Məhkəmə qərarları › İş №2(102)-1284/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1284/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1284/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: Mənzilin təhvil verilməsi) Kateqoriya - Mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-430/2025 nömrəli, 6 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə XX may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019 -ci il tarixli alqı- satqı müqaviləsinə əsasən MMC-in inşa etdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən "MY HOME" yaşayış kompleksindəki (bina) blok D, mərtəbə 5, ümumi sahəsi 81.8 kv.m. olan 2 (iki) otaqlı D.5.4 nömrəli mənzilin 89.980 manata (bundan sonra mübahisəli mənzil) alqı-satqısına dair MMC ilə iddiaçı razılıq əldə etmişlər.

2. İddiaçı tərəfindən mübahisəli mənzilə ilkin olaraq 47.000 manat ödəmişdir.

3. Qalan 42982 manat hissəsi 36 ay müddətinə xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən ödənilməsi razılaşdırılmışdır.

4. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən Vesta Construction" MMC ilə 03 İyun 2019-ci il tarixli № 0578 Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki MY HOME yaşayış kompleksində yerləşən D.5.4 saylı mənzil alqı satqı müqaviləsinin öhdəliyini tam icra etmədiyi üçün 03 İyun 2019-ci il tarixli № 0578-li alqı satqı müqaviləsinə “Vesta Construction" MMC tərəfindən bir tərəfli xitam verilmişdir.

5. X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı- satqı müqaviləsinə əsasən MMC-in inşa etdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən yaşayış kompleksindəki (bina) blok D, mərtəbə 5, ümumi sahəsi 82.6 kv.m. olan 2 (iki) otaqlı D.5.4 nömrəli mənzilin 93.000 manata alqı-satqısı həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Bi rinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 0578 nömrəli "xxxx"nə əsasən cavabdeh MMC-nin inşa etdiyi mübahisəli mənzilin cavabdehə 8000 manat ödənildikdən sonra, iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini işin halların uyğun əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli mənzildən qalan borcun 42.980 manatdan 34.980 manatını hissə-hissə ödəmiş, ümumilikdə cavabdehə 81.980 manat ödəmişdir. Beləliklə, onun bu günə cavabdehə cəmi 8.000 manat borcu qalmışdır. Bu gün də həmin mə bləği ödəməyə hazırdır. Lakin cavabdeh bu məbləği məlum olmayan səbəblərdən qəbul etməkdən imtina etmişdir. Belə ki, MMC-yə qalan 8.000 manat qalıq borcunun ödənilməsində gecikməyə üzürlü səbəblər olmuşdur. Cavabdehə 8.000 manat ödənildikdən sonra, iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1611/2024 nömrəli iş üzrə 09 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbi təmin edilmiş iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə MMC-nin inşa etdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "MY HOME” yaşayış kompleksində yerləşən mübahisəli mənzil, 8000 manat (səkkiz min) manat qalıq borc ödənildikdən sonra, MMC tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən MMC-yə qalıq borc 8000 manat (səkkiz min) borcun ödənilməsi ilə mübahisəli mənzilin iddiaçıya təhvil verilməsinin eyni anda icra edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icraçı MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki «MY HOME» yaşayış kompleksi ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında yerəşən mübahisəli mənzili iddiaçıya verilmsəi ilə bağlı razılaşma əldə etmişlər. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 89980 manat təşkil edir, həmin məbləğin 47000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 42982 manat hissəsi 36 ay müddətinə xx.xx.2022-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır. İddiaçı üzrlü səbəbdən 8.000 manatlıq ödənişi gecikdirdiyini, bununla belə ümumi qalıq borcu hazırda MMC-yə ödəmək istədiyini, lakin MMC-nin həm ödənişini qəbul etməkdən imtina etdiyini, həm də mənzili ona təhvil vermədiyini bildirmişdir. Hazırda iddiaçı ödəniş edilməklə mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı adıçəkilən mənzilin dəyərini ödəmiş, qalıq 8.000 manat borcun ödənilməsini də MMC-yə təklif etmiş, lakin cavabdeh ödəniş qəbul olunmaqdan imtina edilmişdir. Cavabdeh tərəfindən isə mənzilin hansı səbəbdən iddiaçıya təhvil verilməməsinə dair sübutlar məhkəməyə təqdim edilmə mişdir.

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh MMC tərəfindən mübahisə predmeti olan mənzilin təhvil verilməməsi üçün əsasları olmamış, sonuncunun qalıq ödənişi qəbul etməkdən imtina etməsi isə mənzilin iddiaçıya təhvil verilməməsi üçün əsas ola bilməz, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0578 saylı müqavilə üzrə MMC-nin inşa etdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən mübahisəli mənzil, 8.000 (səkkiz min) manat qalıq borc ödənildikdən sonra, MMC tərəfindən İddiaçı təhvil verilməli, iddiaçı tərəfindən MMC-yə qalıq borc 8.000 (səkkiz min) manat borcun ödənilməsi ilə Bakı şəhəri, Nizam i rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi eyni anda icra edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 158.2, 165.1, 178.8, 385.1, 386.1, 425.1, 427.3, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh MMC apellyasiya şikayəti verərək, mübahisəli qətnamənin ləğv edilərək və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqısatqı müqavilənin 3.2-ci bəndinə əsasən iddiaçı mənzilə görə pulun bir hissəsini əvvəlcədən, qalan hissəsini xx.xx.2022-il tarixinə kimi ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 10.1 -ci bəndinə əsasən iddiaçı tərəfindən müqavilə şərtləri pozularsa, MMC müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir və bu zaman ona qarşı pretenziya irəli sürülə bilməz. İddiaçı tərəfindən qeyd olunan müqavilə şərtləri pozulmuş və müqavilə üzrə ödənişin edilməsindən imtina edilmişdir. İddiaçı 9004 manat pulu MMC-ə ödəməmişdir. İddiaçı tərəfindən qeyd edilən müqavilə şərtləri pozulduğu və mənzilin dəyəri ödənilmədiyindən, eləcə də, götürülən öhdəliklər vaxtında və lazımınca yerinə yetirilmədiyindən MMC-ə maddi ziyan vurulmuşdur. Tərəflərindən Bakı şəhər Nizami rayon məhkəməsinə hüquq pozuntuları ilə bağlı müraciət təqdim edilsə də, daha sonra tərəflər arasında məhkəmədən kənar razılı q əldə olunduğu üçün ərizə geri qaytarılmışdır. Həmin razılığın şərtlərinə əsasən, müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzil üçüncü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 iş günü ərzində iddiaçıya qaytarılmalı idi.Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və tərəflər arasında bağlanılmış müqaviləyə əsasən, iddiaçı ilə cavabdeh MMC müqavilədən və qanunvericilikdən irəli gələn öhdəliklərini vicdanlılıq çərçivəsində həyata keçirməli idilər. Tərəflər öhdəlik üzrə sırf öz üzərlərinə düşən vəzifələrin icrası ilə kifayətlənməməli, bütövlükdə müqavilənin yerinə yetirilməsinə zəmin yaratmalı, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Lakin işin hallarından da aydındır ki, İddiaçı öz öhdəliklərinə biganə yanaşaraq hüquqi gözləntiləri, tərəflərin qanuni maraqlarını, mülki dövriyyənin sabitliyini pozmuşdur. Bu az deyilmiş kimi tərəflər arasında məhkəmədənkənar edilmiş razılığın şərtlərinə də əməl etməyərək, MMC-nin iddianı geriçəkməyindən istifadə edərək oxşar tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə iddiaçının müqavilə şərtlərini pozması və ödəniş etməməsi faktları nəzərə almamış, birtərəfli mövqe sərgiləyərək cavabdehin hüquqlarını pozmuşdur.Buna görə də Nizami Rayon Məhkəməsinin də bu əsasla çıxardığı qətnamə qanunsuz və ədalətsizdir.Tərəflər arasında bağlanılmış 0578 nömrəli, 03 iyun 2019-cu il tarixli müqavilədən də görü nür ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş müqavilə məbləği və digər pul öhdəliklərini vaxtında və tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində nəinki qanunvericilik çərçivəsində, eyni zamanda müqavilədən irəli gələn öhdəliklər üzrə məsuliyyət daşımışdır. Beləliklə iddiaçı öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün mütləq məsuliyyət daşımalıdır. Öhdəliyin lazımınca icra edilməməsi nəticəsində cavabdeh MMC-yə vurulan zərər qanunla nəzərdə tutulduğu qaydada ödənilməli idi. Cavabdeh qanunvericilikdən və tərəflər arasında bağlanılan müqavilədə nəzərdə tutulan müddəalara əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, vurulan zərərin ödənilməsini iddiaçıya güzəştə getmişdir. İddiaçı isə cavabdehin humanizmindən sui-istifadə etmiş, zərərin əvəzini ödəmədiyi azmış kimi, MMC-yə qarşı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddia qaldırmışdır. Yuxarıdakı qeyd edilənlərdən bir daha sübut olunur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi faktiki məsələlərə diqqət yetirməyərək yalnız iddiaçıya məxsus sübutlara əsaslanaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının müqavilə üzrə 0578 nömrəli müqavilənin 2.4.1, 3.2 bəndlərini kobud şəkildə pozduğunu nəzərə almamışdır. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının təqdim etdiyi əsassız məlumatlara əsaslanmaqla qətnamə qəbul etmişdir. Beləliklə, mülki qanunvericilikdə də nəzərdə tutulduğu kimi borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha b öyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin Cavabdeh MMC qanunvericilikdən irəli gələn zərərin əvəzini tələb etmək hüququnu iddiaçıya münasibətdə güzəştə getmişdir. İddiaçı isə suiistifadə hallarına yol verərək Cavabdeh MMC-yə qarşı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə bu faktlara diqqət yetirməmişdir, bununla da məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmişdir.

16. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, qeyd etmişdir ki, şikayət əsassızdır, təmin edilməməlidir və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İddiaçı müqavilə üzrə dəyəri tam ödəmədiyinə görə müqavilə ləğv edilib. Cavabdeh cari halda müqaviləni birtərəfli qaydada ləğv edə bilməzdi. Mülki Məcəll ənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Cavabdeh əhəmiyyətli pozuntunu sübut edə bilməmişdir, çünki əhəmiyyətli pozuntu yoxdur. Digər tərəfdən obyektiv həqiqət ondan ibarətdir ki, iddiaçı müqavilə ilə razılaşdırılmış müddətlərdə ödəniş edə biləcəyinə təsir edən faktorları cavabdehə bildirmiş, cavabdeh də ödənişin gecikmələrlə edilməsinə razılıq vermişdir və ödənişləri daha az miqdarda və gecikmələrlə qəbul etmişdir. Əks halda, müqavilə məhkəmə tərəfindən ləğv edilə bilərdi. İndiki halda, əvvəla cavabdeh öz öhdəliyini vaxtında icra etməmişdir – binanı nəzərdə tutulan vaxtda (2020-ci ildə) tikib bitirərək, dövlət tərəfindən istismara qəbul etdirməmişdir (günü bugünədək binanın tikint isinin başa catdırılaraq istismara qəbulu təmin edilməmişdir). Buna baxmayaraq, ödənişin az qalıq bir hissəsinin ödənilməməsinə görə onu ləğv etməyə cəhd edir. Digər tərəfdən, cavabdeh müqaviləyə əlavə ilə müəyyən edilmiş miqdardan az olan, habelə gecikmə ilə olan ödənişi mütəmadi qəbul etmişdir (məsələn: 2022-ci ilin oktyabrında ödəniş qəbul etmişdir), bununla da güvəniləcək rəftar yaratmış, sonra isə bunun ziddinə hüququnu həyata keçirməyə - müqaviləni ləğv etməyə cəhd etmişdir. Tərəflərin arasındakı müqavilənin 1.1 – ci bəndində mənzilin təhvili hərəkəti pulun ödənilməsindən əvvəl icra edilməli hərəkət kimi göstərilib. Müqavilədəki ziddiyyətlər istehlakçının xeyrinə, standart müqavilə üçün isə həm də onu təklif edənin zərərinə qiymətləndirilir. Müqavilənin 1.4-cü bəndinə əsasən dəyəri n bir hissəsi hissə-hissə ödənilir. Mülki Məcəllədə öhdəlikləri tənzimləyən müxtəlif normalarda “qarşısıalınmaz” qüvvənin təsiri ilə öhdəliklərin icra edilməməsi tərəfi məsuliyyətdən azad edir. İddiaçı istər bir müddət sağlamlığında problemlərin yaranması (bir neçə dəfə cərrahi əməliyyat, ambulator müalicə, əmək qabiliyyətinin məhdudlaşması), istərsə də ailə üzvlərinin (arvadı və atasının) vəfatı ilə bağlı sübutları birinci instansiya məhkəməsinə təqdim etmişdir. Fors-major hallara məruz qaldıqda tərəfin müqaviləni lazımi qaydada icra edə bilməməsinə görə məsuliyyət daşımaması da müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, bağlanmış müqavilə standart müqavilədir. Cavabdeh mənzilin təhvil verilməsi barədə məlumatı müqavilədə qeyd etməmişdir. Həmin qanunun 13-cü maddə sinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin)... istehlak xassələri, əldə edilməsi şərtləri... barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Həmin qanunun 5-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində... istifadə edilməsinə təminat verməlidir. Həmin qanunun 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. Həmin qanunun 9-cu maddəsinə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin va xtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Sübutların apellyasiya icraatında təqdim edilməsi üçün qanunla müəyyən edilmiş əsaslardan heç biri yoxdur və buna görə də, həmin sübutlar qəbul edilə və nəzərə alına bilinməz. Qeyd edilənlərin də nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

17. İddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, belə ki, tərəflər arasında olan razılaşmaya əsasən evin tikintisinin 1 il ərzində başa çatdırılmalı olduğunu, lakin cavbadeh tərəfindən hazırkı vaxtadək tikintinin başa çatdırılmadığını, digər tərəfdən iddiaçı tərəfindən ödənişdə gecikm ələrin tamamilə üzrlü səbəblərdən olduğunu, və bununla bağlı mötəbər sübutlar da məhkəməyə təqdim edildiyini, həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etdiyi vəsatətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)- 430/2025 nömrəli iş üzrə 6 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir.

19. Birinci instansiya məhkəm əsinin mövqeti ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarındakı müqavilənin şərtlərini pozmuş, ödənişləri vaxtında həyata keçirməmişdir, müqavilənin 10.1-ci bəndinə əsasən İddiaçı tərəfindən müqavilə şərtləri pozularsa, MMC-nin müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ qeyd edilmiş və cavabdeh də bu hüquqdan istifadə edərək, müqaviləni birtərəfli qaydada ləğv etmiş, bu barədə iddiaçıya rəsmi məktub da göndərmiş və sonradan həmin mənzil başqa şəxsə satılmışdır. İddiaçı gecikdirmələrin üzürlü səbəbdən olduğunu şirkətin rəhbərinə bildirdiyini, şirkətin rəhbərinin onu anlayışla qarşıladığını və ona bir neçə ay ödənişləri etməsi üçün vaxt verdiyini bildirsə də, bütün bu hallar rəsmiləşdirilməmiş, yəni nə iddiaçı rəsmi qaydada ödənişləri üzürlü səbəbdə n gecikdirməsi və cavabdeh tərəfindən bunun nəzərə alınması ilə bağlı müraciət etmiş, nə də müqavilə birtərəfli qaydada ləğv olunduqdan sonra yeni müqavilənin bağlanması və ya ona möhlət verilməsi ilə bağlı məsələlər rəsmişləşdirilməmişdir.

20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya icraatı zamanı hazırkı işlə bağlı yeni bir hal ortaya çıxdığı, mübahisəli mənzil tərəflər arasındakı müqaviləyə birtərəfli qaydada xitam verildikdən bir müddət sonra başqa şəxsə -X1 və hazırda onun vicdanlı alıcı kimi çıxış etdiyi də nəzərə alınaraq iddia tələbi təmin edilmiş olsa belə, bu hal qətnamənin icrasını gələcəkdə mümkünsüz edəcəkdir.

21. İddiaçının nümayəndəsinin mənzilin 1 il müddətində təhvil verilməli olması ilə bağlı arqumentinə münasibətdə məhkəmə kollegiyası hesab edilmişdir ki, ilk öncə müqavilədə konkret olaraq mənzilin 1 il müddətinə təhvil verilməsi ilə bağlı müddəa öz əksini tapmamışdır. Digər tərəfdən fərz edilsə ki, həqiqətən də cavabdeh bir il müddətinə mənzili təhvil verməli idi, bu hal iddiaçının cavabdeh qarşısında öhdəliklərindən azad etmir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 3, 5, 9,13-cü maddələr, Mülki Məcə llənin 417.1, 419, 420.2, 421, 422, 560.2 və 560.3-cü maddələrinin istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə dəyəri tam ödəmədiyinə görə cavabdeh tərəfindən müqaviləni ləğv edilmişdir. Cavabdeh cari halda müqaviləni birtərəfli qaydada ləğv edə bilməzdi. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh əhəmiyyətli pozuntunu sübut edə bilməmişdir, çünki əhəmiyyətli pozuntu yoxdur.

25. Cavabdeh öz öhdəliyini vaxtında icra etməmişdir – binanı n əzərdə tutulan vaxtda (2020 – ci il) tikib bitirərək, dövlət tərəfindən istismara qəbul etdirməmişdir (günü bugünədək binanın tikintisinin başa catdırılaraq istismara qəbulu təmin edilməmişdir). Buna baxmayaraq, ödənişin az qalıq bir hissəsinin ödənilməməsinə görə onu ləğv etməyə cəhd etmişdir. Digər tərəfdən, cavabdeh müqaviləyə əlavə ilə müəyyən edilmiş miqdardan az olan, habelə gecikmə ilə olan ödənişi mütəmadi qəbul etmişdir (məsələn: 2022–ci ilin oktyabrında ödəniş qəbul etmişdir), bununla da güvəniləcək rəftar yaratmış, sonra isə bunun ziddinə hüququnu həyata keçirməyə - müqaviləni ləğv etməyə cəhd etmişdir. Tərəflərin arasındakı müqavilənin 1.1–ci bəndində mənzilin təhvili hərəkəti pulun ödənilməsindən əvvəl icra edilməli hərəkət kimi göstərilib.

26. Müqavilədəki ziddiyyətlər istehl akçının xeyrinə, standart müqavilə üçün isə həm də onu təklif edənin zərərinə qiymətləndirilir. Bağlanmış müqavilə standart müqavilədir. Mülki Məcəllənin 417.1–ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 419 – cu maddəsinə əsasən, müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəalarımüqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlə rin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 420.2 – ci maddəyə əsasən isə, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.Cavabdeh əhəmiyyətli pozuntunu sübut edə bilməmişdir, çünki əhəmiyyətli pozuntu yoxdur. Obyektiv həqiqət ondan ibarətdir ki, iddiaçı müqavilə ilə razılaşdırılmış müddətlərdə ödəniş edə biləcəyinə təsir edən faktorları cavabdehə bildirmiş, cavabdeh də ödənişin gecikmələrlə edilməsinə razılıq vermişdir və ödən işləri daha az miqdarda və gecikmələrlə qəbul etmişdir. Əks halda, müqavilə məhkəmə tərəfindən ləğv edilə bilərdi. Cavabdeh öz öhdəliyini vaxtında icra etməmişdir – binanı nəzərdə tutulan vaxtda (2020 – ci il) tikib bitirərək, dövlət tərəfindən istismara qəbul etdirməmişdir (günü bugünədək binanın tikintisinin başa catdırılaraq istismara qəbulu təmin edilməmişdir). Buna baxmayaraq, ödənişin az qalıq bir hissəsinin ödənilməməsinə görə onu ləğv etməyə cəhd edir. Digər tərəfdən, cavabdeh müqaviləyə əlavə ilə müəyyən edilmiş miqdardan az olan, habelə gecikmə ilə olan ödənişi mütəmadi qəbul etmişdir (məsələn: 2022–ci ilin oktyabrında ödəniş qəbul etmişdir), bununla da güvəniləcək rəftar yaratmış, sonra isə bunun ziddinə hüququnu həyata keçirməyəmüqaviləni ləğv etməyə cəhd etmişdir. Tərəflərin a rasındakı müqavilənin 1.1–ci bəndində mənzilin təhvili hərəkəti pulun ödənilməsindən əvvəl icra edilməli hərəkət kimi göstərilib. Müqavilədəki ziddiyyətlər istehlakçının xeyrinə, standart müqavilə üçün isə həm də onu təklif edənin zərərinə qiymətləndirilir. Müqavilənin 1.4–cü bəndinə əsasən dəyərin bir hissəsi hissə-hissə ödənilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var dır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.

31. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

32. Maddə 421.1. Müqavilənin dəyişdiri lməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

33. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

34. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

35. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

36. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

37. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

38. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya l əğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdiri lmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

42. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər

43. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

44. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutu lmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir

45. Maddə 46.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

46. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlilinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, iddiaçı cavabdehlə aralarındakı müqavilənin şərtlərini pozmuş, ödənişləri vaxtında həyata keçirməmişdir, müqavilənin 10.1-ci bəndinə əsasən İddiaçı tərəfindən müqavilə şərtləri pozularsa, MMC-nin müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ qeyd edilmiş və cavabdeh də bu hüquqdan istifadə edərək, müqaviləni birtərəfli qaydada ləğv etmiş, bu barədə iddiaçıya rəsmi məktub da göndərmiş və sonradan həmin mənzil başqa şəxsə satılmışdır.

60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun möt əbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 yanvar 2025-ci il tarixli, 2(103)430/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar