Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1276/2020 14.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X6 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, Cavabdeh1 və vəkili x oğlunun iştirakı ilə, İddiaçı QSC-nin nümayəndəsi və vəkili x oğlunun və Cavabdeh1, nümayəndəsi və vəkili X2 Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsindən ayrıayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 2(025)-744/2018 nömrəli, 25 oktyabr 2018- ci il tarixli (hakim V.N.Sadıqov) qətnaməsi ilə iddia qismən təmin edilərək, cаvаbdeh Cavabdeh1ndаn qətnаmənin icrа оlunduğu günə оlаn Аzərbаycаn mаnаtının məzənnəsi ilə hesаblаnmаqlа 31 mart 2015-ci il tаrixli 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 53.904,06 АBŞ dolları faiz və 50 ABŞ dolları cərimə, cəmi 166.606,23 ABŞ dolları və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.390,03 ABŞ dolları olmaqla, iki razılaşma üzrə ümumilikdə 170.996,26 (bir yüz yetmiş min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcu iddiаçı İddiaçıQapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmа аçıq hərrаcdаn sаtılmаqlа ipоtekа ilə yü klü edilmiş Hüquqlаrın Dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın Dövlət reyestrindən MH seriyаlı ******* nömrəli Çıxаrışа əsаsən (reyestr nömrəsi – **********99-06301; qeydiyyаt nömrəsi – 190701199; qeydiyyаt tаrixi – 27.03.2007-ci il) cаvаbdeh Cavabdeh1 məxsus xsaylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Hüquqlаrın Dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın Dövlət reyestrindən MA seriyаlı ******* nömrəli Çıxаrışа əsаsən (reyestr nömrəsi – **********80-10301; qeydiyyаt nömrəsi – **********; qeydiyyаt tаrixi – 30.12.2010-cu il) cаvаbdeh Cavabdeh1 məxsus Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, xsaylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 117.000 ( bir yüz on yeddi min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına 31 mart 2015-ci il tаrixli 007R********** nömrəli və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşmalаrı üzrə Cavabdeh1 оğlunun ümumilikdə 170.996,26 ABŞ dolları məbləğində kredit borcu, hаbelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulması, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılması, yаşаyış evinə tutmа yönəldikdən və о sаtıldıqdаn sоnrа bir аy ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 evi tərk etmədikləri hаldа, оnlаrın həmin evə istifаdə hüquqlаrı itirilmiş hesаb edilməsi və оnlаr həmin evdən məcburi qаydаdа çıxаrılmаqlа, ev bоşаldılаrаq аlıcıyа təhvil verilməsi, ipоtekа predmetinin qiymətləndirilməsinə görə 400 mаnаt xidmət hаqqı iddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutulаrаq «xxxx» MMC-yə ödənilməsi, iddiа qаlаn hissədə, о cümlədən cаvаbdeh Cavabdeh2nа аid hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi) E.Ş.Hüseynov və V.İ.Məlikov) x nömrəli, 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» QSC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edil məsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan xsaylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 117.000 (bir yüz on yeddi min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan xsaylı qeyri- yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 100.000 (bir yüz min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 80.000 (səksən min) manat həddində müəyyən edilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiаçı İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qаrşı kredit müqаviləsi üzrə bоrcun tutulması və ipоtekа predmetinə tutma yönəldilməsi tələbinə dаir iddia ərizəsi və iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 44.804,49 ABŞ dolları fаiz və 80.920,35 ABŞ dolları cərimə olmaqla, cəmi 238.377,01 ABŞ dolları məbləğində kredit borcu, 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 2.427,40 ABŞ dolları cərimə olmaqla, cəmi 6.767,43 A BŞ dolları məbləğində, hər iki kredit razılaşması üzrə cəmi 245.144,44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan xsaylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, xsaylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı QSC-nin nümayəndəsi və vəkili x oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan Qəbələ şəhəri, Heydər Əliyev küçəsi, 0,0106 ha torpaq sahəsində yerləşən 8 nömrəli 89.24 m2 ümumi 89.24 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, nümayəndəsi və vəkili X1 Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xah iş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili x oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyas ı işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qeyri-yaşayış binasına tutmanın yönəldikdən və o, satıldlqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində və əmlakların ilkin satış qiyməti müəyyən edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri qismən təmin edilməlidir. Az ərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilməd ən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhk əmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Müki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüq uqunun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İşdən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev küçəsi, 8 saylı qeyriyaşayış binasını kreditin təminatı kimi ipotekaya qoymuşdur. İddiaçının apellyasiya şikayətindən görünür ki, şikayətdə 1-ci instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində mübahisələndirilən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakın boşaldılması, alıcıya təhvil verilməsi hissəsinə heç bir münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və qeyrilərinin evi tərk etmədikləri halda onların hə min evə istifadə hüququnun itirilmiş hesab edilməsi və onların həmin evdən məcburi qeydiyyatdan çıxarılmaqla, ev boşaldılaraq alıcıya təhvil verilməsi və qeyri-yaşayış binasına münasibətdə tələbin təmin edilməməsi hissəsində qətnaməni dəyişdirilmədən saxlayarkən 2 oxşar məsələ üzrə birinci instansiyası məhkəməsinin fərqli nəticəyə gəlməsini nəzərə almamış, heç nə ilə əsaslandırmadan qətnaməni həmin hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Göstərilən Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduq da, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Qeyd olunan Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Adıçəkilən Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, birinci instansiyası məhkəməsində ekspert rəyi ilə Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının ilkin sаtış qiyməti 117.000 mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti isə 138.000 mana t müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində ekspertin rəyinə əsasən qeyri-yaşayış binası 100.000 mаnаt, fərdi yaşayış evinin qiyməti isə 80.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilib, müvafiq olaraq 100.000 və 80.000 manat müəyyən etmişdir. İşdən görünür ki, Cavabdeh1 apellyasiya məhkəməsinə vəsatət göndərərək əmlaklara qoyulan qiymətlə razı olmadığını göstərib əmlakların qiymətləndirilməsi üçün əlavə ekspertiza təyin edilməsini xahiş etmşdir. Cavabdeh1 tərəfindən göndərilən vəsatət ümumiyyətlə müzakirə olunmamışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baılarkən qanunvericiliyinin tələbi pozulmuşdur. Azərbaycan Res publikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilən əsasəlara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilib, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kasaasiya şikayətləri qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qeyri-yaşayış binasına tutmanın yönəldikdən və o, satıldlqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində və əmlakların ilkin satış qiyməti müəyyən edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1276/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1276/2020
14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver