılar ı müəyyən etdi: İşin halları
1. Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Cavabdeh inşa etdiyi sökülməsi tələb edilən tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin onun hesabına sökülməsi, ödənilmiş 100 ma nat məbləğində dövlət rüsumunun və 220 manat hüquqi xidmətə görə xərcin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, təxminən 2019-cu ildə sahəyə baş çəkən zaman özünə məxsus torpaq sahəsində cavabdeh tərəfindən yarımtikili inşa olunduğunu müəyyən etmişdir. Cavabdehə torpaq sahəsinə dair sənədləri təqdim edərək sahədə inşa edilmiş yarımtikilinin sökülməsini tələb etmişdir. Lakin cavabdeh haqlı tələbinin icrasından imtina etmişdir. Uzun müddətdir ki, mülkiyyətində olan torpaq sahəsindən cavabdehin tikdirdiyi özbaşına tikili səbəbindən istifadə edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur və iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı tələbində haqlı olmuşdur. Sadəcə onu aldadaraq iddiaçıya məxsus torpaq sahəsini ona saxta sənədlərlə satmışlar. O da həmin torpaq sahəsinin iddiaçıya məxsus olduğundan xəbərsiz olaraq orda tikili inşa etmişdir. Hazırda sözügedən məsələ ilə bağlı istintaqda araşdırma gedir. İstintaqdakı araşdırmanın yekunu ilə bağlı sadəcə onun vaxta ehtiyacı vardır. Bu səbəbdən də məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etmişdir.
6. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 20 iyun 2024cü il tarixli, 3-16-16/2- 10/3333 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşı nmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2- 4953/24 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh faktiki istifadəsində olan tikilinin koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunmuşdur.
7. Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(012)322/2024 saylı qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sökülməsi tələb edilən tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətindədir və adına çıxarış tərtib edilmişdir. Həmin çıxarış hazırda qüvvədədir. Cavabdehin inşa etdiyi tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində yerləşməsi mütəxəssis və ekspert rəyləri ilə də təsdiqini tapmışdır. Həmçinin məhkəmə iclasında da cavabdehin etirafedici izahatı ilə də sübut olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki sökülməsi tələb edilən tikili məhz Cavabdeh tərəfindən inşa edlmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Kostitusiyasının 13,60, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 164.1 və 165.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhk əməsinin 11 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona həmin torpaq sahəsi Asif adlı şəxs tərəfindən ona satılmışdır. Ona satılmış torpaq sahəsinə dair Asif tərəfindən X1 adına olan sənədlər ona təqdim edilmişdir. Buna görə də həmin torpaq sahəsi üzərində 2 mərtəbəli altı otaqdan ibarət ev inşa etmişdir. Bundan sonra, iddiaçı ona yaxınlaşaraq üzərində ev inşa etdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu, ona məxsus torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etdiyini bildirmişdir. Buna görə də Asif adlı şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Onun müraciəti əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləs inin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir və hazırda araşdırma davam etdirilir. Birinci instansiya məhkəməsi tərəfindən yalnız iddiaçının təqdim etdiyi sənədlər üzrə araşdırma aparılmış, torpaq sahəsinə dair təqdim etdiyi sənədlər üzrə araşdırma aparılmamış, onun fərdi yaşayış evi inşa etdiyi evin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı ətraflı və əlavə araşdırma aparılmamış, Asif tərəfindən X1 adına olan sənədlərdə göstərilən torpaq sahəsinin hazırda onun tərəfindən fərdi yaşayış evi inşa edilmiş evin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi ü çün ekspertiza təyin edilməmiş, nəticədə 15000 manat xərc çəkərək tikdiyi evin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmışdır. İddiaçı onun həmin tikilini tikməyi nəticəsində onun hüquqlarının pozulmasını sübut etməmişdir. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Qeyd edir ki, iddia tələbi üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təmin edilməsi vacib olsa da, məhkəmə qeyd olunan zəruri prosessual hərəkətləri yerinə yetirməmişdir.
12. Apellyasiya məhkəməsinin iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ona sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi iddiaçıya məxsusdur. Bundan sonra Baş Prokurorluğa müraciət etmiş, 2023-cü ildə zərərçəkmiş şəxs kimi tanınmış, bu yaxınlarda işin gedi şatı ilə bağlı məlumat almaq məqsədilə prokurorluğa müraciət etdikdə işin iki aydır ki, başqa müstəntiqə verildiyi bildmişdir. Eyni zamanda məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ünvanlamış, müraciətinə cavab məktubunda bələdiyyə tərəfindən verilmiş aktların ləğv olunduğu göstərilmişdir ki, həmin məktubu məhkəməyə təqdim etmişdir. Evi 2017-ci ildə tikdirmiş, evin damı bağlanmamışdır. Evi tikldiyi zaman iddiaçı gəlib torpağın ona məxsus olduğunu bildirmiş, tikintinin dayandırılmasını tələb etmişdir. O, da tikintini dayandrmışdır. Sənədləşmə ilə birlikdə torpağa 10000 manat pul vermiş, tikintiyə isə 5000 manat xərci çıxmışdır. Torpaq sahəsini etibarnamə əsasında Ramindən almışdır. İddiaçıya torpaq sahəsinın ayrılmasına dair Bələdiyyə tərəfindən verilmiş qərar ləğv edilmişdir. Tikiliyə çəkdiyi xərcə görə iddiaçı 4000 manat verdiyi halda onunla razılaşa bilər. Eyni zamanda zərərçəkmiş kimi tanındığı cinayət işi üzrə işin yekunlaşması ilə bağlı hazırkı işin dayandırılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsinə dair adına çıxarış almış, torpaq sahəsinin mülkiyyətində olduğunu təsdiq edən kifayət qədər sübutlar vardır, çıxarışı alana qədər torpaq sahəsinin planı, bələdiyyə aktı və digər bütün sənədlər qaydasında olmuşdur. Bələdiyyə aktının ləğv olunmasından xəbəri olmamışdır. Ona məxsus olan torpaq sahəsinin sağ, sol və yuxarı hissələrində evlər tikilmiş, aşağı hissəsi isə boş olmuşdur. Bəzən gedib torpağa baxış keçirmişdir. 2019-cu ildə torpağa baxış keçirərkən torpaq sahəsində evin inşa edild iyini görmüş, araşdırmış və məlum olmuşdur ki, həmin tikilini cavabdeh inşa etdirmişdir. Cavabdehə torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, o isə tikintini dayandırmışdır. Əvvəllər imkanı olduğundan barışıq üçün cavabdehin çəkdiyi xərcə görə 2000 manat təklif etmişdir. Lakin, cavabdeh razılaşmamışdır. Hazırda isə maddi imkanı olmadığından cavabdehin çəkdiyi xərclər üçün hər hansı bir məbləğ təklif edə bilmir. Buna görə də tikilinin sökülərək torpağının boşaldılmasını xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-500/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmışdır.
15. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla müəyyən edilmişdir ki, cavabdehin inşa etdiyi yarımçıq tikilidən ibarət ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməklə, cavabdeh hər hansı bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili inşa etmişdir. İddiaçının hərəkətlərində isə cavabdehin onun torpaq sahəsində ev inşa etməsi ilə bağlı hər hansı hüquqdan sui-istifadə etməsi halı müəyyən edilməmişdir.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinə dair təqdim etdiyi sənədlər üzrə və tikilimiş fərdi yaşayış evinin həmin torpaq sahəs ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı ətraflı araşdırma aparılmaması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəli linə münasibətdə qeyd etmişdir ki, əvvəla cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt Regional Ədliyyə İdarəsinin 19 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Regional Ədliyyə İdarəsinin ləğv təklifinə əsasən Qobu Bələdiyyəsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə X2 və İddiaçı torpaq sahəsinin ayrılmasına dair qərarların ləğv edildiyi bildirilmişdir. Yəni, cavabdehin özünün hüquqməyyənedici sənədlər qismində məhkəməyə təqdim etdiyi, X2 torpaq ayırlmasına dair Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli qərarının ləğv edildiyi iddia edilməkdədir. İddiaçıya da torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının ləğv edildiyi iddia edilsə də hazrıda qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, ona münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Digər tərəfdən isə iddiaçı aldığını iddia etdiyi torpaq sahəsinin koordinatlarına dair Qobu Bələdiyyəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış adlı sənəd təqdim etmişdir ki, həmin sənəddə qeyd olunan torpaq sahəsinin x və y koordinatları ilə, iddiaçıya məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan x və y koordinatlarının fərqli olması müəyyən edilmişdir. Cavabdeh tərəfindən tikilmiş tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilməsi iş materiallarında olan mütəxəssis və ekspert rəyi ilə təsdiqini tapm ışdır. Buna görə də məhkəmə kollegiyası iş üzrə ekspertiza təyin etməklə əlavə araşdırma aparılmasını lüzümsuz hesab etmişdir.
17. Bundan başqa, cavabdeh torpaq sahəsinin ona satılması ilə bağlı aldadılması, buna görə də cinayət işinin başlanılaraq istintaqının aparıldığını və iş üzrə zərəçəkmiş qismində tanındığını bildirərək bunun təsdiqi qismində zərərçəkmiş qismində tanınmaya dair məhkəməyə müvafiq qərarı təqdim edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qeyd edilən fakta görə işin icraatının dayandırılmasının prosessual əsası müəyyən edilməmişdir. Cavabdeh qeyd olunan cinayət işi üzrə zərərçəkmiş qismində tanındığı və təqsirlilik müəyyən edildiyi halda həmin icraat çərçivəsində də zərərini tələb etmək hüququna malik olmaqla yanaşı, həmin hadisənin hazırkı mübahisəyə hər hansı bir aidiyyətinin olması da müəyyən edilməmişdir.
18. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinişin yenidən araşdırılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yalnız iddiaçının təqdim etdiyi sənədlər ü zrə araşdırma aparılmış, cavabdehin torpaq sahəsinə dair təqdim etdiyi sənədlər üzrə araşdırma aparılmamış, fərdi yaşayış evi inşa etdiyi evin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı ətraflı və əlavə araşdırma aparılmamış, Asif tərəfindən X1 adına olan sənədlərdə göstərilən torpaq sahəsinin hazırda cavabdeh tərəfimdən fərdi yaşayış evi inşa edilmiş evin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmiş, nəticədə 15000 (on beş min) manat xərc çəkərək cavabdehin tikdiyi evin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmışdır. İddiaçı cavabdehin həmin tikilini tikməyi nəticəsində onun hüquqlarının pozulmasını sübut etməmişdir. Buna baxmayaraq apelly asiya instansiya məhkəməsi qanunsuz və əsassız olaraq birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Apellyasiya instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamış və maddi hüquq normalarının tələbini pozmuşdur. b)
21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilə r. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, b ir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
27. Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qan unsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktik i halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçin in, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-500/2025 nömrəli iş üzrə 13 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.