Məhkəmə qərarları › İş №2(102)-1288/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1288/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1288/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ qeydiyyata alınmamış fərdi yaşayış evinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.10.2021-ci il tarixli, 2(103)9014/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları

1. İddiaçı 10.11.2009-cu ildə Cavabdeh ilə evlənmiş və ərinin atasına məxsus olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 62, mənzil 3-ə gəlin köçmüş, 2019-cu ildə isə qeyd olunan ünvanın qarşısında yerləşən torpaq sahəsində tikilən fərdi yaşayış evinə köçmüşdür. İddiaçı Cavabdehlə birgə nikahından iki övladı var. 2. 27.04.1990-cı il tarixli Abşeron rayon İcraiyyə Komitəsinin qərarından çıxarışda göstərilir ki, Maştağa qəsəbəsi, Subtropik sovxozun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən X2 0,07 ha torpaq sahəsinin ayrılması və həmin həyətyanı sahədə 60 kv.m. ölçüyə kimi yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. 3.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.10.2019-cu il t arixli, **********67 saylı məktubunda qeyd olunur ki, X2 torpaq sahəsinin yerini və sərhədlərini müəyyənləşdirməyə imkan verən yerləşmə sxemini təqdim etməklə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edəcəyi təqdirdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılacağı bildirilmişdir.

4. Azərsu ASC-nin, Azərişiq ASC-nin və Azəriqaz İB-nin hesab fakturalarına görə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən fərdi yaşayış evi üzrə sayğaclar X1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları - 16.08.2010 -cu il təvəllüdlü X4 və 06.03.2013-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 62 saylı binanın qarşısında yerləşən 0,10 ha torpaq sahəsi üzərində cavabdehlə birgə nikah dövründə özbaşına tikdiyi və hazırda Cavabdeh istifadəsində olan bir mərtəbəli, beş otaqlı fərdi yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə 10.11.2009-cu ildə el adəti ilə ailə qurub toy etməklə cavabdehin valideynlərinə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 62, mənzil 3-ə gəlin köçmüşdür. Həmin binanın qarşısındakı 10 sot torpaq sahəsində birgə nikaha daxil olandan sonra, birgə vəsait hesabına 1 mərtəbəli, 5 otaqlı f ərdi yaşayış sahəsi tikib, həmin evə cehizlərini də daşımaqla, 2013-cü ildən həmin fərdi yaşayış evində cavabdeh və uşaqları ilə birlikdə yaşamışdır. Həmin yaşayış sahəsini cavabdehin məvacibi (cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində işləyir) və atasının maddi köməkliyi hesabına tikib başa çatdırsalar da, bu günədək həmin torpaq sahəsi və üzərində inşa olunmuş yaşayış sahəsi rəsmi olaraq dövlət orqanlarında qeydiyyata alınmamış və cavabdehin yaxud da digər hər hansı şəxsin həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Hal-hazırda cehiz əşyaları da həmin evdə qalmaqdadır. Lakin cavabdehlə ailə münasibətləri dözülməz hala çatdığından və bu səbəbdən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edildiyindən cavabdeh onu evdən q ovmuş və evə girməsinə, evdən istifadə etməsinə imkan verməmişdir. O, 2020-ci ilin dekabr ayının əvvəllərindən məcburiyyət qarşısında qalaraq iki uşağı ilə birlikdə valideynlərinin yaşadığı Maştağa qəsəbəsi, Subtropik sovxozu, 51 saylı evə müvəqqəti sığınmışdır. Onu da bildirir ki, valideynlərinə məxsus yaşayış sahəsinə qeydiyyatda olsa da, birgə nikahdan olan uşaqları faktiki mübahisəli yaşayış sahəsinə qeydiyyatdadırlar. O, birgə nikah dövründə birgə vəsait hesabına tikib başa çatdırdığı mübahisəli evə köçüb yaşamaq istədiyini dəfələrlə bildirsə də, cavabdeh buna razı olmamış və maneçilik törətmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı iddiada göstərilən hallara dair sübut təqdim edə bil məmişdir. İddiaçının evə dair heç bir hüququ yoxdur və iddianın rədd edilməsini xahiş edir.

8. Məhkəmə tərəfindən X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Mərdan Tağıyev məhkəmədə iddia tələbinin rədd olunmasını xahiş edərək bildirmişdir ki, mübahisəli ev və torpaq sahəsi ona məxsusdur.

9. Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia tələbi qismən təmin edilərək, İddiaçı övladları - 16.08.2010-cu il təvəllüdlü X4 və 06.03.2013-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 62 saylı binanın qarşısında yerləşən 10 sot torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edi lmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında nikah 2009-cu ildə qeydiyyata alınmışdır. Evləndikdən sonra cavabdehin atasına məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 62, mənzil 3-ə gəlin köçsə də, 2019-cu ildə qeyd olunan ünvanın qarşısında yerləşən torpaq sahəsində tikilən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan iki övladları var. İddiaçının köçürülməsini tələb etdiyi Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, statusuna görə özbaşına tikilidir. Tərəflər, yəni iddiaçı və keçmiş həyat yoldaşı nikaha girdikdən sonra həmin ev tikilmiş və evlilik boyu onlar hər ikisi orada yaşamışlar. Hazırda isə iddiaçı öz valideynləri ilə birlikdə ya şayır. İddiaçı cavabdehlərin maneə törətdiyinə görə ora daxil ola bilmir.

11. Məhkəmə bildirmişdir ki, İddiaçı həmin evdən yaşamaq hüququ olduğu üçün o mübahisəli evə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, İddiaçı da eyni əsaslarla orada yaşamaq hüququ var. Belə ki, İddiaçı da yaşayış yeri məhz həmin evdir. Beləliklə də, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının azyaşlı uşaqları da onunla birlikdə mübahisəli evə köçürülməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndəl ərinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Yəni, ev özbaşına tikili olduğu üçün həmin evə istifadə hüququ yarana bilməz. Buna görə də iddia tələbi iddiaçının sözügedən mənzilə istifadə hüququnun tanınması hissəsində əsasız olduğundan təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusi yasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1-ci, 180-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən narazı qalan cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.10.2021-ci il tarixli, 2(103)9014/2021 saylı qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3106/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin qismən, yəni “İddiaçı övladları - 16.08.2010-cu il təvəllüdlü X4 və 06.03.2013-cü il təvəllüdlü X5 ilə birlikdə B akı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz, 62 saylı binanın qarşısında yerləşən 10 sot torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan ed ilmədiyi nəzərə alınmalıdır - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üçüncü şəxs Mərdan Tağıyev tərəfindən alınmış, daha sonra onun tərəfindən orada ev inşa edilmiş, iddiaçı cavabdehlə 2013-cü ildə oraya köçmüş, onlar evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmişlər. Bunun əksini iddiaçı sübut edə bilməmişdir. Tərəflərin ailə münasibətləri sonradan pozulmuş, iddiaçı oranı tərk etmişdir. Həmçinin müəyyə n edilmişdir ki, iddiaçının keçmiş ailə üzvləri ilə münasibəti çox gərgindir. İddiaçının atası və qardaşının iş üzrə cavabdehə qarşı törətdikləri əmələ görə cinayət işi başlanmış və hazırda Sabunçu Rayon Məhkəməsində baxılmaqdadır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin “evə köçürülmə”yə aid hissədə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə hüquqi müəyyənlik və ədalətlilik prinsipləri ilə bağlı bir neçə yerli və Avropa məhkəməsi presedentlərinə istinad etsə də, nə ticədə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsini ləğv edərkən bu prinsipləri kobud şəkildə pozmuşdur. Belə ki, mübahisəli ev faktiki özbaşına tikili sayılır və həmin evə dair qanunla müəyyən edilmiş qaydada hər hansı hüququ konkret dövlət qurumu tərəfindən rəsmi qeydi olmayan cavabdeh və üçüncü şəxsin gələcəkdə ehtimal olunan hüququnu qorumaqla, məhkəmə faktiki həmin evdə yaşamaq hüququ olan şəxsin və həmin evdə doğulub yaşamış iki azyaşlı uşağın hüquqlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi iki azyaşlı uşağın hüquq və mənafelərini, ümumiyyətlə onların harada, hansı şəraitdə yaşamalı olmasını nəzərə almamışdır. Uşaqlar iddiaçının yanında saxlanılmış, iddiaçı isə başqa çıxış yolu olmadığından müvəqqəti olaraq valideynlərinə məxsus şəraitsiz evə sığınmışdır. Məhkəmə iddiaçını birgə nikah dövründə birgə vəsait hesabına tikdikləri evdə yaşamaqdan məhrum etməklə, faktiki iki azyaşlı uşaqları da həmin evdə yaşamaq hüququndan məhrum etmişdir. Məhkəməyə mübahisəli evin yerləşdiyi əraziyə mütəxəssisin iştirakı ilə baxış keçirilməsi barədə vəsatət təqdim olunsa da, vəsatət təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün təfsir edilməmiş, işin halları və cavabdeh tərəfin izahatları təhrif edilərək, öz mülahizələrinə uyğun qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildə n qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

2. Mənzil hüquqlarının əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərin i pozmamalıdırlar. Maddə

8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə

9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallard a məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. Maddə

68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müs təsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin “evə köçürülmə”yə aid hissədə təmin olunması xahiş edildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, İddiaçı 10.11.2009-cu ildə Cavabdeh ilə evlənmiş və ərinin atasına məxsus olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 62, mənzil 3-ə gəlin köçmüş, 2019-cu ildə isə qeyd olunan ünvanın qarşısında yerləşən torpaq sahəsində tikilən fərdi yaşayış evinə köçmüşdür. Həmin evin yerləşdiyi torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 27.04.1990-cı il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikilməsi üçün X2 ayrılmış və 60 kv.m. ölçüdə yaşayış evinin tikilməsinə icazə verilmiş 0,07 ha torpaq sahəsidir. Evə aid su, qaz və elektrik təchizatı münasibətlərində abonent kimi X3 çıxış edir. İddiaçı həmin evdən istifadə hüququnun tanınmasını və köçürülməsini tələb edir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdə n və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

32. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmaması, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükə sizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.

33. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.

34. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araş dırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması tələb olunan yaşayış sahəsinin statusu məsələsidir. Mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, Mənzil Məcəlləsində mənzil fondu - özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir

35. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, titul sahibi üçüncü şəxs M.Tağıyevdir. Həmin torpaq sahəsi ona Abşeron rayon XDS İcraiyyə Komitəsinin 27.04.1990-cı il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış və 60 kv.m. ölçüdə yaşayış evinin tikilməsinə icazə verilmişdir.

36. Bu halda həmin ev Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə əsasən xüsusi mənzil fonduna aid mənzillərə aid edilə bilər. Qeyd olunan torpaq sahəsi və evin üzərində üçüncü şəxsin gözlənilən mülkiyyət hüququ vardır. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyy əti orqanı tərəfindən müəyyən edilən sənədlər, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndində kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları qeydiyyat üçün əsaslardan biri kimi müəyyən edilmişdir.

38. İşin bu halı, iddianın maddi-hüquqi əsası kimi Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiqini şərtl əndirir.

39. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

40. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

41. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə iddiaçının Mənzil Məcəlləsinin 30cu maddəsi baxımından cavabdehin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.

42. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilm əsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

43. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəç ilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

44. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

45. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 20.10.2021-ci il tarixli, 2(103)9014/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar