Məhkəmə qərarları › İş №2(102)-1279/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1279/2022

01.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1279/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cayabo X5in Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9534/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cayabo X5in nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cayabo X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisini işə cəlb etməklə Cavabdeh qarşı «etibarnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu X2 tərəfindən təsdiqlənmiş iddiaçı X4 Cayabo tərəfindən Cavabdeh verilmiş AR-İ seriyalı 656921 saylı etibarnamənin etibarsız hesab edilməsi, satıcı X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən 3 saylı evin 8 nömrəli mənzilin 05.10.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Bakı şəhəri 14 saylı notariat kontorunda təs diqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsində alıcı kimi Cavabdeh adının qeyd edilməsi hissəsinin qismən etibarsız hesab edilməsi və onun həmin mənzilin alıcısı kimi tanınması, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi, ev 35, mənzil 8 üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.01.2018-ci il tarixdə 1105 nömrəli reyestr kitabının 10002 nömrəli vərəqində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cayabo X5 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kanada Respublikasının vətəndaşıdır. O, 2016-cı ildə Azərbaycan Respub likasına işgüzar səfər etmişr və hal-hazıradək burada fəaliyyət gəstərərək yaşayır. O, Cavabdeh ilə 2016-cı ilin sonlarında internet vasitəsilə sosial şəbəkədə tanış olmuşdur. Tanışlıqlarından sonra onlar arasında səmimi münasibət formalaşmağa başlamış və nəticədə birlikdə yaşamaq qərarı almışlar. O, 26 sentyabr 2018-ci il tarixdə Cavabdeh onu "xxxx" ASC-də və ya istənilən filialında təmsil etməsi, onun adına olan hesablar üzərində sərəncam verməsi barədə AR-İ N° 656921 reyestr nömrəli etibarnaməni 29 saylı notariat kontorunda təsdiqləmişdir. Onun xarici vətəndaş olmasına və Azərbaycan dilini bilməməsinə baxmayaraq, etibarnamə rəsmiləşdiriləndə notarius onu tərcüməçi ilə təmin etməmiş, etibarnamənin mətni onun üçün tərcümə olunmamışdır. Həmin etibarnamənin əsl mətni yalnız Bakı şəhəri Nəsi mi rayon Məhkəməsinin 2(006)-822/2021 saylı 08 fevral 2021-ci il tarixli qətnaməsini aldıqda ona məlum olmuşdur. Belə ki, vəkili qətnamənin məzmununu müvəkkilinə izah etdikdə məhkəmənin etibarnamə ilə bağlı gətirdiyi əsaslandırmanı müvəkkilinə izah etmişdir. O, qeyd edilən etibarnaməni cavabdehə verərkən cavabdehə onun bank hesabından pulun çıxarılmasını etibar etmək niyyətində olmuşdur. Lakin o, həmin pullara sərəncam verilməsini cavabdehə etibar etmək niyyətində olmamışdır. Cavabdeh onun Azərbaycan dilini (notariat hərəkətin aparıldığı dili) bilməməsindən sui-istifadə edərək, onu aldatmışdır və etibarnamənin mətninə onun iradəsini əks etdirməyən səlahiyyətləri daxil etmişdir. Belə ki, etibarnamənin məzmunu aşağıdakıdan ibarətdir: "Məni, "xxxx" Bank ASC-də və ya istənilən filialında təmsi l etməyi, mənim adıma olan hesablar üzərində sərəncam verməyi etibar edirəm. Bu etibarnamə ilə nəzərdə tutulan hüququn həyata keçirilməsi üçün etibarnamə alana aşağıdakı səlahiyyətlər verilir: yeni cari hesabının, yeni kart hesabının açılması, hesaba (hesablara) nağd pul vəsaitini mədaxil etmək, göstərilən hesabdan (hesablardan) nağd pul vəsaitini (həm əsas məbləği, həm də faizləri) çıxarmaq, göstərilən hesabdakı pul vəsaitini digər hesaba (və ya hesablara) köçürmək, göstərilən hesaba sərəncam verilməsi ilə bağlı zəruri sənədləri (yeni plastik kartını almağı, müqavilələri, ödəniş tapşırıqlarını, çekləri və s.) imzalamaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər zəruri hüquqi əhəmiyyətli hərəkətləri etmək.” Onun iradəsi yalnız cavabdehə pul vəsaitini hesaba mədaxil etmək və hesabdan çıxarmaqla bağlı səlahiyyətrin cavabdehə verilməsinə yönəlmişdir. Lakin o, həmin pul vəsaitlərinə sərəncam vermək hüququnu cavabdehə etibar etmək niyyətində olmamışdır. Cavabdeh və notarius ondan xəbərsiz həmin səlahiyyətləri qanunsuz olaraq etibarnaməyə daxil etmişlər. Onun bankda təmsil etməklə bağlı məhdud dairədə səlahiyyətlərin cavabdehə etibar edilməsinin səbəbi ondan ibarət olmuşdur ki, onun üzərində 27.09.2018-ci il tarixdə “City hospital” şəhər xəstəxanasında hər iki baldır sümüklərində İlizarov üsulu rekonstruktiv cərrahi əməliyyatı hər iki qamış sümüklərinin osteotomiyasi və ilizarov apparatlarda fiksasiya cərrahi əməliyyatı aparılmışdır. “City hospital" şəhər xəstəxanasının 01.10.2018-ci il tarixli epikrizindən görünür ki, 27.09.2018-ci il tarixdə o, həmin xəstəxana da qeyd edilən cərrahi əməliyyat keçirmişdir. 01.10.2018-ci il tarixdə o, kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır və ambulator müalicənin müddəti 12 ay müəyyən edilmişdir. Onun baldır sümüklərinə bərkidilmiş İlizarov aparatları ilə küçəyə çıxması, banka getməsi böyük çətinlik yaradırdı. Bu əməliyyatın keçirilməsini o, qabaqcadan planlaşdırmışdı. Məhs bu səbəbdən həmin cərrahi əməliyyatından bir gün əvvəl 26.09.2018-ci il tarixdə 29 saylı notariat kontoruna gedərək orada etibarnaməni imzalamışdır. Cavabdeh onunla olan səmimi münasibətlərdən istifadə edərək, 04 oktyabr 2018-ci il tarixində AR-İ N° 656921 reyestr nömrəli 26 sentyabr 2018-ci il tarixli etibarnamə əsasında ona məxsus olan bank hesabından 10.506 ABŞ dolları, 10.000 AZN və 23.661 ABŞ dolları olmaqla, cəmi 68.000 manat m əbləğində pulu çıxarmışdır. Cavabdeh ona verilmiş etibarnamədən sui-istifadə edərək bank hesabından çıxarılan pulları gətirib ona təhvil vermək əvəzinə 05 oktyabr 2018-ci il tarixində həmin pulların hesabına ünvan 1 ünvanında yerləşən mənzili öz adına almışdır və bu yol ilə onun pul vəsaitini mənimsəmişdir. Həmin mənzil üzərində cavabdehin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 18 oktyabr 2018- ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmışdır. O, bununla bağlı cavabdehə irad tutanda cavabdeh bu hərəkətini xaricə getmək üçün özünə və anasına viza almaq məqsədilə etdiyini bildirmişdir. Cavabdeh bildirmişdir ki, həmin mənzilin üzərində mülkiyyət hüququnun ona məxsus olması onun üçün xarici ölkələrin (ABŞ, Kanada) konsulluqlarından vizaların alınmasını asanlaşdıracaq. Cavabdeh ona vədlər verirdi ki, vizaları aldıqdan sonra öz adına rəsmiləşdirdiyi mənzili onun adına keçirəcək. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14.07.2021-ci il tarixli, e-2(006)-3857/2021 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işdə olan Whatsapp yazışmalarından görünür ki, cavabdeh iddiaçıya məxsus bank hesabından 68000 manat pul vəsaitini çıxaracağı və mənzil almaq üçün notariusa gedəcəyi barədə iddiaçıya məlumat vermiş, iddiaçı cavabında “Əla” cavabını vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı, onu "xxxx" Bank ASC-də və ya istənilən filialında təms il etməyi, onun adına olan hesablar üzərində sərəncam verməyi cavabdehə etibar edərək, cavabdehin adına 26.09.2018-ci il tarixli 656921 saylı Etibarnamə vermişdir. Cavabdeh etibarnamə əsasında iddiaçının "xxxx" açıq səhmdar cəmiyyətində olan bank hesablarından 04.10.2018-ci il tarixdə 10.506 ABŞ doları, 10.000 manat və 23.661 ABŞ dolları məbləğlərində pul vəsaiti çıxarmışdır. Həmin pul vəsaiti hesabına cavabdeh ünvan 2 ünvanda yerləşən mənzili almışdır. Qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin əsası kimi istinad olunan 26.09.2018-ci il tarixli 656921 saylı Etibarnaməni iddiaçı cavabdehə verməklə etibarnamənin mətni ilə razı olduğunu ingilis dilində öz xətti ilə “AGREED ” sözü ilə təsdiq etmiş və imzalamışdır. Həmçinin iddiaçının bank hesabından çıxarılacaq pul vəsaitlərinə sərəncam vermək səlahiyyətinin cavabdehə verməsi, cavabdehin həmin pul vəsaiti ilə mənzil alacağı və bunlardan məlumatlı olması Whatsapp yazışmaları ilə də təsdiq olunur. Eyni zamanda, məhkəmə iddiaçının dili bilməməsi, etibarnamədəki səlahiyyətlər barədə iddiaçıya tərcümə olunmaqla məlumat verilməməsi və bu barədə etibarnamədə hər hansı qeydin olmaması barədə dəlillərini iş materiallarına əsasən əsassız hesab edir. Belə ki, iddiaçı hazırki iş üzrə onun nümayəndəsi və vəkili qismində çıxış edən Nümayəndə adına verdiyi AR-İİ seriyalı 277896 saylı etibarnaməsində də tərcümə olunması barədə hər hansı qeyd göstərilməmiş və həmçinin tərcüməçinin məcburi olması barədə qanunvericilikdə impera tiv normanın olmasıda müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə göstərilən dəlillə bağlı qeyd edir ki, notariat fəaliyyəti üzrə kargüzarlığın dilinin aparılması qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulmuşdur ki, həmin maddədə kargüzarlığın aparıldığı dili bilmədiyi təqdirdə müraciət etmiş şəxsin xahişi əsasında notariusun arzu edilən dildə tərtib etməyi və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsi nəzərdə tutulmuşdur. Yəni kargüzarlığın aparıldığı dili bilməyən şəxs üçün etibarnaməni onun bildiyi dildə tərtib edilməsi və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsi notarius üçün məcburi deyildir. Bundan əlavə, məhkəmə tədqiqatı zamanı etibarnamənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı eti barnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, nümayəndəlik institunun prinsipinə uyğun olaraq verilən etibarnamə üzrə etibar edilən özünün mənafeyi üçün əqd bağlaya bilməz. Verilən izahatlara və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçının vermiş olduğu etibarnamədə bankdakı pullara dair sərəncam verilməsi səlahiyyəti nəzərə tutulmuşdur. Götürülmüş vəsaitin etibar edilənin mülkiyyətinə verilməsi isə etibarnamə əsasında deyil qanunvericilikdə müəyyən edilmiş əqd əsasında ( alqı-satqı, bağışlama və s) həyata keçirilə bilərdiki bununlada bağlı əqd bağlanmamışdır. Odur ki, iddiaçının ümumi qaydada cavabdehə qarşı əsassız varlanma tələbi ilə məhkəməy ə müraciət etmək hüququ mövcuddur. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissələri etibarnamənin etibarsız hesab edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi digər hissələrdə də yəni 05.10.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsində alıcı kimi Cavabdeh adının qeyd edilməsi hissəsinin qismən etibarsız hesab edilməsi və iddiaçı X5 Cayabonun həmin mənzilin alıcısı kimi tanınması, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi, ev 35, mənzil 8 üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ə MDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.01.2018-ci il tarixdə 1105 nömrəli reyestr kitabının 10002 nömrəli vərəqində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi hissəsində prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan əsassız hesab olunmaqla təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün iddiaçının müqavilə tərəfi olmadığından həmin müqavilənində etibarsız hesab edilməsi üçün məhkəmədə subyektiv hüququ da mövcud deyildir və həmin müqavilə iddiaçının heç bir hüquqlarını pozmamışdır. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddiaçı Cayabo X5in Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası təmin edil məməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı Cayabo X5in nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 19.10.2021-ci il tarixli, 2(103)-9534/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, e-2(006)-3857/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normasının tələblərini nəzərə alaıb iddiaçı Cayabo X5inin nümayəndəsi və vəkili Nümayəndə apеlyasiya şikayətinin mübahisələndirilən etibarnamədə cavabdehə pullara sərəncam vermək hüququnun nəzərdə tut ulmadığını, etibarnamədə hesaba sərəncam verilməsi ilə bağlı müəyyən sənədlərin imzalanması səlahiyyəti nəzərdə tutulduğunu, cavabdehin bu etibarnaməyə əsaslanaraq yalnız iddiaçının bank hesabındakı pulları hansısa başqa hesaba köçürə bilməsi, cavabdehə hesabdan çıxardığı pullara öz mülahizəsinə görə sərəncam verməsi barədə səlahiyyət etibarnamədə nəzərdə tutulmadığı barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məs bu halları, yəni etibarnamədə cavabdehə hesabdan çıxardığı pullara sərəncam verməsinə dair səlahiyyətin qadağan olunmasını təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbu ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının verdiyi etibarnamə əsasında cavabdeh iddiaçının"xxxx" ASC-də mövcud olan hesabından pul vəsaiti məxaric etməsi və həmin pul vəsaiti ilə cavabdehin mənzil alması barədə iddiaçı nəinki məlumatlı olmuş, həmdə həmin mənzilə köçüb cavabdehlə birgə həmin mənzildə uzun müddət yaşamış, lakin həmin müddətdə bunu mübahisələndirməmiş, yalnız cavabdehlə münasibətləri pisləşdikdən sonra hazırki iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinin tətbiq edilməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.7-ci maddəsi nə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Qeyd edilən maddi hüquq normasını hazırki mübahisəyə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, iddiacı cavabdehə etibarnamə verərkən yanılmanı təsdiq edən halları sübuta yetirə bilməmiş və onun dəlilləri işin yuxarıda qeyd olunan halları ilə təkzib olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 346, 347-ci maddələrinin (əqdin etibarsızlığı) tətbiqi üçün də qanuni və faktiki əsaslar mövcud olmadığından apelyasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Eyni zamanda məhkəmə ko llegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Cayabo X5in nümayəndəsi və vəkili Nümayəndə kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əssında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Notariat haqqında” Qanunun 13-cü maddəsində həmin maddədə kargüzarlığın aparıldığı bilmə diyi təqdirdə müraciət etmiş şəxsin xahişi ilə notariusun sənədi arzu edilən dildə tərtib etməyi və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsi nəzərdə tutulmuşdur. Etibarnamənin tərcümə edilməməsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Cavabdeh iddiaçını aldadaraq etibar etmək niyyətində olmadığı qeyd edilən etibarnamənin iddiaçı tərəfindən imzalanmasına nail olmuşdur. Cavabdeh iddiaçı ilə yaranmış səmimi münasibətlərindən sui-istifadə etmiş, iddiaçının bankda olan pul vəsaitini götürüb iddiaçının adına daşınmaz əmlak almaq əvəzinə, tərəflər arasında olan razılaşmaya zidd olaraq həmin mənzili öz adına almışdır. İş materialları apelyasiya məhkəməsi tərəfindən tam və obyektiv araşdırılmamışdır. Etibarnamədə pullara sərəncam verilmək səlahiyyəti nəzərdə tutulmamışd ır. Məhkəmə kollegiyası tərəfindən bu hüquq pozuntusuna düzgün hüquqi qiymət verilməmişdir. Etibarnamədə ingilis dilində “AGREED” (razıyam) ifadəsi yazılmışdır. Bu fakt təsdiq edir ki, iddiaçı Azərbaycan dilini bilmir. Əgər bilsə idi, Azərbaycan dilində razıyam yazardı. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfində n imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı iddia tələbində və apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətini də mənafeyini müdafiə etdiyi şəxsin cavabdeh tərəfindən etibarından sui-istfadə edilərək aldadılması, etibarnamədə iddiaçının iradəsini ifadə etməyən səlahiyyətlərin müəyyən edilməsi, etibarnamənin məzmununun iddiaçı üçün tərcümə edilməməsi ilə əsaslandırmağa çalışsa da, qanunvericilikdə notarius tərəfindən kargüzarlıq dilini bilməyən şəxs üçün tərcüməçi təyin edilməsi məcburi öhdəlik kimi deyil, yalnız dili bilməyən şəxsin müraciəti əsasında mümkün olması halı göstərilmişdir ki, iddiaçının da belə bir müraciətinin olması müəyyən edilməmiş, əksinə onun ingilis dilində etibarnamənin məzmunu ilə razı olmasına dair etibarnamədə qeyd etməsi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında tərəflər arasında yazışmaların mətnləri mövcuddur ki, həmin yazışma mətnlərindən də məlum olur ki, cavabdeh iddiaçıya onun hesabından pul vəsaiti götürəcəyini, özünə ev almağa gedəcəyini, əlavə xərcləri də bildirmiş, iddiaçı isə cavabdehin bu ifadələrinə qarşılıq öz razılığını bildirmişdir. Buradan da aydın olur ki, iddiaçının nümayəndəsi iddiaçı tərəfindən cavabdehə pullarına dair sərəncamı verməyi nəzərdə tutmadığını bildirsə də, faktiki olaraq iddiaçı eti barnamə üzrə səlahiyyətlər barədə agah olduğu üçün cavabdehin pulu onun hesabından götürüb özünə mənzil almasına razılıq vermiş, bu halın mümkün olmayacağını və ya onun üçün nəsə tərəddüd yaradacaq halı və ya iradını cavabdehə bildirməmişdir. Onu da qeyd etmək lazımdır ki, həmçinin işin halları ilə o da müəyyən olunur ki, iddiaçı ilə cavabdeh həmin mənzildə bir müddət birgə yaşamışlar. Əgər mənzil cavabdehin adına satın alınıb sonradan iddiaçının adına keçirilməli idisə, iddiaçı alqı-satqıdan sonra bu halı cavabdehdən tələb edə bilərdi ki, bu halın baş verməsi də iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya yoxlaması nəticəsində iddiaçının aldadılması və ya vacib əhəmiyyətli yanılmaya məruz qalması il ə əlaqədar hal müəyyən olunmadığına və hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyinə görə kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cayabo X5in nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9534/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar