Məhkəmə qərarları › İş №2(102)-1270/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1270/2022

07.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1270/2022 07.04.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2021-ci il tarixli, 2(103)9915/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(003)-27/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bank "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlə t rüsumu alınaraq Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)-9915/21 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bununla belə, Cavabdeh Ali Məhkəməyə kassasiya şikayətindən imtina barədə ərizə göndərərək, kassasiya şikayətini geri götürdüyünü, həmin şikayət üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı bank da məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə aralarında razılıq əldə edildiyi üçün işin məhkəmədə baxılmasına ehtiyac qalmamışdır. Azərbaycan Respublikas ı MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Belə olan halda, Cavabdeh ərizəsi təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2021-ci il tarixli, 2(103)-9915/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasın da icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2021-ci il tarixli, 2(103)9915/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar