Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1286/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül ibarət tərkibdə, məhkəmə iclas katibi x6, İddiaçı və vəkili x4 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2(104)2208/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Daşkəsən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(030)-333/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Ə liyev) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “əmlak, cehiz əşyaları və miras əmlakdan payın müəyyən edilməsi” barədə ilk iddia ərizəsi, həmçinin x5 İddiaçı və digərlərinə qarşı “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, atası x2 qanun üzrə birinci növbəli vərəsəsi kimi tanınması, miras əmlakı rəsmi qaydada qəbul etməsi faktının təsdiq edilməsi, miras əmlaka pay hüququnun müəyyən edilməsi və miras avtomobilin alınıb verilməsi” barədə qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəyəri 70 manat olan 2 ədəd süni palma ağacı, 80 manat dəyərində masa, 6 ədəd stul, 60 manat dəyərində 2 ədəd 0,5 metr x 1 metr ölçüdə xalça, 200 manat dəyərində 1 divan, 2 kreslodan ibarət dəst, 100 manat dəyərində 2 ədəd “No kia” markalı telefon, 50 manat dəyərində gümüş zəncir klonla birlikdə, 50 manat dəyərində su matoru, 100 manat dəyərində şifoner (içində 4 dəst yataq dəsti və 4 dəst məhrəba), 100 manat dəyərində 1 ədəd divan, 200 manat dəyərində 2 ədəd mebel çarpayı, 100 manat dəyərində 1 ədəd televizor, 60 manat dəyərində 1 ədəd televizor altı, 80 manat dəyərində 1 ədəd böyük xalça, 50 manat dəyərində 0,5 metr x 1 metr ölçüdə 1 ədəd xalça, 30 manat dəyərində 1 ədəd ütü, 50 manat dəyərində 1 ədəd “Panasonik” markalı tozsoran, 40 manat dərəyində 1 ədəd divar saatı, 40 manat dəyərində yataq otağı üçün pərdə, 50 manat dəyərində 1 ədəd güllü böyük kilim, 50 manat dəyərində 1 ədəd böyük xalça, 50 manat dəyərində 4 ədəd örtük, 50 manat dəyərində 2 ədəd yun odeyal, 40 manat dəyərində 2 ədəd süfrə, 150 manat dəyə rində 1 ədəd soyuducu, 70 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 50 manat dəyərində 1 ədəd mətbəx üçün xalça, 100 manat dəyərində 2 ədəd dəhliz üçün xalça, 40 manat dəyərində video, 60 manat dəyərində 3 ədəd tüner, 1.000 manat dəyərində mətbəx mebel dəsti, 200 manat dəyərində 1 dəst maddona çay servisi, 40 manat dəyərində 1 ədəd kofe dəsti, 130 manat dəyərində 2 ədəd xrustal gül qabı, 40 manat dəyərində 1 ədəd xrustal meyvə qabı, 40 manat dəyərində suvinir samovar, 30 manat dəyərində oğlan-qız suvinir, 100 manat dəyərində foto aparat, 40 manat dəyərində qabda qızıl gül, 1.200 manat dəyərində kompüter dəstin stolu ilə birlikdə (personal), 50 manat dəyərində 1ədəd böyük divar saatı, 40 manat dəyərində jurnal stolun, 20 manat dəyərində 1 ədədə balaca xalça, 70 manat dəyərində ev telefonu (distansion), 40 manat dəyərində 1ədəd modem, 80 manat dəyərində 1 ədəd zal üçün çıl-çıraq, 100 manat dəyərində zal üçün pərdə, 150 manat dəyərində 1 ədəd böyük televizor altı, 150 manat dəyərində 1 ədəd qızıl üzük, 80 manat dəyərində 4 ədəd qızdırıcı, 50 manat dəyərində tikiş maşını, 100 manat dəyərində 5 ədəd yorğan, 6 ədəd döşək, 6 ədəd balınc, 50 manat dəyərində 4 ədəd örtük, 50 manat dəyərində massaj üçün delfin aparat, düzəlib təhvil verilməmiş protez dişlər (qızıl və sümük), 200 manat dəyərində 6 ədəd xrustal stəkan (tom), 200 manat dəyərində 6 ədəd yaşıl bakal, 200 manat dəyərində 6 ədəd qırmızı bakal, 200 manat dəyərində 6 ədəd lepka bakal, 100 manat dəyərində 6 ədəd xrustal bakal (tom), 200 manat dəyərində 6 ədəd rəngli bakal, 250 manat dəyərində 1 ədəd qırmızı rəngli çay servis, 200 manat dəyərində 1 ədəd lepkalı meyvə qabı, 150 manat dəyərində 2 ədəd lepkalı konfet qabı, 150 manat dəyərində 1 ədəd meduza meyvə qabı rəngli, 70 manat dəyərində 1 dəst yaşıl rəngli kampot qabı 6 ədəd stakanı ilə birlikdə, 45 manat dəyərində 1 ədəd lepkalı gül qabı, 1.000 manat dəyərində televizor (1 m, 10 sm), 300 manat dəyərində zal üçün 5 metr x 6 metr ölçüdə xalça, 70 manat dəyərində ütü stolu, 200 manat dəyərində sandıq (içində 2 dəst təzə yataq dəsti və 4 ədəd məhrəba), 150 manat dəyərində ət çəkən maşın, 100 manat dəyərində blenderlər, 40 manat dəyərində 1 ədəd kofe üyüdən, 70 manat dəyərində 1 ədəd şirə çəkən maşın, 120 manat dəyərində qazan dəsti, 50 manat dəyərində 1 ədəd fen (arçelik), 40 manat dəyərində 48 predmetdən ibarət boşqab dəsti və 12 ədəd kasa, 40 manat dəyərind ə tefal çaydan və qaşıq dəsti və ya onların dəyəri olaraq 10.165 manat pulun alınıb İddiaçı verilməsi, həmçinin 25 fevral 2008-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Telman Tağıyevdən miras qalmış Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 31 saylı evin 22-ci mənzili üzərində Yuliya İlyinanın qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması və qalan hissədə ilk və qarşılıqlı iddia ərizələrinin rədd olunması qət edilib. Yuliya İlyina, həmçinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2(104)2208/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.M.Əliyeva sədrlik edən, məruzəçi, R.M.Muradov və Ə.İ.Məmmədov) Cavabdeh1, Cavabdeh2 və Cavabd eh3 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilk iddia ərizəsinin qismən təmin edilməsi hissəsində ləğv edilib, onlardan müştərək qaydada mərhum Telman Tağıyevə məxsus əşyaların- 80 manat dəyərində masa, 6 ədəd stul, 60 manat dəyərində 2 ədəd 0,5 metr x 1 metr ölçüdə xalça, 50 manat dəyərində gümüş zəncir klonla birlikdə, 50 manat dəyərində su matoru, 100 manat dəyərində 1 ədəd divan, 200 manat dəyərində 2 ədəd mebel çarpayı, 100 manat dəyərində 1 ədəd televizor, 60 manat dəyərində 1 ədəd televizor altı, 80 manat dəyərində 1 ədəd böyük xalça, 50 manat dəyərində 0,5 metr x 1metr ölçüdə 1 ədəd xalça, 30 manat dəyərində 1 ədəd ütü, 40 manat dəyərində 1 ədəd divar saatı, 50 manat dəyərində 1 ədəd güllü böyük kilim, 50 manat dəyərində 1 ədəd böyük xalça, 50 manat dəyərində 4 ədəd örtük, 40 manat dəyərində 2 ədəd süfrə, 150 manat dəyərində 1 ədəd soyuducu, 50 manat dəyərində 1 ədəd mətbəx üçün xalça, 100 manat dəyərində 2 ədəd dəhliz üçün xalça, 60 manat dəyərində 3 ədəd tüner, 40 manat dəyərində 1 ədəd jurnal stolu, 20 manat dəyərində 1 ədəd balaca xalça, 100 manat dəyərində foto aparat, 40 manat dəyərində video, 70 manat dəyərində ev telefonu (distansion), 40 manat dəyərində 1 ədəd modem, 150 manat dəyərində 1 ədəd qızıl üzük, 80 manat dəyərində 4 ədəd qızdırıcı, 50 manat dəyərində 4 ədəd örtüyün alınıb İddiaçı verilməsi hissəsində ləğv edilib, iddia tələbinin həmin hissədə təmin edilərək 70 manat dəyərində 2 ədəd süni palma ağacı, 200 manat dəyərində 1 divan, 2 kreslodan ibarət dəst, 100 manat dəyərin də 2 ədəd “nokia” markalı telefon, 100 manat dəyərində şifoner (içində 4 dəst yataq dəsti və 4 dəst məhrəba), 50 manat dəyərində 1 ədəd “panasonik” markalı tozsoran, 40 manat dəyərində yataq otağı üçün pərdə, 50 manat dəyərində iki ədəd yun odeyal, 40 manat dəyərində 2 ədəd süfrə, 70 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 50 manat dəyərində tikiş maşını, 1.000 manat dəyərində mətbəx mebel dəsti, 200 manat dəyərində 1 dəst madonna çay servisi, 40 manat dəyərində 1 ədəd kofe dəsti, 130 manat dəyərində 2 ədəd xrustal gül qabı, 40 manat dəyərində 1 ədəd xrustal meyvə qabı, 40 manat dəyərində 1 ədəd suvinir somovar, 30 manat dəyərində 1 ədəd oğlan-qız suviniri, 40 manat dəyərində qabda qızılgül, 1.200 manat dəyərində kompyüter dəsti stolu ilə birlikdə (personal), 50 manat dəyərində 1 ədəd böyük divar saatı, 80 manat dəyərində 1 ədəd zal üçün çıl-çıraq, 100 manat dəyərində zal üçün pərdə, 150 manat dəyərində 1 ədəd böyük televizor altı, 100 manat dəyərində 5 ədəd yorğan, 6 ədəd döşək, 6 ədəd balınc, 50 manat dəyərində massaj üçün delfin aparatı, 200 manat dəyərində 6 ədəd xrustal stəkan (tom), 200 manat dəyərində 6 ədəd yaşıl bakal, 200 manat dəyərində 6 ədəd qırmızı bakal, 200 manat dəyərində 6 ədəd lepka bakal, 100 manat dəyərində 6 ədəd xrustal bakal (tom), 200 manat dəyərində 6 ədəd rəngli bakal, 250 manat dəyərində 1 ədəd qırmızı rəngli çay servisi, 200 manat dəyərində 1 ədəd lepkalı meyvə qabı, 150 manat dəyərində 2 ədəd lepkalı konfet qabı, 150 manat dəyərində 1 ədəd meduza meyvə qabı rəngli, 70 manat dəyərində ütü stolu, 200 manat dəyərində sandıq (içində 2 dəst təzə yataq dəsti və 4 ədəd məhrəba), 150 manat dəyərində ət çəkən maşın, 100 manat dəyərində blenderlər, 40 manat dəyərində 1 ədəd kofe üyüdən, 70 manat dəyərində 1 ədəd şirəçəkən maşın, 120 manat dəyərində qazan dəsti, 50 manat dəyərində 1 ədəd fen (arçelik), 40 manat dəyərində 48 predmetdən ibarət boşqab dəsti və 12 ədəd kasa, 40 manat dəyərində tefal çaydan və qaşıq dəstindən ibarət əşyaların Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı verilməsi və miras əmlakdan payın verilməməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, eyni zamanda Yuliya İlyinanın apelyasiya şikayətinin qismən təmin edilərək, sözügedən qətnamənin qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia tələbinin təmin edilərək, 80 manat dəyərində masa, 6 ədəd stul, 60 manat də yərində 2 ədəd 0,5 metr x 1 metr ölçüdə xalça, 50 manat dəyərində gümüş zəncir klonla birlikdə, 50 manat dəyərində su matoru, 100 manat dəyərində 1 ədəd divan, 200 manat dəyərində 2 ədəd mebel çarpayı, 100 manat dəyərində 1 ədəd televizor, 60 manat dəyərində 1 ədəd televizor altı, 80 manat dəyərində 1 ədəd böyük xalça, 50 manat dəyərində 0,5 metr x 1 metr ölçüdə 1 ədəd xalça, 30 manat dəyərində 1 ədəd ütü, 40 manat dəyərində 1 ədəd divar saatı, 50 manat dəyərində 1 ədəd güllü böyük kilim, 50 manat dəyərində 1 ədəd böyük xalça, 50 manat dəyərində 4 ədəd örtük, 40 manat dəyərində 2 ədəd süfrə, 150 manat dəyərində 1 ədəd soyuducu, 50 manat dəyərində 1 ədəd mətbəx üçün xalça, 100 manat dəyərində 2 ədəd dəhliz üçün xalça, 60 manat dəyərində 3 ədəd tüner, 40 manat dəyərində 1 ədəd jurnal stolu, 20 manat dəyərində 1 ədəd balaca xalça, 100 manat dəyərində fotoaparat, 40 manat dəyərində video, 70 manat dəyərində ev telefonu (distansor), 40 manat dəyərində 1 ədəd modem, 150 manat dəyərində 1 ədəd qızıl üzük, 80 manat dəyərində 4 ədəd qızdırıcı, 50 manat dəyərində 4 ədəd örtük və düzəldilmiş protez dişlərin (qızıl və sümük) üzərində Yuliya İlyinanın mülkiyyət hüququnun tanınması qət edilib, həmçinin qətnamə sonuncunun atası mərhum Telman Tağıyevdən miras qalmış əmlak barədə Cavabdeh1 adına verilmiş 20 aprel 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və “Vaz-21214 markalı, ** BA *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 alınıb geri qaytarılmasının rədd edilməsi hissəsində qismən ləğv edilərək, həmin hissədə qarşılıqlı iddianın təmin edilərək, sözügedən avtomobilə dair Cavabdeh1 adına verilmiş 20 aprel 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, avtomobilin dəyəri olaraq 3.000 manat pulun Cavabdeh1 tutulub Yuliya İlyinaya verilməsi, iddianın qalan hissədə rədd edilməsi, eyni zamanda qarşılıqlı iddianın təmin edilmiş hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qətnamədən kasasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı “əmlak, cehiz əşyaları və miras əmlakdan payın müəyyən edilməsi” barədə ilk iddia qaldırıb. Yuliya İlyina isə İddiaçı və digərlərinə qarşı “miras əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesa b edilməsi, atası Telman Tağıyevin qanun üzrə birinci növbəli vərəsəsi kimi tanınması, miras əmlakın rəsmi qaydada qəbul etməsi faktının təsdiq edilməsi, miras əmlaka pay hüququnun müəyyən edilməsi və miras avtomobilin alınıb verilməsi” barədə qarşılıqlı iddia qaldırıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Elman Hənifəli kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onların vəkili Azər Qasımov, Daşkəsən rayon DNK və üçüncü şəxs Yuliya İlyina məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əvvəla, işdən görünür ki, İddiaçı və üçüncü şəxs Yuliya İlyina apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şik ayəti verməmişlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə kasasiya şikayətində qətnaməni özlərinə aid hissədə mübahisələndirmişlər. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onların kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız onlara aid hissədə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, ilk və qarşılıqlı iddia ərizələrini qismən təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, mərhum Telman Tağıyevdən miras qalmış əmlakın kütləsinin düzgün müəyyən edilməməsinə, ilk iddia ilə təmin edilən bir sıra əmlakların İddiaçı heç bir aidiyyətinin olmamasına, həmin əmlakların mərhum Telman Tağı yevdən miras qalmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.1, 1243.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 17 dekabr 1987-ci ildə Telman T ağıyev rəsmi nikah əsasında İrina Muzurova ilə ailə qurub və onların birgə nikahından Yuliya və Saida adlı iki uşaqları doğulub. Sonradan aralarında olan narazılığa görə onlar faktiki olaraq ayrılıb və İrina Tağıyeva qızları Yuliya və Saida ilə birlikdə Rusiya Federasiyasına gediblər. 1995-ci ildə x9 İsmayılova ilə faktiki nikah münasibətinə girib və sonuncu özünə məxsus olan məişət əşyalarını Telman Tağıyevin yaşadığı Daşkəsən şəhəri, İ.Qayıbov küsəçi 31 saylı evin 22-ci mənzilinə gətirib. 23 fevral 2018-ci ildə Telman Tağıyev ölüb və ondan bir sıra məişət əşyaları, o cümlədən “Vaz-21214 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil və Daşkəsən şəhəri, İ.Qayıbov küsəçi 31 saylı evin 22-ci mənzili miras qalıb. Bundan sonra, mərhum Telman Tağıyevin bacısı Cavabdeh1 ərizə ilə notar iat orqanına müraciət edərək, sözügedən avtomobilə dair 20 aprel 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə alıb və avtomobili Vüsal Bayramova satıb. Hazırda avtomobil 25 may 2018-ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən Vüsal Bayramovun mülkiyyətindədir. Eyni zamanda, işdən görünür ki, 10 may 2018-ci ildə mərhum x3 İlyina notariat orqanına müraciət edərək mirası qəbul edib və digər qızı Saida Tağıyeva isə miras əmlakdan bacısı Yuliya İlyinanın xeyrinə imtina edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əm lak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, mülki qanunverciliyə görə əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən, kasasiya şikayətinin dəlillə ri əsaslı sayıla bilməz. Belə ki, sadalanan maddələrin mənasına görə, mərhum Telman Tağıyevdən miras qalmış əmlaka qızları Yuliya İlyina və Saida Tağıyeva birinci növbəli bərabər pay hüquqlu vərəsələr hesab edildiklərindən və sonuncu öz payından bacısı Yuliya İlyinanın xeyrinə imtina etdiyindən, qarşılıqlı iddia ərizəsini yuxarıda göstərilən hissədə təmin etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasatorlar, kasasiya şikayətində nə arvadı, nə də qızlarının mərhum Telman Tağıyevlə son 20-25 il müddət ərzində maraqlanmadıqlarını, onun dəfn və hüzr mərasimlərindən iştirak etmədiklərini və sair göstərsələr də, kasasiya instansiyası məhkəməsi hesab edir ki, bu dəlillər qarşılıqlı iddianın mübahisələndirilən hissədə rədd edilməsi üçün əsas ola bilməz. Çünki, Mülki Məcəllənin 1139-cu maddəsinin mənasına görə, vərəsə yalnız məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilə bilər. İşdə isə, Yuliya İlyinanın mərhum atası Telman Tağıyevdən miras qalmış əmlaka vərəsəlik hüququndan məhrum edilməsinə dair hər hansı məhkəmə aktı yoxdur. Bundan başqa, kasatorlar kasasiya şikayətində mərhum Telman Tağıyevin bütün dəfn xərclərinin onlar tərəfindən çəkildiyini və bu səbəbdən ondan miras qalmış sözügedən avtomobili Cavabdeh1 öz adına keçirdiyini və sonradan onu sataraq dəfn xərclərinin bir qismini ödədyini göstərsələr də, kasasiya instansiyası məhkəməsi hesab edir ki, onların bu dəlillər də mübahisələndirilən hissədə qarşılıqlı iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Çünki Mülki Məcəllənin 1157 və 1320-ci maddələrinin tələblərinə görə, Cavabdeh1 miras avtomobilin satışından əldə etdiyi bütün vəsaiti həqiqətən mərhum Telman Tağıyevin dəfninə, yas mərasimlərinə və sair xərcləmişdirsədə o, zəruri sübutları toplamaqla ayrıca birinci instansiya məhkəməsində mərhum Telman Tağıyevin vərəsələrinə qarşı iddia qaldırmaqla mirasın dəyərindən çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə aça bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasatorların kasasiya şikayətində göstərdikləri digər dəlillərlə də razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq nor malarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorların kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kasasiya şikayətitəmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2(104)-2208/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1286/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1286/2020
05.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver