Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1272/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(105)-1631/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh və İddiaçı 30 yanvar 2007-ci il tarixdə nikaha daxil olmuş, nikahları Abşeron Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli arayışına əsasən, İddiaçı Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi ünvanında yerləşən sənədsiz fərdi yaşayış evində yaşayır. Qonşuların aktına əsasən, İddiaçı Cavabdeh ilə 1998-ci ildən 2020-ci il tarixə kimi bir yerdə yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 01 fevral 1996-ci il tarixində qeyrirəsmi nikaha daxil olmaqla evlənmişlər. Evləndikdən sonra cavabdehin atasına məxsus olan Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Şərif kəndində yerləşən evdə yaşamağa başlamışlar. 1997-ci il tarixdə iddiaçının atası X1 şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 0,6 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 0,3 ha qardaşının adına, 0,3 ha torpaq sahəsini isə iddiaçının adına almışdır. Torpaq sahəsinin rəsmi sənədi olmamışdır. İddiaçının atası həmin torpaq sahəsi ndə onlar üçün bir otaqlı ev tikdirmişdir. 1998-ci ildə iddiaçı həyat yoldaşı ilə birlikdə atasının tikdirdiyi fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. Birgə yaşadıqları dövrdə əlavə otaqlar tikdirərək evə birləşdirmişlər. Onların birgə nikahdan övladları olmamış, daha sonra süni mayalanma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Bunun üçün onların nikahlarının olması şərt olduğundan, 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Lakin süni mayalanmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu andan etibarən ailədə tez-tez ciddi problemlər yaranmağa başlamışdır. Sonuncu dəfə 2020-ci il tarixdə süni mayalandırma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Lakin təkrar süni mayalandırmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu da ailədə daha da ciddi problemlərin yaranma sına səbəb olmağa başlamış və cavabdeh onu evdən qovmuşdur. Odur ki, iddiaçı Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçürülməlidir.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz verərək qeyd etmişdir ki, o, iddiaçının mübahisələndirdiyi Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi 35 ünvanda faktiki yaşayır, qeydiyyatı isə Balakən rayonundadır. Cavabdeh 1992-1996-cı illərdə hərbi xidmətdə olmuş, xidməti başa vurduqdan sonra Bakı şəhərində qalmaq istədiyini bildiyi üçün, anası Bakıda yaşayan qohumları vasitəsi ilə 1995-ci ildə ona hədiyyə olaraq Xırdalan şəhəri, Quşçuluq yeni yaşayış massivində 3 sot sənədsiz torpaq alaraq hasarlamışdır. O, hərbi xidmətdən gəlib Bakıda qalaraq “Karmen” un fabrikində işləməyə başlamışd ır. Cavabdehin anasının kənddə böyük təsərrüfatı olmuş və anasının maddi köməkliyi ilə o, 3 otaqlı ev tikmişdir. İddia ərizəsində göstərilənlər yalandır. İddiaçının qardaşlarının evləri Quşçuluq y/m, 11-ci küçə, ev 125 ünvanında tikilmiş və hazırda iddiaçının hər 2 qardaşı həmin ünvanda yaşayır. Hətta o, ev tikdiyi müddəti iddiaçının ailəsinin həyətində kirayədə yaşamış və iddiaçını da oradan tanımışdır. Cavabdeh iddiaçı ilə görüşmək məqsədilə iddiaçının ailəsinin həyətindən köçərək Novxanıda ev kirayələmişdir. O, iddiaçının ailəsinin evində kirayə qaldıqda mərhum anası tez-tez gəlib ona baş çəkmiş, o vaxtdan da ailələri arasında yaxın münasibət yaranmışdır. Cavabdeh evini 1998-ci ildə tamamlamış, ora köçdükdən sonra iddiaçı onunla görüşməyə tez-tez gəlmiş, evini təmizləmiş, çox vaxt yeməy ini bişirmişdir. Onların münasibətlərindən xəbər tutduqdan sonra hər 2 tərəfin razılığı ilə onlar 2007-ci ildə evlənmiş, onların birgə nikahdan övladı olmamışdır. O, iddiaçını 2007-ci ildən 2020-ci ilə qədər tez-tez müalicə və müayinələrə aparmışdır. O, iddiaçıya inanmış və xəyanət edəcəyini heç vaxt təsəvvür etməmişdir. Onun min əzabla qazandığı pulu iddiaçı başqa şəxslərə xərcləmişdir. Süni mayalanma məqsədi ilə o, ilk dəfə 2017-ci ildə Mərkəzi Klinikaya 11000 manat, 2019-cu ildə “Ömür” klinikasına 6000 manat pul ödəmiş, sonuncu dəfə isə iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” də süni mayalanma əməliyyatı 2020-ci ildə olmuşdur. Bu əməliyyatı həyata keçirmək üçün o, bankdan kredit götürmüş və klinikaya 5500 manat ödəniş etməklə yanaşı, o səhər saat 08:00dan axşam saat 17:00-a qədər ac-susuz, h əyəcanla iddiaçının əməliyyatdan çıxmasını gözlədiyi vaxtda iddiaçı rahat şəkildə başqa şəxslərlə mesajlaşmışdır. 1996-ci ildə iddiaçının 19 yaşı olmuşdur. Necə ola bilərdi ki, iddiaçının ailəsi həmin yaşda qız övladını rəsmi nikah olmadan ərə versin? Bunlar absurd və yalandır. Onlar xəyanət üstündə ayrılmışlar. 2020-ci ilin 25 avqust tarixindən onlar rəsmi olaraq ayrılmışlar. İddiaçının köçmək istədiyi həmin fərdi yaşayış evinin isə heç bir sənədi yoxdur, özbaşına tikilidir. O, dəfələrlə evə mülkiyyət hüququnu təsdiq edən sənədi almaq istəmiş, lakin aidiyyəti orqanlar ona evin özbaşına tikili olduğunu və Mülki Məcəllənin 180.2ci maddəsinə əsasən, özbaşına tikili aparmış şəxsin mülkiyyət hüququ əldə edə bilmədiyini bildirmişlər.
6. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2 (012)-2519/2023 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, İddiaçı Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçı və cavabdehin faktiki nikah münasibətləri olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində tikilmiş, tərəflər həmin mübahisə predmeti olan evdə birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal iddiaçının izahatı ilə yanaşı iş materiallarında olan fotoşəkillərlə də öz təsdiqini tapmış və həmin halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hal-hazırda cavabdehin iddiaçını mübahisəli fərdi yaşayış evinə buraxmamasını məhkəmə cavabdehin hü quqdan sui-istifadə etməsi kimi qiymətləndirir və bu hal iddiaçının haqlı mənafeyinin pozulması ilə nəticələnir. Hazırkı halda mübahisəli fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci (1 və 3-cü bənd), 43-cü (1-ci bənd), Mülki Məcəllənin 164.1, 164.2, 560.3.4-cü maddələrinə, Avropa Məhkəməsinin “X9rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Resp ublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(105)-230/2024 nömrəli qətnaməsi ilə (hakim S.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və A.Süleymanova) apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təl əbinin təmin edilməsi, İddiaçı Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
11. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 164.1, 164.2, 560.3.4-cü maddələrinə istinad etmiş, bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmək əvəzinə, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir.
12. Belə ki, tərəflərin 2007-ci ildən rəsmi nikaha daxil olmaları, mübahisəli fərdi yaşayış evinə köçüb yaşamaları, bu nikahdan övladlarının olmaması və nikahlarının məhkəmə qətnaməsinə əsasən pozulması işin mübahisəsiz halıdır. Tərəflər arasında hüquq münasibəti 2009ci ilin oktyabrın 1-dən sonra yarandığından, hazırkı mübahisə Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
13. Apellyasiya kollegiyası Abşeron Rayon İcra Hakimiyyətinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli 4723 saylı arayışa və qonşuların aktına istinadən qeyd etmişdir ki, iddiaçının köçürülməsini arzuladığı fərdi yaşayış evi özbaşına tikili olsa da, sonuncu, həmin mənzildə 2007-ci ildən cavabdehlə ailə quraraq yaşamağa başlamış və həmin evi özü üçün yaşayış yeri hesab etmişdir. Lakin cavabdeh onu evdən qovmaqla faktiki olaraq mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia təmin edilməklə iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməlidir.
14. Apellyasiya in stansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü (1-ci hissə), Mənzil Məcəlləsinin 53-cü, Mülki Məcəllənin 180.1 və 180.2-ci, Mülki Prosessual Məcəllənin 217.2 və 386-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(102)-2402/2024 nömrəli qərarı ilə (hakim M.Əhmədovanın məruzəsi ilə, hakimlər Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli 2(105)-230/2024 saylı qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
17. Kassasiya kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etdiyi tarixlə həmin tarixə uyğun tətbiq edilmiş maddi hüquq norması arasında ziddiyyət vardır.
18. Belə ki, apellyasiya məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin 2007-ci ildən yarandığını qeyd etsə də, maddi hüquq norması kimi 2009-cu ildə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad etmişdir. Halbuki həm “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, həm də “Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarlarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra və 2009-cu il 1 oktyabrına qədər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinə uyğun həll edilməli olsa da, göründüyü kimi apellyasiya instansiyası məhkəməsi düzgün olmayan maddi normaya istinad etmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə apellyasiya məhkəm əsi cavabdehin qonşuluqda yaşayanların şahid qismində dindirilməsi ilə bağlı vəsatətini təmin etməmişdir. Halbuki, iş üçün əhəmiyyət kəsb məsələləri müəyyən etmək üçün həmin şahid ifadələri önəmlidir. Həmçinin iddiaçı cavabdehin onu evdən qovmaqla faktiki olaraq mənzildən istifadə hüququnu məhdudlaşdırmasına dair mötəbər dəlillərini məhkəməyə təqdim etməsə də, apellyasiya məhkəməsi bu dəlili əsaslı hesab etmişdir.
20. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 180.1, 180.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsi nin İ hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına istinad etmişdir. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(105)-1631/2024 nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər Z.Məmmədov və L.Rəhimli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(012)-2519/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla, onun yerləşdiyi torpaq sahəsinin də tərəflərə məxsus hər hansı bir hüquq müəyyənedici sənədi mövcud olmamışdır. Lakin, həmin e v iddiaçı və onun keçmiş ərinin sahibliyində və istifadəsində olmuşdur ki, iddiaçı hər hansı bir məhkəmə qərarı olmadan məcburi qaydada həmin evdən qanunsuz olaraq çıxarılmışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının ona etdiyi xəyanətləri bildikdən sonra onu evdən qovduğunu etiraf etmişdir. Hərçənd ki, cavabdeh iddiaçının mübahisəli mənzildə yaşamasını istəmədiyi və bunun mümkün olmadığını iddia etdiyi halda onun həmin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etməkdə haqlı hesab oluna bilərdi. Hər hansı bir təzyiq vasitəsi ilə şəxsin daimi yaşadığı evdən çıxarılması həmin şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan mənzil hüququnun pozulmasına səbəb olur.
23. Bundan başqa apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mü bahisəli evin bir hissəsi tərəflər rəsmi nikaha girməmişdən əvvəl, bir hissəsi isə nikaha girdikdən sonra, yəni 2007-ci il tarixdən sonra inşa edilmişdir. İşin bu halı hətta cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və mübahisəli evin ən yaxın qonşusu olan Şahid1 ifadəsi ilə də təsdiq edilmişdir. Cavabdeh 2007-ci il tarixinədək iddiaçı ilə ailə münasibətində olmadığını iddia etsə də, onun bu etirazı əsaslı olmamışdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı ilə 1996-cı ildən qeyri-rəsmi nikah münasibətlərində yaşamasında dair izahat vermişdir. İşin qeyd edilən halı məhkəməyə təqdim edilmiş fotoşəkillərlə və 2007-ci il tarixdən əvvələ aid tibb sənədləri də müəyyən edilməkdədir. Buna görə də, apell yasiya kollegiyası mübahisəli evin bir hissəsinin tərəflər nikaha daxil olmayanadək onların birgə səyi nəticəsində inşa edilməsi qənaətinə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yaşayış binasından istifadə və ya ümumilikdə mülkiyyət hüququ Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin, hazırkı iddiada mübahisələndirilən yaşayış evi özbaşına zəbt edilmiş torpaq sahəsində, özbaşına inşa edilmiş tikili olduğu üçün həmin evdən istifadə və ya mülkiyyət hüququ ilə bağlı məsələlər həmin Məcəllələrlə tənzimlənmir, bu münasibətləri tənzimləyən hüquq normaları da yoxdur. Bu əsasla isə mübahisəyə baxılmasından imtinaya yol verilmir. Belə ki, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qe yrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.
25. Məhkəmə kollegiyası qeyd edir ki, istər qanunun analogiyası, istərsə də hüququn analogiyası nəzərə alınmaqla iddiaçının mübahisəli evə köçürülmə ilə bağlı iddia tələbi əsaslı olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən mübahisəli evin inşası əsasən tərəflər nikah bağladıqdan sonra edilmişdir ki, ehtimal olunan və gözlənilən mülkiyyət hüququ baxımından iddiaçının da həmin əmlak üzərində birgə mülkiyyətdən irəli gələn hüquqları hüququ mövcud olur. Digər tərəfdən isə birgə nikah dövründə inşa edilmiş evin özbaşına tikili olmasına baxmayaraq, iddiaçının həmin evdən istifadəsinə məhdudiyyətin yaradılması ədalət və insaf tələblərinə də uyğun hesab edilmir.
26. Beləliklə, məhkəmə yarınmış hazırkı vəzi yyətdə belə nəticəyə gəlmişdir ki, şəxsin özbaşına tikiliyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, Mülki Məcəllənin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər daimi məskunlaşmış şəxsin köçürülməsinə qadağalar da müəyyən edilməmişdir. Tərəflərin izahatından və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan göründüyü kimi iddiaçı cavabdehlə birlikdə 1990-cı illərin sonlarından etibarən mübahisəli evdə yaşayaraq Konstitusiyada təsbit edilmiş öz mənzil hüququnu mübahisəli mənzildə gerçəkləşdirmişdir. Hazırkı vəziyyətdə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnun reallaşdırılmasının yeganə mənbəyi, həmin hüqu qun həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməsidir. İddiaçının daimi yaşadığı evdən məcburi qaydada müxtəlif təzyiq vasitəsi ilə çıxarılması həmin şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan mənzil hüququnun pozulmasına səbəb olmaqla yanaşı, iddianın təmin edilməsi ilə həmin pozuntunun aradan qaldırılması mümkündür.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 11.1, 11.2, 11.5, 180.1, 180.2, 180.4, 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci, Mülki Prosessual Məcəlləsinin 13.4, 13.5, 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
28. Cavabdeh kassasiya şikayəti ve rərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(105)-1631/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 11, 180-ci, Mülki Prosessual Məcəllənin 14, 77.1, 217-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.
30. Belə ki, iddiaçının məhkəmədə videogörüntü vasitəsilə verdiyi izahatında “evi hansı səbəbə tərk etməsi” sualına “ailə problemlərinə görə özüm tərk etmişəm, məni evdən qovan olmayıb” deyə cavab vermişdir. Cavabdehin iddiaçını evdən qovmadıgını, öz istəyi ilə evi tərk etdiyini bildirsə də, məhkəmə onun evdən qovulmaqla mənzildən istifadə hüququnu məhdud laşdırılması qənaətinə gəlmişdir. Belə olan halda, hansı “məcburi olaraq müxtəlif təzyiq vasitələrindən” söhbət gedə bilər. Məhkəmə yalnız iddiaçı və onun təqdim etdiyi şahidlərin həm ziddiyyətli, həm həqiqətə uyğun olmayan izahatlarına əsasən qənaətə gəlmiş, konkret olaraq nikahdan, yəni 2007-ci ildən sonra evin hansı hissəsinin inşa olunmasını göstərməmiş və ehtimallar üzərində iddiaçının mülkiyyət hüququnu tanıyaraq, onun həmin əmlak üzərində birgə mülkiyyətdən irəli gələn hüquqlarının mövcudluğu qənaətinə gəlmiş və inşa edilmiş evin özbaşına tikili olmasına baxmayaraq iddiaçının həmin evdən istifadəsinə məhdudiyyətin yaradılmasını ədalət və insaf (mənəviyyat) tələblərinə uyğun hesab etməmişdir. Qeyd olunan məsələdə qanunun analogiyası tətbiq edilməməlidir. Qeyd olunan mübahisəli mənzil dən iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı ilə cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə mülkiyyətçi ilə bağlanan, notarial qaydasında təsdiqlənən hər hansı yazılı razılaşma mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar tam qiymətləndirilməmişdir. Belə ki, qonşuluqda yaşayan və ailəni yaxından tanıyan şahidlərin dindirilməsinə dair vəsatət təmin edilsə də, əsas şahid X2 məhkəməyə gəlməsi təmin edilməmiş, halbuki iddiaçı özü torpağın məhz həmin Yaqut Süleymanovadan aldığını göstərmiş və iddiaçının torpağı məhz onun valideynləri tərəfindən alınıb-alınmaması faktını müəyyən etmək və notariusda iddiaçının mübahisəli mənzildə 199 8-ci il tarixdən yaşadığını təsdiq etməsi barədə ərizə verən şəxs kimi şahidin məhkəməyə gəlməsi təmin olunmalı idi. Mənzildə yalnız bir yaşayış otağı və 1 mətbəx var, digər otaqların pəncərəsi belə yoxdur, tikinti 1995-ci ildən aparılıb, o vaxtdan bəri heç bir əlavə işlər görülməmişdir. Kənar şəxsin, xüsusilə də münasibətləri gərgin olan bir şəxsin həmin mənzilə köçürülməsi və yaşaması real olaraq mümkün deyildir. Cavabdeh yeni ailə qurduğunu təsdiq edən 21 yanvar 2024-cü il tarixli nikah haqqında şəhadətnaməsini təqdim etsə də, məhkəmə tərəfindən iddiaçının cavabdehin arvadı ilə birlikdə mübahisəli mənzildə yaşaması, evin yaşamağa yararlı olan 1 otaq, 1 mətbəxdən ibarət və gərgin münasibətlərdə olduğu iddiaçının həmin mənzilə köçürülməsi mümkün saymışdır. İddiaçı öz izahatında guya 1995- 96-cı illərdə mübahisəli mənzildən qardaşının toy günü gəlin çıxmasını göstərmiş və təqdim etdiyi diskə məhkəmədə baxış keçirilərək məlum olmuşdur ki, həmin ev mübahisəli mənzil deyil, tamamilə başqasına məxsus bir evdir. Apellyasiya məhkəməsi qətnaməsində yalnız iddiaçı tərəfin təqdim etdiyi şahidlər, tikilinin yerləşdiyi torpağın onun qohumları tərəfindən alınması, tikilməsi və evləndikdən sonra evdə bəzi təmir işlərinin aparılması barədə verilən həqiqətə uyğun olmayan izahatlarına əsaslanmışdır.
31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
32. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
34. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəm əsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları hə min əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsasl andıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
40. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evinin özbaşına tikili olsa da, onun azı bir hissəsinin tərəflərin birgə təsərrüfat apardıqları zaman (həm rəsmi nikahdan əvvəl, həm də nikah zamanı), ümumi səyləri nəticəsində inşa olunması apellyasiya məhkəməsi tərəfindən müəyyən olunan haldır.
41. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsində özbaşına tikililərin inşa olunmasında əm əyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi təcrübəsi mövcuddur.
42. Bəllidir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan şəxsləri həmin tikiliyə köçürmək barədə qətnamə qəbul edə bilər.
43. Daha sonra, kassasiya kollegiyası izah edir ki, Konstitusiyanın 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köç ürülməyə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.
44. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan halların üçünün də mövcudluğu müəyyən olunmuşdur. 45. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.
46. Belə olan halda, Ali Qanunun 43-cü maddəsi mübahisəyə tətbiq edilməklə belə nəticəyə gəlmək olar ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin yaşayış sahəsində yaşadığı kimi, iddiaçının da orada yaşamaq hüququ vardır və cavabdehin buna qarşı etdiyi hərəkətlər qanunsuzdur.
47. Kassasiya şikayətinin digər dəlilləri əsassızdır. Belə ki, iddiaçının mübahisəli yaşayış sahəsində yaşamaq hüququ olduğu halda, onun həmin evdən hansı şəraitdə (cavab deh tərəfindən məcburi, yoxsa özünün könüllü) çıxması, cavabdehin yeni ailə qurması əhəmiyyət kəsb etmir.
48. Həmçinin, mübahisəli yaşayış sahəsi özbaşına tikili olaraq, hər hansı şəxsin, o cümlədən cavabdehin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, tərəflər arasında yaşayış sahəsindən istifadə ilə bağlı notariat qaydasında təsdiqlənmiş müqavilənin mövcud olmamasına və iddiaçının istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına dair kassasiya şikayətinin dəlili həmçinin qətnamənin ləğvi üçün əsas ola bilməz.
49. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun mü xtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(105)-1631/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edi