Məhkəmə qərarları › İş №2(102)-1282/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1282/2025

22.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1282/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Ağamməd qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, mülkiyyətin ədalətli kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Ağamməd qızına qarşı kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5472/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qə tnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli, 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. 2. 26.09.2023-cü il tarixli obyektlərin tikintisinə icazələrə əsasən həmin ünvanda 1, 2, 4, 5, 6, 7, 8, 9, 10 saylı yaşayış binasının, 56 və 57 saylı həyətyanı dayanacağın tikintisinə icazə verilmişdir. Həmin sahədə Cavabdeh Ağamməd qızına məxsus olan M-113 (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) saylı tikinti yerləşmişdir.

3. Tərəflər arasında bağlanmış 179 saylı akta əsasən həmin tikintinin ümumi sahəsi 73,93 kv.m (otaq 1 – 18,75 kv.m., mətbəx – 19,22 kv.m., dəhliz 2,47 kv.m, otaq 2 -16,24 kv.m, hamam-tualet - 4,58 kv.m, köməkçi dam – 12,67 kv.m.) təşkil etmişdir.

4. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən vətəndaş Cavabdeh Ağamməd qızının müraciəti əsasında (ona məxsus tikintinin "xxxx" ASC tərəfindən sökülməsi ilə bağlı) toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC Cavabdeh Ağamməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən cavabdehə 37000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-q ərb hissəsi) Cavabdeh Ağamməd qızına məxsus özbaşına tikili mövcuddur. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və ərazidə yerləşən tikililərin sahiblərinə müraciət edilmiş, nəticədə müəyyən edilmişdir ki, həmin tikililər özbaşına tikili olmaqla tam yararsız və qəzalı vəziyyətdədirlər. "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikililərin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələri özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılmas ı, "xxxx" ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozmuş və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş sərəncamın icrasına mane olmuşdur. Cavabdehin qanunsuz tikililəri maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozmuş və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaratmışdır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurmuş və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidmişdir. "xxxx" ASC sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər etmiş, lakin cavabdeh həmin təklifdən imtina etmiş və nəticədə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.

7. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1998ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X9 sahili, 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixə Cavabdeh sözügedən ünvanda mənzil toxunulmazlığı və mülkiyyət hüquqularının pozulmasına dair heç bir problem yaşamamışdır. Lakin xx.xx.2023-cü il tarixdən başlayaraq "xxxx" MMC tərəfindən Cavabdeh yaşadığı həyət evini ona xəbər etmədən, Cavabdeh ilə heç bir rəsmi razılıq olmadan sökmüş, həyətin hasarlarını dağıtmış, həyətyanı sahələrdə olan ağacları qanunsuz olaraq məhv etmişlər (söküntüdən qabaq olan şəkillər və videolar ərizəyə əlavə edilir). Bununla bağlı "xxxx" ASC-nin rəhbərliyinə müraciət etdikdə onlar vurulmuş ziyanı Cavabdeh ödəyəcəklərini söyləmişlər. Bundan başqa ərizəyə əlavə etdiyi videoçəkilişlərdə görünmüşdür ki, "xxxx" MMC tərəfindən tikinti işləri aparılarkən fəhlələr təhlükəsizlik qaydalarına riayət etməmişlər. Həyət evini giriş hissəsi, binanın kommunal xətləri, binanın ətraf hissələri qanunsuz olaraq yerlə yeksan edilmişdir. Sözügedən fərdi yaşayış evinə dair Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsin tərəfindən 22 fevral 2003-cü il tarixdə fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat tərtib edilmişdir. Hesabatda fərdi yaşayış evi barədə torpaq sahəsinin şərhi, əsas tikinti barədə məlumat, əsas tikintinin texniki təsviri, əsas tikilinin otaqlarının təyinat, təsdiq edilmiş eskiz layihə, torpaq sahəsinin planı, əsas tikilinin, əlavə tikinti və qurğuların qiymətlənd irilməsi cədvəli ətraflı olaraq qeyd edilmişdir. "xxxx" ASC fərdi yaşayış evi və həyətyanı ərazini sökərkən Cavabdeh ilə heç bir razılıq olmamış, rəsmi müqavilə bağlamadan addım atmışdır. "xxxx" ASC əməkdaşları tərəfindən təqdim edilən 179 saylı aktda nümayəndə X4, nümayəndə, X1 və 22 saylı MKİS-in mühəndisi X3 imzaları olsa da, cavabdehin razılığı olmadığı üçün imza etməmişdir. Şirkət və digər vəzifəli şəxslər razılıq olmadan bu cinayətin törədilməsinə göz yummuşlar. Bu da sözügedən şirkətin əməkdaşlarının vəzifə səlahiyyətlərindən istifadəsi, özbaşınalıq, vəzifə səlahiyyətlərini aşması, səhlənkarlıq, saxtakarlıq etməsi şübhələri yaradır. Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşk ara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İddiaçı "xxxx" ASC-nin əməkdaşlarının hərəkətlərində cinayətin əlamətləri aşkar olunduğu üçün xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.

8. İddiaçı tərəfindən təqdim edilmiş “X5” MMC-nin xx.xx.2024-cü il tarixli, 60/2 nömrəli qiymətləndirmə rəyinə əsasən hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan tikilinin ümumi dəyəri təxminən 37000 manat təşkil etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fariz Əlizadə) 2(004)2918/2024 nömrəli iş üzrə 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh Ağamməd qızına 37000 manat ödənilməklə Cavabdeh Ağamməd qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Xaric i dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) özbaşına tikilinin boşaldılaraq sökülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan tikililərin qanunsuz tikili olması mülki işin mübahisəsiz halıdır. Cavabdehin həmin tikilini 24 ilə yaxın müddətdir qanunsuz əsaslarla istifadə etməsi sahibliyin bundan sonrada sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Tikili qanunsuz tikili olduğundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi gündən tətbiq edilməsinin hüquqiliyi nəzərə alınmaqla hazırkı mübahisəyə Mülki Məcəllənin 178-ci maddəsinin dispozitiv şərtləri tətbiq edilə bilməz.

11. Mübahi sə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq məhkəmə mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab etmişdir.

12. Məhkəmə iş materiallarında olan fotoşəkillərə baxaraq, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 57 nömrəli qiymətləndirmə rəyini məhkəmə ədalətli, ağlabatan, mötəbər və əsaslı hesab etmişdir.

13. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini əsas götürərək məhkəmə ekspertizasının təyin edilməsini zəruri hesab etməmiş, əsassız yerə əlavə məhkəmə xərclərinin yaranacağı, mülki iş üzrə araşdırmanın operativliyinə mane olacağı kimi həmin xüsusata hüquqi q iymət vermişdir. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürmüşdür. Hüquqdan sui-istifadə yolverilməzdir.

14. Cavabdeh tərəf vəsatət verərək mülki iş üzrə xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Əsas qismində isə iddiaçı tərəfindən cavabdehə məxsus tikilinin qəsdən söküməsi və əmlaka zərər vurulması ilə bağlı cinayət təqibi xüsusatlarının olması qeyd edilmişdir. Müəyyən edilmişdir ki, tərəflər ilkin olaraq tikilinin söküntüsü barədə razılaşmışlar, lakin, sonra cavabdeh tərəfindən razılaşmaya əməl edilməmişdir. Müvafiq tikiliyə zərər vurulması ilə bağlı cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına şikayətlə müraciət edilmiş və Yasamal RPİ İŞ-də bununla bağlı araşdırma aparılmışdır.

15. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə xüsusi qərardadın qəbul edilməsinə mötəbər hüquqi əsaslar, sübutlar mövcud deyildir. Həmçinin, cavabdeh tərəfin özü istinad etdiyi xüsusatlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini və şikayət üzrə araşdırmanın aparılmasını bildirmişdir. Vətəndaşların baş verməsi iddia (ehtimal) olunan cinayət hadisələri üzrə hüquq mühafizə orqanlarına (prokurorluq) müraciət etməkdə sərbəst olduqlarından hazırda bunun üçün məhkəmə qərarından istifadə edilməsinə hüquqi və faktiki zərurət yoxdur.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 180, 560-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarix li qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona dəyən zərərin əvəzinin tam ödənilməsi məhkəmə tərəfindən təmin edilməmiş və dəyən zərərin miqdarı düzgün müəyyənləşdirilməmişdir. Həmçinin mülki hüquqların hüquqa uyğun şəkildə həyata keçirilməməsi nəticəsində ona ziyan vurulmuşdur. Məhkəmə hazırkı məhkəmə təcrübəsinə zidd olaraq xüsusi bilik tələb olunan işin bütün hallarını hərtərəfli araşdırmasına lazımi şərait yaratmamış, ekspertizanın t əyin edilməsini zəruri hesab etməmişdir. Bundan başqa, evin sökülməsi iddiaçı tərəfindən iddia ərizəsi verilməzdən əvvəl icra olunmuşdur.

19. Apellyasiya baxışı zamanı iş üzrə mübahisəli tikilinin qiymətləndirməsi aparılmaqla mütəxəssis rəyi alınmış, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən həmin tikilinin bazar dəyəri 43800 manat təşkil etmişdir.

20. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qismən qəbul edərək və bu barədə məhkəməyə ərizə təqdim edərək, kompensasiya məbləği qismində "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmiş 43.800 manat məbləğində pulun ödənilməsinə razı olduqlarını bildirmiş və apellyasiya şikayətini bu məbləğ həddində təmin edilməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) 2(103)-5472/2024 nömrəli mülki iş üzrə 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh Ağamməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən, yəni iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh Ağamməd qızına ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh Ağamməd qızına məxsus olmuş, ümumi sahəsi 73,93 kv.m olan M-113 nömrəli (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) özbaşına tikintinin sökülməsinə görə iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh Ağamməd qızına ödənilməli olan kompensasiyanın 43800 manat məbləğində müəyyən edil məsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehə məxsus olan tikintinin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 340 saylı sərəncamı ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Tərəflərin qarşılıqlı razılığı əsasında aparılmış ölçmə işləri nəticəsində tikintinin sahə etibarı ilə ümumilikdə 73,93 kv.m. olduğu müəyyən edilmiş və bununla bağlı tərəflər arasında 179 saylı akt tərtib edilmişdir. Eyni zamanda, iddiaçının sifarişi əsasında “X2” MMC tərə findən aparılmış qiymətləndirmə nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 26 nömrəli qiymətləndirmə rəyinə əsasən tikintinin real bazar qiyməti ilə təqribi dəyəri 37.000 manat müəyyən edilmişdir.

23. Tikinti artıq sökülmüşdür, hazırda mövcud deyil. Lakin cavabdeh onun bərpa edilməsini tələb etmir. Qeyd edilənlər, habelə tərəflər arasında 179 saylı aktın imzalanması belə qənaətə gəlməyə əsas verir ki, cavabdehə məxsus olan tikinti məhz onun razılığı əsasında iddiaçı tərəfindən sökülmüşdür. Başqa sözlə, tikintinin sökülməsi barədə tərəflər ilkin olaraq razılığa gəlmişdilər. Belə ki, aktın məzmununa əsasən cavabdehin razılığı əsasında iddiaçının əməkdaşları tərəfindən tikintidə ölçmə işləri aparılmış, cavabdehin həmin ölçülərlə (73,93 kv.m) razılaşmış, əlavə tikinti işlərinin aparı lmaması barədə xəbərdar olunmasını bildirmiş və apardığı təqdirdə onlarla bağlı hər hansı iddiasının olmayacağını bəyan etmişdir. Bu hal cavabdehin şikayəti əsasında Bakı şəhəri Yasamal rayon Polis idarəsi tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla da öz təsdiqini tapır. Həmin araşdırma zamanı iddiaçının əməkdaşları eyni məzmunlu izahat verərək, evin söküntüsündən əvvəl cavabdehin ərinin iştirakı və razılığı ilə evdə olan əşyaların, o cümlədən mətbəx mebelinin, iki ədəd seyf qapının, iki ədəd taxta qapının, 2 ədəd plastik pəncərənin, həmin pəncərələrin dəmir barmaqlıqlarının və 1 ədəd nəfəsliyin sökülərək, iddiaçıya məxsus “Foton” markalı, **-JG*** qeydiyyat nömrə nişanlı yük avtomobilinə yükləndiyini və Bakı şəhəri, Səbail rayonu, Ba damdar qəsəbəsində yerləşən cavabdehin ərinə məxsus evə boşaldıldığını bildirmişdilər. Cavabdeh də öz növbəsində bu məlumatları təkzib etməmiş, habelə həmin qərarı müvafiq qaydada mübahisələndirməmişdir.

24. Nəzərə alınmalıdır ki, Sərəncamda qeyd edilən sahə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında iddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Bununla belə, iddiaçı yeni yaşayış kompleksinin inşası üçün ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edib, müqavilələr bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş hədl ərdə digər tədbir görmək səlahiyyətinə malikdir. Lakin iddiaçı cavabdehə məxsus olmaqla artıq sökülmüş tikintinin əvəzi olaraq təklif olunan kompensasiyanın məbləği ilə bağlı cavabdehlə razılığa gələ bilmir. Tərəflər arasında mübahisə də tikinti söküldükdən sonra məhz onun əvəzi olaraq ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı yaranmışdır.

25. Belə ki, cavabdeh “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 26 nömrəli qiymətləndirmə rəyinə əsaslanaraq, kompensasiya qismində həm ilkin olaraq, həm də hazırki iddiası üzrə 37.000 manat təklif etmişdir. Birinci instansiya məhkəməsi də həmin qiymətləndirmə rəyini (iş materiallarında kompensasiya məbləği ilə bağlı hər hansı başqa sübut mövcud deyil) əsas götürərək, tikintinin sökülməsi müqabilində ödənilməli olan kompensasiy anı məhz 37.000 manat məbləğində müəyyən etmişdir. Cavabdeh də məhz bu məbləğdə kompensasiyanı aşağı hesab edir və tikintinin bazar qiymətinə uyğun qiymətləndirilməklə ədalətli kompensasiyanın müəyyən edilib ona ödənilməsini tələb edir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kompensasiya məbləğinin aşağı olması barədə dəlillərini, habelə apellyatorun bununla bağlı ayrıca vəsatətlə məhkəməyə müraciət etməsini nəzərə alaraq, mübahisəli tikilinin real bazar dəyərinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi məsələsini müzakirəyə çıxarmış və hər iki tərəfin ümumi razılığı ilə əmlakın qiymətləndirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. Həmin cəmiyyət tərəfindən aparılmış qiymətləndirmə işinin nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən mübahisəli tikilinin dəyərinin 43.800 olduğu qeyd edilmişdir. Bu rəyə uyğun olaraq iddiaçı kompensasiya məbləği olaraq 43.800 manat ödənilməsinə razılıq verir, cavabdeh isə sonrakı məhkəmə proseslərində iştirak etməmişdir. Hətta məhkəmə kollegiyası tərəfindən onun da mövqeyinin öyrənilməsi üçün məhkəmə iclası bir dəfə təxirə də salınmışdır.

27. Məhkəmə kollegiyası vurğulamışdır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Hazırki mübahisə üzrə isə ilkin olaraq tərəflər arasında razılaşma da olmuş, lakin tikintinin dəyəri ilə bağlı mübahisə yaranmışdır. Lakin cavabdeh iddiaçı tərəfindən ona verilməli olan məbləği göstərmir, habelə ədalətli hesab etdiyi dəyər barədə də hər hansı məlumat vetmir. Lakin bu halın mövcudluğu ona həmin tikintinin dəyərinin əvəzinin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

28. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarında nümayiş etdiril miş hüquqi mövqeyi əsas götürüb vurğulayır ki, cavabdehin ona məxsus olmuş tikintiyə görə pul formasında kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya məbləğ etibarı ilə cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən cavabdehə məxsus olmuş tikintinin ölçüləri, texniki (yararlıq və təmir) və hüquqi vəziyyəti, təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmaqla, gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.

29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi nə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. 30. 3Bu səbəbdən məhkəmə kollegiyası məhz "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyini əmlakın q iymətinin müəyyən edilməsi baxımından mötəbər sübut kimi qiymətləndirmiş və iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək, mübahisəyə məhz qiymətləndirmə rəyi əsas götürülməklə hüquqi qiymət verib, qeyd edir ki, cavabdehə məxsus olmuş tikintinin inşa edilməsi üçün hər hansı hüquq müəyyənedici sənədi mövcud olmamış, bu tikinti hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Onun yerləşdiyi torpaq sahəsi də cavabdehə məxsus deyil. İş materiallarında mövcud olan fotoşəkillərə əsasən tikinti faktiki olaraq təmirsiz olmuşdur. Yaşayış üçün tam yararlı olması açıq və aydın şəkildə görünmür. Tikinti baxımsız vəziyyətdə idi. Orada yaşayışın olmaması aşkardır. Aparılmış ölçmə işlərinə əsasən tikintinin ümumi sahəsi 73,93 kv.m. təşkil edir.

31. Məhz hər hansı hüquq müəyyənedici sənədin olmaması, tikintinin özbaşına tikinti olması səbəbindən "xxxx" MMC tərəfindən onun bazar dəyəri xərc yanaşması ilə müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyini və iddiaçının kompensasiya məbləği ilə bağlı razılıq ərizəsini əsas götürərək, hesab etmişdir ki, qiymətləndirmə rəyi ilə müəyyən edilən kompensasiya məbləği ağlabatandır və cavabdehin ona məxsus olmuş tikintinin sökülməsi nəticəsində üzləşdiyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla onun üzərinə fərdi və həddən artıq yük qoymuş olmur. Hər bir halda, nə 179 saylı aktda, nədə ki cavabdehin hüquq mühafizə orqanlarına etdiyi şikayətdə və şikayət əsasında aparılmış araşdırma zamanı verilmiş izahatlard a tikintiyə görə iddiaçı tərəfindən ödənilməli olan pulun məbləğinə hər hansı istinad mövcud deyil, iddiaçı tərəfindən cavabdehə 43.800 manatdan artıq məbləğdə kompensasiyanın ödənilməli olması ümumiyyətlə müəyyən edilmir. Başqa sözlə, kompensasiyanın bu məbləğdən artıq məbləğdə müəyyən edilməsi üçün hər hansı əsas, o cümlədən sübut mövcud deyil. Qeyd edilənlər öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməsini və məhz 43.800 manat məbləğində müəyyən edilməsini şərtləndirir.

33. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11, 152, 157, 389-cu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisa di inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli Qərarlarına istina d edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Şikayət onunla əsaslandırılmışdır ki, Kristal BakıMMC mənə məxsus olan fərdin yaşayış evi və həyətyanı ərazini sökərkən Cavabdeh ilə heç bir razılıq olmamış, rəsmi müqavilə bağlamadan addım atmışdır. Kristal BakıMMC əməkdaşları tərəfindən təqdim edilən 179 saylı aktda nümayəndə X4, nümayəndə, X1 və 22 saylıMKİS-in mühəndisi X3 imzaları olsada Cavabdeh razılığı olmadığı üçün imza etməmişdir. Şirkət və digər vəzifəli şəxslər razılıq olmadan bu cinayətin törədilməsinə göz yummuşlar. Bundan başqa, sözügedən fərdi yaşayın evinin bugünki bazar qiyməti 250.000(iki yüz əlli min) manat təşkil edir. Bundan başqa, fərdi yaşayış evinin ətrafında olan Cavabdeh tərəfindən daşlarla tikilmiş böyük hasar və darvaza "xxxx" MMC əməkdaşları tərəfindən xəbər verilmədən Kamaz markalı maşınlara yüklənərək ərazidən uzaqlaşdırmaqla mənimsəmişlər. Odur ki, cavabdeh "xxxx" MMC vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməli, mənzilin real dəyəri yenidən hesablanmalıdır. Ona görə də məhkəmə qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.

36. Cavabdeh 1998-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X9 sahili 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixə Cavabdeh sözügedən ünvanda mənzil toxunulmazlığı və mülkiyyət hüq uqularının pozulmasına dair heç bir problem yaşamamışdır. Lakin xx.xx.2023-cü il tarixdən başlayaraq "xxxx" MMC tərəfindən Cavabdeh yaşadığı həyət evini ona xəbər etmədən, Cavabdeh ilə heç bir rəsmi razılıq olmadan sökmüş, həyətin hasarlarını dağıtmış, həyətyanı sahələrdə olan ağacları qanunsuz olaraq məhv etmişlər(söküntüdən qabaq olan şəkillər və videolar birinci instansiya məhkəməsində əlavə edilmişdir). Bununla bağlı "xxxx"MMC-nin rəhbərliyinə müraciət etdikdə onlar vurulmuş ziyanı Cavabdeh ödəyəcəklərini söyləmişlər. Bundan başqa ərizəyə əlavə etdiyi videoçəkilişlərdə görünür ki, "xxxx" MMC tərəfindən tikinti işləri aparılarkən fəhlələr təhlükəsizlik qaydalarına riayət etməmişlər. Əlavə olaraq qeyd edim ki, həyət evinin giriş hissəsi, binanın kommunal xətləri, binanın ətraf hissələri qanunsuz olaraq yerlə yeksan edilmişdir.

37. Cavabdeh sözgügedən ünvanda qeydiyyatda olmaqla yaşamasına dair MKİS tərəfindən təqdim edilən sənədlər, həmin ünvana dair kommunal xidməıtlərlə bağlı Cavabdeh tərəfindən bağlanmış müqavilələrə hüquqi qiymət verilməmişdir.

38. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 152.2, 389.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.3, 9.3, 76.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

40. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mə hrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

42. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cə hətdən təmin edilmiş imkanıdır.

43. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

44. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

45. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsini n təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

46. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

47. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni ir s obyektləri) qorunmasından ibarətdir.

48. Maddə 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı

49. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hiss əsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşad ığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı

50. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 okt yabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarı

51. Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kass asiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə əlaqədar prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.

61. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə ödənilməli olan kompensasiyanın məbləğini 43800 manat müəyyənləşdirərkən "xxxx" MMC-nin 28 oktyabr 2024-cü il tarixli qiymətləndirmə rəyinə istinad etmişdir.Həmin rəydə Cavabdeh Ağamməd qızına məxsus özbaşına tikilinin bazar dəyəri xərc yanaşması ilə, yəni tikiliyə çəkilən xərclərə əsasən müəyyənləşdirilmişdir.Əvvəla həmin rəydə çəkilən xərclər -hansı tikinti materialından nə qədər istifadə edilməsi və dəyərinin nə qədər olması, işçilik xərcləri və s. konkret əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi isə bu kimi halları nəzərə almaqla pro sessual hüquq normalarının tələbinə uyğun həmin sübuta qiymət verməmişdir.

62. Digər tərəfdən bu kateqoriyadan olan mübahisələrə baxılarkən kompensasiya məbləğinin müəyyənləşdirilməsi baxımından şəxsin uzun müddət ərzində, özbaşına tikili də olsa, fərdi yaşayış evində yaşaması, orada ailəsi ilə birlikdə yaşamağa səlahiyyətli dövlət orqanlarının etirazının olub- olmaması kimi hallar nəzərə alınmalıdır.

63. İddiaçı 1998-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X9 sahili 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını bildirir.

64. Digər tərəfdən xərc yanaşması əsasında tikilinin bazar dəyərinin müəyyənləşdirilməsi də tikilinin bazar dəyəri baxımından reallığı əks etdirməsi inandırıcılığı apellyasiya məhkəməsiu tərəfindən kifayət qədər əsaslandırılmamışdır.Belə ki, hamıya məlum olan haldı r ki, fərdi yaşayış evinə çəkilən xərclə, yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri arasında fərq böyük olur.Bir qayda olaraq yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri onun tikilməsi üçün çəkilən xərcdən yüksək olur.

65. Özbaşına tikili də olsa şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir.Həmçinin, belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin yeni yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmalıdır.

66. Lakin apellyasiya məhkəməsi göstərilənlər nəzərə alınmaqla kompensasiyanın məbləğini müəyyənləşdirmək üçün kifayət qədər araşdırma və hüquqi əsaslandırma aparmamış, beləliklə də Azərbaycan Respublikasının MPM-in 14.1 və 88-ci maddəsinin tələblərini pozmuşdur.Bu isə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

67. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

68. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hü quq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

69. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

70. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçü n istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Nümayəndəanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

71. Yuxarıda göstərilənlərə görə də Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2(103)-5472/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya məhk əməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2(103)-5472/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar