Məhkəmə qərarları › İş №2(102)-128/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-128/2020

23.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-128/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən “xxxx” Mənzil Tikinti Kooperativinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi ilə (iş № 2(011)-1347/2018, hakim N.Ə.Misirzadə) iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cava bdehlər X8, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə qarşı iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən, sahəsi 4,73221 ha olan torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına – cavabdehlər tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, həmin torpaq sahəsi hüdudları daxilində avtoduracaq kimi istifadə olunan ərazinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən boşaldılması, həmin ərazidə yerləşdirilmiş bütün növ nəqliyyat vasitələrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin hesabına məcburi olaraq çıxarılması, həmin torpaq sahəsi hüdudları daxilində X8 tərəfindən istifadə edilən yeməkxana (kafe), qaraj, mətbə x və köməkçi tikililərin X4 hesabına sökülməsi, Sübhan Zayıdovun əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 həmin torpaq sahəsi hüdudları daxilində özbaşına olaraq inşa etdikləri tikilidən - yaşayış evindən məcburi olaraq çıxarılması və özbaşına tikilinin sökülməsi, həmin torpaq sahəsi və üzərindəki ümumi sahəsi 202,0 kv.metr olan əmlak kompleksinin boşaldılaraq “xxxx” MTK-ya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7031/2018, hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev və H.Ü.Həmidov) Cavabdeh3 Əyyuv qızı və X4 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhk əməsi Mülki Kollegiyasının xx xxx 2019-cu qərarı ilə (iş № 2(102)-3370/2019, hakimlər Ə.Ə.Əliyev, A.K.Kalbalıyev və V.Ə.İbayev) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9746/2019, hakimlər A.N.İmanov, İ.K.Xəlilov və V.N.Sadıqov) Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilmiş, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilmiş, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin qismən, iddia t ələbinin Cavabdeh2 aid hissədə ləğv edilib, iddianın həmin hissədə də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları: xx xxxx 2017-ci il tarixdə “xxxx” Mənzil Tikinti Kooperativi iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134 “C” ünvanında yerləşən 4,73221 ha. torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına Azərbaycan Respublikası DİN BDYPİ, X8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X7 tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması və həmin torpaq sahəsi hüdudları daxilində avtoduracaq kimi istifadə olunan ərazinin cavabdeh BDYPİ tərəfindən boşaldılması, həmin ərazidə yerləşdirilmiş bütün növ nəqliyyat vasitələrinin cavabdeh BDYPİ-nin hesabına məcburi olaraq çıxarılması; həmin torpaq sahəsi hüdudları daxilində cavabdeh Sübhan Zayıdov tərəfindən istifadə edilən yeməkxana (kafe), qaraj, mətbəx və köməkçi tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması; Cavabdeh3 və onun övladları iş üzrə digər cavabdehlərin həmin torpaq sahəsi hüdudları daxilində özbaşına olaraq inşa etdikləri tikilidən – yaşayış evindən məcburi olaraq çıxarılması, özbaşına tikilinin sökülməsi, həmin torpaq sahəsinin və torpaq sahəsindəki ümumi sahəsi 202,0 kv.metr olan əmlak kompleksi kimi müəssisənin boşaldılaraq MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə ak tları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. “xxxx” ASC ilə Sübhan Zayıdov arasında xx.xx.2007-ci il tarixdə notariat qaydasında da təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə cavabdehin mübahisəli torpaq sahəsinə hüququnun yaranması barədə gəlinən nəticə əsassızdır. Bu halda həmin müqavilə bağlandıqdan sonra keçən müddət ərzində Sübhan Zayıdovun həmin ərazidən istifadə edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. ünvan ünvanda yerləşən və sahəsi 202,0 kvm olan əmlak kompleksi ilkin olaraq X9 Komitəsi tərəfindən Akif Baxşiyevə icarəyə verilmiş və bu barədə onların arasınd a xx.xx.2014-cü il tarixli 6496 saylı icarə müqaviləsi bağlanmış, xx.xx.2014-cü il tarixdə isə onlar arasında icarəyə verilmiş əmlakın alqı-satqısına dair 5363 saylı müqavilə bağlanmışdır. Müqavilədə əmlak kompleksinin dəyəri 47.992 manat göstərilmişdir. Akif Baxşıyevin əmlak kompleksi üzərində hüquqları xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda əmlak kompleksinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsinin 0.02368 ha olmaqla dövlət mülkiyyətində olduğu qeyd edilmişdir. Lakin xx.xx.2014-cü il tarixdə X9 Komitəsi həmin ünvanda yerləşən 47322.1 kvm torpaq sahəsini Əmlak kompleksinin istifadəsində olan torpaq sahəsi kimi Akif Baxşıyevə satmış və bu barədə onların arasında göstərilən tarixdə 5068 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilədə torpaq sahəsinin 321.790 manata satıldığı qeyd olunmuşdur. xx.xx.2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Akif Baxşıyev mülkiyyətində 4.73221 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 202,0 kvm qeyri-yaşayış sahəsini 400.000 manata Ramil Alışova satmış, Ramil Alışov isə mülkiyyət hüququ qeydə alındıqdan sonra həmin torpaq sahəsini və qeyriyaşayış sahəsini xx.xx.2015- ci ildə eyni qiymətə “xxxx” MTK-ya satmışdır. “xxxx” MTK-nın qeyd olunan torpaq sahəsi və əmlak kompleksi üzərində mülkiyyət hüququ xx.xx.2015- ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda həmin MTK-nın mülkiyyətindədir. MTK-nın təsis sənədlərindən görünür ki, MTK (əvvəlki adı "X12" MTK) xx xxx 2013-cü il tarixdə təsis edilmişdir; Akif Baxşıyev MTK-dakı 20 faiz payın sahibidir. Eyni zamanda iş materiallarından görünür ki, Cavabdeh2 və Bakı "xxxx" ASC arasında xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağındakı ətrafı daşla hasarlanmış qeyri-yaşayış sahəsi - Xammal bazası üzrə əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə Əmlakın İnventarlaşdırılması Bürosunun verdiyi xx.xx.2004-cü il tarixli Texniki pasporta əsasən Bakı "xxxx" ASC-nin istifadəsində olan Xammal bazasındakı bina və qurğular Cavabdeh2 62.000.000 manat müqabilində satılmışdır. Digər tərəfdən, mübahisəli ünvanda Kəlbəcər rayonundan məcburi köçkün olan Cavabdeh3 ailə üzvləri ilə birlikdə 1998-ci il tarixdə inşa etdiyi evdə yaşamaqdadır. İddiaçı MTK mübahisəli torpaq sahəsinin ona məxsus olduğuna, lakin cavabdeh fiziki şəxslərin həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etdiklərinə və orada özbaşına tikililər inşa etdiklərinə istinad edərək hazırkı iddia tələblərini irəli sürmüşdür. Cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi əvvəlcə Bakı “xxxx” ASC-nin istifadəsində olmuş və Əmlakın İnventarlaşdırılması Bürosunun verdiyi xx.xx.2004-cü il tarixli Texniki pasport əsasında Bakı "xxxx" ASC həmin sahəni ona satmışdır. Cavabdeh2 bununla bağlı notariat qaydasında təsdiqlənmiş xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsini təqdim etmişdir. Həmin müqavilənin məzmunundan da görünür ki, Bakı "xxxx" ASC istifadəsində olan Xətai rayonu, Zığ şossesinin sağındakı 46814,3 kv.m torpaq sahəsi üzərində yerləşən Xammal bazasındakı bin a və qurğuları: 33,9 kv. “A” tikilisi, 17,8 kv.m “B” tikilisi; 5,6 kv.m “C” tikilisi, 328,8 p.m dəmir yolu xətti, 1 ədəd metal darvazanı, 991,75 p.m daş hasarı və 1 ədəd daşdoğrayan qurğu nəğdedici ilə birlikdə Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, alqı-satqı müqaviləsi alıcı və satıcının qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla hər iki tərəf üçün hüquq və vəzifələr yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka hüququn əmələ gəlməsi əsaslarını müəyyən edən 146-cı maddəsinin tələblərinə görə daşınmaz əmlaka sahiblik və ist ifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Notarial qaydada təsdiqlənmiş həmin müqavilə əsasında müqavilə bağlandığı vaxtdan həmin əmlak Cavabdeh2 istifadəsinə və sahibliyinə verilmiş, keçən müddət ərzində sonuncunun istifadəsində və sahibliyindədir. Deməli, Sübhan Zayıdovun qeyd edilən torpaq sahəsinə dair heç bir hüququnun olmamasına əsaslanan iddia tələbi özü-özlüyündə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu halda, apellyasiya məhkəməsi X5 aid hissədə iddianı rədd etməklə qanunvericiliyin tələbləri baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar