Məhkəmə qərarları › İş №2(102)-1271/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1271/2025

06.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1271/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Cahangir oğluna, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğluna və Cavabdeh4 Hüseyn oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-144/2024 nömrəli iş üzrə 23 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli çıxarışa, torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində ona məxsus olan 0,35 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 70,2 kv.m, Cavabdeh2 tərəfindən zəbt edilmiş 51,98 kv.m, Cavabdeh3 tərəfindən zəbt edilmiş 37,7 kv.metr və Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmiş 25,2 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metr sahəsinin və 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın cavabdehlərin hesabına sökül ərək, bütün cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə ona qaytarılması, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 300 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, torpaq sahəsini satdıqdan sonra onun 0,35 ha torpaq sahəsi qalmışdır. Cavabdehlərin torpaq sahələri İddiaçı məxsus torpaq sahəsinin 86,97 metr olan tərəfdən qonşuluğunda yerləşir. İddiaçıya məlum olmuşdur ki, cavabdehlərin hər biri ayrı-ayrılıqda uzunluğu təxminən 15-20 metr, eni isə 7-8 metr olmaqla torpaq sahəsinə girmiş və orada tikinti işləri aparırlar. 4. "xxxx" MMC-nin rəyindən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 70,2 kv.metri Cavabdeh1, 51,98 kv.metri Cavabdeh2, 37,7 kv.met ri Cavabdeh3 və 25,2 kv.metri isə Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metri və digər cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından hasar mövcuddur.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2018ci il tarixli, 21265 saylı rəyindən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 70,2 kv.metri Cavabdeh1, 51,98 kv.metri Cavabdeh2, 37,7 kv.metri Cavabdeh3 və 25,2 kv.metri isə Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metri və digər cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından hasar mövcuddur.

6. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2018 nömrəli, 22 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Şəfiyeva) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunan 70,2 kv.metr, Cavabdeh2 tərəfindən zəbt olunan 51,98 kv.metr, Cavabdeh3 tərəfindən zəbt olunan 37,7 kv.metr və Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt olunan 25,2 kv.metrinin cavabdehlər tərəfindən boşaldılması, eləcə də zəbt edilmiş torpa q sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metr sahəsinin və cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğlu və Cavabdeh4 Hüseyn oğlu tərəfindən onların vəsaitləri hesabına sökülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğlu və Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və Hüquq və Torpaq Məsələləri” MMC-nin hesabına köçürülmüş 300 manat pulun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyərinin 50 manat isə cavabdehlərdən müştərək qaydada tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 70.2 kv.metri Cavabdeh1, 51,98 kv.metri Cavabdeh2, 37,7 kv.metri Cavabdeh3 və 25,2 kv.metri isə Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metri və digər cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından hasar mövcuddur.

8. Məhkəmə öz mövqeyini əsaslanarkən Mülki Məcəllənin 152.1,180.4, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5, 69.5.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını, təqdim edilən qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz, əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilməmiş, torpaq sahələrinin ölçüləri arasında uyğunsuzluqların olması, alğı-satqının üstündən 5 il keçəndən sonra iddianın verilməsini nəzərə alınmamış, satılan torpaqlarda gediş-gəliş yolu qoyulmamışdır. Belə olan halda cavabdehin mülkiyyət hüquqları pozulur.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Abasov – sədrlik edən və məruzəçi, T. Məmmədov və S.Qafari) 2(105)-1687/2020 nömrəli, 21 avqust 2020ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçıya məxsus mübahisəli torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz tikilmiş hasarın sökülməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023- cü il tarixli, 2(1 02)-2525/2023 nömrəli qərarı ilə (hakimlər V.T.Həsənov (məruzəçi), İ.Ə.Şəfiyev və Ə.A.Əhmədov) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli qətnaməsi qismən - «İddiaçı mülkiyyətində olan Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunan 51,98 kv.metri, Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt olunan 25,2 kv.metri cavabdehlər tərəfindən boşaldılması, eləcədə zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.m sahəsi və cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın Cavabdeh2, Cavabdeh4 Hüseyn oğlu tərəfindən (aid hissəsi) onların vəsaitləri hesabına sökülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və "xxxx" MMC-in hesabına köçürülmüş 300 manat pulun əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada tutulub iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın isə cavadehlər Cavabdeh2 və Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada tutulub dövlət nəfinə keçirilməsinə aid hissələrdə» ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

15. Məhkəmə tərkibi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 torpaq sahəsini 90.000 manata aldığını, alqı-satqı müqaviləsi əsasında əldə etdi yi 0.0486 ha torpaq sahəsi və Cavabdeh4 Hüseyn oğlunun əldə etdiyi 0,32 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında onun sahibliyinə keçdiyini və onun mülkiyyətində olduğunu göstərmişdir. Bu halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ilkin olaraq iddia tələbinə cavab verməli olan şəxsləri müəyyən etməli olmuşdur. Cavabdeh2 özünün mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 də torpaq sahəsini əldə etdiyini göstərirsə, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin birinci instansiya məhkəməsində iştirak etmədiyi və məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığına dair dəlillərinin olmasını nəzərə alaraq Cavabdeh4 mülkiyyətində hər hansı ölçüdə torpaq sahəsinin qalması, torpaq sahəsinin qalmad ığının müəyyən olunması halında ona qarşı tələbin əsaslı olub-olmamasına qiymət verilməli idi.

16. Bununla yanaşı birinci instansiya məhkəməsi Cavabdeh4 25,2 kv.m. ölçüdə torpaq sahəsini zəbt etməsi nəticəsinə gəlir, lakin həmin şəxsin mübahisəli torpaq sahəsinə aidiyyəti qalmadığının müəyyən olunması halında ona qarşı təmin olunan iddianın icrasının hansı qaydada mümkün olacağı, onun hansı torpaq sahəsindən çıxarılmalı və hansı tikilinin sökülməli olması da anlaşılmazdır. Ümumiyyətlə bir hissəsinin sökülməsi qət edilən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında qeydiyyata alınıb-alınmaması, qeydiyyata alınmışdırsa məhz kimin adına qeydə alınması, qeydə alınmamışdırsa kimin sahibliyində olması müəyyən edilməmiş qalmışdır.

17. Cavabdeh2 kassasiya şikayətində olan digər dəlillərə münasib ətdə qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara əsasən ilk olaraq iddiaçının və cavabdehin mülkiyyətlərində olan torpaq sahələrinin harada yerləşməsini (yerdə yerləşməsini) müəyyən etməkdən ibarətdir. Bunun üçün isə məhz tərəflərə aid olan reyestr qeydi ilə bağlı sənədlərlə yanaşı torpağın yerdə quruluşunu müəyyən edən sənədlər əsasında araşdırmanın aparılması və məhz ekspertiza qarşısında hər bir tərəfin malik olduğu sənədlər əsasında torpaq sahəsinin yerdə quruluşunun müəyyənləşdirilməsi zəruri olmuşdur.

18. Birinci instansiya məhkəməsi ilkin olaraq mütəxəssis rəyi almış, bu zaman qoyulmuş suallar üzrə tədqiqatın yalnız iddiaçının adına verilmiş 18 aprel 2014-cü il tarixli reyestr çıxarışı əsasında aparılması tapşırılmışdır. Məhz həmin sual əsasında mütəxəssis tədqi qat aparmış, rəy vermiş, məhkəmə ekspertiza mərkəzinin rəyində də məhz mütəxəssis rəyini eyni ilə təkrarlamış və əlavə hər hansı bir tədqiqat aparılmamışdır. Göründüyü kimi, ekspert tədqiqatı tam və hərtərəfli aparılmadığı halda cavabdehin mülkiyyətində olan torpaq sahələrinin iddiaçının mülkiyyətində qalmış torpaq sahəsi ilə üst-üstə düşməməsi ilə bağlı qəti qərara gəlmək ziddiyyətli və işin hallarına uyğun hesab edilə bilməz.

19. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə aparılmış araşdırma tam olmamış, lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddianın m übahisələndirilən hissədə təmin edilməsini qanuni hesab etmişdir. Beləliklə, tərəflərin hər ikisi torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını müəyyən edən reyestr qeydinə əsaslanır, mülkiyyət hüququnu təsdiq edən sənədlər qüvvədə olduğu və cavabdehin mülkiyyətindəki torpağın yerləşdiyi ərazi (yer) müəyyən edilmədiyi halda, iddiaçının mülkiyyət hüququnun pozulmasından ibarət olan məhkəmələrin gəldikləri nəticə natamam araşdırmanın nəticəsi olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd olunan hallara istinad etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə əhəmiyyət verməmişdir.

20. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan q ətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Təkrar apellyasiya baxışında məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, məhkəmə qətnaməsi onun torpağına dair hissədə əsassız və qanunsuzdur. Belə ki, mübahisəli ərazidə ona məxsus fərqli ölçülərdə sənəd üzrə iki torpaq sahəsi mövcuddur. Həmin torpaq sahələrinin birini İddiaçı, digərini isə Cavabdeh4 qanuni əsaslarla, dəyəri ödənilməklə əldə etmişdir. Məhkəmə qətnaməsində Cavabdeh4 torpaq sahəsinə münasibət bildirilmişdir ki, bu yanlış mövqedir. Çünki həmin torpaq sahəsi ona məxsusdur. Ona qarşı iddia tələbi əsassız və qanunsuzdur. Mübahisəli ərazidə torpaqların ölçülərinə dair müvafiq dürüstləşdirmə işlə ri yekunlaşmışdır və həmin prosesdən sonra özünə məxsus torpaq sahəsinə dair yeni elektron çıxarış almışdır və torpaq sahəsinin plan, ölçüsü tərtib olunmuşdur.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ona məxsus torpaq sahəsinin dürüstləşdirmə işlərindən sonra yeni hüquqmüəyyənedici sənədinin əldə edilməsi ilə bağlı işlə vəkili məşğuldur.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2399 nömrəli, 09 aprel 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi sxemdə göstərilmişdir (1). Yenə mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0486 ha torpaq sahəsi sxemdə göstərilmişdir. Yenə mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.032 ha torpaq sahəsi sxemdə göstərilmişdir. Mütəxəssis rəyində qeyd olunur ki, Abşeron rayonu, Mehdiabad kəndi, “Mehdiabad” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin (3 tərəfi daş hasar digər tərəfi dağıdılmış) 0.0093 ha hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsinin koordinantları ilə üst-üstə düşür. Qeyd: **********96 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı sənəd üzrə( Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar aparılmış dürüstləşmə işlərindən sonra) xüsusi mülkiyyətində olan torpaq sahəsinin (3 tərəfi daş hasar digər tərəfi dağıdılmış) koordinantları ilə cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinantları ilə üstüstə düşmür. Qeyd: Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan və ölçü sənədinə düzəliş olmamışdır.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/5140 nömrəli, 03 oktyabr 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən (2); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0486 ha torpaq sahəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş (dürüstləşmədən sonra) sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0352 ha təşkil edir. xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.032 ha torpaq sahəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş (dürüstləşmədən sonra) sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0245 ha təşkil edir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaq torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışm azlıqlar aradan qaldırılmışdır. İddiaçı tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmadığından qərardadın 3 –cü sualını cavablandırmaq mümkün olmamışdır. **********08 (xx.xx.2024-cü il tarixli) reyestr nömrəli çıxarışla sənəd üzrə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0052 ha təşkil edir.**********49 (xx.xx.2024-cü il tarixli) reyestr nömrəli çıxarışla sənəd üzrə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0033 ha təşkil edir.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-144/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov - sədrlik edən və məruzəçi, A.H.Hüseynzadə və E.M.Əhmədov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2018 nömrəli, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunan 51,98 kv.metri, Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt olunan 25,2 kv.metri cavabdehlər tərəfindən boşaldılması, eləcədə zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.m sahəsi və cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın Cavabdeh2, Cavabdeh4 Hüseyn oğlu tərəfindən (aid hissəsi) onların vəsaitləri hesabına sökülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh 4 Hüseyn oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və "xxxx" MMC-in hesabına köçürülmüş 300 manat pulun əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada tutulub iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın isə cavadehlər Cavabdeh2 və Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada tutulub dövlət nəfinə keçirilməsinə aid hissələrində» ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissələrdə təmin edilməmişdir.

26. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi ilkin olaraq iddia tələbinə cavab verməli olan şəxs ləri müəyyən etməli olduğu halda bunu etməmiş, Cavabdeh2 özünün mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı, alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 də torpaq sahəsini əldə etməsinə diqqət yetirməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi Cavabdeh4 25,2 kv.m. ölçüdə torpaq sahəsini zəbt etməsi nəticəsinə gəlir, lakin həmin şəxsin mübahisəli torpaq sahəsinə aidiyyəti qalmadığının müəyyən olunması halında ona qarşı təmin olunan iddianın icrasının hansı qaydada mümkün olacağı, onun hansı torpaq sahəsindən çıxarılmalı və hansı tikilinin sökülməli olması da qeyrimüəyyəndir.

27. İş üzrə araşdırma aparan birinci instansiya məhkəməsi ilkin olaraq mütəxəssis, sonra isə ekspert rəyi almış, lakin hər iki halda qoyulmuş suallar üzrə tədqiqatın yalnız iddiaçının adına verilmiş 18 aprel 2014-c ü il tarixli reyestr çıxarışı əsasında aparılması tapşırılmışdır. Məhz həmin suallar əsasında da mütəxəssis və ekspert tərəfindən tədqiqat aparılaraq yuxarıda qeyd olanan rəylər verilmişdir. Göründüyü kimi, ekspert tədqiqatı tam və hərtərəfli aparılmadığı halda cavabdehin mülkiyyətində olan torpaq sahələrinin iddiaçının mülkiyyətində qalmış torpaq sahəsi ilə üst-üstə düşməməsi ilə bağlı qəti qərara gəlmək ziddiyyətli və işin hallarına uyğun hesab edilə bilməz.

28. Məsələnin həllinə göstərilən kontekstdən yanaşan kollegiya təkrar araşdırma zamanı yenidən məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və ekspert qarşısında həm iddiaçı, həm də cavabdehin torpaq sahələri ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən suallar qoymuş və nəticə etibarı ilə yuxarıda göstərilən rəyi əldə etmişdir.

29. K ollegiya mübahisənin bu hissəsində xüsusilə qeyd edir ki, sonuncu ekspert rəyi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırılmasından sonra aparılmış, rəy də məhz buna uyğun tərtib edilmişdir.

30. Kollegiya həmçinin vurğulamışdır ki, sonuncu ekspertiza tədqiqatı məhz cavabdeh tərəfindən məlum Fərmanın icrasından sonra əldə etdiyi plan-cizgi sənədinə əsasən aparılmışdır. Lakin kollegiya tərəfindən dəfələrlə təklif olunmasına baxmayaraq iddiaçı tərəf dürüstləşmə işlərindən sonra yeni plan-cizgi sənədini əldə etməmiş, səbəbini soruşduqda isə hər dəfə müxtəlif bəhanələr gətirməklə yeni pla n-cizgi sənədinin alınmasından yayınmışdır.

31. Beləliklə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra tərtib edilmiş plan-cizgi sənədi və bunun əsasında aparılmış ekspertiza tədqiqatı əsas götürülməli və mübahisənin həlli istiqamətində verilmiş rəy daha mötəbər sübut kimi qəbul edilməlidir.

32. Sözügedən rəy kollegiya tərəfindən təhlil edilərkən müəyyən edilmişdir ki, Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0486 ha və 0.032 ha torpaq sahələri xx.xx.2024-cü il tarixdə tərtib olunmuş (dürüstləşmədən sonra) sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə eynilik təşkil edir. Rəydə həmçinin mübahisələndirilən torpaq sahəsinin cavbdehə rəsmi sənəd əsasında məxsusluğu göstərilsə də, iddiaçı Cavabdeh2 münasibətdə bu “faktiki istifadəsində olan” torpaq sahəsi kimi qeyd edilmişdir.

33. Kollegiya, sonda Cavabdeh4 qarşı verilmiş iddia tələbinə münasibətdə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin 0.32 ha hissəsi 17 dekabr 2013-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh4 Hüseyn oğluna satılmış, sonuncu da həmin torpaq sahəsini sonradan Cavabdeh2 satmışdır. Hazırda hər iki torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olduğundan, Cavabdeh4 hazırkı iş üzrə cavab verməli olan şəxs kimi subyektiv hüqu qun daşıyıcısı deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus yeni plan cizgidə göstərilən torpaq sahəsi ona məxsus faktiki torpaq sahəsinə dair ölçülərə uyğun olmamışdır. Bu səbəblə dürüstləşmə işləri aparılmışdır. Qətnamənin 7-ci bəndində qeyd edilən mütəxəssis rəyi və ekspert rəyindən məlum olur ki, cavabdehə məxsus xx.xx.2014cü il tarixli, RX seriyalı, ******* daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerlə şən 0.0486 ha torpaq sahəsi ilə xx.xx.2024cü il tarixdə tərtib olunmuş (dürüstləşmədən sonra) sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0352 ha təşkil edir. xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.032 ha torpaq sahəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş (dürüstləşmədən sonra) sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0245 ha təşkil edir. **********08 (xx.xx.2024-cü il tarixli) reyestr nömrəli çıxarışla sənəd üzrə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0052 ha təşkil edir. **********49 (xx.xx.2024-cü il tarixli) reyestr nömrəli çıxarışla sənəd üzrə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0033 ha təşkil edir. Göstərilənlərdən məlum olur ki, dürüstləşmə işləri aparılan zaman cavabdehin torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olmuşdur. Cavabdehə yeni hüquq müəyyənedici sənəd ilə torpaq sahəsinin faktiki ölçülərinin göstərildiyi plan-cizgi isə mülkiyyətçinin, yəni iddiaçının yazılırazılığı olmadan verilmişdir. Eyni zamanda bu hərəkətlərlə iddiaçının mülkiyyət hüquqları pozulmuş, onun sahibliyində olan sahəyə müdaxilə edilmişdir. Bu məsələlər isə məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Məlum olur ki, məhkəmə obyektiv ara şdırma aparmadan mübahisə dövründə əldə edilmiş çıxarış əsasında işi yekunlaşdırmış, iddiaçıya münasibətdə isə qərəzli davranmışdır. Həmçinin qətnamədə qeyd olunur ki, İddiaçı tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmadığından qərardadın 3 –cü sualını cavablandırmaq mümkün olmamışdır. Halbuki, iddiaçının 4 saylıAbşeron Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə müraciəti olmuş və aidiyyəti idarə müvafiq işlərin aparılmasından imtina etmişdir. Məhkəmənin isə bu müraciətdən məlumatı olmasına rəğmən qətnamədə bu hal qərəzli bir şəkildə fərqli şərh etməklə göstərməmişdir.

36. Apellyasiya məhkəməsi müəyyən etdiyi işin hallarına dair qərarın 1-ci bəndində göstərir ki, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına, torpaq sahəsinin planı və ölçüsünə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Mübahisələndirilən qərarın 6-cı bəndində qeyd olunur ki, iddiaçıya məxsus torpaq sahəsi sxemdə göstərilir. Həmin sxemə əsasən əvvəlki ( xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) mülkiyyət sənədi ilə cavabdehə məxsus yeni ( xx.xx.2024-cü il tarixdə tərtib olunmuş (dürüstləşmədən sonra) sənəd) mülkiyyət sənədi müqayisə edilməklə alınmış rəy əsas göstərilərək iddiaçının torpa q sahəsi 2024-cü il üzrə olan məlumata əsasən cavabdehin yeri olaraq nəzərə alınır və artıq qanuni qüvvəsini almış və icra edilmiş qətnamə ləğv edilməklə iddia tələbi rədd edilir. Tamamilə qərəzli şəkildə qəbul edilmiş qətnamə ilə guya cavabdehin mülkiyyət hüququ bərpa edilir, lakin iddiaçının mülkiyyət hüququ pozulur. Məhkəmə iddiaçıya məxsus və etibarsız hesab olunmamış çıxarışı gözardı etməklə cavabdehə məxsus plan-cizgiyə əsasən qətnamə qəbul edib. İddiaçının bu məsələ ilə bağlımüraciətini isə gözardı etməklə onun hərəkətsizliyini bəhanə gətirir. Mülki kollegiya iddiaçının mülkiyyət hüququnu pozmaqla icrası gələcəkdə mümkün olmayacaq qərar qəbul etmişdir.

37. Bundan əlavə, məhkəmə ilk əvvəl qətnamə qəbul edərkən təqdim edilmiş sənədlərin doğruluğunu yoxlamalıdır. Əgər məsələ ilə bağlı təqdim edilmiş çıxarışlarda hər-hansı şübhəli məqam varsa, məhkəmə ilk əvvəl həmin şübhəli məqamları aradan qaldırmalı və təqdim edilmiş sübutların mötəbərliyi məsələsinə qiymət verməli idi. İş üzrə qəbul edilmiş qətnamədə qeyd edilən çıxarışların hər biri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmişdir. Əgər bunlar arasında uyğunsuzluq varsa məhkəmə əvvəlcə bu məsələni həll etməli idi. Lakin halhazırki qərar üzrə məhkəmə bu uyğunsuzluqlara münasibət bildirmədən 2018-ci il tarixdə başlamış mübahisəni məhkəmə davam edərkən əldə edilmiş 2024-cü il tarixli yeni çıxarışı və ona əsasən verilmiş rəyi əsas almaqla nəticələndirmişdir. Bu da çıxarılmış qətnamənin obyektiv və qərəzsiz araşdırmanın nəticəsi olmadığını, qət edilən nəticənin isə işi n hallarına uyğun gəlmədiyini göstərir.

38. İddiaçıya məxsus və onun istifadəsində olan torpaq sahəsinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək onun hüququdur. Bunu sübuta yetirəcək mötəbər sənəd hesab olunan çıxarışla bu məsələ öz təsdiqini tapmışdır. Həmin çıxarışda göstərilən torpaq sahəsinin və cavabdehə məxsus torpaq sahəsinin yerinin müəyyən edilməsinə dair araşdırma aparılması üçün işi geri qaytaran Ali Məhkəmə, xx.xx.2023-cü il tarixli 2(102)2525/2023 saylı qərarının 44 və 45-ci bəndlərində götərmişdir ki, torpaq sahələrinin harada yerləşməsini və sənədlər üzrə torpaq sahələrinin yerdə quruluşunun müəyyən olunmasıməhkəmənin vəzifəsidir. Bu məsələ ilə bağlı ekspertiza qarşısında suallar qoyulmalıdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 2(105)1754/ 2023 saylı xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərək ekspertiza təyin edilmiş və ekspert qarşısında göstərilənlərə uyğun suallar qoyulmuşdur. Lakin mübahisələndirilən qətnamədə əldə edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2399 nömrəli rəyə ümumiyyətlə münasibət bildirilməmiş, xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5140 nömrəli ekspert rəyi sübut kimi əsas alınmış digər rəy isə sübut kimi qiymətləndirilməmişdir. Həmin rəydə göstərilmişdir ki, iddiaçıya məxsus çıxarış üzrə göstərilən torpaq sahəsi naturada müəyyən edilir və cavabehə məxsus çıxarışda görünən torpaq sahəsinin koordinatları iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üsdə düşür. Bu da sübuta yetirir ki, mübahisələndirilən ərazi iddiaçıya məxsusdur və qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş qətnamə əsaslı olmaqla d üzgün nəticəyə qət edilmişdir. Hazırki qətnamədə isə Ali Məhkəmənin göstərişlərində qeyd olunan məsələlərin kənarında olan bir məsələyə dair sualların qoyulduğu ekspert rəyi əsas alınmışdır ki, bu da apellyasiya məhkəməsinin işin hallarına uyğun gəlməyən və əsaslı olmayan qətnamə qəbul etməsi ilə nəticələnmiş və iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır.

39. Bundan əlavə, mübahisələndirilən qətnamədə məhkəmə kollegiyası tərəflərin qanun qarşısında bərabərlik prinsipinin tələblərini pozmuşdur. Mülki kollegiya öz qərarını apellyasiya şikaytində göstərilən tələblərə görə yox öz mülahizələrinə əsaslanmaqla qəbul etmişdir. Buna əsas verən amil ondan ibarətdir ki, mübahisəli qərarın 42-ci bəndində məhkəmə qeyd edir ki, kollegiya tərəfindən dəfələrlə təklif olunmasına baxmaya raq iddiaçı tərəf dürüstləşmə işlərindən sonra yeni plan-cizgi sənədini əldə etməmiş, səbəbini soruşduqda isə hər dəfə müxtəlif bəhanələr gətirməklə yeni plan-cizgi sənədinin alınmasından yayınmışdır. Eyni zamanda məhkəmə işin gedişatı zamanı, yəni xx.xx.2024cü il tarixli sənədə əsasən əldə edilmiş rəyə münasibət göstərmiş, digər ekspertiza rəyini ümumiyyətlə qərarda göstərməməklə sübutlara əvvəlcədən qiymət verərək işə baxmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə (Cavabdeh xx.xx.2024 tarixli yeni plan-cizgini əldə etdiyi dövrdə) DƏDKR Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə dürüstləşmə işlərindən sonra yeni plan-cizgi sənədini əldə edilməsi ilə bağlı müraciət etsə də, ona xx.xx.2024-cü il tarixdə imtina məktubu (Qoşma hissədə əlavə edilir) verilmişdir. Həmin məktubda sözügedən sahə barəsində məhkəmə mübahisəsi olduğu göstərilmişdir. Apellyasiya məhkəməsi qərarında bu halı gizlətməklə iddiaçıya münasibətdə qərəzli olmaqla tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur.

40. Məhkəmə kollegiyası iddia tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsiin Abşeron Rayon Şöbəsinin 439 saylı xx.xx.2014-cü il tarixli cavab məktubunu da araşdırmadan, ondan istifadə etmədən qətnamə qəbul etmişdir. Belə ki, göstərilən cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı onun mülkiyyətində olan **********96 reyestr nömrəli, 0.35 ha torpaq sahəsini dəqiqləşdirilməsini aidiyyəti idarədən tələb etmişdir. İddiaçının ərizəsi əsasında sözügedən torpaq sahəsinə baxış keçirilmiş ölçü işləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən tərtib edilmiş bölgü xəritəsinə əsaslanaraq aparılmışdır. Ölçü zamanı iddiaçıya məxsus torpaq sahəsində kənar şəxslər tərəfindən tikinti işləri aparıldığı müəyyən edilmişdir. Bu səbəblə iddiaçı növbəti dövr ərzində məhkəməyə müraciət etmiş və iddia tələbinin əsası cavabdehlərin qanunsuz addımları olmuşdur. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi sübutlara əvvəlcədən qiymət verdiyi üçün iddia tərəfinin təqdim etdiyi sübutları araşdırmamış və onlardan istifadə etməmişdir. Yuxarıda qeyd etdiyim qərarı əsas alaraq vurğulayıram ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş və dəfələrlə keçirilmiş məhkəmə ekspertizalarının nəticələrini, çıxarışı, artıq icra olunmuş məhkəmə qətnaməsini və digər mötəbər sübutları araşdırmayaraq c avabdeh tərəfinin mübahisənin başladığı andan, 2018-ci il tarixdən 6 il sonra xüsusilə məhkəmə prosesi getdiyi dövrdə əldə edilmiş plan-cizgini əsas götürərək qərar qəbul etmişdir. İddia tərəfinin sübutlarını istifadə etməmiş, cavabdehin isə sübutunu araşdırmadan ona hüquqi qiymət vermişdir. Nəticədə iddiaçının hüquqları gələcəkdə bərpasımümkün olunmayacaq həddə pozulmuşdur. İşin hallarından da göründüyü kimi, cavabdeh qeyd edilən Fərmanın tələbləri pozulmaqla əldə edilmiş xx.xx.2024 tarixli plancizgidən başqa heç bir sübut təqdim edə bilməmiş, məhkəmə qərəzli yanaşma sərgiləmiş nəticədə isə ədalətsiz və əsassız qətnamə çıxarılmışdır. Eyni zamanda cavabdehin əldə etdiyi yeni reyestr məlumatlarının, plan cizginin etibarsızlığı və sair tələblərlə mübahisələndirilməsinə dair gələcəkdə olabilə cək inzibati icraat qaydasında iddia tələbi bu qərar ilə süni şəkildə məhdudlaşdırılmaqdadır. Məhkəmə, qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçının maraqlarına toxunan bir çıxarış əldə edilmişdir və bunun mübahisələndirilməsi istisna edilmir. Hal-hazırda çıxarılan qətnamə iddiaçını bu hüququndan məhrum etməklə onun kostitusiyon və konvensiya ilə təminat altına alınmış hüquqlarını pozmaqdadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

43. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.

2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxım dan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. İddiaçının bildirdiklərinə görə tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilmişdir. Bu normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

53. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qanunsuz qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürm ədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.

54. Hazırkı mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etməsini sübuta yetirə bilməmiş, əksinə mötəbər sayılan ekspertiza rəyi ilə bu hal təkzib olunmuşdur.

55. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/5140 nömrəli, 03 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının i darəçiliyində olmuş bağların yerləşdiyi torpaq torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırılmışdır. İddiaçı tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmadığından qərardadın 3-cü sualını cavablandırmaq mümkün olmamışdır. **********08 (xx.xx.2024-cü il tarixli) reyestr nömrəli çıxarışla sənəd üzrə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0052 ha təşkil edir.**********49 (xx.xx.2024-cü il tarixli) reyestr nömrəli çıxarışla sənəd üzrə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0033 ha təşkil edir.

56. Məhkəmə tərkibi hesab edir ki, mövcud vəziyyətə iddianın təmin edilməsi üçün əsasların olmaması barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə ə saslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq norm aları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-144/2024 nömrəli iş üzrə 23 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar