Məhkəmə qərarları › İş №2(102)-3135/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3135/2025

18.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3135/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə pred meti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-105/2025 nömrəli, 6 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) və Cavabdeh (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətlərinə 18 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X2 (Satıcı) ilə İddiaçı (Alıcı) arasında 6 may 2014-cü il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda bağlanaraq reyestrdə 4Ə-05-1367 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 s aylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli çıxarışa əsasən özünə məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsini 5.000 manata İddiaçı satmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 7 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

3. DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı məxsus 0,05 ha torpaq sahəsinin 0,0104 ha hissəsinin başqa şəxs tərəfindən idarə edilməsi müəyyən edilmişdir. 4. "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış x x.xx.2015-ci il tarixli A(M)/0001 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqaviləyə əsasən, satıcı Abşeron rayonu Masazır qəsəbəsində özünə məxsus "xxxx" yaşayış massivindəki 0,05 ha torpaq sahəsində 2 mərtəbəli, 213,0 kv.m. evi satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən və 7 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli hüquqların dövlət qeydi yyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasında onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsində qanunsuz olaraq inşa etdiyi hasar və tikililərin onun hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. Mülkiyyətində olmasına baxmayaraq cavabdeh bir müddət əvvəl torpaq sahəsinin 0,0104 ha hissəsini qanunsuz olaraq zəbt etmiş, həmin hissəni hasarla bağlamış və orada tikililər inşa etmişdir. Cavabdehin bu əməli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsi t ərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3- 32/2-1-0082-35 saylı məktubda da öz əksini tapmışdır. Bununla da, cavabdeh onun hüquqlarını və qanunla qorunan maraqlarını kobud surətdə pozmuşdur. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin 0,0104 ha hissəsini qanunsuz olaraq zəbt etməklə, orada hasar və tikililər inşa etdiyi üçün həmin hasar və tikililər cavabdehin hesabına sökülməli və torpaq sahəsindən çıxarılmalıdır.

7. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək izahatında bildirmişdir ki, torpaq sahəsini 2014-cü ildə alğı-satqı müqaviləsi əsasında almışdır. Dəfələrlə həmin əraziyə gedib baxmış, cavabdeh tərəfindən ona məxsus ərazidə tikinti aparıldığını gördükdən sonra bu barədə qarşı tərəfə ismarış göndərmiş, lakin qarşı tərəf həmin ərazini hazı r vəziyyətdə aldığını bildirmişdir. O, qonşudan qarşı tərəfin mobil nömrəsini alaraq zəng etmiş, bu barədə razılığa gəlməyi qarşı tərəfə təklif etmiş, lakin qarşı tərəf onunla görüşə gəlməmiş, cavabdehin işçisi onun təklifini cavabdeh tərəfindən qəbul edilmədiyini, qanunla hara müraciət etmək lazım olduğunu ona demişdir. Bu barədə o, Cavabdeh özünə deməmiş, lakin cavabdehin bu barədə məlumatı olmuşdur. Dəfələrlə məhkəmə iclaslarında da, izahatında qeyd etmişdir ki, o, həmin torpaq sahəsini alğı-satqı yolu ilə cavabdehdən qabaq almışdır. O, torpaq alarkən həmin ev heç hələ tikilməmişdir. Ev tikilərkən də bu barədə qarşı tərəfə iradını bildirmiş, həmin vaxt məhkəməyə müraciət etməməsinin səbəbi isə qarşı tərəfin ona yerinin koordinatlarının həmin ərazi olmasını deməsi olmuşdur. Həmin vaxtda da qarşı tərəflər aralarında heç bir razılaşma olmamış, nə də o, qarşı tərəfə tikintini aparması üçün razılıq verməmişdir. Bundan sonra Əmlak Komitəsinə ərizə ilə müraciət etmiş, həmin idarədən əməkdaş gələrək onun torpaq sahəsi ölçülərək koordinatları müəyyən edilmiş və ona yazılı məktub təqdim olunmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, cavabdehin istifadəsində olan yaşayış evi və darvaza onun mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşmişdir. Artıq həmin vaxt ev tikilmiş vəziyyətdə olmuşdur. Həmin evin təmiri, qazı, suyu və işığı da yoxdur. Bu barədə onda evin şəkilləri vardır. Cavabdehin bildirdiyinə görə həmin ev şirkət tərəfindən tikilmiş, bu səbəbdən də cavabdeh həmin tikili ilə bağlı şirkətdən pulunu geri tələb edə bilər. Ona görə də iddiasının təmin edilməsini hasarın və evin onun torpaq sahəsinə düşən hissəsində sökülməsini tələb edir.

8. Məhkəmə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

9. Məhkəmə tərəfindən iş materiallarında kağız daşıyıcısında olan şəkillərə baxış keçirilərək müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində hasar və ev tikililəri mövcuddur.

10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 22 aprel 2024-cü il tarixli rəyinə əsasən, torpağa mülkiyyət hüququna dair” 7 dekabr 2021-ci il tarixdə çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin, baxış zamanı təqdim olunan torpaq sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, “Torpağa mülkiyyət hüququna dair” 7 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin qərb tərəfdən 97,3 kv.m. hissəsinin cavabdeh tərəfindən, cənub tərəfdən 35 kv.m. hissəsinin isə digər qonşu tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişd ir.

11. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(012)-471/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsinin qərb tərəfdən 97,3 kv.m. hissəsində cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi zəbt edilmiş torpaq sahəsi ilə bağlı iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahə sinin qərb tərəfdən 97,3 kv.m. hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə məhkəmə tikinti-texniki ekspertizasının verdiyi rəy digər sübutlarla birlikdə, mötəbər sübut kimi qəbul edilir.

13. Məhkəmə qeyd etmişdir ki, digər tərəfdən, iddianın cavabdehin evinin sökülməsi hissəsində isə iddia təmin edilə bilməz. Belə ki, işin araşdırılan hallarından, şəkillərdən məlum olduğu kimi cavabdehə məxsus ev təmir olmasa da, tam tikilib hazır olmuşdur və tikintinin iddiaçının torpağına düşən hissəsinin sökülməsi evin tamamilə uçub məhv olmasına səbəb ola bilər. Belə ki, iddiaçının izahatına görə o, torpağı alğı-satqı müqaviləsi əsasında alanda cavabdehə məxsus orada tikililər olmamışdır. Cavabdeh tərəfindən tikilən hasar və ev sonradan tikilmişdir ki, həmin zaman iddiaçı tikintilərə etiraz e tməli, mümkün olmadıqda isə məhkəməyə müraciət edilməli idi. İddiaçı tikililərdən xəbərləri olmamasını bildirsə belə mülkiyyətində olan torpağa nəzarət etməli, onu yan təsirlərdən qorumalı idi. Cavabdeh tikinti işlərinə 2021-ci ildən başlamış, iddiaçı tikintidən məlumatlı olmuş, tikintiyə etiraz etmiş olsa da belə, qarşı tərəf buna razılıq verməmiş, bunu isə iddiaçı cavabdehlə razılığa gələ biləcəyi ilə izah etmişdir. Buna baxmayaraq iddiaçı 2021-cü ildə hüquqlarının pozulması ona aşkar olduqdan 2 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tikilinin sökülməsinin cavabdehin evinin düşən hissəsindəki tələbini sui-istifadə kimi qiymətləndirmiş və təmin edilməməsi qərarına gəlmişdir.

14. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehə məxsus olan 2 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşdiyindən, həmin ərazi ilə bağlı iddiaçının cavabdehdən kompensasiya almaq hüququ vardır.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88, 101.7, 103.1, 560.1, 560.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən iddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətləri vermişlər.

17. İddiaçının apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş olunmuşdur.

18. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, on un mübahisəli olan ərazidə torpağı olsa da, həmin ərazidə yaşamır, hər dəqiqə həmin əraziyə gəlib nəzarət eləmək imkanı yoxdur. Cavabdeh də bundan sui-istifadə edib tələm-tələsik evi tikib tamamlamışdır. Onun cavabdehin tikinti aparmasından xəbəri olduqda dəfələrlə ona xəbərdarlıq etmiş, etirazlarını bildimişdir. Cavabdeh əvvəlcə onunla razılaşacağını bildirsə də, sonradan onun əraziyə vaxtlı-vaxtında nəzarət edə bilmədiyindən istifadə edərək buna məhəl qoymayıb tikintini davam etdirmişdir. Ona görə də həmin tikili qanunsuzdur və cavabdehin öz hesabına da sökülməlidir. Həmçinin bildirmişdir ki, məhkəmə qətnamədə evin sökülməməsini, əvəzində onun cavabdehdən kompensasiya tələb etmək hüququnun olduğunun qeyd etsə də, kompensasiyanın məbləği müəyyən olunmamışdır. Bu isə hakimin hansısa maraql ara görə cavabdehin mənafeyini müdafiə etməsinin aşkar təzahürüdür. Əgər cavabdeh həmin evi tikməyə başlayanda onun bir hissəsinin iddiaçıya məxsus torpağa düşdüyünü bilməsəydi, bəlkə də, hakimin qərarı ilə razılaşardı. Ancaq cavabdeh bunu bilə-bilə etdiyindən və etirazlarına məhəl qoymadan tikilini başa çatdırdığından o, bunu öz şəxsiyyətinə qarşı təhqir kimi qəbul edir və həmin tikilinin onun torpağına düşən hissəsinin cavabdehin hesabına sökülərək ərazisindən çıxarılmasını tələb edir.

19. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaların a düzgün əməl etmədən qəbul edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi nüanslar tamamilə əsassızdır. Cavabdeh onun torpağını qanunsuz olaraq zəbt etməmişdir. Cavabdeh sözügedən torpaq sahəsini qanunvericiliyə uyğun olaraq əldə etmişdir. Cavabdeh həmin torpaq sahəsini qanunvericiliyə uyğun qaydada əldə etmişdir. Digər tərəfdən iddiaçı iddia edir ki, guya cavabdeh onun torpaq sahəsini zəbt edərək bina inşa etmiş və hasar çəkmişdir. İddia tamamilə əsassızdır. Cavabdeh 29 sentyabr 2015-ci il tarixli müqavilə ilə fərdi yaşayış evini "xxxx" MMC-dən satın almışdır. İddiaçının əldə etdiyi torpaq sahəsinin ilkin mülkiyyətçisi "xxxx" MMC olmuşdur. İddiaçı və cavabdeh "xxxx" MMC-yə məxsus torpaq sahələrini MMC-dən əldə etmişlər. "xxxx" MMC məhkəməyə 3-cü şəxs qismində cəlb edilsə də məhkəmə hər dəfə bildirişi yanlış ünvana göndərdiyindən MMC-nin iştirakı təmin edilməmişdir. Tərəfindən MMC ilə əlaqə saxlayaraq onları məlumatlandırmış və məhkəməyə doğru ünvana bildiriş göndərilməsini təklif etmişdir. "xxxx" MMC-nin nümayəndəsi məhkəmə prosesində iştirak edən gün nədənsə məhkəmə vaxtın olmaması ilə bağlı prosesi təxirə salmış, növbəti prosesdə nümayəndə başqa məhkəmə prosesi ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirsə də hakim işi yekunlaşdırmışdır. "xxxx" MMC-nin nümayəndəsi ilkin prosesə ümumi torpaq sahələrinin və onların bölgüsünü göstərərək torpaqların koordinatlarının üst-üstə düşməsinin qeyri-mümkün olduğunu, bunun yalnız texniki səhv ola biləcəyini, koordinatlarda sürüşmə səhvinin ola biləcəyini bildirmişdir. Göründüyü kimi iddiaçı həmin torpaq sahə sini 2014-cü ildə, cavabdeh isə 2015-ci ildə əldə etmişdir. İddiaçı torpaq sahəsini alanda fərdi yaşayış evi inşa edilmişdir. Tərəfin “Google map”dan çıxarılmış fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Əgər iddiaçı həmin torpaq sahəsinə daimi gedib gəlirdisə onun ən azından məlumatı olmalı idi ki, həmin fərdi yaşayış evi, yəni tikili orada əvvəlcədən mövcud idi. Lakin iddiaçı 2021-ci ildən bu barədə məlumatlı olduğunu qeyd etmişdir. Bu da həqiqəti əks etdirmir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-105/2025 nömrəli, 6 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Lalə Rəhimli) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsizki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Buna görə də qanunvericilikdə belə halda sərhədi pozulmuş qonşunun müəyyən pul kompensasiyası alması nəzərdə tutulmuşdur.

24. Məhkəmə kollegiyası iddiaçının apellya siya şikayətinə qiymət verərək, cavabdehə məxsus tikintisi başa çatmış evin iddiaçının torpağına düşən hissəsinin sökülməsi ilə bağlı tələbin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmişdir. Belə ki, iddiaçı mülkiyyətinə nəzarət etməli, mübahisəli ev onun torpaq sahəsinə düşən hissədə tikilərkən aparılan tikinti işinə etiraz etməli, dayandırılması mümkün olmadıqda isə aidiyyəti qurumlara və ya məhkəməyə müraciət edilməli idi. İddiaçının isə izahatına görə müəyyən edilir ki, o, aparılan tikinti işindən məlumatlı olmuş, tikintinin aparılmasına etiraz etmiş, lakin məhkəməyə tikinti başa çatdıqdan sonra müraciət etmişdir. Bunun əksi isə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 14, 146, 152.1, 152.5, 157.2, 157.4, 157.8, 172.3-cü Torpaq Məcəlləsinin 49, 84, 111.2, 111.3-cü və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 101, 103, 217.2, 384.0.1 və 402-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən İddiaçı (Vəkil2) və Cavabdeh (Vəkil1) kassasiya şikayətləri vermişlər.

27. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbimin tam təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

28. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandı rılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ancaq MMC-nin məhkəmə iclasında iştirakı təmin olunmalı və bir çox məsələlərə aydınlıq gətirilməli idi.

29. Bundan başqa məhkəmə kollegiyası qərarında göstərir ki, cavabdeh tərəfindən tikilən hasar və ev sonradan tikilmişdir ki, h əmin zaman iddiaçı tikintilərə etiraz etməli, mümkün olmadıqda isə məhkəməyə müraciət edilməli idi. İddiaçı tikililərdən xəbəri olmamasını bildirsə belə mülkiyyətində olan torpağa nəzarət etməli, onu yan təsirlərdən qorumalı idi. Cavabdeh tikinti işlərinə 2021-ci ildən başlamış, iddiaçı tikintidən məlumatlı olmuş, tikintiyə etiraz etmiş olsa da belə, qarşı tərəf buna razılıq verməmiş, bunu isə iddiaçı cavabdehlə razılığa gələ biləcəyi ilə izah etmişdir. Buna baxmayaraq iddiaçı 2021cü ildə hüquqlarının pozulması ona aşkar olduqdan 2 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tikilinin sökülməsinin cavabdehin evinə düşən hissəsindəki tələbini qanundan sui-istifadə kimi qiymətləndirmiş və təmin edilməməsi qərarına gəlmişdir.

30. Məhkəmənin iddianın qismən təmin olunmasına, evin sökülməməsi ilə bağlı fikirlərinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının mübahisəli olan ərazidə torpağı olsa da həmin ərazidə yaşamır, hər dəqiqə həmin əraziyə gəlib nəzarət eləmək imkanım yoxdur. Cavabdeh də bundan sui-istifadə edib tələsik evi tikib tamamlayıb. Həmin tikili qanunsuzdur və cavabdehin öz hesabına da sökülməlidir.

31. Həmçinin, məhkəmə qətnamədə evin sökülməməsini, əvəzində iddiaçının cavabdehdən kompensasiya tələb etmək hüququnun olduğunu qeyd etsə də, kompensasiyanın məbləği müəyyən olunmamışdır. Əgər cavabdeh həmin evi tikməyə başlayanda onun bir hissəsinin iddiaçıya məxsus torpağa düşdüyünü bilməsəydi bəlkə də həmin qətnamə ilə razılaşardı. Ancaq o bunu bilə-bilə etdiyindən və iddiaçın etirazlarına məhəl qoymadığından, tikilini başa çatdırdığından iddiaçı özünə qa rşı təhqir kimi qəbul edərək həmin tikilinin onun torpağına düşən hissəsinin cavabdehin hesabına sökülərək onun ərazisindən şıxarılmasını tələb edir.

32. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin mülkiyyətçi "xxxx" MMC-nin mövqeyini öyrənmədən, yerində baxış keçirmədən, ilkin qeydiyyat sənədlərini (X1 aid) Reyestr Xidmətindən tələb etmədən yekun nəticəyə gəlməklə cavabdehin mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etmişdir. Həmin qətnamə icra edilərsə cavabdehə məxsus hasar sökülməli və cavabdehin fərdi yaşayış evindən çıxışı (yolu) bağlanmalıdır. Cavabdeh faktiki o laraq öz evinə giribçıxa bilməyəcəkdir. Apellyasiya instansiyası məhkəməsi işi mahiyyəti üzrə araşdırmamış, qəbul edilmiş qətnamənin gələcəkdə yarada biləcək ciddi fəsadlarını görməmiş, işə yalnız qanunlardan sui-istifadə edən iddiaçının nöqteyi nəzərindən yanaşaraq yanlış qənaətə gəlmişdir.

34. Həmçinin, məhkəmə mübahisənin yaranmasını özündə əks etdirən ilkin sənəd məhkəmə tərəfindən əldə edilmədiyindən mübahisənin yaranma vaxtını və ya mübahisənin olub-olmamasının müəyyən edilməsini təmin etməmişdir. İlkin mülkiyyətçinin "xxxx" MMC olduğunu, iddiaçı və cavabdehə qeyd edilən mülkləri satan məhz MMC olduğunu nəzərə alaraq xüsusi qərardad çıxarılması və prokurorluğa göndərilməsi barədə cavabdehin vəsatətini təmin etməməklə mübahisənin mülki qaydada həll edilməməsi ilə yanaşı inzibati qayda da da araşdırılmasını təmin etməmişdir. İşi mübahisəli halda saxlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

35. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

37. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

38. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

39. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gə lməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

40. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müq avilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vas itəsilə tələb edə bilər.

45. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

46. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

47. Maddə

49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərə ncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

48. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

49. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

50. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

51. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların s ökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

63. Ma ddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kass asiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə qismən, cavabdeh tərəfindən isə iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, k assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Ple numunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını t am, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

71. Bu səbəbdən, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətiləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-105/2025 nömrəli, 6 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar