Məhkəmə qərarları › İş №2(102)-397/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-397/2025

11.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-397/2025 11.03.2025 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDAD (kateqoriya:iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və sair tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-140/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi:

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,15 hektar xüsusi mülkiyyətində olan sahibkarlıq təyinatlı torpaq sahəsinin eni şimal-qərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1,48 metr olmaqla, Cavabdeh torpaq sahəsinin onun torpaq sahəsilə sərhədi boyunca hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən məcburi qaydada alınaraq, ona qaytarılması və torpaq sahəsində cavabdeh tərəfindən qeyriqanuni tikilmiş tikililərin və qurğuların onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-54/2023 nömrəli iş üzrə 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, *** **** nömrəli, ********** qeydiyyat nömrəli **********92 reyestr nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 28 kv.metr hissəsi Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılması, Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh tərəfindən qanunsuz istifadə olunan 28 kv.metr torpaq sahəsinin 17 kv.metr sahəsi üzərində tikilmiş anbar və digər tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh alınaraq X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN * ********* AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-140/2024 nömrəli mülki iş üzrə 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Afiq Hüseynzadə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli 2(067)-54/2023 nömrəli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və sair tələbi”nə dair iddia təmin olunmaması, ekspertiza təhqiqatlarının dəyərinin əvəzi olaraq cəmi 150 (bir yüz əlli) manatın İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi q ət edilmişdir.

4. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Müllki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli, 2(105)-140/2024 saylı qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmalı olmalı olsa da, ləğv edilmiş, məhkəmə qətnaməsi tərtib edilərkən iş materiallarında olan sənədlərdəki faktlar təhrif olunmuşdur. Halbuki, keçirilmiş məhkəmə iclaslarında vəkil və nümayəndə Bəybalayev X1 Məhkəməsinin hakimlərinin diqqətini dəfələrlə bu hallara cəlb etmişdir. Hakimlər kollegiyası isə bunları n əzərə almayaraq, cavabdehin xeyrinə əsassız qətnamə çıxarmışdır. Məhkəmə prosesində vəkilin və nümayəndənin cavabdehin 28 kv.metr torpaq sahəsini zəbt etməsinin məlum olması barədə təqdim etdiyi sübutlar müzakirəsiz və cavabsız qalmışdır,bu da kollegiya üzvlərinin işin nəticələrində “maraqlı” olmalarına və işə birtərəfli qaydada baxmalarına sübutdur. Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyasının gəldiyi nəticə və qətnamənin təfsir hissəsi özü-özlüyündə ziddiyyət yaradır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 33 və 34-cü bəndlərində göstərilmişdir ki, apellyasiya icraatı zamanı alınmış rəy ilkin instansiya icraatında alınmış rəydən daha mötəbərdir. Bu absurd bir fikirdir. Məhkəmə ən azından bu rəylər arasındakı ziddiyyəti araşdırmaq üçün komission ekspertiza təyin etməli idi. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının sənədimin koordinatları yenidən işlənməlidir, lakin cavabdehin Dövlət Aktı ilə əlaqədar heç bir mövqe bildirməmişdir. Bütün bu məsələlər barədə apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab etmək olmaz. Məhkəmə prosesinin gedişində məhkəmə tərkibinə etiraz verilmiş və etirazda kollegiya üzvlərinin qanunsuz hərəkətləri əsaslandırılmışdır. İş üzrə 14 sentyabr 2023-cü ildə keçirilmiş birinci məhkəmə iclasında cavabdehin nümayəndəsi təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. Xaçmaz rayon məhkəməsində işə baxılarkən ekspertiza təyin olunmuş, mütəxəssis və ekspert rəyi əsasında qətnamə çıxarılmışdır. Bu əsasla məhkəmə tərkibi (həmin vaxt tərkibdə A.Süleymanovadan başqa hakimlər Ayaz Mahmudov və Səyyad Qafari var id ilər) cavabdehin vəsatətini həmin tarixli qərardadla təmin etməmişdir. Növbəti iclas 28 sentyabr tarixinə təyin olunmuşdur. Bu iclasda isə maraqlı hadisələr cərəyan etməyə başlamışdır. Məhkəmə tərkibi dəyişdirilmiş (tərkibə A.Süleymanovadan başqa hakimlər Gülnar Cabbarova və Fuad Məmmədov daxil ediliblər) və iclas başlayan kimi cavabdeh tərəf yenidən ekspertiza təyin olunması barədə eyni vəsatətlə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf buna qəti etirazını bildirsə də, məhkəmə tərkibi 14 sentyabrda rədd etdiyi vəsatəti 28 sentyabrda təmin etmiş və təkrar ekspertiza təyin etmişdir. İkinci dəfə tərtib olunmuş mütəxəssis və ekspert rəyləri aydın deyil, rəydə göstərilən cavablar bir-birləri ilə ziddiyyət təşkil etmişdir, rəylərdə həm iddiaçının torpaq sahəsinin zəbt olunması göstərilmişdir. Bu ziddiyyətlərə aydınlıq gətirilməsi üçün iddiaçı tərəf 19 sentyabr 2024-cü ildə keçirilmiş məhkəmə iclasında mütəxəssisin məhkəməyə dəvət olunmasını xahiş etsə də, kollegiya bu vəsatəti də rədd etmişdir. Məhkəmə tərkibi yenə də dəyişdirilmiş və tərkibə A.Süleymanovadan başqa hakimlər Mirbahəddin Hüseynov və Afiq Hüseynzadə daxil edilmişdir. X6 açıq-aydın cavabdehin mövqeyindən çıxış edərək, cavabdehin haqlı olmasını və verilmiş mütəxəssis rəyinin guya əsaslı olmasını sübut etməyə çalışmışdır. Bu barədə iddiaçının vəkil və nümayəndəsi məhkəmə iclasında bildirsə də, digər hakimlər Mirbahəddin Hüseynovun mövqeyini dəstəkləmişlər. İddiaçının vəkil və nümayəndəsi bildirsə də ki, Xaçmaz rayon məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsinin mütəxəssisin və ekspertin məhkəmə iclasına dəvə t olunması barədə vəsatətləri təmin olunmuşdu, heç olmasa Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bərabərlik hüququnun təmin olunması üçün təmin olunmalıdır, məhkəmə tərkibi birtərəfli mövqe tutaraq, əsaslı vəsatətimizi təmin etməmişdir. 28 sentyabr 2023-cü ildə və 19 sentyabr 2024-cü ildə keçirilmiş məhkəmə iclaslarında iddia tərəfinin bütün əsaslı xahişləri məhkəmə tərkibləri tərəfindən əsassız olaraq təmin olunmamışdır. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 8.2, 9, 14.2, 19.2.3, 220.4, 385.1, 393, 418.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.

6. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

7. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinə baxaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(105)-140/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.

8. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Mülki Kollegiyasının qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli 2(105)-100/2021 nömrəli qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-100/2021 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh və qeyrilərinin cavabdeh İddiaçı qarşı ilk iddiası qismən təmin edilmiş, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı onun sahibkarlıq fəaliyyətinə maneələr törədilməsinin qadağan olunması, cavabdehlərin zəbt etdikləri torpaq sahəsinin azad olunması və onların pay torpaqlarında qanunsuz olaraq tikdikləri tikililərin onların hesabına sökülməsi barədə qarşıl ıqlı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ilk iddianın təmin edildiyi hissədə dəyişdirilmiş, İddiaçı tərəfindən X5 mülkiyyətində olan 0,27 ha, Cavabdeh mülkiyyətində olan 0,27 ha və X2 mülkiyyətində olan 0,27 ha torpaq sahələrinə gediş-gəliş yolunun hasarlanaraq istifadə olunan hissəsi, yəni yolun şimal-qərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1,48 metr mişar daşı ilə hasarlanaraq istifadə olunan hissəsinin bərpa olunması, həmin yolun hərəkət hissəsindəki hasar, günlük və dəmir konstruksiyadan ibarət talvarın sökülməsi qət edilmişdir.

9. Bu işə baxılarkən məhkəmələr tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh və di gərləri tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edilmir.

10. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir.

11. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarı).

12. İddianın əsası dedikdə iddiaçının öz tələbini əsaslandığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM 149.2.3), hüquqi əsasını isə göstərməkdə sərbəstdir.

13. İş materiallarına əlavə edilmiş məhkəmə aktından göründüyü kimi, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və üzərindəki qeyri-qanuni tikililərin sökülməsinə dair eyni əsas və eyni predmet barədə irəli sürülmüş iddia tələbinə daha əvvəl mə hkəmə tərəfindən baxılaraq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş, həmin iş üzrə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmədiyi müəyyən edilmişdir.

14. Buna görə də, hazırkı halda məhkəmənin iddia ərizəsini icraata qəbul edərək iddiaya baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

15. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

16. Göstər ilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(105)-140/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.

17. Şərh edilənlərə əsasən və MPM-nin 261.0.2, 417.1.5-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(105)-140/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq cəmi 150 (bir yüz əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar